Məhkəmə qərarları › İş №2(1-8)-776/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-776/2026

07.04.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-776/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı İddiaçı cavabdehlər X1 və cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onlara və digər şəxslərə iddiaçı İddiaçı həmin fərdi yaşayış evindən sərbəst istifadəsinə maneə yaradan hərəkətlərin qadağan edilməsi və yaşayış evinin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia təmin edilməmişdir.

3. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ikram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi qismən, iddiaçının mənzilə köçürülməsinin təmin edilməməsi hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Daha sonra cavabdehin nümayəndəsi və vəkili vəkil4 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə yükləyərək, bildirmişdir ki, cavabdeh2 yaşı və sağlamlığı ilə əlaqədar olaraq Elektron Məhkəmə Informasiya Sistemindən vaxtında istifadə edə bilməmiş, vəkillə müqavilə bağlamağa maddi və hətta evdən çıxaraq dövlət hesabına vəkillə təmin oluna bilmək hüququnun olmasını öyrənmək imkanı olmamışdır. Eyni zamanda, bu müddət ərzində tərəflər arasında məhkəmənin icraatında cinayət təqibi üzrə də iş olmuşdur. Hüquqi olaraq eyni olmasa da, eyni mübahisəli məsələdən yaranan iş olduğundan, cavabdeh həm də həmin iş bitdikdən sonra hazırkı müraciəti edə bilmişdir. Belə ki, cavabdeh ağır əməliyyat keçirdikdən bir müddət sonra oğlu və onun yeni arvadı yaşadığı mənzilə daxil olmuş və aralarında ailə-məişət zəminində mübahisə baş vermişdir. Oğlu olanları videoya çəkmiş və anasından polisə şikayət vermişdir. Bir müddət sonra cavabdehə (cavabdeh2) cinayət işi açılmış və o, təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilmişdir. Bütün olanlar ona həm mənəvi, həm də psixoloji təsir etmiş, onu ana kimi çarəsiz duruma salmışdır. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***- **** saylı cinayət işinə xitam qərarından sonra şikayət vermək fürsəti yaranmışdır. Buna görə də, hesab edir ki, kassasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab olunaraq bərpa olunmalıdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh cavabdeh2 ərizəsi təmin edilməmiş və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

7. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qətnamə cavabdehlər tərəfindən imzalanmaqla rəsmi qaydada ##.##.2025-ci il tarixdə qəbul edilmişdir (qətnamə hər birinə ayrıayrılıqda 2 zərfdə göndərilmişdir). Cavabdehlər bu faktı, yəni qeyd edilən tarixdə qətnaməni almalarını təsdiq edirlər. Belə olduqda, qətnamə cavabdehlərə rəsmi qaydada ##.##.2025-ci il tarixdə verildiyindən, qətnamədən kassasiya şikayəti vermək üçün son müddət ##.##.2025-ci il tarixi olmuşdur. Bu müddət ərzində kassasiya şikayəti daxil olmamış, qətnamə ##.##.2026-ci il tarixdə qanuni qüvvəyə minmişdir və icraya yönəldilmişdir. Cavabdeh cavabdeh2 isə qətnaməni rəsmi qaydada aldıqdan 10 ay sonra, ##.##.2026-cı il tarixdə dövlət hesabına vəkillə təmin olunma və ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Məhkəmə cavabdehin müddətin ötürülməsi səbəbi kimi göstərdiyi əsasla bağlı qeyd etmişdir ki, cavabdehin əməliyyat olduğu tarix elə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdir. Cavabdeh cavabdeh2 həmin vaxta qədər narazı olduğu qətnamədən kassasiya şikayəti və ya kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə verə bilərdi.

9. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin apellyasiya icraatı zamanı iddiaçı cavabdeh cavabdeh2 mənzildən çıxarılması hissədə iddia tələbindən imtina etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə onun iddiasının həmin hissəsindən imtinası qəbul edilmiş və cavabdeh cavabdeh2 mənzildən çıxarılması hissədə iş üzrə icraata xitam verilmişdir. Demək ki, cavabdeh cavabdeh2 aid hissədə icraata xitam verildiyindən onun kassasiya şikayəti vermək istədiyi qətnamə ilə maraqlarına toxunulmamışdır. Belə ki, qətnamə ilə iddiaçı İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh2 iddiaçı oğlunun həmin evə köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə də, məhkəmənın gəldiyi nəticə onun maraqlarına uyğun olmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan da göründüyü kimi, cavabdeh cavabdeh2 əməliyyatından qısa bir müddət keçməsinə baxmayaraq, sağlamlığı ona hətta başqasına zərər vurmağa belə imkan vermişdir. Bu baxımdan onun sağlamlığının kassasiya şikayəti verməyə imkan verməməsi barədə vəkilin bildirdikləri inandırıcı deyil və ağlabatan görünmür. Iddiaçı da öz etirazında qətnamə icra olunarkən, yəni iddiaçı mənzilə köçürülərkən cavabdeh2 evdə mübahisələr yaratdığını, cinayət işi üzrə təqsirləndirilən şəxs olaraq araşdırmalarda iştirak etdiyini bildirmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 128.1, 130.1, 133.1, 133.3, 360, 363.1.3, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh cavabdeh2 Murtuzəli qızı (vəkil vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə kassasiya şikayəti vermək tərəflərin hüququ olmasına baxmayaraq, məhkəmə müddətin bərpasına dair ərizəyə baxarkən həm də mahiyyəti üzrə kassasiya şikayətinə qiymət vermiş və hesab etmişdir ki, “apellyasiya baxışı zamanı məhkəmə iclasında cavabdeh2 iddiaçının – oğlunun həmin evə köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə də, aşkar olur ki, Məhkəmənın gəldiyi nəticə onun maraqlarına uyğun olmuşdur.” Halbuki, bu qiymətləndirmə Ali Məhkəməyə aid olmalıdır və kassasiya şikayətinin məzmunu buraxılmış prosessual müddətin üzrlü və ya üzrsüz olmasına dair qiymətləndirmənin predmeti olmamalıdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

17. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

18. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

19. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

20. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;

21. Maddə 402.2.4. Iş üzrə icraata xitam verilməsi barədə;

22. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh qətnaməni rəsmi qaydada aldıqdan 10 ay sonra kassasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, onun ərizəsində göstərdiyi hallar müddətin üzrlü səbəblərdən buraxılması nəticəsinə gəlməyə əsas deyildir. Həmçinin iddiaçı cavabdeh cavabdeh2 qarşı iddiadan imtina etdiyinə və bu hissədə iş üzrə icraata xitam verildiyinə görə məhkəmənın gəldiyi nəticə onun maraqlarına zidd olmamışdır.

29. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh cavabdeh2 Murtuzəli qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar