Məhkəmə qərarları › İş №2(1-8)-713/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-713/2026

23.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-713/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Işə bərpa tələbi) ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. AZE № ******* əmək kitabçasının surətinə əsasən, ##.##.1996-cı il tarixdə iddiaçı İddiaçı N.Abışov adına Qaralar kənd orta məktəbin katibə-makinaçı vəzifəsinə qəbul edilmiş, ##.##.1997-ci il tarixdə ** nömrəli əmrlə məktəbdə “Bacarıqlı əllər” dərnəyinin rəhbəri vəzifəsinə təyin edilmiş,##.##.1997-ci il tarixdə ** nömrəli əmr ilə həmin məktəbdə müvəqqəti olaraq sinif müəllimi vəzifəsinə təyin edilmiş,##.##.2024-cü il tarixli *-**/*-*-***K/**** saylı əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir.##.##.2024-cü il tarixli *-**-**/*-*-***K/**** saylı əmrə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi üzrə AR ƏM 45-ci maddəsinin 2-ci hissəsinə əsasən Imişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş,həmin vəzifədən ##.##.2024-cü il tarixli *-**-**/*-*-***K/**** saylı əmrə əsasən AR ƏM –in 70-ci maddəsinin “ç” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmişdir.

2. Mil-Muğan Regional Təhsil Idarəsinin müdiri Rəşad musayeva verilmiş xidməti məlumata əsasən, Imişli rayonu, Qaralar kənd tam orta məktəbdə aparılan monitorinqin nəticələrinə uyğun olaraq iddiaçı məktəb direktorunun vəzifə səlahiyyətlərini yerinə yetirərkən yol verdiyi nöqsanlar nəticəsində dövlət büdcəsinə 12984,59 (on iki min doqquz yüz səksən dörd manat əlli doqquz qəpik) zərər dəydiyi müəyyən edilmişdir.

3. ## ### 2024-cü il tarixli aktın surətinə əsasən, Imişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbdə aparılmış monitorinq zamanı monitorinq aparılan ## ### 2024-cü il tarixdə İ növbədə təhsil alan VII-XI siniflər üzrə 257 şagirdə qarşı 146 şagirdin, o cümlədən VII siniflər üzrə 54 şagirdə qarşı 16 nəfər, VIII siniflər üzrə 53 şagirdə qarşı 22 nəfər, IX siniflər üzrə 60 şagirdə qarşı 37 nəfər, X siniflər üzrə 37 şagirdə qarşı 29 nəfər və XI siniflər üzrə 53 şagirdə qarşı 42 nəfər şagirdin dərslərdə iştirak etmədiyi və qeyd olunan siniflər üzrə davamiyyətin ümumilikdə 43% olduğu, ## ### 2024-cü il tarixdə isə İ növbədə təhsil alan VII- XI siniflər üzrə 257 şagirdə qarşı 150 şagirdin, o cümlədən VII siniflər üzrə 54 şagirdə qarşı 27 nəfər, VIII siniflər üzrə 53 şagirdə qarşı 25 nəfər, IX siniflər üzrə 60 şagirdə qarşı 36 nəfər, X siniflər üzrə 37 şagirdə qarşı 25 nəfər, XI siniflər üzrə 53 şagirdə qarşı 37 nəfər şagirdin dərslərdə iştirak etmədiyi və qeyd olunan siniflər üzrə davamiyyətin ümumilikdə 41% olduğu, cari tədris ilində dərslərdə iştirak etməyən şagirdlərin təhsilə cəlb edilmələri ilə bağlı profilaktik işlər aparılmadığı, icbari təhsildən yayınan şagirdlərin təhsildən yayınmaları barədə aidiyyatı orqanlara müvafiq müraciətlər edilmədiyi, dərslərdə iştirak etməyən şagirdlərlə bağlı sinif jurnallarında fənn müəllimləri tərəfindən müvafiq qeydlər aparılmadığı müəyyən edilmişdir. Qaralar kənd tam orta məktəbdə müəllimlər arasında dərs bölgüsünün Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin ## ###### 2023-cü il tarixli 3-29/3-2- 484 F-**** nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün “ Tədris Planları” və “Tədris planlarına dair qeydlər”in tələblərinə uyğun aparılıb aparılmaması yoxlanılarkən, cari tədris ilində müəllimlər arasında dərs bölgüsü aparıldıqdan sonra ixtisaslı kadr olmadığından vakant olan 11 saat musiqi fənni üzrə dərs saatlarının tədrisi məktəb direktorunun ## ######## 2023-cü il tarixli ** nömrəli əmrinə əsasən Azərbaycan dili ədəbiyyat müəllimləri Lalə Tağıyeva (2 saat), Sevda Məhərrəmova (1 saat), ingilis dili müəllimləri Ramil Həsənov (1 saat), Saqif Fərzəliyev (2 saat), ixtisasca riyaziyyat müəllimi, eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Rufulla Əsədov (1 saat), riyaziyyat müəllimi Nərmin Mustafayeva (1 saat), fiziki tərbiyə müəllimləri Zamiq Tağıyev (1 saat), Musa Hüseynov (1 saat) və Seymur Şükürovun (1 saat) adına rəsmləşdirildiyi, fiziki tərbiyə müəllimi Zamiq Tağıyevin adına (1 saat) musiqi fənni üzrə dərs saatının yerli təhsil idarəetmə orqanının razılıq məktubu olmadan tədris etdiyi müəyyən edilmişdir. Bundan əlavə musiqi fənni üzrə dərs saatlarının qeyri ixtisas müəllimlərinə həvalə edilməsi ilə bağlı Regional Təhsil Idarəsinə müvafiq təqdimat verilərkən, adına 1 saat musiqi dərs saatı həvalə edilmiş riyaziyyat müəllimi Rufulla Əsədovun eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışması qeyd olunmamışdır. Cari tədris ilində Qaralar kənd tam orta məktəbdə dərnəklərin təşkili və tədrisi həyata keçirilərkən Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın tələblərinin pozulması hallarına yol verilib verilməməsi yoxlanılarkən, 2023-2024-cü tədris ilində məktəbdə 3 istiqamətdə, ibtidai təhsil səviyyəsi üzrə “Bacarıqlı əllər”, ümumi orta təhsil səviyyəsi üzrə isə “Idman sağlamlıqdır” və “Gənc idmançılar” adlı dərnəklərin təşkili ilə bağlı məktəb direktoru tərəfindən ## ####### 2023-cü il tarixli 88, 89, 90 və ## ####### 2023-cü il tarixli ** nömrəli əmrlər verildiyi, həmin əmrlərə əsasən dərnəklərə müvafiq olaraq məktəbin ibtidai sinif müəllimi X15, fiziki tərbiyə müəllimi X6 və məşqçi-müəllim X17 dərnək rəhbərləri təyin edildikləri, dərnəklərin təşkilində və tədrisinin həyata keçirilməsində Azərbaycan Respublikası Təhsil Nazirinin ##.##.2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası” nın 2.4-cü, 2.6-cı, 2.11-ci, 3.2-ci, 3.4.2-ci və 4.3-cü bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Qaralar kənd tam orta məktəbdə dərsdənkənar məşğələlərin təşkili və tədrisi həyata keçirilərkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ##.##.2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydası”nın və Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin ## ###### 2023-cü il tarixli 3-29/3-2484 F-**** nömrəli əmri ilə təsdiqlənmiş “Ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün “ Tədris Planları” və “Tədris planlarına dair qeydlər”in tələblərinin pozulması hallarına yol verilib verilməməsi yoxlanılarkən, Qaydaların 1.2-ci, 1.3-cü, 2.2-ci, 3.5ci, 3.7ci, 3.8-ci, 3.15-ci, 4.1-ci, 4.3-cü bəndlərinin və “Tədris Planına” dair qeydlərin 14-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Məktəbdə 2023/2024-cü tədris ilində IV sinif şagirdi X26 fərdi təhsilə cəlb edilmiş, onun təhsili üçün ayrılmış 8,5 saat dərs yükündən 8 saatı məktəbin ibtidai sinif müəllimi X10, 0,5 saatı isə məktəbin ingilis dili müəllimi X18 adına rəsmləşdirillmişdir. Şagirdin fərdi təhsilə cəlb olunması və fərdi təhsilinin təşkilinin düzgünlüyü yoxlanılarkən, Azərbaycan Respublikası Təhsil Nazirinin ## ### 2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili Qaydaları”nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Imişli rayon Qaralar kənd tam orta məktəbdə 2023/2024cü tədris ili üzrə təsdiq edilmiş tarifləşmə cədvəllərində adlarına dərs yükü rəsmiləşdirilmiş müəllimlərin müxtəlif vaxtlarda seçki komissiyalarının işinə cəlb olunduqları, sosial məzuniyyətdə olduqlarına, xəstəliklə və digər üzrlü səbəblərlə əlaqədar tədris prosesində iştirak edə bilmədikləri vaxtlarda onların öhdəsində olan dərs yüklərinin qaydalara uyğun əvəz edilməsi hallarının düzgünlüyü yoxlanılarkən, dərslərin əvəzetmə qaydasında tədrisinin həyata keçirilməsi zamanı mövcud qaydaların pozulduğu müəyyən edilmişdir. 2023/2024-cü tədris ilini əhatə edən dövr üzrə Imişli rayon Qaralar kənd tam orta məktəbin taarifləşmə siyahısında adları rəsmləşdirilmiş pedaqoji, rəhbər və inzibati-təsərrüfat, tədris yardımçı və xidmətedici işçi heyətindən üzürsüz səbəbdən iş buraxılması hallarının rəsmləşdirilməsi və üzürsüz səbəbdən işə çıxmayan işçilərə əmək haqqı və əvəzçiliklə bağlı ödənişlərin ödənilməsi və hesablanması halları yoxlanılarkən, məktəbin texniki işçi heyətinə daxil edilmiş, fəhlə vəzifəsində çalışmalı olan məktəb direktorunun həyat yoldaşı X1 monitorinq keçirilən 06 və ## ### 2024-cü il tarixlərdə işdə olmadığı, araşdırma zamanı onun ümumiyyətlə əmək funksiyasını yerinə yetirmədiyi, təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X11 və sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X2 əmək müqaviləsi üzrə nəzərdə tutulmuş iş vaxtlarına uyğun işə gəlmədikləri, cari tədris ili ərzində nadir hallarda işdə olduqları, hər 3 işçinin əmək intizamını kobud surətdə pozmalarına və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələrinə baxmayaraq, məktəb rəhbərliyi tərəfindən onlar barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada heç bir intizam tədbiri görülmədiyi, əksinə aylıq əmək haqqı ödənilməsi barədə Imişli rayon Təhsil sektoru mühasibatlığına işçilərin davamiyyət tabeli təqdim edilərkən onların mütəmadi olaraq işə gəlmələrinin qeyd olunduğu və qeyd olunan tabelə əsasən üzrsüz səbəbdən işdə olmadıqları günlər üçün onlara əmək haqqı hesablanıb ödənildiyi müəyyən edilmişdir. Belə ki, cari tədris ilində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını yerinə yetirmədikləri və əmək müqaviləsi üzrə iş vaxtına uyğun işə gəlmədikləri halda məktəbdə fəhlə ştatında çalışmalı olan, məktəb direktorunun həyat yoldaşı X1 3128,7 manat, məktəb təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X11, 3128,7 manat və sinifdənxaric və məkətbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X2 2146,6 manat omaqla, ümumilikdə 8404 (səkkiz min dörd yüz dörd) manat əmək haqqı hesablanıb ödənilmişdir. Texniki heyətə daxil edilmiş işçilərin şəxsi işlərinin qaydasında olmadığı, onlarla bağlanılmalı olan yazılı əmək müqavilələrinin işçilər tərəfindən imzalansa da məktəb direktoru tərəfindən imzalanıb, möhürlənmədiyi, faktiki olaraq, əmək münasibətlərinin mövcud əmək və təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmləşdirilməsinin aparılmadığı müəyyən edilmişdir. Məktəbdə fəhlə ştatı üzrə çalışmalı olan, məktəb direktorunun həyat yoldaşı X1, məktəb təsərrüfat müdirinin həyat yoldaşı, xadimə vəzifəsində çalışmalı olan X11 və sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışmalı olan X2 vəzifə finksiyalarını yerinə yetirmədikləri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədov, Elnurə Kərimova və Sabiq Həsənlnin verdikləri izahatlarla təsdiqlənmişdir. X1 işdə olmadığı üçün ondan izahat almaq mümkün olmamışdır. Məktəb Pedaqoji Şurasının protokol kitabının cari tədris ilində yazıldığı, lakin pedaqoji şuranın sədr və katibi tərəfindən heç bir şura protokolun imzalanıb rəsmləşdirilmədiyi, şura iclaslarında müzakirə olunan məsələlərlə bağlı çıxışların, arayışların və müvafiq qeydlərin toplanmasına dair qovluğun mövcud olmadığı, beləliklə Pedaqoji Şuranın Azərbaycan Respublikası Təhsil Nazirliyinin ## ###### 2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb Pedaqoji Şurası haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilib keçirilmədiyi, tələblərə uyğun sənədləşdirilmədiyi müəyyənləşdirildi. Məktəbdə sinif jurnallarının aparılması vəziyyətinə seçmə yolla baxış keçirilərkən “Sinif jurnalının aparılmasına dair Təlimata”ın bəzi tələblərinin pozulduğu müəyyənləşdirilmişdir. Məktəbdə metodbirləşmə sənədlərinin qaydasında olmadığı, metodbirləşmələrin fəaliyyət göstərmədiyi, müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirilmənin keçirilməsində ciddi çatışmazlıqlar olduğu, böyük summativ qiymətləndirmə sənədlərinin olmadığı, ümumiyyətlə böyük summativ qiymətləndirilmənin keçirilməsi ilə bağlı məktəb direktoru tərəfindən müvafiq komissiya yaradılması ilə bağlı əmr verilmədiyi, müəllimlərin tədris planlarının qaydasında olmadığı, planlarda təqvimlərin göstərilmədiyi, ümumiyyətlə Imişli rayon Qaralar kənd tam orta məktəbdə tədris prosesinin həyata keçirilməsində mövcud qaydaların, tələblərin və təlimat qaydaların gözlənilmədiyi, tədris-pedaqoji sənədlərin işlənməsində və məktəbdə tədris prosesinin həyata keçirilməsində məktəb rəhbərləri tərəfindən nəzarətin zəif təşkil olunduğu, məktəb rəhbərlərinin əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyalarını və vəzifə səlahiyyətlərini keyfiyyətsiz yerinə yetirdikləri müəyyən edilmişdir.

4. Mil-Muğan Regional Təhsil idarəsinin müdiri tərəfindən Mil-Muğan Regional Təhsil Idarəsinin HIK-ə ünvanlanan məktubuna əsasən,06 may və ## ### 2024-cü il tarixlərdə ünvan 1am orta məktəbdə keçirilən monitorinq zamanı nöqsanlar aşkar edildiyi üçün İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılığın verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Mil-Muğan Regional Təhsil Idarəsinin HIK-in sədri tərəfindən Mil-Muğan Regional Təhsil idarəsinin sədrinə ünvanlanan məktubuna əsasən, müraciətə baxılaraq Mil-Muğan Regional Təhsil Idarəsinin HIK-də iclas keçirilmiş və iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verdiyi barədə qərar qəbul edilmişdir.

6. ATIAHI Sabirabad Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən MMRTI Həmkarlar Ittifaqı Komitəsinin ## ######## 2024-cü il tarixli iclasının ** nömrəli protokoluna əsasən, Mil- Muğan Regional Təhsil Idarəsinin müdirinin ## ### 2024-cü il tarixli *-**-**/*-***/**** nömrəli təqdimatı MMRTI Həmkarlar Ittifaqı Komitəsinə ##.##.2024-cü il tarixində daxil olmuş və qeydiyyata alınmışdır. Təqdimatda MMRTI Həmkarlar Ittifaqı Komitəsi rəyasət heyətinin ## ######## 2024-cü il tarixli iclasında baxılmış və məsələ ilə əlaqədar MMRTI Həmkarlar Ittifaqı Komitəsinin sədri Fərahim Nağıyevin məlumatı və iclas iştirakçılarının çıxışları nəzərə alınması, Mil-Muğan Regional Təhsil idarəsi müdiri tərəfindən göndərilmiş ## ### 2024-cü il tarixli *-**-**/*-***/**** nömrəli təqdimat təmin edilməsi, təqdimatda göstərilən ciddi nöqsan və çatışmazlıqları nəzərə alaraq Imişli rayonu N.Abuşov adına Qaralar kənd tam orta məktəbinin direktoru Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.

7. ##.##.2024-cü il tarixli intizam tənbeh tədbirinin görülməsi barədə *-**-**/*-*-***K/**** saylı Əmrin surətinə əsasən, Imişli rayon Qaralar kənd N.Abışov adına tam orta məktəbin direktoru Iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ######## 2024-cü il tarixindən ləğv edilməsi, Qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsi və ya əmək kitabçasının təhvil götürülmsəi barədə bildirişin göndərilməsini təmin edilməsi əmr edilmişdir.

8. ##.##.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında qərarın surətinə əsasən, iddiaçı və X19 əməllərində ## ### 2024-cü il tarixli aktda göstərilən xüsusatlar üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsəsən, onların bərəsində cinayət işinin başlanılması rədd edilmişdir.

9. ##.##.2024-cü il tarixli izahat verməkdən imtina edilməsi barədə aktın surətindən görünür ki,06 və 08 may tarixlərində keçirilmiş monitorinqlə bağlı ünvan 1am orta məktəbinin direktoru Iddiaçıizahat vermək üçün Imişli rayon təhsil sektoruna dəvət edilmiş,sektora gəlsə də izahat verməkdən imtina etmişdir.

10. Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş, MŞB/*/****-***** saylı arayışa əsasən ilkin medasiya sesiyasında Iddiaçıiştirak etmiş və 60 manat mediasiya haqqı ödəmişdir. Cavabdeh isə ilkin mediasiya sesiyasında iştirak etməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimin təmin edilərək,əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- *-***K/**** saylı, ## ######## 2024-cü il tarixli Əmri qanunsuz hesab edilərək ləğv edilməsi;iddiaçının əvvəl işlədiyi Imişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa olunmaqla, məcburi iş buraxmaya görə ##.##.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək alıq əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən Imişli rayonu, N.Abışov adına Qaralar kənd tam orta məktəbində müəllim kimi işləmiş, ## ##### 2006-cı ildən isə həmin məktəbdə direktor işəmiş, işlədiyi müddətdə hər hansı qanun pozuntusunu yol verməmişdir. Son dövrlər xəstəliyi ilə bağlı bülletenlərdə və müalicələrdə olmuş, cərrahi əməliyyatlara məruz qalmış, həmçinin keçirilən Prezident və Milli Məclisə deputat seçkilərində seçki komissiyyasının tərkibində fəaliyyət göstərdiyi üçün işdə olmamış və həmin vaxtlarda da onu məktəbin digər müəllimləri rəsmi əmrlə müvəqqəti əvəz etmişlər. Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X20-Muğan Regional Təhsil Idarəsinin əməkdaşları tərəfindən 06 və ## ### 2024-cü il tarixlərində Qaralar kənd tam orta məktəbində monitorinq keçirmişlər və həmin monitorinqin nəticələrinə görə onun əmək funksiyası, əmək müqaviləsi üzrə vəzifə və öhdəlikləri yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, həmin monitorinqin nəticələrinə əsasən tərtib olunmuş aktda qeyd olunmuşdur ki,iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" və “b" bəndlərinin, AR Elm və Təhsil Nazirliyinin ##.##.2022-ci il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müssisələrində dərsdənkənar məşğələlərin təşkili Qaydalarının, AR təhsil nazirinin ##.##.2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalara, Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Elm və Təhsil Nazirliyinin ## ###### 2023-cü il tarixli, *-**/*-*- ***F/**** nömrəli əmrinin, həmin əmrlə təsdiq edilmiş "Tədris planlarının , "Tədris planlarına dair qeydlər”in, AR Elm və Təhsi Nazirliyinin ##.##.2022-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin tşkili Qaydasının, AR Təhsil Nazirliyinin ## ###### 2018-ci il tarixli, */* nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanlann attestasiyasının-məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının, AR Təhsil Nazirliyinin ## ###### 2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin, AR Təhsil Nazirinin 13,07.2022-ci il tarixli, F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimatın tələbləri pozulmuşdur. Həmin monitorinq nəticəsinə əsasən eyni zamanda müəyyən edilmişdir ki, N.Abışov adına Qaralar kənd tam orta məktəbtndə 12.984,59 manat məbləğində dövlət büdcəsinə maddi ziyan vurulmuşdur. Buna görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- *-***K/**** saylı» ## ######## 2024-cü il tarixli əmri ilə onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddsinin “ç” bəndinə əsasən ## ######## 2024-cü il tarixdən ləğv olunmuşdur. Eyni zamanda, monitorinq zamanı dövlət büdcsinə 12.984,59 manat məbləğində vurulmuş maddi ziyanın araşdırılması və təqsirli şəxslərin məsuliyyət məsələlərinin həll olunması üçün məlumat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru tərəfindən ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və aidiyyəti üzrə Imişli Rayon Prokurorluğunda onun və digər şəxslər barədə bununla bağlı araşdırma aparılmışdır. Bildirir ki, o, işdən azad olunmağı ilə bağlı əmrin surətini, əmək kitabçası, həmçinin son haqq-hesabı ## ####### 2024-cü il tarixdə alsa da və "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi" Mediasiya şurasına müraciət edərək, ## ####### 2024-cü il tarixdə Mediasiya arayışı verilsə də, monitorinq nəticəsinə görə Imişli rayon prokurorluğundakı araşdırma üzrə yekun qərar qəbul olunmadığından, qeyd olunan tələblə məhkəməyə müraciət etməmiş və araşdırmanın nəticəsini gözləmişdir. Ona görə ki, həmin araşdırma nəticəsində onun təqsiri müəyyən edildiyi halda, işə bərpa və digər tələblərlə bağlı məhkəməyə müraciət etməyi düzgün olmuyacağını fikirləşib. Imişli Rayon Prokurorluğunda aparılan araşdırma ilə bağlı rokurorluqda dəfələrlə izahat və ifadələri alınmış və Imişli rayon Prokurorluğunun baş müstəntiqi Qorxmaz Babaşzadənin ## ###### 2024-cü il tarixli qərarı ilə **C-**(**-*-*-****-****) nömrəli material üzrə digər şəxslər barəsində bəraətverici əsaslar olmadan, yəni CM-nin 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək, dövlət büdcəsinə vurduqları maddi ziyanı ödədikləri üçün cinayət məsuliyyətindən azad edilməklə» onun barəsində isə CPMnin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlin cinayət tərkibinin olmaması ilə bağlı “cinayət işinin başlanılmasınm rədd olunması və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla bir daha müəyyən edilmişdir ki, mənim vəzifə səlahiyyətlərimdən sui-istifadə etməyim, öz qullu səlahiyyətlərimdən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməyi, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməyim, xidməti vəzifələrimin icrası ilə əlaqədar hər hansı hərəkət və ya hərəkətsizliyə görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçindən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməyi və ya almağı, yaxud bu barədə təklif və ya vədi qəbul etməyi, tamah və ya sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməyi, habelə, göstərilən sənədlərdə və ya informasiyada onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməyi müəyən edilməmişdir. Eyni zamanda Mil-Muğan Regional Təhsil Idarəsinin məktub və arayışları ilə müəyyən edilmişdir ki, mən Məntəqə Seçki Komissiyasının sədri olmağı ilə bağlı ## ###### 2023-cü il tarixdən, ## ###### 2024-cü il tarixədək AR Prezident Seçkilərinin keçirilməsi, ## ### 2024-cü il tarixdən. ## #### 2024cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməyi və ## #### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək AR Milli Məclisinə seçkilərlə bağlı iş yeri saxlanılmaqla vəzifələrimin icrasından kənarlaşdınlmışdır. Həmçinin, müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli əmrlə iddiaçı 2023/2024-cü iş ili hesabına ## #### 2024cü il tarixdən 15 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. Yəni, monitorinqlə yoxlama dövründə onun fəaliyyətində müqavilə üzrə hər hansı öhdəliyin Qeyd olunan bu qərarın surəti ona ## ###### 2024-cü il tarixdə təqdim olunmuşdur. Işəgötürən tərəfindən onun onlara vurduğu maddi ziyanla bağlı materiallar Imişli rayon Prokurorluğuna göndərilmiş və həmin materialların araşdırılması üzrə qəbul olunmuş yekun qərarla onun təqsirli olmağını və iddiaçının günahı üzündən işəgötürənə və ya dövlətə hər hansı ziyan vurulması da təsdiqini tapmamışdır. Ona görə də hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı bəndlərinin və X29 35-ci maddəsinin tələblərinə əsasən tərəfindən hazırkı iddia tələbi ilə qanunla müəyyən edilmiş müddətdə verilmiş və məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmamışdır, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirir ki. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin 3-29-69/3- *-***K/**** saylı, ## ######## 2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndinə əsasən, öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuma görə ləğv olunmuşdur. Bildirir ki, tərəfindən əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmiş və bunun əksini təsdiq edən dəlil və sübut yoxdur.

13. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı ərizəsində bildirir ki, işdən azad edilən dövrdə Imişli Rayon Prokurorluğunda barəsində araşdırılma aparılmış və məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadan əmək münasibətlərinə birtərəfli qaydada xitam verilmişdir. Iddiaçı hesab edir ki, işdən azad olunmasının səbəbi prokurorluqda aparılan araşdırılma ilə əlaqədar olmuş, lakin Agentlik tərəfindən araşdırmanın nəticəsi gözlənilmədən və heç bir əsas olmadan onun əmək müqaviləsi ləğv edilmişdir. Bildiririr ki, Agentliyin Mil- Muğan Regional Təhsil Idarəsinin ##.##.2024-cü il tarixli 3-29-41/3- *-**F/**** nömrəli əmrinə əsasən 06 may və ## ### 2024-cü il tarixlərdə Imişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlanmışdır. Belə ki: - Monitorinq zamanı 2023/2024-cü tədris ilində Imişli rayon Qaralar kənd N.Abışov adına məktəbdə tədrisin ikinövbəli və altıgünlük rejimdə həyata keçirildiyi məlum olub. ## ### 2024-cü ildə İ növbədə təhsil alan VII-XI siniflərdə 257 şagirdin 146-sı dərsə gəlməmişdi, davamiyyət ümumilikdə 43% olmuşdu. ## ### 2024-cü ildə isə 257 şagirddən 150-si dərsə gəlməmiş, davamiyyət 41% olub. Dərslərdə iştirak etməyən şagirdlərin təhsilə cəlb edilməsi üçün profilaktik işlər aparılmayıb və müvafiq qurumlara müraciət edilməyib. Sinif jurnallarında fənn müəllimləri tərəfindən də qeydlər aparılmayıb. - Imişli rayon Qaralar kənd N.Abışov adına tam orta məktəbdə dərs bölgüsü Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ## ###### 2023-cü il tarixli 3-29/3- 2-484 F-**** nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrinin 2023/2024-cü tədris ili üçün "Tədris Planları” və "Tədris planlarına dair qeydlər" tələblərinə uyğun həyata keçirilməyib. Cari tədris ilində musiqi fənni üzrə 11 saat dərs saatı vakant olduğu üçün, məktəb direktoru ## ######## 2023-cü il tarixli ** nömrəli əmri ilə ixtisaslı kadr olmadan bu dərs saatlarını müxtəlif müəllimlərə həvalə etmişdir. Həmçinin, musiqi fənni üzrə dərs saatlarının qeyri-ixtisas müəllimlərinə həvalə edilməsi ilə bağlı Regional Təhsil Idarəsinə təqdimat verilərkən, adına musiqi dərs saatı həvalə edilmiş riyaziyyat müəllimi Rufulla Əsədovun eyni zamanda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışması qeyd olunmamışdır. - Cari tədris ilində Imişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə dərnəklərin təşkilinin və tədrisinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ##.##.2022-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın tələblərinə riayət edilmədiyi müəyyən edilib. 2023-2024-cü tədris ilində məktəbdə 3 istiqamətdə dərnək təşkil olunub: "Bacarıqlı əllər” (ibtidai təhsil səviyyəsi), "Idman sağlamlıqdır” və "Gənc idmançılar” (ümumi orta təhsil səviyyəsi). Məktəb direktorunun ## ####### 2023-cü il tarixli 88, 89, ** nömrəli və ## ####### 2023-cü il tarixli ** nömrəli əmrləri ilə dərnək rəhbərləri təyin edilmiş, lakin dərnəklərin təşkilində və tədrisində aşağıdakı qaydalar pozulmuşdur: 1. Şagirdlər arasında keçirilən sorğuların protokollaşdırılmaması; 2 Dərnəkdə iştirak edəcək şagirdlərin valideynlərindən razılıq ərizələrinin alınmaması; 3. Idman dərnəkləri üçün tibbi arayışların təqdim edilməməsi; 4. "Bacarıqlı əllər” dərnəyinin illik proqramının hazırlanmaması; 5. Dərnəklərin illik proqramlarının məktəb direktoru tərəfindən təsdiq edilməməsi; 6. Pedaqoji Şurada dərnəklərin təşkili ilə bağlı müzakirə aparılmaması; 7. Dərnək cədvəlinin əvvəlki tədris ilinə aid cədvəl üzərində düzəlişlə tərtib edilməsi. Şagirdlər arasında keçirilən sorğuya əsasən, "Bacarıqlı əllər” dərnəyinin təşkilindən xəbərsiz olduqları və dərnəyin tədris edilmədiyi müəyyən edilib. Həmin dərnək üzrə rəhbər olan Fatma Hacıyeva və Rufulla Əsədov izahatlarında dərnəyin tədris edilmədiyini bildirmişdilər. Digər iki dərnək yalnız futbol məşğələsi kimi fəaliyyət göstərib və məktəb rəhbərliyi tərəfindən dərnəklərin fəaliyyətinin qiymətləndirilməsi aparılmayıb. Məşğələlərə ümumi rəhbərlik və nəzarət üzrə müvafiq əmr verilməyib. Nəticədə, dərnəklər təşkil olunsa da, Qaydalara uyğun tədris və təşkilatçılıq təmin edilməyib. Bu hallar məktəb rəhbərliyinin məsuliyyətsizliyi nəticəsində dərnəklərin düzgün təşkili və tədrisi ilə bağlı ciddi pozuntulara yol açmışdır. - Məktəb direktorunun ## ######## 2023-cü il tarixli ** nömrəli əmrinə əsasən, 2023/2024-cü tədris ilində V-XI siniflər üzrə 15 saat dərsdənkənar məşğələ təşkil edilib. Lakin, dərs saatlarının tədrisi məqsədinə uyğun olaraq şagirdlərin iqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquqları, həyat fəaliyyətinin təhlükəsizliyi və digər zəruri mövzularla bağlı deyil, sadəcə fənnlərin tədrisinə ayrılmışdır. Belə ki, 2 saat informatika, 5 saat riyaziyyat, 3 saat ingilis dili, 2 saat Azərbaycan dili, 1 saat rus dili, 1 saat coğrafiya və 1 saat fizika fənnləri üzrə məşğələlər təşkil edilmişdir. Monitorinq zamanı müəyyən edilib ki, ümumilikdə 4 saat məşğələ tədris edilməyib. Bu məşğələlərin tədris edilmədiyi məlum olan müəllimlər aşağıdakılardır: • Coğrafiya müəllimi Zaur Abbasov (1 saat) • Fizika müəllimi Sadiq Ağayev (1 saat) • Azərbaycan dili və ədəbiyyat müəllimi Hicran Şükürova (1 saat) • Rus dili müəllimi Türkan Hüseynova (1 saat) Bu dərs saatlarına görə müvafiq müəllimlərə ödənilən əmək haqqı isə dövlət büdcəsindən 1023.4 manat əsasız olaraq xərclənmişdir. Həmçinin, coğrafiya, Azərbaycan dili və ədəbiyyat, rus dili müəllimləri məzuniyyət səbəbindən məşğələləri tədris etməmişdir, amma dərs saatları digər müəllimlərə həvalə edilmişdir. Bununla bağlı müvafiq müəllimlərə ödəmələr də edilib: • X7 (Azərbaycan dili və ədəbiyyat müəllimi) - 162,9 manat • X3 (Rus dili müəllimi) - 54,3 manat Qeyd olunan fakt tərtib olunmuş akta təlim tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədov, Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Həsənli Sabiqin imzaları və Rufulla Əsədovun izahatı ilə təstiq edilmişdir. Eyni zamanda, digər məşğələlərin təşkilində bir neçə qanun pozuntusuna rast gəlinib: 1. Bütün sinif şagirdlərinin məşğələlərdə iştirakının təmin edilməməsi, 2. Məşğələ proqramlarının hazırlanmadığı, 3. Məşğələlər üçün əlavə vəsait və ədəbiyyatdan istifadə olunmaması, 4. Məşğələ cədvəlinin əvvəlki tədris ilinə aid cədvəl üzərində düzəlişlə tərtib edilməsi və cari tədris ili üçün məktəb direktoru tərəfindən təsdiq edilməməsi, 5. Məşğələlərin işinə ümumi rəhbərlik və nəzarət üzrə məktəb direktoru tərəfindən müvafiq əmr verilməməsi, 6. Məşğələlərin yarımillik qiymətləndirilməsinin aparılmaması. Bu pozuntuların nəticəsində dərsdənkənar məşğələlər düzgün təşkil edilməmiş və tədris fəaliyyətinə lazımi nəzarət göstərilməmişdir. - Şagirdin fərdi təhsilə cəlb olunması və təhsilinin təşkilində "Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin ## ### 2014-cü il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili Qaydaları”nın tələblərinin pozulması aşkar edilmişdir. 2023/2024-cü tədris ilində IV sinif şagirdi X26 fərdi təhsilə cəlb edilməsi zamanı, təhsilinin təşkilinə dair bir sıra ciddi pozuntular müşahidə olunub. Xədicə Ismayıl qızına ayrılmış 8,5 saat dərs yükündən 8 saatı məktəbin ibtidai sinif müəllimi X10, 0,5 saatı isə ingilis dili müəllimi X21 adına rəsmləşdirilmişdir. Lakin, bu dərslərin tədrisi zamanı ciddi problemlər yaranmışdır: 1. Dərs proqramlarının hazırlanmadığı: X8, həm də Fərzəliyev Saqif tərəfindən fərdi təhsilin tədrisi üçün müvafiq dərs proqramları hazırlanmamışdır. 2. Fərdi təhsilin tədris edilməməsi: Ibrahimova Xədicə ## ##### 2024-cü ildən məktəbə gəlmədiyi üçün, monitorinq tarixləri olan 06 və ## ### 2024-cü il tarixlərində dərslərə qatılmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi təhsil ## ##### 2024-cü ildən etibarən tədris edilməyib. Tədris edilmədiyi dövr üçün məktəbin ibtidai sinif müəllimi X10, məktəbin ingilis dili müəllimi X21 əmək haqqı hesablanıb ödənilmişdir. Bu dövrdə dərs saatları üçün müəllimlərə əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 518.2 manat məbləği əsassız olaraq xərclənmişdir. Buna dair məktəb direktoru tərəfindən heç bir tədbir görülmədiyi məlum olmuşdur. 3. Şagirdin qiymətləndirilməməsi: Cari tədris ilində şagirdin məktəbdaxili qiymətləndirməsi aparılmamışdır. Lakin qiymətləndirmə edilmədiyi halda fərdi təhsil jurnalında fənn müəllimləri tərəfindən summativ qiymətləndirmələr ilə bağlı qeydlər edilmişdir. Bütün bu pozuntulara baxmayaraq, məktəb rəhbərliyi və məsul şəxslər tərəfindən heç bir tədbir görülməmişdir. Ibrahimova Xədicə üçün ayrılan tədris saatlarının tədris edilməməsi, həmin dərs saatlarına görə müəllimlərə ödənilən əmək haqqının əsassız olması və qiymətləndirmənin olmaması məktəb rəhbərliyinin ciddi diqqətsizliyi ilə nəticələnmişdir. Həmin pozuntular müəllimlər Bayramova Tamara və Fərzəliyev Saqifin verdiyi izahatlarla təsdiqlənmişdir. - Imişli rayonu Qaralar kənd N.Abışov adına tam orta məktəbdə 2023/2024-cü tədris ili üzrə təsdiq edilmiş tarifləşmə cədvəllərində adlarına dərs yükü rəsmiləşdirilmiş müəllimlərin müxtəlif vaxtlarda seçki komissiyalarının işinə cəlb olunmaları, sosial məzuniyyətdə olmaları, xəstəliklə və digər üzrlü səbəblərlə tədris prosesində iştirak edə bilməmələri ilə əlaqədar onların dərs yüklərinin əvəz edilməsinin qaydalara uyğunluğu yoxlanılarkən, müəyyən edilmişdir ki, mövcud qaydalar pozulub. Azərbaycan dili və ədəbiyyat fənni üzrə ixtisaslı kadrlar olmasına baxmayaraq, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Şükufə xəstəliyi ilə bağlı işdə olmadığı müddətdə onun öhdəsində olan 5 saat dərs yükü ## ####### 2023-cü il tarixli ** nömrəli əmrlə məktəbin rus dili müəllimi Ağayeva Türkan tərəfindən tədris edilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Şükürova Hicran Eldəniz qızı xəstəliyi ilə əlaqədar işdə olmadığı zaman ## ###### 2023-cü il tarixli *** nömrəli əmrə əsasən onun 19 saat dərs yükündən 9 saatı tarix müəllimi Camalova Aynur tərəfindən tədris olunmuşdur. Bundan əlavə, ingilis dili müəllimi Fərzəliyev Saqif xəstəliyi ilə bağlı işdə olmadığı zaman musiqi fənni üzrə dərs saatları biologiya müəllimi Xanıyev Natiq tərəfindən tədris edilmişdir. Informatika müəllimi Nəsibova Alimə də xəstəlik səbəbindən işdə olmadığı zaman onun 17 saat dərs yükündən 4 saatı coğrafiya müəllimi Abbasov Zaur tərəfindən tədris olunmuşdur. Digər bir fakt isə ## #### 2024-cü il tarixli ** nömrəli əmrə əsasən rus dili müəllimi Ağayeva Türkan sosial məzuniyyətə çıxdığı zaman onun 23,5 saat dərs yükünün bir hissəsi ibtidai sinif müəllimləri Əsgərova Əfsanə və Hacıyeva Xatirə, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənli Sabiq tərəfindən əvəz edilmişdir. X4 izahatında göstərmişdir ki, ona həvalə edilmiş dərs saatlarından xəbəri olmamışdır, və həmin dərs saatları ilə bağlı sinif jurnallarında qeydlər aparılmamışdır. Bu səbəbdən Sabiq Həsənliyə əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 477.5 manat məbləği əsassız xərclənmişdir. Son olaraq, coğrafiya müəllimi Abbasov Zaur xəstəliklə əlaqədar işdə olmadığı zaman onun 30,5 saat dərs yükündən 12 saatı tarix müəllimi İddiaçı, 4 saatı isə Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənli Sabiq tərəfindən tədris edilmişdir. Bu da ixtisaslı olmayan müəllimlərə dərs saatlarının həvalə edilməsinin qaydalara zidd olduğunu və mövcud tədris cədvəlində uyğunluğun olmadığını göstərir. Əlavə olaraq, Məktəbdə sinifdən xaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində çalışan X2 cari tədris ilində onun adına rəsmləşdirilmiş əvəzetmə dərs saatlarını tədris etmədiyi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rufulla Əsədovun verdiyi izahatda da təsdiq edilmişdir. Imişli rayon Qaralar kənd N.Abışov adına tam orta məktəbinin 2023/2024-cü tədris ili üzrə tarifləşmə siyahısında yer alan pedaqoji, rəhbər, inzibatitəsərrüfat, tədris-yardımçı və xidmətedici işçi heyətinin üzürsüz səbəbdən işə gəlməməsi halları ilə bağlı aparılan yoxlamada, iş buraxılma halları və əmək haqqı ödənişlərinin düzgünlüyü araşdırılmışdır. X2, X16, X3, X10 və X21 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 227- ci maddəsi ilə inzibati xəta haqqında işin başlanılması barədə Imişli Rayon Prokurorluğunun ## ###### 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Məktəbin texniki işçi heyətinə daxil olan və məktəb direktorunun həyat yoldaşı olan Həsənli Hazara işdə olmadığı dövrlərdə əmək haqqı ödənməsi müəyyən edilmişdir. Belə ki, monitorinq keçirilən 06 və ## ### 2024-cü il tarixlərdə, Həsənli Hazarın ümumiyyətlə cari tədris ili ərzində işə gəlmədiyi və bu faktın təsərrüfat müdiri Kərimov Aydın və məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Rufulla Əsədov tərəfindən təsdiqləndiyi məlum olmuşdur. Buna baxmayaraq, Həsənli Hazaraya həmin dövr üçün əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 3128.7 manat məbləğində əsassız xərclənmişdir. X5 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmiş 3.128,7 manat, eləcə də həmin ziyana görə 25 faiz məbləğində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə cinayət məsuliyyətindən azad olunmaq üçün yerləşdirilmiş 782,2 manat, ümumilikdə 3.910,9 manat vəsait Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə Imişli Rayon Prokurorluğunun ## ###### 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Məktəbin təsərrüfat müdirinin həyat yoldaşı, məktəbin xadiməsi Kərimova Elnurə də cari tədris ili ərzində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib, işə gəlməyib və vəzifələrinin həyat yoldaşı tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Bu fakt da R.M.Əsədov, E.R.Kərimova və A.D.Kərimov tərəfindən təsdiq edilmişdir. Buna baxmayaraq, Elnurə Kərimovaya əmək haqqı ödənilmiş və nəticədə dövlət büdcəsindən 3128.7 manat məbləği əsassız olaraq xərclənmişdir. X11 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmiş 3.128,7 manat, eləcə də həmin ziyana görə 25 faiz məbləğində Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə cinayət məsuliyyətindən azad olunmaq üçün yerləşdirilmiş 782,2 manat, ümumilikdə 3.910,9 manat vəsait Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə Imişli Rayon Prokurorluğunun ## ###### 2024-cü il tarixli qərarında müəyyən edilmişdir. Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı X2 də müəyyən dövrlərdə işdə olmamışdır. Onun 2023-cü ilin dekabr, 2024-cü ilin fevral və mart aylarında işdə olmadığı, həmin faktın özünün, Rufulla Əsədovun və Aydın Kərimovun izahatları ilə təsdiqləndiyi məlum olmuşdur. Buna baxmayaraq, həmin dövrlər üçün X2 əmək haqqı ödənilmişdir və nəticədə dövlət büdcəsindən 2146.6 manat məbləği əsassız olaraq xərclənmişdir. X2 tərəfindən törədilmiş cinayət əməli nəticəsində dövlətə vurulmuş 2.146,6 manat ziyanın ödənilməsi üçün, həmin məbləğin 25%-i qədər, yəni 537 manat, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilmişdir. Bu ödəniş, X2 cinayət məsuliyyətindən azad olunmasına şərait yaratmışdır. Bu vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi barədə qərar Imişli Rayon Prokurorluğunun ## ###### 2024-cü il tarixli qərarında öz əksini tapmışdır. Bundan başqa, Aşağıda göstərilən şəxslər tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitinə yerləşdirilən vəsaitlər üzrə müvafiq olaraq, dövlətə vurulmuş ziyanla bağlı göstərilən məbləğlərin Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır: 1. X16 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 225,8 manat vəsait. 2. X10 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 495,8 manat vəsait.

3. X21 tərəfindən dövlətə vurulmuş ziyanla bağlı 22,4 manat vəsait. Monitorinq zamanı, üzürlü səbəb olmadan işə gəlməyən şəxslərin işə çıxmamalarına dair məktəb direktoru tərəfindən heç bir rəsmiləşdirmə tədbiri görülməmiş və məsul şəxslər məsuliyyətə cəlb olunmamışdır. - Məktəb Pedaqoji Şurasının fəaliyyətinə dair araşdırma nəticəsində müəyyən edilmişdir ki, Pedaqoji Şuranın protokol kitabı cari tədris ilində yazılmasına baxmayaraq, pedaqoji şuranın sədr və katibi tərəfindən heç bir protokol imzalanmayıb və rəsmləşdirilməyib. Həmçinin, şura iclaslarında müzakirə olunan məsələlərlə bağlı çıxışlar, arayışlar və müvafiq qeydlərin toplanmasına dair qovluq mövcud deyil. Bu vəziyyət, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ## ###### 2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş "Məktəb Pedaqoji Şurası haqqında Əsasnamə"nin tələblərinə uyğun təşkilatçılıq və sənədləşdirmənin aparılmadığını göstərir. Məktəbin əmr kitabının işlənməsində ciddi nöqsanlar aşkar edilmişdir. Əmr kitabı səliqəsiz işlənmiş, bəzi əmrlər aydın yazılmayıb və oxunması çətin olub. Əmrlərin verilməsində ardıcıllıq pozulmuş və müəyyən əmrlər (məsələn, vəzifə bölgüsü, məktəbin iş rejimi, dərsliklərin şagirdlərə paylanması, summativ qiymətləndirmənin təşkili ilə bağlı əmrlər) verilməyib. Ayrıca, ## ###### 2024-cü il tarixli ** nömrəli əmr-dən başlayaraq ## ##### 2024-cü il tarixli ** nömrəli əmr-ə qədər olan əmrlər məktəb direktoru tərəfindən imzalanıb möhürlənməyib. Əmr kitabının 65-ci səhifəsindən sonra səhifələr boş saxlanmış, ** nömrəli əmrdən sonra kitabın 68-ci səhfəyə qədər işlənmədiyi məlum olunmuşdur. Bundan sonra 04, 05, 06, ** nömrəli əmrlər olmadan, əmr kitabı 68-ci səhifədə ** nömrəli əmrdən başlayaraq yenidən işlənib. Kitabın tabe qurum tərəfindən təsdiq edilmədiyi və bu səbəbdən əmr kitabının təşkilati qaydalara uyğun işlənmədiyi aşkar olunmuşdur. - Məktəbdə sinif jurnallarının aparılması vəziyyətinə seçmə yolla baxış keçirilərkən "Sinif jurnalının aparılmasına dair Təlimata”ın bəzi tələblərinin pozulduğu müəyyənləşdirilmişdir. Beləki, məktəbdə sinif jurnallarının ümumi məlumat səhifələrinin sinif rəhbərlərinə aid hissələrinin tam olaraq işlənmədiyi, şagirdlərin şəxsi iş nömrələrinin bəzi jurnallarıda qeyd olunmadığı, jurnallarda çoxlu sayda pozuntulara və qaralamalara yol verildiyi, müəllimlər tərəfindən qiymətləndirilmələr səhifəsində qiymətlərdə düzəlişlər edildiyi, sinif jurnallarının müxtəlif rəngli diyircəkli qələmlərdən istifadə edilərək yazıldığı, məktəb direktoru və tədris işləri üzrə direktor müavini tərəfindən sinif jurnallarının aparılmasına nəzarətin zəif təşkil edildiyi müəyyən edilmişdir. Məktəbdəki monitorinq nəticələrinə görə, məktəbdə metodbirləşmə sənədlərinin qaydasında olmadığı,metodbirləşmələrin fəaliyyət göstərmədiyi və müəllimlər tərəfindən məktəbdaxili qiymətləndirmə prosesində ciddi çatışmazlıqların olduğu müəyyən edilmişdir. Böyük summativ qiymətləndirmə sənədləri mövcud olmamış, məktəb direktoru tərəfindən müvafiq komissiya yaradılması ilə bağlı əmr verilməmişdir. Müəllimlərin tədris planlarında isə müəyyən pozuntular var; təqvimlərin qeyd edilmədiyi və planların qaydasında olmadığı qeyd olunub. Ümumilikdə, tədris prosesinin həyata keçirilməsində mövcud qaydalara, tələblərə və təlimati qaydalara əməl edilmədiyi, məktəb rəhbərliyi tərəfindən tədris-pedaqoji sənədlərin işlənməsində və məktəbdəki tədris prosesinin təşkilində nəzarətin zəif olduğu müəyyən edilmişdir. 2. Iddiaçı ərizəsində qeyd edir ki, Imişli Rayon Prokurorluğunun ##.##.2024-cü il tarixli qərarına əsaslanaraq, barəsində cinayət işinin başlanması rədd olunub və buna görə də onun işdən çıxarılmasının qeyri-qanuni olduğunu bildirir. Lakin qeyd etmək lazımdır ki, bu qərar yalnız cinayət işinin başlanmasının rədd edilməsi ilə əlaqədardır və həmin qərar cinayət işində adı keçən digər şəxslərin təqsirsizliklərini təsdiq etmir. Həmçinin, Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən, adı çəkilən şəxslər, dəymiş zərəri və dövlət büdcəsinə 25% ödəməklə cinayət məsuliyyətindən azad ediliblər. Bu da, həmin şəxslərin təqsirli olduqlarını müəyyən etmişdir. Bəzi şəxslər barəsində isə Inzibati Xətalar Məcəlləsinin 227- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarı qəbul edilmişdir. Bundan əlavə, bu şəxslərin törətdikləri qanunsuz əməllərin baş verməsinə şərait yaradan əsas faktorlar arasında direktorun verdiyi əmrlər dayanır. Belə ki, direktor öz vəzifə səlahiyyətlərinə uyğun olaraq məktəbin və tədris prosesinin düzgün idarə olunmasını təmin etməli idi, lakin o, bu məsuliyyəti lazımi şəkildə yerinə yetirməmiş, nəzarətsiz bir mühitin yaranmasına şərait yaratmışdır. Bu vəziyyət nəticəsində, adıçəkilən şəxslərin qanunsuz fəaliyyətləri baş vermişdir. Ən əsası, bu dövlət büdcəsindən əsassız xərclərin baş verməsinə şərait yaradan əsas amil, birbaşa olaraq direktorun öz vəzifələrini lazımi səviyyədə yerinə yetirməməsi, yəni işçilərinin fəaliyyətinə nəzarət etməməsi olub. Direktorun vəzifə öhdəliklərindən biri, təhsil müəssisəsindəki bütün prosesləri düzgün idarə etmək, müvafiq nəzarəti həyata keçirmək və əməkdaşların fəaliyyətlərini daim izləməkdir. Lakin direktor öz vəzifələrini ciddi şəkildə yerinə yetirməyib, işçilərinin fəaliyyətləri üzərində lazımi nəzarəti təmin etməyib. Bu da nəticə etibarilə, məktəbdə baş vermiş qanunsuzluqlara, əsassız xərclənmələrə və digər pozuntulara şərait yaratmışdır. Iddiaçı, Imişli Rayon Prokurorluğunun qərarına istinad edərək özünün təqsirsizliyini əsaslandırmağa çalışır, lakin bu qərar yalnız cinayət işinin başlanmaması ilə bağlıdır və direktorun hərəkətləri ilə əlaqədar məsuliyyətini azad etmir. Əksinə, direktorun əmrləri və idarəetmə səriştəsizliyi bu qanunsuzluqların baş verməsinə şərait yaratmışdır və bu baxımdan direktorun işdən azad edilməsi tam əsaslıdır.

14. Eyni zamanda cavabdeh Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə daxil olmuşdur.Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin surəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilməsi üçün tədbirlər görülmüşdür. Lakin o, əmrin surətini və əmək kitabçasını ## ####### 2024-cü ildə götürmüşdür. Həmçinin "Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə dərhal məlumat göndərilmişdir. Iddiaçı ## ####### 2024-cü il də tarixdə əmrin surətini və əmək kitabçasını götürməsinə, mediasiya arayışını ## ####### 2024-cü il tarixdə almasına baxmayaraq ## ###### 2024-cü il tarixdə (iddia ərizəsinin tarixi ##.##.2024cü il) məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə iddia müddətinin tətbiq olunmasını və iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli (Hakim M.X.Əfəndizadə) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə öz mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı Imişli rayonu N.Abışov adına Qaralar kənd tam orta məktəbin direktoru olmuşdur. 2024-cü ildə məktəbdə AR Təhsil Nazirliyinin göstərişi ilə araşdırılma aparılmış, məktəbdə bir sıra nöqsanlar - texniki işçilərin işdə olmaması, sağlamlıq imkanı məhdud şagirdlərin tədris prosesinin qanunvericilikdə nəzərdə tutulan qaydada keçirilməməsi, dərnəklərin və dərsdənkənar məşğələlərin təşkil edilməməsi və s. kimi hallar aşkarlanmışdır. ## ######## 2024-cü il tarixli, 3-29-69/3- *- ***K/**** saylı əmr ilə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə əmək müqaviləsinə ləğv edilməsi əmr edilmişdir.

17. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

18. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb- ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Buna görə də qanunvericiliyin tələblərinə əsasən məhkəmə ilk növbədə iddia müddəti ötürülməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edib.

19. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

20. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırkı iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?

21. Mülki işin materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı ##.##.2024-cüil tarixli mübahisələndirilən əmri ## ####### 2024-cü il tarixdə əldə etdiyini bildirir. Mediasiya arayışından görünür ki, mediasiya barədə təklif ##.##.2024-cü il tarixdə göndərilmiş; mediasiya arayışı ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəməyə ## ###### 2024-cü il tarixdə müraciət etmiş və bununla da qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq müddəti ötürmüşdür. Iddia ərizəsində müddətin ötürülməsi iddiaçının prokurorluqda gedən araşdırmanın nəticəsini gözləməsi ilə əlaqədləndirsə də, məhkəmə iddiaçının mövqeyi ilə razılaşmır.

22. Belə ki, iddia müddətinin buraxılmasının üzrlü hesab edilməli olan hallar Əmək Məcəlləsi ilə təsbit edilmişdir. Hər hansı araşdırmanın nəticəsinə görə müddətin ötürülməsi üzrlü hesab edilə bilməz.

23. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

24. Lakin hazırkı iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.

25. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edib ki, iddia tələbi təmin edilə bilməz.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7(2), 7(2-1), 10, 42(1), 43(1), 44(1), 68(1)-ci maddələrinə, 70-ci maddənin “ç” bəndinə, 71(2), 80(1),186(1), 186(2), 296(2), 296(3), 296(6), 311-ci maddələrinə ; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

27. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti iddia ərizəsiylə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə; 296-cı maddəsinin 4 və 6-cı bəndinə;”Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulmasına gəldikdə bildirir ki, üzrlü səbəblərdən, yəni xəstəliyi və cərrahi əməliyyatlara məruz qalmağı ilə, həmçinin Məntəqə Seçki Komissiyasının sədri kimi keçirilən seçkilərdə iştirakıyla bağlı işdən kənarlaşdırıldığından ışə gəlməmək halları olsa da, üzrsüz səbəbdən işə gəlməməyi olmamışdır. Pis vərdişləri yoxdur, ƏM-nin 72-ci maddəsinin b) bəndində göstərilən halda nəinki işə, heç digər yerlərdə heç vaxt olmamışdır. Onun hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənə və ya dövlətə hər hansı maddi ziyan vurulmamışdır. Bu fakt Imişli rayon prokurorluğunun hazırda qüvvədə olan ## ###### 2024-cü il tarixli qərarı ilə də təsdiq olunmuşdur. Işlədiyi müddət ərzində əməyin mühafızəsi qaydalarının pozuntusu halı baş verməmiş və hər hansı işçinin səhhətinə zərər vurulmamışdır. Işlədiyi müddətdə kobud səhvlərə, işəgötürənin mənafelərinə xələl gətirən ciddi hüquq pozuntularına vol verməmiş, əmək funksiyasının pozuntusuna yol verməmiş və bununla bağlı barəsində hər hansı intizam tənbehi verilməmişdir. Iş vaxtı ərzində və bilavasitə iş yerində cinayət xarakterli ictimai-təhlükəli əməl törətməmişdir. Ona görə də hesab edir ki, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ######## 2024cü il tarixli əmr qanunsuz və əsassızdır. Hesab edir ki, Nərimanov rayon məhkəməsinin ## #### 2025-ci il, tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməlidir. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmadan hüquqi qiymət vermişdir. Demək olar ki, monitorinqlə yoxlama dövründə onun fəaliyyətinə müqavilə üzrə hər hansı öhdəliyinin yerinə yetirilməməsi, qanun və ya hüquq pozuntusu aşkar edilməmişdir. Imişli rayon prokurorluğunda aparılan araşdırma ilə bağlı prokurorluqda dəfələrlə izahat və ifadələri alınmış və Imişli Rayon Prokurorluğunun baş müstəntiqi Qorxmaz Babaşzadənin ## ###### 2024-cü il tarixli qərarı ilə **C-**(**-*-*-*-*******) nömrəli material üzrə digər şəxslər barəsində bəraətverici əsaslar olmadan, yəni CM-nin 179.2.3-cümaddəsi ilə təqsirli bilinərək, dövlət büdcəsinə vurduqları maddi ziyanı ödədikləri üçün cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibinin olmaması ilə bağlı “cinayət işinin başlamlmasının rədd olunması və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında” qərar qəbul olunmuşdur. Yuxarıda qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Işdən azad olunmağı ilə bağlı əmrin surətini, əməк kitabçasını, həmçinin son haqq-hesabı ## ####### 2024-cü il tarixdə alsa da və "əmrin ləğv edilməsi» işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi" Mediasiya şurasma müraciət edərək, ## ####### 2024-cü il tarixdə Mediasiva arayış» verilsə də, monitorinq nəticəsinə görə Imişli rayon prokurorluğundakı araşdırma üzrə yekun qərar qəbul olunmadığından, qeyd olunan tələblə məhkəməyə müraciət etməmiş və araşdırmanın nəticəsini gözləmişdir. Ona görə ki, həmin araşdırma nəticəsində onun təqsiri müəyyən edildiyi halda, işə bərpa və digər tələblərlə bağlı məhkəməyə müraciət etməyi mənasız olardı. Məhkəmə tərəfindəndən bu hallar tam olaraq araşdırılmamış və nəzərə alınmamışdır.

29. Cavabdeh Cavabdeh nümayəndəsi Asim Abdullayev tərəfindən iddiaçının apellyasiya şikayətinə yazılı etiraz daxil olmuş, etirazda qeyd edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Əmrin surətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ona verilməsi üçün tədbirlər görülmüşdür. Lakin o, əmrin surətini və əmək kitabçasını ## ####### 2024-cü ildə götürmüşdür. Həmçinin “Əmək və məşğulluq” alt sistemində (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş qeydiyyata alınmış və işçiyə bu barədə dərhal məlumat göndərilmişdir. Iddiaçı ## ####### 2024-cü il də tarixdə əmrin surətini və əmək kitabçasını götürməsinə, mediasiya arayışını ## ####### 2024-cü il tarixdə almasına baxmayaraq ## ###### 2024-cü il tarixdə (iddia ərizəsinin tarixi ##.##.2024cü il) məhkəməyə müraciət etmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi günün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini və əmək kitabçasını ## ####### 2024-cü il tarixdə almış, beləliklə əmək münasibətlərinin xitamı faktı həmin tarixdə ona rəsmən məlum olmuşdur. Bundan əlavə, əmək müqaviləsinə xitam barədə bildiriş ƏMAS sistemində qeydiyyata alınmış və işçiyə elektron qaydada dərhal göndərilmişdir. Yəni Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən işçinin hüququnun pozulduğu gün həmin sənədlərin ona təqdim edildiyi gün sayılır. Beləliklə də hazırki mübahisə üzrə iddia müddətinin axımı ##.##.2024-cü il tarixindən başlanmış hesab edilir. Iddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 1 aydan artıq müddət keçdikdən sonra ##.##.2024-cü il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini (məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına müraciət etməsi nəzərə alınmaqla) ötürmüşdür. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Daha sonra iddiaçı Mediasiya Şurasına müraciət etmişdir və bir qayda olaraq “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin başlanması ilə mübahisə üzrə iddia müddətinin axımı dayanmışdır. Lakin barışıq əldə olunmadığı üçün iddiaçı mediasiya arayışını ## ####### 2024-cü ildə əldə etmişdir. Bu o deməkdir ki, iddiaçının mediasiyaya müraciəti iddia müddətinin axımını yalnız müvəqqəti dayandırmışdır. Həmin qanunun 35.2-ci maddəsinə görə barışıq əldə edilmədikdə iddia müddətinin axımı mediasiya prosesinin başa çatdığı gündən bərpa olunur. Buna görə də, prosesin nəticəsiz qurtarması ilə iddia müddətinin axımı yenidən bərpa edilmişdir. Buna baxmayaraq, iddiaçı yalnız ## ###### 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Nəticə etibarilə, iddiaçının ## ####### 2024-cü ildə əmrin surətini və əmək kitabçasını aldığı, mediasiyanın ## ####### 2024-cü ildə başlandığı və nəticəsiz başa çatdığı, buna baxmayaraq yalnız ## ###### 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınmaqla müəyyən edilir ki, iddiaçı qanunla nəzərdə tutulan iddia müddətini açıq şəkildə pozmuşdur. 5. Iddiaçı iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini mediasiya prosesi ilə yanaşı, həm də barəsində aparılan cinayət təqibinin yekunlaşmasını gözləməsi ilə də əlaqələndirmişdir. Nəticə olaraq isə, onun barəsində CPMnin 39.1.2-ci maddəsinə əsasən, yəni əməlində cinayət tərkibinin olmaması ilə bağlı “cinayət işinin başlanılmasının rədd olunması və şəxsin cinayət məsuliyyətindən azad olunması haqqında” qərar qəbul olunmuşdur. Əmək Məcəlləsinin 296-cu maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırkı halda da ilk öncə qeyd etmək lazımdır ki, iddiaçı barəsində cinayət təqibinin başlanmasına əsas olmuş hadisənin cinayət olaraq qiymətləndirilməsi özü-özlüyündə əmək müqaviləsi üzrə yaranan subyektiv səlahiyyət və öhdəliklərin mahiyyəti baxımından müstəqil bir hüquqi əhəmiyyət kəsb etməməlidir. Burada araşdırılmalı olan əsas məsələ əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin pozulub-pozulması məsələsidir. Həmin məsələnin iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin nəticəsindən asılılığı müəyyən edilmir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi günün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hüququnun pozulmasının aşkar edildiyi gün sayılır. Belə olan halda da uzun müddət davam edən cinayət işinin yekunlaşmasının gözlənilməsi iddia müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verdiyi kimi qiymətləndirilə bilməz. Bundan başqa xüsusilə nəzərə alınmalıdır ki, cinayət təqibi zamanı iddiaçı barəsində seçilmiş qətimkan tədbirinin növü onun ölkə hüdudlarında azad hərəkət etmək hüququnu məhdudlaşdırılmasına səbəb olmamışdır, o, qanunvericiliklə ona verilmiş hüquqlardan sərbəst şəkildə istifadə etmək imkanına malik olmuşdur. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Iddia müddətinin üzrlü səbəblərdən ötürüldüyü qənaətə gəlmək üçün iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Iddiaçının nümayəndəsi vəkil Vəkil Bəybala oğlu elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı məlumat təqdim etmiş, məlumatda qeyd edilmişdir ki, apellyasiya şikayətində hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir aylıq müddətin qısa müddətə ötürülməsi mübahisə olunmamış və müddətin ötürülməsinin üzrlü hesab olunması barədə məhkəməyə vəsatət və sübutlar təqdim edildiyi, müddətin əsasız olaraq bərpa edilməməsi mübahisə olunmuşdur. Belə ki, iddiaçı xəstəliyi ilə bağlı əməliyyat olunmuş, əməliyyatdan sonra isə mütəmadi olaraq həkim müayinəsində olmuş və ambulator müalicələr almış, həmçinin Imişli rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsi barədə qərarın qəbul olunmasını gözləmişdir. Qətnamədən isə görünür ki, məhkəmə iddiaçının ilə bağlı təqdim etdiyi tibbi sənədləri və arayışları nəzərə almamış, qətnamədə bu hala hər hansı münasibət bildirməmiş, yalnız Imişli rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsinin gözlənilməsinə istinad etmişdir və bu halı da müddətin buraxılmasına üzrlü səbəb kimi qəbul etməmişdir. Iddiaçının apellyasiya şikayətinə cavabdeh tərəfindən verilmiş etirazdan da görünür ki, cavabdeh tərəf məhkəmənin qətnaməsini qanuni və iş üzrə gəlinən nəticəni isə əsaslı hesab etmişdir. Verilmiş etirazda cavabdeh tərəf yalnız iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən olunmuş 1 aylıq müddətin buraxılmasına istinad etmişdir. Etirazın dəlilləri ilə bağlı bir daha qeyd etmək istəyir ki, ƏM-nin 296.2-ci maddəsində hazırkı tələblə məhkəməyə müraciət edilməsi üçün 1 aylıq müddət müəyyən edilsə də, qanunvericilkdə buraxılmış bu müddətin üzrlü hesab edilərək bərpa olunması və digər istisnalar da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının ƏMnin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qətnamədən görünür ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslı olub-olmamasını müzakirə etməmiş, yalnız iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddətin buraxılmasına əsaslanmış, bu zaman iddiaçının bir çox ağır xəstəliklərdən(ürək-damar) əziyyət çəkməklə cərrahi əməliyyatlara məruz qalmaqla yanaşı, şəkərli diabet xəstəsi olduğunu nəzərə almamışdır. ƏM-nin 7-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə isə şəkər xəstəsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı bəndində deyilir ki, bu Maddədə göstərilən müddətlə üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hesab edir ki, iddia müddətinin ötürülməsilə bağlı məhkəmənin mövqeyi və verilmiş etirazın dəlilləri əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddia müddəti qısa müddətə ötürülmüşdür və bunun səbəbləri həm iddia ərizəsində, həm də məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılmış, sübutlar təqdim olunmuş və buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə qətnamədə iddiaçının xəstəliyi, cərrahi əməliyyat olunması və s.təqdim etdiyi dəlil və sübutlara münasibət bildirməmiş, yalnız Imişli Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsinin gözlənildiyinə istinad edərək, bunun da ötürülmüş müddətin bərpa edilməsinə əsas kimi qəbul etməmişdir. Ona görə də məhkəmənin mövqeyi və verilmiş etirazın dəlilləri ilə razı deyil.

31. Iddiaçının nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin məzmunun uyğun izahat verərək, birinci instansiya məhkəməsinin işin mahiyyətinə ümumiyyətlə toxunmadığını, sadəcə olaraq iddia müddətini tətbiq etməklə iddianı rədd etdiyini, iddiaçının Imişli rayon Prokurorluğunda onun barəsində gedən araşdırmanın nəticəsini gözlədiyini və bu səbəbdən də 1 aylıq məhkəməyə müraciət etmə müddətini ötürdüyünü, belə ki, Prokururluq orqanının qərarı ilə onun təqsiri müəyyən ediləcəyi təqdirdə məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməyəcəyini, həmçinin iddiaçının xəstəliyi ilə bağlı kifayət qədər sənədlər təqdim olunsa da bu sənədlərin də birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığını, digər tərəfdən iddiaçıda şəkərli diabet xəstəliyinin olduğunu və Əmək Məcəlləsinin tələblərinə əsasən bu xəstəlikdən əziyyət çəkənlərin işdən azad edilməsinin yolverilməz olduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən bu halın da nəzərə alınmadığını, iddiaçının uzun illər bu sahədə çalışdığını və öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

32. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, 2006-cı ildən doğulduğu kənddə məktəb direktoru vəzifəsini icra etdiyini, öz vəzifə səlahiyyətlərini daim dürüst və ədalətli şəkildə yerinə yetirdiyini, məktəbdə ibtidai sinif müəlliməsi olan X12-Muğan Regional Idarəsinin müdiri Rəşad müəllimlə problemi olduğuna görə onu 11 noyabrda Mil-Muğan Regional Təhsil Idarəsinə çağırdıqlarını və həmin müəllimin işdən çıxarılmasını ondan tələb etdiklərini, lakin onun bununla razılaşmadığını, əlavə olaraq əvvəlki imtahanda həmin müəllimin aşağı bal aldığını və böyük ehtimalla növbəti imtahanda kəsiləcəyini bildirdiyini, həmin müəllimi işdən azad etmədiyi üçün onun işlədiyi məktəbə sifarişli yoxlama göndərildiyini, həmin dövrdə Prezident seçkiləri ilə əlaqədar olaraq onun məntəqə seçki komissiyasına sədr təyin edildiyini və bu səbəbdən də 4 ay işdən azad olunduğunu, digər tərəfdən də əməliyyat keçirməsi ilə əlaqədar olaraq 3 ay bülleten götürdüyünü, yəni ümumilikdə 7 ay işdə olmadığını və qəsdən onun işdə olmadığı zaman yoxlama göndərildiyini, cavabdehin keçirilmiş yoxlama zamanı davamiyyətin aşağı olmasını irad bildirdiyini, halbuki onun məktəbdə olduğu dövrdə davamiyyətin kifayət qədər yüksək olduğunu, dərnəkərin hər ikisinin keçirildiyini, digər tərəfdən yoxlamanın nəticəsinin ona və kollektivə elan olunmadığını,əmrin də ona elan olunmadığını, hətta əmrin surəti ona təqdim olunmadığından məcbur qalıb tanışlıqla sektor müdirinin yanına gedib əldə etdiyini,ona ilk öncə son haqqhesabın verildiyini, sonra isə əmrin təqdim edildiyini, təqribi yadında qaldığı qədəri ilə son haqq –hesabı ##.##.2024-cü il tarixdə aldığını, ##.##.2024-cü il tarixdə Mediasiya arayışını aldığını, həyat yoldaşı tərəfindən Prokurorluq orqanın qərarına əsasən 3128 manat dəymiş ziyanın əvəzinin ödənilməsi məsələsinə münasibətdə isə yoldaşının onun üçün həmin məbləği ödədiyini, prokurorluq orqanının qəbul etdiyi qərarı mübahisələndirmədiyini qeyd edir, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş edir.

33. Cavabdehin nümayəndəsi X13 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətə qarşı yazılı etirazını elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təqdim etdiyini,etirazının məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etdiyini, bundan əlavə iddiaçının məktəb direktoru kimi əsas vəzifəsinin məktəbi idarə etməkdən ibarət olduğunu, lakin aparılmış monitorinq zamanı məktəbin idarə olunmasında kifayət qədər böyük qüsurlar aşkar olunduğunu, belə ki, əmrlərin iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, əmrlərin icrasına nəzarət edilmədiyini, nəticədə böyük həcmdə mənimsəmə olduğunun ortaya çıxdığını, məsələn riyaziyyat fənnin tədrisinin musiqi müəlliməsinə həvalə edildiyini, həmçinin yoxlama nəticəsində iddiaçıya intizam tənbehinin tətbiq olunduğunu, bundan sonra prokurorluq orqanında araşdırılma aparıldığını və araşdırmanın nəticəsində başqa nöqsanlar aşkar edildiyini, belə ki, 12000 manat dövlətə ziyan dəydiyinin müəyyən olunduğunu, hətta iddiaçının yoldaşının 3128 manat dövlətə dəymiş ziyanın əvəzinin ödədiyini, bəzi müəllimlərin işə gəlməyə-gəlməyə maaş aldıqlarının müəyyən edildiyini,dövlət tərəfinən təsdiq edilmiş və vəsait ayrılmış, dərsdən kənar məşğələlərin və dərnəklərin təşkil edilmədiyini, həmçinin iddiaçı tərəfindən iddia müddəti ötürülməklə ərizə verildiyini, birinci instansiya məhkəməsinin haqlı olaraq iddia müddətini tətbiq etdiyini bildirmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

34. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X14 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti üzrsüz səbəbdən ötürüldüyünü, müddətin bərpası barədə vəsatətin iddia ilə bərəbər verilməli olduğunu, həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin anoloji işlər üzrə qərarlarını da təqdim etdiyini, şəəxsin işdən azda edilməsi barədə əmrin artıq ## ######## 2024-cü il tarixində elektron sistemidə yerləşdirildiyini, şəxsin qanunu bilməməsinin məsuliyyətdən azad etmədiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər- F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), G.M.Abbasova, M.A.Məmmədov) iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş və Baçı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən və bu müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə əmri ## ####### 2024-cü il tarixdə əldə etdiyini bildirmişdir, mediasiya arayışı isə ##.##.2024-cü il tarixdə təhvil verilmiş, iddiaçı isə ## ###### 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Iddiaçının nümayəndəsi məhkəmə kollegiyası verdiyi izahatında Imişli Rayon Prokurorluğundakı iddiaçı barəsində gedən araşdırmanın nəticəsinin gözlənilməsi, həmçinin iddiaçının xəstəliyi ilə əlaqədar olaraq bu müddətin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, prokurorluğa müraciət etməklə bağlı dəlillər iddia müddətinin dayandırılması və ya kəsilməsi üçün əmələ gələcək hər hansı hüquqi nəticə müəyyən etmir, xəstəliklə bağlı isə iddiaçının fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə dair mötəbər sübutlar təqdim edilməmiş, qeyd edilən müddətə aid olmayan xəstəlik diaqnozu və ya dərman təyinatı ilə bağlı sənədlər müddətin üzrlü səbəblərdən ötürülməsini müəyyən edən sübutlar kimi qiymətləndirilə bilməz.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2(1)-ci maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 296(2), 296(3), 296(7)-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2, 29.7, 35.1, 35.2-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 48, 77.1, 88, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri:

39.

40. Kassasiya şikayətinə əsasən , birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 296.2-cimaddəsinə əsasən fərdi əmək mübahisənin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı tərəfindən bu müddət pozulmaqla məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir aylıq müddət qısa müddətə ötürülmüşdür və bunun üçün məhkəməyə üzrlü səbəblər də təqdim olunmuşdur. Belə ki, iddiaçı İddiaçı xəstəliyi ilə bağlı əməliyyat olunmuş, əməliyyatdan sonra isə mütəmadi olaraq həkim müayinəsində olmuş və ambulator müalicələr almış, həmçinin Imişli rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsi barədə qərarın qəbul olunmasını gözləmişdir. Qətnamədən görünür ki, məhkəmə iddiaçının xəstəliyi ilə bağlı məhkəməyə təqdim olunan tibbi sənədlər və arayışları nəzərə almamış və qətnamədə bu hala hər hansı münasibət bildirməmiş, yalnız Imişli rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsinin gözlənilməsinə istinad etmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişvə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri əsaslı hesab etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə razı deyillər və onun ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edirlər.

41. Iş materiallarından və tədqiq olunan sənədlərdən görünür ki, iddiaçı İddiaçı fəaliyyət göstərdiyi bütün dövrdəvə bilavasitə yoxlama aparıdığı dövrdə belə hallara (Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilmiş) yol verilməmiş və məktəbin kollektivinin, işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmamışdır. Qətnamədən də görünür ki, məhkəmə işdə olan dəlil və sübutları sadalamaqla kifayətlənmiş, lakin onları nəzərə almamış və hüquqi qiymət verməmişdir.

42. Iddiaçı İddiaçı ilə işəgötürən arasındakı əmək müqaviləsinə xitam verilərkən məktəbin həmkarlar təşkilatı əmək müqaviləsinə xitam verilməsinin əsaslı olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmamış, sadəcə əmri icra edərək əmək müqaviləsinə xitam verilməsinə öz razılığını bildirmişdir.

43. Qətnamədən görünür ki, məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslı olub-olmamasını müzakirə etməmiş, iddiaçı İddiaçı bir çox ağır xəstəliklərdən(ürəkdamar)əziyyət çəkməklə cərrahi əməliyyatlara məruz qalmaqla yanaşı, şəkərli diabet xəstəsi olduğunu nəzərə almamışdır. ƏM-nin 7-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə isə şəkər xəstəsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilə bilməzdi.

44. Qətnamədən görünür ki, məhkəmə iş üzrə təqdim olunan dəlil və sübutları sadalasa da, onlara mahiyyəti üzrə baxıb, hüquqi qiymət verməmişdir. Bunu isə ƏM-nin 296.2ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi ilə izah etmişdir. Hesab edir ki, iddia müddətinin ötürülməsiilə bağlı məhkəmənin mövqeyi əsassız və ədalətsizdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddia müddəti qısa müddətə ötürülmüşdür və bunun səbəbləri həm iddia ərizəsində, həm də məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılmışdır. Belə ki, iddiaçı həmin ərəfədə xəstəliyi ilə bağlı müalicə və müayinələrdə olmuş, cərrahi əməliyyata məruz qalmış, əməliyyatdan sonra profilaktik müayinələrdə olmuş, həmçinin Imişli rayonunda aparılan araşdırmanın nəticəsi üzrə qəbul olunacaq qərarı gözləmişdir. Bu səbəblər konkret təsdiqedici faktlar və dəlillərlə məhkəməyə təqdim olunmuş və buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa edilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə qətnamədə iddiaçının təqdim etdiyi dəlil və sübutlara münasibət bildirməmiş, yalnız Imişli rayon prokurorluğunda aparılan araşdırmanın nəticəsinin gözlənildiyinə istinad edərək, bunun da ötürülmüş müddətin bərpa edilməsinə əsas kimi qəbul etməmişdir.

45. Iddiaçı İddiaçı iştirakı ilə keçirilən Həmkarlar təşkilatının iclasında müzakirələr zamanı onun fəaliyyəti ilə bağlı əleyhinə hər hansı fikir səsləndirilməmişdir. O, həmkarlar təşkilatının bu iclasının protokolunu rəsmi olaraq rəhbərlikdən tələb etsə də onu verməkdən imtina edilmişdir. Həmkarlar təşkilatı işçinin hüquqlarını qorumaq əvəzinə, qanunsuz əmrin verilməsinə formal olaraq razılığını bildirmişdir. Yəni, iclasda iştirak edənlər onun əleyhinə fikir səsləndirməsələr də, həmkarlar təşkilatı əmək müqaviləsinə xitam verilməsi barədə rəy vermişdir. Bununla da “Həmkarlar ittfaqı haqqında” Qanunun maddələri pozulmuşdur.

46. Iddiaçı istər iddia tələbinin əsaslı olması, istərsə də ötürülmüş müddətin üzrlü hesab olunması barədə istinad etdiyi halları təsdiq edən dəlil və sübutları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qəbul etsə də, öz qətnaməsində sübutları tam göstərməmiş, onlara qeyri obyektiv yanaşmış və düzgün hüquqi qiymət verməmişdir.

47. Məhkəmənin qətnaməsindən görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, işdəki dəlil və sübutlara birtərəfli və qeyri obyektiv hüquqi qiymət verilmişdir. Ümumiyyətlə, iddia tələbi əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi ilə bağlı olsa da, məhkəmə qətnamədə birinci tələbi, yəni əmrin ləğv olunmasını qeyd etməmiş, buna münasibət bildirməmişdir. Ona görə də məhkəmənin qətnaməsini əsassız hesab edirəm.

48. Yuxarıda qeyd olanan sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Həmin sübutlar iddiaçının iddia müddətini üzrlü səbəblərdən ötürməsini kifayət qədər təsdiq etməsinə baxmayaraq, məhkəmə onları qəbul etməmişdir. Hesab edir ki, bununla da məhkəmə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və məhkəmə iş üçün mühüm əhəmiyyəti olan faktiki halları tam aydınlaşdırmamışdır.

49. Qətnamədən görünür ki, məhəkəmə iddia müddətinin ötürülməsi və bu barədə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi ilə bağlı iddia tələblərini təmin etməmişdir. Lakin, məhkəmə kollegiyasının nəzərinə çatdırırq ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə iddiaçı tərəfindən etiraz olunmuş və iddiaçının həmin dövrdə xəstəliyi və Imişli rayon prokurorluğunda aparılan araşdırma ilə bağlı sənəd və sübutlar məhkəməyə təqdim olunmuş, buraxılmış müddətin üzrlü hesabolunması xahiş olunmuşdur. Bu hallar, apellyasiya instansiyası məhkəmsi tərəfindən tam və hərtərəfli araşdırılmamış və iddiaçı tərəfin dəlil və sübutlarına düzgün hüquqi qiymət verilməmişdir.

50. Birinci instansiya məhkəməsinə iddia tələbinin əsaslı olması, həmçinin buraxılmış müddətin üzrlü hesab edilməsi barədə tibbi sənədlər və arayışlar təqdim olunmuşdur, lakin birinci instansiya məhkəməsi həmin tibbi arayış və sənədlərə münasibət bildirməmiş,həmçinin təqdim olunan bəzi sənədlər isə işə əlavə olunmamışdır. Iddiaçının həmin dövrdə xəstəliyi ilə bağlı cərrahi əməliyyat edilməsi və bundan sonrakı dövrdə isə müayinə və müalicənin davam etdiliməsi işin mübahisəsiz halıdır. Eyni zamanda, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi barədə vəsatət təqdim edilmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Hesab edirlər ki, məhkəmə vəsatətin təmin olunmasından əsassız olaraq imtina etmiş və buraxılmış müddəti üzürlü saymamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesabetmişdir.

51. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 80.2, 296-cı maddəsinin 6-cı bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 11 və 18-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.1-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

53. Azərbaycan Respublikası Əmək Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):

54. Maddə 296.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):

55. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

56. Maddə 29.7 Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.

57. 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

58. Maddə 35.1.Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

59. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəsini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddianı rəd etmiş, apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən və bu müddətin üzürlü səbəbdən ötürülməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

71. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı işdən azad edilməsi barədə əmri ## ####### 2024-cü il tarixdə əldə etdiyini bildirmişdir, mediasiya arayışı isə ##.##.2024-cü il tarixdə təhvil verilmiş, iddiaçı isə ## ###### 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə də iddiaçı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Iddiaçının nümayəndəsi məhkəmə kollegiyasında verdiyi izahatında Imişli Rayon Prokurorluğundakı iddiaçı barəsində gedən araşdırmanın nəticəsinin gözlənilməsi, həmçinin iddiaçının xəstəliyi ilə əlaqədar olaraq bu müddətin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, prokurorluğa müraciət etməklə bağlı dəlillər iddia müddətinin dayandırılması və ya kəsilməsi üçün əmələ gələcək hər hansı hüquqi nəticə müəyyən etmir, xəstəliklə bağlı isə iddiaçının fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinə dair mötəbər sübutlar təqdim edilməmiş, qeyd edilən müddətə aid olmayan xəstəlik diaqnozu və ya dərman təyinatı ilə bağlı sənədlər müddətin üzrlü səbəblərdən ötürülməsini müəyyən edən sübutlar kimi qiymətləndirilə bilməz.

72. Məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı və məhkəmənin iş üçün mühüm əhəmiyyəti olan faktiki halları tam aydınlaşdırmadığı barədə dəlilləri hazırkı icraat çərçivəsində araşdırıla bilməz.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır mışdır.

73. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən iddia müddətinin tətbiqi ilə əlaqədar hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, iddia, iddia müddəti tətbiq edilməklə rədd edildiyinə görə və kassasiya kollegiyası da məhkəmələrin mövqeyi ilə razılaşdığına görə, kassasiya şikayətinin iddia müddəti ilə əlaqəli olmayan dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar