Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-796/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı X cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və.s.” tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2*25-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2*26-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Idarəsi ilə ı arasında bağlanılmış *1 dekabr 19 X 92-ci il tarixli əmək müqaviləyə əsasən X Sumqayıt şəhər Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbi tərəfindən verilmiş *8 aprel 2*25-ci il tarixli, ** nömrəli əmrə əsasən, Sumqayıt şəhər Bülbül adına nömrəli Uşaq Incəsənət məktəbinin fortepiano müəllimi X *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin işçilərin attestasiyası üzrə ##.##.2*25-ci il tarixli attestasiya vərəqəsinə əsasən, X atestasiyası üzrə cavablarını komissiya “əsərin ifası və təhlili: İ.Haydn Sonata №** G Dur”– “zəif idi”, “Qammanın ifası: E Dur-cis moll”– “orta ifa idi”, “üzdən oxuma: D.Skarlatti Sonata e moll”– “Orta idi”, “Azərbaycan pianoçularından kimləri tanıyırsız: Nərgiz, Aziza”– “Cavab verə bilmədi”, “Xarici pianoçulardan kimləri tanıyırsız”– “Cavab verə bilmədi”, “Hansı məşhur müsabiqələri tanıyırsız”- “Müsabiqələrin adlarını sadalaya bilmədi”, “R.Şumanın fortepiano yaradıcılığı haqqında məlumat”- “Cavab verə bilmədi”, “M.Ravel haqqında məlumat”- “Heç bir məlumatı yoxdur”, “Vyana klassikləri haqqında məlumat”- “Adlarını sadaladı”, “L.V.Bethovenin neçə f-no sonatası var?”- “Cavab verə bilmədi”, “Vyana klassikləri öz sonatalarını hansı formada bəstələyiblər”– “Cavab verə bilmədi”, “Hansı musiqi formalarını tanıyırsız”- “Cavab verə bilmədi”, “F.Əmirovun fortepiano yaradıcılığı haqqında məlumat”- “Cavab verə bilmədi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə 1, əleyhinə-4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı X cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, *1.12.1992-ci il tarixdə Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinə "Fortepiano" ixtisası üzrə müəllimə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 33 ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı bu müddət ərzində ona heç bir nöqsan tutulmayıb. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attestasiya tələləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyildir, düzgün aparılmamışdır, qaydalara uyğun həyata keçirilməmişdir. Cavabdeh təşkilatın əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Göstərilənlərə əsasən, Attestasiya komissiyasının iddiaçı barəsində rəyinin və X2 Idarəsinin Bül-bül adına * saylı uşaq incəsənət məktəbinin *8.*4.2*25-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi cavabdeh1 izahat verərək bildirmişdir ki, Mədəniyyət Nazirliyinin qərarı ilə attestasiya keçirilmiş, həmin attestasiyanın qərarı ilə X tutduğu vəzifəsindən azad edilmişdir. Iddiaçı ilə aralarında heç bir problem olmamış, o, daim intizamlı olmuş, işinə məsuliyyətlə yanaşmışdır.
7. Sumqayıt Şəhər Məhkəməsinin *4 sentyabr 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X * nömrəli Uşaq Incəsənət Məktəbinin *1 dekabr 1992-ci il tarixli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. ## #### 2*25-ci il tarixdə Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, ** nömrəli əmrinə əsasən Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi X *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın tam audiovideo yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş video-görüntüdə də təsdiq olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *8.*4.2*25-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *8.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Həmçinin, Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nəzdində (tabeliyində) olduğundan təhsil verən müəllimlərin attestasiyası da məhz Nazirliyin müəyyən etdiyi qaydada həyata keçirilmişdir. Iddiaçı iddia tələbində attestasiya qərarının (rəyinin) ləğvini qoyduğundan, attestasiyanı isə Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbi həyata keçirmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbi hazırki iddia tələbinin “attestasiya qərarının ləğvi” hissəsi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 7*, 288, 3**.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2, 3.3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Iddiaçı X apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *4 sentyabr 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə izahat verərkən də, onu intizamlı, işinə məsuliyyətlə yanaşan, işlədiyi müddət ərzində heç bir problem yaratmayan şəxs kimi xarakterizə etmişdir. Məhkəmədə həmçinin bildirmişdir ki, attestasiya keçirilən zaman həyəcanlı olmuş, ümumiyyətlə attestasiyanın keçirilməsi barədə məlumatlı olmadığı üçün və həyəcandan sualları yetərincə dərk etməmişdir. Hesab edir ki, onun uzun müddət qüsursuz fəaliyyəti və peşəkarlığı attestasiya komissiyası tərəfindən nəzərə alınmamışdır. Qanunun tələbinə əsasən tənbeh vermə qaydalarına əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin bu barədə heç bir təklif edilməyib. Buna görə də göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, attestasiya proqramı dekabr ayından bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilib, proqramla tanış olmalarını imzaları ilə təsdiq ediblər. Ola bilsin ki, qarşı tərəf attestasiyanın müəllimləri işdən azad etmək məqsədi güdməməsi düşüncəsi ilə imtahana səthi yanaşıb və hazırlaşmayıb. Imtahanın video görüntüləri var, oradan hər şey aydın olur. Attestasiya komissiyası qiymətləndirmə həyata keçirib işəgötürən isə müvafiq qərar qəbul etmişdir. Iddiaçı fortepiano müəllimidir, fortepiano müəllimlərinə, konsertmeyster ixtisası da verilir. Iddiaçı nəzəriyyə müəllimi deyil, lakin attestasiya zamanı ixtisasından asılı olmayaraq bütün müəllimlərə ümumi musiqi nəzəriyyəsindən suallar verilir. Fortepiano müəllimi olaraq iddiaçı klassiklərin əsərlərini şagirdlərə tədris etdiyi üçün onlarla bağlı məlumatlı olmalıdır. Ixtisas proqramına müəllimi tədris etdiyi yeddi illik proqram daxildir, müəllim klassiklərin əsərlərini, onların quruluşunu, tonallığını bilməlidir, eyni zamanda imtahanda pedoqoji təcrübə ilə bağlı suallar da verilib.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2*25-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Ramin Xəlilov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə tam razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillərin hər birinə birinci instansiya məhkəməsi tam, ətraflı və əsaslı şəkildə hüquqi mövqeyini bildirmişdir.
15. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı attestasiya zamanı həqiqətən də iş materiallarına əlavə edilmiş ##.##.2*25-ci il tarixli attestasiya vərəqəsində olan məlumatların həqiqətə uyğun olduğunu etiraf etməklə, bu halın attestasiya zamanı həyəcanlı olması ilə əlaqədar olduğunu iddia etmişdir. Hərçənd ki, qeyd edilən səbəb həmin attestasiyanın nəticələrinə təsir edən hal kimi çıxış etməməkdədir. Iddiaçı attestasiyanın düzgün aparılmadığını, qaydalara uyğun həyata keçirilmədiyini iddia etsə də buna dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, attestasiya proqramı bir neçə ay əvvəl bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmiş, iddiaçı da proqramla tanış olmasını imzası ilə təsdiq etdiyini izahatında bildirmişdir. Həmçinin, ##.##.2*24-cü il tarixində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi internet səhifəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsil verənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2**1-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin işçilərin attestasiyası üzrə ##.##.2*25-ci il tarixli attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa iddiaçı tənbeh vermə qaydalarına əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin ondan izahat almalı olmasına baxmayaraq, ondan izahatın alınmamasını, əmrdə izahat verməkdən imtina etməsinin qeyd olunmasını, bunun isə yanlış məlumat olmasını iddia etmişdir ki, iddiaçının bu dəlilləri də əsassız olmuşdur. Belə ki, əvvəla əmrdə iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı bir qeyd olmamışdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbinə əsasən əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi intizam tənbehi hesab edilməməklə, yalnız Əmək Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbehi hesab edilir. Buna görə də Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə müvafiq olaraq da işəgötürənin işçidən yazılı izahatın verilməsini tələb etməsinə də zərurət olmamışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 68.1, 68.2, 7*, 186, 187, 288-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2*25-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Şikayətdə AR Konstitusiyasının 35-ci maddəsinin İ bəndinə istinad edilərək qeyd edilmişdir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Hal-hazırda kassator bu əsaslardan məhrum olunmuşdur. Həmin maddənin İ bəndinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Həmin maddənin VI bəndinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. AR Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edilərək qeyd edilmişdir ki, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Işlədiyi müddətdə heç zaman hər hansı bir məsuliyyətə səbəb olan hadisəyə yol verməmişdir. AR Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən qeyd edilmişdir ki, işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 187-ci maddəsinə əsasən qeyd edilmişdir ki, qanunun tələbinə əsasən tənbeh vermə qaydalarına əsasən, Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin ona bu barədə heç bir təklif edilməyib. Buna görə də mən göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə guya kassatorun izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri Əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və işçi kimi hüquqları kifayət qədər məhdudlaşdırmışdır. 294.1-ci maddəsinə əsasən bildirilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. AR Nazirlər Kabinetinin 2**1-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. AR MPM-nin 14.2, 77.1, 88, 372, 418.1-ci maddələrinə istinad edilmişdir. Qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məcəllənin müddəaları tətbiq olunur. MPM-nin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalı, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmaları və s. müəyyən edilməli, qətnamənin əsaslandırıcı hissəsində işin müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmənin bu və ya digər sübutlarını, iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri və s. göstərməlidir. MPM-nin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsinə əsas verir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi .
21. Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
22. 65.3. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
23. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
24. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
25. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
26. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
27. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
28. Maddə 67.2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 7*. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları
31. Bənd 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır;
32. Bənd 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir;
33. Bənd 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
34. Bənd 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil;
35. Bənd 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır;
36. Bənd 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir;
37. Bənd 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir;
38. Bənd 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
39. Bənd 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
45. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, dəlillər əsasən işin faktiki hallarının araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır. MPM-nin 4*7.2-ci maddəsinə əsasən bu dəlillər kassasiya baxışının predmeti ola bilməz. Sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir, kassasiya instansiyası məhkəməsi tərəfindən isə sübutların araşdırılması və qiymətləndirilməsi həyata keçirilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş normalara riayət edilib-edilmədiyi yoxlanılır.
47. Apellyasiya məhkəməsi tərəfindən qətnamədə Əmək Məcəlləsinin 186-cı maddəsinin məzmunu qeyd edilərək göstərilir ki, hazırkı halda iddiaçıya həmin normada nəzərdə tutulmuş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq edilmədiyindən işdən azad edilərkən işəgötürən tərəfindən yazılı izahatın alınması tələb olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya münasibətdə işəgötürən tərəfindən ayrı-seçkiliyə yol verildiyi attestasiya qaydalarının pozulduğu müəyyən edilmədiyi üçün iddia əsassız hesab edilmişdir.
48. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2*25-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min