Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-835/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (* saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: order, xidməti yaşayış sahəsi, əmək müqaviləsinə xitam verilmiş şəxslərin yataqxanaya hüquqları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (* saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. И-İ saylı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X6 ##.##.1995 – ##.##.1998-ci il tarixi aralığında Bakı Komvol Kombinatında Əyirici sexində, əyirici vəzifəsində işləmişdir.
2. Bakı-Komvol Kombinatının ** nömrəli, ##.##.1995-ci il tarixli orderinin surətinə əsasən, F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın **A nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində işləyən əyrici İddiaçı verilmişdir.
3. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin ##.##.2024-cü il tarixli qəbzinə əsasən, İddiaçı F.Xoyski küçəsi ev 128, mənzil 20A üzrə 35 manat kommunal xidmət haqqı ödəmişdir.
4. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin ##.##.2024-cü il tarixli arayışına əsasən, İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi *** saylı evin **A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 128, **A nömrəli mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yeni tikiləcək binada yerləşən faktiki sahəsinə əlavə edilməklə təqribi 30-35 kv.m ölçüdə tam təmirli 1 otaqlı mənzilin ona təhvil verilməsi və sökülməsi nəzərdə tutulan mənzillə bağlı cavabdehə təhvil verildiyi gündən başlayaraq, yeni mənzilin təhvil verildiyi günədək iddiaçıya hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsinə dair müqavilənin bağlanılması öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 182, **A saylı mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yerləşən faktiki sahəsinə əlavə edilməklə təxminən 30-35 kv metr ölçüdə təmirli, 1 otaqlı mənzilin verilməsi barədə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və yeni mənzilin təhvil verildiyi günədək hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 128-də yerləşən yataqxanada olan **A nömrəli mənzil Bakı Komvol Kombinatı tərəfindən verilmiş ##.##.1995ci il tarixli, ** nömrəli orderlə ona məxsusdur. Sözügedən mənzil Bakı Komvol Kombinatında Əyrici sexində əyrici vəzifəsində işlədiyi zaman ona iş yeri tərəfindən yaşaması üçün verilmişdir və eyni zamanda həmin ünvanda pasport qeydiyyatındadır və illərdir həmin mənzilin kommunal xərcləri onun tərəfindən ödənilməkdədir. Hazırda ona məxsus mənzilin də yerləşdiyi həmin binanın yaşayışa yararsız və qəzalı vəziyyətdə olması səbəbindən cavabdeh "xxxx" MMC tərəfindən binanın sökülməsi və yerində müasir tələblərə cavab verən bina tikilməsi planlaşdırılmaqdadır. Belə ki, Bakı şəhər Icra hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş ##.##.2024-cü il tarixli sərəncama əsasən, ünvan 1 5B küçəsi ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178.ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Hazırda cavabdeh şirkət tərəfindən yuxarıda göstərilən sərəncamın icrası məqsədilə sözügedən ünvanlarda yerləşən bina sakinləri(mülkiyyətçilər) ilə müvafiq müqavilələr bağlanılmışdır. Müqavilələrin şərtlərinə görə mənzil mülkiyyətçiləri onlara məxsus olan yaşayış sahələrini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh də əvəzində həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasında razılaşdırılmış mərtəbədə və razılaşdırılmış sahəyə malik olan mənzili təhvil verməyi öhdəsinə götürmüşlər. Bundan başqa, müqavilə şərtlərinə görə cavabdeh şirkət binanın tikintisi başa çatıb, yeni mənzillər təhvil verilənədək müvəqqəti yaşayışı təmin etmək məqsədilə hər ay müvafiq məbləğdə kirayə haqqını müqavilə bağlayan mülkiyyətçilərə ödəməyi öhdəsinə götürmüşdür. O da digər bina sakinləri kimi müqavilə bağlanması üçün dəfələrlə cavabdeh şirkətə müraciət etsə də, cavabdeh şirkət mənzilin sahəsinin kiçik (9 kv.m) olmasını səbəb göstərərək müqavilə bağlamaqdan yayınmışdır. Bildirilir ki, guya ona verilmiş yaşayış sahəsi müstəqil mənzil sayılmır, bu səbəbdən bu yaşayış sahəsinin müqabilində ona mənzil verilməsi nəzərdə tutulmur. Mənzil uzun müddətdir ki, məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyi üçün mənzildən istifadə edə bilmir, cavabdeh şirkət bunu da bəhanə edərək bildirmişdir ki, mənzili həmin ailəyə güzəştə getməlidir və mənzilin müqabilində həmin ailəyə Bakı kəndlərinin birində şirkət tərəfindən torpaq sahəsi veriləcəkdir. Belə olan halda, sözügedən mənzilə hüquq sahibi olaraq o öz hüququndan məhrum edilir, lakin həmin mənzilə dair heç bir hüququ olmayan ailəyə mənzilin əvəzində torpaq sahəsinin verilməsi nə dərəcədə ədalətlidir?! Hazırda o, sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədinin (order) olmasına və qanunla gözlənilən mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən razılığa olmadan ona məxsus mənzilin söküntüsünə başlanılmasından və mənzilə dair hüquqlarını itirəcəyindən ehtiyat edir. Belə ki, cavabdeh şirkət tərəfindən sözügedən binanın söküntüsünə hazırlıq məqsədilə binanın yerləşdiyi ərazidə müvafiq işlər görülməkdədir. Mənzilə dair müvafiq hüququ olan şəxs kimi ona münasibətdə də cavabdeh tərəfindən bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürülməli, bərabərlik prinsipinin və bərabər mənafelərinin pozulmaması üçün səy göstərilməlidir.
8. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X1 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı **A saylı mənzildə 1993-cü ildən etibarən Füzuli rayonundan məcburi köçkün olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məskunlaşdığı müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, onlar ** saylı mənzilin 13 kv .m sahəsi ilə bağlı müqavilə bağlamışlar və onun əvəzinə 35 kv.m sahəli mənzil vermişlər. Onun çıxarışı vardır. ** saylı mənzilin qalıq hissəsi 6 kv metrdir. Həmin 6 kv.metr sahədə isə məcburi köçkün yaşayıb. Onunla bağlı akt da təqdim etmişlər Məcburi köçkün Dövlət Komitəsi tərəfindən köçürülmüşdür. Onlar həmin hissə ilə bağlı müqavilə bağlamamışdır. Həmin binada ümumiyyətlə bir otağa görə çox orderlər verilib. O demək deyil ki, orderlərin hamısı qanunidir. Hazırkı iş üzrə də iddiaçının orderi saxtadır. Iddiaçı ilə eyni vaxtda başqa şəxslərə də verilmiş orderlərə baxdıqda iddiaçının orderinin saxta olması görünür.
10. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi bildirmişdir ki, mənzil order əsasında İddiaçı 1995-ci ildə verilib. Sadəcə həmin binada məcburi köçkünlər yaşadığından iddiaçı özünə məxsus mənzildə yaşaya bilməmişdir. Sonradan da MTK binanı sökərək yerində bina tikməyə başladı. Məcburi köçkünlər də köçürüldü. Şirkət məcburi köçkünlərlə müqavilə bağlamamışdır. Yataqxana orderlərində ümumiyyətlə sahə yazılmır. Əvvəllər orderlər müvəqqəti verilirdi. Lakin 1995-ci ildən sonrakı orderlər müvəqqəti deyil. Yataqxanada 17-18 kv metrdən az sahəli otaq yoxdur. Ən çox isə 18-20 kv.m sahəli otaqlar var idi.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin olunmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. Iddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 45, 51, 60, 87, 105, 106, 107, 108-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X1 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı ilə balansa verilmişdir. Halhazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla * saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı **A saylı mənzildə 1993-cü ildən Füzuli rayonu məcburi köçkünu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məskunlaşmışdır. ##.##.2024-cü il tarixli aktdan görünür ki, Sərəncamın icrası ilə bağlı, 128-ci binanın köməkçi sahəsi olan **A saylı mənzil kimi qeyd olunmuş, 6 kv.m sahəsi olan mənzildə məskunlaşmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 (Fizuli) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin ##.##.2024-cü il tarixli arayışından İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi *** saylı evin **A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur. Göründüyü kimi, İddiaçı Tofik qızına F.Xoyski küçəsi ev 128, mənzil **A nömrəli mənzilin оnа verilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfin bu mənzilə görə verilmiş orderin də saxta olmasına dair dəlilləri öz təsdiqini tapmamış, məhkəmə də bu orderin hüquqi qüvvəsini onun saxtalığı ilə deyil, digər hallarla əsaslandırmışdır. Belə ki, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Qeyd edək ki, əvvəla məhkəmə bu qənaəti ilə iddiaçının adına olan orderin mövcudluğunu qəbul edir, lakin yuxarıda sadalanan əsaslara görə hazırda adına verilmiş order öz hüquqi əhəmiyyətini itirməsini qeyd edir. Bu fakt orderin saxtalığını qətiyyən təsdiq etmir, əksinə onun Bakı-Komvol Kombinatının HIKin12.04.95-ci il tarixli protokolundan çıxarışa əsasən qanuni əsaslarla verilməsini təsdiq edir. Bununla da Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Idarəsi ASC-nin natamam arxiv sənədlərinin 1998-ci ilə dair əmr kitablarında və əyirici sexinin 1995-1996-cı illərə dair əmək haqqı cədvəllərində Bağırova (Fərhadova) Qalibə Tofiq qızı barəsində heç bir məlumat olmamasına dair Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ikincisi də məhkəmənin iddiaçının əmək münasibətlərində olan dövrdə mənzilin yaşamaq üçün verildiyindən və onun öz xahişi ilə əmək münasibətlərinə xitam verilməsinə istinad etməsi də düzgün deyildir. Belə ki, məhkəmənin özünün də qeyd etdiyi kimi mənzil 2 bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Çıxarış alan şəxs də vaxtilə Bakı-Komvol Kombinatındа işləmiş və ona da order verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, mənzil 2 hissəyə bölünərkən təxminən 18 kv.m hissədə məcburi köçkünlər yaşadığı üçün təxminən 13 kv.metr hissəsinə dair ** nömrəli mənzil ##.##.2024-cü il tarixindən X8 çıxarış almışdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X7 da izahatında göstərilənlərə diqqət yetirməmişdir. Belə ki, o, bildirmişdir ki, mənzil order əsasında İddiaçı 1995-ci ildə verilib. Sadəcə həmin binada məcburi köçkünlər yaşadığından iddiaçı özünə məxsus mənzildə yaşaya bilməyib. Sonradan da MTK binanı sökərək yerində yeni bina tikməyə başladı. Məcburi köçkünlər də köçürüldü. Şirkət məcburi köçkünlərlə müqavilə bağlamayıb. Yataqxana orderlərində ümumiyyətlə sahə yazılmır. Yataqxanada 17-18 kv metrdən azsahəli otaq yoxdur. Ən çox isə 18-20 kv. metr sahəli otaqlar var idi. Həmçinin məhkəmə keçən bu uzun müddət ərzində iddiaçının mənzilində yaşayan məcburi köçkünlərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməməsini qeyd edərkən nəzərə almamışdır ki, 2020-ci ilə qədər məcburi köçkünlərlə bağlı iddialar torpaqlarımız işğalda olduğu üçün təmin edilmişdir. Buna görə də bu iddianı qaldıra bilmirdilər. Bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görülə bilmirdi. Bundan əlavə, məhkəmənin binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəməsinə dair qənaəti də səhvdir. Belə ki, iddiaçının məcburi köçkünləri oradan çıxarandan sonra əgər bina sökülməsə idi ondan təyinatı üzrə istifadə etmək niyyəti olmuşdur. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməməsinə dair məhkəmənin nəticəsi kökündən səhvdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Isgəndərov (sədrlik edən və məruzəçi), S.Səlimova və A.Imanov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni nəticə etibarilə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
18. Hazırkı iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. ## ####### 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107- ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır.
19. Qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi).
20. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmiş, həmin əmək kitabçasına əsasən o, 1995-1998-ci illərdə Bakı Komvol Kombinatında əyrici işləmiş, 1998-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. ## ##### 1995-ci ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən ** saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. Işin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, mənzil 2 hissəyə bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Hazırda həmin mənzil * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, eyni mənzildə uzun müddət ərzində başqa şəxslər, həmin mənzilin bir hissəsində isə məcburi köçkünlər yaşamışdır. Lakin, keçən bu uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. Iddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir.
22. Apellyasiya baxışı zamanı iddiaçının həqiqətən də 1995-1998-ci illərdə Bakı Komvol Kombinatında əyirici sexində, əyirici vəzifəsində işləyib-işləmədiyini aydınlaşdırmaq məqsədilə ondan əmək kitabçasının əslini məhkəməyə təqdim etməsi tələb olunmuş, lakin o, əmək kitabçasının əslini təqdim edə bilməmişdir.
23. Bundan sonra onun əvvəllər və hazırda işlədiyi tibb müəssisələrinə nə vaxtdan həkim kimi çalışması ilə bağlı müvafiq sorğular göndərildi və Azərbaycan Respublikası “xxxx” X2 “X4” X2 ##.##.2025-ci il tarixli, **-*-*/*-****/**** saylı cavab məktubundan aydın oldu ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı ##.##.1995-ci ildən hal-hazıradək “X4” X2 Doğum şöbəsində (KTM) həkim mama-ginekoloq vəzifəsində işləyir.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mənzili tələb etmək üçün subyektiv hüquqa malik olmaması barədə qənaəti əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı həmin müəssisədə çalışmış olsaydı və mənzil ona məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verilmiş olsaydı belə, iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan da iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. Iddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir.
26. Məhkəmə kollegiyası mövqeyini ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45, 51, 60, 87, 105, 106, 107, 108-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 78.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ciiltarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 45, 51, 60, 87, 105, 106, 107, 108-ci, MPM-in 76, 77, 88, 104, 106.1, 217.3 və 218.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası maddi hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, yalnız cavabdehin iddiaya olan etirazını əsaslandırdığı, lakin faktiki olaraq təsdiqini tapmayan hallara və cavabdeh tərəfin izahatlarına istinad etmiş, cavabdehin dəlillərinin real və faktiki vəziyyətə uyğun olmamasına iddiaçı tərəfindən təqdim edilmiş dəlil və izahatları üzrə arqumentlərinin əsasında hüquqi qiymət verməmiş və ya vermək istəməmiş, bu da sonunda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir.
29. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə almamışdır.
30. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İ-* saylı, ******* nömrəli əmək kitabçasına əsasən X6 ##.##.1995 – ##.##.1998-ciil tarixi aralığında Bakı Komvol Kombinatında əyirici sexində, əyirici vəzifəsində işləmişdir. Bakı-Komvol Kombinatının ** nömrəli, ##.##.1995-ci il tarixli orderindən görünür ki, F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın 20 A nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün əyrici sexində işləyən əyrici İddiaçı verilmişdir. Orderin verilməsi üçün əsas HIK-in 12.04.95-ci il tarixli protokolundan çıxarış olmuşdur.
31. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünmüşdür ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X1 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1999-cu il tarixli, *** saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı 20 A saylı mənzildə 1993-cü ildən Füzuli rayonu məcburi köçkünü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məskunlaşmışdır.
32. ##.##.2024-cü il tarixli aktdan görünür ki, Sərəncamın icrası ilə bağlı, 128-ci binanın köməkçi sahəsi olan **A saylı mənzil kimi qeyd olunmuş, 6 kv.m sahəsi olan mənzildə məskunlaşmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 (Fizuli) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yətəhvil verilmişdir.
33. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin ##.##.2024-cü il tarixli arayışından İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi *** saylı evin 20 A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur.
34. Göründüyü kimi, İddiaçı Tofik qızına F.Xoyski küçəsi ev 128, mənzil **A nömrəli mənzilin verilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfin bu mənzilə görə verilmiş orderin də saxta olmasına dair dəlilləri öz təsdiqini tapmamış, məhkəmə də bu orderin hüquqi qüvvəsini onun saxtalığı ilə deyil, digər hallarla əsaslandırmışdır.
35. Belə ki, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir.
36. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası bu qənaəti ilə iddiaçının adına olan orderin mövcudluğunu qəbul edir, lakin yuxarıda sadalanan əsaslara görə hazırda adına verilmiş order öz hüquqi əhəmiyyətini itirməsini qeyd edirlər. Bu fakt orderin saxtalığını qətiyyən təsdiq etmir, əksinə onun Bakı-Komvol Kombinatının HIK-in 12.04.95-ci il tarixli protokolundan çıxarışa əsasən qanuni əsaslarla verilməsini təsdiq edir. Bununla da Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Idarəsi ASC-nin natamam arxiv sənədlərinin 1998-ci ilə dair əmr kitablarında və əyirici sexinin 1995-1996-cı illərə dair əmək haqqı cədvəllərində vət. Bağırova (Fərhadova) Qalibə Tofiq qızı barəsində heç bir məlumat olmamasına dair Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ikincisi də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iddiaçının əmək münasibətlərində olan dövrdə mənzilin yaşamaq üçün verildiyindən və onun öz xahişi ilə əmək münasibətlərinə xitam verilməsinə istinad etməsi də düzgün deyildir. Belə ki, məhkəmələrin özünün də qeyd etdiyi kimi mənzil 2 bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Çıxarış alan şəxs də vaxtilə Bakı-Komvol Kombinatındа işləmiş və ona da order verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, mənzil 2 hissəyə bölünərkən təxminən 18 kv.m hissədə məcburi köçkünlər yaşadığı üçün təxminən 13 kv.metr hissəsinə dair ** nömrəli mənzil ##.##.2024-cü il tarixindən X8 çıxarış almışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüffat Birliyinin nümayəndəsi X7 da izahatında göstərilənlərə diqqət yetirməmişdir.
38. Həmçinin Bakı Apellyasiya Məhkəməsi keçən bu uzun müddət ərzində iddiaçının mənzilində yaşayan məcburi köçkünlərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməməsini qeyd edərkən nəzərə almamışdır ki, 2020-ci ilə qədər məcburi köçkünlərlə bağlı iddialar torpaqlarımız işğalda olduğu üçün təmin edilmişdir. Buna görə də bu iddianı qaldıra bilmirdilər. Bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görülə bilmirdi. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəməsinə dair qənaəti də səhvdir. Belə ki, iddiaçının məcburi köçkünləri oradan çıxarandan sonra əgər bina sökülməsə idi ondan təyinatı üzrə istifadə etmək niyyəti olmuşdur. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin nəticəsi kökündən səhvdir.
39. Nəzərə alınsa ki, ünvan 1 5B ünvanlarında yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178.ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri, mülkiyyətçiləri ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “xxxx” MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “xxxx” MMC tərəfindən icarə əsasında istifadəsinə verilməsinə dair Bakı şəhər Icra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş ##.##.2024-cü il tarixi sərəncam vardır və real olaraq iddiaçının mənzili olan binanın söküntüsünə başlanılıb, həmçinin də hazırda cavabdeh şirkət tərəfindən yuxarıda göstərilən sərəncamın icrası məqsədilə sözügedən ünvanlarda yerləşən bina sakinləri (mülkiyyətçilər) ilə müvafiq müqavilələr bağlanılıb, belə olan halda iddiaçı digər bina sakinləri kimi müqavilə bağlanması üçün dəfələrlə cavabdeh şirkətə müraciət etsə də, cavabdeh şirkət mənzilin sahəsinin kiçik (9 kv.m) olmasını səbəb göstərərək müqavilə bağlamaqdan yayınmışdır. Başqa sözlə, şirkət iddiaçının sənədi olmamasına deyil, verilən mənzilin sahəsinin kiçik olması əsası ilə müqavilə bağlamamışdır. Lakin iddiaçının mərhum ərinin sağlığında ikən mənzil boşalandan sonra apardığı video çəkiliş mənzilin 9 kv.m deyil, daha çox sahəli olmasını aydın göstərir.
40. Təəcüblüsü odur ki, mənzilə dair heç bir hüququ olmayan məcburi qaçqın ailəsinə şirkət tərəfindən mənzilin əvəzində torpaq sahəsi verilir, mənzilə dair hüquqmüəyyənedici sənədinin (order) olmasına və qanunla gözlənilən mülkiyyət hüququ olan iddiaçıya isə mənzilinə görə müqavilə bağlanmasından imtina edilir. Halbuki, mənzilə dair müvafiq hüququ olan şəxs kimi ona münasibətdə də cavabdeh tərəfindən bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürülməli, bərabərlik prinsipinin və bərabər mənafelərinin pozulmaması üçün səy göstərilməsinə məhkəmə hüquqi qiymət verməli idi.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iddiaçının əvvəllər və hazırda işlədiyi tibb müəssisələrinə nə vaxtdan həkim kimi çalışması ilə bağlı müvafiq sorğular göndərilərək müvafiq cavablar alsa da bu cavabların məzmununda gəstərilənlərin iddiaçınım dəlilləri ilə uzlaşmasına qiymət verməmişdir. Sual olunur ki, məhkəmə iddiaçının iş fəaliyyəti ilə bağlı dəlillərə qiymət verməyəcəkdisə bu sorğuların verilməsinin nə əhəmiyyəti vardır?
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası təqdim edilən iddiaçının mərhum ərinin sağlığında ikən mübahisəli mənzilin mövcud vəziyyətini çəkdiyi video görüntülərə baxış keçirsə də, buna qətnaməsində qiymət verməmişdir. Iddiaçının mərhum ərinin çəkdiyi video görüntülərdən də aydın görünür ki, mübahisəli mənzil faktiki olaraq 2 yerə bölünmüş, hər biri ayrılıqda mətbəx və sanitar qovşağı olmaqla istifadə edilmişdir.
43. Bakı Apellyasiya Məhkəməsi həmçinin nəzərə almaq istəməmişdir ki, cavabdeh tərəf Bakı Kombol Kombinatının verdiyi orderlər əsasında bu orderi almış şəxslərlə çoxsaylı müqavilələr bağlamışdır. Həmçinin məhkəmə cavabdehin iddiaçı ilə müqavilə bağlamamasına əsas gətirdiyi dəlillərin hamısının formal və subyektiv mülahizə olunmasına, bu dəlillərin heç bir tutarlı əsasının olmamasına və iddiaçının adına olan orderin hazırkı vaxta kimi qüvvədə olmaqla hüquqi sənəd sayılmasına heç bir düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilən səbəblərdən hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməyərək son nəticədə qanunsuz qətnamə qəbul etmiş, iddiaçının ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun qaldırdığı iddianın təmin olunmasına kömək etmək əvəzinə, sübutları düzgün araşdırmamış, birtərəfli mövqe tutmuş, bununla da onun X3 və Azadlıqları Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş Ədalətli Məhkəmə Araşdırması hüququ pozulmuşdur.
44. Məhkəmə iş materiallarında olan sübutlara, xüsusən, hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlə bağlı sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuşdur.
45. Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normaları ilə yanaşı, prosessual qanunvericiliyin tələblərinin də kobudcasına pozulmasına yol verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi işi tam araşdırmamış, məhkəmə qətnaməsinin əsaslılığına təsir göstərən məsələləri aydınlaşdırmamışdır.
46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası işdə olan sübutlarımızı qətiyyən nəzərə almamış və işin digər halları ilə birlikdə qiymətləndirməmişdir. Nəticə etibarı ilə məhkəmə Azərbaycan Respublikası MPM-nin 76, 77, 104, 106.1-cimaddələrinin tələblərini pozmuşdur.
47. Hazırkı iş üzrə məhkəmələr tərəfindən sübutlar tam araşdırılmamışdır. Daha dəqiq desək məhkəmə iddia üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına bu hissədə iddianın dəlillərinə, məhkəməyə təqdim etdiyimiz sübutlara düzgün qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədinin (order) olmasına və qanunla gözlənilən mülkiyyət hüququnun mövcud olması faktına düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsiplərini pozmuşdur. Məhkəmə qətnamə çıxararkən məhkəmə iclasında əsasən cavabdeh tərəfin izahatlarına, formal sübutlara əsaslanmış, bir sözlə, qətnamə çıxarılarkən iddiaçının qanuni mənafelərinə düzgün hüquqi qiymət verilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
49. Maddə 45. Idarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası Idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRI Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.
50. Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
51. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
52. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
53. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRI-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRI-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRI Daxili Işlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və II qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və II qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.
54. Maddə 106. Yataqxanalar. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR Ittifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRI nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.
55. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR Ittifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir.
56. Maddə 108. Yataqxanalardan çıxarma. Işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
66. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin iddia üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil üzrə kassasiya icraatında hüquqi dəyərləndirmə aparıla bilməz. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416.1-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.