Məhkəmə qərarları › İş №2(1-8)-780/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-780/2026

19.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-780/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçı1 və digərlərinin cavabdeh cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: miras əmlaka vərəsəlik hüququnun tanınması Azərbaycvan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan tərkibdə, Bakı Apellyasiyali Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisə, Sabunçu rayonu, Nardaran qəsəbəsində, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilən, ümumi sahəsi 349,4 kv.m olan bağ evi ilə bağlıdır və həmin əmlak X2 məxsusdur.

2. İddiaçılar iddiaçı1 və iddiaçı2 Vaqif qızı bacıdırlar. Torpaq sahəsi, Bakı Şəhəri İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli, *** nömrəli sərəncamı ilə *** nömrəli Bağ Tikinti Kooperativinin üzvü olaraq, iddiaçıların babası, Vaqif Tağıyevin atası Rafiq Tağıyevin adına ayrılmış və həmin Kooperativ, torpaq sahəsinə dair ** nömrəli orderlə Rafiq Tağıyevin adına vermişdir. Rafiq Tağıyev (babaları) ##.##.1999-cu il tarixində vəfat etmişdir. Onun qanun üzrə iki vərəsəsi olmuşdur: 1) arvadı cavabdeh2 (iddiaçıların nənəsi); 2) övladı Vaqif Tağıyev (iddiaçıların atası). Bu tarixdən 22 il sonra, ##.##.2021-ci il tarixdə Vaqif Tağıyev vəfat etmişdir. Onun qanun üzrə iki vərəsəsi olmuşdur: 1) övladı iddiaçı1; 2) övladı iddiaçı2.

3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, 2(005)- ****/**** saylı qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən *** saylı BTK-nın tərkibində olan sahəsi 0,09 ha təşkil edən *** nömrəli bağ sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.1995-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş ** saylı Orderin, mərhum həyat yoldaşı X2 məxsus olması faktı müəyyən edilmişdir.

4. Torpaq sahəsi ilk dəfə ##.##.2021-ci il tarixdə Rafiq Tağıyevin mülkiyyəti kimi dövlət reyestrinə daxil edilmişdir. Bunun ardınca, ##.##.2021-ci il tarixində Bakı şəhəri, ** saylı notariat ofisinin notariusu tərəfindən cavabdeh2 adına torpaq sahəsi ilə bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bu şəhadətnamənin əsasında, cavabdeh2 torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2021-ci il tarixində dövlət reyestrində qeydə alınmışdır.

5. Torpaq sahəsi və bağ evi isə ##.##.2022-ci il tarixində cavabdeh1 mülkiyyəti olaraq, dövlət reyestrinə qeydiyyatdan keçmişdir. Bu fakt Reyestr Xidmətinin * saylı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubu ilə təsdiq olunmuşdur.

6. cavabdeh2 Bakı şəhəri, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusunun təsdiq etdiyi ##.##.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında torpaq sahəsini əvvəlki (birinci) nikahdan olan övladı cavabdeh1 bağışlamışdır. Həmin müqavilə əsasında torpaq sahəsi üzərində cavabdeh1 mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar iddiaçı1 və iddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlər cavabdeh2, cavabdeh1, Bakı şəhəri, ** saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh2 adına verilmiş ##.##.2021-ci il tarixli çıxarışın, * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi, X2 miras qalmış Bakı şəhəri, Nardaran bağ masivində yerləşən *** saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 334,6 kv.m yaşayış (bağ) evində və həmin evin yerləşdiyi 0,09 ha torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvada (nənələri) cavabdeh2 ½ hissədə, nəvələri iddiaçı1 ¼ hissədə və X15 ¼ hissədə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı ərizəsini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 ata xətti ilə iddiaçıların nənəsidir. Cavabdeh cavabdeh1 isə nənələrinin babalarından əvvəlki evliliyindən olan qızı olmuş, lakin babaları tərəfindən övladlığa qəbul edilməmişdir. Nənələri yaşlı olduğuna görə son illərdə sağlamlıq problemləri yaşamış və bu səbəbdən onun adından bütün işlər qızı Nailənin həyat yoldaşı X1 tərəfindən, verilmiş etibarnamə əsasında həyata keçirilmişdir. Cavabdehlər nənə cavabdeh2 və qızı cavabdeh1 əlbir olaraq babalarından qalmış miras əmlakdan qanun üzrə onlara çatası paya sahiblənmişlər. Atalarının vəfatından sonra iddiaçılar nəvələr kimi atalarına çatası miras payına bərabər pay almaq hüququ əldə etmişlər. Lakin bağın ayrılmasına dair sənəddə babalarının ata adında hərf səhvinə yol verildiyindən, miras əmlakın vaxtında rəsmiləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən nənələrinin ərizəsi əsasında Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən ##.##.2021-ci il tarixli qətnamə qəbul edilmiş və mübahisəli bağ sahəsinə dair ** №-li orderin mərhum X2 məxsus olması faktı müəyyən olunmuşdur. Bundan sonra *** saylı bağ sahəsi ##.##.2021-ci il tarixdə mərhum babalarının adına Dövlət Reyestrində qeydiyyata alınmışdır. Həmin bağ sahəsinə mülkiyyət hüququ qeydiyyata babalarının ölümündən sonra alınsa da, onların bu əmlak üzərində hüquqları mövcud olmuşdur. Miras əmlakı olan *** saylı bağ sahəsi 0,09 ha torpaq sahəsindən və üzərində yerləşən, ümumi sahəsi 349,4 kv.m olan iki mərtəbəli bağ evindən ibarət vahid əmlak kimi mövcud olmuşdur. Əslində həmin iki mərtəbəli ev babalarının vəfatından sonra ataları tərəfindən inşa edilmişdir. Bağ sahəsi həm babalarının sağlığında, həm də sonrakı dövrdə ailənin istifadəsində olmuşdur. Bağ sahəsi babalarına əvəzsiz verildiyindən və nənə ilə birgə nikah dövründə əldə olunmuş əmlak sayılmadığından, mirasda ataları ilə nənələrinin payları bərabər olmuşdur. Ataları sağlığında həmin paydan imtina etməmiş, lakin mülkiyyət hüququnun qeydiyyatı zamanı artıq vəfat etdiyindən qanuni vərəsəlik hüququ iddiaçılara keçmişdir. Buna baxmayaraq, nənələri cavabdeh2 iddiaçılardan gizli şəkildə notariat orqanına müraciət etmiş, digər vərəsələrin olmadığı barədə yanlış məlumat vermiş və özünü tək vərəsə kimi göstərərək ##.##.2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Həmin şəhadətnamə əsasında ##.##.2021-ci il tarixdə miras əmlakı üzərində mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyata alınmışdır. Daha sonra cavabdeh2 əldə etdiyi mülkiyyət hüququ əsasında bağ sahəsini bağışlama müqaviləsi ilə ##.##.2021-ci il tarixdə cavabdeh1 adına rəsmiləşdirmişdir. Halbuki o, qanun üzrə yalnız miras əmlakın ½ hissəsinə sahib ola bilərdi və yalnız həmin hissə üzərində sərəncam vermək hüququna malik idi. İddiaçılar babalarından qalmış miras payından imtina etmədiklərinə görə, cavabdehlərin miras əmlakın tam hissəsinə sahiblənməsi qanunsuz hesab olunmuş və iddiaçıların həmin əmlakın ½ hissəsi üzərində hüquqları qorunmalı idi.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilərək, Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməs əsasında cavabdeh2 adından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində cavabdeh1 adına aparılmış qeydiyyatının ləğv edilməsi, X2 miras qalmış, Bakı şəhəri, Nardaran bağ massivində yerləşən *** saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 349.4 kv.m. yaşayış (bağ) evində və həmin evin yerləşdiyi 0,09 ha. torpaq sahəsində miras qoyanın qanun üzrə vərəsələri olan arvadı (nənə) cavabdeh2 4/6 hissədə, nəvələri iddiaçı1 1/6 hissədə və iddiaçı2 Vaqifovnanın 1/6 hissədə payları müəyyən edilərək iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə iddiaçıların izahatını, notariat işlərinin müvafiq surətdə təsdiq edilmiş surətlərini və iş materiallarını məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 ilə X11 arasında ## ###### 1967-ci il tarixdə nikah bağlanmışdır. Onların bu nikahlarından X3 anadan olmuşdur. X2 ##.##.1999-cu ildə vəfat etmişdir. Onun oğlu X3 ##.##.2001-ci il tarixində ərizə ilə notariat ofisinə müraciət edərək, atasından qalmış “xxxx” payından anası cavabdeh2 Ələkbər qızının xeyrinə imtina etmişdir.

12. Məhkəmə tərəfindən ilk olaraq qeyd edilmişdir ki, iddiaçıların babası olan X4 vəfat edərkən ##.##.1965-ci il tarixli AR Mülki Məcəlləsi qüvvədə olmuşdur. Buna görə də mərhumun vəfatından sonra yaranmış vərəsəlik münasibətlərinə həmin tarixdə mövcud olan Məcəllənin müddəaları tətbiq edilməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, X4 ##.##.1999-cu ildə vəfat etdiyindən, bununla da həmin tarixdə vərəsəlik açılmışdır. Belə olduğu təqdirdə isə onun birinci növbəli vərəsəsi olan oğlu isə ##.##.1999-cu il tarixinədək vərəsəlik payından imtina edə bilərdi. Lakin iş materiallarına əsasən o, 3 il sonra, yəni ##.##.2001-ci ildə öz vərəsəlik payından anası cavabdeh2 xeyrinə imtina etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, X3 atasından qalmış xxxxlərdən imtina etməsi (hərçənd o, mirasdan imtina etmək üçün müddəti də ötürmüşdür) onun bütün əmlakdan mirasdan imtina etməməsi kimi qəbul edilməli və onun atasının sağlığında əldə etdiyi və atasından miras qalmış əmlakda payı müəyyən edilməlidir. Düzünə xətt ilə X2 birinci növbəli vərəsələrinin onun arvadı – cavabdeh2 və onun oğlu - X3 olması mülki işin mübahisə olunmayan halıdır.

15. Məhkəmə işin mübahisəsiz halı ilə bağlı qeyd etmişdir ki, mübahisəli bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsinin ** nömrəli orderi əsasında mərhum (baba) X2 verilmişdir. Mübahisəli əmlak mərhumun cavabdeh2 ilə birgə nikah müddətində əldə edilmiş əmlakdır.

16. Məhkəmə mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan AR Nikah və Ailə Məcəlləsinin normalarına istinad edərək qeyd etmişdir ki, mübahisəli bağ sahəsi üzərində həm cavabdeh2, həm də X2 ½ hissədə payları vardır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh2 və X2 birgə mülkiyyəti olan bağ sahəsinə dair onların oğulları Vaqif Tağıyevin ölümündən sonra Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən ##.##.2021-ci il tarixli tam pay üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, yalnız cavabdeh2 vərəsəlik hüquqları təsbit edilmiş, digər vərəsə olan oğlu Vaqif Tağıyevin (onun yerində dayanan vərəsələrinin) vərəsəlik hüquqları pozulmuşdur.

18. cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlaka yarıbayarı payı olduğunu və Vaqif Tağıyevin də vərəsə olduğunu, lakin vəfat etdiyindən onun yerində vərəsələri - anası və qızları qaldığını nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mübahisəli bağ sahəsi üzərində cavabdeh2 4/6 hissədə, nəvələri iddiaçı1 1/6 hissədə və iddiaçı2 Vaqifovnanın 1/6 hissədə payları tanınmalıdır.

19. Məhkəmə qeyd etmişdir ki, nəticəyə nail olmaq üçün ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh2 adına Reyestr xidməti tərəfindən verilmiş ##.##.2021-ci il tarixli çıxarış etibarsız edilməlidir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmişdir ki, * saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiqlənmiş ##.##.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və ##.##.2021-ci il tarixdə Daşınmaz əmlakın reyestrində cavabdeh1 adına aparılmış qeydiyyat ləğv edilməlidir.

21. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məccəlləsinin 152.1, 337.1, 666.1, 1146, 1162, 1256-cı, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Elmira Ələkbərovna iddiaçıları lazımı qaydada məlumatlandırılmamış və bu səbəbdən bütün proseslər onun iştirakı olmadan keçirilmişdir. cavabdeh2 proseslərdə iştirak etmədiyi üçün iddiaçı tərəfin göstərdiyi hallarla bağlı öz dəlillərini irəli sürmək, vəsatətlərini təqdim etmək hüququndan məhrum olmuş və sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsində cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ sahəsində yerləşən 0.09 ha torpaq sahəsindən tam hissədə pay aldığını, amma həmin payın yanlış olduğunu qeyd etmişdir. Lakin, notariat orqanının səlahiyyətli nümayəndəsinin məhkəməyə gəlməsi və ziddiyyətli halların izah edilməsi, eləcə də həmin vaxt payın tam olaraq Elmira Tağıyevə necə verilməsinin izah edilməsi təmin edilməmişdir. Bundan əlavə, qətnamədə X2 miras qalmış, Nardaran bağ massivində yerləşən *** saylı bağ sahəsində, ümumi sahəsi 349.4 kv.m olan yaşayış evinin və evin yerləşdiyi 0.09 ha torpaq sahəsinin məhkəmə payları müəyyən edilir. X6 pay olaraq, əvəzsiz verildiyi üçün, pay ümumi olaraq cavabdeh2 və Vaqif Tağıyev arasında yarıbayarı bölgü götürülmüşdür. Həmçinin, ev üzərindəki pay da iddiaçıların dediklərinə əsaslanaraq Vaqif Tağıyev tərəfindən tikildiyi göstərilərək, evin Rafiq Tağıyev və Elmira Tağıyevin birgə nigah dövründə əldə etdiyi əmlak kimi qəbul edilməmiş və onun üzərindəki pay cavabdeh2 və Vaqif Tağıyev arasında yarıbayarı bölünmüşdür. Halbuki torpaq üzərindəki ev Rafiq Tağıyev tərəfindən birgə nigah dövründə tikilmişdir. Həmin ev təxminən 1992-1995-ci illər arasında tikilmiş, daha sonra isə 1995-ci ildə order alınmışdır. Rafiq Tağıyev həmin evin tikintisi üçün aldığı materialların və məmulatların qaimələri bu günə qədər mövcuddur. Rafiq Tağıyev bütün işlərini sənədləşdirdiyi üçün evin tikintisinə dair sənədlər və qaimələr hazırda saxlanılır. Bu sənədlər və qaimələrdən evin tam olaraq birgə nigah dövründə Rafiq Tağıyev tərəfindən tikilməsi açıq şəkildə görünür. Bundan əlavə, həmin dövrdə tikintini görmüş şahidlər də mövcuddur. Məhkəmə bütün bu hallarla bağlı araşdırma aparmamış və yalnız iki iddiaçının ifadələrini əsas götürərək evin Vaqif Tağıyev tərəfindən tikildiyini qəbul etmişdir. Lakin, həmin dövrdə, yəni evin tikildiyi zaman Vaqif Tağıyevin təxminən 23 yaşı olduğu nəzərə alındığında, onun bu evi tikməsi absurddur. Üstəlik, iddiaçılar, yəni Vaqif Tağıyevin qızları evin tikintisini görmədikləri üçün evin kim tərəfindən tikildiyi barədə dəqiq fikir bildirmək imkanına sahib deyillər. Bütün bu məsələlər nəzərə alındıqda, bölgü hesablanarkən cavabdeh2 nisbətdə düzgün hesablanmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəli daşınmaz əşyada cavabdeh cavabdeh2 payını 4/6 hissədə, iddiaçı iddiaçı1 payını 1/6 hissədə və iddiaçı iddiaçı2 payını 1/6 hissədə müəyyən etmişdir.

26. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, daşınmaz əşyanın 3/6 hissəsi ər-arvad– Rafiq Tağıyev və cavabdeh2 ümumi birgə mülkiyyətində olduğundan, həmin əmlakda cavabdeh cavabdeh2 payı olmuşdur. Qalan 3/6 hissə isə Rafiq Tağıyevdən qalan miras hesab edilmişdir. Rafiq Tağıyevin qanun üzrə iki vərəsəsi – arvadı cavabdeh2 və övladı Vaqif Tağıyev olsa da, həmin 3/6 hissə miras kimi yalnız Vaqif Tağıyev tərəfindən qəbul olunmuşdur.

27. İddiaçılar iddia ərizəsində bildirmişdilər ki, bağ evi onların atası Vaqif Tağıyev tərəfindən inşa edilmiş, onun sağlığında bağ sahəsi ailənin istifadəsində olmuş, lakin atalarının ölümündən sonra cavabdehlər onları mirasdan məhrum etmək məqsədilə qanunsuz vərəsəlik şəhadətnaməsi əldə etmiş, daha sonra isə bağışlama müqaviləsi bağlamışlar. İddiaçıların nümayəndəsi olan anaları da birinci instansiya məhkəməsində verdiyi izahatında bu halları təsdiq etmişdir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş, iddiaya etiraz bildirməmiş və heç bir sübut təqdim etməmişlər.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Rafiq Tağıyevdən miras qalmış 3/6 hissə faktiki olaraq Vaqif Tağıyev tərəfindən qəbul olunmuş sayılmışdır. Cavabdeh cavabdeh2 isə ##.##.1999-cu il tarixdə əri Rafiq Tağıyevin ölümündən sonra həmin daşınmaz əmlakı miras kimi qəbul etməmiş, yalnız ##.##.2001-ci il tarixdə ərinə məxsus xxxxləri miras kimi qəbul etmişdir. Bu zaman oğlu Vaqif Tağıyev notariusa ərizə ilə müraciət edərək həmin xxxxlərdən anasının xeyrinə imtina etdiyini bildirmişdir. Vaqif Tağıyev bu imtinanı ona görə etmişdir ki, atasından qalan digər əmlak – bağ sahəsi onun istifadəsinə keçmiş, o, həmin sahədə ev tikərək ailəsi ilə birlikdə istifadə etmişdir. cavabdeh2 yaşı artıq 84 olmuş və o, oğlu Vaqif Tağıyevin ##.##.2021-ci il tarixdə vəfatından təxminən 5 ay sonra – ##.##.2021-ci il tarixdə nümayəndəsi Fuad Sadıqov vasitəsilə notariusa müraciət edərək mirası qəbul etdiyini bildirmişdir. Bundan 39 gün sonra – ##.##.2021-ci il tarixdə isə həmin nümayəndə cavabdeh2 adından çıxış edərək daşınmaz əşya ilə bağlı öz həyat yoldaşı cavabdeh1 ilə bağışlama müqaviləsi bağlamışdır.

29. Beləliklə, Rafiq Tağıyevdən miras qalmış 3/6 hissə Vaqif Tağıyev tərəfindən qəbul edildiyindən onun əmlakı hesab olunmuşdur. Vaqif Tağıyevin ##.##.2021-ci il tarixdə vəfatından sonra həmin hissə onun mirası kimi qiymətləndirilmişdir. Vaqif Tağıyevin qanun üzrə üç bərabər paylı vərəsəsi olmuşdur: anası cavabdeh2, qızları iddiaçı1 və iddiaçı2. Nəticə etibarilə, həmin 3/6 hissədən hər bir vərəsəyə düşən pay 1/6 hissə olmuşdur. Bu hesabla daşınmaz əşyada cavabdeh2 ümumi payı 4/6 hissədə (3/6 hissə ər-arvadın ümumi birgə mülkiyyətdəki əmlakdakı payı + 1/6 hissə övladından miras qalan payı), iddiaçı1 payı 1/6 hissədə və iddiaçı2 payı isə 1/6 hissədə olmuşdur.

30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 337.1, 666.1, 1146, 1162, 1256-ci, habelə MPM-nin 14.2, 77.1, 124.2, 217.4, 218.3-cü madələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsidə icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmişdir ki, mərhum X2 miras qalmış, Bakı şəhəri, Nardaran bağ massivində yerləşən *** saylı bağ sahəsində yerləşən, ümumi sahəsi 349.4 kv.m olan yaşayış (bağ) evi və onun yerləşdiyi 0,09 ha torpaq sahəsi üzrə paylar müəyyən edilərkən X6 əvəzsiz verildiyi əsas götürülmüş və həmin əmlak üzərində pay cavabdeh2 ilə Vaqif Tağıyev arasında yarıba yarı bölünmüşdür. Eyni zamanda, ev üzərində pay müəyyən edilərkən məhkəmə iddiaçıların izahatlarına əsaslanaraq evin Vaqif Tağıyev tərəfindən tikildiyini qəbul etmiş və bu səbəbdən onu Rafiq Tağıyev ilə cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirməmiş, nəticədə ev üzərində payı da cavabdeh2 ilə Vaqif Tağıyev arasında yarıbayarı bölmüşdür. Lakin müəyyən edilmişdir ki, torpaq sahəsində yerləşən ev məhz Rafiq Tağıyev tərəfindən birgə nikah dövründə tikilmişdir. Həmin evin tikintisi təxminən 1992–1995-ci illər ərzində aparılmış, 1995-ci ildə isə evə müvafiq order alınmışdır. Rafiq Tağıyev tərəfindən tikinti ilə bağlı alınmış materiallara dair qaimələr və digər sənədlər uzun müddət saxlanılmış və bu günə qədər qorunub saxlanmışdır. Həmin sənədlərdən evin məhz birgə nikah dövründə tikildiyi aydın olmuşdur. Bundan əlavə, tikinti prosesini görmüş və həmin dövrdə yaşamış şahidlərin ifadələri də bu faktı təsdiqləmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılmış bölgünün düzgün olmadığı qənaətinə gəlinmişdir. Belə ki, Rafiq Tağıyev vəfat etdikdən sonra onun əmlakının yarısı həyat yoldaşı cavabdeh2 çatmalı (3/6 hissə), digər yarısı (3/6 hissə) isə həyat yoldaşı ilə oğlu Vaqif Tağıyev arasında bölünməli idi. Daha sonra Vaqif Tağıyev vəfat etdiyindən, ona çatan pay onun qanuni vərəsələri- anası cavabdeh2 və qızları arasında bölünməli idi. Bu bölgüyə əsasən daşınmaz əmlakın 5/6 hissəsinə cavabdeh2, qalan 1/6 hissəsinə isə Vaqif Tağıyevin qızlarının payları müəyyən edilməli idi.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hazırda qüvvədə olan)

34. Maddə 152.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

36. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

37. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

##.##.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə. 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

39. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

40. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

41. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Cavabdeh cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ## ###### 1967-ci il tarixdə X2 ilə X11 arasında nikah bağlanmış və onların birgə nikahından X3 adlı övladları doğulmuşdur. Mirası qoyan X2 ##.##.1999-cu il tarixdə ölmüşdür. Onun oğlu X3 ##.##.2001-ci il tarixində ərizə ilə notariat ofisinə müraciət edərək, atasından miras qalmış “xxxx” payından anası cavabdeh2 Ələkbər qızının xeyrinə imtina etmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçıların babası olan X4 vəfat edərkən ##.##.1965-ci il tarixli AR Mülki Məcəlləsi qüvvədə olmuşdur. Buna görə də mərhum Rafiq Tağıyevin vəfatından sonra yaranmış vərəsəlik münasibətlərinə həmin tarixdə qüvvədə olan AR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mirası qoyan X4 ##.##.1999-cu il tarixdə vəfat etdiyindən, həmin tarixdən mirasa vərəsəlik açılmışdır. Belə olan halda onun birinci növbəli vərəsəsi olan oğlu Vaqif Tağıyev ##.##.1999-cu il tarixədək vərəsəlik payından imtina edə bilərdi. Lakin, iş materiallarına əsasən o, 3 il sonra, yəni ##.##.2001-ci il tarixdə öz vərəsəlik payından anası cavabdeh2 xeyrinə imtina etmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Vaqif Tağıyevin atasından miras qalmış xxxxlərdən imtina etməsi (hərçənd o, mirasdan imtina etmək üçün müddəti də ötürmüşdür) onun bütün əmlakdan mirasdan imtina etməməsi kimi qəbul edilməli və onun atasının sağlığında əldə etdiyi və atasından miras qalmış əmlakda payı müəyyən edilməlidir. Düzünə xətt üzrə Rafiq Tağıyevin birinci növbəli vərəsələri- arvadı cavabdeh2 və oğlu- Vaqif Tağıyevin olması mülki işin mübahisə olunmayan hallarıdır.

60. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz halları ilə bağlı müəyyən etmişdir ki, mübahisəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1995-ci il tarixli, *** saylı Sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsinin ** nömrəli orderi əsasında mərhum (baba) Rafiq Tağıyevin mülkiyyətinə verilmişdir və həmin əmlak mərhum Rafiq Tağıyevlə cavabdeh2 birgə nikahı müddətində əldə edilmiş əmlakdır.

61. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti əmələ gələrkən qüvvədə olan AR Nikah və Ailə Məcəlləsinin normalarına istinad edərək qeyd etmişdir ki, mübahisəli bağ sahəsi üzərində həm cavabdeh2, həm də Rafiq Tağıyevin hər birinin ½ hissədə payları vardır və onların birgə mülkiyyətində olan bağ sahəsinə dair övladları Vaqif Tağıyevin ölümündən sonra Bakı şəhəri, ** saylı notariat ofisi tərəfindən ##.##.2021-ci il tarixli tam pay hüququna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, yalnız cavabdeh2 vərəsəlik hüquqları təsbit edilmiş, digər vərəsə Vaqif Tağıyevin (onun da vərəsələri olan iddiaçıların) vərəsəlik hüquqları pozulmuşdur.

62. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdeh2 birgə nikah dövründə əldə edilmiş miras əmlak üzərində payının ½ hissədə, habelə Vaqif Tağıyevin mirasa vərəsə olduğunu, lakin onunda ölümündən sonra vərəsə kimi anası-cavabdehin və qızları- iddiaçıların qaldığını nəzərə alaraq müəyyən etmişdir ki, mübahisəli bağ sahəsi üzərində cavabdeh2 payı 4/6 hissədə, iddiaçı1 payı 1/6 hissədə və iddiaçı2 payı isə 1/6 hissədə müəyyən edilməli və həmin minas əmlaka dair aparılmış bütün hüquqi nəticələr etibarsız sayılmaqla ləğv edilməlidir.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar