Məhkəmə qərarları › İş №2(1-8)-772/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-772/2026

23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-772/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pul”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətlıi Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsinə əsasən, tərəflər Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən X1 and Residences adlı istirahət kompleksinin ərazisində Grant Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən, ətraflı təsviri və spesifikasyaları müqavilənin * saylı Əlavəsində nəzərdə tutulan təminatını, onun istismara verilməsi və müqavilədə göstərlmiş vaxtda tam lahiyə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərlərinə götürürlər.

2. “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, tərəflər işlərin tamamlanması vaxtını 2023-cü ilin dekabr ayı üçün müəyyən etmişdir.

3. “xxxx” MMC ilə İddiaçı (bundan sonra mətndə-iddiaçı) arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsinin 3.2-ci bəndinə əsasən, iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətində dəyişiklik edilə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməlidir.

4. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışına əsasən, iddiaçı ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsinə əsasən cavabdeh MMC-yə olan ödənişləri tam şəkildə ödəmiş və cavabdeh MMC-yə heç bir borcu qalmamışdır.

5. “xxxx” MMC ilə iddiaçı arasında bağlanmış №***GRH** saylı ## ### 2024-cü il tarixli əmlakın etibarlı idarə edilməsi haqqında müqaviləsinin surətinə əsasən, “xxxx” MMC 1 (bir) il müddətinə 18000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı iddiaçıya ödənilməsinə dair üzərinə öhdəlik götürmüşdür.

6. Icraçı “xxxx” MMC ilə şifarişçi İddiaçı arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH- *** nömrəli müqavilə üzrə mənzilin təhvil-təslimi haqqında tərtib olunmaqla imzalanan ##.##.2024-cü il tarixli aktdan müəyyən olunur ki, icraçı mənzilin tikintisini müqavilənin şərtlərinə müvafiq və razılaşdırılmış vaxtda tam başa çatdırmış və mənzili təhvil üçün sifarişçiyə təqdim etmiş, sifarişçi mənzilə baxış keçirib mənzilin tikinti işlərinin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə müvafiq və razılaşdırılmış vaxtda icra edilib başa çatdırılmasını, baxış zamanı qüsur, müqavilədən kənarlaşmanın aşkar olunmamasını, işlərin müqavilə tələblərinə cavab verməsini, müqavilənin 1 və * saylı əlavələri ilə nəzərdə tutulmuş vaxtda və qaydada icra edilməsini, bununla və görülmüş işlərlə bağlı sifarişçinin heç bir qeydi və pretenziyasının olmadığını təsdiq etmişdir.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, AZ 1097, Bakı şəhəri ünvan 3 (köhnə ünvan ünvan 1) dair xxxx MMC-in xüsusi mülkiyyət hüququ ##.##.2025-ci il tarixdə qeydə alınmışdır.

8. X3 MMC ilə alıcı X4 arasında bağlanmış ##.##.2026-cı il tarixli tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan AZ 1097, Bakı şəhəri ünvan 3 (köhnə ünvan ünvan 1) mənzili alıcıya satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən 16500 (on altı min beş yüz) manat borcun və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı “X2 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçiyə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri 150000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində müəyyən edilmişdir. Iddiaçı tərəfindən müqavilənin 2.1-ci bəndində göstərilən 150000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində pul məbləği cavabdehə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzil 2023-cü ilin dekabr ayında təhvil verilməli idi. Lakin mənzil 2024-cü ilin noyabr ayında təhvil verilib. Müqavilə öhdəlikləri cavabdeh MMC tərəfindən 11 (on bir) ay gecikdirilməklə təhvil verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, “xxxx” MMC ilə iddiaçı arasında №***GRH** saylı ## ### 2024-cü il tarixli əmlakın etibarlı idarəedilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 (bir) il müddətinə 18000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı ödənilmişdir. Göründüyü kimi cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilmədiyi üçün iddiaçı on bir aylıq gəlirdən, yəni 16500 (on altı min beş yüz) manat pul məbləğindən məhrum olmuşdur.

11. Iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və eyni zamanda cavabdeh tərəfindən mənzilin müqavilədən göstərilən vaxtdan gec təhvil verilməsi ilə bağlı iddiaçı yazılı qaydada xəbərdarlıq edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim N.A.Cəfərli) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməklə iddiaçı İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir

13. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2021-ci il tarixli podrat müqaviləsi bağlanaraq 150.000 ABŞ dolları müqabildən, podratçı “xxxx” MMC “X2 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçi iddiaçıya 2023-cü ilin dekabr ayınının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etmişdir.

14. Iş matariallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müqavilə üzrə tərəf olan sifarişçi öhdəliklərini tam olaraq yerinə yetirmişdir.

15. Lakin iddiaçı məhkəməyə hazırda müraciət edərək müqavilə üzrə mənzilin ona müqavilədə nəzərdə tutulan vaxtda deyil də 11 ay sonra təhvil verdiyini, bununla da ona maddi ziyan dəymiş olduğunu bildirərək dəyilmiş ziyanın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

16. Lakin iddiaçı həqiqətən də podratçının müqavilə üzrə öhdəliklərinin tam vaxtında icra etməmisinin yəni müqavilə üzrə nəzərdə tutulan müddətdə deyil də 11 ay sonra ona təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, əksinə ”xxxx” MMC ilə onun arasında ##.##.2024-cü il tarixli müqaviləni təqdim edərək sözügedən mənzilin ##.##.2024-cü il tarixdən T-Service MMC-yə icarəyə verdiyini göstərmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, hesab edilsə belə ki, podratçı müqavilə üzrə üzərinə düşən öhdəliyi zamanında icra etməmişdir, iddia tələbi belə olan halda belə təmin edilə bilməz.

18. Belə ki, tərəflər iradə ifadəsinə uyğun olaraq bağlanmış podrat müqaviləsinin 3.2-ci maddəsindən görünür ki, tərəflər iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətində dəyişiklik edilə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməsi ilə bağlı razılaşmışlar.

19. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış suala verilmiş cavabdan görünür ki, podratçı həqiqətən də icra gecikdirməsi ilə bağlı sifarişçiyə əvvəldən məlumat vermişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 21.1, 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 752, 753.1, 759.2, 760.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 107, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməklə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, iddia tələbinə əsasən iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinə əsasən, icraçı “X2 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçiyə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən, mənzilin dəyəri 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində müəyyən edilmişdir. Iddiaçı tərəfindən müqavilənin 2.1-ci bəndində göstərilən 150.000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində pul məbləği cavabdehə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzil 2023- cü ilin dekabr ayında təhvil verilməli idi. Lakin mənzil 2024-cü ilin noyabr ayında təhvil verilib. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən 11 (on bir) ay gecikdirilməklə təhvil verilmişdir. Bundan sonra “xxxx” MMC ilə İddiaçı arasında № ***GRH** saylı ## ### 2024-cü il tarixli əmlakın etibarlı idarə edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 (bir) il müddətinə 18.000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı ödənilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilmədiyi üçün iddiaçı İddiaçı on bir aylıq gəlirdən, yəni 16.500 (on altı min beş yüz) manat pul məbləğindən məhrum olmuşdur. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, tərəflər arasında ##.##.2021-ci il tarixli podrat müqaviləsi bağlanaraq 150.000 ABŞ dolları müqabildən, podratçı “xxxx” MMC “X2 and Residences” adlı istirahət kompleksinin ərazisində Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etmişdir. Iş matariallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müqavilə üzrə tərəf olan sifarişçi öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Lakin iddiaçı məhkəməyə hazırda müraciət edərək müqavilə üzrə mənzilin ona müqavilədə nəzərdə tutulan vaxtda deyil, 11 ay sonra təhvil verdiyini, bununla da ona maddi ziyan dəymiş olduğunu bildirərək dəyilmiş ziyanın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı həqiqətən də podratçının müqavilə üzrə öhdəliklərinin tam vaxtında icra etməməsinin yəni müqavilə üzrə nəzərdə tutulan müddətdə deyil, 11 ay sonra ona təhvil verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, əksinə ”xxxx” MMC ilə onun arasında ##.##.2024-cü il tarixli icra müqaviləsini təqdim edərək, sözügedən mənzilin ##.##.2024-cü il tarixdən T-Service MMC-yə icarəyə verdiyini göstərmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən hesab edilsə belə ki, podratçı müqavilə üzrə üzərinə düşən öhdəliyi zamanında icra etməmişdir, iddia tələbi belə olan halda, belə təmin edilə bilməz. Belə ki, tərəflər iradə ifadəsinə uyğun olaraq bağlanmış podrat müqaviləsinin 3.2-ci maddəsindən görünür ki, tərəflər iş əsnasında icraçı tərəfindən işlərin görülməsi müddətinə dəyişiklik edə bilər və icraçı 1 ay əvvəlcədən yazılı bildiriş təqdim etməklə sifarişçiyə işlərin tamamlanma tarixi barədə dəqiq məlumat verməsi ilə bağlı razılaşmışlar. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış suala verilmiş cavabdan görünür ki, podratçı həqiqətən də icra gecikdirməsi ilə bağlı sifarişçiyə əvvəldən məlumat vermişdir. Beləliklə yuxarda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Iddiaçı məhkəmənin yuxarıda qeyd edilən mövqeyinin əsassız olduğunu qeyd edərək razılaşmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Iddia tələbinin əsas hissəsi ondan ibarət olmuşdur ki, cavabdeh Grand Hotel çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etməsinə baxmayaraq, 2024-cü ilin noyabr ayında təhvil vermişdir. Bu səbəbdən də, iddiaçıya ziyan dəymişdir. Iddiaçı ilə ”xxxx” MMC arasında ##.##.2024-cü il tarixli icra müqaviləsi 2024-cü ilin noyabr ayından icra edilmişdir. Iddiaçı tərəfindən qeyd edilən halların sübut edilməsinə baxmayaraq, məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bununla bağlı hər hansı mövqe bildirməmişdir. Halbuki cavabdeh iddia tələbinin əksini sübut etməmişdir. Buna baxmayaraq məhkəmə əsassız olaraq, iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qət etmişdir.

23. Cavabdeh “xxxx” MMC-in ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X4 arasında bağlanmış ##.##.2026-cı il tarixli razılaşmaya əsasən İddiaçı yazılı razılığı ilə ## ### 2021-ci il tarixli, GH-*** nömrəli müqaviləyə xitam verilmiş və həmin müqavilə üzrə hüquq və öhdəliklər X4 adına keçirilmişdir. Bundan sonra, "xxxx" MMC ilə X4 arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən sözügedən mənzil X4 və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən hesab edilir ki, sözügedən mənzilə dair iddia tələbi irəli sürmək üçün iddiaçı İddiaçı subyektiv hüququ yoxdur. "xxxx" MMC tərəfindən müqavilədə qeyd olunan hər hansı öhdəlik pozulmamış və bununla əlaqədar hər hansı qanun pozuntusuna yol verilməmiş, iddiaçının iddia tələbi və apellyasiya şikayəti tamamilə əsassızdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026--ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər- S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.Isgəndərov, A.N.Imanov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(008)- ****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməyərək sifariş verdiyi mənzilin ona 2024-cü ilin noyabr ayında, yəni 11 ay gec təhvil verilməsini, müqavilənin 3.2-ci bəndinin tələbinə əsasən, işlərin görülməsi müddətində dəyişiklik edildiyi halda icraçı tərəfindən ona 1 ay əvvəlcədən yazılı bildiriş təqdim edilmədiyini, nəticədə ona 16.500 manat ziyan vurulmasını iddia etsə də, iddia tələbində və apellyasiya şikayətinin dəlillərində istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir.

26. Araşdırma zamanı isə müəyyən olunmuşdur ki, tərəflər, yəni icraçı “xxxx” MMC ilə şifarişçi İddiaçı arasında bağlanmış ## ### 2021-ci il tarixli, GH-*** nömrəli podrat müqaviləsi üzrə podratın nəticəsi olan mənzilin təhvil-təsliminə dair tərtib etdikləri ##.##.2024-cü il tarixli akta əsasən iddiaçı sifariş verdiyi mənzili qüsurlardan azad şəkildə, mənzilin tikinti işlərinin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə müvafiq və razılaşdırılmış vaxtda, işlərin müqavilə tələblərinə cavab verən şəkildə, müqavilənin 1 və * saylı əlavələri ilə nəzərdə tutulmuş vaxtda və qaydada icra edilərək ona təhvil verildiyini, görülmüş işlərlə bağlı onun heç bir qeydi və pretenziyasının olmadığını imzası ilə təsdiq etmişdir.

27. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, hal-hazırda AZ 1097, Bakı şəhəri ünvan 3 (köhnə ünvan ünvan 1) mənzili X3 MMC tərəfindən alıcı X4 ##.##.2026-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən satıldığından hal-hazırda iddiaçının həmin mənzillə dair hər hansı bir hüququ yoxdur.

28. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçı sifariş verdiyi mənzili cavabdehdən təhvil alarkən imzaladığı aktla mənzilin müqavilə şərtlərinə uyğun, vaxtında ona təhvil verildiyini təsdiq etdiyindən, iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.1, 21.1, 21.2, 386.1, 389.1, 390.1, 425.1, 442, 443.1, 448.1, 448.2, 752.1, 756.1, 756.2, 759.1, 759.2, 760.1, 760.2, 762.1, 762.2, 762.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.4, 384.0.1., 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

30. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsinin qeyd edilən halları ilə razılaşmırlar. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilən iddia tələbinə əsasən iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinə əsasən icraçı “X2 and Residences” adlı istirahət kompleksinin ərazisində “Grand Hotel” çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçiyə təhvil verilməsinə dair müqavilə bağlanmışdır. GH-*** saylı ## ### 2021-ci il tarixli podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən mənzilin dəyəri 150000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində müəyyən edilmişdir. Iddiaçı tərəfindən müqavilənin 2.1-ci bəndində göstərilən 150000 (bir yüz əlli min) ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi, ABŞ dollarının manata olan rəsmi məzənnəsi ilə manat ekvivalentində pul məbləği cavabdehə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən mənzil 2023-cü ilin dekabr ayında təhvil verilməli idi. Lakin mənzil 2024-cü ilin noyabr ayında təhvil verilib. Müqavilə öhdəlikləri cavabdeh tərəfindən 11 (on bir) ay gecikdirilməklə təhvil verilmişdir. Bundan sonra “xxxx” MMC ilə İddiaçı arasında ***GRH** saylı ## ### 2024- cü il tarixli əmlakın etibarlı idarə edilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 1 (bir) il müddətinə 18000 (on səkkiz min) manat (bir ay 1500 (bir min beş yüz) manat) icarə haqqı ödənilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilmədiyi üçün iddiaçı İddiaçı on bir aylıq gəlirdən, yəni 16500 (on altımin beş yüz) manat pul məbləğindən məhrum olmuşdur.

32. Apellyasiya instansiyasının yuxarıda qeyd edilən mövqeyi ilə əsassız olduğu üçün razılaşmırlar. Belə ki, tərəflərindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Iddia tələblərinin əsas hissəsi ondan ibarət olmuşdur ki, cavabdeh “Grand Hotel” çoxmənzilli yaşayış kompleksində yerləşən *** saylı mənzilin sifarişçi İddiaçı 2023-cü ilin dekabr ayınının sonunadək təhvil verilməsi öhdəliyini qəbul etməsinə baxmayaraq 2024- cü ilin noyabr ayında təhvil vermişdir. Bu səbəbdən də iddiaçıya ziyan dəymişdir. Iddiaçı ilə ”xxxx” MMC arasında ##.##.2024-cü il tarixli icra müqaviləsi 2024-cü ilin noyabr ayından icra edilmişdir. Tərəflərindən qeyd edilən hallar sübut edilməsinə baxmayaraq məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bununla bağlı hər hansı mövqe bildirməmişdir. Halbuki cavabdeh iddia tələbinin əksini sübut etməmişdir. Buna baxmayaraq məhkəmə əsassız olaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olan qətnamə qət etmişdir.

33. Cavabdeh tərəfindən mənzilin gec təhvil verilməsinə dair hər hansı rəsmi bildirişi olmamış və bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

34. Əlavə olaraq qeyd etmək istəyir ki, məhkəmə işin hallarını faktiki olaraq araşdırmamış, iş materiallarında olan sübutlara formal yanaşma olmuşdur. Belə ki, mənzilin təhvil verilməsi sənədlərini imzalamaq mənzilin təhvil alınmasına aid olmuşdur. Təhvil-təslim aktının imzalanması mənzilin vaxtında və qüsursuz təhvilin göstəricisi deyildir. Belə ki, təhviltəslim aktının olması cavabdehi gələcəkdə yarana biləcək tələblərdən azad etmir.

35. Bundan başqa qeyd etmək istəyir ki, iddiaçının hüquqi biliklərinin olmaması onu təhviltəslimi aktını imzalayan zaman hər hansı qeyd və ya digər tələbləri ilə bağlı pretenziya verməməsi onun əleyhinə şərh oluna bilməz.

36. Bundan başqa mənzilin özgəninkiləşdirilməsinə edilən istinadlar da əsassızdır. Belə ki, tərəflərindən hüquqlarının yarandığı və mövcud olduğu bir dövrə aid iddia tələbləri olmuş və təqdim edilmiş sənədlərlə sübut edilir. Bu səbəbdən də məhkəmənin iddia tələbini təmin etməməsi əsassız olmuşdur.

37. Tərəflərindən qeyd edilən hallar sübut edilməsinə baxmayaraq birinci və apellyasiya instansiya məhkəməsi iddia tələbini əsassız olaraq rədd etmişdir. Təqdim edilmiş sübutlardan göründüyü kimi mənzil vaxtında təhvil verilməmiş, cavabdeh tərəfindən rəsmi bildiriş təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə sübutları düzgün qiymətləndirməmiş və əsassız bir qətnamə qət etmişdir.

38. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1, 759.2, 760.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

40. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

47. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

50. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

51. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

52. Maddə 756.2. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir.

53. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

54. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

55. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.

56. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

57. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

58. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

59. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

61. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin işin hallarını faktiki olaraq araşdırmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil hazırkı icraat çərçivəsində araşdırıla bilməz. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar