Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-83/2026 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatı və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(1-8)-83/2026 (Açar sözlər: “pul”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Borc müqaviləsi; Öhdəliklərin icra edilməməsi; Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatı və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-4588/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında 39 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2015 nömrəli reyestr kitabının 186235 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 150 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 3055 nömrəli arayışın surətinə əsasən, İddiaçı Alməmməd oğlu ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 39 nömrəli mənzildə ailəsi ilə birgə yaşayır. 3. xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətinə əsasən, ‘‘Finca Azərbaycan” X18 Bank Kredit Təşkilatı ilə İddiaçı arasında 29 dekabr 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzili "Finca Azərbaycan” MMQBKT-nın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti tərəflərin razılığı ilə 43.000 manat məbləğində müəyyən edilmişdir. 4. "Finca Azərbaycan” X18-Bank Kredit Təşkilatı ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********0394 nömrəli kredit müqaviləsi müqaviləsinin surətinə əsasən, X4 illik faiz dərəcəsi 21 faiz olmaqla 36 ay müddətinə 51.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 5. xx.xx.2014-cü il tarixli **********0***-******* nömrəli və **********0***-******* nömrəli zaminlik müqavilələrinin surətinə əsasən, X8 və İddiaçı ilə "Finca Azərbaycan” X18 Bank Kredit Təşkilatı arasında zaminlik müqavilələri bağlanmışdır. Borcalan bank qarşısında öz öhdəliklərinin icrasını lazımi səviyyədə təmin etmədikdə bank zamində n verilmiş kreditin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
6. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdehlər X1, X5 və İddiaçı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "Finca Azerbaijan” X18-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "FİNCA Azerbaijan” X18 Bank Kredit Təşkilatına olan borcunun əvəzi ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)-52/2018 saylı icra sənədinə əsasən, cavabdehlər X1, X5 və İddiaçı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32.477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "Finca Azerbaijan” X18-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 2 1,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "FİNCA Azerbaijan” X18 Bank Kredit Təşkilatına olan borcunun əvəzi ödənilməlidir.
8. Qaradağ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, icra məmuru Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)52/2018 nömrəli icra vərəqəsi üzrə icraata başlamışdır. 9. xx.xx.2018-ci il tarixli bildirişə əsasən, icra şöbəsi tərəfindən borcluya icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi barədə müraciət ünvanlanmışdır. 10. "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən Qaradağ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Kamal Əliyevə ün vanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanında 39 nömrəli mənzil 62.000 manat məbləğində qiymətləndirilmişdir. 11. xx.xx.2019-cu il tarixli 29/07 nömrəli hərracın yekunları barədə protokolun surətinə və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən, ünvan 1 ünvanında 39 nömrəli mənzil 39.525 manata "Finca Azerbaijan” X18-Bank Kredit Təşkilatına satılmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında 39 nömrəli mənzil xüsusi mülkiyyət kimi "Finca Azerbaijan” X18-Bank Kredit Təşkilatının adın a qeydiyyata alınmışdır.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)2351/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı (X8, X6 və "Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMM mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 529/2023 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-2351/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-1791/2023 nömrəli qərarı ilə iddiaçı "Finca Azerbaijan” MMM QBKT-nin cavabdeh Qaradağ Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: İddiaçı və digərləri) "qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10721/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarından üçüncü şəxslər X17, X13, X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10721/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarının yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1089/2023 nömrəli qərardadı ilə iddiaçı "Finca Azərbaycan” X12 X3 cavabdehlər X7, X8, X9 qarşı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "Finca Azərbaycan” X18-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "Finca Azərbaycan” X18-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 2(026)-52/2018 nömrəli qərardadından cavabdeh X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Qobustan Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(026)-52/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsnini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1929/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)529/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-791/2024 nömrəli qərarı ilə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-496/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 19. ünvan 1 ünvanında 39 nömrə li mənzildə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətinə əsasən, İddiaçı qeyd olunan mənzili boşaldaraq "Finca Azerbaijan” X18Bank Kredit Təşkilatının nümayəndəsi X19 təhvil verilmiş və tələbkarın nümqayəndəsi mənzili qəbul etmişdir. 20. "Finca Azerbaijan” X18-Bank Kredit Təşkilatı məhkəməyə xx.xx.2024-cü il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, ‘‘Finca Azerbaijan” MMQBKT- nın ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış əsasında mülkiyyətində olan, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsi ev 24, mənzil 39-da yerləşən mənzil Qaradağ rayon İcra və Probasiya şöbəsi tərəfindən boşaldılaraq təşkilata təhvil verildikdən sonra xx.xx.2024-cü il tarixdə satılaraq özgəninkiləşdirilmişdir. Hazırda həmin mənzil təşkilatın mülkiyyətində deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
21. İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatı və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 X18-Bank Kredit Təşkilatından və X1 maddi zərər üçün 80 000 (səksən min manat), mənəvi zərər üçün 5 000 (beş min manat), 350 manat dövlət rüsumu və 120 manat hüquqi xidmət xərcinin əvəzinin birgə qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X18-Bank Kredit Təşkilatı ilə ċavabdehlər X6, X8 və İddiaçı kredit müqaviləsi üzrə 32.477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb "xxxx" X18-Bank Kredit Təşkilat ına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin evin boşaldılması və açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "xxxx" X18-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X6, X8 və İddiaçı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32.477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqı alınıb Cavabdeh1 X18-Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı ol araq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin boşaldılması, həmin evin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın Cavabdeh1 X18-Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi və X6, X8 və İddiaçı 50 manat ekspertiza xərci alınıb Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunaraq tələb İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilmiş, hə min ev açıq hərracda satılaraq Cavabdeh1 X18-Bank Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 X18-Bank Kredit Təşkilatı ilə cavabdeh X6 arasında xx.xx.2014-cü ildə Kredit müqaviləsi bağlanmış, o, Cavabdeh1-dan 51.000 USD kredit götürmüşdür. X2 bu öhdəliyinə X8 xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi zamin durmuş, o cümlədən İddiaçı isə xx.xx.2014-cü il tarixində Cavabdeh1 ilə bağladığı İpoteka müqaviləsi ilə mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən mənzili ipoteka qoymuşdur. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən iddiaçı, ailəsi ilə birlikdə yaşadığı mənzilini itirmiş, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, Cavabdeh1, onunla İpoteka Müqaviləsi bağlanırkən iddiaçıya kifayət qədər hüquqlarını izah etməmiş, mənzili itirmə risklərini ona izah etməmiş göstərməmiş, qanunvericiliyi pozmuş və bunun da nəticəsində iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Cavabdeh X6 isə, Kredit Müqaviləsi üzrə öz öhdəliyini icra etməmiş, müqaviləni və qanunu pozmuş və nəticədə iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, o, ailəsi ilə birlikdə yaşadığı hal-hazırda bazar dəyəri 80.000 manat olan Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzil itirmişdir, həmin mənzil digər Cavabdeh1-in mülkiyyətinə keçib. Hesab edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzili itir məsi səbəbi ilə məruz qaldığı maddi zərərdən dolayı cavabdehlər birgə qaydada məsuliyyət daşıyırlar. Hal-hazırda həmin mənzilin real bazar dəyəri 80.000 manatdır. İddiaçı həmin 80.000 manat pulu cavabdehlərdən birgə qaydada tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bundan başqa iddiaçıya cavabdehlərin qanunsuz hərəkətləri səbəbi ilə həm də mənəvi zərər dəymişdir. Belə ki, o, ailəsi ilə birlikdə yaşadığı mənzilini itirmiş, mənəvi olaraq sarsılmış, iztirab keçirmiş, bundan dolayı xəstəlik tapdığı üçün mənəvi zərərə məruz qalmışdr. Ona görə də iddiaçı, cavabdehlərdən vurduğu mənəvi zərər üçün 5.000 manat kompensasiya tələb edir və bu barədə də məhkəmə qətnaməsinin qəbul olunmasını xahiş edir.
23. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit T əşkilatı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ilə müraciət edərək bildirmişdir ki, təşkilatla cavabdehlər X6, İddiaçı və X8 arasında kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmışdır. Sözügedən kredit müqaviləsi üzrə borclular öz üzərlərinə düşən öhdəlikləri kredit müqaviləsi ilə razılaşdırılmış qaydada icra etmədiyindən, təşkilat tərəfindən Qobustan Rayon Məhkəməsinə müraciət olunmuş, müraciətləri nəticəsində işə baxılaraq cavabdehlərdən 32.477,62 ABŞ dolları məbləğində əsas borcun və 60 manat ödənilmiş dövlət rüsumu və xidmət haqqının tutularaq təşkilatın xeyrinə ödənilməsi, həmçinin, tutmanın borcun təminatı olan mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. X6 və Pulatov X10 Rayon Məhkəməsinin 2(026)-52/2018 saylı, xx.xx.2018-ci il tarixli q ətnaməsindən Apellyasiya məhkəməsinə və Ali məhkəməyə şikayət vermiş, lakin Apellyasiya və Ali Məhkəmədə şikayətləri təmin olunmadan, Qobustan Rayon Məhkəməsinin 2(026)-52/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan açıq şəkildə görünür ki, İddiaçı iddia ilə irəli sürdüyü tələbin heç bir hüquqi əsası yoxdur və bu səbəblə də təmin olunmamalıdır.
24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-3674/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Musayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 39525 manat, mənəvi zərərə 1000 manat, ödənilmiş dövlət rüsumuna görə 211,58 manat və 120 manat hüquqi xidmət xərcinin əvəzinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin i ddiaçıya aid edilməsi qət edilmişdir.
25. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, borcalan X2 kreditor "Finca Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatı qarşısında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası məqsədilə hazırki iş üzrə iddiaçı və digər şəxs X8 zamin olmuşlar və həmçinin hazırki iş üzrə iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən 39 saylı mənzil kreditor qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında yaranmış kredit müqaviləsi üzrə mübahisəni həll etmiş Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X6, X8 və İddiaçı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb ‘‘Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ünvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi və X6, X8 və İddiaçı 50 manat ekspertiza xərci alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
26. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən icra mərhələsində keçirilmiş xx.xx.2019-cu il tarixli hərrac nəticəsində ipoteka predmeti olan mənzil ipoteka saxlayan tələbkar tərəfindən əldə edilmişdir.
27. Tərəflər arasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin həcminin 32477,62 ABŞ dolları təşkil etməsi nəzərə alınmaqla mübahisəli mənzilin 39525 manat məbləğində tələbkar tərəfindən əldə edilməsi borcun ödənilməsinə yönəldilmişdir. Hazırda məhkəmə bu qənaətə gəlir ki, İddiaçı zamin və ipoteka qoyan kimi kredit müqaviləsi üzrə əsas borclu hesab olunan X2 bank qarşısında öhdəliyini iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlak hesabına təmin etdiyindən öhdəliyin təmin edilmiş hissəsinə uyğun, yəni 39525 manat məbləğində pul məhz əsas kredit müqaviləsi üzrə borclu X1 tutularaq iddiaçıya ödənilməlidir.
28. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdə liyin icrasına zamin olmuş hazırki iş üzrə iddiaçının həmçinin mənzilinin ipoteka ilə yüklü edilməsi nəticəsində məhkəmə qətnaməsi ilə tutulmalı ümumi məbləğə münasibətdə yalnız iddiaçıya məxsus mənzilin açıq hərracdan satışı nəticəsində dəyəri həcmində tələb ödənilmişdir. Digər borclular tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı addım atılmamışdır. Məhkəmə qətnaməsinə əsasən pulun tutulması qət edilmiş şəxslərdən yalnız hazırki iş üzrə iddiaçının əmlakı hesabına ödənişin bir qismi icra edilmişdir.
29. Belə olan halda iddiaçının tələbi ümumi borc məbləğini ödənilmiş hissəsi həddində əsaslı hesab edilməlidir.
30. Lakin məhkəmə qeyd edib ki, iddiaçının cavabdeh "Finca Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti Qeyri-Bank Kredit Təşkilatına qarşı tələbi əsassızdır və təmin edilə bil məz.
31. Həmçinin iddiaçının mənzilindən məhrum olmaqla ona mənəvi zərər dəyməsi də nəzərə alınmalıdır.
32. Belə ki, şəxs zaminlik və ipoteka müqavilələri imzalamaqla özünün mülki öhdəliklərinə məsuliyyəti üzərinə götürsə də, bunlar məhz cavabdehə olan etibardan irəli gələn hal olmuşdur. Nəticədə məhz əsas borclunun üzərində götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi iddiaçının böyük itki ilə üzləşməsinə, yaşayış sahəsini itirməsi ilə nəticələnmişdir. İddiaçının bu halı məhkəmə müstəvisində mübahisələndirməsi isə onun üçün müsbət nəticələnməmişdir.
33. Buna görə də cavabdeh X1 iddiaçıya vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul, habelə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddianın əsaslı hesab edilməklə təmin edilən hissəsinə uyğun məbləğdə hesablanaraq cavabd ehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
34. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 431.1, 431.2, 431.3, 475.1, 475.2, 500.1, 500.2, 509.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1. 9.3, 14.2, 88, 82.3, 119.1, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
35. Qətnamədən narazı cavabdeh X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(006)-3674/2024 saylı qətnaməsinin qismən - ondan 39525 manat pulun və mənəvi zərərə görə 1000 manat pulun tutulmasına dair hissələrdə ləğv edilməsi, pul tələbinə dair hissədə iddianın qismən təmin edilərək, ondan 19525 manat pulun iddiaçının xeyrinə tutulması və iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1000 manat məbləğində pulun iddiaçıya dəymiş mənəvi zərərə görə tutulması tamamilə əsassız olmuşdur. Belə ki, məhk əmə bu zaman mövqeyini yalnız Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarına istinad etməklə belə əsaslandırmışdır ki, “İddiaçı mənzilindən məhrum olmaqla ona mənəvi zərər dəyməsi də nəzərə alınmalıdır. Belə ki, şəxs zaminlik və ipoteka müqavilələri imzalamaqla özünün mülki öhdəliklərinə məsuliyyəti üzərinə götürsə də, bunlar məhz cavabdehə olan etibardan irəli gələn hal olmuşdur. Nəticədə məhz əsas borclunun üzərində götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi iddiaçının böyük itki ilə üzləşməsinə, yaşayış sahəsini itirməsi ilə nəticələnmişdir. İddiaçının bu halı məhkəmə müstəvisində mübahisələndirməsi isə onun üçün müsbət nəticələnməmişdir. Buna görə də cavabdeh X1 iddiaçıya vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır”. Məhkəmə bu z aman nəzərə almamışdır ki, İddiaçı mənim kredit borcuna görə zamin kimi çıxış edərkən və öz əmlakını ipotekaya qoyarkən gələcəkdə onun tərəfindən öhdəliyin icra edilməsinin qeyri-mümkün ola biləcəyi ehtimalını bilmiş olmalı idi. Lakin məhkəmə mənəvi zərərə dair hissədə iddia tələbini qiymətləndirərkən hər hansı halı araşdırmamış, yalnız ona etibar etməklə İddiaçı zaminlik və ipoteka müqavilələrini bağladığını qeyd edib sonradan əmlakını itirməklə mənəvi zərərə uğradığını bildirmişdir. Belə olan halda etibara əsaslanıb başqasının kredit öhdəliyinin təminatı üçün hər hansı ipoteka müqaviləsi bağladıqda və gələcəkdə həmin kredit öhdəliyi icra edilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldildikdə hər bir halda ipoteka predmetinin mülkiyyətçisinə mənəvi zərər dəymiş sayılmalıdır. Bu isə mü lki qanunvericiliyin xarakterinə uyğun deyil. Çünki nə qədər etibar edib bağlasa da, İddiaçı öz azad iradəsi əsasında həmin müqavilələri bağlamış, müqavilənin məzmununa uyğun olaraq onun mənfi nəticələrindən xəbərdar olmuşdur, məhkəmə konstitusion hüququ olan məhkəmə müdafiəsi təminatıdan istifadə etməyinə şərait yaratmamış, məhkəmə prosesində dinlənilmək hüququnu pozularaq iştirakı təmin edilmədən barəsində ağır mənfi nəticələrə səbəb olan məhkəmə qətnaməsi qəbul edilmişdir. Lakin hazırda mübahisələndirilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(006)-3674/2024 saylı qətnaməsi qanuni və əsaslı olmamış, o, işin halları hərtərəfli araşdırılmadan çıxarılmış, eyni zamanda, mənəvi zərərə dair hissədə iddia tələbi qismən təmin edilərkən tamamilə formal mülahizələ r əsasında əsaslandırma aparılmağa çalışılmışdır. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sözügedən normanın tələbləri pozulmuşdur. Belə ki, məhkəmə hazırkı mübahisəyə onu çağırıb dinləmədən baxmış, onun məhkəmə iclaslarında iştirakını təmin etməyərək çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə mənim məhkəmə iclaslarında iştirak etməyərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə ki, 2023-cü ildə Cavabdeh1 X18-Bank Kredit Təşkilatının nümayəndəsi onu çağırıb 20000 manat ödəməklə krediti bağlamağını bildirmişdir. Həmin vaxt İddiaçı da orada olmuş və bildirmişdir ki, ona 20000 manat versin, bununla da məsələ öz həllini tapsın, 20000 manatı ödədikdən sonra onun daha ona qarşı hər hansı şikayət və ya tələbi olmay acaqdır. Bunun səhəri gün İddiaçı həyat yoldaşı və qardaşı Cəlil Pulatov ilə birgə onun evinə gəlmiş, bu zaman yanında qardaşı Yaşar və Qobustan rayonunda tanınmış şeyx Nüsrətin oğlu Eldəniz olmuş, qardaşı Yaşar orada kreditinə görə 20000 manat pulu sayıb İddiaçı vermişdir. Hətta bu hadisədən 3 ay sonra digər qardaşı rəhmətə gedərkən Tofiq də gəlib həmin 20000 manat pula dair halallıq almışdır. Göründüyü kimi, əslində iddiaçıya 39525 manat deyil, cəmi 19525 manat borcu qalmışdır. Lakin məhkəmə MPM-in 14.1 -ci maddəsinin tələbini pozaraq işin hərtərəfli araşdırılmasını təmin etməmişdir.
37. İddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş, iddia tələbinin əsaslı olduğunu, iddiaçının cavabehin borcuna görə 80000 manat dəyərində əmlakını itirdiyini, əmlakın 39525 man at dəyərində qiymətləndirilərək satıldığını, bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslı olduğunu qeyd etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
38. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınmın xx.xx.2025-cü il tarixli 2(103)-4588/2025 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən və məruzəçi), A.N.İmanov, M.A.Məmmədov) cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(006)-3674/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün qənaətə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edil ə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etməmişdir.
40. Belə ki, Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(026)-52/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X6, X8 və İddiaçı 13 yanvar 2014-cü il tarixli **********0394 saylı kredit müqaviləsi üzrə 32477,62 ABŞ dolları əsas borc və 60 manat dövlət rüsumu və xidmət haqqının alınıb ‘‘Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatına ödənilməsi, tutmanın borcun təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən İddiaçı mülkiyyətində olan ev 24, mənzil 39 ü nvanda yerləşən, ümumi sahəsi 60,1 kv.m, yaşayış sahəsi 38,3 kv.m, yardımçı sahəsi 21,8 kv.m olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin ev boşaldılması, həmin ev açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən borcalanın "Finca Azerbaijan” X18 Bank Kredit Təşkilatına olan borcunun əvəzinin ödənilməsi və X6, X8 və İddiaçı 50 manat ekspertiza xərci alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən icra mərhələsində keçirilmiş xx.xx.2019-cu il tarixli hərrac nəticəsində ipoteka predmeti olan mənzil ipoteka saxlayan tələbkar tərəfindən əldə edilmişdir. Tərəflər arasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyin həcminin 32477,62 ABŞ dolları təşkil etməsi nəzərə alınmaqla mübahisəli mənzilin 39525 manat m əbləğində tələbkar tərəfindən əldə edilməsi borcun ödənilməsinə yönəldilmişdir. Hazırda məhkəmə bu qənaətə gəlir ki, İddiaçı zamin və ipoteka qoyan kimi kredit müqaviləsi üzrə əsas borclu hesab olunan X2 bank qarşısında öhdəliyini iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş əmlak hesabına təmin etdiyindən öhdəliyin təmin edilmiş hissəsinə uyğun, yəni 39525 manat məbləğində pul məhz əsas kredit müqaviləsi üzrə borclu X1 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasına zamin olmuş hazırki iş üzrə iddiaçının həmçinin mənzilinin ipoteka ilə yüklü edilməsi nəticəsində məhkəmə qətnaməsi ilə tutulmalı ümumi məbləğə münasibətdə yalnız iddiaçıya məxsus mənzilin açıq hərracdan satışı nəticəsində dəyəri həcmində tələb ödənilmişdir.
41. Apellyasiya şikayətinin 20000 manat ödənilməsi barədə dəlillərini iddiaçı tərəf etiraf etməmiş və cavabdeh X6 buna dair mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilməlidir ki, pul dövriyyəsinin təsdiq edilməsi üçün müvafiq olaraq yazılı təkzibedilməz sübutlar təqdim edilməlidir ki, belə sübutlar təqdim edilməmişdir. Belə ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Kollegiya qeyd etmişdir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1, 21.2, 385.1, 386.1, 431.1, 431.2, 431.3, 475.1, 475.2, 1097.1, 1114.1-c maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.1, 77.1, 81, 82.1, 82.3 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri:
44. Cavabdeh (onun vəkili Vəkil) kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2025-ci il tarixli, 2(103)4588/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edilmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırkı mübahisəyə onu çağırıb dinləmədən baxmış, onun məhkəmə iclaslarında iştirakını təmin etməyərək çəkişmə prinsipinin tələblərini pozmuşdur. Bu səbəbdən də öz sübutlarını birinci inst ansiya məhkəməsində aparılan icraat zamanı təqdim edə bilməmişdir. Apellyasiya şikayətində də bu məsələyə dair öz münasibətlərini qeyd etsələr də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bununla bağlı dəlilinə də hər hansı münasibət bildirməmiş, onun hüquqlarını pozan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla hüquqlarının pozulmasına davam etmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 372.2-ci maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından da müəyyən edildiyi kimi, birinci instansiya məhkəməsi onu ümumiyyətlə birinci instansiya məhkəməsində aparılan icraat barədə məlumatlandırmadığından onun iddiaçının tələbinə qarşı etirazlarını və həmin etirazları təsdiq edən sübutları (şahid ifadələri və videodisk) təqdim ed ə bilməmişdir. Həmin sübutları apelyasiya məhkəməsinin iclasında təqdim etmək istəsə də və onun həmin sübutları birinci instansiya məhkəməsində ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyini əsaslandırsa da, onları nəzərə almamışdır.
47. Hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2025-ci il tarixli, 2(103)-4588/2025 saylı qətnaməsi qanuni və əsaslı olmamış, işin halları hərtərəfli araşdırılmadan çıxarılmış, apellyasiya şikayətinin təmin edilməməsinin səbəbləri göstərilməmiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən işdə olan və təqdim edilən sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edil məmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi öz vəzifəsini yerinə yetirməmiş, qətnaməsini ümumiyyətlə əsaslandırmamış, sadəcə işin hallarını sadalamaqla hər hansı əsaslandırma aparmadan apellyasiya şikayətinin təmin edilməməli olduğunu qeyd etmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin 12-ci səhifəsində qeyd etmişdir ki, “Apellyasiya şikayətinin 20000 manat ödənilməsi barədə dəlillərini iddiaçı tərəf etiraf etməmiş və cavabdeh X6 buna dair mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilməlidir ki, pul dövriyyəsinin təsdiq edilməsi üçün müvafiq olaraq yazılı təkzibedilməz sübutlar təqdim edilməlidir”. Göründüyü kimi, apellyasiya məhkəməsi MPM-in 81-ci maddəsinin məzmununu səhv şərh edərək hazırkı mübahisəyə düzgün olmayan şəkildə tətbiq etmiş, bununla da məhkəmə praktikasına zidd olan yanaşma sərgiləmişdir. Lakin apellyasiya məhkəməsi iddiaçıya 20000 manat məbləğində pulun qaytarılmasının yazılı sübutla təsdiq edilməsinə dair mövqeyini əsaslandırarkən hazırkı mübahisəyə tətbiq edilməli olmayan MPM-in 81-ci maddəsini yanlış olaraq tətbiq etmişdir. Nəzərə alınmalıdır ki, onun həmin məbləğin iddiaçıya qaytarılması ilə bağlı sübutları şahid ifadələrindən və iddiaçının səs yazısının da olduğu diskdən ibarət olsa da, apellyasiya məhkəməsi əsassız yerə onun sübutlarını təqdim etməsinə şərait yaratmamışdır.
49. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə qətnamənin “Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan hissəsində apellyasiya şikayətində mübahisələndirilən məsələyə hər hansı münasibət bildirməmiş, ümumiyyətlə, mənəvi zərərlə bağlı məsələyə toxunmamışdır.
50. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3, 14.1, 81,217.2, 372.1, 372.2, 372.6 və 392.2-ci maddələrinə istinad edilmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənil məsi nəzərdə tutulmasın.
53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
57. Maddə 431.2. Kreditor üçüncü şəxsin tə klif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
58. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
59. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
60. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
61. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əs asən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
65. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməs i iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırkı mübahisəyə onu çağırıb dinləmədən baxıldığı, onun məhkəmə iclaslarında iştirakını təmin etməyərək çəkişmə prinsipinin tələblərini pozduğu, bu səbəbdən də öz sübutları nı birinci instansiya məhkəməsində aparılan icraat zamanı təqdim edə bilmədiyi, apellyasiya şikayətində də bu məsələyə dair öz münasibətlərini qeyd etsələr də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bununla bağlı dəlilinə də hər hansı münasibət bildirməmiş, onun hüquqlarını pozan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla hüquqlarının pozulmasına davam etdiyi, şahid ifadələrindən və iddiaçının səs yazısının da olduğu diskdən ibarət sübutlarının təqdim edilməsinə şərait yaratmadığı barədə dəlilləri ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, cavabdehin nümayəndəsinin şahidlərin dindirilməsi barədə şifahi vəsatəti məhkəmə tərəfindən müzakirə edilərək təmin edilməmiş, videodisk barədə isə ümumiyyətlə vəsatət olmamışdır.Həmçinin iş materialları ( mülki iş İ cild, iş v. 44, 82, 103, 223-dəki poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələr) ilə təsdiq edilir ki, birinci instansiya məhkəməsindəki məhkəmə iclasları barədə Cavabdeh2 məlumatlandırılmışdır.
76. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mənəvi zərərlə bağlı məsələyə toxunmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün qənaətə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etməmişdir. Göstərilən mövqedən məlum olmuşdur ki, apelyasiya məhkəməsi mənəvi zərərlə əlaqədar apelyasiya şikayətinin dəlili ilə razılaşmamış, bu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
77. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlilə hazırkı icraat çərçivəsində hüquqi qiymət verilə bilməz.Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin pul dövriyyəsinin təsdiq edilməsi üçün müvafiq olaraq yazılı təkzibedilməz sübutlar təqdim edilməlidir mövqeyi baxımından MPM-in 81-ci maddəsinin məzmununu səhv şərh edərək hazırkı mübahisəyə düzgün olmayan şəkildə tətbiq etdiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsinin pul dövriyyəsinin təsdiq edilməsi üçün müvafiq olaraq yazılı təkzibedilməz sübutlar təqdim edilməli olması barədə mövqeyi yanlışdır.Ümumiyyətlə pul dövriyyəsi maddi və prosessual hüquq normalarının tələbi nəzərə alınmaqla digər sübut növləri ilə də təsdiq edilə bilər.Lakin apelyasiya instansiya məhkəməsinin göstərilən səhv mövqeyi düzgün olmayan qətnamənijn çıxarılması ilə nəticələnməmişdir.
79. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin 20000 manat ödənilməsi barədə dəlillərini iddiaçı tərəf etiraf etməmiş və cavabdeh X6 buna dair mötəbər sübutlar təqdim etməmişdir.
80. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qətnaməni n ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Həmzəliyev Qədı̇ r Bayramşah oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4588/2025 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.