Məhkəmə qərarları › İş №2(1-8)-717/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-717/2026

04.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-717/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-717/2026 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Əmək kitabçasına əsasən İddiaçı ##.##.2006-cı il tarixdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin Əli Bayramlı şəhər Mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsinə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin *-**-**/Ə**/**** saylı ##.##.2025-ci il tarixli əmrinə əsasən ##.##.2025-ci il tarixdə xidməti geyim formasında Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən “xxxx” ASC-nin “Poz-Qazan” lotereyasını oynamaqla DIN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verdiyinə, bununla “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11 və 3.1.15-ci bəndlərinin tələblərini pozduğuna görə X1 Şöbəsinin mülki mühafizəçisi İddiaçılə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilmişdir.

3. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin (bundan sonra – “cavabdeh”) ##.##.2025-ci il tarixli */ş/h***/**** saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, dövlətin qanunvericiliyinə uyğun qaydada “xxxx” ASC tərəfindən buraxılmış “Poz-Qazan” lotereyasını alıb oynamaq nə vaxtdan etik davranış qaydalarının kobud şəkildə pozulmasına səbəb olmuş və bütün bu hallar ilk növbədə Konstitusiyaya, hüquqi dövlət prinsipinə ziddir. Belə ki, bərabərlik hüququ dövlətin əsas xüsusiyyətlərindən sayılır. Iddiaçı xidmət etdiyi dövrdə intizamsızlığa yol verməmiş, cinayət, inzibati (intizam) və maddi məsuliyyətə cəlb edilməmişdir. Işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirmişdir. Heç bir intizam tənbehinə məruz qalmamışdır. Əgər qanunazidd hərəkətlərə yol versəydi, rəhbərlik onun barəsində hüquq mühafizə orqanlarına müraciət etməli idi və ya intizam tənbehinə məruz qalsaydı, bu barədə əmrdən məlumatı olardı.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatındı bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçının hərəkətləri xidməti ilə bir araya sığmır.

7. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – H.Miriyeva).

8. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş xidməti formada “xxxx” ASC nin “Poz-Qazan” lotereyasını oynaması nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndinin tətbiqini şərtləndirən əsas amil işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə yuxarıda sadalanan halların baş verməsidir ki, iddiaçının qeyd edilən lotereyanı oynaması onun əmək funksiyalarının və ya vəzifə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olmamışdır.

9. Məhkəmə əmrdə iddiaçı tərəfindən pozulması kimi istinad olunan “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 2.1.11 və 3.1.15-ci bəndlərinə münasibətdə qeyd etmişdir ki, 2.1.11-ci bəndin məzmunu ondan ibarətdir ki, mülki mühafizəçi xidmətin və başqa dövlət orqanının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Göstərilən bənd ümumi xarakterli olmaqla, əmrdə ona istinad olunmasının konkret əsası 3.1.15-ci bənddir. Həmin bəndə əsasən mülki mühafizəçi mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir. Göründüyü kimi cavabdeh təşkilat iddiaçının oynadığı “Poz-Qazan” lotereyasını mərc oyunu kimi qəbul edərək müvafiq əmri vermişdir. Halbuki bu tipli lotereyalar mərc (qumar) oyunu sayılmır. Belə ki, “Poz-Qazan” lotereyası, iştirakçının bilet alaraq həmin biletin üzərindəki sahəni pozub təsadüfi şəkildə qalib olub-olmadığını öyrəndiyi şans oyunudur. Mərc oyunu isə iştirakçının pul və ya digər dəyərli əşyanı riskə ataraq təxmin bildiyi və ya bacarıqla nəticəni proqnozlaşdırmağa çalışdığı oyundur.

10. O da qeyd olunmalıdır ki, lotereyalar (“Poz-Qazan” da daxil olmaqla) qanunla tənzimlənir və “xxxx” ASC Azərbaycan Respublikası Prezidentinin ## ###### 2001-ci il tarixli, *** saylı fərmanına əsasən yaradılmış şirkətdir. Qaydalarda mühafizəçinin lotereya, poz qazan və s. kimi fəaliyyətlərdə iştirakının qadağan edildiyi müəyyən edilməmişdir.

11. Digər tərəfdən, cavabdehin iddia etdiyi kimi iddiaçı tərəfindən etik davranış qaydalarının pozulması halları baş versə idi belə, əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların, əgər pozuntu hesab edilsə belə, xarakterinə adekvat olmamışdır. Qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).

12. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam tənbehi tətbiq olunarkən iddiaçının törətdiyi “xəta”nın xarakterinin nəzərə alınmaması, bununla da işəgötürənin yanaşmasına görə pozuntu hesab edilən halın xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin düzgün tətbiq olunmaması deməkdir.

13. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir.

14. Göründüyü kimi iddiaçıya intizam tənbehi verən işəgötürən “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”ni müəyyən edən 186-cı maddənin 3cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir.

15. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı barəsində intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan intizam tənbeh tədbirinin tətbiq olunmasına dair ##.##.2025-ci il tarixli əmr iddiaçıya münasibətdə ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35 (İ və II hissələr), 60 (İ hissə), 125 (VII hissə), 129 (III hissə), “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6, Əmək Məcəlləsinin 68, 70 (“ç” bəndi), 80, 186 (2 və 3-cü bəndlər), 300 (1-ci bənd), Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müəssisə daxili intizam qaydalarını tənzimləyən Qaydaların 2.1.11 (xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir) və 3.1.15-ci (mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir) bəndlərinin tələblərini kobud surətdə pozaraq DIN-nin Mühafizə Xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: S.Bəhrəmzadə – sədrlik edən və məruzəçi, R.Səmədov və X.Mərdanova).

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Əmrdə göstərilənlər, ümumiyyətlə, qeyd edilən maddələrin tərkibini yaratmır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

21. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 3 (9-cu bənd), 68 (1-ci bənd), 70 (“ç” bəndi), 71 (2 və 3-cü bəndlər), 76 (1-ci bənd), 186 (2 və 3-cü bəndlər), 187 (1-ci bənd), 300 (1-ci bənd), MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 18-1 və 20-ci maddələri üzrə - “xxxx” ASC mərc oyunlarını da təşkil edən icazəli operator hesab edilir. Apellyasiya məhkəməsinin bu maddəni yalnız mərc oyunlarına aid etməsi və şans oyunlarının qanunsuz olmamasına istinad etməsi normativ hüquqi aktların uğursuz təfsiridir. Belə ki, mərc oyunları və şans oyunları hüquqi mahiyyətinə görə risk xarakterli hüquqi münasibətlər kateqoriyasına aiddir. Hər iki halda iştirakçı əvvəlcədən müəyyən məbləğdə pul vəsaiti və ya əmlak qoyuluşu edir və uduş əldə etmək ehtimalı qeyri-müəyyən gələcək hadisənin nəticəsindən asılı olur. Mərc oyunları adətən konkret və obyektiv olaraq müəyyən edilə bilən hadisənin (məsələn idman yarışının nəticəsi və ya digər faktiki hadisə) nəticəsinin əvvəlcədən proqnozlaşdırılması əsasında qurulur. Bu münasibətlərdə iştirakçının analiz və qiymətləndirmə qabiliyyətinin müəyyən rolu ola bilər. Şans oyunlarında isə nəticə əsasən və ya tamamilə təsadüfi mexanizmlə müəyyən edilir və iştirakçının bilik və bacarığının nəticəyə təsiri minimal xarakter daşıyır. Lotereyalar, kazino oyunları və oxşar fəaliyyət növləri bu kateqoriyaya aid edilir. Beləliklə, mərc oyunları ilə şans oyunları arasında əsas fərq nəticənin müəyyən edilməsində təsadüf amilinin üstünlük dərəcəsi ilə bağlıdır. Bununla yanaşı, hüquqi mahiyyət etibarilə hər iki fəaliyyət növü riskli öhdəlik münasibətləri kimi oxşar hüquqi rejimə tabe tutulur. Göründüyü kimi polisin nüfuzu baxımından şans oyunu da ictimai qavrama üzrə eyni nəticəni verir – xidmətin nüfuzuna xələl gəlir və etik davranış tələblərini pozur. Bu normanın məqsədi əməkdaşın maddi maraq əsasında təsadüfi uduş mexanizminə əsaslanan oyunlarda iştirakının qarşısını almaqdır. Normanın tətbiqi oyunun terminoloji adından deyil, onun iqtisadi və sosial mahiyyətindən asılıdır. Normativlər konkret fəaliyyəti qanunsuzluq baxımından yox, polis əməkdaşının nüfuzuna və ictimai etimada təsir baxımından tənzimləyir. Məsələn öz fotoşəklini sosial şəbəkəyə qoymaq da birbaşa qanun pozuntusu yaratmaya bilər, amma ictimai qavrama baxımından nüfuza xələl gətirən hərəkətdir.

24. Polisin etik davranış kodeksinin 9.3, 26.5 və 34.1-ci maddələri üzrə - iddiaçının pul qazanmaq məqsədilə şans oyunlarında iştirakı onun xidməti fəaliyyətinə yaraşmayan davranış kimi qiymətləndirilməlidir. Polis əməkdaşının pul qazanmaq məqsədilə şans oyunlarında iştirakı, həm xidməti nüfuzuna, həm də cəmiyyətdə polisə olan etimada, onun peşə nüfuzuna ciddi kölgə salır. Iddiaçı etik davranış qaydalarını bilməli və sual yarandıqda müvafiq vəzifəli şəxslərdən məsləhət almalı olduğu halda belə davranışa yol verib, öz davranışına nəzarəti təmin etməyib.

25. Əmək Məcəlləsinin 311-ci, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 6.2-ci maddəsi üzrə - iddiaçı ##.##.2025-ci il tarixdə geyim formasında Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən “xxxx” ASC-nin “Poz-Qazan” lotereyası oynaması DIN-nin Baş Mühafizə Idarəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərə yol verməsi ilə nəticələnmişdir.

26. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və daxili işlər orqanları əməkdaşlarının davranış kodeksinin 22 və 42.1-ci maddələri üzrə - iddiaçı Qaydaların 2.1.11 (xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir) və 3.1.15-ci (mərc oyunlarında iştirakdan, eləcə də bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir) bəndlərinin tələblərini kobud surətdə pozaraq DIN-in Mühafizə Xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol vermişdir. Iddiaçının pul qazanmaq məqsədilə “Poz-Qazan” kimi şans oyunlarında iştirakı davranış prinsiplərinin pozulması ilə nəticələndiyindən və bu pozuntu əməkdaşın adına xələl gətirən intizam pozuntusu hesab olunduğundan həmin pozuntuya görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam məsuliyyəti tətbiq edilməli və bu məsuliyyət Azərbaycan Respublikası Əmək Məcəlləsi, daxili işlər orqanlarının intizam nizamnaməsi və “Polis haqqında” Qanunun müvafiq müddəaları ilə müəyyən edilən tədbirlər (o cümlədən xidmətdən xaric edilmə daxil olmaqla) ilə nəticələnə bilər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

30. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

33. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.

34. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

35. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş halları üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

46. Məhkəmə kollegiyası əlavə olaraq kassasiya şikayətinin mərc və şans oyunlarının hüquqi mahiyyəti ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı “xxxx” ASC-nin təşkil etdiyi “Poz-Qazan” lotereyasını oynamışdır. Belə ki, lotereyaların qaydaları, təşkili və digər prosedurlar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, mərc oyunları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Idman mərc oyunlarının təşkili və keçirilməsi” Qaydaları ilə tənzimlənir.

47. Göründüyü kimi “Poz-Qazan” lotereyası lotereya növü, mərc oyunu isə əsasən idman və digər yarışların nəticələrinə mərc qoymaqla oynanılan ayrıca oyun növüdür. Hər iki fəaliyyətin hüquqi tənzimlənməsi, təşkilatçıları və nəzarət mexanizmləri fərqlidir. Bu səbəbdən, “Poz-Qazan” lotereyası ilə mərc oyunu eyni hüquqi anlayış kimi qiymətləndirilə bilməz.

48. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin kassasiya şikayətində istinad etdiyi Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin 18-1-ci maddəsində göstərilmişdir ki, mərc oyunlarında iştirakdan, eləcə də, bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir.

49. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, bu işdə iddiaçı mərc oyunu oynamadığı üçün cavabdehin dəlilləri yuxarıda qeyd olunanlara əsasən əsassızdır.

50. Həmçinin o da qeyd olunmalıdır ki, adı çəkilən Kodeksdə mərc oyunlarında iştirakın qəti şəkildə qadağan olunduğu deyil, belə fəaliyyətlərdən çəkinilməli olması nəzərdə tutulmuşdur. Ona görə də iddiaçının cəmi 1 dəfə şans oyununda (hətta mərc oyunu olmamasına baxmayaraq) iştirak etməsi ilə cavabdehin buna qarşı gördüyü cavab tədbirini nə əsaslı, nə də mütənasib hesab etmək olar.

51. Belə ki, hazırkı iş üzrə işəgötürən tərəfindən intizam tənbehi tətbiq edilərkən iddiaçıya aid edilən hərəkətin xarakteri, ağırlıq dərəcəsi, onun nəticələri və törədilmə şəraiti lazımi qaydada nəzərə alınmamışdır. Nəticə etibarilə, işəgötürənin pozuntu kimi qiymətləndirdiyi əmələ münasibətdə həmin əməlin xarakterinə adekvat olmayan ən ağır intizam tədbirinin – əmək müqaviləsinə xitam verilməsinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsində təsbit edilmiş mütənasiblik və fərdiləşdirmə tələblərinə uyğun olmamışdır. Bu isə öz növbəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin işin hallarına düzgün tətbiq edilmədiyini göstərir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar