Məhkəmə qərarları › İş №2(1-8)-857/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-857/2026

01.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-857/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mənzil mübahisələri; Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. VII-ЖГ ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə Gəlbiyeva Gülnarə Əvəz qızı nikahlarını ##.##.1996-cı il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlamışlar.

2. Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən ##.##.2006-cı il tarixdə verilmiş AZ-İ ****** nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə cavabdeh3 arasında bağlanmış nikah ləğv edilmişdir.

3. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BPQMI-nin MAPS şöbəsinin ##.##.2016cı il tarixli arayışa əsasən Quluyeva Gülnarə Əvəz qızı ünvan 5 79/81 ünvanında qeydiyyatdadır.

4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi BPQMI-nin MAPS şöbəsinin ##.##.2024cü il tarixli arayışa əsasən cavabdeh2 ünvan 5 79/81 ünvanında qeydiyyatdadır.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi, ##.##.2023-cü il tarixdə 1123037267 nömrə ilə İddiaçı (bundan sonra mətndə-iddiaçı) (4/5 hissədən bir hissə) adına, ##.##.2021-ci il tarixdə 1121106923 nömrə ilə X8 (4/5 hissədən bir hissə) adına, X25 (1/5 hissədən bir hissə) adına, X9 (1/5 hissədən bir hissə) adına, X13 (1/5 hissədən bir hissə) adına, X20 (1/5 hissədən bir hissə) adına qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin iddiaçının etibarnamə üzrə nümayəndəsi nümayəndə1 ünvanladığı ##.##.2025-ci il tarixli, 3-21-3-30/2- T-****-*/** nömrəli məlumatın verilməsi ilə bağlı məktubuna əsasən sözügedən fərdi yaşayış evi ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri * saylı DNK-nın 1N-*** reyestr nömrəli ##.##.19**-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi X21 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2012-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə əlik hüququ haqqında şəhadətnaməsinə və 3M-4821 retyestr nömrəli bağışlama müqaviləsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi X5 adına qeydiyyatdan keçmişdir. * saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş ##.##.2023cü il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 4/5 hissəsindən bir hissəsi iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinin X3 ünvanladığı ##.##.2012-ci il tarixli, ************ nömrəli ərizəyə cavab məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 14, ** saylı mənzilin Yasamal rayon Məhkəməsinin qətnaməsinin *-****/** saylı, ##.##.2005-ci il tarixli qətnaməsinə əsasən ¼ hissəsi X3 ¾ hissəsi isə cavabdeh3 adlarına dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətlərindədir.

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14, mənzil 20 (Yeni qaydalarla: AZ 1060, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 62, M2, m2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi, ##.##.2019-cu il tarixdə 1119022969 nömrə ilə cavabdeh1 (3/5 hissə) adına, ##.##.2024-cü il tarixdə 1124065705 nömrə ilə iddiaçının (2/5 hissə) adına qeydiyyata alınmışdır.

9. X8 ərizəsinə əsasən X4 küçəsi **/** nömrəli xüsusi mülkiyyətin digər payçısı olaraq, qeydiyyatda olan cavabdeh3, cavabdeh1 və Qulizadə Əli Zaur oğlunun istifadə hüquqlarından məhrum edilməsinə heç bir etirazı olmadığını bildirmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinin ##.##.2022-ci il tarixli məktubuna əsasən X26 rayon Qeydiyyat bəsinin **** saylı akt qeydinə əsasən ##.##.1976-cı il tarixdə vəfat etmiş, X9 ölümü Binəqədi rayon Qeydiyyat Şöbəsində, X13 ölümü isə Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınmışdır.

11. Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin ##.##.2022-ci il tarixli məktubuna əsasən sənədləşmə üzərində payçı kimi görünən vət. X14 şəxsiyyət vəsiqəsi ##.##.2021-ci il tarixində ölüm səbəbi ilə bağlı qeyri-aktiv edildiyi bildirilmişdir.

12. İddiaçı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Satıcı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14, mənzil 20 (Yeni qaydalarla : AZ 1060, Bakı şəhəri , Nizami rayonu, Qara Qarayev prospekti, giriş 62, М2, m2) ünvanında yerləşən, ümumi sahəsi 29.5 kv/m olan mənzilin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsini, yəni satıcı iddiaçıya (2/5 hissə) "Alıcının" mülkiyyətinə verir(lər). Alıcı cavabdeh1 Satıcı iddiaçıdan satdığı 2/5 hissəni ondan 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə almışdır.

13. ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.1992-ci il tarixdə vəfat etmiş Quliyev Ağababa qızının vərəsələri: X5, X15, X3, nümayəndə1 və iddiaçıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 4/5 hissəsindən X21 məxsus hissəsindən ibarətdir.

14. X15, X3, nümayəndə1, iddiaçı ilə X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X15, X3, nümayəndə1, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X21 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumbirgə mülkiyyət üzrə 4/5 hissəsindən X21 məxsus hissəsindən onlara düşən 1/5 hissə vərəsəlik pay hüquqlarını mərhumun vərəsə sırasında arvadı X5 bağışlamışlar.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X6, X16 və X22 cavabdeh X8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçıya qarşı "##.##.19**-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ##.##.19**-ci il tarixli *** nömrəli kitabın 10311-ci səhifəsində 30/3329 qeydə alınma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin, X8 adına ##.##.2021-ci il tarixdə 1121106923 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçasi **/** nömrəli fərdi yaşayış evinə dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X6, X22 və X16 cavabdeh X8 qarşı “yaşayış hüququnun tanınması və mənzilə köçürülmə" tələbinə dar iddia ərizəsi təmin edilməmişdir.

17. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, X16, X17 və X6 ünvan 2) ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *-****/**** nömrəli, ##.##.2006-cı il tarixli qətnaməsinə əsasən X10 cavabdehlər Yasamal rayon Icra Hakimiyyətinə, Bakı şəhər * saylı Dövlət Notariat Kontoruna və X8 qarşı Bakı şəhəri. M.Fətəli küçəsində yerləşən **/** saylı evə qanun üzrə vərəsə kimi tanınma, Bakı şəhər Yasamal rayon Icra Hakimiyyətinin */** saylı ##.##.19**-ci il tarixli qərarının etibarsız hesab edilməsi və həmin evə Bakı şəhər * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 02.# #.19**-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsinə dair iddia tələbləri əsassız olduğu üçün rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

19. Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3, cavabdeh1,cavabdeh2 mülkiyyətində olan ünvan 7 79\81 ünvanına olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilərək, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, onun qardaşının cavabdehlə arasında olan ##.##.1996-cı tarixli nikah ## ###### 2006-cı il tarixdə pozulmuşdur. Həmin nikahlarından ## ###### 1997-ci il təvəllüdlü cavabdeh1 və ## ###### 2000-ci il təvəllüdlü cavabdeh2 adlı övladları dünyaya gəlmişdir. Belə ki, nikahları pozulduqdan sonra uşaqların 18 yaşına satanadək onun mülkiyyətində olan ünvan 5 79\81 ünvanda yerləşən mənzilində yaşayıblar. Bu azmış kimi heç kimin icazəsi olmadan qanunsuz olaraq pasport qeydiyyatına da düşmüşlər. Hərçənd cavabdeh cavabdeh1 öz evi var. Cavabdeh ünvan 1 20 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. Digər cavabdeh cavabdeh2 ölkə hüdudlarından kənarda yaşayır. Hazırda cavabdehlərin onun ünvanından istifadə etməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır.

21. Cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə2 iddiaya etirazını məhkəməyə təqdim edərək, iddiaçının cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək mənzildən çıxarılma barədə” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilərək mənzildən çıxarılma barədə" iddia tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir: Ilk növbədə bildirilir ki, hazırki mülki iş üzrə cavabdehlərdən cavabdeh3 və onun iki övladı cavabdeh1 və cavabdeh2 mübahisə predmetini təşkil edən və ünvan 5 79/81 ünvanında yerləşən, ümumi sahəsi 816.30 kv.m təşkil edən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin evdə yaşayırlar. Belə ki, ## ###### 1996-cı il tarixdə iddiaçının qardaşı ilə cavabdehlərdən cavabdeh3 arasında nikah bağlanmaqla, ailə münasibətləri yaranmış və cavabdeh ünvan 5 79/81 ünvanında yaşamışlar. Nikahdan hazırki iş üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 anadan olmuşlar. Nikaha daxil olanadək də cavabdeh cavabdeh3 göstərilən fərdi yaşayış evində yaşamışdır. Belə ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçı və cavabdehin nənə-babasından miras qalan mülkdür və iddiaçı ilə cavabdeh arasında əvvəldən qohumluq münasibətləri mövcuddur. Nikah münasibətlərinə daxil olduqdan sonra fərdi yaşayış evinin təxminən 40 kv.m sahədən ibarət hissəsi yeni ailəyə ayrılmış və onlar orada yaşamağa başlamışlar. Nikah pozulduqdan sonra da cavabdehlər həmin hissədə yaşamağa davam etmiş və bugünədək də orada yaşayırlar. Mənzildə faktiki yaşayan cavabdehlər cavabdeh3 öz övladları ilə birlikdə bu müddətdə ayrıca ailə təsərrüfatını idarə etmiş, bütün kommunal xidmətlər üçün ayrıca müqavilələr bağlanılmış və sayğaclar quraşdırılmışdır. Cavabdehlərdən iddiaçının qardaşının övladları, yəni cavabdeh1 və cavabdeh2 və cavabdeh3 isə həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla istifadə hüququ olan keçmiş gəlinidir. Cavabdehlər 3 nəfər olmaqla, həmin evin bir hissəsində yaşayırlar. Iddia ərizəsində göstərildiyi kimi, cavabdehlərdən cavabdeh1 adına başqa mənzilə dair xüsusi mülkiyyət hüququnun olması, hər üç cavabdehə münasibətdə kompensasiya ödənilmədən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair hüquqi əsas vermir. Iddia ərizəsində iddiaçı bildirmişdir ki, “mənim xüsusi mülkiyyətimdə olan ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilərək cavabdehlərin mənzildən çıxarılması barədə” qətnamə qəbul edilsin. Lakin, bu zaman iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya məbləğinin ödənilməsi ilə bağlı heç bir fikir bildirməmişdir. Təbii ki, göstərilən əsasla razı deyillər. Belə ki, mənzildən çıxarılma tələbinə dair iddialara baxılarkən ilk növbədə bunun üçün nəzərdə tutulmuş kompensasiya məbləği müəyyən olunmalı, daha sonra iddiaçının cavabdehlərə həmin kompensasiya məbləğini ödəməyə razı olub-olmadığı müəyyənləşdirilməlidir. Təbii ki, kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir.

22. Məhkəmə cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

23. 9. “X24 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, ***-***/**** nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 7 79/81 ünvanında yerləşən mənzildə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 faktiki istifadəsində olan hissə 43.11 m2 sahədən ibarətdir. Həmin sahəyə dair hazırkı dövr üçün müəyyən edilmiş kirayə haqqı qiyməti yuvarlaqlaşdırılmaqla cədvəldə təqdim olunmuşdur: Mənzilin kirayə dəyəri – 320 (üç yüz iyirmi) manatdır.

24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli (hakim A.A.Oruclu) qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçı tərəfindən 12000 (on iki min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 həmin yaşayış sahəsindən çıxarılması qət edilmişdir.

25. Məhkəmənin mövqeyini onunla əsaslandırır ki, tərəflər arasındakı yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən əvvəlki dövrə təsadüf etdiyindən mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir.

26. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına əsasən 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 28.

29. Məhkəmə həmçinin əlavə etmişdir ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 43cü maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci və 3-cü, 123-cü maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2016-cı il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarı; “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarı və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.2, 217.4, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

31. Qətnamədən narazı qalan cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

32. Apellyasiya şikayətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsindəki **/** saylı ev cavabdeh cavabdeh3 nənəsi X11 məxsus olmuşdur. Onun Orucəli (babası) və Rəcəbəli (anasının əmisi) adlı iki oğlu övladı olmuşdur. Umleyla vəfat etdikdən sonra, cavabdeh3 həm babası (Orucəli), həm də cavabdeh3 anası (Təyarə), həm də özü müvafiq ardıcıllıqla mirası faktiki qəbul etmişdir. Orucəlinin daha 6 övladı olub. X30 və iddiaçının atası X38 həmin övladlardan ikisidir. cavabdeh3 həmçinin dayısı Ağababanın oğlu Zaurla ailəli olub (iddiaya etirazda ətraflı qeyd edilib). Bu iş vasitəsilə ona məlum olmuşdur ki, X11 oğlu Orucəliyə qalmış və onun 7 övladı (biri də Gülnarənin anası olmaqla) arasında bölünməli olan miras payı 2 övlad (Vaqif və Ağababa) 19**-ci ildə vərəsəliklə yalnız öz adlarına sənədləşdirmişlər (Ağababanın da payı onun vəfatından sonra qızı – iddiaçının adına sənədləşdirilib). Halbuki Orucəlinin (1973-cü ildə vəfat edib) qızı olan Təyarə onun varisi kimi mirası faktiki qəbul etmiş, o vəfat (1987-ci il) etdikdən sonra isə cavabdeh3 onun yeganə övladı olaraq həmin mirası faktiki qəbul edib. Xüsusilə vurğulayırlar ki, anası dayıları özlərinə vərəsəlik şəhadətnaməsi almamışdan əvvəl vəfat etmişdi. 19**-ci ildə dayıları vərəsəlik sənədləşdirərkən notarius vəfat edən ananın övladının olmasını qanunsuz olaraq nəzərə alınmamışdır. cavabdeh3 mülkiyyətçi olmağa bir yana, hətta ona və övladlarına guya təkcə istifadəçi kimi verilməsi nəzərdə tutulan kompensasiya belə azdır. Həmçinin iddiaçı yeganə mülkiyyətçi deyil. Ev paylı mülkiyyətdədir və kiminsə evdən çıxarılması üçün payçıların hamısının iradə ifadəsi olmalıdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh3 və onun anası öz miras payından imtina etməmiş, cavabdeh3 və onun anası mirası faktiki qəbul etmişdir. Lap tutaq ki, güya cavabdeh3 və anası mirası faktiki qəbul etməsə belə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, onların mirası qəbul etməsinə müddət şamil edilə bilinməz. Mirası faktiki qəbul etmiş hesab edilmək üçün miras evdə yaşamaq tələbi qanunda yoxdur. Miras evdə yaşamaq mirası faktiki qəbul etməyi göstərən hərəkətlərdən biridir, yeganəsi deyil. Yəni varisin miras evdə yaşamaması o demək deyil ki, o vərəsəliyi qəbul etməyib. Xüsusilə nəzərə alınmalıdır ki, anası vəfat edərkən cavabdeh3 yetkinlik yaşına çatmamışdır, istər həmin il, istərsə də sonrakı illər anasını itirmiş qız uşağı kimi (Azərbaycan əxlaq və birgəyaşayış qaydalarını da nəzərə almaqla) öncə xalasının, sonra isə “gəlin köçməklə” dayısı ailəsinin himayəsində, faktiki olaraq təsirində və nəzarətində yaşamışdır. Hətta tutaq ki, guya cavabdeh3 mirası faktiki qəbul edən hərəkətlər etməmişdir. Bu belə onun varis hüquqlarına xitam vermir. Çünki, tərəflərin arasında bununla bağlı əvvəllər məhkəmə mübahisəsi olmamış, hər hansı məhkəmə aktı qüvvəyə minməmişdir. Konstitusiya Məhkəməsinin qərarının mahiyyəti təkcə 2000-ci il Mülki Məcəlləsi ilə məhdudlaşmır. Həmin qərarın mahiyyəti odur ki, vərəsəlik hüququ mülkiyyətin müdafiəsinin tərkib hissəsidir və şəxs notariat qaydasında təsdiqlənmiş imtina vermədikcə, miras onun mülkiyyətidir. Mülkiyyətə müvafiq təminat mübahisəli vərəsəlik şəhadətnaməsi veriləndə qüvvədə olan Konstitusiya qanunları ilə də təminat verilirdi. Nəzərə alınmalıdır ki, notarius vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə etməli olduğu halda bunu etməmişdir. Iddiaçının sübut kimi təqdim etdiyi çıxarışdan da göründüyü kimi, ev paylı mülkiyyətdədir. Məhkəmə digər payçıların iradə ifadəsi olmadan yalnız payçılardan birinin (iddiaçının) istəyi ilə istifadə hüququna xitam vermək qərarı qəbul etmişdir. cavabdeh3 vərəsəlik və ondan yaranan mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmışdır. Həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək bu işin icraatı dayandırılmalı idi. Belə ki, onun vərəsəlik və mülkiyyət hüququ tanındığı halda, nə o, nə də bu iş üzrə cavabdeh olan övladları – ailə üzvləri mübahisəli evdən çıxarıla bilinməz. Lakin məhkəmə qanunun tələbini pozaraq, icraatın dayandırılması haqqında vəsatəti təmin etməmişdir. Məhkəmə digər mülkiyyətçilərin iradəsini müəyyənləşdirməmişdir. Məhkəmə cavabdeh3 vərəsəlik hüququnu aydınlaşdırmamışdır. Hətta məhkəmənin müəyyən etdiyi kompensasiya belə bazar qiyməti ilə deyil. Qətnamə ilə tətbiq edilmiş Mənzil Məcəlləsinin 123 və Mülki Məcəllənin 228 – ci maddələri işin hallarına uyğun deyil. Çünki cavabdeh3 varis və mülkiyyətçilərdən biridir. Həmin maddələr isə mülkiyyətçiyə tətbiq edilə bilinməz.

33. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin müdafiə etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, cavabdeh cavabdeh3 onun bibisi qızıdır. Paylı mülkiyyətlə bağlı başqa bir iddiada da onun iddiasının əsassız olduğu təsdiq edilib. 1992-ci ildə atası və əmisi nənələrinin adından həmin evi öz adlarına keçiriblər. Qara Qarayevdə olan ev bacısı ilə əmisinin adınadır. Əvvəl ev qardaşı ilə cavabdeh3 adına idi, sonradan qardaşı öz payını bacısına verdi. Daha sonra qardaşının aliment borcu olduğu üçün 28 min manata həmin payı cavabdeh3 verdi. Hazırda bacısının payı da cavabdeh1 adınadır. Onların adına hazırda iki mənzil və bağı var. Onlar həmin payı bacısı İddiaçı almışdılar. cavabdeh1 hazırda anası ilə birgə mübahisə olan evdə yaşayırlar. O dövrdə qardaşı ilə aralarında razılaşdırma olmuşdu ki, aliment ödənişi olunmasın evi onlara versin. Bu formada davam edirdi. Sonradan aralarında narazılıq oldu deyə aliment borcunun ödənilməsi üçün bacım öz payını 28 min manata cavabdeh3 satdı.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər- G.T. Axundova (sədrlik edən və məruzəçi), M.Ə. Rüstəmli, F.H. Qasımov) cavabdehlər tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, iddiaçının qardaşı X3 ilə cavabdeh cavabdeh3 arasında ##.##.1996-cı il tarixdə nikah bağlanmış, həmin tarixdən cavabdeh cavabdeh3 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamış, birgə nikahdan ##.##.1997-ci il təvəllüdlü cavabdeh cavabdeh1 və ##.##.2000-ci təvəllüdlü cavabdeh2 doğulmuş və tərəflər arasında bağlanmış nikah ##.##.2006-cı il tarixdə pozulmuşdur.

36. Cavabdehlər iddiaçı İddiaçı (4/5 hissədən bir hissə), X8 (4/5 hissədən bir hissə), X25 (1/5 hissədən bir hissə), X9 (1/5 hissədən bir hissə), X13 (1/5 hissədən bir hissə) və X20 (1/5 hissədən bir hissə) ümumi paylı mülkiyyətində olan ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar və həmin ünvanda qeydiyyatdadırlar.

37. Mübahisə predmeti olan ünvan 7 79\81 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən X25, X9 və X20 vəfat etmişdir.

38. Hazırda iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

39. Mübahisə predmeti olan ünvan 7 79\81 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi olan X8 cavabdehlərin istifadə hüquqlarından məhrum edilməsinə heç bir etirazı olmadığını bildirmişdir.

40. Iş materiallarında olan İddiaçı ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Satıcı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 14, mənzil 20 (Yeni qaydalarla : AZ 1060, Bakı şəhəri , Nizami rayonu, Qara Qarayev prospekti, giriş 62, М2, m2) ünvanında yerləşən, ümumi sahəsi 29.5 kv/m olan mənzilin paylı mülkiyyət üzrə on(lar)a məxsus hissəsini, yəni satıcı İddiaçı (2/5 hissə) "Alıcının" mülkiyyətinə verir(lər). Alıcı cavabdeh1 Satıcı İddiaçı satdığı 2/5 hissəni ondan 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə almışdır.

41. Iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinin X3 ünvanladığı ##.##.2012-ci il tarixli, ************ nömrəli ərizəyə cavab məktubuna əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 14, ** saylı mənzilin Yasamal rayon Məhkəməsinin qətnaməsinin *-****/** saylı, ##.##.2005-ci il tarixli qətnaməsinə əsasən ¼ hissəsi X3 ¾ hissəsi isə cavabdeh3 adlarına dövlət reyestrində qeydiyyatdan keçmişdir və halhazırda mülkiyyətlərindədir.

42. Elektron Məhkəmə Informasiya sistemindən “Sərhədkeçmə məlumatları” bölməsindən əldə edilən Çıxarışa əsasən müəyyən edilir ki, digər cavabdeh cavabdeh2 ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək; ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək; ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək; ##.##.2023- cü il tarixdən ##.##.2024-cü il tarixədək; ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək; ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək; ##.##.2025-ci il tarixdən ölkə xaricində olmuşdur.

43. X3 ilə Quliyeva (Gəlbiyeva) Gülnarə Əvəz qızı 1996-cı ildə nikaha daxil olmuşlar. Digər cavabdehlər isə onların birgə nikahından olan övladlarıdır. 54.Kollegiya iş üzrə toplanılmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlərin yaşayış evindən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin ########ın #-dək yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

44. Göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır.

45. Hazırki halda iddiaçı cavabdehin mülkiyyətində olan mənzilinə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsini xahiş etsə də, ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır.

46. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMK-nın ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

48. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMKnın ## #### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər.

49. Beləliklə kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən qanunun analogiyasını əsas tutaraq, hazırki mübahisə ilə bağlı oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir.

50. Iş materiallarından müəyyən olunduğu kimi cavabdeh cavabdeh3 2005-ci ildə, digər cavabdeh cavabdeh1 isə 2024-cü ildə mülkiyyətində mənzillər olmuşdur.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

52. Kollegiya qeyd etmişdir ki, iş materiallarında cavabdehlərdən cavabdeh2 mülkiyyətində mənzilin olması işdən müəyyən olunmur. Işdən müəyyən olunur ki, cavabdeh cavabdeh2 hazırda ölkə hüdudlarından kənarda yaşayır.

53. “X24 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli, ***-***/**** nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 7 79/81 ünvanında yerləşən mənzildə cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 faktiki istifadəsində olan hissə 43.11 m2 sahədən ibarətdir. Həmin sahəyə dair hazırkı dövr üçün müəyyən edilmiş kirayə haqqı qiyməti yuvarlaqlaşdırılmaqla cədvəldə təqdim olunmuşdur: Mənzilin kirayə dəyəri – 320 (üç yüz iyirmi) manatdır.

54. Kollegiya hesab etmişdir ki, 12000 manat kompensasiya hazırkı işin halları baxımından məqsədəmüvafiqdir.

55. Apellyasiya şikayətinin dəlili isə məhz onunla bağlıdır ki, cavabdeh3 və onun anası Təyarə mübahisə predmeti olan evdə öz miras payından imtina etməmiş, cavabdeh3 və onun anası mirası faktiki qəbul etmişdir. Cavabdeh hesab edir ki, o da mübahisə predmeti olan evin mülkiyyətçisi olduğundan iddia tələbi təmin edilə bilməz.

56. Kollegiya qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı (4/5 hissədən bir hissə), X8 (4/5 hissədən bir hissə), X25 (1/5 hissədən bir hissə), X9 (1/5 hissədən bir hissə), X13 (1/5 hissədən bir hissə) və X20 (1/5 hissədən bir hissə) ümumi paylı mülkiyyətində olması müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə dair iş materiallarında sübut yoxdur.

57. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29 maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 215.5, 228.2-ci maddələrinə, ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1 və 3-cü hissələrinə,123-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 217.4, 384.0.1, 385.2cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

58. Cavabdeh cavabdeh3 (vəkil-nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yaşayış sahəsindən istifadə hüququna kompensasiya ilə xitam vermişdir. Lakin MM-nin 228.2-ci maddəsi yalnız mülkiyyətçi olmayan istifadəçiyə tətbiq edilə bilər. Cavabdeh cavabdeh3 özünü vərəsə və paylı mülkiyyətçi hesab edir. Vərəsəlik hüququnun tanınması barədə ayrıca iş mövcuddur. Əgər şəxs potensial mülkiyyətçidirsə, onun hüququ 228.2-ci maddə ilə məhdudlaşdırıla bilməz. Məhkəmə əvvəlcə cavabdehin hüquqi statusunu (istifadəçi yoxsa mülkiyyətçi) müəyyən etməli idi. Bu edilmədiyindən maddi hüquq norması yanlış tətbiq olunmuşdur.

60. Məhkəmə aşağıdakı halları hüquqi qiymətləndirməmişdir: Cavabdehin anasının mirası faktiki qəbul etməsi; Vərəsəlik hüququndan notarial qaydada imtinanın olmaması. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, vərəsəlik hüququ mülkiyyət hüququnun tərkib hissəsidir. Məhkəmə bu iddianı “ayrıca mübahisə” kimi qiymətləndirərək maddi hüquqi nəticə çıxarmamışdır. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət hüququnun müdafiə prinsipinə ziddir

61. Iş materiallarından da göründüyü kimi, mübahisəli əmlak paylı mülkiyyətdədir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə mümkündür. Digər payçıların iradəsi müəyyən edilməmişdir. Yalnız bir payçının təşəbbüsü ilə istifadə hüququna xitam verilməsi Mülki Məcəllənin 215.5-ci maddəsinin tələblərinə ziddir. Iş materiallarına əlavə olunmuş mülkiyyətçilərdən biri olan X8 (4/5 hissədən bir hissə) adından təqdim edilmiş ərizə sübut kimi dəyərləndirilə bilməz. Belə ki, həmin ərizə birinci instansiya məhkəməsinə təqdim edilsə də, ərizə notarial qaydada verilməmişdir, eləcə də həmin şəxs özü məhkəmə icraatına cəlb edilməmiş, məhkəmədə ifadəsi alınmamışdır. Belə olduğu təqdirdə, göstərilən ərizə mötəbər sübut kimi qəbul edilə bilməz. Çıxarışda göstərilən digər şəxslərin vəfat etməsi isə onların hüquqlarının iddiaçı İddiaçı keçməsi anlamına gəlmir. Həmin şəxslərin vərəsələrinin mövqeləri alınmamış, əlavə araşdırma aparılmamışdır. Cavabdehlərin etirazının əsas dəlillərindən biri də, onların faktiki olaraq iddiaçıya məxsus hissədə yox, digər mülkiyyətçi olan X25 aid olan hissədə yaşamalarıdır. Belə olduğu təqdirdə, göründüyü kimi MM-nin 215.5-ci maddəsi düzgün tətbiq edilməmişdir. Istifadə hüququna xitam faktiki olaraq paylı mülkiyyət rejiminin dəyişdirilməsidir. Iddiaçı iddia ərizəsinə əlavə olaraq mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olmasını göstərsə də, təqdim olunan çıxarışdan da göründüyü kimi, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 816.30 kv.m olan fərdi yaşayış evi birgə mülkiyyətdir və iddiaçıdan əlavə olaraq 5 nəfərin, ümumilikdə 6 nəfərin həmin mülkiyyət üzərində pay hüquqları müəyyən olunmuşdur. Cavabdehlər həmin fərdi yaşayış evinin təxminən 40 kv.m sahəsindən yaşamaq üçün istifadə edirlər. Iddiaçı isə həmin fərdi yaşayış evinin 4/5 hissədən bir hissəsinə mülkiyyətçidir. Bu zaman isə haqlı olaraq sual meydana çıxır ki, iddiaçının bu növ iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddurmu?! Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, fərdi yaşayış evinin konkret hansı hissəsinin ona məxsus olması, cavabdehlərin də həmin hissədən istifadə etməsini sübut edən heç bir sənəd mövcud deyildir (Texniki Pasport, pay bölgüsü barədə cizgilər və s.). Hesab edirlər ki, məhkəmə mahiyyəti üzrə işə baxarkən iddiaçının subyektiv hüququnun mövcud olub-olmaması məsələsini də digər hallarla birlikdə araşdırmalı idi.

62. Ekspert rəyində yalnız aylıq kirayə haqqı əsas götürülmüşdür. Lakin 30 ilə yaxın faktiki yaşayış, formalaşmış ailə məskunlaşması, alternativ yaşayış şəraitinin real əldə olunma imkanı, sosial bağlılıq nəzərə alınmamışdır. Kompensasiya yalnız 36 aylıq kirayə ilə məhdudlaşdırıla bilməz. Ali Məhkəmə təcrübəsinə görə kompensasiya real və ədalətli olmalıdır.

63. Məhkəmə vərəsəlik arqumentinə geniş hüquqi qiymət verməmiş, digər payçıların mövqeyini araşdırmamış, alternativ hüquqi nəticələri əsaslandırmamışdır. Bu isə əsaslandırılmış məhkəmə aktı tələbinin pozulmasıdır.

64. Iddiaçı sübut etməli idi ki, cavabdeh mülkiyyətçi deyil, faktiki qəbul edilmiş miras yoxdur, kompensasiya ədalətlidir. Bu sübut yükü düzgün araşdırılmamışdır.

65. Məhkəmə hüquqi münasibətin xarakterini tam müəyyən etmədən qətnamə qəbul etmişdir. Hüquqi status müəyyən edilmədən tətbiq edilən norma səhvdir.

66. Vərəsəlik hüququnun tanınması ilə bağlı iş mövcuddur. Əgər həmin iş üzrə cavabdeh mülkiyyətçi kimi tanınarsa bu işin hüquqi nəticəsi dəyişəcək.Hazırkı qətnamə əsassız olacaq. Belə olan halda icraat məcburi qaydada dayandırılmalı idi. Bu edilmədiyindən ciddi prosessual pozuntu var.

67. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 215.5, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.2, 217.4, 254-cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

69. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ndan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquudur.

70. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlər ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hquqdan sui-istifadə olmasın.

71. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

72. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

73. Maddə 123. (Hissə 1) Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

74. Maddə 53. (Hissə 1) Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bəradər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.

75. (Hissə 3) Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

78. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

82. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

88. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği və cavabdeh3 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçı tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdeh cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması hissələrində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

89. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

90. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının həmin fərdi yaşayış evinin 4/5 hissədən bir hissəsinə mülkiyyətçisi olduğu, bu zaman isə haqlı olaraq iddiaçının bu növ iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddurmu sualının meydana çıxdığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, məhkəmələr iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququ olan şəxs kimi qəbul edərək işə mahiyyəti üzrə baxıb nəticə verərkən maddi və prosessual hüquq normalarının tələbini pozmamışlar.

91. Məhkəmə kollegiyası kassasiya şikayətinin vərəsəlik hüququnun tanınması ilə bağlı iş mövcud olduğunu, əgər həmin iş üzrə cavabdeh mülkiyyətçi kimi tanınarsa bu işin hüquqi nəticəsinin dəyişəcəyi, hazırkı qətnamənin əsassız olacağı, belə olan halda icraatın məcburi qaydada dayandırılmalı olduğu, bu edilmədiyindən ciddi prosessual pozuntu olduğu barədə dəlili ilə əlaqədar bildirir ki, iş materiallarında olan olan birinci instansiya məhkəməsinin ## #### 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının protokolu ( ı cild, iş v. 221-222) ilə təsdiq edilir ki, cavabdehin nümayəndəsinin iş üzrə icraatın dayandırılması barədə vəsatəti müzakirə edilərək təmin edilməmişdir.

92. Daha sonra cavabdehin iş üzrə icraatın dayandırılmasının məcburi olduğu Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində göstərilmiş hallardan hər hansı birinin mövcudluğunu təsdiq edən sübutlar təqdim etməsi iş materialları ilə təsdiqlənmir.

93. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

94. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

95. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiyanın məbləği və cavabdeh3 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçı tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdeh cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi kompensasiyanın məbləği və cavabdeh3 ünvan 5 79/81 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçı tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdeh cavabdeh3 həmin yaşayış sahəsindən çıxarılması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar