Məhkəmə qərarları › İş №2(1-8)-842/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-842/2026

15.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-842/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 X1rşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı ## ###### 2008-ci il tarixdə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi SMKS-na sosial işçi vəzifəsinə qəbul edilmiş, ## #### 2016-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Nazirlik yanında DSMF Bərdə rayon şöbəsində sosial xidmət sektorunun baş mütəxəssis – sosial işçisi vəzifəsinə keçirilmiş, ## #### 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, ## ###### 2020-ci il tarixdə ** saylı filiala sosial xidmətçi vəzifəsinə qəbul olunmuş, ## ##### 2022-ci il tarixdə Qarabağ regional filialına sosial xidmətçi vəzifəsinə keçirilmiş, ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı Iddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixli əmrin ləğv edilərək, iddiaçının cavabdeh2 tabeliyində xxxxndə xadiməçi vəzifəsinə geri qaytarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsillidir. Ailəsinin tələbatlarını ödəmək üçün o, 2008-ci il tarixdən cavabdeh2 tabeliyində xxxxndə DSMF-də xadiməçi vəzifəsində işləmişdir. Işlədiyi müddət ərzində hər zaman özünü nizam-intizamlı, bacarıqlı, təcrübəli, işgüzar və tələbkar bir işçi kimi göstərmişdir. Vəzifəsini layiqincə tam qüsursuz, keyfiyyətlə, yüksək səviyyədə etmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin “b” bəndinə əsasən ## ###### 2024-cü il tarixdən işinə xitam verilmişdir. Halbuki həmin maddə qanunsuz qeyd edilərək, o, qanunsuz işdən çıxarılmışdır. Belə ki, işdən çıxmağına dair heç bir söz-söhbət olmadığı zamanda müdiriyyət tərəfindən işdən çıxarılacağını öyrənmişdir. Işdən çıxma səbəbinin isə təhsilinin olmamasını əsas gətirirlər. Işdən azad olunmamışdan öncə müdiriyyət tərəfindən onlara müsahibə olunmuş və onlar sorğu-sual olunmuşlar. Orada onun suallara cavab verməyi bəyənilməmişdir. Işdən çıxarıldıqdan sonra ## ###### 2024-cü il tarixdə Mediasiya şurasına müraciət etmişdir. Mediasiyada cavabdeh iştirak edərək, onun işinə bərpa olunmadığı üçün heç bir köməklik etmədikləri üçün məhkəməyə müraciət etməli olmuşdur.

4. Iddiaçı Iddiaçı ## ###### 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh1 X2 ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı Iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ## ###### 2024-cü il tarixində xitam verilmişdir. Həmin tarixdə xxxxnin Qarabağ regional filialında iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilmiş, daha sonra ## ###### 2024-cü il tarixində iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı xxxx tərəfindən məktub ünvanlanmışdır. Iddiaçıya ## ###### 2024-cü il tarixində 304,48 manat məbləğində son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Bundan sonra, ## ###### 2024-cü il tarixində iddiaçı mediasiyaya müraciət etmiş və həmin tarixdə iddia müddətinin axımı dayandırılmışdır. ## ###### 2025-ci il tarixində isə Bakı * saylı Mediasiya təşkilatı tərəfindən tərəflərə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edildikdən sonra iddia müddətinin axımı davam etdirilmişdir. Bundan sonra, iddiaçı ## ###### 2025-ci il tarixində Gəncə Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. ## #### 2025-ci il tarixində qərardad tərəflərin “Elektron Məhkəmə” Informasiya Sisteminə yüklənmişdir. ## ##### 2025-ci il tarixində iddiaçı Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ## ##### 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. ## ##### 2025-ci il tarixində qərardad tərəflərin “Elektron Məhkəmə” Informasiya Sisteminə yüklənmişdir. Daha sonra iddiaçı ## #### 2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması ilə bağlı ## #### 2025-ci il tarixli qərardad qəbul edilmişdir. Iddiaçı ## #### 2025-ci il tarixində, qanunvericiliklə nəzərdə tutulan iddia müddətini (1 təqvim ayı) pozaraq, Bakı şəhər Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxx həmçinin iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, mülki iş üzrə iddia tələbi qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı yazılı xəbərdarlıq edildikdən sonra ## ###### 2024cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilmişdir. Tərəflər arasında bağlanılmış ## ###### 2020-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Bu isə iddiaçının iddia ərizəsində qeyd etdiyi halların əksini sübut etmiş olur. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə cavabdeh2 tabeliyində cavabdeh1 yaranmış və Azərbaycan Respublikası Prezidentinin cavabdeh2 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə xxxxnin Nizamnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli *** nömrəli Fərmanın 2-ci bəndinə əsasən cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaranmış və Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli **** nömrəli Fərmanının 5.1ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir. Həmin Fərmanın 5.2-ci bəndində qeyd edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xxxxnə keçməsi ifadəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xxxxnin hüquqi varisi olması qeyd edilməmişdir. Hüquqi varislik məsələsi müvafiq Fərmanın 5.1-ci bəndində öz əksini tapmışdır. Buradan da görünür ki, cavabdeh2 tabeliyində xxxx publik hüquqi şəxs cavabdeh2 yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Göründüyü kimi, nə qədər ki, tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri olmamış, iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi də qanuni hesab edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı yazılı xəbərdarlıq edildikdən sonra ## ###### 2024cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ## ###### 2024-cü il tarixinə son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. Iddiaçı Iddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ## ###### 2024-cü il tarixli təkliflə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə müraciət etmiş, daha sonra iddiaçı Bakı * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi ## ###### 2025-ci il tarixində tərəflərin iştirakı ilə keçirilmiş və həmin tarixdə ilkin mediasiya sessiyasından (IMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Məhkəmə iddiaçı Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə ## #### 2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

9. Belə ki, iddiaçı iddia ərizəsində ona işdən azad olunacağını bildirdiklərini qeyd etmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında ## ###### 2024-cü il tarixində iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı xxxx tərəfindən məktub ünvanlanmışdır. Ona işdən çıxarıldığı bildirilmiş və əmək kitabçası təqdim edilmişdir. Son haqq-hesab ## ###### 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı işdən əmək müqaviləsinin müddətinin qurtarması ilə çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmuş, (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi bunu sübut edir) Mediasiya Şurasına ## ###### 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmiş, Mediasiya arayışının ## ###### 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ## #### 2025-ci il tarixdə, yəni 5 ay sonra müraciət etmişdir.

10. Belə ki, iddiaçı mediasiya arayışı alındıqdan 19 gün sonra iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən (## #### 2025) sonra 28 gün sonra Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 38 gün sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 6 gün sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ## #### 2025-ci il tarixdə müraciət etmişdir.

11. Beləliklə, məhkəmə iddiaçı Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə ## #### 2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2, 73.1, 83.1, 296.2-ci, “Məşğulluq haqqında” Qanunun 1.1.5-ci, Mülki Məcəllənin 372.1, 372.2, 375.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ##### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin düzgün həlli üçün işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verməmişdir. Bununla da prosessual hüquq norması pozulmuşdur. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmə isə təqdim edilən sübutlara obyektiv, qərəzsiz , hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Iddiaçı azyaşlı övladlarının hər bir çətinliklərində yanında olan bir xanımdır. Övladlarından biri əlildir. Həyat yoldaşı da işləmədiyi üçün ailənin bütün yükü üzərindədir. Sosial vəziyyəti həddən artıq pis olduğu üçün bu sənədlərin düzəlməsini istəyir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verildiyindən, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə ## #### 2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

17. Belə ki, ## ###### 2024-cü il tarixində iddiaçıya əmək kitabçasını götürməsi ilə bağlı xxxx tərəfindən məktub ünvanlanmışdır. Ona işdən çıxarıldığı bildirilmiş və əmək kitabçası təqdim edilmişdir. Son-haqq-hesab ## ###### 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi, iddiaçı işdən əmək müqaviləsinin müddətinin qurtarması ilə çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmuş, (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi bunu sübut edir) Mediasiya Şurasına ## ###### 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmiş, Mediasiya arayışı ## ###### 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ## #### 2025-ci il tarixdə, yəni 5 ay sonra müraciət etmişdir. Iddiaçı mediasiya arayışı alındıqdan 19 gün sonra iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən (## #### 2025) sonra 28 gün sonra Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 38 gün sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 6 gün sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ## #### 2025-ci il tarixdə müraciət etmişdir.

18. Belə olan halda apellyasiya kollegiya qeyd edir ki, iddiaçı Iddiaçı əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə ## #### 2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 296-cı maddəsinin 2, 3 və 7-ci hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

20. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi, 296-cı maddəsinin 3 və 7-ci hissələri, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

22. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətini ## ###### 2024-cü ildən hesablamışdır. Halbuki, şikayətçi ## ###### 2024-cü ildə mediasiya prosesinə müraciət etmişdir. Mediasiya ## ###### 2025-ci ildə başa çatmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya dövründə iddia müddətinin axımı dayanır. Mediasiya arayışı alındıqdan sonra şikayətçi fasiləsiz şəkildə məhkəmələrə müraciət etmişdir. Burada hüquqi əhəmiyyətli məqam ondan ibarətdir ki, şikayətçi hüququnun müdafiəsi üçün davamlı və ardıcıl prosessual hərəkətlər etmişdir. Məhkəmə isə bu ardıcıllığı nəzərə almadan formal müddət hesablaması aparmışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdeh cavabdeh2 tabeliyində xxxx kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Etiraz belə əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlar, həmçinin ## ###### 2024-cü il tarixli ərizə ilə iddiaçının sığorta ödənişinin təyin edilməsi üçün müraciət etməsi iddiaçıya həmin vaxt əmək hüququnun pozulmasından xəbərdar olmasını təsdiq edir. Işin mübahisəsiz halıdır ki, iddiaçının hüququnun pozulduğu gün, həmçinin iddia müddətinin axımının başlanması ## ###### 2024-cü il tarixdən hesablanacaqdır. Deməli, iddiaçının hüququnun pozulduğunu bildiyi gündən, yəni ## ###### 2024-cü il tarixdən etibarən məhkəməyə müraciət etmək hüququ yaranır. Məhkəməyə müraciət üçün iddia müddətinin axımı ## ###### 2024-cü il tarixdən başlamış, mediasiyaya müraciət edildiyi gündən, yəni ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək, yəni ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışın verildiyi günədək qanunvericiliyin tələbinə əsasən iddia müddətinin axımı dayandırılmış hesab olunur. Iddiaçı mediasiya arayışı alındıqdan 19 gün sonra iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən (## #### 2025-ci il) sonra 28 gün sonra Bərdə Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 38 gün sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə, həmin məhkəmənin qərarını elektron kabinetlə əldə etdikdən 6 gün sonra isə ## #### 2025-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ilə (1 təqvim ayı) bağlı tələbləri pozaraq, ümumilikdə 4 ay 27 gün sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, tərəflər arasında daha əvvəl müddətsiz əmək münasibətləri olmamış, iddiaçı ilə Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilmədiyindən, əmək müqaviləsinə Məcəllənin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi də qanuni hesab edilməlidir.

Kassasiya baxışının hədləri

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

31. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

35. Iddiaçı kassasiya şikayətində onun mediasiya təşkilatına və sonradan məhkəmə və ərazi aidiyyəti qaydalarını pozulmaqla başqa məhkəmələrə müraciət etməsinin nəzərə alınmamasını qeyd etmişdir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar iddia müddətinin keçməməsinə dəlalət etmir.

37. Belə ki, iddia müddətinin axımının ## ###### 2024-cü il tarixdən başlanması və iddiaçının mediasiya təşkilatına müraciət etdiyi ## ###### 2024-cü il tarixdə onun dayandırılması nəzərə alınaraq, mediasiya sessiyasının başa çatdığı ## ###### 2025-ci il tarixdən 1 aylıq iddia müddətinin 24 günü qalmışdır.

38. Iddiaçı ilk dəfə Gəncə Inzibati Məhkəməsinə müraciət etdiyi tarixdə iddia müddəti ötməsə də, həmin məhkəmənin qərarı iddiaçıya təqdim edildiyi ## #### 2025-ci il tarixdən iddiaçı Bərdə Rayon Məhkəməsinə 28 gün sonra müraciət etmişdir. Yəni, artıq bu məhkəməyə müraciət edərkən iddia müddəti ötürülmüşdür.

39. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin geri qaytarılması barədə həmin məhkəmənin qərarı iddiaçının elektron kabinetinə yüklənildiyi tarixdən, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 38 gün sonra, göstərilən məhkəmənin qərardadı iddiaçıya təqdim edildiyi tarixdən isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 6 gün sonra iddia vermişdir.

40. Beləliklə, hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi ## #### 2025-ci il tarixə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunan 1 aylıq iddia müddəti buraxılmışdır.

41. Iddiaçı davamlı olaraq məhkəmələrə müraciət etməklə, iddia müddətinin üzrlü səbəbdən buraxılmasını bildirsə də, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassız hesab olunmalıdır.

42. Belə ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

43. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar