Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-752/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-752/2026 (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək haqqı və sair tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı "əmək haqqı və sair" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən həm iddiaçı, həm də cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazırkı iş üzrə iddiaçı İddiaçı cavabdeh MMC-də icraçı direktor vəsifəsində işləmişdir. Hazırda iddiaçı İddiaçı cavabdehlərdən əmək haqqı məbləğlərini, son haqq-hesab pulunu, məzuniyyət pulunu və s. tələb edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona düşən ödənclərin, əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqq-hesab pulunun, məzuniyyət pulunun cəmi 9.701,95 manat və əmək haqqının gecikdirilməsinə görə 79.361,95 manat pulun, cəmi olaraq 89.063,90 manat, mediasiya üçün ödədiyi məbləğin, rəy alınması üçün ödədiyi 700 manatın, vəkil xərcinin ona ödənməsinə və işə daxil olma, işdən azad olma ilə bağlı əmrlər qeyd edilməklə tərtib edilmiş əmək kitabçasının cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ildən 2024-cü ilin iyul ayınadək cavabdeh MMC-nin təsisçisi olan iş üzrə digər cavabdeh cavabdeh1 iddiaçıya bildirmişdir ki, MMC təsis edildikdən sonra minimum əmək haqqı rəsmiləşdirməklə həmin məbləği mütləq ona ödəmək şərti ilə aylıq qazanc da ikisi arasında bərabər şəkildə bölüşdürüləcəkdir. Bu səbəbdən 2022-ci ildə iddiaçı minimum əmək haqqı məbləği olan 320 manat əmək haqqı ilə icraçı direktor vəzifəsində MMC-də işləməyə başlamışdır. Həmin vaxt MMC-nin iş qaydasına əsasən gündəlik işləri gördükdən sonra digər işlərini görərək gündəlik xərclərinin qarşılamaq üçün əlavə qazanc qazanması səbəbindən əmək haqqı məbləği yığışdığı üçün şirkətin təsisçisinin əmək haqqını hər gün bir bəhanə ilə ödəməməsindən şikayət etməmişdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh1 dəfələrlə fərqli şirkətlərlə gördükləri işlərin pulunu almadığı barədə dedikləri tamamilə yalandır və həmin pulları alaraq təkbaşına sahiblənərək iddiaçıya ödəməməklə yanaşı, minimum əmək haqqı məbləğində rəsmiləşdirərək ödəməyə söz verdiyi əmək haqlarını, məzuniyyət pullarını və son haqq-hesab pulunu belə ödəmədiyindən, əmək kitabçasını vermədiyindən ərizə yazaraq işdən çıxarılmağını xahiş etmişdir. Ondan sonra da dəfələrlə şikayət və tələb etməyinə baxmayaraq, 2 ildir ki əmək haqlarını, əmək kitabçasını və digər ödənclərini (məzuniyyət pullarını və son haqq hesab pulunu) iddiaçıya verməmişdir.
4. Cavabdeh məhkəməyə etirazlar ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, eyni zamanda əmək haqqı tələbi ilə bağlı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 2022-ci ildən 2024-cü ilədək cavabdeh2 MMC-də direktor vəzifəsində işlədiyini qeyd etsə də, məhkəməyə təqdim olunmuş əmrin surətindən görünür ki, İddiaçı 2022-ci ildən deyil, ##.##.2021-ci il tarixdən direktor təyin edilməklə işə qəbul edilmişdir. İddiaçı işə qəbul olunma əmrini cavabdeh1 deyil, cavabdeh2 MMC tərəfindən qəbul edilmiş və iddia ərizəsində qeyd edildiyi kimi 2024-cü ilin iyul ayına kimi deyil, ##.##.2024-cü il tarixinə kimi direktor vəzifəsində işləmişdir. Məhkəməyə təqdim edilmiş X2 çıxarışdan görünür ki, cavabdeh2 MMC-nin fəaliyyəti ## #### 2024-cü il tarixdə dayandırılmışdır. iddiaçı 2024-cü ilin iyul ayınadək cavabdeh2 MMC-də direktor vəzifəsində isləməsini qeyd etsə də, özünün yazılı ərizəsi əsasında, məhz direktor kimi özünün tərtib etdiyi əmrlə özü-özünü ## ###### 2024-cü ildən işdən azad etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı İddiaçı işdən azad edilmə barədə əmrinin bilavasitə özü tərəfindən tərtib edildiyini də təsdiq etmişdir. Bundan başqa, iddiaçı 2022-ci ildən 2024-cü ilin iyul ayınadək direktor işlədiyi müddətdə ona əmək haqqı kimi almalı olduğu məbləğin tutulması barədə iddia tələbi ilə müraciət etsə də, iddia tələbində məhz hansı müddətdə ödənilməli əmək haqqının ödənilməməsi ilə bağlı tələbini dəqiq göstərməmiş, eyni zamanda iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, iddiaçı MMC-nin direktoru olduğu müddətdə mədaxil və məxaric olunan pul vəsaiti ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olan şəxs olduğundan, məhz özünə münasibətdə əmək haqqından tutulmalı olan dövlət sosial sığorta haqqlarını, gəlir vergisini və digər məcburi tutulmalı olan məbləğləri tam olaraq ödənildiyindən, əmək haqqı almadığı təqdirdə dövlət sosial sığorta ödənişlərinin və gəlir və digər vergiləri ödəməsi inandırıcı deyildir. Iddiaçı mədaxil və məxaric olunan pul vəsaiti üzərində sərəncam vermək səlahiyyəti olan şəxs olduğundan, öz əmək haqqı kart hesabına əmək haqqını özü köçürməli olmuş, işlədiyi müddətdə 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməsi ilə bağlı hər hansı şəxsə, o cümlədən cavabdeh2 MMC-yə müraciət etməmiş, işdən azad olunma bərədə ərizəsində də 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı qeyd göstərməmişdir. 2024-cü ilin fevral ayında işdən azad olunduqdan bir neçə ay sonra, ##.##.2024-cü il tarixdə əmək haqqının ödənilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, direktor işlədiyi 3 il müddətində əmək haqqının ödənilməməsi ilə bağlı iddia irəli sürməmişdir. Işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iddiaçı ##.##.2021-ci il tarixdən ## ###### 2024-cü il tarixinədək əmək haqqı almadığı halda, 3 ilə yaxın müddətdə cavabdeh2 MMC-də direktor işləməyə davam etməsi onun izahatlarının mötəbərliyini istisna edən hal sayıla bilər. Iddiaçının ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixinədək cavabdeh2 MMC-yə əmək haqqının ödənilməsi ilə bağlı müraciət etməsi və 3 ilə yaxın müddətdə əmək haqqının ödənilməməsi ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iş üzrə Nəsimi rayon Məhkəməsinin *(***)***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 tərəfindən iddiaçı İddiaçı ödənilməli olan ödənclər, əmək haqqı kimi almalı olduğu məbləğlərin və son haqq-hesabın məbləği nə qədər təşkil etməsi ilə bağlı sual qoyulmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekepsrtiza Mərkəzinin ##.##.2024-cü il tarixli məktubu ilə İddiaçı plastik kart məlumatlarına dair çıxarışla rəy vermək mümkün olmadığından, qərardad icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Buna baxmayaraq, iddiaçı öz təşəbbüsü ilə "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixli **-**/** saylı mütəxəssis rəyini məhkəməyə təqdim edərək, iddiaçının təqdim etdiyi məlumatlar əsasında işin faktiki hallarına uyğun olmayan rəy vermişdir. Belə ki, mütəxəssis hesablama apararkən yalnız iddiaçının məhkəməyə təqdim etdiyi plastik kartdakı məbləği nəzərə alaraq hesablama aparmış, lakin cavabdeh X4 tərəfindən İddiaçı digər plastik kartlarına göndərilmiş məbləğləri hesablamadan, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi məbləği təsdiq edən rəy vermişdir. Eyni zamanda, "xxxx" MMC-nin rəy verən mütəxəssisi Asim Pənahov adlı şəxsin mühasib ixtisasına malik olub-olmaması, məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid məsləyə dair rəy vermək hüququnun olub-olmaması da mübahisə doğurur. "xxxx" MMC iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid suallara cavab vermək səlahiyyəti olmadığından, mütəxəssis rəyi verərkən yalnız iddiaçının təqdim etdiyi plastik kart məlumatlarına əsaslandığından, verilmiş mütəxəssis rəyi mübahisə doğurduğundan, iş üzrə sübit qismində qəbul edilə bilməz. Iddiaçı İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbləri əsassız olduğundan və iddia məhkəməyə iddia müddəti ötürülməklə verildiyindən, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Iddiaçı cavabdehin 3 ilə yaxın müddətdə, ##.##.2021-ci ildən ##.##.2024-cü il tarixinədək cavabdehin müxtəlif bəhanələrlə imtina etməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı özünün şəxsən yazdığı ərizəsi ilə ## ###### 2024-cü il tarixdə işdən azad olunmaq barədə ərizə ilə cavabdeh2 MMC-yə müraciət etmiş, ##.##.2024-cü il tarixli əmrlə özü özünü işdən azad etmiş, əmri şəxsən özü MMC-nin adından tərtib etmiş, işdən azad olunduqdan 3 ay sonra ## ### 2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak barədə təkliflə cavabdeh2 MMCyə müraciət etmiş, ##.##.2024-cü il tarixdə ilkin müdiasiya sessiyasında iştirak etməmə barədə arayışı aldıqdan sonra ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət imkanı olduğu halda bu barədə tədbir görməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. “xxxx” MMC-nin **-**/**** saylı, ## #### 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, “xxxx" MMC tərəfinden İddiaçı qeyd edilən illər üzrə ümumilikdə 12324,95 (on iki min uç yuz iyirmi dörd,95) AZN ödəniş edilməli olduğu halda cami 2623 (iki min altı yüz iyirmi üç) AZN ödəniş edilmişdir Hesablamalara əsasən cavabdeh2 MMC-nin İddiaçı (12324,95 AZN - 2623 AZN = 9701,95 AZN) ümumilikdə 9701,95 (doqquz min yeddi yüz bir,95)AZN ödənilməyən əmək haqqı borcu qalmışdır.İddiaçı cavabdeh2 MMC-dən ##.##.2024-cü il tarixində işdən çıxmasını və mütəxəssis qarşısında qoyulmuş sualları nəzərə alaraq həmin tarixdən ##.##.2025-ci il tarixinə kimi 1 il 19 gün ( 384 gün ) keçdiyindən 384 gun x 2 faiz = 768 faiz, 9701,95 AZN (ödənilməmiş əmək haqqı) x 768 faiz = 74510,97 AZN, Toplam: 9701,95 AZN (əmək haqqı və məzuniyyət pulu) + 74510,97 AZN ( Faiz borcu = 84212,92 AZN). Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci tələbinə əsasən isə: 384 gün x 1 faiz = 384 faiz 9701,95 AZN (ödənilməmiş əmək haqqı) x 384 faiz = 37255.48 AZN edir. Toplam: 9701,95 AZN (əmək haqqı və məzuniyyət pulu) + 37255.48 AZN ( Faiz borcu = 46957,43 AZN. -##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı “xxxx” MMC-nin **-**/**** saylı, ## #### 2025-ci il tarixli rəyinin hazırlanması üçün ümumilikdə 700 manat məbləğində pul ödəmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə o artıq 5 ay keçdiyini və əmək haqqının ödənilmədiyini bildirdikdə ona 1 il digər əmək haqqını gözlədiyi kimi bunu da gözləməsi bildirildiyini, hətta bəzi danışıqların da mövcud olduğunu, onları da məhkəməyə təqdim edə biləcəyini, pulların həmin gün və ya növbəti gün görüşürdülərsə, nağd verildiyini, dəqiq miqdarını xatırlamadığını, hər bir ödənişin hara xərcləndiyini dəqiq deyə biləcəyini, çünki cavabdehin bunları özünün tələb etdiyini, asan imzanın özündə olduğunu, asan imzanın şirkətin adına olduğunu, ay sonunda vergilər ödəmək lazım olduqda və şirkətin hesabında pul olmadıqda bunun həmin ödənişlərlə həyata keçirildiyini, ona bundan əlavə nağd pul verilmədiyini, 2022-ci ildən əmək haqqının bir qismini tələb etdiyini, əmək haqqını kartla aldığını, dəqiq hansı aylar əmək haqqı aldığını bilmədiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti və Vergi orqanlarının əmək haqqı alsa da, almasa da sosial ödənişləri tələb etdiyini, 72.000 manat ödənişin ona həm nağd, həm də kart vasitəsilə gəldiyini, şirkət üçün hər bir ödənişin Excel-də yazıldığını və nə üçün və haraya xərcləndiyi qeyd edildiyini, 72000 manatın açıqlamasını Express banka sorğu verərək öyrənə bilinəcəyini qeyd etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili X1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə müdafiə etdiyi tərəfin ümumiyyətlə iddiaçının kartına ödəniş etmədiyini, nağd şəkildə ödəniş etdiyini və iddiaçı şirkətin kart hesabından etdiyini, asan imzanın iddiaçının özündə olduğunu, əmək haqqı ilə bağlı sərəncam vermək hüququ olan şəxs iddiaçının özü olduğunu, qeyri-rəsmi olan ödənişlərlə bağlı sübutlarının olmadığını bildirmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı əmək kitabçasının cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya təqdim edilməsi, cavabdeh cavabdeh2 MMC-dən 3923.65 manat ödənilməyən əmək haqqı, 316.25 manat ödənilməyən məzuniyyət pulu, əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1283.97 manat, cəmi 25.386,11 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iş üzrə ödənilmiş mediasiya xərcinin 15 (on beş) manat hissəsinin cavabdeh cavabdeh2 MMC-dən alınaraq iddiaçı İddiaçı verilməsi, mediasiya xərcinin qalan hissəsinin iddiaçıya aid edilməsi, cavabdeh cavabdeh2 MMC-nin mütəxəssis rəyi üçün ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir (hakim Ramin Xəlilov).
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh cavabdeh1 hazırkı iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, cavabdeh1 ilə iddiaçı arasında hər hansı əmək və ya digər öhdəlik hüquq münasibətləri mövcud deyildir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən açıq şəkildə görünür ki, xxxx yalnız qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs - hazırkı iş üzrə digər cavabdeh olan MMC ilə bağlanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarına əsasən, hüquqi şəxs öz öhdəlikləri üzrə müstəqil şəkildə məsuliyyət daşıyır və onun təsisçiləri (iştirakçıları) yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımırlar. Təsisçi xxxxnin tərəfi deyildir və işçiyə əmək haqqının ödənilməsi üzrə hər hansı öhdəlik daşımır.
10. Birinci instansiya məhkəməsi həmçinin onu da qeyd etmişdir ki, cavabdeh1 tərəfindən hüquqi şəxsin qanunsuz məqsədlərlə istifadə edilməsi, onun cari fəaliyyətinə müdaxilə edilməsi və ya əmək haqqının ödənilməməsinə səbəb olan qərarların qəbul edilməsi halları üzrə hər hansı mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, təsisçinin cavabdeh qismində işə cəlb olunması əsassızdır və hüquqi şəxsin müstəqilliyi və məsuliyyətin bölüşdürülməsi prinsipləri daxil olmaqla, mülki qanunvericiliyin əsas prinsiplərinə ziddir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş materiallardan göründüyü kimi, iddiaçı ilə MMC arasında bağlanmış “xxxxnə” ##.##.2024-cü il tarixində iddiaçının öz təşəbbüsü ilə xitam vermişdir. ##.##.2024-cü il tarixində isə o, mediasiya orqanına müraciət etmiş və bu hal iddia müddətinin axımını dayandırmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət etdiyi ##.##.2024-cü il tarixdən geriyə doğru 1 il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. ##.##.2023-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbi ilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir.
13. Nəticə etibarilə, məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının iddia müddətini tam şəkildə keçdiyinə dair irəli sürdüyü etirazlar tam əsaslı hesab oluna bilməz, lakin bu etiraz iddiaçının ##.##.2023-cü il tarixdən əvvəlki dövrə dair tələblərinə münasibətdə əsaslıdır.
14. Beləliklə məhkəmə yalnız ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə irəli sürülmüş tələblərin araşdırılmasına və hüquqi qiymət verilməsinə yol verə bilər.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin “əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqq hesab pulunun, məzuniyyət pulunun ona ödənilməsi” hissəsi ilə bağlı isə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “işə daxil olduğu tarixdən əmək haqqının, həmçinin istifadə edilməmiş məzuniyyətə görə vəsaitin ödənilməməsi” işin mübahisəsiz halıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən həmin vəsaitlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti qismən ötürüldüyündən, əmək haqqı və məzuniyyət pulu yalnız ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə hesablanmalıdır.
16. Məhkəmə onu da vurğulamağı zəruri hesab etmişdir ki, məhkəmə hazırkı mülki iş üzrə bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuş, eyni zamanda cavabdeh cavabdeh2 MMC tərəfindən “xxxx” MMC-nin **-**/**** saylı, ## #### 2025-ci il tarixli rəydə əksini tapan halları təkzib edən və ya onlara zidd sübutlar təqdim edilməmişdir. Bu halda məhkəmə iddianın pul məbləği ilə bağlı araşdırmanı iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin **-**/**** saylı, ## #### 2025-ci il tarixli rəyində göstərilmiş cədvəllərə əsasən aparmağı məqsədəuyğun hesab etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, “xxxx” MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, iddiaçı İddiaçı ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə əmək haqqı ümumilikdə 3923,6 manat təşkil etmişdir. Belə ki, may 2023 – yanvar 2024 ayları bütöv iş ayı kimi götürülməklə 9 ay üzrə hər ay üçün 345 manat məbləğində (ümumilikdə 3105 manat), aprel ayı üzrə 23 iş günü üçün 264,5 manat və fevral ayı üzrə 20 iş günü üçün 237,9 manat hesablanmışdır ki, bu da cəmi 3923,6 manat təşkil edir.
18. Məhkəmə ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə iddiaçının istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələbi ilə bağlı qeyd etmişdir ki, əmək məcəlləsinin tələblərinə əsasən, əmək haqqı ilə yanaşı, işçinin işlədiyi dövrə uyğun olaraq illik məzuniyyətə çıxmaq hüququ yaranır və bu hüquqdan istifadə edilmədiyi hallarda müvafiq kompensasiya ödənilməlidir. İddiaçı yuxarıda qeyd olunan dövr ərzində hər ay üzrə 15 gündən artıq işlədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin aylar tam iş ayı hesab edilməli və nəticə etibarilə onun məzuniyyət pulu tam şəkildə 11 ay üçün hesablanmalıdır. “xxxx” MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, hər bir ay üzrə məzuniyyət kompensasiyası 28,75 manat təşkil edir və bu məbləğ 11 ay üzrə hesablandıqda ümumilikdə 316,25 manat edir.
19. Məhkəmə hesab etmişdir ki, bu yanaşma həm işçinin əmək hüquqlarının qorunmasına, həm də məzuniyyət hüququnun düzgün müəyyən edilməsinə xidmət edir.
20. Məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xxxxndə əməkhaqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir.
21. Bu halda məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayının sonuna qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir.
22. Məhkəmə hesab etmişdir ki, belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır.
23. Beləliklə məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən müddət, yəni hesabat ayının sonuncu tarixi bitdikdən sonra əmək haqqı ödənilmədikdə, gecikmə faktı yaranır və bu zaman işçinin hər gecikdirilmiş təqvim günü üçün əmək haqqının azı 1 faizi miqdarında pul vəsaiti tələb etmək hüququ meydana çıxır. Bu tələbin tətbiqi əmək hüquqlarının müdafiəsi məqsədi daşıyır və işəgötürənin əmək münasibətlərində pozuntulara yol verdiyi təqdirdə məsuliyyət daşımasını təmin edir.
24. Məhkəmə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin hesablanmasına dair hesablama aparmazdan əvvəl, ilkin olaraq hesablamalarda hansı tarixə qədər olan dövrün nəzərə alınmalı olduğunu müəyyən etməlidir. Iş materiallarından göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəməyə ##.##.2024-cü il tarixində müraciət etsə də, daha sonra — məhkəmə icraatı çərçivəsində — ##.##.2025-ci il tarixində iddiaçı öz tələblərini dəqiqləşdirərək, əmək haqqının gecikdirilməsinə görə 79361.95 manat məbləğində ödənc tələbini irəli sürmüşdür.
25. Beləliklə məhkəmə hesab etmişdir ki, sözügedən tələb tam şəkildə yalnız ##.##.2025-ci il tarixində irəli sürüldüyündən və həmin tarixədək olan dövrü əhatə etdiyindən, məhkəmə bu tarixi gecikməyə görə ödəncin hesablanmasında son tarix kimi qəbul etməlidir. Əks təqdirdə məhkəmə tərəfindən veriləcək qərar iddiaçının hüquqlarının tam təmin olunmaması ilə nəticələnə bilər.
26. Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə gecikməyə görə hesablamanı hər ay üzrə ayrıca aparmaqla, əmək haqqının gecikmə müddətini müvafiq ayın başa çatmasından sonra növbəti ayın 1-ci günündən hesablamış və bu müddətdən etibarən iddiaçının cərimə tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Məsələn, 2023-cü ilin aprel ayı üzrə hesablamalar bu qaydada aparılmalıdır: iddiaçının əmək haqqı aprel ayı üzrə (##.##.2023-cü il tarixindən hesablanmaqla) 264.50 manat təşkil etmiş, bu məbləğ ən gec ##.##.2023-cü il tarixədək ödənilməli olsa da, faktiki ödənilmədiyindən gecikmə müddəti ##.##.2023-cü il tarixindən başlamış və ##.##.2025-ci il tarixədək – yəni ümumilikdə 697 təqvim günü davam etmişdir. Həmin müddət ərzində hər gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə faizi tətbiq edilməklə, iddiaçının aprel ayı üzrə tələbi 264.50 × 1% × 702 gün = 1 856.79 manat məbləğində müəyyən edilmişdir. Bu hesablamada tətbiq olunan faiz sabit məbləğdə gündəlik tətbiq edilmiş və yalnız hər ayın müvafiq gecikmə günlərinin sayına görə dəyişmişdir.
27. Məhkəmə eyni prinsiplərlə növbəti aylar üzrə əmək haqqı gecikmələrini, həmçinin istifadə edilməmiş məzuniyyət məzuniyyət pulunun gecikməsini ayrıca müəyyən etmiş, və təqdim edilən cədvəl əsasında hər ay üçün 1 (bir) faizi məbləğində ödəncin hesablanmasını əsaslı hesab etmişdir.
28. Beləliklə, məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə nəzərdə tutulan əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1283.97 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. Məhkəmə son olaraq iddia tələbinin “əmək kitabçasının verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı əmək kitabçası cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçıya təqdim edilməlidir.
30. Lakin əmək kitabçasında qeydlər aparılmaqla kitabçanın verilməsi hissəsi əsassız hesab edilməli və rədd edilməlidir. Belə ki, əmək kitabçası verilərkən müvafiq əmrlərin qeyd edilməsi işə götürənin vəzifəsi olduğundan, həmçinin əmək kitabçası verilərkən onda qeydlərin olmaması gələcəklə bağlı tələb olduğundan da təmin edilə bilməz. Yəni işçi əmək kitabçasını alarkən onda müvafiq qeydlərin olmadığını müəyyən etdikdən sonra bu tələblə məhkəməyə müraciət etmək hüququ mövcud olacaqdır.
31. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəllənin 4.1, 43, 2-ci hissəsinə, 57. 1-ci hissəsinə, 131.1, 154, 172.1, 172.4, 172.5, 296.4, 296.6, 296.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etirazın əsaslarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın qismən təmin edilməsi ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni əmək haqqının və məzuniyyət pulunun gecikdirilməsinə cavabdeh cavabdeh2 MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulmalı olan faizlərin məbləğinin müəyyən edilməsi, habelə son nəticədə tutulmalı olan ümumi məbləğin 25.386,11 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan faizin məbləği 1.922 (min doqquz yüz iyirmi iki) manat 60 (altmış) qəpik, məzuniyyət pulunun gecikdirilməsinə görə ödənilməli olan faizin məbləği 158 (yüz əlli dörd) manat 84 (səksən dörd) qəpik, tutulmalı olan ümumi məbləğ 6.317 (altı min üç yüz on yeddi) manat 34 (otuz dörd) qəpik müəyyən edilmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni ödənilməyən əmək haqqı olaraq 3.923 (üç min doqquz yüz iyirmi üç) manat 65 (altmış beş) qəpik, manat ödənilməyən məzuniyyət pulu olaraq 316 (üç yüz on altı) manat 25 (iyirmi beş) qəpik, mediasiya prosesinə çəkilmiş xərcin ödənilməsi məqsədilə 15 (on beş) manat, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi və iddiaçı İddiaçı məxsus əmək kitabçasının cavabdeh2 MMC-dən alınaraq iddiaçı İddiaçı verilməsi hissəsi hazırkı apelyasiya baxışının predmeti olmamışdır (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad Imanov və Fuad Talışinski).
35. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh MMC qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, MMC qətnaməni yalnız iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirir, qətnamənin qalan, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsini mübahisələndirməmişdir. Mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan məhkəmə kollegiyası qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xxxxndə dəyişiklik edilməsi ilə bağlı ##.##.2023-cü il tarixli xxxx bildirişindən görünür ki, iddiaçı, cavabdeh MMC-də direktor vəzifəsinə işə götürülmüşdür. Işəgötürən olan MMC işçiyə olan iddiaçıya işlədiyi hər ay üçün 350 manat əmək haqqının ödənilməsi haqqında üzərinə öhdəlik götürmüşdür. “xxxx” müddətsiz bağlanılmışdır. Iddiaçı cavabdeh MMC-nin təsisçisinə - iş üzrə digər cavabdeh cavabdeh1 ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədə iddiaçı, ##.##.2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. MMC-nin ##.##.2024-cü il tarixli əmri ilə MMC-nin direktor vəzifəsində çalışan iddiaçı ilə bağlanmış “xxxxnə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən – işçinin öz xahişi ilə ##.##.2024-cü il tarixindən xitam verilməsi, bununla əlaqədar olaraq iddiaçıya son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, iddiaçının əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
37. Məhkəmə kollegiyası iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, xxxxnə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı əmək münasibətlərinə ##.##.2024-cü il tarixində, öz təşəbbüsü ilə xitam vermişdir. O, ##.##.2024-cü il tarixində mediasiya orqanına müraciət etdiyi üçün iddia müddətinin axımı dayanmışdır. Odur ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. ##.##.2023-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddəti keçdiyi üçün təmin edilə bilməz.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işə daxil olduğu tarixdən əmək haqqının, həmçinin istifadə edilməmiş məzuniyyətə görə vəsaitin ödənilməməsi işin mübahisəsiz halıdır. Iddia müddətinin tətbiq edilməsi nəzərə alınaraq əmək haqqı və məzuniyyət pulu yalnız ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə hesablanmalıdır.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuşdur. Eyni zamanda cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin **-**/**** saylı, ##.##.2025-ci il tarixli rəydə əksini tapan halları təkzib edən və ya onlara zidd sübutlar təqdim edilməmişdir. Odur ki, iddianın pul məbləği ilə bağlı araşdırmanın həmin rəydə göstərilmiş cədvəllərə əsasən aparılması mümkündür.
42. Rəydə göstərilən cədvələ əsasən, iddiaçının ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr üzrə əmək haqqısı ümumilikdə 3.923,6 manat təşkil etmişdir. Belə ki, may 2023 – yanvar 2024 ayları bütöv iş ayı kimi götürülməklə 9 ay üzrə hər ay üçün 345 manat məbləğində (ümumilikdə 3.105 manat), aprel ayı üzrə 23 iş günü üçün 264,5 manat və fevral ayı üzrə 20 iş günü üçün 237,9 manat hesablanmışdır ki, bu da cəmi 3.923,6 manat təşkil edir.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək məcəlləsinin tələblərinə əsasən, əmək haqqı ilə yanaşı, işçinin işlədiyi dövrə uyğun olaraq illik məzuniyyətə çıxmaq hüququ yaranır və bu hüquqdan istifadə edilmədiyi hallarda müvafiq kompensasiya ödənilməlidir. Iddiaçı ##.##.2023-cü ildən ##.##.2024-cü ilədək olan dövr ərzində hər ay üzrə 15 gündən artıq işlədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin aylar tam iş ayı hesab edilməli və nəticə etibarilə onun məzuniyyət pulu tam şəkildə 11 ay üçün hesablanmalıdır. “xxxx” MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, hər bir ay üzrə məzuniyyət kompensasiyası 28,75 manat təşkil edir və bu məbləğ 11 ay üzrə hesablandıqda ümumilikdə 316,25 manat edir.
44. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğu müəyyən edilir, apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
45. Lakin Məhkəmə, iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının və məzuniyyət pulunun azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmamışdır.
46. Belə ki, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xxxxndə əmək haqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əmək haqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir.
47. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan gecikmə faizinin məbləğinin hesablanması ilə razılaşmamış və iddiaçının cavabdeh MMC-də icraçı direktor kimi rəhbər vəzifədə işləməsini, onun ##.##.2024-cü il tarixdə özünün tərtib etdiyi əmrlə işdən azad edilməsini və ##.##.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, əmək haqqının və məzuniyyət pulunun gecikdirilməsinə görə 1% rayon Məhkəməsinin müəyyən etdiyi kimi iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ##.##.2025-ci il tarixədək ötən 400 gün üçün deyil, işdən azad edildiyi tarixdən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövr üçün yəni, 49 gün üçün tutulmalıdır. Bu məqsəd ilə cavabdeh MMC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə (3.923,65 manatın 1%-i ≈ 39,24 manat; 39,24 manat x 49 gün=) 1.922,60 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirilməsinə görə (316,25 manatın 1% ≈ 3,16 manat; 3,16 manat x 49 gün =) 154,84 manat tutularaq iddiaçıya ödənilməlidir.
48. Bu nəticə birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğə də təsir göstərdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məbləğ də dəyişdirilməli və (1.922,60 + 154,84 + 3.923,65 + 316,25=) 6.317,34 manat müəyyən edilməlidir.
49. Iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi mediasiya prosesinə çəkilmiş xərcin 15 manat hissəsinin və mütəxəssis rəyinin alınması üçün ödənilmiş 700 manatın cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını da qət etmişdir.
50. Hazırkı qətnamə ilə də iddia qismən təmin olunduğu üçün məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qeyd edilən bu nəticəsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci, 57-ci maddəsinin 1-ci hissələrinə, 131.1, 154, 172.1, 172.4, 172.5, 296.4, 296.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. Qətnamədən həm iddiaçı, həm də cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
53. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işdən çıxarkən cavabdeh2 MMC tərəfindən ona düşən bütün ödənişlər tam məbləğdə verilməli idi. Lakin cavabdeh2 MMC iddiaçının 3.923,65 manat əməkhaqqı və 316,25 manat məzuniyyət pulunu hələ də ödənməmişdir. Işçinin ödənişlərinin gecikməsinin səbəbi isə birbaşa işəgötürənin məsuliyyətsizliyi və təqsiridir. Bu səbəblə də, cavabdeh2 MMC hər gecikmiş gün üçün azı 1% gecikmə faizi ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini qismən dəyişdirərək hesab etmişdir ki, gecikmə üçün ödənc işçinin işdən çıxdığı tarixdən iddia tələbi ilə məhkəməyə müraciət etdiyi ##.##.2025-ci il tarixədək ötən 400 gün üçün deyil, işdən azad edildiyi tarixdən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövr üçün yəni, 49 gün üçün tutulmalıdır. Halbuki, bu tamamilə əsassızdır, qanunsuzdur və işçinin hüquqlarının kobud şəkildə pozulmasıdır. Iddiaçı ##.##.2024-cü il tarixində işdən çıxmışdır və bu günə qədər ona əmək haqqı və məzuniyyət ödənişi edilməmiş, gecikdirilmişdir. Bu gecikmənin səbəbkarı və təqsirkarı isə işçi yox işəgötürəndir. İddiaçı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir və ondan sonra da İddiaçı əmək haqqı və məzuniyyət pulunu ödəmək üçün cavabdeh heç bir addım atmamışdır. Burada təqsir tamamilə işəgötürəndədir. Buna görə də gecikmə faizi işçinin işdən çıxdığı tarixdən, yəni ##.##.2024-cü il tarixindən ##.##.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixə qədər keçən 400 gün üçün hesablanmalıdır. Qanunla müəyyən olunmuş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək işçinin hüququdur. İddiaçı də bu hüquqdan istifadə etmiş və bu zaman qanunvericiliklə müəyyən olunmuş iddia müddətinə də əməl etmişdir. Onun öz hüququndan necə istifadə etməsi, iddia ərizəsini məhkəməyə hansı zaman verməsi işəgötürənin qanun pozuntusu törətməsinə, işçinin əmək haqqını və məzuniyyət pulunu gecikdirməsinə əsas vermir. Işəgötürən hər bir halda işçinin ödənişlərini vaxtında etməli idi. Işçinin mediasiya təşkilatına müraciət etməsi tarixindən sonra hələ də cavabdeh2 MMC-nin İddiaçı ödənişlərini etməməyə davam etməsi onun hələ də işçinin hüququqlarını pozması, hələ də ödənişləri gecikdirməsi deməkdir. İddiaçı mediasiya təşkilatına müraciət etməsi o demək deyil ki, artıq cavabdeh2 MMC işçinin ödənişini ödəməyə bilər və bunun üçün də gecikmə faizi ödəməli deyil. Göründüyü kimi, məhkəmə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmiş, işçinin hüquqlarını kobud şəkildə pozmuş və işəgötürənin qanunsuz əməllərinə haqq qazandırmağa çalışmışdır. Bu səbəbdən, qətnamə ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır.
55. Bundan başqa, məhkəmə iclaslarında hakim heç bir araşdırmanı düzgün yerinə yetirmədən, əsassız olaraq dəfələrlə məhkəmə iclaslarını təxirə salmış, həmin təxirə salma ərəfəsində heç bir araşdırma aparmamış, özü də məhkəmənin son iclaslarında bildirmişdir ki, bu işlə bağlı heç bir anlayışı yoxdur, nə qətnamə qəbul edəcəyini bilmir.
56. Kassator şikayətində Əmək Məcəlləsinin 172.4, 172. 5, 172-ci maddəsinin 5-ci hissələrinə istinad edərək əsaslandırmışdır.
57. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Hazırkı, iş üzrə cavabdeh cavabdeh2 MMC-nin bir təsisçisi mövcuddur və cəmiyyətin ali orqan səlahiyyətləri adıçəkilən şəxsdədir. Digər məsələ isə cəmiyyətin ümumi yığıncaqlar arası idarəçiliyidir. Bu işin görülməsi isə birbaşa təyin edilmiş direktorun səlahiyyətidir. Yəni əməkdaşlara məvacib verilməsi, işə qəbul, işdən azad edilmə və sairə ali orqan tərəfindən deyil, məhz direktor tərəfindən aparılır. Hazırkı iş üzrə iddiaçı cavabdeh2 MMC-nin direktoru olmuşdur. Özü də daxil əməkdaşalara vaxtında məvacib ödənilməsi məhz onun səlahiyyətidir. Öz səhvi nəticəsində direktor kimi məvacib almamasında hüquqi şəxsə qarşı hazırkı iddianı qaldırması belə mümkün deyil.
59. Belə ki, əgər hazırda qətnamə qüvvədə qalarsa, bu gələcəkdə eyni tipli işlər üzrə presedent yaradacaq. Hər hansı bir hüquqi şəxsin rəhbəri özünə uzun müddət əmək haqqı yazmayaraq, işdən azad edildikdən sonra məhkəmə vasitəsilə ilə gündəlik faiz daxil olmaqla pul tələb edəcək.
60. Bundan başqa, məhkəmə araşdırma zaman sübutlara düzgün qiymət verməyərək, nəticədə ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, mütəxəssis rəyi verilməsi üçün yalnız iddiaçı öz xeyrinə olan sənədləri təqdim etmiş, cavabdeh tərəfdən iş materialına əlavə edilmiş sənədlər isə gizlədilmişdir. Bu səbəbdən də rəy qeyri-obyektiv və birtərəfli olmuşdur. Habelə “xxxx” MMC kommersiya təşkilatıdır. Hazırkı iş üzrə materiallara əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən rəyin alınması üçün “xxxx” MMC-yə 700 manat ödəmişdir. Yəni iddiaçı bu halda sifarişçi, MMC isə muzd qarşılığında hərəkət edən icraçıdır. Sifarişçidən asılı olan icraçının heç bir halda obyektiv rəy verməsi mümkün deyil. Həm birinci, həm də apellyasiya instansiyası Məhkəməsi bu halları nəzərə almamış,“xxxx” MMC-nin “mütəxəssis rəyini” mötəbər sübut kimi qəbul edərək, qeyd edilmiş prosessual normaların pozulması ilə qanunsuz qətnamə çıxarmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
62.Maddə 43. 2-ci hissə. xxxxndə mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin xxxx üzrə qarşılıqlı öhdəlikləri;... 63.Maddə 57. 1-ci hissə. Işəgötürən işçinin əmək funksiyasının — xxxxndə nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. 64.Maddə 131.1. Işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ xxxxnin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 65.Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün xxxx ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 66.Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 67.Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 68.Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 69.Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 70.Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 71.Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı
72.Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı məhkəmə aktı iddiaçının şikayəti üzrə yalnız apellyasiya instansiya məhkəməsinin təmin olunmuş hissənin ləğv edilməsi hissəsində, cavabdehin kassasiya şikayəti üzrə isə iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
82. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
83. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin kassasiya şikayətlərində olan dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, məhkəmə tutulan əmək haqqı məbləği, məzuniyyətin ödənilməyən hissəsi və əmək haqqının ödənilməyən müddəti, hesablana qaydası, gecikdirməyə görə ödənilən faiz məbləği və onun müddəti ilə bağlı gəldiyi nəticəsi tətbiq olunan maddi hüquq normalarına uyğun olmuşdur. Bu baxımdan həmin nəticələrin qanun tələblərinə uyğun olmamasına dair kassasiya şikayətlərinin dəlilləri əsassızdır.
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
85. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.