Məhkəmə qərarları › İş №2(1-8)-730/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-730/2026

06.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-730/2026 06.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı (Suraxanı Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda Bakı şəhəri, 6 mart 2026-cı il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhə mməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5493/2025 nömrəli iş üzrə 10 dekabr 2025-ci tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildən – xx.xx.2024-cü ilədək olan dövr ərzində birgə iddiaçılar – İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqları pozulmaqla cavabdehlər tərəfindən əmlakdan qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda kimi 85.750,32 manat məbləğində zərərin birgə cavabdehlər – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, həmçinin iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 b irgə iddiaçılara məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılmalarına, o cümlədən, iş üzrə məhkəmə xərclərini təşkil edən 300 manat hüquqi yardım məbləği və 300 manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğinin birgə cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı gecikdirilmiş müddət üçün hesablanmış illik 5 faiz pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 31.733,28 ABŞ dolları məbləğində faiz, 320 manat məbləğində hüquqi yardım xərci və 252 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada İ ddiaçı2 və İddiaçı1 tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1488/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1488/2025 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-357/2025 saylı mülki işə birləşdirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-357/2025 nömrəli qətnaməsinə əsasən ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80.045,71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, cavabdehlər Ca vabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, iş üzrə ödənilmiş 299.70 (iki yüz doxsan doqquz manat, yetmiş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı1 ödənilməsi, iş üzrə ödənilməmiş - 30.44 (otuz manat, qırx dörd qəpik) manat dövlət rüsumunun Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, ikinci iddianın qismən təmin olunması, İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34.000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27.058.33 (iy irmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilməsi, iş üzrə ödənilmiş 320 (üç yüz iyirmi) manat hüquqi xidmət və 252 (iki yüz əlli iki) manat dövlət rüsumunun cavabdeh İddiaçı2 tutularaq iddiaçı Cavabdeh3 ödənilməsi, qətnamənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80.045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat p ul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi və İddiaçı2 xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34.000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27.058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) tutularaq Cavabdeh3 ödənilməsi hissələrinin eyni vaxtda icra edilməsi, ikinci iddianın qalan hissədə təmin olunmaması, iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 500 (beş yüz) manat xidmət haqqı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5493/2025 nömrəli iş üzrə 10 dekabr 2025ci tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-357/2025 nömrəli qətnaməsi ilk iddianın təmin edilən «cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi aylıq kirayə haqqı olmaqla, cəmi 80.045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilməsi» hissəsində tam və ikinci iddianın təmin edilməyən hissəsində qismən ləğv edilib həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi əsassız varlanmaya görə cəmi 80.045.71 (səksən min q ırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti İddiaçı1 xeyrinə tutulmum, ikinci iddia qismən təmin edilmiş və cavabdeh İddiaçı2 xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu ilə kimi gecikdirilmiş vaxt üçün 17.000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 2.231,22 (iki min iki yüz otuz bir ABŞ dolları iyirmi iki sent) ABŞ dolları (ödənişin icra edildiyi gün manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) Cavabdeh3 xeyrinə tutulsun. İkinci iddia qalan hissədə təmin edilmiş, qətnamənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində yerləşən İddiaçı1 məxsus olan 0.04 ha torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 bi rgə qaydada xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixə kimi, əsassız varlanmaya görə, cəmi 80.045.71 (səksən min qırx beş manat, yetmiş bir qəpik) manat pul vəsaiti tutularaq İddiaçı1 ödənilməsi və İddiaçı2 xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu ilə kimi gecikdirilmiş vaxt üçün 17.000 ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 2.231,22 (iki min iki yüz otuz bir ABŞ dolları iyirmi iki sent) ABŞ dolları, xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü ilə kimi gecikdirilmiş vaxt üçün 34.000 (otuz dörd min) ABŞ dollarına münasibətdə illik beş faiz hesablanmaqla 27.058.33 (iyirmi yeddi min əlli səkkiz ABŞ dolları, otuz üç sent) ABŞ dolları olmaqla cəmi 29 289,55 ABŞ dolları (iyirmi doqquz min iki yüz səksən doqquz ABŞ dolları əlli beş sent) ödənişin icra edldiyi gün Azərbaycan Resp ublikası Mərkəzi Bankının manatın ABŞ dollarına münasibətdə müəyyən etdiyi məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 kassasiya şikayəti verərək, Apellyasiya Məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və ikinci iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. İddiaçı2 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsini ikinci iddianın təmin edilən hissəsində mübahisələndirir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə ikinci iddia qismən təmin edilərək, İddiaçı2 Cavabdeh3 xeyrinə 2231,22 ABŞ dolları (3792 manat) pul tutulmuşdur. Göründüyü kimi, iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi məbləğ 2231,22 ABŞ dolları (3792 manat) olmaqla MP M-in 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndəril məlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5493/2025 nömrəli iş üzrə 10 dekabr 2025-ci tarixli qətnaməsindən İddiaçı2 verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar