Məhkəmə qərarları › İş №2(1-8)-783/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-783/2026

01.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-783/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Əhməd Bakıxanov adına * saylı Uşaq Musiqi Məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70-ci maddəsinin c bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Əhməd Bakıxanov adına * saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları:

1. İddiaçı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh arasında ## ######## 2010-cu ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, ## ######## 2010-cu il tarixindən Cavabdeh musiqi müəllimi vəzifəsinə təyin olunmuşdur.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının ##.##.2018-ci il tarixli 6\* nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nin «Məktəbin idarə olunması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndində onun müəllimləri Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında işə qəbul və qanuna müvafiq qaydada işdən azad edilməsi kimi vəzifələrinin də olması qeyd edilmişdir.

3. Əhməd Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin ##.##.2024-cü il tarixli, *** nömrəli əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi və s. barədə əmr edilmişdir.

4. Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunacaq işçilər kateqoriyasına aid olması barədə ona xəbərdarlıq edilmişdir.

5. ##.##.2025-ci il tarixli İddiaçı attestasiya vərəqəsinin surətinə əsasən, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar - Əsərin ifası və təhlili: L.V.Bethoven Sonata № ** (1 hissə). Ifa edə bilmədi; Qammanın ifası: gis moll. Ifa edə bilmədi; Üzdən oxuma: F.Əmirov “12 miniatür” məcmuəsindən Yumereska. Ifa edə bilmədi; LV.Bethovenin hansı sonataları ikihissəlidir: Cavab verə bilmədi; 1-ci sinif şagirdləri ilə necə işləyirsiz: Zəif cavab verdi; Əlin düzgün quruluşunu necə qoyursuz: Zəif cavab verdi; Yuxarı sinif şagirdinə əsərləri necə tədris edirsiz: Cavab verə bilmədi; Tədris prosesində hansı Azərbaycan bəstəkarlarının məcmuələrindən istifadə edirsiz: “12 miniatür”. Cavab verə bilmədi; Lya major qammasında neçə işarə var: Cavab verə bilmədi; Lya majorun parallel minoru hansıdır: Cavab verə bilmədi; Səsin əsas ölçüləri hansılardır: bütöv, yarım, çərək, səkkizlik, onaltılıq. Orta cavab verdi. Keçirilmiş attestasiya nəticəsində lehinə 1, əleyhinə 4 səs verilmiş və ixtisas fənnini tədris etməməyi tövsiyə edilmişdir. ## ##### 2025-ci il tarixli ** nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.

6. Bakı şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli, * nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin attestasiya komissiyasının iclasına dair 1№li protokolundan görünür ki, həmçinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilmir.

7. Bakı şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli, * nömrəli qərarından görünür ki, Bakı şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

8. Əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, Bakı şəhər Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Əhməd Bakıxanov adına * saylı Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində cavabdehlərin keçirdiyi ##.##.2025-ci il tarixli attestasiya qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi, onun işdən azad olunmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın imzaladığı ## ##### 2025-ci il tarixli əmrin ləğv edilməsi, onun müəllim vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi, 1000 manat mənəvi ziyan üçün, 1000 manat maddi ziyan üçün kompensasiya cavabdehlərdən tutularaq ona ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci, 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, cəmi 410 manat məhkəmə xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, onunla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh arasında ## ######## 2010-cu ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, ## ######## 2010-cu il tarixindən Cavabdeh musiqi müəllimi vəzifəsinə təyin olundu. Həmin tarixdən ##.##.2025-ci il tarixinə qədər həmin vəzifədə çalışırdı lakin, ## ##### 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortepiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdur. Lakin, ##.##.2025-ci il tarixində keçirilmiş attestasiya imtahanında, bu yuxarıda sadalananların heç biri imtahan suallarına aid edilmədi. Verilən kənar suallara da, kafi cavab versə də münsif heyyəti qərəzli olaraq hamısına “YOX elə deyil” cavabı səsləndirirdilər. Musiqili əsərin ifasına keçid edərkən, ilk notların səsləndirilməsində kənar bərkdən “gülüş” səsləri ilə, “UJAS” sözü ilə ifası dayandırıldı. O, müvafiq qaydalara uyğun olaraq əsəri not dəftərindən ifa etməyə başlamış və yenə də digər komissiya üzvlərinə ona aşağılayıcı sözlər deyərək onun təntiyərək dayanmağına səbəb oldular. Nəzərə çatdırmaq istərdi ki, o, Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetini “Fərqlənmə” ilə bitirmiş, işdən azad olunana qədər qüsursuz və peşəkar 15 illik musiqi müəllimi peşə fəaliyyəti olmuşdur. Ardıyca münsiflərdən biri olan Nigar Məlikova ondan Bethovenin Sonatalarını soruşmuş, cavabında sonataları adlarıyla sadalamışdır. Sonra başqa bir komissiya üzvü “Bethoven 21-ci sonatasını kimə həsr edib?” soruşmuşdur. O da əzbər biliyi bu cavabı vermişdir ki, “Bethoven 21-ci sonatasını Avrora Yunan ilahəsinə həsr edib” demişdir. Yenə də Nigar xanım “bu suala da doğru cavab vermədi” dedi… Beləcə bütün imtahan boyu davam edirdi. O, elə bir süni gərgin atmosfer yaratmışdı ki, o, doğru bildiyi cavablara belə tərəddüdlə cavab verirdi. Sonra Nigar xanım ondan Azərbaycan bəstəkarlarından “kimləri tanıyırsan?” deyə soruşdu. O da dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirov və s. tanınmış bəstəkarları sadalayırdı ki, yenə Nigar xanım sözünü kəsərək demişdir ki, “yox o mənada soruşmuram”. O onun hansı mənada soruşduğunu dəqiqləşdirmək istədiyini soruşmuş və cavabında Nigar xanım demişdir ki, “Fikrət Əmirovun uşaq suitasi haqqında danış”, o, cavab vermişdir ki, Fikrət Əmirov uşaq suitasi yazmayıb, uşaqlar uçun 12 miniatur yazıb, uşaq pyesləri yazıb, uşaq suitasini isə Asəf Zeynallıya aiddir. Bu cavabı Nigar xanımı daha da hiddətləndirmişdir. Artıq ona hər şey aydın idi, əmin olmuşdur ki, attestasiyadan öncə hazırda məktəbin direktoru vəzifəsini icra edən Səfərova Gülnara xanımın dedikləri doğru imiş. Bütün doğru cavablarına səhv deyildiyi üçün artıq attestasiya komissiyasına inamı da itmiş, tam həvəsdən düşmüş və sonuncu suala artıq cavab belə vermək istəməmiş, hansı ki, cavabını əzbər bilirdi. Sağollaşıb zalı tərk etmişdir. Komissiya işinin sonunda onu təkrar zala dəvət edib bildirmişlər ki, kəsilmiş və orada olan bir sənədə imza atmağını istəmişlər. O, hansı əsasla onu uyğunsuz hesab etdiklərini sual etmiş, heç bir cavab verməmişlər. O da onların tələb etdiyi sənədə imza atmaqdan imtina etmişdir. Tam qanuna müvafiq olaraq attestasiya imtahanının fərqli tərkib ilə keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə ##.##.2025ci il tarixli müraciət ünvanlasa da, hələ də nəticə əldə edə bilməmişdir”. Hesab edirlər ki, cavabdehin, iddiaçının işdən azad edilməsi barədə ##.##.2023-cü il tarixli əmr də əmək qanunvericiliyin tələblərinə ziddir, ona görə də həmin əmr ləğv edilməli o, işinə bərpa olunmaldıır. Hesab edirlər ki, həmin əmrin verilməsinə səbəb Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi olmuşdur. Məhz buna dair sübutları məhkəməyə təqdim olunacaq. Bundan başqa hesab edirlər ki, həmin əmr verilərkən Əmək Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd olunan maddələrə əsasən, Cavabdeh işə müddətsiz olaraq müəllim vəzifəsinə qəbul olunmuş, 15 il iş stajı ilə fəaliyyət göstərən, qüsursuz pedaqoq İddiaçı attestasiyadan keçmədiyi əsası ilə işdən azad olunması absurd görsənməkdədir. Bundan başqa ona qarşı Attestasiya vaxtı səgilənmiş hərəkətlər də təsdiq edir ki, əslində məqsəd onu bir mənalı olaraq imtahandan keçirməmək olub. Məhz attestasiyadan əvvəlki günlərdə Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın ona qarşı olan şəxsi qərəzliyi də bunu təsdiq etdiyi kimi, eyni zamanda, attestasiya vaxtı çəkilmiş video görüntü də bunu sübut edir. Bundan başqa yuxarıda sadalanan normalardan da məlum olduğu kimi, müəllim və Pedaqoqlar “Sertifikasiya” imtahanı keçirilir – “Attestasiya” deyil. Və o cümlədən, “Sertifikasiya” imtahanı ilk dəfə keçirilməsi, biləxsus da, 15 il iş təcrübəsi olmuş, Azərbaycan Dövlət Incəsənət və Mədəniyyət Universitetinin “Fərqlənmə” ilə bitirmiş müəllimi üçün şərtdir, təbii ki, attestasiya deyil. O cümlədən növbəti hüquq pozuntusu ondan ibarətdir ki, ## ######## 2010-cu ildə İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh əmək müqaviləsi bağlansa da, ## ##### 2025-ci il tarixində əmək müqaviləsinə Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Bir halda ki, 6 sayılı Uşaq musiqi məktəbi ilə onun arasında heç bir əmək müqaviləsi imzalanmamışdır. 2024-10-14 tarixində iddiaçının razılığı olmadan, Cavabdeh ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilib. Bu barədə müvəkkili peşəkar hüquq xidmətinə müraciət etdiyi zaman, ƏMAS – e.sistemə giriş edərkən müəyyən olunmuşdur. Bu fakt özü kobud surətdə Qanunu və Əmək Məcəlləsinin müvafiq maddələrini pozmaqdadır. Məlum olduğu kimi, cavabdeh təkcə işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, yəni onun razılığı olmadan dəyişib. Qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtləri isə dəyişməyib. Qanun tələbinə görə, ancaq Qanunda göstərilən əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilər, digər şərtlərin dəyişməsi üçün isə işçinin də buna razı olması lazımdır. Məhz ƏM-nin 54-cü maddəsinin 2-ci bəndi deyir ki, bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Məlum olduğu kimi, cavabdeh ƏM-nin 54-cü maddəsinin 2-ci bədini pozub. Məlum olduğu kimi, işçiyə heç bir yazılı məlumat verilmədiyi kimi, onun başqa işə keçirilmə imkanları da araşdırılmadan cavabdeh işçinin əmək müqaviləsini ləğv edib. Hesab edirlər ki, bu kobud qanunvericilik pozuntusudur. Bundan əlavə olaraq bir halda ki, işçi yeni iş yeri ilə əvəz olunaraq yeni şəraitdə (bundan xəbərsiz olduğu halda da belə) Əmək Məcəlləsinə müvafiq olaraq “Attestasiya” imtahanının keçirilməsi qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər: - bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər. Bu o deməkdir ki, Əmas -e. sistemi üzərinədə QANUNSUZ yollar ilə dəyişiklik olmuş olsa da, həmin 2024- 10-14 tarixli “Əmək müqaviləsi” əsas verir ki, həmi “yeni” iş yeri üzrə işçi minimum 1 il iş fəaliyyətində olmuş olmalıdır. Lakin, onun “yeni iş yeri” üzrə fəaliyyəti cəmi 5 ay təşkil etmişdir. Bu isə “attestasiya” imtahanının keçirilməsini mümkünsüz edir. O, məhkəməyə iddia ərizəsi verməzdən əvvəl mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya iclasında iştirak etməmişdir. Bu səbəblə ona ##.##.2025-ci tarixli mediasiya arayışı verilmişdir. Qeyd edir ki, onun 2 az yaşlı övladı var və qanunsuz işdən çıxarılması ilə ailə şəraitinin pisləşməsi zəmnində səhhətində, psixologiyasında ciddi problemlər əmələ gəlmiş, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Bununla əlaqədar o, peşəkar həkim müayinəsi və müalicəsi almaqdadır. Qeyd etməlidirki, o, Cavabdeh və Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən G.Səfərovanın qanunsuz hərəkətləri səbəbi ilə mənəvi olaraq sarsıntı keçirmiş, mənəvi ziyana məruz qalmışdır. Bundan başqa qeyd etməlidir ki, cavabdeh Cavabdeh həm də qanunvericiliyə əsasən digər cavabdehlər üzərində nəzarət funksiyasını layiqincə yerinə yetirmədiyi üçün onun əmək hüquqları kobud şəkildə pozulub. Bu səbəbə hesab edir ki, hər üç cavabdeh ona qarşı son əmək hüquqlarının pozuntusundan məsuliyyət daşıyır. Onu da qeyd edir ki, iddiaçının öz şəxsi vəsaiti hesabına satın alınmış fortepiano da ona geri verilməyərək, ona maddi ziyan da vurulmuşdur.

11. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddia tələbi aşağıda qeyd edilən xüsusatlara görə təmin edilməməlidir. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. AR Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopyano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani müsiqili fortopyano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. Demək iddiaçı bildirir ki, 14 il 3 ay müddətində musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olur. Həm də, bildirir ki, bu prosesin keçirilməsi barədə artıq 2024-cü ilin dekabr ayında rəsmi olaraq məlumatlanıb. Attestasiya komissiyasından keçmək üçün ona attestasiya proqramı adlı sənəd verilib. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortopyano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. Yəni, bu prosesin necə keçirilməsi, peşə üzrə hansı sualların verilməsindən məlumatlıdır və təcrübəlidir, attestasiyadan keçmək üçün necə hazırlaşmaq lazım olmasını bilirdi, həmçinin, azı 2 ay müddətində bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxta malik olmasını qəbul edir. Iddiaçı hesab edir ki, onun attesyasiya komissyası üzvləri tərəfindən imtahanda ona verilən sualları tam dolğun cavablandıra bilməməsi, qammanı düzgün ifa edə bilməməsi, əsəri ifa edə bilməməsinin əsas səbəbkarı yalnız musiqi məktəbin direktorudur. Demək komissiya üzvləri direktorun tapşırığını icra ediblər. Ona görə imtahan verə bilməyib. Lakin, iddiaçı komissiya üzvləri ilə direktorun birbaşa əlaqəsini, birbaşa məktəb direktorunun proses vaxtı iştirak etməsi, direktorun birbaşa tapşırıq verməsini sübut edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Yazılıb ki, həmin Əmr verilərkən ƏM-nin 65-ci maddəsinə müvafiq olaraq işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri kobud şəkildə pozulmuşdur; Iddiaçı bu fikirləri bildirsə də lakin, iş üzrə təhrif edilmiş məlumatları sadəcə məhkəməyə bildirib. Əslində həqiqət belə deyil. Belə ki, Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən ##.##.2024-cü il tarixli *** nömrəli əmr qəbul edilib. Buna əsasən AR ƏM-nin 65-ci maddəsinə əsasən müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə ##.##.2024-cü il tarixli *** nömrəli Əmrlə AR Mədəniyyət Nazirliyi Cavabdeh Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilib. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılıb və tərkibləri təsdiq edilib. ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilib. Attestasiya yalnız təqdim edilmiş proqram, müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumat əsasında keçirilməsini təmin edilir. Attestasiyadan keçən işçilərə yalnız tutduqları vəzifələr, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquq və vəzifələr dairəsinə aid olan məsələlər ilə bağlı suallar verilir. ##.##.2024-cü il tarixli *** nömrəli AR Mədəniyyət Nazirliyi Cavabdeh Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komitəsinin Əsasnaməsi ilə Komissiyanın fəaliyyəti, hüquq və vəzifələri, Attestasiyanın keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi qaydaları tənzim edilir. Iddiaçı bildirir ki, attestasiya prosesində komissiya üzvləri ona qarşı açıqaşkar qərəzli münasibət göstərib. O, attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar verib, lakin, komissiya üzvləri onun cavablarını nəzərə almayıb. Iddiaçı etiraf edir ki, imtahan ilə bağlı "Müəllimlərin attestasiyası haqqında" * №li Xəbərdarlıq bildirişinin və əlaqədar suallarının 12.2024-cü il tarixdə iddiaçı tərəfindən alıb. Bildirişin 1 nüsxəsinə əl ilə imza edərək qəbul etməsi təsdiq edilir. Imza ona aiddir. Imtahan ilə bağlı Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli * nömrəli Qərarı qəbul edilib. Qərarda qeyd edilib ki, ##.##.2025-ci il tarixində iddiaçı imtahan verib. Iddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilən hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə bağlı suallar verilib. Iddiaçı 5 suala cavab verə bilməmiş, 4 ədədinə qismən cavab verib, Iddiaçının praktiki biliklərinin yoxlanılması üçün piano alətində öncədən hazırladığı L.V.Bethoven 14 №li sonatasının İ hissəsini olduqca ifa edə bilməyib. Gis moll qammasını ifa edə bilməyib. Üzdən oxu üçün F.Əmirovun 12 miniatür məcmuəsindən "Yumoreska" əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifa edə bilməyib. Qərara alınıb ki, iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməsin. Qərar 1 həftə ərzində Bakı şəhər Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna təqdim edilsin. Qərarı Komissiyanın sədri və üzvləri imzalayıb. Həmçinin, AR NK-nin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na X2 qəbul edilib. Suallar ilə bağlı qeyd edilib ki, 1) Əsərin ifası və təhlili: L.V.Bethoven ** №-li sonatası İ hissə. Ifa edə bilmədi. 2) Qamma ifası gis moll ifa edə bilmədi 3) Üzdən oxuma: F.Əmirovun 12 miniatür məcmuəsindən "Yumoreska" Ifa edə bilmədi. 4) L.V.Bethovenin hansı sonataları iki hissəlidir sualına cavab verə bilmədi. 5) Əlin düzgün quruluşunu necə qoyulur sualına cavab verə bilməsi. 6) Səsin əsas ölçüləri haqqında bütöv, yarımçərək, səkkizlik, onaltılıq məlumatını orta cavab verdi. 7) Lya majorun paralel minoru sualına cavab verə bilmədi. 8) Iş prosesində hansı məcmuələrdən istifadə edirsiz sualına zəif cavab verdi 8) Yuxarı sınıf şagirdlərinə əsərləri necə tədris edirsiz sualına cavab verə bilmədi 9) 1-ci sinif şagirdləri ilə necə işləyirsiz sualına zəif cavab verdi. 10) Tədris prosesində hansı Azərbaycan bəstəkarların məcmuələrindən istifadə edirsiz: 12 miniatur. Cavab verə bilmədi. Göründüyü kimi iddiaçıya verilən suallar yalnız onun 15 illik (əslində 14 il 3 ay olan) ixtisası üzrə, peşə fəaliyyəti üzrə verilən suallar olub. Ona peşəsindən kənar heç bir sual verilməyib. Nəticə odur ki, iddiaçıya onun uzun müddətli daimi təcrübəsinə ilə bağlı attestasiya imtahanında suallar verilən materiallar verilməklə və azı 2 ay vaxt verilməklə hazırlaşması üçün kifayət edən vaxt verilmişdir. Bu isə sübut edir ki, iddiaçı özündən arxayın olub, heç bir imtahana hazırlaşmayıb. Attestasiya imtahanına ötəri baxdığından hətta, hazırlaşdığı əsər üstündə lazımi şəkildə işləməyidindən imtahan vaxtı yaxşı bildiyi əsəri zəif ifa edib. Qammanı çalışmayıb. Ümumiyyətlə qammalar mütəmadi çalışılmalı tapşırıqlardı. Mütəmadi çalışılmadıqda barmaqlar dəqiq notlara dəymir, bu halda səslər qarışır, nəzərdə tutulan surətin sabitliyi pozulur, bu halda ritm pozulur. Işarələr qarışdırılır. Nəzəri biliklərini təkrar təkmilləşdirməli idi. Attestasiyanın keçirilməsindən məlumatlı olan iddiaçı bunlar üstündə ciddi çalışmalı idi. Imtahana ötəri hazırlaşdığından nəticə xoşagəlməz hüquqi fakt ilə yekunlaşıb. Qeyd edilməlidir ki, bu məktəbdə attestasiyada 20 nəfər fortepiano, 7 nəfər xalq çalğı alətləri (tar, kaman, xanəndə və digər) üzrə müəllim, 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan veriblər. 8 nəfər fortepiano müəllimi və 2 nəfər nəzəriyyə müəllimi attestasiya imtahanından kəsiliblər. Qalan müəllimlər attestasiya imtahanını keçiblər. Qeyd edilməlidir ki, Komissiya üzvləri digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimləri olub və üzvlərdən olan Ülviyyə Hacıyeva AR Həmkarlar Ittifaqının üzvüdür. Həmçinin, həmin komissiya üzvləri iddiaçıya birbaşa və ya dolayı təsir edən və ya iddiaçının onların nəzarəti altında, tabeçiliyndə işlədiyi şəxslər deyildir. Həmçinin, həmkarlar ittifaqının üzvü olan komissiya üzrə 1 bal iddiaçının xeyrinə verib. Bu hal onu sübut edir ki, attestasiya komissiyası üzvləri düzgün seçilib. Bu isə qanunun tələblərinə tam uyğundur. Heç bir qanun pozuntusuna yol verilməyib. O cümlədən, müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır tələbi ilə bağlı iddiaçı belə bir kollektivin rəsmi mövcud olması, bu kollektivin məktəb direktoruna və Cavabdeh rəsmi müraciət etməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməyib. Iddiaçı əsaslı sübutu məhkəməyə təqdim edə bilməyib. Həmçinin, Bakı şəhəri Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbində yarımillik qapalı akademik dinləyişlərinin və yoxlama dərslərinin obyektiv keçirilməsi, şagirdlərin bilik səviyyələrinin və müəllimlərin işə münasibətinin yoxlanılması məqsədilə məktəbdənkənar müəllimlərdən ibarət komissiyanın yaradılması qərarı qəbul edilib. Bununla bağlı Bakı şəhəri Ə.Bakıxanov adına * nömrəli Uşaq Musiqi Məktəbində ##.##.2025-ci il tarixli ** nömrəli Əmr qəbul edilib. Əmrə əsasən 2024/2025-ci tədris ilinin İ yarısının yekunu ilə bağlı yoxlama dərslər və qapalı akademik dinləyişlərin keçirilməsi məqsədilə komissiya təşkil edilməsi və keçirələcək dinləyi və yoxlama dərslərin nəticəsi komissiya tərəfindən aktlaşdırılması qərara alınıb. Bu addımı təsdiqləmək üçün hətta Cavabdeh rəsmi müraciət edilib. Cavabdeh ##.##.2025 tarixli *-*-*/*-**/**** saylı cavabında qeyd edilib ki, bu işin görülməsi üçün Komissiyanın yaradılmasına etiraz etmirlər və Komissiyaya seçilə biləcək üzvlərin siyahısı məktəbə təqdim edilib. Qeyd edilməlidir ki, bu prosesin keçirilməsinin nəticəsini əks edən Ə.Bakıxanov adına 6 №li Uşaq Musiqi məktəbinin ##.##.2025-ci il tarixli 4№li Aktı tərtib edilib. Akta təsdiq edilib ki, iddiaçı ##.##.2025-ci il tarixdə işə geçikərək 11:30-da gəlib. Ona olan iradları "onsuzda bu məktəbdə qanun qayda yoxdu və bir günlə düzəlməyəcək" deyərək qəbul etməyib. Həmin gün təyin edilmiş fortopiano şöbəsinin yarımillik dinləyişində saat 10:30-da sinif şagirdləri iştirak etməliydi. Cavabdeh tərəfindən təyin edilən komissiya onu gözləyərək dinləyişi 11:30-a keçirmək məcburiyyətində olub. 3 şagirddən 2-si heç nə bilmədiyini bildirib. Iddiaçı dinləyişdə emosional öz səhvlərini rədd etməyə cəhd edib. Direktora qarşı sərt və aqressiv ittihamlar yürütmüş, etik qaydalarını pozub. Iddiaçının bildiyi hallar həqiqi hallardan uzaqdır, xəyali mülahizələridir. Ona görə sadaladığı maddi normalar real həqiqətdə mövcud olmayan uydurma münasibətlərə tətbiq edilə bilməz. Heç bir əsaslı, birbaşa sübut təqdim edilməyib. Iddiaçı bildirir ki, ##.##.2010-cu ildə iddiaçı ilə AR Mədəniyyət Nazirliyi yanında Cavabdeh əmək müqaviləsi bağlansa da, ##.##.2025-ci il tarixində əmək müqaviləsinə musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən qanuna zidd xitam verilib. Musiqi məktəbi ilə, iddiaçı arasında heç bir əmək müqaviləsi imzalanmayıb. ##.##.2024-ci il tarixində iddiaçının razılığı olmadan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilib. Bu barədə müvəkkilim peşəkar hüquq xidmətinə müraciət etdiyi zaman, ƏMAS-e. sistemə giriş edərkən, müəyyən olunmuşdur. Bu fakt özü kobud surətdə Qanunu və Əmək Məsəlləsinin müvafiq maddələrini pozmaqdadır. ƏM-nin 56-cı maddəsinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. ƏM-nin 66-ci maddəsinə əsasən attestasiya olunmayan işçilər: - bir vəzifədə (peşəde) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərdi. Bu o deməkdir ki, Əmas-e.sistemi üzərinə də QANUNSUZ yollar ilə dəyişiklik olmuş olsa da, həmin ##.##.2024-cü tarixli "Əmək müqaviləsi" əsas verir ki, həmi "yeni" iş yeri üzrə işçi minimum 1 il iş fəaliyyətinə olmuş olmalıdır. Lakin iddiaçı "yeni iş yeri" üzrə fəaliyyəti cəmi 5 ay təşkil etmişdir. Bu isə "attestasiya" imtahanının keçirilməsini mümkünsüz edir. Bununla bağlı birincisi qeyd edilməlidir ki, iddiaçı özü məhkəməyə əmək müqavilələrinin surətlərini təqdim edib. Əmək müqaviləsi ##.##.2018-ci il tarixində və müddətsiz bağlanmışdır. 1) Bu faktı təsdiq edən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dövlət elektron əmək portalında Əmək müqaviləsi Bildirişi mövcuddur. Həmin elektron sistemdə qeyd edilib ki, tərəflər arasında sonuncu müqavilə ##.##.2018-ci il tarixində müddətsiz bağlanılıb. Müqavilə üzrə işəgötürən Cavabdeh işçi isə iddiaçıdır. 2) Lakin, iddiaçı özünün təqdim etdiyi elektron dövlət portalından Çıxarışda qeyd edilib ki, işəgötürən Cavabdeh işçinin çalışdığı struktur bölmə Ə.Bakıxanov adına 6 №li Uşaq Musiqi Məktəbidir. 3) Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasında təsdiq edilib ki, iddiaçı ##.##.2010-cu il tarixində ** №-li Əmrlə məhz Ə.Bakıxanov adına * saylı uşaq musiqi məktəbinə fortopiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilsin. QEYD: 4) Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında AR Prezidentinin ##.##.2018-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən AR Mədəniyyət və Turizm Nazirliyi ləğv edilmiş və onun əsasında AR Mədəniyyət Nazirliyi yaradılmışdır. ##.##.2018-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş Idarəsinin əsasında isə Cavabdeh yaranmışdır. Iddiaçının etiraf etdiyi kimi bu məktəbə yeni direktor vəzifəsini icra edən Gülnarə Səfərova 2024-cü ilin noyabr ayında vəzifəsini icra etməyə başlayıb. Musiqi məktəbinin direktoru özbaşına hərəkət etmir. Belə ki, məktəb AR Mədəniyyət Nazirliyi Cavabdeh tabeçiliyndədir. Attestasiyanın keçirilməsi qərarını yeni direktor Gülnarə Səfərova özü təkbaşına verməyib. Belə qərar bütün ölkə üzrə bütün musiqi məktəblərində keçirilməsi nəzərdə tutulub. Ona görə iddiaçının bildirdiyi kimi "direktorun onunla şəxsi qərəzlilik etməsi" ifadəsi, "onun əməllərində qanunsuz hərəkətlərin edilməsi, ifadələri əvvəlki direktorla olan mübahisələrinə aiddir. Hazırda direktor vəzifəsini icra edən indiki direktora bu ifadələrin heç bir aidiyyatı yoxdur. Iddiaçı təqdim etdiyi sənədlərdə etiraf edir ki, həqiqətən 2010-cu il tarixində işəgötürən məhz musiqi məktəbi olub. Sadəcə 2018-ci il tarixində ölkə başçısının sərəncamı ilə struktur təkmilləşmələri ilə bağlı Cavabdeh yaradılıb. Hazırda Cavabdeh tabeliyində 30 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Buna görə sonuncu elektron əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanmışdır. Təbii ki, bu müqavilədən mütləq şəkildə iddiaçının xəbəri olub, belə ki, bu hal kütləvi şəkildə bütün musiqi məktəblərinə tətbiq edilib. Əgər hər hansı ciddi dəyişiklik olsaydı mütləq şəkildə iddiaçının bundan xəbəri olardı. Bildirdiyimiz fakt kütləvi internet informasiya ehtiyat sistemində açıq məlumat kimi elan edilib və yayılıb! Buna əsasən iddiaçının təqdim etdiyi əmək fəaliyyəti ilə bağlı sənədlərdən aydın olur ki, 2010-cu ildən 2018-ci ilədək işəgötürən birbaşa məhz musiqi məktəbi direktoru olub. Baxmayaraq ki, 2018-ci il tarixdə ölkə üzrə təkmilləşmə ilə bağlı musiqi məktəblərinə nəzarət Bakı şəhər Mədəniyyət Baş Idarəyə verilsə də, işçinin çalışdığı struktur bölmə daimi olaraq musiqi məktəbi olub. Hazırki vaxtda da musiqi məktəblərin direktorları işəgötürən kimi işçinin əmək müqaviləsinə xitam verə bilər. Belə ki, musiqi məktəbinin direktorunun belə səlahiyyətinin olmamasını təkzib edən mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. Ikincisi odur ki, iddiaçı etiraf edir ki, cavabdeh işçinin əmək şəraitinin şərtlərindən olan əmək haqqını tək tərəfli olaraq, iddiaçının razılığı olmadan dəyişib. Qalan şərtlər olan iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması kimi şərtlər dəyişməyib. Iddiaçı, 2024-cü il tarixində hansı əmək şəraiti şərtlərinin dəyişilməsini, necə dəyişməsini dəqiq bildirməyib, iş yerinin necə, hara dəyişilməsinə dair, əgər iş yeri dəyişdirilibsə 5 ay müddətində hansı müəssisədə, hansı vəzifədə, hansı ixtisas üzrə çalışmasına dair heç bir əsaslı sübut təqdim etməyib. Hətta, əmək haqqının onun ziyanına azalmasını belə sübut edən heç bir mötəbər dəlil təqdim etməyib. Diqqət edilməlidir ki, elektron sistemdə belə zərər vurmayan dəyişiklik edilməsi iddiaçının attestasiya imtahan nəticələrinə heç bir təsir etmir, çünki əmək müqaviləsi sırf 70-ci maddənin c) bəndi ilə xitam verilib. Qeyd edilən hallara münasibətdə iddiaçının bildirdiyi maddi hüquq normaları heç bir halda məhkəmə tərəfindən tətbiq edilə bilməz, çünki əsaslı real olan mötəbər sübut yoxdur. Iddiaçı ərizəsində yazıb ki, iddiaçının 2 az yaşlı övladı var və qanunsuz işdən çıxarılması ilə ailə şəraitinin pisləşməsi zəmnində səhhətində, psixologiyasında ciddi problemlər əmələ gəlmiş, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Bununla əlaqədar iddiaçı həkim müayinəsi və müalicəsi almaqdadır. Iddiaçı attestasiya imtahanını keçməsə də, onun hüquqi vəziyyətində ƏM-in 79-cu maddəsində qeyd edilən halların olmasına dair rəsmi məlumatı işəgötürənə təqdim etməyib. Bu fakt iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli Xitam Əmrində qeyd edilib. Həmçinin bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Baş vermiş hal ilə bağlı həkim müalicəsi almasına dair sübutu məhkəməyə təqdim etməyib. Iddiaçı ərizəsində yazıb ki, ƏM-in 67-2-ci maddəsinə əsasən: AR dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma; Həmin maddənin 4-cü bəndinə müvafiq olaraq: AR “Təhsil haqqında" Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan maddələrə əsasən, AR Mədəniyyət Nazirliyi yanında, Cavabdeh işə müddətsiz olaraq müəllim vəzifəsinə qəbul olunmuş, 15 il iş stajı ilə fəaliyyət göstərən, qüsursuz pedaqoq iddiaçının attestasiyadan keçmədiyi əsası ilə işdən azad olunması absurd görsənməkdədir. Sadalanan normalardan məlum olduğu kimi, Müəllim və Pedaqoqlar "Sertifikasiya" imtahanı keçirilir - "Attestasiya" deyil. Və o cümlədən, "Sertifikasiya" imtahanı ilk dəfə keçirilməsi, biləxsus da, 15 il iş təcrübəsi olmuş, Azərbaycan Dövlət Incəsənət və Mədəniyyət Universitetinin "Fərqlənmə" ilə bitirmiş müəllimi üçün şərtdir, təbii ki, attestasiya deyil. Bu hissədə yenə maddi maddi norma təhrif edilib. Belə ki, AR Əmək Məcəlləsinin 67-2-ci maddəsi Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması adlanır. Qeyd edilib: 1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər AR "Təhsil haqqında" Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 3. Ilk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 4. AR "Təhsil haqqında" Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Bildiyimiz kimi AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma" Qaydası təsdiq edilib.Qaydanın 1.1ci bəndinə əsasən bu Qayda AR "Təhsil haqqında" Qanununun 36-2.2-ci və AR "xxxx" Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanilması prosedurunu tənzimləyir. AR "Təhsil haqqında" Qanunun 1.0.6-1.0.6-1-ci maddələrinə əsasən attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində, ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində təhsil verənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur. Sertifikatlaşdırma dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Qanunun 14.5.2-ci, 14.5.3-cü və 14.5.8-ci maddələrinə əsasən ümumi təhsil müəssisələri ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi nəzərdə tutulur. Məktəbdənkənar təhsil müəssisələri - yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, musiqi məktəbləri və s. nəzərdə tutulur. Təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr - uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri və s. nəzərdə tutulur. Qanunun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. AR "xxxx" Qanunun 1.0.2-1.0.3-cü maddələrinə əsasən ümumi təhsil müəssisəsi - ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsidir. Ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsidir. Qanunun 1.0.15-ci maddəsinə əsasən dərsdənkənar məşğələ (fakültativ kurs) - şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır. Qanunun 7.1-ci maddəsinə əsasən ümumi təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. Qanunun 12.14-cü maddəsinə əsasən ümumi təhsil müəssisələrinin növlərinə ibtidai ümumtəhsil məktəbi; ümumi orta ümumtəhsil məktəbi; tam orta ümumtəhsil məktəbi; lisey; gimnaziya; inteqrasiya təlimli ümumtəhsil məktəbi; xüsusi ümumtəhsil məktəbi; ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi; internat tipli lisey; internat tipli gimnaziya; inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi; internat tipli xüsusi ümumtəhsil məktəbi; internat tipli sanator ümumtəhsil məktəbi daxildir. Göründüyü kimi qeyd edilən maddi normalardan aydın olur ki, uşaq musiqi məktəbi təhsil fəaliyyətini həyata keçirən digər müəssisədir. Icbari deyil, könüllüdür. Əsasən şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələlərdən ibarət məktəbdən kənar fakültativ kursdur. Dövlət ümumi təhsil müəssisələrinin növlərinə daxil deyildir. Ona görə iddiaçının bildirdiyi sertifikasiya prosesinin təsiri dairəsinə düşmür. Bu faktı təsdiq edən əsaslı sübutu iddiaçı məhkəməyə təqdim etməyib. Iddiaçının sertifikasiya bağlı sadaladığı normalar onun mülahizəsidir və bu səbəblərdən məhkəmə tərəfindən heç bir halda həqiqi hal kimi qəbul edilə bilməz. Ona görə iddiaçının bildirdiyi hallar sertifikasiya ilə bağlı maddi normasının təsiri altına düşmədiyindən heç bir halda bu hissədə tətbiq edilə bilməz. Nəticə olaraq uşaq musiqi məktəbinin müəllimlərinin attestasiyadan keçirilməsi və əlaqəli AR Nazirlər Kabinetinin ##.##.2001- ci il tarixli ** saylı "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" nə AR MN Cavabdeh, nə də Bakı şəhəri Ə.Bakıxanov adına * saylı Uşaq musiqi məktəbin direktoru tərəfindən pozulmadığı sübut edilir. Qeyd edilməlidir ki, Attestasiya vərəqəsi sənədinə gəlincə onun inizbati akt hesab edilib-edilməməsi müzakirə edilməlidir. Belə ki, AR Inzibati Icraat haqqında Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əsasən attestasiya vərəqəsi, işçinin attestasiyası nəticəsində verilən sənəddir. Bu vərəqədə işçinin peşəkar səviyyəsi, bacarıqları, nailiyyətləri və gələcək üçün tövsiyələr qeyd olunur. Attestasiya nəticəsində verilən qərar isə işçinin iş yerindəki vəziyyəti, vəzifəsi və gələcək karyera planları ilə bağlı olan yekun rəydir. Attestasiya vərəqəsi işçinin attestasiya prosesində əldə etdiyi nəticələri əks etdirən rəsmi sənəddir. Işçinin peşəkar səviyyəsi, bilik və bacarıqları, nailiyyətləri və çatışmazlıqları haqqında məlumatları ehtiva edir. Işçinin gələcək karyera planları, təlim ehtiyacları və inkişafı üçün tövsiyələr verilə bilər. Attestasiya vərəqəsi, işəgötürən tərəfindən işçinin fəaliyyətini qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək üçün sənəd kimi istifadə olunur. Attestasiya vərəqəsi qərarı attestasiya vərəqəsinin nəticələrinə əsasən, işəgötürən tərəfindən verilən yekun rəydir. Bu qərar işçinin iş yerindəki vəziyyətini, gələcək karyera planlarını və ya işdən azad edilməsi kimi məsələləri əhatə edə bilər. Məsələn, attestasiya nəticələrinə görə işçinin vəzifəsinin artırılması, maaşının artırılması, təlimlərə göndərilməsi və ya işdən azad edilməsi kimi qərarlar qəbul edilə bilər. Yəni, məcburi icra edilməli olan məcburi hüquqi qüvvəyə malik inzibati akt hesab edilmir. Əsas fərqlər odur ki, attestasiya vərəqəsi, işçinin attestasiya prosesində əldə etdiyi nəticələrin qeyd olunduğu bir sənəddir. Attestasiya qərarı isə bu vərəqənin nəticələrinə əsasən verilən yekun rəydir. Attestasiya vərəqəsi bir sənəd, attestasiya qərarı isə bir qərardır. Başqa sözlə, attestasiya vərəqəsi, attestasiya prosesinin nəticələrini əks etdirən bir sənəddir, attestasiya qərarı isə bu sənədin əsasında işəgötürənin verdiyi qərardır. Işəgötürənin verdiyi qərar isə inzibati akt hesab edilə bilməz. Ona görə iddiaçının bildirdiyi inzibati icraat maddi normasının təsiri altına düşmədiyindən inizbati icraat haqqında qanun 24-cü maddəs, 61-62-ci maddələri heç bir halda bu hissədə tətbiq edilə bilməz. Əlavə olaraq sertifikasiya ilə attestasiyanın müəyyən fərqlərinin olması qeyd edilməlidir. Belə ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik ve bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqbı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər. Bildiyimiz kimi AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçının bildirdiyi faktların çoxusunu məhkəməyə təqdim edilməyib, sübutlar təqdim edilməyib. Yəni, iddiaçı səhv etdiyini faktiki etiraf edir. Bu səbəbdən qərarın ləğv edilməsinin tələb edilməsi əsassızdır. Iddiaçı qeyd edir ki, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddiaedən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun məhkəmə tərəfindən müəyyən edilir. Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir". Iddiaçı, AR Mədəniyyət Nazirliyi yanında Cavabdeh və Ə.Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Gülnarə Səfərovanın qanunsuz hərəkətləri səbəbi ilə mənəvi olaraq sarsıntı keçirmiş mənəvi ziyana məruz qalmışdır. Bundan başqa cavabdeh AR Mədəniyyət Nazirliyi yanında Cavabdeh həm də qanunvericiliyə əsasən digər cavabdehlər üzərində nəzarət funksiyasını layiqincə yerinə yetirmədiyi üçün iddiaçının əmək hüquqları kobud şəkildə pozulub. Bu səbəbə hər üç cavabdeh ona qarşı əmək hüquqlarının pozuntusundan məsuliyyət daşıyır. Onun bir pedaqoq olaraq işgüzar nüfuzuna, bir şəxsiyyət olaraq şərəf və ləyaqətinə, sağlamlığına mənəvi zərər vurulduğundan zərərlə bağlı 1000 manat mənəvi ziyan üçün kompensasiya tələb edir. Qısaca qeyd edilməlidir ki, bildiyimiz kimi AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, 1000 manat hansı mənəvi pozuntuya görə ödənilməlidir aydın deyil, heç bir hüquqi əsası qeyd edilməyib. Dəyən zərər dedikdə dəqiq olaraq bu zərərin necə vurulması, şərəf və ləyaqətinin necə alçaldılması, sağlamlığının necə, hansı hərəkətlər ilə pozulması, bu pozuntunun bilavasitə cavabdeh tərəfindən edilməsi faktiki mötəbər dəlillər ilə əsaslandırılmayıb. Bildirdiyi faktların əsasını məhkəməyə təqdim edilməyib, sübutlar təqdim edilməyib. Ümumiyyətlə mənəvi təzminat necə müəyyən edilib aydın deyil.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının yoxlanılması, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyinin ödənilmə dərəcələrinin verilməsi, artırılması və ya azaldılması işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin ##.##.2024-cü il tarixdi 102 №li əmrinə əsasən həmin məktəbdə attestasiya keçirilməsi qərara alınmış, Attestasiya Komitəsinin Əsasnaməsi təsdiq edilib. Əmrlə hər biri 5 nəfərdən ibarət olmaqla 2 Attestasiya Komissiyası yaradılıb və tərkibləri təsdiq edilib. ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan dövr attestasiyanın keçirilməsi müddəti təyin edilmiş, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasna qədər məktəbin qeyd edilən əmri ilə təsdiq edilərək attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin sözügedən əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmış, AR Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortopiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verilmiş, həmin sənəddə attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdu.

14. Işin materiallarından olan Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixində attestasiyaya dəvət edilmiş, ona tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair yerinə yetirdiyi işlər və onların nəticələri barədə, həbelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 9 ədəd sual verilmiş, o həmin suallardan 5-nə cavab verə bilməmiş, 4-nə qismən cavab vermişdir. Bununla yanaşı, iddiaçının praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində hazırladığı əsəri L.V. Bethovenin 14 №li sonatasının İ hissəsini ifa edə bilməmiş, verilmiş gis minor qammasını ifa edə bilməmiş, üzdən oxuma üçün F.Əminovun «12 miiatür» məcmuəsindən «Yumoreska əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifadə edə bilməmişdir.

15. Qeyd edilən qərarla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli 97 №li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.6-cı hissəsi rəhbər tutularaq iddiaçının tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.

16. Məhkəmə, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallarla razılaşır və hesab etmişdir ki, iddiaçı 14 ildən artıq musiqi müəllimi kimi fortepiano ixtisası üzrə dərs verərək əmək fəaliyyəti ilə məşğul olan şəxs kimi Attestasiya prosesinin keçirilməsi barədə artıq 2024-cü ilin dekabr ayında rəsmi olaraq məlumatlı olmaqla, komissiyadan keçmək üçün ona attestasiya proqramı, dərslik, əyani müsiqili fortepiano üzərində ifa və sair tələblərlə tanış olmaqla bu prosesi keçmək üçün vaxt ayrılmasını nəzərə alaraq hazırlaşmaq üçün kifayət qədər vaxt olmuşdur.

17. Iddiaçı “attestasiya zamanı komissiya tərəfindən verilən bütün suallara dolğun və əsaslandırılmış cavablar versə də, komissiya üzvlərinin onun cavablarını nəzərə almaması ilə yanaşı onun attesyasiya komissyası üzvləri tərəfindən imtahanda ona verilən sualları tam dolğun cavablandıra bilməməsi, qammanı düzgün ifa edə bilməməsi və əsəri ifa edə bilməməsinə dair komissiyanın mövqeyinin əsas səbəbkarı kimi direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın iddiaçıya qarşı olan şəxsi qərəzliliyini göstərmişdir. Lakin, buna dair konkret olaraq digər musiqi məktəblərində musiqi sahəsində ixtisas üzrə çalışan müəllimlər olan komissiya üzvləri ilə direktorun birbaşa əlaqəsini, birbaşa məktəb direktorunun proses vaxtı iştirak etməsini, direktorun da birbaşa və ya dolayı yolla tapşırıq verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

18. Məhkəmə tərəfindən, keçirilmiş attestasiyanın video yazısına baxış keçirilərək əsasən onun məzmununun iddiaçıya münasibətdə cavabdeh tərəfin iddiaya etirazının dəlilləri və Attestasiya Vərəqəsinin məzmunu ilə uzlaşması müəyyən edilir.

19. Məhkəmə də hesab etmişdir ki, iddiaçıya attestasiya imtahanında verilən suallar, proqram, materiallar təqdim edilmiş və azı 2 ay vaxt ərzində hazırlaşması mümkün olsa da, ona peşəsindən kənar hər hansı bir sual deyil, məhz onun 14 ildən çox işlədiyi ixtisası üzrə, peşə fəaliyyəti ilə bağlı verilən suallara göstərilən qaydada cavab verməsi onun tutduğu vəzifəyə uyğun olmamasına dair cavabdeh tərəfin mövqeyinin əsaslı olmasına dəlalət edir.

20. Məhkəmə qeyd etməyi zəruri saymışdır ki, iddiaçı tərəf onun bu cür cavab verməsini komissiaya üzvlərinin ona təzyiq göstərməsi, həyəcanlı olması, musiqi əsərlərini ifa edə bilməməsini isə konsertmeyster deyil, məhz ixtisas müəllimi olması ilə əlaqələndirsə də, məhkəmə bu dəlilləri iddianın təmin edilməsi üçün kifayət qədər əsaslı hesab etmir.

21. Məhkəmə, iddiaçının ona qarşı qərəzli olmasına dair dəlillərinə qiymət verməkdə davam edərək qeyd etməyi də zəruri saymışdır ki, attestasiya zamanı 20 nəfər fortepiano, 7 nəfər xalq çalğı alətləri (tar, kaman, xanəndə və digər) üzrə müəllim, 6 nəfər musiqi nəzəriyyəsi fənni üzrə müəllim imtahan veriblər. 8 nəfər fortepiano müəllimi və 2 nəfər nəzəriyyə müəllimi attestasiyadan keçə bilməmişlər.

22. Məhkəmə, iddianın uşaq musiqi məktəbinin müəllimlərinin attestasiyadan deyil, sertifikasıyadan keçirilməsi və əlaqəli AR Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** saylı "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın AR MN Cavabdeh, Bakı şəhəri Ə.Bakıxanov adına * saylı Uşaq musiqi məktəbin direktoru tərəfindən pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, sertifikasiya ilə attestasiya anlayışları müəyyən fərqlərə malikdir. Belə ki, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqbı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər.

23. Məhkəmə qeyd etmişdir ki, uşaq musiqi məktəbi təhsil fəaliyyətini həyata keçirən digər müəssisə olmaqla icbari deyil, könüllüdür. Əsasən şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələlərdən ibarət məktəbdən kənar fakültativ kursdur. Dövlət ümumi təhsil müəssisələrinin növlərinə daxil deyildir. Ona görə iddiaçı tərəfin bildirdiyi sertifikasiya prosesinin təsiri dairəsinə düşmür.

24. Məhkəmə iddiaçının ##.##.2010-cu ildə iddiaçı ilə AR Mədəniyyət Nazirliyi yanında Cavabdeh əmək müqaviləsi bağlansa da, ##.##.2025-ci il tarixində əmək müqaviləsinə musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən qanuna zidd xitam verməsi dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyasının ##.##.2018-ci il tarixli 6\1 №li qərarı ilə təsdiq edilmiş Uşaq, musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinin «Məktəbin idarə olanması» adlanan 7-ci bölməsinin direktorun icra etdiyi vəzifələri özündə əks etdirən 7.2-ci bəndinə əsasən direktorun belə bir səlahiyətinin olması nəzərdə tutulmuşdur.

25. Məhkəmə ##.##.2024-ci il tarixində iddiaçının razılığı olmadan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh ilə bağlanmış olan əmək müqaviləsinə dəyişiklik edilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, bu hala dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçı bu dəyişklik barədə məlumatlı olmuş, bu dəyişiklik barədə sonrada məlumatlı olmasına dair dəlilləri əsassız olmuşdur.

26. Ümumilikdə məhkəmə hesab etmişdir ki, iddiaçı tələblərinin əsaslılığını sübut etmək üçün irəli sürdüyü dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, izahatında göstərilənlər isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

28. Iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

29. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, ##.##.2025-ci il tarixli attestasiyanın qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi və iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla əsassızdır.

30. Məhkəmə hesab etmişdir ki, ##.##.2025-ci il tarixli attestasiya qanunvericiliyə zidd hesab edilərək nəticələrinin ləğv edilməsi və iddia işdən azad olunmasına dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti olaraq icra edən Gülnarə Səfərovanın imzaladığı ## ##### 2025-ci il tarixli əmrin ləğv edilməsi hissıində əsassız olduğu üçün təmin edilməməlidir.

31. Belə olan halda, iddiaçının tələbinin əsası kimi göstərdiyi digər törəmə tələblərin, yəni işə bərpa, həmçinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi, 1000 manat mənəvi ziyan üçün kompensasiyanın cavabdehlərdən tutularaq ona ödənilməsi, 300 (üç yüz) manat hüquqi xidmət xərci, 50 manat dövlət rüsumu, 60 manat mediasiya xərci, cəmi 410 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi kimi tələbləri də təmin edilə bilməz.

32. Iddiaçı 1000 manat maddi ziyan üçün kompensasiyanın cavabdehlərdən tutularaq ona ödənilməsini öz şəxsi vəsaiti hesabına satın alınmış fortepianonun ona geri verilməməsi ilə əsaslandırsa da, buna dair də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə də əsaslı hesab edilə bilməz.

33. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

34. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12, 65, 66, 68, 70, 71, 76, 300(1)-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

35. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarında pozuntuya yol verilmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş attestasiyanın video görüntülərindən də görünür ki, attestasiya zamanı iddiaçıya qərəzli yanaşılmış, məqsəd onu işdən kənarlaşdırmaq olmuşdur.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımov və N.Ş.Cəfərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayəti üzrə əsas dəlili attestasiya komissiyasi üzvlərinin ona qərəzlə yanaşması, attestasiya zamanı psixoloji təzyiq göstərilməsidir.

39. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı qeyd etmişdir ki, kollegiya tərəfindən attestasiyanın video görüntülərinə baxış keçirilmiş və cavabdehin apellyasiya şikayətində istinad etdiyi kimi attestasiya zamanı pozuntulara yol verilməsi, komissiya üzvlərinin iddiaçıya qarşı qərəzli yanaşması müşahidə edilməmişdir. Əksinə olaraq, attestasiya prosesi ərzində komissiya üzvlərinin dəfələrlə iddiaçı çox həyəcanlı olduğu üçün ona rahatlaşmağı, sakitləşməyi təklif etdikləri, iddiaçının öz bilik və bacarıqlarını nümayış etdirməsi üçün lazımi şərait yaradıldığı aydın görünür.

40. Hətta video görüntülərdən görünür ki, iddiaçı özünün sərbəst seçdiyi və əvvəlcədən hazırlaşdığı Bethovenin “Moonlight” (“Ayişığı”) Sonatasını nəzərdə tutulmuş ritmlə deyil, çox asta ritmlə və düzgün çalmır. Bu zaman komissiya üzvləri ona bu əsərin qısa müddətdə öyrənmək üçün çox çətin, mürəkkəb əsər olduğunu bildirirlər və bu əsəri özünün seçib seçmədiyini soruşaraq, “gərək bu əsəri seçməyərdin” deyirlər. Bu məqam da komissiya üzvlərinin qərəzli olmasının deyil, əksinə, iddiaçıya kömək etmək istədiklərini göstərir.

41. Mülki iş materiallarından müəyyən olduğu kimi iddiaçının attestasiya barədə əvvəlcədən məlumatı olmuş, ona attestasiya proqramı verilmiş, hazırlaşmaq üçün 2-3 ay vaxtı olmuşdur. ##.##.2025 tarixli attestasiya həmin proqrama uyğun keçirilsə də, iddiaçı kifayət qədər hazırlıqlı olmadığı üçün attestasiyada uğurlu nəticə əldə edə bilməmişdir.

42. Beləliklə, müəyyən olur ki, video görüntülər Attestasiya protokolunda düzgün əks olunub, komissiya üzvləri tərəfindən iddiaçıya qarşı hər hansı “basqı”, qərəz, qeyriobyektivlik mövcud deyil. Cavabdehin apellyasiya şikayətinin dəlilləri video görüntülərlə aşkar təkzib olunur. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyasında aparılmış araşdırmalar zamanı da iddiaçı öz dəlillərinin yetərli olmadığını “gördüyündən”, heç olmazsa, başqa bir məktəbdə işlə təmin olunmasını istəmiş, məhkəmə tərəfindən bu məsələnin həllinin mümkünlüyü cavabdehlə müzakirə olunmuş, bu zəmində tərəflər mübahisənin məhkəmədənkənar həlli üçün vaxt verilməsini istəmiş, bu əsasla da məhkəmə iclası təxirə salınmış, lakin nəticə əldə olunmamışdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11, 46(1), 65, 67, 70, 71(3), 83, 84, 85(1), 87(5), 296-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.4, 2.6-cı bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 4.1, 9, 14.2, 77.1, 372, 384, 385 və 402.1-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

45. Iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin ##.##.2025-ciil tarixli 2(103)-6260/2025 sayılı qətnaməsi ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, iddiaçının iddia tələbinin təmin olunmasını, bu mümkün deyilsə işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə geri göndərilməsini nxahiş etmişdir.

46. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 218.3, 418-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin həmin qətnamələri qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Iş materiallarında göründüyü kimi, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında, Cavabdeh arasında ## ######## 2010-cu ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, ## ######## 2010-cu il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında, Cavabdeh Əhməd Bakıxanov adına * saylı Uşaq musiqi məktəbində musiqi müəllimi vəzifəsinə təyin olundu. Həmin tarixdən ##.##.2025 - ci il tarixinə qədər həmin vəzifədə çalışırdı. Lakin, ## ##### 2025-ci il tarixində, Əmək müqaviləsinə işəgötürənin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən qanuna zidd olaraq xitam verildi. Belə ki, 2024-cü ilin dekabr ayında müəllim kollektivinə, müəllimlər arasında planlanmış “attestasiya imtahanı” keçiriləcəyi barədə məlumat verildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində uşaq musiqi və incəsənət məktəblərinin fortepiano ixtisası üzrə təhsil verilənlərin attestasiya proqramı adlı sənəd müəllim kollektivinə verildi. Həmin sənəddə attestasiya proqramı, dərslik, əyani musiqili fortepiano üzərində ifa və sair tələblər qeyd olunmuşdu. Həmin tələblər aşağıda qeyd olunan proqram üzərindən imtahan təşkili olunmalı idi: 1) Bir əsərin üzdən ifası (əzbər və ya not ilə) – fortepiano üzərindən sərbəst seçim ilə; 2) Mojor və Minor qammaları; 3) Verilən əsərin təhlili; 4) Alətin yaranması və inkişaf təhlili; 5) Musiqi və incəsənət məktəblərində tədris proqramı; 6) Az. və xarici ölkələrin görkəmli piano ifaçıları; 7) Az. bəstəkarlarının fortopyano yaradıcılığı; 8) Xarici ölkə bəstəkarlarının fortepyano yaradıcılığı; 9) Təhsil verənlərin peşə səriştəsi (ixtisasın tədris metodikası); 10) Etik davranış qaydaları. Lakin, ##.##.2025 - ci il tarixində keçirilmiş attestasiya imtahanında, bu yuxarıda sadalananların heç biri imtahan suallarına aid edilmədi. Verilən kənar suallara da, kafi cavab versə də münsif heyəti qərəzli olaraq hamısına “YOX elə deyil” cavabı səsləndirdilər. Musiqili əsərin ifasına keçid edərkən, ilk notların səsləndirilməsindən sonra kənar bərkdən “gülüş” səsləri ilə, “UJAS” sözü ilə ifası dayandırılmışdır. Müvafiq qaydalara uyğun olaraq əsəri not dəftərindən ifa etməyə başlamış və yenə də, digər komissiya üzvləri ona aşağılayıcı sözlər deyərək onun təntiyərək dayanmğına səbəb olmuşlar. Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetini “Fərqlənmə” ilə bitirmişdir, işdən azad olunana qədər qüsursuz və peşəkar 15 illik musiqi müəllimi peşə fəaliyyətim olmuşdur. Ardınca münsiflərdən biri olan, Nigar Məlikova ondan Bethovenin Sonatalarını soruşmuşdur. Cavabında sonataları adlarıyla sadalamışdır. Sonra başqa bir komissiya üzvü “Bethoven 21-ci sonatasını kimə həsr edib?” soruşmuşdur. O da əzbər biliyi ilə bu cavabı vermişdir ki, “Bethoven 21-ci sonatasını Avrora Yunan ilahəsinə həsr edib” . Yenə də Nigar xanım, “bu suala da doğru cavab vermədi” demişdir… Beləcə bütün psixolojik təzyiq imtahan boyu davam etmişdir. O, elə bir süni gərgin atmosfer yaratmışdı ki, doğru bildiyi cavablara belə tərəddüdlə cavab verirdi. Sonra Nigar xanım ondan Azərbaycan bəstəkarlarından “kimləri tanıyırsan?” deyə soruşmuşdur. O da dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirov və s. tanınmış bəstəkarlarımızı sadalayırdı ki, yenə Nigar xanım sözünü kəsərək demişdir ki, “yox o mənada soruşmuram”. Onun hansı mənada soruşduğunu dəqiqləşdirmək istəyərək soruşmuş və cavabında Nigar xanım demişdir ki, “Fikrət Əmirovun uşaq suitasi haqqında danış”, O da cavab vermişdir ki, Fikrət Əmirov uşaq suitasi yazmayıb, uşaqlar uçun 12 miniatür yazıb, uşaq pyesləri yazıb, uşaq suitası isə Asəf Zeynallıya aiddir. Bu cavabı Nigar xanımı daha da hiddətləndirmişdir. Artıq ona hər şey aydın idi, əmin oldu ki, attestasiyadan öncə hazırda məktəb rəhbərliyinin dedikləri doğru imiş. Bütün doğru cavablarına səhv deyildiyi üçün artıq attesatsiya komissiyasına inamı da itmişidi, tam həvəsdən düşmüşdü və sonuncu suala artıq cavab belə vermək istəməmişdir, hansı ki, cavabını əzbər bilirdi. Sağollaşıb zalı tərk etmişdir. Komissiya işinin sonunda onu təkrar zala dəvət edib bildirmişlər ki, kəsilmişdir və orada olan bir sənədə imza atmağını istəmişlər. Hansı əsasla onu uyğunsuz hesab etdiklərini sual etmiş, heç bir cavab verməmişlər. O da onların tələb etdiyi sənədə imza atmaqdan imtina etmişdir. Tam qanuna müvafiq olaraq attestasiya imtahanının fərqli tərkib ilə keçirilməsi üçün Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Adil Kərimliyə ##.##.2025-ci il tarixli müraciət ünvanlasa da, hələdə nəticə əldə edə bilməmişdir.

47. Iddiaçının yuxarıda dediklərinin hamısı Atestasiya Imtahanının video-görüntüsündə açıq aydın görünür. Məhz bu faktlar işdə öz təsdiqini tapmış və iclas iştirakçılarının hamısı bunu müşahidə etmişdir. Lakin həm rayon məhkəməsi, həm də apelyasiya məhkəməsi buna məhəl verməmiş, qanunsuz və əsassız qətnamə qəbul edərək qanunvericiliyin maddi və prosessual normalarını pozmuşdur.

48. Belə ki, Məhkəməyə təqdim edilmiş iddiaçının yazılı izahatında da göstərilir ki, İddiaçı barəsində cavabdehin keçirdiyi ##.##.2025- ci il tarixli attestasiya imtahanının video görüntülərini məhkəməyə təqdim etdi və ##.##.2025-ci il tarixində məhkəmə iclasında həmin video görüntülərə baxış keçirildi və bir daha aydın oldu ki, cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq, qərəzli, qeyri obyektiv formada attestasiya imtahanını keçirmiş və iddiaçının hüquqlarını pozmuşdur. Bütün bunları həmin video görüntülər əsasında müəyyən etdikləri faktlar da təsdiq edir. Xahiş edirlər nəzərə alınsın. Məlum olduğu kimi, cavabdeh tərəfə məhkəməyə iddiaçının attestasiya imtahanını göstərən 3 video təqdim edib(daha sonra iddiaçı videolarda müəyyən etdiyini hesab etdiyi pozuntuları sadalayır).

49. Video görüntülərdən bir daha aydın oldu ki, cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq, qərəzli, qeyri obyektiv formada attestasiya imtahanını keçirmiş və iddiaçının hüquqlarını pozmuşdur. Lakin həm Rayon Məhkəməsi, həm də Apelyasiya Məhkəməsi buna məhəl verməmiş, qanunsuz və əsassız qətnamə qəbul edərək qanunvericiliyin maddi və prosessual normalarını pozmuşdur.

50. Bundan başqa təqdim edilən video görüntüdən aydın olur ki, attestasiya imtahanında iddiaçıya cəmi 27 sual verilib, onlardan 24-nə düzgün cavab verib, təkcə 3 sula cavab verməyib. Yəni iddiaçı 95% suallara düzgün cavab verib. Lakin buna baxmayaraq ona 50 bal belə verilməyib. Bu durum bir daha təsdiq edir ki, cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq, qərəzli, qeyri obyektiv formada attestasiya imtahanını keçirmiş və iddiaçının hüquqlarını pozmuşdur. Lakin həm rayon məhkəməsi, həm də apelyasiya məhkəməsi buna məhəl verməmiş, qanunsuz və əsassız qətnamə qəbul edərək qanunvericiliyin maddi və prosessual normalarını pozmuşdur. Hesab edirlər ki, iddiaçının təkrar attestasiya olunma hüququ təmin olunmalıdır.

51. Hesab edirlər ki, həm rayon məhkəməsi, həm də apelyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və digər maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci və digər maddələrini, digər qanunvericilik aktlarını o cümlədən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini pozmuşdur. həm Rayon Məhkəməsi, həm də Apelyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının iddia ərizəsi üzrə başlayan məhkəmə işinə, təqdim edilmiş sübutlara, vəsatət və izahatlara yanaşmamış, bununla iddiaçının “ədlətli məhkəmə araşdırması hüququnu” pozmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)

53. Maddə 46.

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

54. Maddə 65.

1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

55. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

56. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

57. Maddə 71.

3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

58. Maddə 83.

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

59. Maddə 84. 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

60. Maddə 85.

1. Işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

2. Işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.

3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.

61. Maddə 87.

5. Işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.

62. Maddə 296.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

63. Bənd 2.1. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

64. Bənd 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

65. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki hallarının sadalanması, məhkəmələrin işin hallarını hərtərəfli və obyektiv araşdırmadığı, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadığı barədədir.Məhkəmə kollegiyası bildirir ki, kassasiya icraatında belə dəlillər üzrə hüquqi dəyərləndirmə aparılmır.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

84. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar