Məhkəmə qərarları › İş №2(1-8)-761/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-761/2026

26.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-761/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1rşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, intizam tənbehi verilməsi barədə əmrin ləğvi, fərdi mükafatın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X8 (məruzəçi), X2 və X6 ibarət ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1rşı “əmrin ləğv edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətlərinə dair işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı 2021-ci il # #### tarixli əmək müqaviləsi əsasında “xxxx” PHŞ-də işə qəbul edilmiş, müxtəlif vəzifələrdə, ##.##.2023-cü il tarixdən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışmış, ##.##.2024-cü il tarixdə öz arzusu ilə vəzifəsindən azad edilmişdir.

2. 2024-cü il ## #### tarixli əmrə əsasən iddiaçıya 19 təqvim günü (məzuniyyətin başlama tarixinin # #### 2024-cü il, bitmə tarixinin ## #### 2024-cü il, işə çıxma tarixinin ## #### 2024-cü il (27-## #### 2024-cü il tarixləri həftələrarası istirahət günləri olduğundan) müəyyən edilməklə) əmək məzuniyyəti verilmiş və bir aylıq əmək haqqı həcmində müavinət ödənilməsi qərara alınmışdır.

3. 29–## #### 2024-cü il tarixlərində Nazirlik tərəfindən yoxlama keçirilmiş, nəticələri barədə ##.##.2024-cü il tarixli yoxlama aktı tərtib edilmişdir.

4. Yoxlama nəticələrinə əsasən 34 istiqamətdən 10-unda nöqsanlar müəyyən edilmiş və onların aradan qaldırılması üçün tövsiyələr verilmişdir.

5. ##.##.2024-cü il tarixli əmrə əsasən iddiaçı əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq intizam tənbehi (töhmət) almışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək xxxxnın Idarə Heyəti sədri E.X3 Əliyevə intizam tənbehi verilməsi haqqında 2024-cü il ## ###### tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmin əmrin verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan (əldən çıxmış fayda) qismində 2 rüb üzrə əmək haqqının (5000 manat) 1 misli ilə ifadə olunan fərdi mükafat məbləğinin, yəni 10 000 manat məbləğin cavabdehdən tutularaq ödənilməsi və mediasiya xərclərinin əvəzi qismində 60 manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, işəgötürən tərəfindən 2024-cü il ## ###### tarixli əmrlə ona intizam tənbehi (töhmət) verilmişdir. Həmin əmrdə əmək funksiyalarının icrasında yol verilmiş konkret nöqsanlar göstərilməmiş, intizam tənbehinin tətbiqi faktiki hallarla əsaslandırılmamışdır. Bu səbəbdən əmrin qanunvericiliyin tələblərinə uyğunluğu müəyyən edilmir və iddiaçı hesab edir ki, qeyd olunan intizam tənbehi əsassız olaraq, qərəzli münasibət və təzyiq məqsədilə tətbiq edilmişdir.

8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının əmrin ləğvi və ziyanın ödənilməsi tələbi əsassızdır. 2024-cü il ## ###### tarixli əmrlə iddiaçıya əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə töhmət verilmiş və bu, 2024-cü il ## #### tarixli yoxlama aktı ilə əsaslandırılmışdır. Cavabdeh tərəfin mövqeyinə görə, aparılmış monitorinq nəticəsində iddiaçının rəhbərlik etdiyi sahədə nöqsanlar aşkar olunmuş, onların aradan qaldırılması üçün vaxt verilsə də, müvafiq tədbirlər görülməmişdir. Bu səbəbdən aidiyyəti vəzifəli şəxs tərəfindən intizam tənbehinin tətbiqi barədə təqdimat verilmiş və nəticədə iddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı departament müdiri kimi həmin sahə üzrə məsul şəxs olmuş, vəzifə təlimatına uyğun olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılması onun səlahiyyətlərinə daxil olmuşdur. Işçinin intizam məsuliyyətinə cəlb edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş, ondan izahat alınmış və prosedur qaydalar pozulmamışdır. Cavabdeh tərəf əlavə olaraq bildirmişdir ki, intizam tənbehi barədə əmrdə pozuntuların ətraflı təsviri göstərilməməsi onu qanunsuz etmir. Aşkar edilmiş əsas pozuntulardan biri işçilərin davamiyyətinə nəzarət edən elektron sistemin (turniketin) işləməməsi olmuş, bu halın aradan qaldırılması üçün iddiaçıya vaxt verilsə də, tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh tərəf iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

9. Cavabdehin digər nümayəndəsi Ülviyyə Quliyeva məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, vəzifə təlimatı ilə işçilərin davamiyyətinə nəzarət edən elektron sistem vəzifə təlimatına əsasən İddiaçı həvalə edilib. Işləmədiyi təqdirdə o, işçilərin davamiyyətinə nəzarət etmək üçün jurnaldan istifadə etməli idi, lakin iyun-iyul aylarında davamiyyət təqdim edilmədiyindən, daxili nəzarət şöbəsinin məruzəsi əsasında araşdırma aparılmış, kamera görüntüləri çıxarılaraq töhmət verilmişdir. Töhmət verilərkən düzgün araşdırma aparılmış, heç bir norma pozulmamışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.M.Mustafayev) 2025-ci il ## ##### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xxxxnın Idarə Heyəti sədrinin İddiaçı intizam tənbehi verilməsi haqqında 2024-cü il ## ###### tarixli əmri ləğv edilmiş, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı barəsində xxxx tərəfindən verilmiş 2024-cü il ## ###### tarixli intizam tənbehi əmri qanunsuz və əsassızdır. Belə ki, əmrdə iddiaçının konkret hansı əmək vəzifələrini pozduğu göstərilməmiş, nöqsanların onun təqsiri ilə baş verdiyi sübuta yetirilməmişdir. Eyni zamanda, istinad edilən akt və arayışlar iddiaçının vəzifə öhdəliklərini qəsdən yerinə yetirmədiyini təsdiqləmir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının vəzifə təlimatında göstərilən nöqsanlarla bağlı məsuliyyət nəzərdə tutulmamış, həmçinin cavabdeh tərəf iddialarını təsdiq edən kifayət qədər sübut təqdim etməmişdir. Buna görə də, intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbi əsaslı hesab edilərək təmin olunmuşdur.

13. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçının fərdi mükafatın ödənilməsi ilə bağlı tələbi əsassızdır. Belə ki, mükafatlandırma işəgötürənin hüququdur və məcburi xarakter daşımır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 157-ci maddəsinin 2-ci hissəsinə, 186-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il ## ######## tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 1, 5.2, 6.6, 10-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Iddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə intizam tənbehini qanunsuz hesab edərək ləğv etsə də, bu tənbehin nəticəsində iddiaçının məhrum olduğu fərdi mükafatların ödənilməsi tələbinin təmin edilməməsi ilə onun hüquqlarının tam bərpasını təmin etməmişdir. Belə ki, fərdi mükafatlandırma 2023-cü ilin sonunadək mütəmadi tətbiq olunduğu halda, 2024-cü ildən etibarən qərəzli şəkildə dayandırılmışdır. Iddiaçı müvafiq Təlimatın meyarlarına uyğun olaraq mükafat almaq imkanına malik olmuş, lakin ya qanunsuz intizam tənbehi, ya da ayrı-seçkilik nəticəsində bu hüquqdan məhrum edilmişdir. Halbuki, ayrılmış vəsait mövcud olduğu və digər işçilərə mükafat verildiyi halda, iddiaçıya münasibətdə bundan imtina edilməsi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə işəgötürənin istinad etdiyi normativ aktların müddəalarını qarşılıqlı əlaqədə düzgün şərh etməmiş, digər işçilərə münasibətdə mükafatlandırmanın tətbiq olunub-olunmadığını və iddiaçıya qarşı ayrı-seçkiliyə yol verilibverilmədiyini araşdırmamışdır. Bu səbəbdən, iddiaçı hesab etmişdir ki, əldən çıxmış fayda kimi fərdi mükafatların ödənilməsi tələbi də təmin edilməli idi.

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” X1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən şəxsi qərəz, ədavət və ya təzyiqə dair irəli sürülmüş iddialar heç bir sübutla təsdiqlənməmişdir. Töhmət xidməti araşdırmaların nəticələrinə əsasən, işgüzar fəaliyyətlə bağlı verilmişdir. Əmrdə töhmətin səbəbi kimi əmək funksiyalarının icrasında yol verilmiş nöqsanlar göstərilmiş və bu nöqsanlar 2024-cü il ## #### tarixli yoxlama aktında öz əksini tapmışdır. Müvafiq tapşırıqların vaxtında və düzgün icra edilməməsi, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmaması və təqdim edilən izahatların qənaətbəxş hesab edilməməsi nəticəsində iddiaçı barəsində intizam tənbehi tətbiq olunmuşdur. Töhmət əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə, izahat alınmaqla rəsmiləşdirilmişdir. Iddiaçı vəzifə təlimatına və departamentin əsasnaməsinə uyğun olaraq üzərinə düşən bir sıra funksiyaları, o cümlədən əmək və icra intizamına nəzarət, kadr inzibatçılığı və işçilərin davamiyyətinə nəzarət öhdəliklərini yerinə yetirməmişdir. Turniket məlumatlarının təqdim edilməməsi də bu nöqsanlara daxildir. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmiş, iş üzrə obyektiv araşdırma aparmamış və yalnız iddiaçının izahatlarına əsaslanaraq qərar qəbul etmişdir. Cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – F.V.Abdıyev (sədrlik edən), C.C.Musayeva və F.F.Babayev) 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün qiymətləndirmiş, nəticəyə əsaslı şəkildə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, onların təmin edilməsi və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2021-ci il # #### tarixli əmək müqaviləsi ilə işə qəbul edilmiş, müxtəlif vəzifələrdə çalışmış və 2023-cü il # ####### tarixdən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri olmuşdur. Mübahisəli 2024-cü il ## ###### tarixli əmrlə ona əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə töhmət verilmişdir.

22. Məhkəmə xüsusilə vurğulamışdır ki, mübahisəli əmrdə iddiaçının nöqsanlara yol verdiyi göstərilsə də, konkret hallar aydın şəkildə sadalanmamışdır. Bu isə intizam tənbehinin əsaslandırılmasını qeyri-müəyyən etmiş və Əmək Məcəlləsinin tələblərinə uyğunluq müəyyən edilməmişdir. Cavabdeh əmrin müxtəlif xidməti məruzələr və yoxlama aktları əsasında verildiyini bildirsə də, həmin sənədlərdə aşkar edilmiş nöqsanların bir qismi ümumi xarakterli olmuş, bəzilərinin tarixi və konkret mahiyyəti dəqiq göstərilməmişdir.

23. Məhkəmə kollegiyası bildirmişdir ki, bir sıra qeyd olunan nöqsanlar iddiaçının vəzifəyə təyin edilməsindən əvvəlki dövrlərə aid olmuş və bu səbəbdən onun intizam məsuliyyətinə əsas yaranmamışdır. Digər hallarda isə iddiaçının səlahiyyətlərinə aid olmayan məsələlər üzrə məsuliyyət daşıdığı qeyd edilmişdir. Bəzi pozuntuların tarixi və mahiyyəti müəyyən edilmədiyindən, onların iddiaçıya aid olub-olmaması və intizam məsuliyyəti üçün əsas təşkil edib-etməməsi aydın deyil. Eyni zamanda, yoxlamaların aparıldığı müəyyən edilir. Akt və protokollarda göstərilən bir sıra tapşırıqların icrası iddiaçının səlahiyyətlərinə aid olmamış və ya ümumiyyətlə onun üzərinə düşməmişdir. Bu səbəbdən həmin hallar intizam tənbehi üçün əsas ola bilməz. Turniket sistemi ilə bağlı nöqsanlar üzrə iddiaçının məzuniyyətdə olduğu dövr də nəzərə alınmadan məsuliyyət daşıdığı müəyyən edilmişdir, lakin bu dövrdə onun əmək intizamına nəzarət etməsi mümkün olmadığından həmin hal ona aid edilə bilməz.

24. Məhkəmə mükafatla bağlı maddi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, mükafat işəgötürənin daxili səlahiyyətinə aid olmaqla, məcburi öhdəlik xarakteri daşımır. Buna görə də bu tələb də əsaslı hesab edilməmişdir.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi, 187, 195-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. Iddiaçı qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qismən–maddi zərərin ödənilməsi ilə bağlı iddiaya münasibətdə dəyişdirilməsini və “İddiaçı intizam tənbehi verilməsi haqqında” ## ###### 2024-cü il tarixli əmrin verilməsi nəticəsində yaranmış maddi ziyan üzrə, 2 rüb əməkhaqqına bərabər fərdi mükafat məbləği 10 000 manatın cavabdehdən tutulmaqla ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr qanunsuz və qərəzli intizam tənbehini ləğv etsələr də, həmin tənbehin hüquqi nəticəsi olaraq iddiaçının fərdi mükafatlandırmadan məhrum edilməsini aradan qaldırmamış, bununla da hüquqların tam bərpasını təmin etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ## ######## 2021-ci il tarixli “Həvəsləndirmə Qaydası” və Milli Observatoriyanın müvafiq Təlimatı fərdi mükafatlandırma üçün ümumi və əvvəlcədən elan olunmuş müsabiqə şərtlərini müəyyən etmiş, iddiaçı isə əvvəlki dövrlərdə həmin qaydalar əsasında mütəmadi olaraq fərdi mükafat almışdır. Yalnız 2024-cü ildən etibarən ona qarşı qərəzli münasibət nəticəsində qanunsuz töhmət tətbiq edilmiş və Təlimatın 6.1.3-cü bəndi əsas gətirilərək 6 ay müddətində qiymətləndirmədən kənarlaşdırılmışdır. Halbuki, digər işçilərə fərdi mükafatlar verildiyi halda yalnız iddiaçıya münasibətdə Təlimatın 6.6-cı bəndinə istinad olunması Əmək Məcəlləsinin 16-cı maddəsi ilə qadağan edilən ayrı-seçkilikdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, cavabdeh apellyasiya icraatında iddiaçının fərdi mükafatdan məhrum edilməsini bu dəfə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əsaslandıraraq faktiki olaraq qanunsuz töhmətin əsassızlığını etiraf etmişdir. Cavabdehin öz izahatından görünür ki, iddiaçı barəsində fərdi mükafatlandırma mexanizmi ümumiyyətlə tətbiq edilməli idi və onun bu hüquqdan məhrum edilməsi ya qanunsuz intizam tənbehi, ya da xəstələnməsi səbəbi ilə həyata keçirilmişdir. Bu isə Əmək Məcəlləsinin 2 və 16-cı maddələrində təsbit olunmuş əmək hüquqlarının bərabərliyi və ayrı-seçkiliyin yolverilməzliyi prinsiplərinin pozulması olmaqla yanaşı, Mülki Məcəllənin 21.2, 408 və 1079-1082-ci maddələri baxımından vurulmuş zərərin tam ödənilməsi və hüquqların real bərpası öhdəliyinə ziddir. Kassator bildirir ki, məhkəmələr qanunsuz və qərəzli intizam tənbehini haqlı olaraq ləğv etsələr də, həmin intizam tənbehinin doğurduğu nəticələri – xüsusilə də onun fərdi mükafatlandırmadan məhrum edilməsi nəticəsində yaranmış maddi ziyanı aradan qaldırmamışdır. Kassatorun mövqeyinə görə, o, əvvəlki dövrlərdə mütəmadi olaraq fərdi mükafat almış, lakin yalnız 2024-cü ildən sonra rəhbərliklə yaranmış konflikt və qanunsuz intizam tənbehi səbəbindən Təlimatın 6.1.3-cü bəndi tətbiq edilərək 2 rüb ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsindən kənarlaşdırılmışdır. Halbuki, həmin dövrlərdə digər işçilərə fərdi mükafatlar verilmiş, bu isə Əmək Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyin yolverilməzliyi prinsipinin pozulması olmuşdur. Kassator həmçinin qeyd edir ki, işəgötürən fərdi mükafatlandırmanı öz hüququ hesab etsə belə, bu hüquq digər işçilərə münasibətdə tətbiq edildiyi halda ona münasibətdə tətbiq edilməməsi hüquqi bərabərlik prinsipinə ziddir. Bundan əlavə, cavabdehin nümayəndəsi apellyasiya instansiyasında kassatorun fərdi mükafatdan məhrum edilməsini əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əsaslandırmaqla faktiki olaraq qanunsuz töhmət olmasaydı belə onun qiymətləndirməyə cəlb edilməli olduğunu etiraf etmişdir. Kassator hesab edir ki, məhkəmələr bu etirafedici halları və digər işçilərə münasibətdə fərdi mükafatlandırmanın tətbiq olunmasını araşdırmadan iddianın maddi ziyanın ödənilməsi hissəsini rədd etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Iddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 16, Mülki Məcəllənin 21.2, 408, 1079-1082-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

28. Cavabdeh də kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

29. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Şikayətə əsasən, iddiaçı ##.##.2024–##.##.2024-cü il tarixləri üçün təkbaşına tətil elan etməsinə baxmayaraq, ##.##.2024-cü ildə məhkəməyə müraciət etmiş və məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçıya verilmiş ##.##.2024-cü il tarixli töhmət şəxsi qərəz və ya ədavətə görə deyil, xidməti araşdırmalar və audit nəticəsində aşkar olunmuş əmək funksiyalarının icrasındakı nöqsanlara əsasən tətbiq edilmişdir. Kassasiya şikayətində göstərilir ki, Nazirliyin Daxili nəzarət və audit şöbəsinin, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin, eləcə də Milli Observatoriyanın xidməti məruzələri ilə iddiaçının tapşırıqların icrasında gecikmələrə və digər pozuntulara yol verdiyi müəyyən olunmuş, buna görə də intizam tənbehinin qanuni və əsaslı olduğu nəzərə alınaraq iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, iddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq qanuni şəkildə intizam məsuliyyətinə cəlb edilmişdir. Şikayətə əsasən, Nazirliyin daxili audit və nəzarət yoxlamaları zamanı əmək və icra intizamı, turniket məlumatlarının təqdim olunmaması, gecikmələrin uçotunun aparılmaması və daxili nəzarət funksiyalarının lazımi qaydada icra edilməməsi kimi pozuntular aşkar edilmiş, bu nöqsanların aradan qaldırılması barədə göstərişlərə baxmayaraq nəticə əldə olunmamışdır. Cavabdeh qeyd edir ki, iddiaçının vəzifə təlimatı, əmək müqaviləsi və departament əsasnaməsi ilə ona əmək intizamına nəzarət, kadr inzibatçılığı və daxili nəzarət funksiyaları həvalə edilmişdir və həmin öhdəliklərin icra edilməməsi intizam tənbehi üçün hüquqi əsas yaratmışdır. Buna görə də töhmət əmri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmiş, izahat alınmış, müddətlər gözlənilmiş və məhkəmələr əmrin məzmununa dair formal yanaşma sərgiləməklə səhvə yol vermişdir. Cavabdeh həmçinin kassasiya şikayətində bildirmişdir ki, iddiaçıya tətbiq olunmuş intizam tənbehi Əmək Məcəlləsinin 186, 187 və 190-cı maddələrinin tələblərinə uyğun verilmiş, izahat alınmış, əmrin əsaslandığı xidməti məruzələr və audit sənədləri əmrdə göstərilmişdir. Cavabdehin mövqeyinə görə, məhkəmələr təqdim olunmuş sübutları tam və obyektiv araşdırmamış, bir sıra sənədlərə hüquqi qiymət verməmiş, iddiaçının izahat və təqdim etdiyi sənədləri isə birtərəfli qaydada qəbul etmişdir. Eyni zamanda kassasiya şikayətində qeyd olunur ki, apellyasiya məhkəməsi prosessual normaları pozaraq qətnaməni qanunda nəzərdə tutulan müddətdə elektron sistemə yerləşdirməmiş, bəzi hallarda iddia tələbindən kənara çıxmış, sübutetmə yükünü düzgün müəyyən etməmiş və MPM-in 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə əməl etməmişdir. Cavabdeh hesab edir ki, məhkəmə qərarı tam, hərtərəfli və qərəzsiz araşdırmaya əsaslanmadığından ləğv edilməli və iddia tam rədd olunmalıdır. Məhkəmələr belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı verilmiş ##.##.2024cü il tarixli intizam tənbehi qanunsuz olmuşdur. Belə ki, əmrdə iddiaçının konkret olaraq hansı əmək funksiyasını pozduğu dəqiq göstərilməmiş, istinad edilən arayış və məruzələrdə qeyd olunan nöqsanların bir qismi ümumi və qeyri-müəyyən formada göstərilmiş, bir qismi isə ya iddiaçının rəhbər vəzifəyə təyin edilməsindən əvvəlki dövrə, ya da intizam tənbehi tətbiq etmək üçün qanunda nəzərdə tutulmuş müddətdən kənar dövrə aid olmuşdur. Həmçinin məhkəmə müəyyən etmişdir ki, bəzi nöqsanların iddiaçının səlahiyyət dairəsinə aid olubolmaması sübuta yetirilməmiş, bəzi çatışmazlıqlar sonradan aradan qaldırılmış, digər hallarda isə iddiaçının həmin proseslərdə iştirak etdiyi təsdiqlənməmişdir. Bu səbəbdən məhkəmə intizam tənbehinin verilməsi üçün kifayət qədər hüquqi əsasın olmadığını hesab edərək əmri ləğv etmişdir. Kassator qeyd etmişdir ki, işəgötürən tərəfindən intizam tənbehi əmək Məcəlləsinin 186, 187 və 190-cı maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilmiş, işçidən izahat alınmış və prosedur pozulmamışdır. Iddiaçının “əmrin qərəzli olması” barədə dəlilləri əsassızdır, çünki intizam tənbehi konkret xidməti yoxlamalara və rəsmi sənədlərə əsaslanmışdır. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70, 186, 187.1, 190.1, 190.3, 295.1, 295.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh tərəfindən iddiaçının kassasiya şikayətinə etiraz daxil olmuş və onunla əsaslandırılmışdır ki, “Təlimat” daxili normativ akt olmaqla oferta xarakteri daşımır və işəgötürən üçün mütləq öhdəlik yaratmır. Iddiaçının “qərəzli münasibət” və “2 rüb mükafatdan məhrum edilmə” barədə iddiaları sübuta yetirilməmişdir və mükafatlandırma yalnız qiymətləndirmə nəticələri və kvota əsasında həyata keçirilir. Həmçinin 2.1.3-cü bənd prinsip xarakterli olmaqla avtomatik hüquq yaratmır, 6.6-cı bənd isə ümumi məhdudiyyət müəyyən edir və iddiaçı tərəfindən yanlış şərh edilmişdir. Iddiaçının məzuniyyətdə olması məsuliyyəti aradan qaldırmır, turniketlə bağlı nəticə isə düzgün hüquqi qiymətləndirməyə əsaslanmamışdır. Oxşar iş üzrə Ali Məhkəmə qərarı da iddiaçının iddialarının əsassızlığını təsdiq edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 10 , “a” bəndi. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir;

32. Maddə 157. 2-ci hissə. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. 6-cı hissə. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

33. Maddə 158. 1. Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.

34. Maddə 186, 2-ci bənd. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;

35. Maddə 186, 3-cü bənd. Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır;

36. Maddə 187, 1-ci bənd. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir;

37. Maddə 187, 2-ci bənd. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir;

38. Maddə 187, 3-cü bənd. Intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

40. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

49. Kollegiya hesab edir ki, iddia tələbinin təmin edildiyi hissədə məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından ləğv edilməlidir.

50. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “xxxx” PHŞ-də ##.##.2023-cü il tarixdən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışmış, ##.##.2024-cü il tarixdə öz arzusu ilə vəzifəsindən azad edilmişdir. Iddiaçı işlədiyi dövrdə işəgötürən tərəfindən ##.##.2024-cü il tarixdə ona töhmət verilməsi barədə əmri mübahisələndirmişdir.

51. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya töhmət verilməsinin səbəblərindən biri 2024-cü ilin iyun-iyul aylarında işçilərin əmək intizamına və davamiyyətinə nəzarətin təşkil edilməməsi, həmin aylara dair davamiyyət cədvəllərinin təqdim edilməməsi olmuşdur. Müəyyən edilmişdir ki, bu hallar aparılmış monitorinq nəticəsində tərtib edilmiş aktda öz əksini tapmış, töhmət verilməsi barədə əmrdə həmin akt əsasında yazılmış xidməti məruzələrə istinad edilmişdir.

52. Kollegiya qeyd edir ki, iddianın təmin edildiyi hissədə əsaslı olub-olmadığına hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən ilk növbədə işçilərin davamiyyətinə nəzarət etmək vəzifəsinin iddiaçının tutduğu vəzifə üzrə əmək funksiyasına aid olubolmadığı araşdırılmalı, bu halın mübahisəli olub-olmadığı müəyyən edilməli idi. Prosessual qanunvericiliyin tələblərinə əsasən işin məhkəmə baxışına hazırlığı mərhələsində işin mübahisəli və ya mübahisəsiz halları tərəflərin izahatlarına əsasən müəyyən edilir. Tərəflər iin mübahisəsiz hallarını sübut etmək vəzifəsindən azaddır.

53. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, iddiaçı işçilərin davamiyyətinə nəzarətin onun əmək funksiyasına aid olduğunu mübahisələndirməmiş, sadəcə yoxlanılan dövr üzrə binanın girişində davamiyyətə nəzarət üçün quraşdırılmış xüsusi cihazların-turniketlərin işləməməsinə görə cavabdehlik daşımadığını və məzuniyyətdə olduğu dövrdə işçilərin əmək intizamına nəzarət etmək imkanı olmadığı bildirmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş “Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri barədə” Vəzifə Təlimatının 2.2-ci bəndində də, Departamentin işçilərinin əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək Hüquq, kadr və sənədlərlə iş departamentinin müdirinin vəzifəsi kimi müəyyən edilmişdir.

54. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində işçinin əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi ona intizam tənbehi verilməsinin əsası kimi müəyyən edilmişdir.

55. Apellyasiya məhkəməsi mübahisələndirilən əmrin qanunsuz və əsassız olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, məhkəmələr tərəfindən iddiaçının məzuniyyətdən əvvəl, işdə olduğu 2024-cü ilin iyunda işçilərin davamiyyətinə nəzarətin hansı səbəbdən həyata keçirilmədiyi araşdırılmamış, iş materiallarında həmin dövr üçün davamiyyət cədvəllərinin üzürlü səbəbdən tərtib edilmədiyini təsdiq edən mötəbər sübutlar olmadığı nəzərə alınmamışdır. Halbuki cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri kimi bu hala istinad edilərək qeyd edilmişdir ki, elektron sistem işləmədiyi dövrdə də davamiyyətə iddiaçı tərəfindən başqa alternativ üsulla (davamiyyətə dair jurnala qol çəkdirilməklə) nəzarət edilməsi mümkün olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin bu dəlili ilə bağlı hər hansı əsaslandıma mövcud deyil.

56. Kollegiya cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, işçilərin davamiyyətinə nəzarət bu vəzifəni daşıyan işçi tərəfindən müxtəlif üsullardan istifadə edilməklə həyata keçirilə bilər: xüsusi turniket cihazları vasitəsi ilə elektron formada, işçinin iş yerinə daxil olub-çıxarkən davamiyyət jurnalına qol çəkilməsi və s. Davamiyyətə nəzarət elektron üsulla həyata keçirilərkən texniki nasazlığa görə cihazlar işləmədiyi halda bu vəzifəni icra edən işçinin digər üsulla işçilərin davamiyyətini yoxlamaq imkanı olduğundan iddiaçının istinad etdiyi bu hal əmək vəzifəsinin icra edilməməsinin üzürlü səbəbi kimi qəbul edilə bilməz.

57. Apellyasiya məhkəməsinin işəgötürənin 2024-cü ilin iyun və iyul ayları üzrə davamiyyət barədə məlumatlara iddiaçının məzuniyyətdən qayıtdıqdan sonra ehtiyacı yarandığına dair fikirləri ilə bağlı kollegiya qeyd edir ki, bu fikirlər məhkəmənin öz mülahizəsi olmaqla tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmir. Iş materialları və izahatlarla rəhbərlik etdiyi Departamentdə işçilərin əmək intizamına nəzarət edilməsinin iddiaçının əmək vəzifələrindən biri olduğu təsdiq edildiyindən müqavilənin digər tərəfi olaraq işəgötürənin də istənilən vaxt bu vəzifənin icra edilib-edilmədiyini yoxlamaq hüququ olduğu müəyyən edilir. Işçilərin işə vaxtında gəlib-getməsinin uçotunun aparılmasında işəgötürənin marağı daimi xarakter daşımaqla yalnız müəyyən dövrə aid edilə bilməz.

58. MPM-nin 9.3-cü maddəsinə əsasən, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-niin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

59. Kollegiya göstərilənlərə və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlara əsaslanaraq hesab edir ki, mübahisələndirilən ##.##.2024-cü il tarixli əmrin verilməsi üçün Əmək Məcəlləsinin 186-cı maddəsindəki qanuni əsasların mövcudluğu işəgötürən tərəfindən sübut edildiyindən kassasiya şikayəti təmin edilməlidir.

60. MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

61. Iddia intizam tənbehi verilməsi barədə əmrin ləğv edilməsi hissəsində əsassız hesab edildiyindən, iddiaçının bu tələblə bağlı maddi ziyan tələblərinin rədd edildiyi hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

62. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddiaçı İddiaçı intizam tənbehi verilməsi haqqında 2024-cü il ## ###### tarixli əmrinin ləğv edilməsi barədə iddiası rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” PHŞ-i tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ####### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı intizam tənbehi verilməsi haqqında 2024-cü il ## ###### tarixli əmrinin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar