Məhkəmə qərarları › İş №2(1-8)-841/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-841/2026

14.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-841/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “Respublika Pediatriya Mərkəzi” X1rşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxmaya müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh X1 Yoluxucu xəstəliklər şöbəsinə həkim- 5. infeksionist vəzifəsinə işə qəbul edilmiş, ##.##.2024-cü il tarixdə “Yoluxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, test tapşırıqları hissəsi üzrə keçid balı 40 olduğu halda 38 bal toplamaqla qeyri-məqbul nəticə əldə etmiş, qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və cavabdehin ##.##.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçmişdir.

2. Bundan sonra İddiaçı təkrar sertifikasiya imtahanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ##.##.2025-ci il tarixə təyin edilmiş və həmin imtahanda iştirak üçün buraxılış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ##.##.2025-ci il tarixdə onun çalışdığı tibb müəssisəsinə, yəni cavabdehə göndərilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (fərqli struktur qurumu olan Insan resursları şöbəsi) tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə ünvanlanmış məktubda iddiaçının 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 6.2-ci bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu bildirilmişdir.

3. Təkrar sertifikasiya üçün nəzərdə tutulmuş 6 aylıq müddət ##.##.2025-ci il tarixdə bitdiyinə görə, cavabdehin ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** saylı “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə təkrar sertifikasiya imtahanında iştirak edərək məqbul nəticə əldə etmiş, həkimlərin sertifikasiyasından keçmiş və ona yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəmələrə müraciət edərək, cavabdehin “əmək müqaviləsinə xitam verilməsi” barədə ##.##.2025-ci il tarixli, 18-1- **/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh X1 Ə.Qarayev adına * nömrəli X11 X10 şöbəsində Həkim-infeksionist vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, iyirmi ildən artıq müddətdir ki, səhiyyə sahəsində fəaliyyət göstərir. Işlədiyi müddətdə o, müxtəlif konfranslarda iştirak edərək sertifikatlar əldə etmiş, heç bir intizam tənbehinə məruz qalmamışdır. Lakin onunla işəgötürən arasında bəzi mübahisələr meydana çıxmışdır. Belə ki, adı çəkilən xəstəxanada analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. O, haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda, rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur. Buna baxmayaraq, bu məsələ onun xeyirinə həll olunmuşdur. Beləliklə, işəgötürənin ona qarşı qərəzli hərəkətləri başlamışdır. O, uzun müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, işəgötürən tərəfindən ona əsassız olaraq qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamaq təklif edilmiş, müqavilə ilə razılaşmadığı təqdirdə onun əmək haqqını azaldacağı, hətta işdən çıxaracağı barədə hədələmişdir. O, haqlı olaraq bu təkliflə razılaşmamış, işəgötürəndən müddətsiz əmək müqaviləsi bağlanılmasını tələb etmişdir. Işəgötürən öz yaxınlarını müəssisəyə işə götürərkən əmək fəaliyyətlərinin az olmasına baxmayaraq, onlarla müddətsiz əmək müqaviləsi bağlamış və beləliklə, ayrıseçkiliyə səbəb olmuşdur. Onun şəhadətnaməsinin vaxtı ##.##.2024-cü il tarixdə bitmiş, elə həmin gün o, sertifikasiya imtahanına daxil olmuş, lakin müvəffəqiyyət əldə edə bilməmişdir. Buna baxmayaraq, qanunvericilik tərəfindən təkrar sertifikasiyadan keçmək üçün imkan yaradılmış və işçinin iş yeri saxlanılmaqla təkrar müraciət hüququ nəzərdə tutulmuşdur. Ə.Qarayev adına * nömrəli X11 X10 şöbəsində Həkim-infeksionist vəzifəsində işləyərkən, işlədiyi müəssisəyə onun “Virus hepatitləri və HIV infeksiyası” üzrə ixtisasartırma kursu keçməyi üçün Cavabdeh PHŞ-nin ***-K nömrəli, ##.##.2024-cü il tarixli əmri daxil olmuşdur. Həmin əmrə əsasən, o, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq təkrar sertifikasiyanın keçirilməsi üçün məlumatlandırmaq və müvafiq tədbirləri görmək işəgötürənin öhdəliyinə daxil olduğu halda işəgötürən bu məsələyə məsuliyyətsiz şəkildə yanaşmışdır. Belə ki, sertifikasiyanın keçirilməsinin son tarixinin ##.##.2025-ci il tarixi olmasına baxmayaraq, ##.##.2025-ci il tarixdə işəgötürən ona bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, ##.##.2025-ci il tarixinə aldığını bildirmişdir. Bunun nəticəsində ##.##.2025-ci il tarixdə altı aylıq təkrar sertifikasiyadan keçmə müddəti ötürülmüş və işəgötürən əsassız olaraq onun əmək müqaviləsinə xitam vermişdir. Lakin, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılarkən bu barədə işəgötürən əmri əsasında attestasiya komissiyası təşkil edilməli olduğu halda, belə bir tədbir görülməmiş və o, əsassız olaraq işdən çıxarılmışdır. Göstərilən hallar, onun əmək münasibətlərindən irəli gələn hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Işəgötürən qərəzli olaraq onunla illərlə fəaliyyət göstərməsinə baxmayaraq, qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamağa çalışmışdır. Bu da Əmək Məcəlləsinin 45.3-cü maddəsində qeyd olunan “müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz” müddəasına tamamilə ziddir. Bundan əlavə, həmin maddənin 4-cü hissəsində qeyd olunur ki, “əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Buna baxmayaraq, işəgötürən onu müddətli əmək müqaviləsi bağlamaq üçün qanunsuz yollara əl atmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 48-ci maddəsində işçinin ixtisasının artırılması vəzifəsinin işəgötürənin üzərinə düşdüyü qeyd olunur. Eyni Qanunun 49-1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması üçün dövri olaraq beş ildən bir sertifikasiyaya cəlb olunmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun eyni maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Onun adı çəkilən orqanın ***-K nömrəli əmrində göstərilən kursu müvəffəqiyyətlə keçməsinə baxmayaraq, işəgötürənin etinasız yanaşmasına görə onun sertifikasiya imtahanına daxil olma müddəti doğru tarixə alınmamış və bunun nəticəsində o, altı aylıq təkrar sertifikasiyadan keçmə müddətini ötürmüşdür. Halbuki, sertifikasiya imtahanları hər gün keçirilir və işəgötürən qəsdən imtahan tarixini onun təkrar sertifikasiya imtahanının son keçirilmə tarixindən sonrakı vaxta almışdır. Işəgötürənin əmrinə əsasən attestasiya komissiyası təşkil edilməli olsa da, işəgötürən bu məsələyə laqeyd yanaşmışdır.

6. Cavabdeh Cavabdeh X1 iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında heç vaxt mübahisə olmamış, ona və digər işçilərə qarşı qərəzli münasibətə, hər hansı bir ayrı-seçkiliyə yol verilməmişdir. Ona heç vaxt müddətli əmək müqaviləsi bağlamaq təklif edilməmiş, işlədiyi kollektivdə heç vaxt və heç kim tərəfindən hədəqorxuya və təzyiqə məruz qalmamış, habelə işlədiyi xəstəxanada “analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. Haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur”- a dair iddiaları isə özünün ehtimalı və uydurmasından başqa heç nə deyildir. Bundan başqa, Mərkəzdə işə qəbulla əlaqədar heç vaxt hər hansı ayrı-seçkiliyə yol verilməmiş və işə qəbul şəffaf qaydada, habelə, TƏBIB-in “Işə qəbul qaydaları”na əsasən həyata keçirilmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin elektron məktubuna əsasən Cavabdeh PHŞ-in direktorunun ##.##.2024-cü il tarixli, 18-1- 91/3-1-830/2024-cü il nömrəli əmrinə əsasən iddiaçı Əmək Məcəlləsinin 67-ci maddəsinin 4cü bəndinə əsasən ##.##.2024-cü il tarixində “Yolxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmışdır. Təkrar sertifikasıyadan keçmək üçün müraciət hüququ yalnız iddiaçının özünə məxsus olmuş və bu hüquq işəgötürənə həvalə edilməmişdir. Həmçinin, sertifikasiyanın keçirilməsinin son tarixinin ##.##.2025-ci il tarixi olması maraqlı şəxs kimi iddiaçıya əvvəlcədən məlum olmuş və o, növbəti sertifikasiyadan keçməkdən düşünülmüş şəkildə yayınmışdır. Iddia ərizəsində olan “##.##.2025-ci il tarixdə işəgötürən müvəkkilinə bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, ##.##.2025-ci il tarixinə aldığını bildirmişdir” məzmunda qeydlər isə yalnız mülahizədir və özünü müdafiə xarakteri daşıyır. Həmin hallar heç vaxt baş verməmişdir. Cavabdeh PHŞin həmişə məqsədi və məramı sertifikasiya imtahanına cəlb olunanların müsbət və uğurlu nəticələr əldə etmələri olmuşdur. Iddiaçı faktiki olaraq həmin vaxt praktik tibb fəaliyyəti ilə məşğul olduğundan onun attestasiyadan keçirilməsinə zərurət olmamışdır. Həm də iddiaçı sertifikasiya imtahanından keçmədiyi halda, onun attestasiyaya da cəlb olunması yolverilməzdir və qanunla qadağan olunur. “xxxx” X1n ##.##.2024-cü il tarixli əmri ilə Mərkəzin struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Qarayev adına X8 “X2” X1n strukturundan Mərkəzə verilmişdir. Iddiaçı da digər işçilər kimi ərizə yazaraq “X2” publik hüquqi şəxsdə olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və ##.##.2024-cü il tarixdə yazdığı ərizə əsasında X5 X15 Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsində ##.##.2024-cü il tarixdən işə başlamışdır. Iddiaçı işlədiyi müddətdə işə davamiyyətdə də məsuliyyətsizlik etmiş və heç vaxt səmimi olmamışdır. Belə ki, o, Mərkəzə barəsində xəstəlik vərəqəsi açıldığı məlumatını vermiş, lakin xəstəlik vərəqəsini dəfələrlə deyilməsinə baxmayaraq təqdim etməmişdir. Odur ki, iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsinin verilib-verilməməsi, verildiyi halda, buna əsas olan halların araşdırılması haqqında Cavabdeh PHŞ-in ##.##.2024-cü il tarixli, **- */*-*****/**** nömrəli müraciətinə “TƏBIB” PHŞ-də baxılmış və sonuncunun ##.##.2024-cü il tarixli, **-*/*-****/**** nömrəli cavab məktubu ilə müəyyən edilir ki, əmək qabiliyyətinin olmaması vərəqəsini verən “X3” PHŞ-in məsul şəxsləri ilə əlaqə saxlanılmış, qeyd olunan məsələlər barəsində ətraflı məlumat alınmış, vətəndaşa məxsus TQS 025-in təqdim olunması xahiş olunmuşdur. Araşdırma zamanı ambulator tibbi kitabçada qeyd olunan tarixlərdə iddiaçının adına e-Təbib portalında heç bir qeydiyyatın aparılmadığı, xəstəlik vərəqəsinin müddətinin artırılması zamanı Həkim Məsləhət Komissiyasının laborator və instrumental müayinələrə əsaslanmadığı müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı müvafiq dövrlərdə işdə olmaması ilə bağlı qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi tövsiyə edilmişdir. Bundan başqa, Nazlirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli “Işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” Qərarının icrası məqsədilə iddiaçının elektron kabinetində əmək müqaviləsinin elekron əmək müqaviləsinə keçirilməsi barədə məlumat göndərilmiş və ona SIMA imza ilə həmin müqaviləni imzalaması barədə informasiya verilməsinə baxmayaraq, əmək müqaviləsi müddətsiz bağlanmadığı halda, imza atmayacağını bildirmiş və əmək müqaviləsinə xitam verilən günədək elektron əmək müqaviləsinə keçməmişdir. Bu hallar iddiaçını məsuliyyətsiz və qeyri səmimi bir işçi kimi xarakterizə edir. Həm də müəyyən edilmişdir ki, Cavabdeh PHŞ-nin ***-K nömrəli, ##.##.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh PHŞ-ə ünvanlanmış ##.##.2025-ci il tarixli, */**/** nömrəli məktubu ilə müəyyən edilir ki, Nazirlər Kabinetinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edirlər. Iddiaçı isə 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün həmin Qaydanın 6.2-ci bəndinə və 2010-cu il # #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Həmin məktubun məzmunundan da göründüyü kimi, iddiaçı növbəti imtahanlarda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməli idi və həmin imtahanlarla bağlı bütün məlumatlar həmin Nazirliyin müvafiq internet resurslarında yerləşdirildiyindən hər hansı bir məlumatı operativ olaraq oradan almaq olardı. Iddiaçı isə bütün bunları etməyək, düşünülmüş şəkildə (özünü xəstəliyə vuraraq) növbəti imtahanlarda iştirak etməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh X1 ##.##.2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli “əmək müqailəsinə xitam verilməsi haqqında” əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh X1 Ə.Qarayev adına * nömrəli X11 Yoluxucu Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsinə bərpa edilməsi, cavabdeh Cavabdeh X1 tərəfindən məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (hakim Aydan Oruclu)

8. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanında iştirakı ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür və işçinin müvafiq ixtisas üzrə ixtisasartırma kursunda iştirak üçün qeydiyyatı tibb işçisinin çalışdığı tibb müəssisəsi tərəfindən həyata keçirilir. Iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə keçirilən sertifikasiya imtahanında qeyri-məqbul nəticə əldə etdikdən sonra cavabdeh Cavabdeh PHŞ-nin əmri ilə iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış, daha sonra Cavabdeh PHŞ-nin ##.##.2024-cü il tarixli əmrinə əsasən İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçmiş, kursu bitirdikdən sonra ##.##.2025-ci il tarixində Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən İddiaçı ##.##.2025-ci il tarixinə təyin edilmiş təkrar sertifikasiya imtahanında iştirak üçün buraxılış Cavabdeh PHŞyə göndərilmişdir. Cavabdeh PHŞ İddiaçı təkrar sertifikasiya imtahanının ##.##.2025-ci il tarixində olacağını bildiyi halda, Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən iddiaçının əmək müqaviləsinə ilkin sertifikasıya imtahanından sonra 6 (altı) aylıq müddətdə təkrar sertifikasıyadan keçmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Həmin Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh Cavabdeh PHŞ isə səlahiyyətli orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə müvafiq qərar qəbul edilmədən, sadəcə səlahiyyətli orqan tərəfindən göndərilmiş məktub əsasında iddiaçı İddiaçı əmək müqaviləsinə xitam vermişdir.

9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, işəgötürən Cavabdeh PHŞ sertifikasiya imtahanından keçməyən işçi İddiaçı 6 (altı) ay müddətində təkrar sertifikasıya imtahanından keçmədiyinə görə onun təkrar sertifikasiya imtahanının ##.##.2025-ci il tarixdə olacağını ##.##.2025-ci il tarixindən bildiyi halda, bununla bağlı heç bir tədbir görməmiş, əksinə Əmək Məcəlləsinin 70-ci maddəsinin dispozitiv norma olmasına baxmayaraq, imtahan nəticələrini gözləmədən ##.##.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir.

10. Məhkəmə hesab etmişdir ki, belə şəraitdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi işçinin əmək hüquqlarının pozulması, işçinin təqsiri olmadan əmək hüququndan məhrum edilməsi kimi qiymətləndirilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 3, 45, 67, 70, 83, 292-ci maddələrinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli və Azərbaycan Respublikası “Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ixtisasartırma kursunu keçəndən sonra sertifikasiyanın keçirilməsinin son tarixinə, yəni ##.##.2025-ci il tarixə kimi olan müddət 22 gün təşkil edir. Həmin müddətin çoxluğu kifayət edirdi ki, o, təkrar sertifikasiya olunmaq məqsədi ilə ##.##.2025-ci il tarixə kimi təyin olunmuş müvafiq imtahanlarda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət etsin. Lakin onun tərəfindən Səhiyyə Nazirliyinə və digər orqanlara belə bir məzmunda müraciət olunmamışdır. Bundan başqa, İddiaçı praktik tibb fəaliyyətindən uzaqlaşdırıldığı ##.##.2024-cü il tarixdən başlayaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçməsinin vaxtının müəyyən edilməsi ilə bağlı işlədiyi xəstəxananın rəhbərliyi və Mərkəzin Insan resursları şöbəsinin əməkdaşları tərəfindən ona edilmiş müraciətlərinə əksər hallarda cavab verməmiş, cavab verdiyi hallarda isə xəstə olduğu üçün özünü yaxşı hiss etmədiyindən və müalicədə olduğundan Mərkəzə və xəstəxanaya gələ bilməyəcəyini, habelə bu səbəblərdən də kursda iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin o, Mərkəzin əməkdaşlarına barəsində xəstəlik vərəqəsi açıldığı məlumatını vermiş, lakin dəfələrlə xahiş olunmasına baxmayaraq, xəstəlik vərəqəsini Mərkəzin Insan resursları şöbəsinə təqdim etməmişdir. Nəhayət, uzun sürən danışıqlardan sonra onun ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçməsi müvafiq əmrlə təyin edilmiş və o, həmin kurslarda iştirak etmişdir. Nəticədə, İddiaçı növbəti sertifikasiyadan keçməkdən özü yayınmış və imtahanda iştirak etməməsinin səbəbləri barədə Səhiyyə Nazirliyini, həmçinin Mərkəzin aidiyyatı qurumlarını və işlədiyi tibb müəssisəsinin rəhbərliyini məlumatlandırmamışdır. Bundan başqa, İddiaçı və bu qəbildən olan digər tibb işçilərinin növbəti sertifikasiya imtahanında ##.##.2025-ci il tarixində və yaxud digər tarixlərdə iştirakını Cavabdeh PHŞ-i müəyyən etmir, bu səlahiyyətlər qanunvericiliyin tələblərinə görə ona yox, yalnız Səhiyyə Nazirliyinə aiddir. Belə ki, İddiaçı sertifikasiya imtahanında ##.##.2025-ci il tarixində iştirakına dair məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə Informasiya Sisteminin alt modulu olan X16 Sistemi vasitəsilə maraqlı şəxs kimi, həm də Aynurə Növruzovaya həmişə açıq olan mövcud sistemə yerləşdirilmiş və eyni zamanda bu barədə müvafiq bildiriş həmin sistem vasitəsilə Cavabdeh PHŞ-ə göndərilmişdir. Həmin bildiriş barədə Mərkəzin əməkdaşları tərəfindən telefon vasitəsilə İddiaçı məlumat verilmişdir. Nəticədə, o, həmin imtahanda iştirak etmişdir. Əgər yuxarıda adı çəkilən qurum tərəfindən İddiaçı sertifikasiya imtahanında ##.##.2025-ci il tarixinə kimi hər hansı bir tarixdə iştirakına dair məlumat müvafiq sistemdə yerləşdirilsəydi, yenə də bu barədə o, mütləq qaydada məlumatlandırılacaqdı. Qətnamədə səhv olaraq qeyd olunmuşdur ki, guya Cavabdeh PHŞ səlahiyyətli orqan qərarı olmadan əmək müqaviləsinə xitam verib. Halbuki, sertifikasiya imtahanını təşkil edən və nəticəsini hüquqi qüvvəyə minmiş sənədlə rəsmiləşdirən məhz Səhiyyə Nazirliyidir. Cavabdeh PHŞ-in ##.##.2024 tarixli əmri ilə iddiaçı İddiaçı 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və təkrar sertifikasiyadan keçmək imkanı verilmişdir. Bu əmrin qüvvədə olduğu müddət ərzində iddiaçı ##.##.2025-ci il tarixinədək imtahanda iştirak etməmiş, qanuni müddəti ötürmüşdür. Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli, */**/** nömrəli məktubu isə bu hüquqi vəziyyəti təsdiq edir və Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələrinin tətbiqini tələb edir. Cavabdeh PHŞ-nin direktoru yalnız Nazirliyin verdiyi müvafiq məktubla vermiş tapşırığı icra etmiş, özbaşına və müstəqil şəkildə qərar qəbul etməmişdir. Əgər məhkəmənin iddia etdiyi kimi, işəgötürən mütləq ayrıca “səlahiyyətli qərar” gözləməli olsaydı, bu, əmək münasibətlərində hüquqi qeyri-müəyyənlik yaradar və qanunvericiliyin məqsədinə zidd olardı. Bundan əlavə, iş materiallarına əlavə olunmuş ##.##.2024-cü il tarixli aktın surəti mühüm əhəmiyyət kəsb edir. Həmin akt Cavabdeh PHŞ-nin tabeliyində olan Ə.Qarayev adına * nömrəli X14 X10 şöbəsində keçirilmiş yoxlamanın nəticəsi kimi tərtib edilmişdir. Aktın məzmununa əsasən müəyyən olunmuşdur ki, həmin şöbənin həkimi – İddiaçı ##.##.2024-cü il tarixindən etibarən işə çıxmır. Yəni, bir aydan artıq müddətdə əmək funksiyasını yerinə yetirməmişdir. Bu fakt təkcə rəhbərliyin müşahidəsi ilə deyil, həm də rəsmi komissiya üzvlərinin imzaları ilə təsdiq olunmuşdur. Davamiyyətsizlik faktı əmək intizamının ən ağır pozuntularından biri hesab olunur və Əmək Məcəlləsinin 72, 74 və 75ci maddələrinə uyğun olaraq işəgötürən üçün işçiyə qarşı intizam tənbeh tədbirləri görmək, hətta əmək müqaviləsinə xitam vermək üçün müstəqil əsasdır. Üstəlik, aktın tərtib olunduğu tarixdə – ##.##.2024-cü il tarixdə – iddiaçı artıq həmin ilin iyul ayının əvvəlindən bəri işə gəlmədiyi üçün bu məsələ təsadüfi yoxlama deyil, uzunmüddətli davamiyyətsizliyin təsdiqi kimi hüquqi çəkiyə malikdir. Iddiaçı əvvəlcə “X2” PHŞ-də çalışmış, struktur dəyişikliyi ilə əlaqədar ##.##.2024 tarixli ərizəsi əsasında Cavabdeh PHŞ-yə keçirilmiş, ##.##.2024 tarixdən həkim-infeksionist vəzifəsinə başlamışdır. Əmək müqaviləsi ƏMAS vasitəsilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1.7-ci maddəsinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlər hər 5 ildən bir sertifikasiyadan keçməlidirlər. Bu məqsədlə iddiaçı ##.##.2024 tarixində sertifikasiya imtahanında iştirak etmiş, lakin 38 bal topladığına görə qeyri-məqbul nəticə göstərmişdir. Səhiyyə Nazirliyinin ##.##.2024-cü il tarixli bildirişinə əsasən Cavabdeh PHŞ-in direktorunun ##.##.2024 tarixli, **-*-**/*-*-***/**** nömrəli əmri ilə iddiaçı 6 ay müddətə (##.##.2024 – ##.##.2025) praktik fəaliyyətdən uzaqlaşdırılmış, lakin iş yeri saxlanılmaqla ona təkrar sertifikasiyadan keçmək hüququ verilmişdir. Iddiaçı yalnız ##.##.2025 – ##.##.2025 tarixlərində ixtisasartırma kursu keçmiş, lakin qanunla müəyyən edilən son tarixədək (##.##.2025) təkrar imtahana girməmişdir. Bu fakt Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli, */**/** nömrəli məktubu ilə təsdiqlənir. Iddiaçı ##.##.2024-ci il tarixli imtahanda uğursuz nəticə göstərmiş, ##.##.2025-ci il tarixədək (6 aylıq müddət ərzində) təkrar sertifikasiyadan keçməmişdir. Lakin birinci instansiya məhkəməsi bu müddətin hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, imtahandan sonrakı nəticəni (##.##.2025) geriyə şamil edərək əmək müqaviləsinin xitamını əsassız hesab etmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1.7-ci maddəsi sertifikasiyadan keçməyən işçilərə yalnız müraciət hüququ verir. Yəni, işçi özü ixtisasartırma kursu keçərək təkrar sertifikasiyaya müraciət etməlidir. Birinci instansiya məhkəməsi təkrar imtahan müddətini gözləmək və təmin etmək öhdəliyini işəgötürənin üzərinə qoymuşdur. Halbuki, belə bir öhdəlik yalnız işçinin üzərinə düşür. Iddiaçının ##.##.2024-cü il tarixində sertifikasiya imtahanından kəsildiyini və qanunla nəzərdə tutulmuş 6 aylıq müddət (##.##.2025-ə qədər) ərzində təkrar sertifikasiyadan keçmədiyini – lazımi qaydada araşdırmamışdır. Bu halın mühüm əhəmiyyəti ondadır ki, Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələri və Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, *** nömrəli Qərarı açıq şəkildə belə hallarda əmək müqaviləsinə xitam verilməsini tələb edir. Iddiaçının ##.##.2025-ci il tarixində imtahanda iştirak etməsi hüquqi nəticələrə təsir etmir, çünki həmin vaxt əmək münasibətləri artıq xitam olunmuşdu. Iş materiallarında iddiaçının əmək intizamına məsuliyyətsiz yanaşması, dəfələrlə onun işə davamiyyət qaydalarını pozması, xəstəlik vərəqəsini təqdim etməməsi barədə yazılı sübutlar təqdim edilmişdir. Lakin məhkəmə heç bir səbəb göstərmədən bu hallara hüquqi qiymət verməmişdir. Bu faktın mühüm əhəmiyyəti ondadır ki, əmək intizamının pozulması Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək münasibətlərinə xitam verilməsinə əlavə əsas ola bilər və işəgötürənin mövqeyini gücləndirir. Iş materiallarından görünür ki, Nazirlər Kabinetinin ##.##.2024 tarixli, *** nömrəli Qərarına uyğun olaraq əmək müqavilələrinin elektron sistemə keçirilməsi tələb olunduğu halda, iddiaçı elektron imzadan imtina etmiş və əmək müqaviləsini rəsmiləşdirməmişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki, onun mühüm əhəmiyyəti ondadır ki, işçinin əmək müqaviləsi ilə bağlı öhdəliklərini icra etməməsi, işəgötürənlə əmək münasibətlərini qeyrisabit vəziyyətə salmışdır. Məhkəmə iddiaçının təkrar imtahan hüququnu həyata keçirməməsinin səbəblərini işəgötürənin üzərinə qoymuşdur. Halbuki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 491.7-ci maddəsinə əsasən bu, yalnız işçinin şəxsi təşəbbüsündən asılı idi. Bu faktın mühüm əhəmiyyəti ondadır ki, məhkəmə işəgötürənin üzərinə qanunda nəzərdə tutulmayan öhdəlik yükləmişdir. Nəticə olaraq: Birinci instansiya məhkəməsi işin gedişində təqdim edilmiş bir sıra mühüm faktiki halları – sertifikasiyadan təkrar keçməmək, intizam pozuntuları və elektron müqavilədən yayınma hallarını – araşdırmamışdır. Bu faktlar məhkəmənin gəldiyi nəticəyə bilavasitə təsir edən, lakin nəzərdən kənarda qalan hallardır. Birinci instansiya məhkəməsi qətnamədə göstərmişdir ki, guya işəgötürən imtahan tarixini bilərəkdən gec (##.##.2025) təyin etmiş və bununla iddiaçının qanuni 6 aylıq müddətini ötürməsinə səbəb olmuşdur. Halbuki, bu hal heç bir sübutla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli */**/** nömrəli məktubu sübut edir ki, təkrar sertifikasiyadan keçmək üçün müraciət hüququ yalnız işçinin üzərinə məxsus idi və bu hüququ həyata keçirmək üçün müvafiq imtahan tarixlərini özü seçməli idi. Deməli, məhkəmənin bu nəticəsi yalnız iddiaçının subyektiv bəyanatına əsaslanmışdır, qanuni sübutlarla təsdiqlənməmişdir. Məhkəmə iddiaçının işdən çıxarılmasının əsassız olması barədə nəticəyə gəlmişdir. Lakin bu nəticə Əmək Məcəlləsinin 67-1.5 və 70-ci maddələri, həmçinin Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə ziddiyyət təşkil edir. Çünki iş materialları ilə sübut olunmuşdur ki, iddiaçı qanunla nəzərdə tutulmuş müddətdə sertifikasiyadan keçməmişdir. Beləliklə, məhkəmə hüquqi əsasları təsdiq edən yazılı sübutlara baxmayaraq, onları qiymətləndirməmiş və əsassız nəticəyə gəlmişdir. Qətnamədə iddiaçının işə bərpa olunması ilə yanaşı, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə də qərar verilmişdir. Lakin məhkəmə bu dövrdə iddiaçının real olaraq əmək qabiliyyətli olub-olmamasını, onun xəstəlik vərəqələrinin qanuni olub-olmadığını araşdırmamışdır. Halbuki, iş materiallarında təqdim olunmuş müvafiq cavab məktubları sübut edir ki, iddiaçının xəstəlik vərəqələrinin verilməsində ciddi uyğunsuzluqlar olmuş, onlar qeyri-mötəbər hesab edilmişdir. Belə olan halda, əmək haqqının hesablanması qanunla tələb olunan mötəbər sübutlara əsaslanmamışdır. Məhkəmə iddiaçının iş intizamına sadiq olduğunu qəbul etmişdir. Lakin təqdim olunmuş yazılı sübutlarda (cavabdehin daxili arayışları və TƏBIB-in məktubları) göstərilmişdir ki, iddiaçı mütəmadi olaraq işə davamiyyət qaydalarını pozmuş, xəstəlik vərəqələrini təqdim etməmiş, əmək müqaviləsinin elektron qaydada rəsmiləşdirilməsindən yayınmışdır. Bu hallar məhkəmə tərəfindən araşdırılmamış və onlara heç bir hüquqi qiymət verilməmişdir. Nəticədə, məhkəmənin iş intizamı barədə qəbul etdiyi qənaət əsassızdır. Məhkəmə bu faktı əsas götürərək iddiaçının işə bərpası barədə qətnamə çıxarmışdır. Halbuki, həmin imtahanın nəticəsi onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra əldə edilmişdir və qanuni qüvvəyə malik deyildir. Bu hal hüquqi əsaslarla sübut olunmalı idi, lakin məhkəmə yalnız iddiaçının təkrar imtahanda iştirak faktını qiymətləndirmiş, onun hüquqi nəticələrə təsirini isə araşdırmamışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, işəgötürən iddiaçının ##.##.2025 tarixində keçirilən imtahan nəticəsini gözləməli idi. Halbuki, qanunvericilikdə belə bir norma və ya öhdəlik nəzərdə tutulmamışdır. Əksinə, Əmək Məcəlləsinin 67-1.5-ci maddəsi və Nazirlər Kabinetinin *** nömrəli Qərarının 6.2-ci bəndiaçıq şəkildə göstərir ki, işçi 6 ay ərzində təkrar sertifikasiyadan keçmədiyi halda, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Deməli, məhkəmənin gəldiyi nəticə işin real hallarına və normativ tələblərə uyğun gəlmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Lakin iş materialları ilə təsdiqlənmişdir ki, iddiaçı sertifikasiyadan kəsildikdən sonra 6 aylıq müddətdə təkrar imtahanda iştirak etməmişdir. Bu fakt işin halları ilə də sübuta yetirilmişdir, lakin məhkəmə onun hüquqi nəticəsini əsassız olaraq nəzərə almamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə faktiki hallara zidd olmuşdur. Məhkəmə qətnamədə iddiaçının iş intizamına riayət etdiyini qəbul etmişdir. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlar – işə davamiyyətin davamlı olaraq pozulması, xəstəlik vərəqəsinin təqdim edilməməsi, elektron əmək müqaviləsinin imzalanmasından yayınma halları – bunun əksini göstərir. Bu sübutların nəzərə alınmaması və onlara qiymət verilməməsi məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Iddiaçının məcburi işburaxma dövrünə görə əmək haqqı alması barədə nəticə - Məhkəmə qətnamədə iddiaçının işə bərpası ilə yanaşı, məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsinə qərar vermişdir. Halbuki, iş materialları ilə sübut olunmuşdur ki, həmin müddətdə iddiaçının əmək qabiliyyətinə dair təqdim olunmuş sənədlərdə uyğunsuzluqlar olmuş və bu halların qanuni əsaslarla təsdiqi mümkün olmamışdır. Deməli, məhkəmə sübutlarla təsdiqlənməyən vəziyyəti nəzərə alaraq yanlış nəticəyə gəlmişdir. Sonrakı imtahan nəticəsinin (##.##.2025) əmək münasibətlərinə təsir göstərməsi barədə nəticə - Məhkəmə qətnamədə göstərmişdir ki, iddiaçının ##.##.2025-ci ildə imtahanda uğur qazanması onun işə bərpa olunmasına əsas verir. Halbuki, əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla ##.##.2025-ci ildə verilmişdir və bundan sonrakı imtahan nəticələrinin geriyə şamil olunması hüquqicəhətdən mümkün deyildir. Beləliklə, məhkəmənin bu nəticəsi faktiki hallara və hüquqi tələblərə zidd olmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Abdıyev-sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Babayev).

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ##.##.2024-cü il tarixdə Cavabdeh X1 Yoluxucu xəstəliklər şöbəsinə həkim-infeksionist vəzifəsinə işə qəbul edilmiş, ##.##.2024-cü il tarixdə “Yoluxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, test tapşırıqları hissəsi üzrə keçid balı 40 olduğu halda 38 bal toplamaqla qeyri-məqbul nəticə əldə etmiş, bu səbəbdən iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və cavabdehin ##.##.2024-cü il tarixli əmrinə əsasən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda ixtisasartırma kursu keçmişdir. Bundan sonra iddiaçının təkrar sertifikasiya imtahanı Səhiyyə Nazirliyi tərəfindən ##.##.2025-ci il tarixə təyin edilmiş və həmin imtahanda iştirak üçün buraxılış Səhiyyə Nazirliyi tərəfindən ##.##.2025-ci il tarixdə onun çalışdığı tibb müəssisəsinə, yəni cavabdehə göndərilmişdir. Buna baxmayaraq, Səhiyyə Nazirliyi (fərqli struktur qurumu olan Insan resursları şöbəsi) tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə ünvanlanmış məktubda iddiaçının 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” Qaydasının 6.2-ci bəndinə və Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğu bildirilmişdir. Təkrar sertifikasiya üçün nəzərdə tutulmuş 6 aylıq müddət ##.##.2025ci il tarixdə bitdiyinə görə, cavabdehin ##.##.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə təkrar sertifikasiya imtahanında iştirak edərək məqbul nəticə əldə etmiş, həkimlərin sertifikasiyasından keçmiş və ona yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı da həmin hallara istinad edərək onun işdən azad edilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddiaçının təkrar sertifikasiya imtahanında iştirak etməsini gecikdirdiyinə, iştirakla bağlı onun müraciətinin olmasının zəruriliyinə, təkrar sertifikasiya imtahanının 6 aylıq müddətdən sonraya təyin edilməsində heç bir məsuliyyətinin olmadığına, işçinin işdən azad edilməsi ilə bağlı ayrıca əsaslandırılmış qərarın qəbul edilməsinə hər hansı zərurətin olmadığına, ümumiyyətlə işçinin tez-tez iş buraxmasına və xəstəlik kağızının açılmamasına istinad etmişdir.

17. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, sertifikasiya imtahanından qeyri-məqbul nəticə göstərmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin 6 ay müddətinə iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanında iştirak etməsi, habelə təkrar sertifikasiya imtahanından keçməyən işçilərlə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı müddəalar həm sahəvi qanunvericilik normalarında, həm də oxşar məzmunla əmək qanunvericilyində nəzərdə tutulmuşdur.

18. Iddiaçı ilk imtahanda uğur qazana bilməmiş, iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanında ##.##.2025-ci il tarixdə iştirak edərək məqbul nəticə göstərmiş, buna baxmayaraq cavabdeh qurum bu tarixdən 12 gün əvvəl onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verərək, onu işdən azad etmişdir.

19. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyə istinadən qeyd etmişdir ki, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçinin peşə hazırlığına cəlb edilməsi, habelə növbəti sertifikasiya imtahanında iştirakı onun öz iradəsi ilə baş tutmur. Belə ki, qanunverici işçinin ancaq təkrar sertifikasiyada iştirak etməklə bağlı təşəbbüs göstərə biləcəyini qeyd edir, lakin sertifikasiya imtahanının keçirilmə vaxtı, dövriliyi, həmin imtahanda iştirak edəcək şəxslərin siyahısı müvafiq icra hakimiyyəti, yəni Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Iddiaçının iştirak edəcəyi imtahanın vaxtı və iddiaçının həmin imtahanda iştirakının təmin edilməsi üçün buraxılış vərəqəsi məhz həmin qurum tərəfindən cavabdehə göndərilmiş və cavabdehdən iddiaçının həmin imtahanda iştirakının təmin edilməsi xahiş edilmişdir.

20. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin bu qəbildən olan dəlillərini əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının işdən azad edilməsi əsası ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə işçinin təkrar sertifikasiya imtahanında iştirakı ilə bağlı möhlət verilməsi nəzərdə tutulmuş və onun 6 ay müddətinə peşə hazırlığına cəlb edilməklə təkrar sertifikasiya imtahanında iştirakına şərait yaradılmışdır. Məhz sonuncu imtahandan məqbul nəticə əldə etmədiyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verilməsi təsbit edilmişdir. Lakin təkrar sertifikasiya zamanı uğur qazanmadığı halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi nəzərdə tutulsa da, bu imtahandan 12 gün əvvəl ona verilmiş 6 aylıq müddətin bitməsi əsas gətirilərək, iddiaçı işdən azad edilmişdir.

22. Halbuki, cavabdeh təkrar sertifikasiya imtahahının vaxtı barədə Səhiyyə Nazirliyi tərəfindən xəbərdar edilmiş və ##.##.2025-ci il tarixdə qeyd edilən əmri qəbul edərkən, təkrar imtahanın vaxtı barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən Səhiyyə Nazirliyinin digər struktur qurumu olan Insan resursları şöbəsinin “iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli məktubunu həmin tarixdə qəbul edən cavabdeh bu məsələni Nazirliklə aydınlaşdırmalı, o cümlədən təkrar sertifikasiya imtahanının təyin edilməsi barədə sonuncuya məlumat verməli idi. Belə ki, 2025-ci ilin fevral və mart aylarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçı barəsində cavabdehə məzmun və hüquqi nəticə etibarı ilə biri-birinə zidd olan iki müraciət edilmişdir ki, birincinin mövcudluğu artıq ikincinin icrasını qeyri-mümkün edir. Hər bir halda, 2025-ci ilin fevral ayında Səhiyyə Nazirliyi tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə keçiriləcək təkrar sertifikasiya imtahanı ilə bağlı buraxılış vərəqəsi göndərildikdən sonra, həmin qurum bu imtahan keçirilməzdən və imtahanın nəticələri elan edilməzdən əvvəl, yəni ##.##.2025-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsi barədə cavabdehə müraciət göndərə bilməzdi (i.v. 67). Bu baxımdan Nazirliyin (başqa struktur qurumu olan Insan resursları şöbəsinin) ##.##.2025-ci il tarixli müraciəti cavabdeh tərəfindən mübahisəli əmrin qəbul edilməsi üçün əsas ola bilməzdi.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının 6 ay müddətinə iş yeri və vəzifə maaşı saxlanılmaqla peşə hazırlığına cəlb edilməsi, ümumiyyətlə qeyd edilən 6 aylıq müddətin qanunvericilikdə nəzərdə tutulması işçinin stimulllaşdırılmasına və yenidən peşə biliklərini artıraraq imtahanda iştirak edib məqbul nəticə əldə etməsinə xidmət edir. Belə olan halda, işçinin imtahanda təkrar iştirakını təmin etmədən (xüsusilə də müddət müəyyən edildiyi bir halda) və həmin imtahan üzrə onun nəticəsini gözləmədən 6 aylıq müddətin sona çatması əsası ilə əmək müqaviləsinə xitam verilməsi həmin müddətin formal olaraq nəzərdə tutulmasına gətirib çıxara bilər ki, bu da qanunvericiliyin bu münasibətlərin tənzimləməsi ilə bağlı qarşıya qoyduğu məqsədə uyğun gəlmir. Hər bir halda, nəzərə alınmalıdır ki, təkrar sertifikasiya imtahanının vaxtı səlahiyyətli qurum tərəfindən qeyd edilən müddətlər çərçivəsində, yəni ##.##.2025-ci il tarixdə müəyyən edilmiş və ##.##.2025-ci il tarixə təyin edilmişdir. Təkrar sertifikasiya imtahahı 6 aylıq müddət daxilində, lakin bu müddət bitdikdən sonrakı tarixə iddiaçı tərəfindən təyin edilməmişdir. Iddiaçı ümumiyyətlə bu məsələdə hər hansı səlahiyyətə malik deyil, onun üzərinə düşən vəzifələri isə yerinə yetirmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, cavabdeh iddiaçının tez-tez iş buraxmasına və xəstəlik kağızları açmasına istinad etsə də, iddiaçını məhz həmin əsasla deyil, ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad etmişdir. Bu baxımdan da cavabdehin həmin dəlilləri də əsassızdır və təmin edilə bilməz.

25. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci, 67-ci maddəsinin 1, 2, 6-cı hissələrinə, 67-1-ci maddəsinin 1, 3, 4, 5-ci, 70-ci maddəsinin “c” bəndinə, 83-cü maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6-cı maddəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə təkrar imtahanın müddətdən sonra (##.##.2025) keçirilməsini geriyə şamil edərək maddi hüquq normasını səhv tətbiq etmişdir. Bu, işçinin öz öhdəliyini (müraciət etmək və müddət daxilində keçmək) cavabdehin üzərinə qoymaqla normanın məqsədinə ziddir. Bu pozuntu qətnamənin iddiaçının işə bərpa edilməsi barədə əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur, çünki cavabdehlə qanuna uyğun olaraq ##.##.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir, lakin məhkəmə bu hərəkəti qanunsuz hesab etmişdir. Nəticə etibarilə burada cavabdehin mövqeyi nəzərə alınmamışdır ki, bu da qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır. Işdə əsas mübahisə predmeti Əmək Məcəlləsinin 67-1-ci maddənin 4-5-ci hissələri, 70-ci maddənin “c” bəndi (və onun qeyd hissəsi) ilə bağlıdır. Apellyasiya məhkəməsi bu normları səhv təfsir etmişdir. Belə ki, məhkəmə 6 aylıq müddəti “uzadılmış” kimi qiymətləndirmiş, Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunu “ziddiyyətli” hesab etmiş, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndini dispozitiv (seçimli) kimi təqdim etmiş və işçinin öhdəliyini işəgötürənin üzərinə qoymuşdur. Bu, maddi hüquq pozuntusudur. 4-cü hissədəki “altı ay müddətində ... təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər” ifadəsi müddətin bitməsi ilə işçinin sertifikasiyadan keçməməsi halını nəzərdə tutur. Müddət bitdikdən sonra imtahan keçmək (##.##.2025) geriyə şamil edilmir.

28. Məhkəmə imtahanın müddətdən sonrakı nəticəsini əsas götürərək, cavabdehin xitam qərarını qanunsuz hesab etmişdir. Halbuki, qayda işçinin öz müraciəti ilə təkrar imtahanlarda iştirakını nəzərdə tutur və müddət bitdikdə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənir. Bu pozuntu qətnamənin faktiki hallara zidd nəticəyə gəlməsinə səbəb olmuşdur, nəticədə cavabdeh qanuna uyğun hərəkətinə görə əsassız olaraq cəzalandırılmış və iddiaçının əsassız tələbləri təmin edilmişdir.

29. Məhkəmə imtahanın müddətdən sonrakı nəticəsini (##.##.2025) əsas götürərək, cavabdehin onunla bağlanılmış müvafiq əmək müqaviləsinin xitam qərarını qanunsuz hesab etmişdir. Halbuki həmin norma işçinin yuxarıda qeyd olunan müddət daxilində sertifikasiyadan keçməməsini əmək müqaviləsinin xitamı üçün kifayət edir və bu, dispozitiv deyil, məcburi xarakter daşıyır. Qeyd edilən normanın hüquqi cəhətdən səhv tətbiq edilməsi qətnamənin iddiaçının lehinə yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur, çünki cavabdeh Səhiyyə Nazirliyinin məktubuna əsasən qanuni hərəkət etmişdir, lakin məhkəmə bu əsası nəzərə almayaraq, əsassız olaraq cavabdehin öhdəliyini həddindən artıq genişləndirmiş və bu xüsusat da qətnaməni əsassız etmişdir. 5-ci hissədəki “əsasdır” sözü məcburiyyət yaradır. Apellyasiya məhkəməsi bunu “dispozitiv” hesab edərək (p.9) normanı pozmuşdur. Bu, Konstitusiya Məhkəməsinin ##.##.2023-ci il Qərarında da vurğulanan “peşəkarlıq səviyyəsinin təminatı” prinsipinə ziddir.

30. Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubu (4/21/25) səlahiyyətli orqanın müvafiq qərarı kimi qiymətləndirilməmişdir. Məhkəmə məktubu "ziddiyyətli" hesab edərək, cavabdehin onunla bağlanılmış əmək müqaviləsinin xitam qərarını qanunsuz saymışdır. Halbuki norma "səlahiyyətli orqan"ın qərarını (qeyd hissəsinə görə, sertifikasiya həyata keçirən orqan) xitam üçün əsas kimi nəzərdə tutur və cavabdeh bu qərarı icra etmişdir. Məhkəmə normanı alternativ norma hesab edərək onu səhv təfsir etmişdir. Bu pozuntu qətnamənin cavabdehin qanuni hərəkətini qanunsuz hesab etməsinə səbəb olmuşdur, nəticədə iddiaçının işə bərpa edilməsi və əmək haqqının ödənilməsi barədə əsassız qərar qəbul edilmişdir ki, bu da cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Burada səlahiyyətli orqan olaraq Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubu da sırf bu normaya əsasən olmuşdur. Apellyasiya məhkəməsi həmin məktubu “ziddiyyətli” adlandırıb, lakin qanunvericiliyə əsasən bu hal ilə bağlı ziddiyyət öz əksini tapmamışdır. Buraxılış vərəqəsi (##.##.2025) yalnız iştirak icazəsidir, nəticəni təmin etmir. Konstitusiya Məhkəməsi (##.##.2011 və ##.##.2023 Qərarları): “səlahiyyətli orqan qərarı” olmadan xitam yolverilməzdir, amma Səhiyyə Nazirliyinin yuxarıda adı çəkilən həmin məktubu məhz belə qərardır.

31. Əmək Məcəlləsinin 67-ci maddəsi attestasiya komissiyası haqqındadır, lakin tibb işçiləri üçün sertifikasiya (67-1) üstünlük təşkil edir. Əmək Məcəlləsinin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Lakin Əmək Məcəlləsinin 67-1.5-ci maddəsinə əsasən isə sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən xitam verilməsi üçün əsasdır, yəni başqa sözlə Səhiyyə Nazirliyinin qərarı bu hal üçün yetərli hesab olunur.

32. Bundan başqa, qətnamə yalnız iddiaçının mövqeyinə əsaslanmışdır. Nəticədə cavabdeh qanunsuz olaraq məcburi əmək haqqı ödəməyə məhkum edilmiş, prosesin obyektivliyi pozulmuş və qətnamənin hüquqi əhəmiyyəti itirilmişdir.

33. Məhkəmə yalnız iddiaçının subyektiv bəyanatlarını əsas götürərək, cavabdehin sübutlarını nəzərə almamışdır. Bu isə məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli tədqiqinə lazımi şərait yaratmamasına səbəb olmuşdur. Sübutlar tədqiq olunmadığı halda, qətnamə iddiaçının lehinə çıxarılmışdır. Bu pozuntu qətnamənin sübutlara əsaslanmayan nəticəyə gəlməsinə səbəb olmuşdur, nəticədə cavabdehin müdafiə hüququ pozulmuş, qətnamə əsassız hala gəlmiş və məhkəmə prosesinin qanuniliyi şübhə altına alınmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

35. Maddə 3 (hissə 5). Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

36. Maddə 45 (hissə 1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

37. Maddə 67 (hissə 1). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

38. Maddə 67 ( hissə 2). Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

39. Maddə 67 (hissə 6). Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

40. Maddə 67-1 (hissə 1). Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.

41. Maddə 67-1 (hissə 3). Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşəixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.

42. Maddə 67-1 (hissə 4). Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

43. Maddə 67-1 (hissə 5). Sertifikasiya imtahanından “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

44. Maddə 70. “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. Maddə 83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

46. Maddə 292 (hissə 1). Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu

47. Maddə 49-1.Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”

48. Maddə 6. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 53.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 54.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

55.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

59. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilənlər formal mülahizələrdən ibarətdir və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən kifayət qədər araşdırılma aparılmış hüquqi məsələlərə qiymət verilmişdir.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar