Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-718/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin “b” bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Ispəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” publik hüquqi şəxsə və cavabdeh1 qarşı “əmrin ləğv olunması və işə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.
2. ##.##.2025-ci il tarixdə İddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin ##.##.2024-cü il tarixdən ixtisara düşməsi, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
3. “xxxx” publik hüquqi şəxsinin * nömrəli Regional Sukanal Idarəsinin ##.##.2024-cü il tarixli ***/K nömrəli əmri ilə ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən İddiaçı əmək müqaviləsinə xitam verilmiş, ona Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən “xxxx” ASC-də 10 il 14 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 38 təqvim günü üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir.
4. İddiaçı həm müharibə veteranı, həm də məcburi köçkün statusuna malikdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər “xxxx” publik hüquqi şəxsi və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” publik hüquqi şəxsinin * nömrəli Regional Sukanal Idarəsinin 2024-cü il ## ###### tarixli ***/K nömrəli əmrinin ləğv edilməsi və həmin işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunmaqla əsassız və qanunsuz xitam verilmişdir. Iddiaçının müharibə iştirakçısı olması da nəzərə alınmamışdır.
7. Iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, cavabdeh təşkilatda uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuş, lakin struktur dəyişikliyindən sonra onun əmək müqaviləsinə xitam verilmiş, yaşı əsas gətirilərək yeni yaradılmış cavabdeh1 işə qəbulundan imtina edilmişdir. Bununla yanaşı, iddiaçı qeyd etmişdir ki, o, ailədə yeganə gəlir gətirən şəxsdir.
8. Cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək izah etmişdir ki, aparılmış struktur dəyişikliyi nəticəsində keçmiş “xxxx” ASC-nin tabeliyində fəaliyyət göstərən * nömrəli Regional Sukanal idarəsi ləğv olunmuş, onun balansı “X1 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. Hazırda iddiaçının əvvəl işlədiyi ştat vahidi “X1 Xidməti” publik hüquqi şəxsin strukturuna aiddir, bu səbəbdən iddiaçının işə bərpası onların səlahiyyətləri xaricindədir.
9. Cavabdeh cavabdeh1 nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı Regional Sukanal idarəsinin əməkdaşı olmuşdur və onların yeni yaradılmış qurum kimi həmin iddiaya cavabdeh şəxs qismində çıxış etmələri üçün hüquqi əsas mövcud deyildir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Əsədzadə) 2025-ci il ## #### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh “xxxx” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 2024-cü il ## ###### tarixli ***/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh PHŞ-də nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması və 2024-cü il ## ###### tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçilərin sayının ixtisarı, ştat və struktur bölmələrinin ləğvi işəgötürənin əsas hüquqlarından biridir, lakin bu hüquq həyata keçirilərkən əmək qanunvericiliyinin tələblərinə riayət olunması onun vəzifəsidir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, işəgötürən həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda, ştatların ixtisarı zamanı da bu tədbirin zəruriliyi əsaslandırılmalı və qanunvericiliyin tələblərinə əməl edilməlidir. Iş materiallarından isə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır.
12. Belə ki, mübahisələndirilən əmrlə əmək müqaviləsinə yalnız ştat vahidinin ixtisarı göstərilməklə, müvafiq əsaslandırma aparılmadan xitam verilmişdir. Halbuki, ixtisar ilə işçinin əmək fəaliyyətinin davam etdirilməsinin mümkünsüzlüyü arasındakı səbəbli əlaqə izah edilməli və işçinin işdə saxlanılması istiqamətində görülmüş tədbirlər göstərilməli idi. Bundan əlavə, cavabdeh tərəfindən ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı görülmüş və görülməli olan tədbirlər arasında uyğunsuzluq olduğu da iş materialları ilə təsdiq olunmuşdur.
13. Məhkəmə tərəfindən xüsusilə vurğulanmışdır ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işəgötürənin mülahizə səlahiyyətinə aid olsa da, belə qiymətləndirmə aparılmalı və müqayisəli təhlilin nəticələri təqdim edilməlidir. Əks halda, bu hal hüquqdan suiistifadə kimi qiymətləndirilərək əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinin pozulmasına səbəb olur. Iş materiallarından isə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət cavabdeh təşkilatda nasos qurğularının maşinisti vəzifəsində çalışmışdır. Cavabdeh isə ixtisar zamanı işdə saxlanılan şəxslərin seçilmə meyarlarını, habelə iddiaçının hansı meyarlara cavab vermədiyini əsaslandırmamış və bu barədə hər hansı sübut təqdim etməmişdir.
14. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisar zamanı işdə saxlanılmaqda üstünlüyü olan şəxslər müəyyən edilmişdir və işin hallarından iddiaçının həmin kateqoriyaya aid olduğu müəyyən olunur. Belə ki, ixtisas və peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən digər şəxslərlə yanaşı müharibə iştirakçılarına və məcburi köçkün statusu olan şəxslərə üstünlük verməlidir. Iddiaçının müharibə iştirakçısı olması təqdim etdiyi vəsiqə və müvafiq pensiya alması ilə, məcburi köçkün statusuna malik olması isə təqdim etdiyi sənədlərlə təsdiq edilir.
15. Birinci instansiya məhkəməsi iddiaçıya ştat vahidinin ixtisara düşməsi barədə olunmuş xəbərdarlıqla bağlı qeyd etmişdir ki, əmək müqaviləsinə 9 təqvim həftəsindən sonra xitam veriləcəyi barədə xəbərdarlıq olunsa da, həmin müddət başa çatdıqdan sonra iddiaçı əmək fəaliyyətini davam etdirmiş, əmək müqaviləsinə yalnız ##.##.2024-cü il tarixdə xitam verilmişdir.
16. Bundan əlavə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması tələbinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, 70-ci maddənin “b” və “ç” bəndləri üzrə xitam zamanı həmkarlar ittifaqının əvvəlcədən razılığı alınmalıdır. Buna baxmayaraq cavabdeh tərəfindən bu tələbin yerinə yetirildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən bir sıra qanun pozuntularına yol verilmişdir ki, bu da müvafiq əmrin ləğvi üçün əsasdır.
17. Cavabdeh “xxxx” publik hüquqi şəxsinin nümayəndəsinin məhkəmə iclasındakı izahatına münasibətdə məhkəmə qeyd etmişdir ki, təsdiq edilmiş nizamnamələrə əsasən, iri şəhərlərdə su təchizatı xidmətləri “xxxx” publik hüquqi şəxsi, digər ərazilərdə isə “X1 Xidməti” publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Bununla belə, iş materialları ilə * nömrəli Regional Sukanal idarəsinin Imişli sukanal sahəsinin ləğv edilməsi və ya “X1 Xidməti” publik hüquqi şəxsin tabeliyinə verilməsi təsdiq olunmur. Təqdim olunmuş ştat cədvəlindən görünür ki, iddiaçının işlədiyi vəzifə hazırda da mövcuddur. Eyni zamanda, həmin idarənin əvvəlki qurumun hüquqi varisi olması barədə sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, struktur təsdiq edildikdən sonra ##.##.2024-cü il tarixli əmrin * nömrəli Regional Sukanal idarəsi tərəfindən verilməsi həmin qurumun faktiki mövcudluğunu göstərir.
18. Beləliklə, cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü barədə dəlilləri sübuta yetirilməmişdir. Hətta bu hal fərz edilsə belə, işə bərpa tələbinin rədd edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, əmək müqaviləsi cavabdeh tərəfindən ləğv edilmiş, lakin bu zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olduğu müəyyən edildiyindən, onun ləğvi və iddiaçının əvvəlki vəzifəsinə bərpası zəruridir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 16, 70, 71, 77, 78, 80, 300-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.1, 14.2, 77.1, 119 və 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması və ödənilmiş dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - N.Cəfərov (sədrlik edən), İ.Şirinov və K.Əkbərov) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırmasına əsasən, iddiaçının əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Iddiaçının əmək müqaviləsinə xitam verən əmrdə HIK-nin ##.##.2024-cü il tarixli **-**-*-*/*-**/**** nömrəli məktubuna istinad olunsa da, məktub işə əlavə edilməmişdir.
23. Əlavə olaraq, məhkəmə kollegiyası vurğulamışdır ki, həmkarlar ittifaqı sədrinin imzası razılıq hesab edilə bilməz. Birincisi, razılıq yalnız bir nəfər tərəfindən verilə bilməz, çünki həmkarlar ittifaqı kollegial və üzvlərin birləşdiyi təşkilatdır və üzvlərin əmək hüquqlarını müdafiə etmək məqsədi daşıyır. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, razılıq həmkarlar ittifaqının yığıncağında verilmiş qərar şəklində olmalıdır. Ikincisi, razılıq məktubda deyil, həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarında ifadə olunmalıdır, çünki təşkilat kollegial qurumdur və qərar kollegial şəkildə qəbul edilir.
24. Apellyasiya iclasında iddiaçı bildirmişdir ki, həmkarlar ittifaqının üzvlərinin yığıncağı keçirilməyib, cavabdeh isə bunun əksini sübut etməmişdir. Buna baxmayaraq, əmək müqaviləsi həmkarlar ittifaqının qabaqcadan razılığı alınmadan ləğv edildiyindən, əmrin qanunsuz olduğu müəyyən edilmişdir. Işin digər hallarının araşdırılması nəticəyə təsir etmir, həmkarlar ittifaqının razılığının olmaması iddianın təmin edilməsi üçün kifayətdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi düzgün qərardır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh “xxxx” publik hüquqi şəxsi (vəkil Vəkil) qətnamədən kassasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması və ödənilmiş dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı Imişli rayon Sukanal Idarəsi “X1 Xidməti”nin tərkibinə verilərək cavabdeh1 yaradılmışdır. “X1 Xidməti” “xxxx”nin alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Iddiaçının işlə təmin edilib-edilməməsi həmin qurumun daxili səlahiyyətindədir. Hazırda cavabdehin Imişli rayon Sukanal Idarəsi struktur olaraq mövcud deyil və iddiaçının ştat vahidi də mövcud deyildir. Bu hallara baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbinin təmin edilməsinə qərar vermişdir ki, bu, qətnamənin icrasını qeyri-mümkün etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 16 (hissə 1). Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
27. Maddə 35 (hissə 2). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
28. Maddə 35 (hissə 4). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
29. Maddə 35 (hissə 6). Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
30. Maddə 2 (hissə 3). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.
31. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; ...
32. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ...
33. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ... b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; ...
34. Maddə 71 (hissə 1). Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
35. Maddə 71 (hissə 3). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.
36. Maddə 77. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: ... on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
37. Maddə 78 (hissə 1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
38. Maddə 78 (hissə 2). Işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: ... müharibə iştirakçılarına; … məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; …
39. Maddə 80 (hissə 1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.
40. Maddə 80 (hissə 2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
41. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 57.
58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.