Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-822/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı, X7 və X3 cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı, X7 və X3 cavabdehlər “X1” MMC-yə və cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçılar X7 və X3 digər iddiaçı İddiaçı övladları, cavabdeh cavabdeh1 isə iddiaçı İddiaçı qardaşıdır. Iddiaçı İddiaçı Türkiyə Respublikasının vətəndaşıdır. Belə ki, iddiaçılar İddiaçı ##.##.2019-cu il tarixdən, X7 ##.##.2020-ci il tarixdən və X3 ##.##.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir.
2. İddiaçı ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən ##.##.2021-ci il tarixdə satılmışdır.
3. “X1” MMC ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli 02/107, 02/114, 02/115, **/*** nömrəli müqavilələr imzalanmışdır.
4. ##.##.2024-cü il tarixli **/*** nömrəli müqaviləyə əsasən “Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığına görə ** saylı MKIS tərəfindən verilmiş ##.##.2024 tarixli ** №-li arayışa əsasən olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küç 49, mən 1 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X1” MMC -yə təhvil verməyi öhdəsinə götürür.
5. ##.##.2024-cü il tarixli **/*** nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığına görə ** saylı MKIS tərəfindən verilmiş ##.##.2024 tarixli ** №-li arayışa əsasən olan ünvan 3 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 52.48 kv.m mənzilini sökmək üçün “X1” MMC-yə təhvil verməyi öhdəsinə götürür.
6. ##.##.2024-cü il tarixli **/*** nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə ** saylı MKIS tərəfindən verilmiş ##.##.2024 tarixli ** №-li arayışa əsasən olan ünvan 3 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 72.05 kv.m mənzilini sökmək üçün “X1” MMC-yə təhvil verməyi öhdəsinə götürür.
7. ##.##.2024-cü il tarixli **/*** nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmadığına görə ** saylı MKIS tərəfindən verilmiş ##.##.2024 tarixli ** №-li arayışa əsasən olan ünvan 3 ünvanında yerləşən daxili perimetr üzrə sahəsi, sənədsiz və çıxarışsız tikinti sahələri, mövcud vəziyyətdə 47.89 kv.m mənzilini sökmək üçün “X1” MMC-yə təhvil verməyi öhdəsinə götürür.
8. “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış “Müqavilənin ləğvinə dair” ##.##.2025-ci il tarixli müqavilədən görünür ki, tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri ##.##.2024-cü il tarixdə “X1” MMC ilə cavabdeh1 arasında reyestrdə 3M-1869 nömrə ilə təsdiqlənmiş **/*** nömrəli müqaviləyə xitam verilmişdir.
9. “X1” MMC-nin ##.##.2025-ci il tarixli **/** saylı arayışından görünür ki, “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilə, sonuncunun sözügedən mənzili satması ilə əlaqədar müraciəti əsasında ##.##.2025-ci il tarixində ləğv edilmiş və satdığı adamın yəni, X10 adına həmin gün yeni müqavilə əsasında rəsmiləşdirilmə aparılmışdır. Bu barədə X10 ilə MMC arasında **/*** nömrəli ##.##.2025-ci il tarixli müqavilə bağlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu Kərpiç küçəsi ev 47/49-a köçürülməsi, həmin evin həyətyanı sahəsinin və faktiki mövcud olan bütün tikililərinin ½ hissədə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev mərhum valideynlərinə məxsus olmuşdur. Valideynlərinə məxsus həmin evdə ## ###### 1958-ci ildə o, ## ###### 1964-cü ildə isə qardaşı cavabdeh1 dünyaya gəlmişlər. Onlardan başqa, iki bacısı da onlarla birlikdə həmin evdə doğulmuş və böyümüşlər. Ümumiyyətlə ailədə üç bacı, bir qardaş olmuşlar. Iki bacısı ailə qurduqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda ailələrinə məxsus evlərdə yaşayırlar. Valideynlərindən atası Əliyev Ağasabir Imaməli oğlu 2008-ci ilin #####in #-də, anası X21 2007-ci ilin iyul ayının 23də vəfat etmişlər. Onlar vəfat etdikdən sonra həmin evdə o, iki qızı və mərhum əri, həmin iş üzrə cavabdeh qardaşı cavabdeh1, onun arvadı və üç uşağı yaşamış və yaşamaqdadır. Qızlarının Türkiyə vətəndaşları ilə ailə qurmaları səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşayırlar. Hər iki qızı ilin əksər hissəsini Türkiyə Respublikasında yaşamaları səbəbindən o da ilin çox hissəsini Türkiyədə yaşayır və işləyir. O və hər iki qızının Türkiyədə yaşamasından sui-istifadə edən qardaşı cavabdeh1 ailəsi ilə birlikdə doğulub böyüdüyü və hər iki qızı ilə yaşadığı evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, ona və qızlarına məxsus evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə Türkiyədən vətənə qayıdıb daimi qeydiyyatda olduğu və yaşadığı evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin ona faktiki olaraq yaratdıqları süni maneə nəticəsində həmin evin həyətinə girə bilməmişdir. Bütün cəhdləri nəticəsiz qalmışdır. Cavabdeh olan doğma qardaşının cavabdeh1 ona qarşı yaranmış ögey və qeyri-adekvat münasibətinin səbəbini aydınlaşdırdıqda ona məlum olmuşdur ki, həm qardaşı ilə birlikdə yaşadıqları atadan qalma evin, həm də qonşu ərazilərin özəl tikinti şirkəti “X1” MMC tərəfindən alınması və yerində hündür mərtəbəli binalar tikilməsi planlaşdırılmışdır. Bu barədə cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəyir. Bakı şəhərində doğulmuş və böyümüş, əslən bakılı olan və Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilmir. Hər dəfə gələndə oteldə qalmaq məcburiyyətindədir. Doğma qardaşının varlanmaq niyyəti, ona çatası paya sahib olmaq istəyi və tamahı onun sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onun həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdamışdır.
12. Cavabdeh cavabdeh1 iddiaya etiraz təqdim etməklə iddianın rədd edilməsini xahiş etmiş və etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı həm Azərbaycan Respublikasının, həm də Türkiyə Respublikasının vətəndaşıdır. Türkiyə Respublikasında da ikinci ailə həyatı qurmuşdur. Mübahisələndirilən ünvanda isə iddiaçı ailə qurduqdan sonra heç vaxt yaşamamış, ər evinə köçmüşdür. Iddiaçı iddia ərizəsində bildirir ki, qızlarının Türkiyədə ərə getməsi ilə bağlı orada yaşamaq məcburiyyətində qalmış və Bakıya qayıtdıqda isə guya onun tərəfindən evə buraxılmadığını bildirmişdir. Iddiaçının Bakı şəhəri, Azadlıq prospektində xüsusi mülkiyyətində olan mənzili olmuşdur və həmin mənzildə yaşamışdır. Həmin mənzil 2021-ci ilin aprel ayında iddiaçı tərəfindən satılmışdır. Iddiaçı guya mübahisəli evə mütəmadi gəldiyini bildirsə də, onda həmin həyət evinin hansı hissəsində yaşadığını, orada təsərrüfat apardığını göstərə bilməz. Çünki həmin evdə iddiaçıya məxsus hər hansı bir gündəlik istifadə olunan məişət predmeti belə mövcud deyildir. Nəzərə alınmalıdır ki, bu həyət evləri özbaşına tikilidir, şəxsi vəsaiti hesabına həmin tikililəri ərsəyə gətirmişdir.
13. Daha sonra iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, “X1” MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
14. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMCnin üzərinə qanunsuz olaraq söküb məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, **/** saylı (** saylı ərazi MKIS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evin, evin həyətində sökdüyü qarajın və evin hasarını bərpa etmək vəzifəsinin qoyulması, cavabdeh cavabdeh1 üzərinə evdə olmuş yaşayış üçün zəruri olan, qanunsuz olaraq götürülmüş yataq və mətbəx əşyaları, yorğan və döşəklər və sairə məişətdə istifadə olunan əşyaların alınaraq geri qaytarılması haqqında qətnamə qəbul edilməsi, cavabdehlər “X1” MMC ilə cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, **/** saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
15. Iddiaçılar X7 və X3 cavabdehlər “X1” MMC-yə və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin üzərinə qanunsuz olaraq sökərək məhv etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi 47/49 evin, evin həyətində sökdüyü qarajın və evin hasarının bərpa etmək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini, cavabdehlər barəsində qanunsuz olaraq müqavilə bağlama adı altında hər iki iddiaçı olaraq onlara və analarına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi **/** saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, 47/49-da yerləşən ev analarının valideynlərinə məxsus olmuşdur. Həmin evdə iddiaçılardan olan (əvvəlki adı: X11) X7 1992-ci ildə, (əvvəlki adı: X12) X3 isə 1988-ci ildə doğulmuşlar. Hər iki iddiaçıların doğulduqları ev anaları İddiaçı Ağasabir qızının valideynlərinə məxsus olmuşdur. Həmin evdə dayıları, həmin iş üzrə cavabdehlərdən biri cavabdeh1 ailəsi ilə birlikdə, anları İddiaçı Ağasabir qızı iki qızları, yəni indiki iddiaçılarla və mərhum əri ilə birlikdə yaşamışlar. Iddiaçılar valideynləri ilə birlikdə həmin evin aşağı otaqlarında, dayıları Əliyev Ağasabir isə evin yuxarı, yəni ikinci mərtəbəsində ailəsi ilə yaşamışdır. Həmin evdə iddiaçıların anası İddiaçı Ağasabir qızı ## ###### 1958-ci ildə, ## ###### 1964-cü ildə isə cavabdeh cavabdeh1 dünyaya gəlmişdir. Iddiaçıların babası Əliyev Ağasabir Imaməli oğlu - 2008-ci ilin #####in #də, nənələri - X21 isə-2007-ci ilin iyul ayının 23-də vəfat ediblər. Onlar vəfat etməmişdən əvvəl həm anası Həcər, həm də dayıları yəni cavabdeh Imaməli evlənmiş və hər ikisi evləndikdən sonra həmin evin aşağı hissəsində anası, atası və iki bacı olaraq onlar evin yuxarı yəni ikinci mərtəbəsində isə cavabdeh cavabdeh1, onun arvadı və üç uşağı yaşamışlar. Sonralar hər iki iddiaçı Türkiyə vətəndaşları ilə evlənmələri səbəbindən ilin əksər hissəsini Türkiyədə yaşamış və bir müddət sonradan isə daimi yaşamağa başlamışlar. Hər iki iddiaçı Türkiyə Respublikasında yaşamaları səbəbindən anaları İddiaçı Ağasabir qızı da ilin çox hissəsini Türkiyədə yaşamaq və işləmək məcburiyyətində qalmış, lakin sonradan daimi yaşamağa başlamışdır. Iddiaçıların Türkiyədə yaşamasından sui-istifadə edən cavabdeh cavabdeh1 doğulub, böyüdükləri və ailə ilə birlikdə yaşadıqları evin həyətini, evin həyətində olan bütün tikililəri (otaqları) zəbt etmiş, onlara məxsus bütün evə və əmlaklara faktiki olaraq sahiblik etməyə başlamışlar. Bir neçə dəfə anaları İddiaçı Ağasabir qızı Türkiyədən Vətənə qayıdıb daimi qeydiyyatda olduqları, doğulduqları, böyüdükləri evə getməyə cəhd etmiş, hər dəfə cavabdeh və onun ailə üzvlərinin faktiki olaraq yaratdıqları süni maneə nəticəsində anası evə girə bilməmişdir. cavabdeh1 anasına qarşı yaranmış ögey və qeyri-adekvat münasibətinin səbəbini aydınlaşdırdıqda məlum olmuşdur ki, həm onların anaları ilə birlikdə yaşadıqları atadan qalma evləri, həm də qonşu əraziləri özəl tikinti şirkəti “X1” MMC tərəfindən alınması və yerində hündürmərtəbəli binaların tikilməsi planlaşdırılmışdır. Cavabdeh cavabdeh1 tərəfindən həmin şirkətə bütün evə dair rəsmi layihə təqdim edilmiş və bu səbəbdən də onların xəbəri olmadan həmin evin əvəzinə şirkət tərəfindən verilməsi təklif olunan 2 ədəd iki otaqlı və iki ədəd 1 otaqlı mənzillərə sahib olmaq istəmişdir. Anası İddiaçı Ağasabir qızı Bakı şəhərində doğulmuş və böyümüş, Bakı şəhərində evi olan bir şəxs kimi Türkiyədən qayıdarkən öz evinə gedə və həmin evdə gecələyə bilməmişdir. Anası son dəfə Bakı şəhərinə gədəndə oteldə qalmaq məcburiyyətində qalmışdır. Doğma dayıları cavabdeh1 varlanmaq niyyəti, iddiaçılar olaraq onların hər ikisinə və analarına çatası paya sahib olmaq istəyi və tamahı onların sahiblik və istifadə hüququ olan evdən faktiki məhrum etmişdir. Onun bu özbaşınalığı onların həmin evdə sahiblik və istifadə hüquqlarını pozmuş və tapdamışdır. Bu səbəbə görə də, anası İddiaçı Ağasabir qızı (sonuncu adı X5) pozulmuş hüquqlarının bərpa olunması üçün “Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, ev 47/49-a köçürülməsi, həmin həyət evinin və həmin evin həyətyanı sahəsinin ½ hissəyə naturada bölünməklə istifadə qaydasının müəyyən edilməsi haqqında” qətnamə qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsində qardaşı cavabdeh1 qarşı iddia qaldırmışdır. X4 Karaca iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edənədək, yəni ##.##.2024-cü il tarixdə özəl tikinti şirkəti “X1” MMC-yə gedərək rəsmi ərizə vermiş və həmin ərizədə rəsmi olaraq bildirmişdir ki, həmin ev atadan qalma ev olduğuna, həmin evdə cavabdeh1 ilə onun və iki qızının, yəni onların daimi qeydiyyatda olduqları, yaşadıqları, həmin evdə sahiblik, istifadə və mülkiyyət hüquqlarının olmasını, məhkəmə qətnaməsi ilə həmin evdən sahiblik, istifadə və mülkiyyət hüquqlarından məhrum edilmələrini bildirmiş və xahiş etmişlər ki, İddiaçı Ağasabir qızının və onun iki qızının həmin ünvanda yaşayış və istifadə hüquqlarının olmasını nəzərə alıb, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri əsasında həmin ünvanın həm faktiki tikinti altı olan hissəsini, həm də faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ölçüsünü, həmin sahələrə görə ev mülkiyyətçiləri, istifadə və yaşayış hüquqları olan şəxslərin hər birinin rəsmi razılığını almaqla, həmin şəxslərin sayına uyğun olaraq veriləcək kompensasiyanın pul və ya natura (mənzil) formasında verilməsini razılaşdırmalarını və bu barədə planlaşdırılan işlərin rəsmiləşdirilməsini təmin etmələrini xahiş və tələb olunmuşdur. ##.##.2024-cü il tarixdə özəl tikinti şirkəti “X1” MMC-yə rəsmi məlumat verildikdən və həmin ərizəni rəsmi qaydada qeydiyyatdan keçirdikdən sonra yuxarıda göstərilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə iddia qaldırmış və həmin tələblə “evə köçürmə, evin naturada ½ hissəyə bölünməklə istifadə qaydasının müəyyən olunması” nı xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatında olduğu müddətdə, şirkətə qabaqcadan rəsmi məlumat verilməsinə baxmayaraq, sahiblik, istifadə və mülkiyyət hüquqları olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşən **/** saylı (** saylı ərazi MKIS-nin qeydiyyat kartoçkasında ev 47/49, mənzil 1 kimi qeyd olunmuşdur) evi 2024-ci ilin aprel ayının axırı və may ayının əvvəli özəl tikinti şirkəti “X1” MMC tərəfindən sökülmüş, həmin ərazidə analarına və hər iki iddiaçı olaraq onlara məxsus əmlakı, yəni evləri, həyətin hasarını və digər yardımçı tikililəri, həmçinin həyətin qarşısında yerləşən anasının atasından qalma faktiki olaraq istifadələrində olan, ümumi sahəsi 30 kvadratdan artıq olan qarajı qəsdən məhv etmiş və onlara külli miqdarda maddi ziyan vurmuşdur. Tikinti şirkəti tərəfindən sökülən ev otaqlarının və yardımçı tikililərin sayı, cavabdeh1 da ailəsi ilə yaşadığı otaqlar da daxil olmaqla, ümumilikdə 12 otaqdan ibarət olmuşdur. Tikili altı olan sahə 152,66 kvadrat metr, həyətin küçə tərəfdən olan hissəsində atadan qalmaq qarajın ümumi sahəsi 30 kv.metr, ümumi həyətin tikili altı olmayan torpaq sahəsi 30 kvadrat metr olmuşdur. Həmin tikili altı olan hissələrin onların və analarının faktiki istifadəsində olmuş hissəsində yerləşən yaşayış otaqları 8,0 kv.m; 26,5 kv.m; 14,4 kv.m; 6,12 kv.m; 14,0 kv.m və 9,0 kv.m olmaqla, cəmi 78,02 kvadrat, tikili altı olmayan sahə, ümumi istifadədə olan həyətdə yerləşən torpaq sahəsinin yarısı (30:2=15) 15 kv.m olan torpaq sahəsi və ümumi sahəsi 30 kv.metr olan qarajın ½ hissəsi, yəni 15 kv.metr olan hissəsi, ümumilikdə (8,0 + 26,5 + 14,4 + 6,12 + 14,0 + 9,0 = 78,02 kv.m + 15 kv.m (torpaq sahəsinin ½) + 15 kv.metr (qarajın ½) = 108,02 kvadrat metr təşkil edirdi. Bununla bağlı olaraq şirkətin rəhbəri kimi özünü təqdim edən Rövşən adlı şəxs bildirmişdir ki, sökülən evin (həyətin) kupçası (çıxarışı) olmadığına görə həmin ünvanda yaşayan Imaməli adlı şəxslə müqavilə bağlayaraq həmin sökülən evin əvəzində ona gələcəkdə tikiləsi evdən 2 ədəd iki otaq, iki ədəd bir otaq verilməsi razılaşdırılmışdır. Şirkət rəhbərinin dediklərindən məlum olmuşdur ki, özəl tikinti şirkəti “X1” MMC ilə cavabdeh1 arasında qanunsuz olaraq aparılmış razılaşma əsasında, analarının və hər iki iddiaçı olaraq onların sahiblik, istifadə və mülkiyyət hüquqları olan evi onların razılıqları olmadan, məhkəmənin qətnaməsi olmadan onların iradəsinin əksinə sökmüş, şirkət rəhbəri cavabdeh1 ilə gizli sövdələşmə edərək onlara məxsus şəxsi əmlakları olan evi qəsdən məhv etmiş, anasına və onların hər ikisinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11iyul 2024-cü il tarixli qərardadı ilə iddiaçılar X7 və X3 cavabdehlər “X1” MMC-yə və cavabdeh1 qarşı iddia tələbi üzrə mülki işin iddiaçı İddiaçı cavabdehlər “X1” MMC-yə və cavabdeh1 qarşı iddia tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
18. Daha sonra hər iki iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili vəkil3 iddialar üzrə ümumi tələblə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC və cavabdeh cavabdeh1 arasında bağlanılmış ##.##.2024-cü il tarixli №*/*** saylı; ##.##.2024-cü il tarixli № **/*** saylı; ##.##.2024- cü il tarixli № **/*** saylı və ##.##.2024-cü il tarixli № */*** saylı müqavilələrinin qismən etibarsız hesab edilməsi və cavabdeh “X1” MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsində yerləşmiş **/** saylı evdə sahiblik və istifadə hüququ olan hər üç iddiaçının əvəzinə, iddiaçı X5 ilə 1 ədəd - 2 otaqlı və 1 ədəd 1 otaqlı mənzillər üçün həmin ərazidə sökülmüş digər evlərin sahibləri ilə bağlanılmış müqavilələrdə nəzərdə tutulmuş şərtlər əsasında müqavilə bağlamaq vəzifəsinin qoyulması haqqında qətnamə qəbul edilməsi, cavabdehlər “X1” MMC ilə cavabdeh1 barələrində qanunsuz olaraq müqavilə bağlamaq adı altında ona və qızlarına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kərpiç küçəsi, **/** saylı evi qəsdən sökdüklərinə və məhv etdiklərinə görə Azərbaycan Respublikası CM-nin 308-ci və 186.2.1-ci maddəsi ilə cinayət işinin başalanılması, qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmaları üçün xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X13 bildirmişdir ki, o, 5- 6 yaşlarında olarkən iddiaçı İddiaçı uşaqları ilə eyni həyətdə olmuşlar və məktəbə bir yerdə getmişlər. Həmin həyətdə İddiaçı anası, atası, uşaqları, cavabdeh1, yoldaşı və uşaqları yaşayırdı. İddiaçı 2 övladı olmuşdur. Qönçə və Fizzə. Onları tanıdığı müddətdə Həcər xanım, anası, atası və 2 qızı həmin həyətdə qalmışdır. Bundan başqa cavabdeh1, yoldaşı, 3 övladı- Nihad, Günay və Sabir həmin həyətdə qalmışlar. Daha sonra Imaməli bəyin yoldaşı Ziba xanım vəfat etmişdir. Həcər xanım və Imaməli bəyin bacıları Firəngiz, Mehparə xanım da var idi. Amma onlar həmin həyətdə qalmırdılar. Həcər xanımın 50 yaşdan yuxarı yaşı olar. Həcər xanım evləndikdən sonra bir müddət yoldaşı Əflatun ilə birlikdə başqa yerdə yaşayıb, maddi vəziyyətləri yaxşı olmadığından Həcər xanım ata evinə geri qayıtmışdır. Təxminən 1995-ci ildən bəri Həcər xanım artıq o həyətdə daimi yaşamışdır. Onda olan məlumata görə Həcər xanım bu zamanadək mütəmadi olaraq həmin həyətdə yaşayır. Əflatun bəy vəfat etdikdən sonra Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqları burada qalmışlar. Onlara Həcər xanımın anası və atası baxmışlar. O, 2009-cu ildə işlə əlaqədar olaraq Türkiyə Respublikasına getmişdir. Arada buraya gəlib-getmişdir. O, hər dəfə gələndə Həcər xanımın uşaqlarını həyətdə görmüşdür. Türkiyə Respublikasında 1 il yarım işlədikdən sonra geri qayıtmışdır. Həmin vaxt Həcər xanımın qızları orada yaşamışlar. Həcər xanımı da görmüşdür. Amma o daimi yaşamırdı. Türkiyə Respublikasına gedib-gəlirdi. Həmin həyətdə 1-ci mərtəbədə və 2-ci mərtəbədə ev var idi. İddiaçı həmin həyətdə evi var idi. Həyətə girdikdən sonra sağ tərəfə getdikdən 3 metr sonra solda pilləkən var idi. Həcər xanımın evi oradan başlayırdı. Ev mətbəx, zal və yataq otağından ibarət idi. Həmin evdə daha əvvəl Həcər xanımın anası və atası yaşayırdı. Qapı ilə üzbəüz pilləkən var idi, yuxarı qalxanda 2-ci mərtəbədə Imaməli bəyin evi var idi. Onun evi sadəcə ora idi. Ev 3 otaqdan ibarət idi. 2023-cü ilin oktyabr ayında tikinti şirkəti gəlib evi ölçməyə başladı. Onlara yeni inşa edilən binada ev verilmişdir. Onların həyətində də ancaq öz qohumları yaşayırdı. Nənəsi, babası, atası, əmisi və qardaşının evləri var idi. Onun istifadəsində olan atasına məxsus olan ev idi. Həyət onun nənəsinə məxsus olmuşdur. Atasına məxsus olan ev üçün onlara 2 mənzil verilmişdir. Atasına məxsus olan evdə 5 nəfər qeydiyyatdadır. 5 nəfərə də ayrılıqda ev verilməmişdir. Evləri sökülməmişdən öncə həmin həyətdə axırıncı dəfə Imaməli bəyi, övladlarını və Həcər xanımın qızı Qönçə xanım və övladını görmüşdür. Qönçə xanımı orada bir neçə dəfə görmüşdür. Mütəmadi şəkildə görməmişdir.
20. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş X28 bildirmişdir ki, o, 1988-ci ildə həmin ünvana gəlin köçmüşdür. Qayınanası vasitəsilə Həcər xanımın evinə gedibgəlmişlər. Onun pəncərəsi onların həyətinə baxmışdır. Həyətdə Həcər xanımın uşaqlarını da görmüşdür. Onun uşaqları da həmin həyətdə olmuşlar. Uşaqları böyüdükdən sonra eyni məktəbdə oxuyublar. Həcər xanım ilə yaxşı münasibətləri olmuşdur. Həcər xanımdan başqa həmin həyətdə onun qardaşı Imaməli bəy, yoldaşı və övladları da yaşamışdır. Həcər xanımın evi həyətə girdikdən sonra qapı ilə üzbəüz olmuşdur. Həcər xanımın 1988-ci ildə böyük qızı Fizzə, 1992-ci ildə 2-ci qızı Qönçə anadan olmuşdur. Onun qızı ilə Həcər xanımın 2-ci qızı eyni yaşayırdılar. Həcər xanım ailə qurduqdan sonra yoldaşının evinə getmişdir. Yoldaşı Əflatun bəylə bir neçə il orada yaşayıb, sonra ata evinə geri qayıtmışdır. Həcər xanımın kiçik qızı 2 yaşında olanda yoldaşı vəfat etmişdir. Həcər xanım həmin zaman o həyətdə yaşamışdır. Həcər xanım işləmək üçün Türkiyə Respublikasına getmiş, ancaq uşaqları burada qalmışdır. Onlara Həcər xanımın anası və atası baxmışdır. Həcər xanımın anası və atası vəfat etdikdən sonra uşaqlara Imaməli bəy baxmışdır. Həcər xanım Türkiyə Respublikasında olsa da tez-tez buraya gedib-gəlmişdir. Uşaqlar məktəbi bitirdikdən sonra Həcər xanım onları da Türkiyə Respublikasına aparmışdır. Amma yenə də sıx-sıx evinə gəlmişdir. Son zamanlar Həcər xanımın evində heç kim yaşamamışdır. Həyətdə Imaməli bəy və ailəsi yaşamışdır. Imaməli bəy həyətdə əlavə tikililər inşa etmişdir. Həcər xanımın evinin yanında 2 ədəd balaca otaq var olmuşdur. Həcər xanımın anası və atası orada qalmışlar. Çöl qapıdan girəndə üzbəüz sağ tərəfdə olan qapı Həcər xanımın evi olmuşdur. Onun yanında-küncdə 2 otaq olmuşdur, həmin otaqlar Həcər xanımın atasının və anasının olmuşdur. Bir az irəli getdikdən sonra pilləkən var olmuşdur. Pilləkəni qalxdıqdan sonra 2-ci mərtəbədə Imaməli bəyin evi var olmuşdur. Həcər xanım orada yaşamadığı müddətdə onun evindən kimin istifadə edib-etmədiyi barədə məlumatı yoxdur. Ilk öncə onların evi sökülmüşdür. Sökülən anda iddiaçının yaşadığı evdə yəqin ki, Imaməli bəy yaşamışdır. Onların evi söküləndə evdə oğlu, qızı, yoldaşı və o yaşamışlar. Onların əvvəlki evlərini ölçmüşlər, ona uyğun olaraq oğluna və yoldaşına yeni mənzil vermişlər.
21. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş X15 bildirmişdir ki, onlar 4 uşaq olmuşlar. 3 bacı və 1 qardaş. Hər biri o ünvanda anadan olmuş və böyümüşdür. Həcər də orada doğulmuşdur. Hal-hazırda Imaməliyə məxsus olan evdə əvvəl atası, anası və 4 övladı yaşamışdır. O, evləndikdən sonra həmin evdən köçmüşdür. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Atası bacısının evi olmadığına görə həmin həyətdə ona ev tikmişdir. Burada bir neçə il qaldıqdan sonra Həcər yoldaşı ilə birlikdə kirayə evə köçmüşlər. Həcərin yoldaşı vəfat etdikdən sonra yenidən həmin evə qayıtdılar. Daha sonra Həcər işləmək üçün Türkiyə Respublikasına getmişdir. Uşaqlar atası və anası ilə qalmışlar. Qardaşı həyətdə öz evində yaşamışdır. Imaməli ailəsi ilə birlikdə 2-ci mərtəbədə yaşamışdır. Həcər də onların evlərinin altında ev var idi, orada yaşamışdır. Uşaqlar böyüdükdən sonra Həcər onları da özü ilə birlikdə Türkiyə Respublikasına aparmışdır. Amma özü hər il Azərbaycan Respublikasına gəlmişdir. Anasının, atasının müalicəsinə kömək etmişdir. Həcərin evi ayrı idi. Bir böyük otağı 2 yerə bölmüşlər. Balaca mətbəxi var idi. Ev nə qədər kv.m sahəsi olduğunu bilmir. Həcər də ailə qurduqdan sonra bir müddət yoldaşının evində qalmışdır. Həcər 5-6 aydan sonra yoldaşı ilə birlikdə ata evinə qayıtmışdır. Uşaqları bu evdə olmuşdur. Bir müddət burada qaldıqdan sonra kirayə evə köçmüşlər. 1 il orada yaşadıqdan sonra yoldaşı vəfat etmiş, yenidən ata evinə qayıtmışdır. 2006-cı ilə qədər Həcərin uşaqları o evdə yaşamışdır. Həcər isə 2000-ci ilədək bu evdə yaşamışdır. Ev sökülən zaman Həcərə məxsus olan evdə qardaşı Imaməli yaşamışdır. Imaməlinin öz evində uşaqları yaşamışdır. Qardaşı 2ci dəfə ailə qurmuş və Həcərin evində yaşamağa başlamışdır. Həcərə məxsus olan ev atası və Həcərin yoldaşı Əflatun tərəfindən tikilmişdir. Imaməlinin evi 2-ci mərtəbədə yerləşmişdir. 1-ci mərtəbə zirzəmi kimi istifadə olunmuşdur. Atası və anası əvvəl 2-ci mərtəbədə Imaməli ilə yaşamışdır. Sonra Həcərin evi tikilmiş və o kirayə gedəndən sonra atası və anası Həcərin evində yaşamağa başlamışdır. Həcər Türkiyə Respublikasına getdikdən sonra isə Həcərin uşaqlarına baxırdılar. Həcərin başqa evi də olmuşdur. O, evdə yaşamamışdır. Kirayə vermişdir. Daha sonra pula ehtiyacı olduğu üçün həmin evi satmışdır. Həcərin evi böyük 1 otaq olmuşdur, pərdə ilə 2 otaq etmişdilər. Qabağında balaca bir mətbəx olmuşdur. Imaməlinin evi Həcərin evindən böyük idi. Imaməli aşağıda bir ev də tikmişdir. O ev ona məxsus olmuşdur. Bir dənə də balaca otaq olmuşdur, o ümumi istifadədə olmuşdur. Atası və anası vəfat etdikdə Həcər o evdə yaşamışdır. Həcər daima o evdə yaşamasa belə Türkiyə Respublikasından hər dəfə gələndə evin qaz, işıq pulunu özü ödəmişdir. Imaməli axırıncı 2 ildir ki, Həcərə məxsus evdə yaşamışdır. Həcər qardaşı olduğuna görə heç nə deyə bilməmişdir. Imaməlinin yaşadığı 2-ci mərtəbədə yerləşən evi atası tikmişdir.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər “X1” MMC-yə və cavabdeh1 qarşı “müqavilələrin qismən etibarsız hesab edilməsi və sair” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim - N.Abbasov).
23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə gedişatı zamanı verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mübahisələndirilən ünvan-ünvan * saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmiş, ümumiyyətlə İddiaçı və cavabdeh1 adlarına hazırda Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi mənzilə dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, “X1” MMC və cavabdeh cavabdeh1 arasında müqavilələr bağlanarkən cavabdeh1 ailəsi ilə birlikdə faktiki yaşadığı yaşayış sahəsinə aid edilməklə qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.
24. Məhkəmə daha sonra qeyd etmişdir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçıların bu iddianın qaldırmasına subyektiv hüquqları da mövcud olmamışdır.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar İddiaçı ##.##.2019-cu il tarixdən, X7 ##.##.2020-ci il tarixdən və X3 ##.##.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmişlər və onların daimi yaşayış yerləri həmin ölkədir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən ##.##.2021-ci il tarixdə satılmışdır.
26. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli ünvana dair hüquqmüəyynəedici sənədlərin olduğu halda belə iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacaq idi. Belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqlardır.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 tərəfindən elektron kabinetə yerləşdirilən ##.##.2024-cü il tarixli akta istinad etsə də, həmin aktda göstərilənlərin doğru və ya yalan olmasını aydınlaşdırmamışdır. Yəni həmin şəxslərin heç biri məhkəmə iclasına dəvət edilməmiş və şahid kimi izahatları alınmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin məhkəmədə dedikləri ilə cavabdehin məhkəməyə təqdim etdiyi aktda yazılanlar arasında olan uyğunsuzluq və ziddiyyət məhkəmə tərəfindən yoxlanılmamış, həmin hissəyə hüquqi qiymət verilməmiş və məhkəmə qəbul etdiyi qətnamə ilə bu hissədə səhv nəticəyə gəlmişdir. Həmin aktı imzalayan şəxslər iddiaçı İddiaçı və qızlarının həmin ünvanda ümumiyyətlə yaşamadıqlarını və qeydiyyatlarının formal xarakter daşıdığını, cavabdeh cavabdeh1 isə iddiaçıların həmin evdə yaşadıqlarını, sonradan işləmək üçün Türkiyəyə getdiyi bildirilir. Göründüyü kimi cavabdeh cavabdeh1 izahatında bildirdikləri ilə aktda yazılanlar bir birinin əksini deyir. Bunun özü həmin aktın heç hüquqi əsasının olmamasını sübut edir. Qətnamənin digər əsaslandırıcı hissəsində maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və sairə. Bildirir ki, əgər məhkəmə iddiaçıların mövcud iddia tələbi ilə iddia verməyə subyektiv hüquqlarının olmadığı nəticəsinə gəlmişsə, hansı səbəbdən iddia tələbinin təmin olunmaması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi MM-nin 337ci maddəsinə istinad etmişdir? Yəni iddiaçılar subyektiv hüquqa malik deyillərsə, iddia tələbinin əsaslarını təşkil edən müqavilələrin etibarsızlığını müzakirə etmədən və həmin hissəyə hüquqi qiymət vermədən, subyektiv hüquqa malik olmama əsası ilə iddia tələbini təmin olunmaması barədə qətnamə qəbul etməli və həmin qətnaməni ancaq həmin əsasla maddi və prosessual hüquq normaları ilə əsaslandırmalı idi. Baxmayaraq ki, əsaslandırma olmamış, iddiaçıların həmin tələblə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlmək üçün ancaq Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının iki cümləsi qətnamənin əsaslandırıcı hissəsinə köçürülmüşdür. Qətnamənin digər əsaslandırıcı hissəsindən də göründüyü kimi iddianın təmin olunmamasında əsas kimi iddiaçılar İddiaçı ##.##.2019-cu il tarixdən, X7 ##.##.2020-ci il tarixdən və X3 ##.##.2015-ci il tarixdən Türkiyə Respublikası vətəndaşları ilə nikaha girmələri və onların daimi yaşayış yerləri həmin ölkənin olması və İddiaçı ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş evi onun tərəfindən ##.##.2021-ci il tarixdə satması olmuşdur. Qətnamənin həmin hissəsi ilə bağlı bildirir ki, iddiaçıların Türkiyə vətəndaşları ilə nikaha girmələri həqiqətdir. Hər kəs istədiyi şəxslə qanunla müəyyən olunmuş qaydada nikaha girə bilər. Iddiaçıların daimi yaşayış yerlərinin həmin ölkə olması ilə bağlı məhkəmənin iddia tələbini rədd etməsi üçün gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçılar əsasən Türkiyədə yaşayırlar. Onlar daimi həmin ölkədə yaşamaq barədə hardasa öhdəlik götürməmişlər. Hətta iddiaçılar həmin ölkədə daima yaşasalar da belə, onların daimi başqa ölkədə yaşamaları hal-hazırda iddia etdikləri evdən onların istifadə hüquqlarından məhrum etmir. Yəni iddiaçıların həmin evdə doğulmaları, yaşamaları və doğulduqları andan yaramış sahiblik və istifadə hüquqları işə əlavə edilmiş bütün yazılı sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, İddiaçı Bakı şəhərinin başqa yerində evinin olması və ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş həmin evi onun tərəfindən ##.##.2021-ci il tarixdə satması iddiaçıların hazırkı iddia tələbinin rədd edilməsi və iddiaçıların belə bir iddia ilə iddia verməyə subyektiv hüquqlarının olmaması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, iddiaların xarici vətəndaşlarla evlənmələri, başqa ölkədə daimi yaşamaq üçün getmələri, orada yaşamaları, iddiaçıların mübahisə etdikləri evdən əlavə Bakı şəhərində başqa evlərinin olması və həmin evi satmaları onlara sahiblik və istifadə hüquqları olan hazırda mübahisə etdikləri evə dair iddia qaldırmaq və pozulmuş hüquqlarını müdafiə etmək hüquqlarından məhrum etmir. Iddiaçıların iddia tələblərinin həmin əsaslarla təmin edilməməsi məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maddi və ya prosessual hüquq normaları ilə əsaslandırılmamışdır. Qətnamənin digər əsaslandırıcı hissəsində iddia tələbinin təmin olunmaması əsaslarından biri kimi, mübahisəli ünvana dair hüquqmüəyyənedici sənədlərin olduğu halda belə, iddiaçıların sözügedən yaşayış sahəsinə olan istifadə hüquqlarına ehtiyaclarının aradan qalxdığı əsası (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) ilə (belə bir tələb olduğu halda) kompensasiya ödəmədən xitam verilməsi mümkün olacağını, belə ki, iddiaçılar mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə mübahisəli yaşayış sahəsinə dair hüquqlarını itirmiş olacaqları nəticəsinə gəlmişdir. Kollegiya üzvlərinin diqqətinə çatdırır ki, mübahisə etdiyi evin işıq sayğacı İddiaçı Ağasabir qızının mərhum atası Ağasabirin adınadır, evin qaz sayğacı isə cavabdeh1 adına olmuşdur. Evin tam olaraq cavabdeh1 olması və guya iddiaçıların həmin evə dair subyektiv hüquqlarının olmaması barədə gəlinmiş nəticə tam əsassızdır. Məhkəmə iclasında şahidlərin izahatları və işə əlavə etdiyi yazılı sübutlar iddia tələbinin əsaslı və qanuni olmasını mübahisəsiz sübut etdi. Həmin mübahisə etdiyi atadan qalma ev dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Yəni 1958-ci ildən əvvəl tikilmiş və ərazi üzrə MKIS-də qeydiyyatda olan özbaşına tikilidir. Iddiaçılar hətta sonradan Türkiyə vətəndaşlığını qəbul etsələr belə, onların doğulub böyüdükləri və istifadə hüquqları olan evə dair tələb irəli sürmək hüquqlarından məhrum etmir. Yəni xarici vətəndaşlığı alsalar belə onların həmin evdə olan sahiblik və istifadə hüquqları qalmış və qalmaqdadır. Qanunun tələbinə görə hər üç iddiaçını həmin evdəki hüquqlarından ancaq məhkəmə qətnaməsi ilə kompensasiya vermək yolu ilə məhrum etmək olar.
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – G.Axundova (məruzəçi), X.Sarıyev və F.Qasımov).
31. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı İddiaçı mübahisə predmeti olan evdə istifadə hüququ yaransa da, daha sonra həmin hüquq itirilmişdir. Iddiaçı bildirir ki, 1958-ci ildən 1998ci ilədək mübahisə predmeti olan evdə yaşamışdır. Daha sonra Türkiyə Respublikasına köçmüş və orada işləmişdir. 2005-ci ildə isə Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmişdir. Bundan əlavə, iddiaçı İddiaçı Bakı şəhərində mülkiyyətində evi olmuşdur. ##.##.2012-ci il tarixdən ünvan 1 ünvanda mülkiyyətində olmuş ev onun tərəfindən ##.##.2021-ci il tarixdə satılmışdır.
32. Məhkəmə kollegiyası iddiaçının atasına məxsus evi vərəsəlik qaydasında qəbul etməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan * saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
33. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının atası 2008-ci ildə vəfat etmişdir. Həmin dövrdə iddiaçı artıq Türkiyə Respublikasında yaşayırdı. Mirasın qəbulu ilə bağlı müraciət də olunmamışdır. Deməli, iddiaçı hər hansı mirası da qəbul etməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1151.1, 1243.1, 1243.2 və 1243.3-cü, ## ####### 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 384.0.1-ci maddələrinə istinadən əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən özbaşına tikintilər olan evlərin hamısında cavabdeh X18 fiziki cəhətdən eyni vaxtda yaşaya bilməz və sahiblik edə bilməz. Həmçinin, hazırkı mülki işin Nəsimi rayon Məhkəməsində icraatı zamanı məhkəmə iclasında cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə iddiaçı İddiaçı adına kommunal qəbz olmadığını və Nəsimi rayon MKTB-dən onlara qeyd olunan ünvanda cavabdeh1 və onun ailə üzvləri yaşadığını bildirildiyini iddia edir. Lakin Nəsimi Rayon MKTB ** saylı MKIS-nin *** saylı ##.##.2023-cü il tarixli arayışından aydın olur ki, İddiaçı qeyd olunan ünvanda yerləşən ev üzrə məişət tullantıları haqqını ödəyir. MKTB ** saylı MKIS-nin *** saylı ##.##.2023-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən evin sahibi İddiaçıdır. Göründüyü kimi, cavabdeh “X1” MMC aidiyyəti Nəsimi Rayon MKTB ** saylı MKIS-dən qeyd olunan ünvanda yerləşən evlərin qanuni sahiblərini müəmmalı şəkildə araşdırmamışdır. Beləliklə, iddiaçı İddiaçı evinin cavabdeh cavabdeh1 qanunsuz sahibliyində olmasından sui-istifadə edən cavabdehlər cavabdeh1 və “X1” MMC aralarında ##.##.2024-cü il tarixli 02/107, 02/114, 02/115, **/*** nömrəli müqavilələr bağlamışlar. Belə olan halda cavabdehlər cavabdeh1 və “X1” MMC öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirmiş olur, bu halları isə qanunvericilik, o cümlədən Mülki Məcəllənin 16.1-ci, 560.2-ci və 560.3.2-ci maddələri qadağan edir. Bakı Apellyasiya Məhkəməsi isə yuxarıda sadalanan xüsusatları pərdələməklə, Mülki Məcəllənin 16.1-ci, 560.2-ci və 560.3.2-ci maddələrini pozmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında tikilmiş evlər özbaşına tikintilərdir, ikincisi, cavabdeh cavabdeh1 həmin evlərin icarədarı deyil, üçüncüsü iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında icarə müqaviləsi bağlanmamış və onların arasında icarə münasibətləri olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli qətnamənin əsaslandırıcı hissəsinin 36-cı bəndində ## ####### 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsi 87-ci maddəsinə düzgün istinad edilməmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər – Z.Əliyev (məruzəsi), V.Baxışova və Z.Babayev).
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC dövlət reyestrində qeydə alınmamış mübahisəli tikililərin sökülməsi üçün digər cavabdeh cavabdeh1 ilə dörd müqavilə bağlamış, əvəzində ona yeni inşa olunacaq binada müvafiq sahələr verməyi öhdəsinə götürmüşdür. Deməli, iddiaçının mübahisə etdiyi müqavilələr əsasında söküntüsünə sərəncam verilmiş yaşayış sahələri üzərində onların sahibinin əmlak hüququnun olması şübhə doğurmur. Belə olan halda, iddiaçının özünə məxsus olduğunu bildirdiyi tikili(lər) üzrə müvafiq araşdırmanın aparılması, bu araşdırma nəticəsində hansısa evə münasibətdə iddiaçının dedikləri öz təsdiqini tapdığı təqdirdə həmin tikili üzərindəki əmlak hüququna sərəncam verilməsi barədə müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanması və bunun hüquqi nəticələrinə dair maddi hüquq normaları nəzərdən keçirilməklə iddia həm də bu əsaslarla yoxlanılmalıdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi iddianın əsaslı olub-olmamasını qeyd edilən kontekstdə yoxlamamış, bu istiqamətdə ümumiyyətlə araşdırma aparmamış, iddiaçının dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.
39. Kassasiya məhkəməsi həmçinin bildirmişdir ki, iddia tələblərinin tam və ya qismən əsaslı olub-olmaması iddianın obyekti olan bütün tikililərə və müqavilələrə münasibətdə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən yoxlanılmalı olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
40. Kollegiya onu da qeyd etmişdir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Odur ki, “cavabdehin üzərinə müqavilə bağlamaq vəzifəsinin qoyulması” tələbinə həmin normanın şərtləri əsasında hüquqi qiymət verilməli idi.
41. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəlləsinin 324, 337, 354, 358, 389. 390-cı, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili X16 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, İddiaçı ailə başçısıdır, müqavilə bağlanmalı olduğu halda ailə başçısı kimi onunla bağlanmalıdır. Mübahisəli ünvanda İddiaçı birinci nikahdan mərhum əri Əflatun Orucov tərəfindən ev tikilmişdir. Bu evin digər evlərə aidiyyəti yoxdur. Bu evin tikilmsinə xərclənən vəsait tam olaraq Əflatun Orucova məxsus olmuşdur. Bunu birinci instansiya məhkəməsində iştirak edən şahidlər də təsdiq etmişlər. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, İddiaçı, Fizzə Orucova və Qönçə Orucova həmin ünvanda yaşamışlar. Bu sadəcə onların atası tərəfindən tikilən evdir. Bundan başqa digər evlər də onların istifadəsində olmuşdur. Mübahisəli ünvanda kiçik-kiçik həyət evləri olmuşdur. Ali Məhkəmə bu evə yönəlik birmənalı mövqeyi ortaya qoymuşdur ki, bu ev iddiaçılara məxsusdur. Eyni zamanda orada olan digər evlər də iddiaçı İddiaçı atası tərəfindən tikilmiş evlərdir. Bu evlər demək olar ki, İddiaçı və onun ailəsinin istifadəsində olmuşdur. Cavabdeh Imaməli ilə ümumi olaraq 293 kv.m-lik yaşayış sahəsinin verilməsi barədə müqavilələr bağlanmışdır. Bundan başqa cavabdehə kompensasiya da verilmişdir, hər ay 500 manat kirayə haqqı verilmişdir. Ləğv olunan müqavilə 5-ci blok *** saylı mənzillə əlaqədar idi, lakin Qurban Qafarovla bağlanan müqavilə baş plana görə * saylı binanın “E” bloku ilə bağlı idi. Qurban Qafarovla bağlanan müqavilə baş palana əsasən başqa yaşayış binasında idi. Ləğv olunan müqavilə xaricində digər 3 müqaviləyə əsasən ## ##### 2024-cü ildən mənzillər təhvil verilənədək ayda 500 manat olmaqla cavabdeh cavabdeh1 ödənilir. Cavabdeh şirkət bildirir ki, guya 72 kv.m əslində bir dəfə 72 kv.m olur, daha sonra ikinci 72 kv.m səhvən olmuşdur. Toplananda 244 kv. sahə olur. Orada daha sonra Imaməli tərəfindən artırmalar olmuşdur, onlar bunu inkar etmirlər. 22 kv.m sahəyə görə 293 kv.m sahə verilmişdir. Həcər xanımın istifadəsində olan sahə təqribi 98 kv.m-dir. Bunun müqabilində də Həcər xanıma verilən sahə 117 kv.m sahə verilməlidir. Həmin sahənin 60 kv.m-i təmirli, 58 kv.m sahə isə təmirsiz olaraq verilməlidir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş materialları tam araşdırılmamışdır. Qarşı tərəf iddia edir ki, ləğv olunan müqavilənin əvəzində Qurban Qafarovla müqavilə iki ay əvvəl bağlanmışdır. Qarşı tərəf mübahisəli evə dair qeydiyyat məsələsini araşdırmamışdır.
43. Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin şahidləri bildirir ki, guya onlar həmin evdə yaşamamışlar, onları həmin evdə görməyiblər. Lakin onların uşaqlığı həmin həyətdə keçmiş, orada böyümüşlər.
44. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəf orada heç nə tikməmişdir. Mübahisəli ev tikilməmişdir. Həmin ev təmir olunmuşdur. O evlər MKIS-in evləri idi. Sadəcə Cabir adlı şəxs, hansı ki, onların qonşusu idi, evi o təmir etmişdir. Cabirə ev veriləndən sonra oradan çıxıb getmişlər və onlardan evin halallığını aldılar. Evin alğı-satqısına dair rəsmi sənədləşmə olmamışdır. Atası iddiaçıya orada yaşamağa icazə vermişdir. O evi atası almışdır. Evi alandan sonra atası o evi yaşamaq üçün iddiaçıya vermişdir. Evlər MKIS-in balansında olmamışdır. Iddiaçı və onun iki uşağı 1994cü ildə həmin ünvana gəlmişlər, daha sonra bacısı Türkiyəyə işləməyə getdi. Uşaqlar onun yanında qalırdı. Qönçə əvvəlcə mikrorayonda yaşayırdı və oradakı məktəbə gedirdilər. Daha sonra isə uşaqlar *** nömrəli məktəbdə oxuyublar, uşaqlar bir yerdə məktəbə gedib-gəlirdilər. Orucov Əflatun təqribi 1-2 il həmin ünvanda yaşamışdır. Daha sonra mikrorayonda kirayədə yaşamışlar. Əflatun Orucov orada rəhmətə getmişdir. Əflatun Orucov orada heç nə tikməmişdir. Uşaqlar 2008-ci ilə qədər orada yaşamışlar.
45. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə ailə həyatı qurandan sonra yoldaşının evinə köçmüşdür. Iddiaçı iddia edir ki, orada ev tikmişdir, lakin orada heç bir ev tikilməmişdir. Ilk əvvəl iddiaçı özünü İddiaçı kimi təqdim etmişdir, daha sonra müəyyən olunmuşdur ki, Türkiyə Respublikasının vətəndaşıdır. O, 2005ci ildə ikinci dəfə ailə həyatı qurmuş və Türkiyədə yaşamışdır. İddiaçı qızları da Türkiyədə yaşayır. Onların həmin evə heç bir bağlılığı yoxdur. Bundan başqa iş materiallarına əlavə edilmiş fotoşəkillərlə bağlı bildirir ki, həmin şəkillər birinci instansiya məhkəməsində təqdim edilməmişdir, ona görə də sübutlar siyahısından çıxarılmalıdır. Istənilən bir şəkilin qoyulması evin ona məxsus olmasını təsdiq etmir. Şahid ifadələri ilə bağlı bildirir ki, məhkəmə onların şahidlərini dindirməmişdir. Bununla bağlı məhkəməyə akt tərtib olunaraq verilmişdir. Onların şahidləri həmin aktda olan şəxslərdir. Iddiaçının şahid qismində təqdim etdiyi şəxslərdən biri qohumu, digəri isə qonşusu olmuşdur. Iddiaçı iki dəfə ailə həyatı qurub getmişdir. Belə olan halda iddiaçının həmin evə hansı iddiası ola bilər. Iddiaçı həmin evdə daimi yaşasa idi, onlar qəbul edərdilər. Iddiaçılar evə gəlib-gediblər lakin yaşamayıblar. Iddiaçının qızları da Türkiyədə yaşayır. İddiaçı Türkiyəyə gedən zaman qızlarını da özü ilə aparmışdır. Qızlar müəyyən bir müddət üçün *** nömrəli məktəbdə oxumuşdur, daha sonra isə Türkiyəyə getmişlər. Iddiaçı ailə üzvüdür, həmin evə gedib-gəlmişdir. Fotoşəkillər həmin vaxt çəkilmiş ola bilər. Iddiaçının mərhum yoldaşının orada hansısa ev tikməsi, əlavələrin etməsi barədə Ali Məhkəmənin mövqeyi ilə razı deyil. Iddiaçının yoldaşı rəhmətə gedəndən sonra iddiaçı o evə qayıtmamışdır.
46. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X1” MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırkı işdə mövqeyi ondan ibarətdir ki, Imaməlinin faktiki yaşadığı onlara məlum idi. Əvvəl 4 ev idi, daha sonra isə bir müqavilə ləğv olundu, hazırda qüvvədə olan 3 müqavilələri vardır. Onlar faktiki olaraq iddiaçı Həcər xanımın orada yaşamasını bilməmişlər. Onlar faktiki sahəyə baxmışlar və ona uyğun ev vermişlər. Onlar artıqlaması ilə ev vermişlər. 4-cü müqavilənin nə səbəbə ləğv olunması ilə bağlı bildirir ki, müqavilə tərəflərinin qarşılıqlı razılığı ilə ləğv olunmuşdur. Şirkət rəhbərliyi müqaviləni ləğv edən zaman Ali Məhkəmənin qərarından məlumatlı olmamışdır. Onların bütövlükdə sahəyə münasibətdə evlər vermişlər. Onlar 4 müqavilə bağladığı üçün ümumi sahəsini hissələrə bölərək müqavilə tərtib etmişlər. Şirkətə verilmiş sorğularla bağlı bildirir ki, tərəfindən müqavilələr elektron kabinet vasitəsilə əlavə edilmişdir. 47 kv.m sahə ilə bağlı müqaviləni ləğv etmişlər. Onlar 63 kv.m sahə ilə bağlı bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul etdiyi halda etirazı yoxdur. 3 müqavilədən hər hansı biri etibarsız hesab olunduğu halda onların buna etirazı olmayacaqdır. Cavabdeh Imaməli evi sataraq faydalanmışdır. Evi Imaməli müəllim satmış, onlar isə rəsmiləşdirmişlər. MTK olaraq bildirir ki, məhkəmə hər-hansı müqavilənin etibarsızlığını qət etsə, onlar müqavilə bağlamağa hazırdırlar. Binanın tikintisi artıq başa çatmışdır.
47. Məhkəmə kollegiyasının iclasında şahid X8 bildirmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Imaməli müəllim ilə 1990-cı ildən qapı qonşudurlar. O, həmin yaşadığı ünvana gəlin köçmüşdür. Ora gələn zaman rəhmətlik anaları, ataları, Imaməli və ailəsi orada yaşayırdı. Ora köçən zaman Həcər xanım ailəli idi. Daha sonra yoldaşı rəhmətə getdi. Həmin vaxt onun iki uşağı var idi. Bilir ki, Həcər xanım Türkiyəyə qayıtdı. Həcərin yoldaşı rəhmətə gedəndən sonra oraya nə zaman gəldiyini bilmir. O, Həcər xanımın orada mütəmadi yaşamasını görməmişdir. Böyük qızı Fizzə qaldı, Qönçəni isə böyük bacısı Firəngiz saxlayırdı. Daha sonra Qönçə dayısıgilə gəldi. O vaxtı dayısının arvadı var idi və xəstə idi. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdə onun qızının da şəkli vardır. Aktda Xədicə xanımın qeydiyyatının formal xarakter daşıması ilə bağlı qeyd edilmiş ifadə ilə bağlı bildirmişdir ki, “qanunsuz” olaraq orada yaşamışdır. Akt kimin tərtib etdiyini bilmir.
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən – “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilənin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia - “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilə”yə aid hissədə qismən təmin edilməklə, “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilə etibarsız hesab edilmişdir (hakimlər – C.Musayeva (məruzəçi), F.Abdıyev və F.Babayev).
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kərpic küçəsi, ev 47/49 ünvanında yerləşən həyətdə iddiaçıya məxsus ayrıca yaşayış sahəsi mövcud olmuşdur. Bu nəticə iddiaçının izahatları, şahid ifadələri, MKIS-in arayışları, tikililərin plan göstəriciləri, məktəbə dair sənədlər və digər sübutlarla qarşılıqlı şəkildə təsdiq edilir. Iddiaçının həmin yaşayış sahəsindən uzun müddət və fasiləsiz şəkildə faktiki istifadə etdiyi, bu istifadənin ailə üzvlərinin orada yaşaması, uşaqların həmin ərazidə yerləşən məktəbdə təhsil alması ilə müəyyən edilmişdir. Iddiaçının müəyyən dövrlərdə Türkiyə Respublikasında olması, habelə həmin ölkənin vətəndaşı ilə ailə qurması və vətəndaşlıq alması faktiki sahibliyin və yaşayışının (hüquqi əlaqənin) kəsilməsi kimi qiymətləndirilə bilməz.
50. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi dövlət reyestrində qeydiyyata alınmamış olsa belə, iqtisadi dəyərə malik əmlak olmuşdur və tikinti şirkəti tərəfindən söküntü müqabilində kompensasiya predmetinə çevrilmişdir. Bu hal həmin tikili üzərində sahibinin ən azı əmlak hüququnun mövcudluğunu qəbul etməyə əsas verir. Bu baxımdan, cavabdehlər arasında bağlanmış müqavilələrlə iddiaçıya aid olmuş yaşayış sahəsinin hüquqi müqəddəratına təsir göstərilmiş, bu təsir iddiaçının razılığı və iştirakı olmadan həyata keçirilmişdir ki, bu da iddiaçıya məxsus yaşayış sahəsi üzərində səlahiyyətsiz şəxs tərəfindən sərəncam verilməsi ehtimalının yarandığını göstərir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilənin predmetini təşkil edən və sökülməsi üçün cavabdeh MMC-yə təhvil verilməsi nəzərdə tutulan tikili sahə ölçüləri baxımından iddiaçının sahibliyində olmuş yaşayış sahəsinə ən uyğun gələn sahədir (49 kv.m). Göstərilənlər cavabdehlər arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilənin etibarsızlığını şərtləndirən əsaslı hüquqi hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən cavabdehlər arasında bağlanmış məhz bu müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız hesab edilməsi labüd hesab edilməlidir.
52. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337, 358, 390-cı, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. Iddiaçı İddiaçı Əli Sabir qızı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin qismən – iddiaçı İddiaçı (X5) apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər “X1” MMC-yə və cavabdeh cavabdeh1 qarşı iddiasının təmin edilməyən hissəsinin də tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi cavabdehlər arasında bağlanmış ##.##.2024-cü il tarixli 02/107, 02/115 və **/*** nömrəli müqavilələri qismən etibarsız hesab etməməklə Mülki Məcəllənin 16.1, 560.2 və 560.3.2-ci maddələrini pozmuşdur.
55. Bakı Apellyasiya Məhkəməsi cavabdehlər arasında bağlanmış ##.##.2024-cü il tarixli */*** saylı, ##.##.2024-cü il tarixli **/*** saylı və ##.##.2024-cü il tarixli */*** saylı digər 3 müqaviləni qismən etibarsız hesab etməməklə, AR Mülki Məcəlləsinin 157.8-ci və 158.4-cü maddələrinin, “xxxx” MMC-nin şikayəti üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il Qərarının tələblərini pozmuşdur.
56. Cavabdeh “X1” MMC tərəfindən işgüzar adət tətbiq olunmamış, Bakı Apellyasiya Məhkəməsi isə cavabdehlər arasında bağlanmış ##.##.2024-cü il tarixli № */*** saylı, ##.##.2024-cü il tarixli № **/*** saylı və ##.##.2024-cü il tarixli № */*** saylı 3 müqaviləni qanuni hesab etməklə bu xüsusatı pərdələmiş və bununla da Mülki Məcəlləsinin 10-cu maddəsini pozmuşdur.
57. Bakı Apellyasiya Məhkəməsi isə “mülkiyyət” anlayışına iki otaq və mətbəxdən ibarət daxili perimetr üzrə 48,9 kv.m-lik sahə olmaqla məhdud yanaşmış, bununla da yalnız iddiaçı H.Əiyevaya məxsus Orucovlar ailəsinin istifadəsində olmuş 98,02 kv.m-lik tikililərdən 49,12 kv.m-lik köməkçi sahələri (hamam, ayaqyolu, zirzəmidəki otaqlar və s.), eləcə də 98,02 kv.mlik tikililərdən başqa iddiaçı İddiaçı atası X2 tərəfindən tikilmiş iddiaçı H.Əiyevaya və cavabdeh cavabdeh1 ümumi istifadəsində və sahibliyində olmuş digər tikililəri də nəzərə almamış, sadalanan tikililər üzərində iddiaçı İddiaçı mülkiyyət hüququna dair qanuni gözləntiləri həyata keçirməsinin qarşısını almış və AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsini və 29-cu maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur.
58. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin 103-cü bəndinin mənasına görə hazırkı işdə iddianın tam təmin edilməsini şərtləndirən digər halların - zirzəminin də ümumi istifadədə olan sahə kimi qəbul edilməsi, atası tərəfindən inşa edilmiş tikililərə də istifadə hüququnun yaranması və s. - mövcudluğu aşkar edilməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi, Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qərarının əsaslandırıcı hissəsinin 102-ci bəndini qismən – iddiaçı İddiaçı iddiasının təmin edilmədiyi hissədə pozaraq bu hissədə 102-ci bənddə şərh edilən göstərişlərə əməl etməmişdir.
59. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi qismən – “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilənin qismən etibarsız hesab edilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən - “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilə”yə aid hissədə təmin edilməklə, “X1” MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli **/*** nömrəli müqavilənin etibarsız hesab edilsin” hissəsində ləğv edilərək, mülki işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
60. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şahidlər Elnur Ibrahimli, Gülnarə Ibrahimovanın iddiaçı İddiaçı Ağasabir qızının kürəkəni və qudası olduğunu araşdırmamış maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə maddi hüquq normalarını pozmuş, mülki işin materiallarında olan bütün kommunal ödənişlərin və sayğacların ona məxsus olmasına dair sübutları araşdırmamışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı əri öldükdən sonra Türkiyə Respublikasına köçməsini və qısa vaxtdan sonra, yəni 1996-cı il tarixdən Türkiyə Respublikasının vətəndaşı statusunu almaqla, orada daimi qeydiyyat yerini müəyyən etmişdir. Iddiaçı özü bu barədə birinci instansiya məhkəməsində vətəndaşlığına dair bütün sənədləri təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu sənədləri tədqiq etməməklə və onlara hüquqi qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur. Iş materiallarına əlavə olunan fotoşəkillərin isə həqiqi olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə həmin sübutları araşdırmalı və işin hansı halı üçün bu sübutların keçərli, gərəkli olmasını əsaslandırmalı olduğu halda bunu etməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
62. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
63. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
64. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
65. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
66. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından
67. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
68. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
69. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
70. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
71. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
81. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qərar qəbul edilərkən, Mülki Məcəllənin 420-ci maddəsinə uyğun olaraq, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş əvvəlki qərarındakı hüquqi mövqelər nəzərə alınmışdır. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
84. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, bu zaman Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlər nəzərə alınmışdır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
85. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
86. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.