Məhkəmə qərarları › İş №2(1-8)-808/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-808/2026

04.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-808/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı İspatovnanın cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin 49-cu mənzili Bakı şəhər X4 İcraiyyə Komitəsinin ## ###### 1967-ci il tarixli, ***** saylı orderinə əsasın X5 verilmiş və ailə üzvləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Davidoviç və X2muşlar.

2. Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, ** saylı sərəncamı ilə Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin 2 otaqlı, yaşayış sahəsi 30,67 kv.m olan ** saylı mənzilin kirayə müqaviləsinin 4 nəfər ailə tərkibi ilə (özü, 2 bacısı, qardaşı) Cavabdeh adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi və s. qərara alınmışdır.

3. Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X9 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinə istifadə hüquqları tanınmışdır.

4. ## ###### 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinin Cavabdeh adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq verilmişdir.

5. ## ###### 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinin Cavabdeh adına özəlləşdirilməsinə və reyestrdən çıxarış almasına razılıq verilmişdir.

6. ## #### 2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.

7. İddiaçı İspatovna ilə Cavabdeh ## ###### 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahından ## ###### 2020-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Davidoviç və ## ###### 2022-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur.

8. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları - ## ###### 2020-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Davidoviç və ## ###### 2022-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilmişdir.

9. ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 fikrini dəyişdiyi üçün ##.##.2018-ci il tarixdə * saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş ərizədən imtina etmişdir.

10. Hazırda Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilində Cavabdeh, İddiaçı İspatovna, ## ###### 2020-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Davidoviç, ## ###### 2022-ci il təvəllüdlü X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 daimi pasport qeydiyyatındadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı İspatovna (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə ## ###### 2019-cu il tarixində nikaha daxil olub və əri Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilin mülkiyyətçisidir. Həmin evdə yaşamağı ilə əlaqədar məhdudiyyətlər olduğundan o, Cavabdeh və övladları ilə birlikdə həmin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ## ###### 2020-ci il təvəllüdlü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Davidoviç və # ###### 2022-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilmiş və ərinin onun köçürülməyi ilə əlaqədar iddia qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iddia ona münasibətdə təmin edilməmiş və bu hüquqdan yalnız o, özü istifadə edərək iddia verə bilməsi göstərilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ərini, uşaqlarını həmin evə köçürülmə qərarı veribsə, uşaqları ondan ayrı yaşaya bilməz, o da həmin mənzildə yaşamalıdır və buna tam olaraq hüququ çatır.

13. Məhkəmənin hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər.

14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı evlənəndən sonra bir gün də mənzildə yaşamayıb. Tərəflər onu döyürdülər və bu barədə qonşuların aktı var. Heç kim cavabdehi mənzildən qovmayıb. Qardaşı onu döyəndən sonra bilirdi ki, ağır məhkumluğu var. Onun polisə şikayət edəcəyindən qorxub özü evdən çıxıb gedib. Onu bir dəfə deyil, üç dəfə döyüb. Məhkəmə tərəfləri mənzilə köçürsə, onu döyüb öldürəcəklər. Onların mənzili var. Məhkəmə prosesi zamanı həmin mənzili iddaçının qardaşının adına rəsmiləşdiriblər. O, üçotaqlı mənzili alıb. Məhkəməyə audio yazı təqdim edilib. Məhkəmədən əvvəl vəkili bu məsələ ilə bağlı sorğu göndərib, amma hələ təsdiqedici sənəd əldə etməyiblər. Mübahisəli mənzilin sahəsi bir neçə ailənin yaşaması üçün uyğun deyil, çünki, mənzil iki otaqlıdır.

15. ##.##.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ** saylı evin ** saylı mənzilinə köçürülməsinə razıdır və etirafın nəticələri ona aydındır.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2025-ci il ## ### tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilərək, iddiaçının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilmişdir.

17. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

18. Belə ki, iddiaçı mənzilin mülkiyyətçisi olan cavabdeh Cavabdeh arvadıdır, özü mübahisəli mənzildə qeydiyyatdadır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. İddia əsaslıdır və təmin edilməlidir.

19. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 228.5-ci, habelə MPM-nin 14.2, 52.2, 52.5, 77.1, 217.3, 218.3, 220.4, 223.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

20. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilinə köçürülməsi qət edilsə də, məhkəmə işin faktiki hallarını, iddiaçı ilə cavabdeh və mənzildə yaşayan üçüncü şəxslər arasında münasibətlərin kəskin olmasını, birgə yaşamalarının mümkünsüz olmasını, daim aralarında yaranmış münaqişələrlə əlaqədar Nizami rayon Polis İdarəsində münaqişəli ailə kimi qeydiyyatda olmalarını nəzərə almamışdır. Bundan başqa, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli qətnaməsi ilə məişət zorakılığından zərər çəkmiş şəxs ərizəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı İspatovnanın hərəkətlərindən mühafizə olunması üçün 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh və İddiaçı İspatovnaya məişət zorakılığından zərər çəkmiş şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı aşağıdakı hərəkətlərin edilməsi: 1. məişət zorakılığının təkrar törədilməməsi; 2. zərər çəkmiş şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 narahatlıq gətirən digər hərəkətləri etməsi – ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onu hər hansı formada təqib etməsi, ona zəng etməsi, sms və sair yazması qadağan edilmiş, Cavabdeh və İddiaçı İspatovnaya uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyət izah edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu Cavabdeh Borisovna və İddiaçı İspatovnaya məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, X10 Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı İspatovnanın qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İspatovnanın Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, hər iki iddia tələbi icraata qəbul edilmiş və məhkəmə baxışındadır. Bakı şəhəri, Nizami Rayon Məhkəməsində hazırkı işə baxılmasını qeyd olunan işlər üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını xahiş etsə də, Nizami Rayon Məhkməməsi onun cavabdeh qismində deyil, üçüncü şəxs qismində işə cəlb edilməsini əsas gətirərək, iş üzrə icraatı dayandırmaqdan imtina etmişdir. O, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı İddiaçı İspatovnanın Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ** saylı evin ** saylı mənzilindən qeydiyyatdan çıxarılma vəzifəsinin cavabdehə həvalə ediməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçivanski küçəsi ** saylı evin ** saylı mənzilində daimi yaşayır. Qardaşı Cavabdeh 2020-ci ildə ailə qurmuş və bundan sonra aralarında münaqişə başlamışdır. 2023-cü ilin noyabr ayında Cəmilə Əmirova (Çebotareva) özü və müxtəlif nikahdan olan övladları ilə birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti ** saylı evin * saylı mənzilindən qeydiyyatdan çıxmış və atası Boris Çebotarevin evinə qeydiyyata düşmüşdür. Mübahisəli mənzili işlədiyi zavoddan almışdır. Bu MİK tərəfindən verilmiş arayışda göstərilmişdir. Həmin mənzildə qeydiyyatda olan 5 uşaq: Qalina Çebotareva 1974-cü il, Natalya Çeborateva 1975-ci il, Boris, 1985-ci il, Mixail 1991-ci il. Cəmilə Əmirova atasının evinə ASAN xidmət vasitəsilə qeydiyyata düşmüşdür və öz uşaqlarını qeydiyyata salmamışdır. Bu barədə heç kimi, məhz həmin 2 otaqlı mənzildə yaşayan ailəni məlumatlandırmamışdır. İddiaçı və ağır cinayət törətməsinə görə 6 il cəza çəkmiş əri Cavabdeh əvvəldən daimi mənzildə yaşayan onu və ailəsini fiziki, psixi və iqtisadi zorakarlığa məruz qoymuşdur. İddiaçı və onun əri Cavabdeh dəfələrlə onu döymüş və bununla əlaqədar Nizami Rayon Məhkəməsi tərəfindən əvvəlcə qısa müddətli, sonra isə uzun müddətli mühafizə orderi təqdim etmişdir. Apellyasiya məhkəməsi isə iddiaçının və onun ərinin ona bədən xəsarətlərinin, kəllə-beyin travmasının yetirilməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul etmişdir və hal-hazırda Nizami rayon polis idarəsində iddiaçının və onun əri Cavabdeh barəsində AR CM-nin 128-ci maddəsi ilə istintaq aparılır. İddiaçı və onun əri David mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mənzildən imtina etməyi üçün zorakılıq etmişlər. Mənzildən imtina etdiyinə görə onlar və onların vəkili onu psixiatrik xəstəxanaya yerləşdirməklə hədə qorxu gəlirdilər. İddiaçı və onun əri David Çebotarev onu və ailəsini əvvəlcədən yaşadıqları mənzildən qovurdular, mənzilin açarlarını dəyişirdilər. İddiaçı və onun əri Cavabdeh onun, ailə üzvlərinin və qohumları barədə 45 yalan ərizə yazmışlar, 24, 25-ci polis şöbələrinin narkotik şöbələrinə və digər dövlət strukturlarına ərizə verərək cinayət törətməkdə ittiham edirdilər. İddiaçı və onun əri Cavabdeh su idarəsi vasitəsilə sistematik olaraq suyu kəsirdilər. Onlar yalan deyirdilər ki, orada heç kim yaşamır və digər yalan bəhanələrlə aylarla susuz yaşamağa məcbur edirdilər. Elektik lövhəsindən elektrik məftilini kəsirdilər, dəfələrlə işıqsız qoyurdular, bu dəfələrlə polis tərəfindən qeydə alınmışdır. Normal ana öz uşaqlarını müdafiə edir, iddiaçı və onun əri isə qəsdən uşaqları davaya və mübahisəyə vadar edirdilər. Öz xidməti mövqeyindən və peşə vərdişlərindən istifadə edərək iddiaçı və onun bütün ailəsi media vasitəsi ilə psixi və mənəvi təzyiq göstərirdilər. Onun anası Fatma Əmirova həmçinin təzyiq göstərmək üçün yalan ərizələr və ifadələr təqdim edirdi. İddiaçı və əri David mənzildən köçməyə məcbur etmək məqsədi ilə mənzili yararsız vəziyyətə qoydular, mənzildən tikinti materialları üçün anbar etdilər, otaqlar arası qapıları, daşıyıcı divarları sökdülər, havalandırmanı bağladılar və s. Bu barədə MİK və digər dövlət orqnların nümayəndələri tərəfindən aktlar tərtib olunmuşdur. David və iddiaçının mənzili əldə etməklərinə baxmayaraq, onlar qəsdən yaşayış üçün dözülməz şərait yaradırlar ki, mənzili tərk etsin. Öz mənzillərini kirayə verirlər, məhkəmə və hakimiyyət nümayəndələrini isə aldadırlar ki, yaşamağa yerləri yoxdur. Dəfələrlə qardaşı Cavabdeh və onun arvadı-iddiaçı ona və ailə üzvlərinə qarşı məişət zorakılığı törətmiş və nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmişlər. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilərək, məişət zorakılığından zərər çəkmiş şəxslər həyat yoldaşı X6 və onun anası X13 məişət zorakılığı törətmiş şəxs Cavabdeh hərəkətlərindən mühafizə olunması üçün 180 gün müddətinə uzunmüddətli mühafizə orderi verilməsi, uzunmüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxs Cavabdeh məişət zorakılığından zərər çəkmiş şəxslər X13 və X6rşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: 1. zərər çəkmiş şəxslər X13 və X6rşı məişət zorakılığının təkrar törədilməsi. 2. Zərər çəkmiş şəxslər X13 və X6 narahatlıq gətirən hərəkətləri - onlara 100 metr məsafədə yaxınlaşması, onlarla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onları hər hansı formada təqib etməsi. Məişət zorakılığı törətmiş şəxs Cavabdeh uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə məsuliyyət izah edilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi icraya yönəldilmiş və borclu Cavabdeh və İddiaçı İspatovnaya məişət zorakılığını törətməməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, məhkəmə qətnaməsinin qüvvədə olduğu müddətdə İddiaçı İspatovna Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, “X1 Group”un internet portalında onun və həyat yoldaşı X7 barəsində rüsvayedici məlumatlar paylaşmaqda davam etmişdir. İddiaçı İspatovna onun barəsində KİV-ə dediyi böhtanları biləbilə edib və heç bir halda əsaslı mənbələri olmayıb. Bundan başqa İddiaçı İspatovna mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 barəsində böhtan dolu məlumatları saytlara verərkən onun çoxaldılması və daha çox insan içində şərəf və ləyaqətini alçatmaq hədəfinə nail olmaq üçün sonuncu “X1 Group”un saytında “Azərbaycanlı jurnalistin evini əlindən almaqla kim təhdid edir?” başlıqlı yazının kütləvi şəkildə yayımlanmasına müvəffəq olmuşdur. Aralarında olan münaqişəni nəzərə almadan qardaşı Cavabdeh onun xəbəri və razılığı olmadan iddiaçını mübahisəli mənzilə pasport qeydiyyatına salmışdır. Qardaşı Cavabdeh və İddiaçı İspatovna atasından qalan həmin mənzili yararsız vəziyyətə salıblar, dəfələrlə ona qarşı qanunsuz hərəkətlər ediblər və etməkdə davam edirlər. Halbuki, mübahisəli mənzil onun valideynlərinə məxsus olub. Həmin mənzili Cavabdeh və iddiaçı birgə vəsait hesabına əldə etməmişlər. Onların digər iki mənzilləri var, bu barədə qardaşı ona bir neçə dəfə bildirmişdir. Sadəcə Cavabdeh və iddiaçı onun hüquqlarını pozaraq onu evdən çıxartmaq istəyirlər. Cavabdeh və iddiaçı qeyd olunan mənzili yararsız vəziyyətə gətirmiş, mənzildə olan əşyaları sındırmışlar. Onu evdən çıxartmaq məqsədi ilə bədən xəsarəti yetirmişdir. Qardaşı Cavabdeh mənzilə yaranmış mülkiyyət hüququndan sui-istifadə edərək, yaşayış üçün zəruri olan su, elektrik enerjisi, qaz xəttini kəsməklə onun yaşamağına maneçilik törədir. Məhkəmə işə baxarkən işin faktiki hallarını nəzərə almadan, formal mülahizələrə əsaslanaraq, qətnamə qəbul etmiş və iş üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə işə üçüncü şəxs qismində cəlb edilməyini əsas gətirərək, ərizəni geri qaytarmışdır. Lakin qeyd olunan mənzildə o və qardaşı X3 yaşadığından, işə üçüncü şəxs qismində deyil, cavabdeh qismində hər ikisi cəlb edilməklə, mahiyyəti üzrə baxılmalı idi. İddiaçı formal olaraq onun yaşadığı evə qeydiyyata alınsa da, bir gün belə həmin mənzildə yaşamamış və onun həmin mənzildə istifadə hüququ mövcud deyil.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə yoxlanılan hissədə əsaslı sayıla və təmin edilə bilməz.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdeh Cavabdeh arvadıdır və həmin mənzildə qeydiyyatdadır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. Cavabdeh iddia tələbini etiraf etmişdir. Cavabdehin iddia tələbini etirafı qanuna zidd olmamaqla həmçinin üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir.

25. Əksinə, apellyatorun şikayətdə istinad etdiyi hallar iddiaçının öz hüquqlarını qanuni şəkildə həyata keçirmək imkanından məhrum edilməsinə əsas deyil.

26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 228.5-ci, habelə MPM-nin 14.2, 52.2, 77.1, 88, 107, 119.1, 191.3, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən Bakı İnzibati Məhkəməsində “mübahisəli mənzildə İddiaçı İspatovnanın qeydiyyatının etibarsız hesab edilməsi və ləğv olmasına dair” iddia ərizəsi verilmişdir. Bundan başqa həmin məhkəmənin icraatında *-*(***)-****/**** saylı mülki iş üzrə mübahisəli evin özəlləşdirilməsinin etibarsız hesab edilməsi barədə məhkəmə araşdırılması davam edir. Bunu nəzərə alaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmiş, lakin Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın dayandırılması barədə üçüncü şəxs X10 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində 4, apellyasiya icraatında isə 1 vəsatət verilmiş və onlar baxılmadan saxlanılmışdır. Məhkəmə bu işin nəticəsinin digər məhkəmə işlərindən asılı olduğunu araşdırmamışdır. Əgər mənzilin çıxarışı etibarsız sayılarsa, köçürülmə barədə qərar hüquqi qüvvəsini itirəcək və məhkəmə aktları arasında ziddiyyət yaranacaq. İddiaçı ilə X10 arasında olan münaqişələr bu günə kimi davam edir və onların birgə bir mənzildə yaşamaqları mümkün deyil. Məhkəmə kollegiyasının qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiyanın qətnaməsini dəyişdirmədən saxlamışdir, halbuki həmin qətnamə mübahisəli mülkiyyət sənədinə- 2018-ci il tarixli çıxarışa əsaslanır. Bu çıxarış 2000-ci il tarixli çıxarışın əsasında verilmişdir ki, həmin sənəd *-*(***)-***/**** saylı iş üzrə etibarsız sayılmışdır. Bundan əlavə məhkəmə ər-arvad arasında iddianın tanınmasını qəbul etmiş, lakin bunun üçüncü şəxslərin hüquqlarına təsir edib-etmədiyini araşdırmamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 işə cavabdeh qismində cəlb edilməmişdir, baxmayaraq ki, onlar mübahisəli mənzildə qeydiyyatdadır və istifadə hüququna malikdirlər. Məhkəmə mənzilə baxış keçirməmiş, yaşayış şəraitini qiymətləndirməmişdir. Natalya Çebotaryovanın vəmübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 hüquqları order və sosial kirayə müqaviləsinə əsaslanır və bu hüquqlar məhkəmə qərarı olmadan məhdudlaşdırıla bilməz. Qonşuların aktlarında göstərilmişdir ki, David 2018-ci ildən, Cəmilə isə ümumiyyətlə həmin mənzildə yaşamayıb. Bu sübutlar nəzərə alınmamışdır. Məhkəmə kollegiyası tərəfindən aşağıdakı sübutlar tamamilə nəzərə alınmamışdır. Belə ki, iddiaçıya qarşı 180 günlük məhkəmə mühafizə orderi verilmişdir. İddiaçı AR İXM-nin 157-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmuş, həmçinin onun barəsində AR CM-nin 128-cimaddəsi üzrə cinayət işi başlanmışdır. Cavabdeh qarşı AR CM-nin 128 və 221.2 maddələri üzrə istintaq aparılır (Natalya Çebotaryovaya kəllə-beyin travması və boyun əzilmələri yetirmə faktı). Bu hallar şikayətçinin həyatına və sağlamlığına real təhlükə olduğunu sübut edir. Həmin şəxslərin eyni mənzilə köçürülməsi mühafizə orderinə və AR Konstitusiyasının 29, 43 və 71-ci maddələrinə ziddir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq müəyyən etmişdir ki, cavabdeh hazırkı iddia tələbini etiraf etmişdir. Cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Cünki iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olan cavabdehin arvadıdır və həmin mənzildə qeydiyyatdadır və o, mənzildən əri ilə bərabər istifadə etmək hüququna malikdir. Lakin iddiaçı, üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən yaradılan maneələr səbəbindən həmin mənzildə yaşaya bilmir. Ona görə də iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

47. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar