Məhkəmə qərarları › İş №2(1-8)-747/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-747/2026

02.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-747/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçıin cavabdeh Cavabdeh qarşı “mənzilin qeyri-qanuni sahiblikdən götürülməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər Iddiaçıə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və onunla birlikdə yaşayan şəxslərin Ünvan ünvanında yerləşən, ümumi sahəsi 120,1 kv.m olan mənzildən qeyri-qanuni sahiblik və istifadəsinə xitam verilməsi, mənzilin onların qeyri-qanuni sahibliyindən geri götürülməsi, iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər Iddiaçıə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Cavabdeh qarşı (Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 273-ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə dair ## ###### 2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən bağlanmış AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair 4Ə-XXX № ilə qeydə alınmış reyestrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin edilərək, cavabdeh Cavabdeh və onunla birlikdə yaşayan şəxslər tərəfindən (ailə üzvləri ilə birgə) Ünvan ünvanında yerləşən, ümumi sahəsi 120,1 kv.m olan mənzilin qeyri-qanuni sahiblik və istifadəsinə xitam verilməsi; Ünvan ünvanında yerləşən, ümumi sahəsi 120,1 kv.m olan mənzilin qeyri-qanuni sahibliyindən geri götürülməklə iddiaçı Iddiaçıə təhvil verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər Iddiaçıə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Iddiaçıin iddiasının təmin edilməməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilməsi barədə yeni qətnamə çıхarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, həmin məhkəmənin qətnaməsi üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi-vəkili vəkil3 elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə ## ###### 2026-cı il tarixdə daxil olmuşdur. Bununla da qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, kassasiya şikayətini verən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Nəticədə prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verib-vermədiyinə məhkəmə tərəfindən qiymət verilməsi mümkün olmamışdır.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 405.0.1, 408.1.4-cü maddələrə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

9. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və həmin məhkəmənin qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəlləsinin 134.1.5, 135.6, 405.0.1-ci maddələrinin tələbləri pozulmuşdur.

11. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyindən və həmin qətnamədən kassasiya şikayəti ## ###### 2026-cı il tarixdə verildiyindən, üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

13. Iddiaçının vəkili vəkil1 kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsini xahiş etmişdir.

14. Etiraz onunla əsaslandırılmıqdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, qətnamənin ## ###### 2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməsinə dair kassatorun dəlili əsassızdır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

16. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi üçüncü şəxsin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

18. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsinin əsaslandırılmış surəti ## ###### 2025-ci il tarixdə tərəflərin, o cümlədən üçüncü şəxsin vəkili vəkil3 “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetlərinə yüklənmişdir.

19. Həmçinin, müəyyən olunur ki, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs nümayəndəsi, vəkil vəkil3 tərəfindən verilən kassasiya şikayəti ## ###### 2025-ci il tarixdə “Elektron Məhkəmə” Informasiya Sisteminə yerləşdirilmişdir.

20. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxsin kassasiya şikayəti verilərkən prosessual müddət 2 gün ötmüş və kassator müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir.

21. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ## ###### 2025-ci il tarixdə tərəflərin “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılan kabinetlərinə yerləşdirilməsi iş materiallarındakı və bu Informasiya Sistemindəki məlumatlarla tam müəyyən olunur.

22. Kassatorun istinad etdiyi Informasiya Sistemindəki ## ###### 2025-ci il tarixli qeydiyyat məhkəmə qətnaməsinə aid olmamaqla, həmin qətnamənin müşahidə məktubunun imzalanmasını təsdiq etmişdir.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar