Məhkəmə qərarları › İş №2(1-8)-856/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-856/2026

26.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-856/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ilk iddia üzrə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər:zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh ##.##.2023-cü il tarixində, saat 14:40-da Şuşa-Əhmədbəyli yolunun 30-cu km-də X1 1840LS yük markalı, 99JK 626 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticədə Cavabdeh tərəfindən AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir;

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı MMC arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli qüsur və təhvil aktdan görünür ki, kranın yük reductor mator talkatel baraban (komplekt)– 17000 manat, hidravlik sistem, mator, pompa, yağ baçoku– 5200 manat məbləğində zərər dəymişdir. Zərər görmüş hissələr İddiaçı MMC-nin nümayəndəsinə təhvil verilmişdir;

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, **/** saylı müqavilə üzrə ##.##.2023-cü il tarixində icra edilən sifariş zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüklərinə dəymiş 22200 manat məbləğində ziyan İddiaçı MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə tam olaraq ödənilmişdir;

5. İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2021-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır;

6. İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixdə vurulmuş ziyanın hissəhissə ödənilməsinə dair müqavilə bağlanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Ilkin iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 22200 manat zərər məbləğinin, 60 manat mediasiya haqqının və 96,60 manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Ilkin iddia onunla əsaslandırılmışdır ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında ##.##.2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq sonuncu sürücü vəzifəsinə işə qəbul edilmişdir. Müvafiq olaraq həmin tarixdə işçi Cavabdeh ilə bağlanılmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən o, maddi məsul şəxs kimi ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, onlara heç bir halda ziyan gətirməməyi, onun təqsiri nəticəsində dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, “Yükdaşıma xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə daxil olmuş qaldırıcı kranın daşınması ilə bağlı sifariş ##.##.2023-cü il tarixində icrası məqsədilə Cavabdeh yönləndirilmiş, sonuncu İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı “X2” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən manevr etmə qaydalarının pozulması nəticəsində yolnəqliyyat hadisəsi törətmişdir. Hadisənin cavabdeh Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməsi Xocavənd rayon Polis Idarəsində verdiyi izahatında öz təsdiqini tapmış və sonuncu IXP ******* nömrəli, ##.##.2023-ci il tarixli protokolla Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş * saylı, ##.##.2023-cü il tarixli qüsur aktına əsasən məlum olmuşdur ki, hadisə nəticəsində cavabdeh Cavabdeh daşınan yükə 22200 manat miqdarında ziyan vurmuşdur. Daha sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC hadisə nəticəsində əmlakına vurulmuş ziyanın ödənilməsini İddiaçı MMC-dən tələb etmiş və müvafiq ziyan məbləği isə İddiaçı MMC tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə nağd şəkildə ödənilmiş və ödənişin tam şəkildə icra edilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışla təsdiqini tapmışdır. Belə ki, ## ##### 2023-cü il tarixində İddiaçı MMC ilə işçi Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmış və cavabdeh Cavabdeh dəymiş ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin sonradan ödəniş etməkdən, vurduğu ziyandan boyun qaçırmış və bu əsasla da ##.##.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyan üzrə birbaşa təqsirli olan cavabdeh Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ yaranmışdır. Bununla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə ## ###### 2023-ci il tarixində 3 iş günü müddətində 22200 manat borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, ## ###### 2023-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. Lakin ##.##.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yekun razılıq əldə olunmadığından Ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ## ###### 2023-cü il tarixli arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir.

9. Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı MMC ilə arasında bağlanmış ##.##.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair və ##.##.2021-ci ildə tam maddi məsuliyyət haqqında bağlanmış müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə və İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat rüsumunun İddiaçı MMC-dən alınaraq ona verilməsi və bütün məhkəmə xərclərinin İddiaçı MMC-yə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ondan 22200 manat məbləğində maddi ziyanın tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi 99-JK 626 dövlət qeydiyyat nişanlı yük avtomabili ilə Şuşa-Əhmədbəyli yolunun 30-cu km-də hərəkətdə olarkən sərt döngə olduğunu nəzərə almadığı üçün qoşquda olan qaldırıcı kran yolun sağ tərəfinə aşmış, qaldırıcı kranın motoru və digər hissələri zədələnmiş, sifarişçi təşkilat Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə 22200 manat ziyan dəymiş, işlədiyi İddiaçı MMC həmin ziyanı ödəmişdir. Ziyanı ödədikdən sonra işlədiyi müəssisənin rəhbərliyi ödənilmiş pul vəsaitinin hissə-hissə ödənilməsinə dair onunla ##.##.2023-cü ildə müqavilə bağlamışdır ki, hər ay 100 manat ödəməklə pulu müəssəyə qaytarmalı, öz işində qalıb işinə davam etməli idi. Lakin, ##.##.2023-cü il tarixində cavabdeh iddiaçı ilə bağladığı müqaviləni nəzərə almadan əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Ofisdə ona müəssisənin direktoru Aqil Zeynalov bildirmişdi ki, tam maddi məsuliyyət haqqında müqaviləyə və zədələnmiş kranın motoruna görə pulun ödənilməsinə görə müqaviləyə imza edəndən sonra isə o, sürücü kimi işinə davam etməli idi. Çünki əvvəlcə o sözügedən müqavilələri imzalamaqdan imtina etmiş, onu dilə tutub müxtəlif bəhanələrlə həmin sənədlərə imzalatdırmışlar. Aqil Zeynalovun onda səs yazısı var və məhkəməyə təqdim edəcəkdir. 2023-cü ilin mart-aprel aylarında ona və həmin idarədə sürücü işləyən atası Bəxtiyar Süleymanova əmək haqqı ödənilməmiş, səbəbini soruşanda isə bildirdilər ki, vurulmuş ziyana görə pullarından tutublar. Bu hadisədən sonra onu da guya ərizəsinə əsasən işdən azad ediblər. Buna görə də ona qarşı olan iddia tələbi rədd edilməli və eləcə də qarşılıqlı iddia tələbi ilə cavabdehin onunla bağladığı pul vəsaitinin hissə-hissə ödənilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir. 11.Məhkəmə öz təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-ni işə cəlb etmişdir. 12.Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü iddiadakı faktların həqiqətə uyğun olmadığı üçün onları qəbul etmədiyini bildirmiş və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. 13.Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında olan əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə iddia ərizəsində qeyd edilən nəqliyyat hadisəsindən xeyli sonra rəsmiləşdirilmiş, onu aldadaraq imzalatdırmışlar. ##.##.2023-cü il tarixindədə saat 14:40-da iddiaçının idarə etdiyi 99JK 626 dövlət qeydiyyat nişanlı avtomabillə Şuşa-Əhmədbəyli yolunun 30-cu km də hərəkətdə olarkən idarə etdiyi avtomabilin təkəri partlamış və maşına yüklənmiş qaldırıcı kranın motor hissəsinə ziyan dəymişdir. Iddia ərizəsində ziyanın 22000 manat olduğu göstərilir. Amma bu rəqəm hansı hesabata əsasən yazıldığı cavabdehə məlum deyildir. Həm də ondan və həmin müəssədə işləyən atası Bəxtiyar Süleymanovdan son bir ay yarım əmək haqqları (təxminəm 5000 manat) tutulmuşdur. Ancaq, ona hadisə ilə əlaqədar izahatları dəyişdirildikdən və tam maddi məsuliyyət haqqında müqaviləyə imza etdirdikdən sonra cavabdehi AR Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediblər. Sənədləri imzalamaq istəmədiyi üçün ona bunun formal olaraq lazım olduğunu, öz işində qalacağını və öz razılığı ilə motorun təmirinə çəkilmiş vəsait tutulacağı bildirilmişdir. Cavabdeh də onlara inanaraq sənədləri imzalamışdır. Cavabdehin hadisə baş verən gün yazdığı izahatı da ofisin işçisi Vüqar Əhmədovun vasitəsi ilə təsir edərək dəyişiblər. Cavabdeh birinci dəfə yazdığı izahatı saxlamış və idarənin ofisində olan söhbəti də telefona yazıb saxlamışdır. Beləliklə, İddiaçı MMC-nin cavabdeh şəxsləri onu təkəri yararsız halda olan texnika ilə yük dalınca göndərmiş,avtomabildə yükün bağlanması üçün normativə uyğun avadanlıqlar olmadan cavabdehi ağır çəkili qaldırıcı kranı idarə etdiyi avtomaşına yüklətdirməkdə özləri də məsuliyyət daşıyırlar. Həm də həmin motor hazırda müəssisənin anbarında saxlanılır. Onda müəssisə 22200 manat xərci nəyə çəkib, onun real ziyanı nədən ibarətdirsə, sənədlər təqdim edilməli, ekspertiza keçirilməli, həmin kranın balans və qalıq dəyəri müəyyən edilməlidir. Cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişlər və onu hazırda heç bir idarə, təşkilat işə qəbul etmir. Cavabdehdən və atası Bəxtiyar Süleymanovdan ümumilikdə 5000 manatdan yuxarı pul tutaraq son ayların əməkhaqlarını ödəməmişlər. 14.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev tərəfindən verilən ##.##.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadda və mütəxəssiz rəyində qeyd edilən”QTZ 1250” model qaldırıcı kranın hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. 15.Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbinin qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 100 manatın İddiaçı MMC-dən tutularaq ona verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). 16.Birinci instansiyası məhkəməsi ilk iddia tələbinə münasibətdə gəldiyi nəticə ilə bağlı Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 859.4 və 1114.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin. İddiaçı MMC Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş №* saylı, ##.##.2023-cü il tarixli qüsur aktına və ##.##.2023-cü il tarixli arayışa istinad edərək vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 22000 manat məbləğində pul vəsaitinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ödənildiyini bildirir. 17.Məhkəmə mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etməyərək bildirmişdir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Iddiaçı tərəfin istinad etdiyi nəğd hesablaşmanın hüquqi şəxslər arasında mümkün olmamasını nəzərə alsaq, hesablaşma mütləq şəkildə nədsiz qaydada bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamə tapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir. 18.Məhkəmə qarşılıqlı iddiaya münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarına və Əmək Məcəlləsinin 194-cü maddəsinə istinadən qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsinı dair Məhkəmə araşdırması zamanı hər hansı bir hal aşkar edilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilə etibarsız hesab edilərək ödənilmiş 100 manat Dövlət rüsumunun əvəzi İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməlidir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19.Iddiaçı İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2021-ci il tarixində Cavabdeh ilə “tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmunundan göründüyü kimi müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, onun təqsiri nəticəsində dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh qeyd olunan müqavilə şərtlərinə əməl etməyərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin İddiaçı MMC-yə etibar etdiyi əmlaka ziyan vurmuşdur. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdehin vurduğu zərərin real olmasını sübuta yetirə bilməmişdir. Halbuki, iddia ərizəsinə əlavə olunan inzibati xəta haqqında IXP ******* nömrəli, ##.##.2023-cü il tarixli protokoldan göründüyü kimi Cavabdeh IXM-nin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan fakt şəxsin ziyanın vurulmasında təqsirinin olmasını sübuta yetirir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışa əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə dəymiş 22000 manat məbləğində zərər İddiaçı MMC tərəfindən tam qarşılanmışdır. Həmin arayış Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən imzalanmışdır. Bu da zərərin əvəzinin ödənilməsini tam sübuta yetirir. Belə ki, 22000 manat bir şirkət üçün az məbləğ deyil və əgər həqiqətən də həmin məbləğ İddiaçı MMC tərəfindən ödənilməsə idi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC bunu qəbul etməz idi və bu günədək zərərin əvəzinin ödənilməsini tələb edərdi. Hətta bununla bağlı İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə də müraciət edə bilərdi. Tərəflər arasında bağlanmış “vurulmuş ziyanın hissə hissə ödənilməsinə dair” ##.##.2023-cü il tarixli müqavilə ilə tərəf vurduğu ziyanı qəbul etmiş və hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Əmək Məcəlləsinin 192.2-ci maddəsinə görə tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Kosntitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarında hazırkı maddə ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi o olmuşdur ki, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. Işəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Təqdim olunan sübutlar (tam maddi məsuliyyət haqqında müqavilə, inzibati xəta barədə protokol, vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin qüsur aktı və arayışı) şəxsin maddi məsuliyyətinin yarandığını kifayət qədər aydın göstərir. Digər tərəfdən işçi Cavabdeh zərərin vurulmadığını sübut etmək üçün heç bir əsaslı dəlil təqdim etməmiş, yalnız zərərin hissə-hissə ödənilməsi barədə müqavilənin etibarsız olduğunu iddia etmişdir. Halbuki, həmin müqavilənin etibarsız olması yenə də zərərin vurulmamasını təsdiq etmir. Əmək Məcəlləsinin 204-cü maddəsinə gərə işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Sumqayıt Şəhər Məhkəməsi qarşılıqlı iddia ərizəsinin qismən təmin olunmasını bununla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının rədd olunmasını tələb etdiyi “vurulmuş ziyanın hissə-hissə ödənilməsi” barədə ##.##.2023-cü il tarixli müqavilə mülki hüquqi əqddir və bu da Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına ziddir. Belə ki, Konstitusiya Məhkəməsinin həmin qərarına əsasən “işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir”. Lakin hazırkı mübahisədə tərəflər arasında bağlanan “vurulmuş ziyanın hissə-hissə ödənilməsi” barədə ##.##.2023-cü il tarixli müqavilə işçinin borcunun etiraf etməsi barədə yox, zərərin əvəzini hansı şəkildə ödəyəcəyi ilə bağlı müqavilədir. Belə ki, Əmək Məcəlləsinin 204-cü maddəsindən də göründüyü kimi işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Həmin müqavilə ilə də tərəflər ziyanın ödənilməsinə möhlətin verilməsi və əmək haqqından hansı məbləğlərdə və nə şəkildə tutulması ilə bağlı olmuşdur. Məlum olduğu kimi Əmək Məcəlləsinin 200-cü maddəsi ilə tam maddi məsuliyyətin müəyyən oluna biləcəyi əmək münasibətləri dairəsi müəyyən olunmuşdur. Cavabdeh ilə bağlanan əmək müqaviləsi də həmin dairəyə düşür və buna görə də, aralarında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin qanuni olması işin təkzib olunmaz halıdır. Yəni, ##.##.2023-cü il müqavilənin bağlanması tərəfin zərərin vurulmasını və könüllü şəkildə hissə-hissə ödəməyi qəbul etdiyini göstərir və həmin müqavilə olmasa belə işçinin imzaladığı tam maddi məsuliyyət haqqında müqavilə işçidən bütün zərərin əvəzinin tələb edilməsi üçün kifayətdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi qiymət verməmiş, həmin sübutların mövcud olmasına baxmayaraq, İddiaçı MMC-nin iddiasını rədd etmişdir. Həmin sübutlar arasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə imzalanan qüsur aktını və həmin hüquqi şəxsin arayışını qeyd etmək olar. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC uzun müddətdir qülləli və avtomobil kranların icarə, satış və texniki xidmətlərin göstərilməsi ilə məşğuldur və bu sahədə kifayət qədər təcrübəli işçiləri vardır. Həmin MMC tərəfindən tərtib olunan qüsur aktı hadisə yerinə baxış keçirilərək, bütün zərərlər nəzərə alınmaqla obyektiv şəkildə tərtib olunmuşdur. Ümumiyyətlə, əgər qüsur aktı düzgün tərtib olunmasa idi tərəflərindən akta imza atmaqla qeyd olunan məbləğ qəbul olunmazdı, çünki məbləğ şirkətin hesabından çıxılır və gələcəkdə onun işçidən tutulması barədə iddianın təmin olunub-olunmayacağı sual altındadır. Yəni, məbləğ düzgün olmasa idi, nə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC onu təsdiqləyərdi, nə də ki, İddiaçı MMC onu ödəməzdi. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsi zərərin əvəzinin ödənilməməsini bununla əsaslandırmışdır ki, hüquqi şəxslər arasında ödənişin nağd şəkildə həyata keçirilməsi yolverilməzdir və buna görə də zərərin əvəzini təsdiqləyən sübut mövcud deyil. Halbuki, hesablaşmanın qanunla müəyyən olunmuş qaydada həyata keçirilməməsi həmin məbləğin ödənilməməsi faktını sübuta yetirmir, sadəcə olaraq müəyyən prosedurlara əməl olunub-olunmamasını sual altına alır. Prosedurlara əməl olunması faktı isə mülki hüquq münasibətlərinin yox, inzibati hüquq münasibətlərinin predmetidir və hazırkı mübahisə ilə əlaqəsi yoxdur. Məhkəmə “zərərin əvəzinin hissə-hissə ödənilməsi” barədə müqaviləni etibarsız hesab etsə də bunu ətraflı və düzgün şəkildə əsaslandırmamış, formal olaraq hazırkı mübahisədə olan faktiki hallarla üst-üstə düşməyən Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarına istinad etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əmək müqaviləsi 1 aylıq bağlanırdı, əmək haqqı 345 manat qeyd edilirdi, qalan məbləğ əldən verilirdi. Atası və onun əmək haqqından 5000 manata yaxın pul tutulub. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. 22.Məhkəmə kollegiyasının iclasında və mübahisəli əmlaka yerində baxış zamanı mütəxəssis kimi işə cəlb edilmiş mütəxəssis2 bildirmişdir ki, qurğunun reduktoru, baraban və əyləc sistemi mövcud olsa da, barabanın yastığı, 30 kVt-luq motoru, hidravlik itələyici və yağ baçoku mövcud deyildir. Qurğunun işlək olub-olmamasını bilmək üçün bütün hissələri olmalıdır. Lakin, qurğunun digər hissələri olmadığından bunu müəyyən etmək mümkün deyildir. 23.“xxxx” IK Şirkətinin ## #### 2024-cü il tarixli rəyindən görünür ki, mütəxəssisə yalnız “QTZ 1250” model qaldırıcı kranın reduktor və tross barabanı təqdim edilmiş, digər hissələr təqdim edilməmiş, qurğunun üzərindən açılıb götürülmüşdür. Qüsur katında göstərilən pompa adlı hissə ümumiyyətlə qaldırıcı kranlarda mövcud olmur. Kanat brarbanının dayaq yastığı belə açılıb götürülmüşdür. Təqdim edilmiş reduktor isə zədələnməməmişdir. “QTZ 1250” model qaldırıcı kranın təqdim edilmiş və edilməyən hissələri ilə birlikdə qiyməti 3000 manatdır. 24.“xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli rəyindən görünür ki, “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələri olan yük reduktor motor itələyici barabanın, (komplekt) və hidravlik sistem-motoru, pompa, yağ çıninin adi istifadə üçün yararlı vəziyyətdə qiymətləri və ehtiyyat hissələrinin dəyişdirilməsi xərci 12560 manat təşkil edir. QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissəsi olan barabanın təmiri mümkündür. Digər hissələri və qovşaqlar baxışa təqdim edilmədiyindən onların mövcud vəziyyəti və təmirə yararlılığının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir. 25.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ilk iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Ayaz Mahmudov). 26.Apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin iddianı rədd etməsi əsasları ilə tam olaraq razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilənlərə əsasən ilk iddia üzrə cavabehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ilk iddia üzrə iddaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə üçüncü şəxs İddiaçı MMC arasında ##.##.2023-cü il tarixli qüsur və təhvil aktı tərtib edilmişdir. Həmin sənədə əsasən yol-nəqliyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələrinin ümumi dəyəri 22200 manat məbləğində müəyyən edilmiş və “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələrininkranın yükreductor mator talkatel baraban (komplekt), hidravlik sistem, mator, pompa, yağ baçokunun İddiaçı MMC-yə təhvil verilmişdir. 27.Ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti üzrə cavabdeh dəymiş zərəri mübahisələndirdiyindən iş üzrə mütəxəssis təyin edilərək müvafiq rəy alınmışdır ki, “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli rəyi ilə “QTZ 1250” model qaldırıcı kranın zədələnmiş hissələri olan yük reduktor motor itələyici barabanın (komplekt) və hidravlik sistem-motoru, pompa, yağ çəninin adi istifadə üçün yararlı vəziyyətdə qiymətləri və ehtiyyat hissələrinin dəyişdirilməsi xərcinin 12560 manat təşkil etməsi müəyyən edilmişdir. Lakin, mütəxəssis rəyində yalnız “QTZ 1250” model qaldırıcı kranın barabanın müayinəyə təqdim edilməsi, digər hissələrin təqdim edilmədiyi qeyd olunaraq, onların mövcud vəziyyəti və təmirə yararlılığının müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Buna görə də məhkəmə kollegiyası tərəfindən tərəflərin, “xxxx” MMC-nin rəyini vermiş mütəxəssisinin və əlavə olaraq mütəxəssis qismində işə cəlb edilmiş mütəxəssis2 iştirakı ilə zədələnməsi iddia olunan “QTZ 1250” model qaldırıcı kranın hissələrinə saxlandığı yerdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həqiqətən də “QTZ 1250” model qaldırıcı kranın qurğunun reduktoru və barabanı mövcud olsa da barbanın yastığı, 30 kVt-luq motor, hidravlik itələyici və yağ baçoku mövcud deyildir. Iş üzrə cəlb edilmiş mütəxəssislərin təsdiq etməsi ilə yanaşı, hamıya bəlli olan hal kimi də “QTZ 1250” model qaldırıcı kranın kompleks işlək olub-olmamasını müəyyən etmək üçün onun bütün hissələri olması zəruri olmuşdur. Lakin, qurğunun digər hissələri olmadığından bunu müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis təqdim edilmiş reduktorun zədələnmədiyinə və işlək vəziyyətdə olduğunu bildirmişdir ki, vizual müşahidə zamanı da kranın reduktoru və tross barabanında hər hansı bir zədənin mövcudluğu müşahidə olunmamışdır. Ilk iddia üzrə iddiaçının nümayəndəsi isə mövcud olmayan hissələrin aqibəti barədə məhkəməyə hər hansı bir məlumat verə bilməmiş və bu halın onlar üçün də anlaşılmaz olmasını ifadə etmişdir. Halbuki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə üçüncü şəxs İddiaçı MMC arasında tərtib edilmiş ##.##.2023-cü il tarixli təhvil aktına əsasən “QTZ 1250” model qaldırıcı kranın bütün hissələri İddiaçı MMC-yə təhvil verilmişdir. Belə olduğu təqdirdə isə yol-nəqliyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı kranın ümumiyyətlə hansı hissələrinin zədələnibzədələnməməsini, zədələndiyi halda isə zədələnmiş hissəsinin nədən ibarət olmasını, həmin hissənin təmir və ya işlək hissə ilə əvəz edilməsinin mümkünlüyünü müəyyən etmək mümkün olmamışdır. 28.Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə üçüncü şəxs İddiaçı MMC-nin hər ikisinin hüquqi şəxs olmaqla, İddiaçı MMC tərəfindən vurulmuş zərərin əvəzi qismində ödənişin nağdsız qaydada həyata keçirilməli olması ilə bağlı əsası ilə də razılaşaraq əlavə qeyd edir ki, ilk iddia üzrə iddiaçı ödənişin həyata keçiriməsinin sübutu kimi “yalnız Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin arayışına istinad etsə də öz hesabından pul vəsaitinin məxaric edilməsinə dair də müvafiq sübutu da məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı zərər məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsi ilə yanaşı, ümumiyyətlə baş vermiş yol-nəqiyyat hadisəsi zamanı “QTZ 1250” model qaldırıcı krana zərər vurulmasını və zərərin həcmini də sübut edə bilməmişdir. 29.Məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair bağlanmış ##.##.2023-cü il tarixli müqavilə ilk iddiaçının iddia etdiyi kimi yalnız zərərin əvəzinin hansı şəkildə ödənilməsini tənzimləyən razılaşma olmamışdır. Belə ki, həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, Cavabdeh baş vermiş yol nəqiyyat hadisəsi nəticəsində 22200 manat məbləğində zərər vurduğunu etiraf etməklə və zərərin ödənilməsini öhdəsinə götürmüşdür. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilməsini nəzərə alaraq, İddiaçı MMC ilə Cavabdeh arasında vurulmuş ziyanın hissə hissə ödənilməsinə dair bağlanmış ##.##.2023-cü il tarixli müqaviləni etibarsız hesab etmişdir. 31.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətiəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 212, 337.1, 882.1, 1114.1-ci Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199.1 (a), 202, 204, 205-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununun 3.1, 3.2, 3.3, 32-ci maddələrinə və zərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli qərarına istinadən əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

32.İddiaçı MMC (vəkil: vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia üzrə tələbin tam şəkildə təmin edilməsi və qarşılıqlı iddia üzrə tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 33.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Mülki Məcəllənin 21-ci maddəsinə və Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına əsasən məhkəmə icraatının məqsədi obyektiv həqiqətin müəyyən edilməsidir. Lakin apellyasiya məhkəməsi formal mülahizələrə əsaslanaraq ilkin iddianı rədd etmişdir. Belə ki, iş materialları ilə, o cümlədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin qüsur aktı və “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli rəyi ilə “QTZ 1250” model qaldırıcı krana zərər dəyməsi təsdiq olunur. Həmin rəyə görə zədələnmiş hissələrin və dəyişdirilmə xərclərinin ümumi məbləği, daşıma və digər xərclər daxil olmaqla, 18.241,03 manat təşkil etmişdir. Məhkəmə isə səlahiyyətləri sənədlə təsdiq edilməmiş mütəxəssisin fikirlərinə əsaslanaraq reduktor və barabanın işlək vəziyyətdə olması qənaətinə gəlmiş, lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin qüsur aktını və “xxxx” MMC-nin rəyini lazımi qaydada qiymətləndirməmişdir. Bundan başqa, sürücü Cavabdeh polisə verdiyi izahatdan görünür ki, 48,8 ton çəkidə olan kran ləvazimatları yolun ehtiyat hissəsinə dağılmışdır. Belə ağır əşyanın yerə dağılması nəticəsində zərər dəyməməsi ağlabatan deyil. Bu səbəbdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCyə məxsus “QTZ 1250” model qaldırıcı krana 22.200 manat məbləğində maddi ziyan dəyməsi iş üzrə sübutlarla təsdiq olunur və həmin məbləğin İddiaçı MMC tərəfindən ödənilməsi də qüsur aktında etiraf edilmişdir. 34.Ziyanın vurulması cavabdeh Cavabdeh Xocavənd rayon Polis Idarəsində verdiyi izahatla, ##.##.2023-cü il tarixli IXP ******* nömrəli protokolla Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi ilə, İddiaçı MMC tərəfindən nağd qaydada ödənilməsi ##.##.2023-cü il tarixli arayışla təsdiq olunmuşdur. Əgər zərər mövcud olmasaydı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC qüsur aktı və arayış imzalamaz, ziyanın ödənildiyini təsdiq etməzdi. Bu sənədləri imzalamaqla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC zərərin əvəzinin ödənildiyini etiraf etmiş və gələcək mübahisələr baxımından öz üzərinə hüquqi risk götürmüşdür. Lakin məhkəmə bu mühüm halları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir.

35. Zərərin əvəzinin hansı formada ödənilməsi zərərin vurulub-vurulmadığını müəyyən edən əsas meyar deyil. Reqres hüququnun yaranması üçün zərərin baş verməsi, işçinin təqsiri nəticəsində yaranması və işəgötürən tərəfindən üçüncü şəxsə ödənilməsi kifayətdir. Iş materialları ilə bu hallar təsdiq olunmuşdur. Məhkəmə isə ödənişin nağd aparılmasını reqres tələbinin təmin edilməsinə maneə kimi qiymətləndirmişdir ki, bu da hüquqi baxımdan yanlışdır. Çünki üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ziyanın 22 200 manat məbləğində tam ödənildiyini rəsmi arayışla təsdiq etmiş və bu məsələ üzrə tərəflər arasında mübahisə olmamışdır. Bu halda öhdəliyin icrası sübuta yetirilmiş sayılmalıdır. Ödənişin nağd aparılması vergi və maliyyə nəzarəti ilə bağlı məsələ ola bilər, lakin bu hal mülki-hüquqi məsuliyyəti aradan qaldırmır. İddiaçı MMC tərəfindən məxaric qəbzinin təqdim edilməməsi də ödənişin edilmədiyi anlamına gəlmir. Əksinə, ödənişin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə edilməsi İddiaçı MMC-nin məxaric qəbzi ilə deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin mədaxil qəbzi və ya ödənişi təsdiq edən arayışı ilə müəyyən edilməlidir. Məhkəmə isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən mədaxil qəbzini tələb etməmiş, buna baxmayaraq ödəniş faktını şübhə altına almışdır. Bu səbəbdən məhkəmənin ödənişin formasına əsaslanaraq reqres tələbindən imtina etməsi əsassızdır. 36.Ilk iddia tələbinin əsaslılığı kifayət qədər sübutlarla təsdiq olunmuş lakin aşağı instansiya məhkəmələri təqdim edilmiş sübutları lazımi qaydada qiymətləndirmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37.Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, ”xxxx “MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 38.Etiraz apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə uyğun əsaslandırılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

39.Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X4 X5

40.Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41.Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

42.Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 43.Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 44.Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 45.Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 46.Maddə 199. Işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;

47. Maddə 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

54.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 55.Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Baxılan işdə ilkin iddia üzrə iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh əmək münasibətində olduğu zaman vurduğu zərərin əvəzinin ödənilməsini xahiş etmişdir (§ 7-8).

57. Cavabdeh isə ilkin iddiaya etiraz edərək onun rədd olunmasını, habelə İddiaçı MMC ilə arasında bağlanmış, tam maddi məsuliyyət haqqında ##.##.2021-ci il tarixli və vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair ##.##.2023-cü il tarixli müqavilələrin etibarsız sayılmasını xahiş etmişdir (§ 9-10).

58. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iddiaların həllinə dair yuxarıda göstərilən qətnamələri çıxarmışlar (§ 15, 25).

59. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

60. Belə ki, zərərin ödənilməsi üçün istinad olunan hadisənin baş verdiyi ##.##.2023-cü il tarixdə tərəflər arasında əmək hüquq münasibətlərinin, habelə işçinin tam maddi məsuliyyəti haqqında müqaviləsinin olması, həmin vaxt İddiaçı MMC-nin işçisi olan Cavabdeh yol hərəkəti qaydalarını pozaraq qəza törətməsi, bu səbəbdən inzibati xəta məsuliyyətinə cəlb olunması, hadisə nəticəsində daşıdığı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə məxsus krana zərər dəydiyinə dair iş materiallarında çoxsaylı sənədlər və məlumatlar mövcuddur.

61. Ilkin iddiaçı bildirir ki, müqavilə üzrə daşıma xidməti göstərdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin əmlakına dəyən zərərin əvəzi kimi 22200 manat məbləğində pul ödəmişdir. Cavabdeh bu zərəri qəbul etməsinə və hissəhissə ödəməsi barədə razılıq verməsinə baxmayaraq, müvafiq ödənişləri etməmişdir. Ona görə də zərərin meydana gəlməsinə səbəb olan hadisəni törətmiş keçmiş işçisi Cavabdeh həmin məbləğin tutulmasını tələb edir.

62. Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır (§42- 43).

63. Həmin Məcəllənin 199-cu maddəsində nəzərdə tutulur ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır (§ 46).

64. Mülki Məcəllənin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (§ 41). 65.

66. Kollegiya əvvəlcə onu bildirir ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqelərin hazırkı işə tətbiq olunmaqla ##.##.2023-cü il tarixli müqavilənin etibarsız sayılması hüquqi baxımdan doğru olmamışdır.

67. Ona görə ki, Konstitusiya Məhkəməsi həmin qərarında əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini vurğulamış, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallara diqqət çəkərək, işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağladığı halda işçinin vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımasının əmək qanunvericiliyi ilə tənzimləndiyini göstərmişdir.

68. Baxılan işdə tərəflər arasındakı əmək hüquq münasibətləri mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməmişdir. Onlar arasında ##.##.2021-ci ildə əmək müqaviləsi, habelə tam maddi məsuliyyət haqqında ayrıca müqavilə bağlanmışdır.

69. ##.##.2023-cü il tarixli müqavilə isə onsuz da tam maddi məsuliyyət müqaviləsi olan işçi Cavabdeh səbəb olduğu və məsuliyyətini etiraf etdiyi ziyanın hissə-hissə ödənilməsi haqqında tərəflərin gəldikləri razılaşmanın sənədləşdirilməsidir. Bu hal müqavilənin adından və məzmunundan aydın şəkildə görünür.

70. Tərəflər arasında əvvəldən əmək və tam maddi məsuliyyətə dair müqavilələrin bağlanmış olması, eləcə də ##.##.2023-cü il tarixli razılaşmanın məqsədi nəzərə alındıqda, hətta müqavilənin məzmununda “ziyanı etiraf edir” kimi ifadələrin yazılması, tərəflərin münasibətini mülki hüquq münasibətinə çevirmir, ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında mülki hüquqi müqavilənin bağlanması anlamına gəlmir, başqa sözlə, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağasını pozmur.

71. Nəzərə alınmalıdır ki, gələcəkdə mümkün mübahisələrin qarşısının alınması və etibarlı sübut bazasının formalaşdırılması məqsədilə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlamış işçinin vurduğu zərərin və ( və ya) onun hissə-hissə ödənilməsinin rəsmiləşdirilməsi, yaxud ziyanın ödənilməsinə işəgötürən tərəfindən möhlət verilməsi qanunvericiliklə qadağan edilmir.

72. Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bunu nəinki istisna etmir, əksinə sözügedən qərarda göstərilir ki, “işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər”.

73. Eyni zamanda Əmək Məcəlləsinin 204-cü maddəsinin III hissəsində göstərilir ki, işəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.

74. Əmək hüquq münasibətləri çərçivəsində vurulmuş zərərin sübut edilməsi məsələsinə gəldikdə isə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. Əlbəttə ki, işəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını iddia etdikdə bunu sübut etməlidir.

75. Baxılan işdə ilkin iddia üzrə iddiaçı öz üzərinə düşən sübutetmə yükü çərçivəsində cabvabdehin əmək funksiyasını icra edərkən törətdiyi qanunsuz hərəkət nəticəsində daşıma xidməti göstərdikləri üçüncü şəxsin əmlakına zərər vurması, həmin zərəri özünün ödəməsi barədə xeyli sayda sübutları (əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə, inzibati xəta haqqında protokol, B.Süleymanlının izahatı, fotoşəkillər, qüsur aktı, 22.200 manat zərərin İddiaçı MMC tərəfindən tam şəkildə ödənilməsi haqqında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin arayışı, B.Süleymanlının həmin məbləğdə ziyanı qəbul etməsi və hissə-hissə ödəməyə razılıq verməsi haqqında razılaşma və s.) məhkəməyə təqdim etmişdir.

76. Yeri gəlmişkən, kassasiya məhkəməsi onu da qeyd edir ki, hüquqi şəxslər arasında zərərin əvəzinin nəğdsiz qaydada ödənilməsinə dair sənədin təqdim olunmaması həmin ödənişin edilməməsi nəticəsinə gəlmək üçün yetərli deyil. Belə ki, hüquqi şəxslər arasında hesablaşmaların nağdsız aparılması ilə bağlı qanunvericiliyin pozulması həmin qaydaların qorumaq istədiyi münasibətlər, o cümlədən bu məqsədlərə nail olmaq üçün hesablaşma tərəflərinin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir. Odur ki, həmin qaydanın pozulması, bu münasibətlərin xaricində qalan məsələləri, o cümlədən çoxsaylı sübutlarla təsdiqini tapan zərər və ödəmə faktını təkzib etmir, zərər vuran şəxsə qarşı tələb üzrə belə arayışa sübutlardan biri kimi istinad olunmasına mane olmur. Baxılan işdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC sözügedən ödənişin ona edildiyini yazılı sənəd verməklə təsdiqləmişdir. Odur ki, həmin sənəddəki məlumatlar işdəki digər sübutlarla birlikdə məhkəmə tərəfindən qiymətləndirilməlidir.

77. Mövcud vəziyyətdə, yəni ilkin iddiaçı tərəfindən istinad olunan zərər və onun həcmi ilə bağlı sübutlar təqdim edildiyi halda, əgər cavabdeh B.Süleymanlı zərərin qeyd olunan həcmdə olmadığını iddia edirsə, həmin halı sübuta yetirmək yükü onun üzərinə düşür.

78. Cavabdehin mübahisə etdiyi xüsusat üzrə müvafiq ekspertiza tədqiqatlarının aparılması üçün əsaslar olduqda isə tədqiqatlar nəticəsində alınmış rəylər işdəki digər sübutlarla birlikdə qiymətləndirilməklə yekun nəticəyə gəlinə bilər. Müvafiq rəyin alınmaması isə cavabdehin etirazının həmin sübutla təsdiq olunmamasına dəlalət edər.

79. Baxılan işdə apellyasiya məhkəməsi hazırkı işin halları baxımından yuxarıda göstərilənləri nəzərə almamış, sübutetmə yükünü düzgün müəyyən etməmiş, işdəki sübutları düzgün qiymətləndirməmiş, qətnaməni müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 48-52).

80. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun və Insan Hüquqlarının və X4 X5 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 39-40).

81. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

82. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və bütün dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin qismən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar