Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-826/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:prosessual müddət Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Ucar Rayon Məhkəməsinin ##.##.2025-ci il tаrixli, 2(063)- ***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: X.Bədəlov).
3. Cavabdeh cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə аpellyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Hüseynov – məruzəçi, Zülfüqar Sadıqov, Əyyub Kərimov).
5. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh3 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (hakimlər: E.Hüseynov – məruzəçi, Taleh Musayev, Əyyub Kərimov).
7. Məhkəmə kollegiyası mövqeyini Mülki Prosessual Məcəllənin 130.1, 405.0.1-ci maddələrinə istinad etməklə belə əsaslandırmışdır ki, mübahisələndirilən qətnаmə cavabdeh cavabdeh3 Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə ##.##.2025-ci il tarixdə, saat 10:01-də yerləşdirilmişdir (iş vərəqi 187). Bununla da qətnamə həmin tarixdə cavabdeh cavabdeh3 rəsmi qaydada verilmişdir. Cavabdeh cavabdeh3 qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix ##.##.2026-cı il tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 10 gün ötürüldükdən sоnrа, yəni ##.##.2026-cı il tarixdə tarixində Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmişdir.
8. Bundan sonra, cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığı üçün geri qaytarılmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkil: Vəkil) ##.##.2026-cı il tarixdə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məlum qətnaməsindən kassasiya şikayəti verilməsi üçün son gün # ###### 2026-cı il tarixi olsa da, onun şikayət vermək üçün maddi imkanı olmamış, bu səbəbdən həmin tarixdə dövlət hesabına vəkillə təmin edilməsi üçün vəsatətlə məhkəməyə müraciət etmişdir. Həmin vəsatətə baxılması isə 10 gün sonraya – 19 fevral tarixinə təyin edilmiş, vəsatət isə təmin edilməmişdir. Bu səbəbdən, o, qohumlarımdan borc alaraq vəkillə müqavilə bağlamış və kassasiya şikayəti vermişdir. Beləliklə, müddət ötürülməmişdir. Əgər apellyasiya instansiya məhkəməsi ##.##.2026-cı il tarixdə vəsatəti təmin etsəydi onda kassasiya şikayəti verilməsi üçün müddət keçməmiş olacaqdı. Deməli həmin qərardadın çıxarıldığı gün də tərəfindən kassasiya şikayəti verildiyindən kassasiya şikayəti verilməsi müddət ötürülməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh cavabdeh3 kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür (§ 7).
25. Eyni zamanda kassatorun özü də şikayətində dolayısı ilə gecikməyə yol verdiyini bildirmişdir (§ 11).
26. Kassasiya şikayətində göstərilənlər müddətin ötürülməmiş hesab edilməsinə əsas vermir.
27. Prosessual müddət keçdikdən sonra verilən kassasiya şikayətinin geri qaytarılması prosessual qanunvericiliyə uyğun olmuşdur.
28. MPM-in 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
29. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.