Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-86/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-941/2025 nömrəli 03 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 iyun 2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MMC arasında “əşyaların nisyə satılması” haqqında 05/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqaviləyə əsasən müxtəlif növ məişət avadalıqlarını və mobil telefonları (əşyaları) “Alıcı”ya verməyi, “Alıcı” isə əşyaları qəbul edib, məişət avadanlıqlarını və mobil telefonların (əşyaların) qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan razılaşmaya əsasən cəmiyyət ona 60000 manat dəyərində müxtəlif növ məişət avadanlıqları və mobil telefonlar verməyi öhdəsinə götürmüş və bunun təminatı olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəs i 18.2 kv.m olan qeyriyaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18.1 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakların hər birinin dəyəri tərəflərin qarşılıqlı razılığa əsasən 20000 manat dəyərində qiymətləndirilmişdir. Müqavilənin 3.6-cı bəndinə əsasən “alıcı” bu müqavilənin 3.4-cü bəndində göstərilən ödəniş müddətini bir dəfə pozarsa, “satıcı” bu müqavilə üzrə yaranmış bütün borcları “alıcı”dan tələb edə bilər. 2. 30 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququnun yaranmasına səbəb olur. 3. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, 1399 manat 87 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. 4. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən, 2346 manat 74 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. 5. 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. İcra qeydinə əsasən - öhdəliklə müəyyən edilmiş müqavilə üzrə vaxtında ödənilməmiş 60000 manat əsas borc, 0 manat faiz borcu pulu olmaqla, cəmi 60000 manat həcmi ndə tələb üzrə tutma İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən 18.2 kv m. olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 17.2 kv m. olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanda yerləşən 18.1 kv m. olan qeyri-yaşayış sahəsi olan əmlaklara tutma yönəldilməlidir.
6. Qarşılıqlı üzləşmə aktının surətinə əsasən, xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh1 MMC-yə 29408 ABŞ dolları məbləğində borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhər 1 saylı Notariat Ofisinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 29 iyun 2021-ci il tarixdə onunla Cavabdeh1 MMC arasında “əşyaların nisyə satılması” haqqında 05/21 saylı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqaviləyə əsasən müxtəlif növ məişət avadalıqlarını və mobil telefonları (əşyaları) “Alıcı”ya verməyi, “Alıcı” isə əşyaları qəbul edib, məişət avadanlıqlarını və mobil telefonların (əşyaların) qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh1 MMC arasında olan razılaşmaya əsasən cəmiyyət ona 60000 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verməyi öhdəsinə götürmüş və bunun təminatı olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17.2 kv.m olan qeyri -yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18.1 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakların hər birinin dəyəri tərəflərin qarşılıqlı razılığa əsasən 20000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh1 MMC iddia edir ki, guya sözügedən müqaviləyə əsasən ona ümumi dəyəri 60000 manat olan müxtəlif növ məişət avadanlıqları və mobil telefonları vermişdir. Lakin o müqavilə öhdəliyimi pozaraq həmin əmlakların dəyərini təşkil edən 60000 manat məbləğində pulu cəmiyyətə ödəməmişdir. İlk olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MMC tərəfindən ona 60000 manat məbləğində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilməmiş və bunu təsdiq edən hər hansı sübut yoxdur. Cəmiyyət tərəfindən ona hazırki vaxtadək cəmi 37 46,61 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilmişdir. Bundan əlavə tərəfindən həmin mallara görə müxtəlif vaxtlarda cəmiyyətə ödənişlər edilsə də, nədənsə cəmiyyət həmin pulların ödənilməsini də qeyd etməmişdir. Belə ki, hazırda özündə saxladığı xx.xx.2022-ci il tarixli, OD3 saylı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, tərəfindən 1399,87 manat və 2346,74 manat pul cəmiyyətə ödənilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məblə ğində borcunun olub-olmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 nömrəli İcra qeydi vermişdir.
9. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi Vəkil bildirmişdir ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanıb. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-faktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaimə-fakturaların bağlanmış müqaviləyə aidiyyatı yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həyata k eçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir.
10. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, nisyə satış müqaviləsi bağladıqdan sonra malları sahibkarla təhvil verirlər. Cavabdeh1 MMC olaraq onlar həm istehsalakçılara satış edirlər, həm də, rayonlarda və Bakı şəhərində sahibkarlara topdan satış qiymətinə mallar verirlər. Mallar verildikdən sonra sahibkarlar malı satıb pulundan ödənişlərini edirlər. İddiaçıla uzun müddətli alış-verişləri olub. Bir neçə müddətdən sonra İddiaçı pulu ödəyə bilməmişdir. O, pulu ödəyə bilməməyi ailə vəziy yəti ilə və malların pulunu yığa bilməməsi ilə əlaqədar əsaslandırmışdır. İpotekada üç əmlak qoyulmuşdur. Tərlana verdikləri malların məbləğini ödəməsini bildirmişlər. Tərlan isə qeyd edir ki, aldığı malların ödənişini etmişdir. Lakin alınan malların qaiməsi və eyni zamanda qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Borcu olduğuna görə əmlakın hər üçünə yönəltmə olub. İpoteka müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması nəticəsində daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququ yaranır.
11. Şirvan Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(032)-116/2025 sayl ı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir.
13. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsi nə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
15. İşin faktiki hallarından göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur.
16. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və Siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir.
17. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa t əqdim olunmuşdur. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, həmin əsas borc iddiaçı tərəfindən aidiyyəti məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz.
18. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1, 38.1-ci, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelly asiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı (nümayəndə və Vəkil) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanmışdır. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-faktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaimə fakturaların bağlanmış müqaviləyə aidiyyəti yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həya ta keçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Cavabdehin 60000 manat borc olması barədə sübutu yoxdur. Lakin, buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olubolmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il t arixli, 8İ-7414 nömrəli icra qeydi vermişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısın ı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu hallarda verilə bilər. Lakin icra qeydi vermiş notarius onun hazırda həqiqətən də Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasını müəyyənləşdirmədən sözügedən icra qeydini vermişdir. Lakin təəssüflər olsun ki, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, sonda qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, Cavabdeh1 MMC 60000 manat dəyərində müxtəlif növ məişət avadalıqları nı və mobil telefonları (əşyaları) ona təhvil verməsinə dair heç bir sübutu nə icra qeydini vermiş notariusa, nə də məhkəməyə təqdim edə bilməmişlər. Onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, alınan malların qaiməsi və eyni zamanda, qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Bu isə o deməkdir ki, cavabdehin nümayəndəsi özü də etiraf edir ki, İddiaçı cavabdehə 60000 manat məbləğində borcu yoxdur. Tərəfindən Cavabdeh1dən alınan malların dəyəri tam olaraq Cavabdeh1ə ödənilmişdir. Onun həmin quruma heç bir borcu yoxdur.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-941/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlə r Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Mirlətif Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları və məhkəmənin araşdırdığı sənədlər göstərir ki, Cavabdeh1 MMC ilə iddiaçı arasında 29 iyun 2021-ci il tarixli, 05/21 saylı “əşyaların nisyə satılması” müqaviləsi bağlanmış, həmin öhdəliyin icrasının təminatı kimi 30 iyun 2021-ci il tarixli ipoteka müqaviləsi üzrə iddiaçıya məxsus üç ədəd qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinin 5.1-ci bəndi ilə öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması halında ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ nəzərdə tutulmuşdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən isə əsas öhdəliyin icrasının 90 təqvim günü və daha çox gecikdirilməsi ipoteka predmetinə tutma yönəltmək üçün ayrıca qanuni əsasdır. İşdə olan 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 reyestr saylı icra qeydi notariusun ipoteka saxlayanın tələbi üzrə məhz bu mexanizmə istinad etməklə verildiyini təsdiq edir; icra qeydində 60.000 manat əsas borc üzrə tutmanın ipoteka ilə yüklü edilmiş üç daşınmaz əmlaka yönəldilməsi qeyd olunmuşdur. 23. “Notariat haqqında” Qanunun 76-cı maddəsi notariusa icra qeydi aparmaq səlahiyyətini yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verir. Bu müddəanın tətbiqi texniki-formal yoxlama yükü qoyur: notarius borcun “məzmunu”nu məhkəmə kimi həll etmir, “mübahisəsiz” meyarını Nazir lər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı Qərarı ilə təsdiq olunmuş Siyahının 1.1-ci yarımbəndində göstərilən sənədlərin mövcudluğu və düzgünlüyü kontekstində qiymətləndirir. Siyahıya görə ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi üçün (ipoteka kağızı və ya ipoteka müqaviləsinin əsli və onun dövlət qeydiyyatını təsdiq edən sənəd, “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun bildirişin (ipoteka qoyana və qeyd olunan digər şəxslərə sifarişli poçt və/və ya elektron üsulla göndərilmiş, reyestrdə qeydiyyata alınmış) əsli və göndərilməni təsdiq edən sübutlar təqdim edilməlidir. Qanunun 36.1-ci maddəsində bildirişin təqdim edilmiş sayılması qaydası açıq qaydada təsbit olunub: ölkə daxilində sifarişli poçtla göndərilmiş rəsmi bildiriş poçta təqdim olunduğu gündən 5 gü n, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün sonra təqdim edilmiş sayılır. İş materialları üzrə birinci instansiya məhkəməsi həmin sənədlərin mövcudluğunu, yəni ipoteka müqaviləsi/qeydiyyat sənədləri və 36.2-yə uyğun bildiriş və onun göndərilmə sübutlarının notariusa təqdim edildiyini müəyyən etmiş, buna görə də notariusun icra qeydi aparması üçün tələb olunan formal-hüquqi şərtlərin təmin olunduğu qənaətinə gəlmişdir.
24. İddiaçının əsas arqumentlərindən biri ondan ibarətdir ki, mallar ümumiyyətlə verilməyib və 60.000 manat məbləğində borc mövcud deyil; təqdim olunmuş qaiməfakturalardan bəzilərinin müqavilədən daha əvvəlki tarixlərə aid olması da müqavilə ilə bağlılıqdan şübhə doğurur. Bu arqument hüquqi cəhətdən iki səbəbdən nəticəsizdir. Birincisi, notaria t icra haqqında qeyd proseduru öhdəliyin faktiki icrası və ya mal dövriyyəsinin həcmi üzrə maddi-hüquqi mübahisəni həll etmir; notariusdan tələb olunan, “borcu müəyyən edən sənədlər”in Siyahıya uyğun təqdim olunub-olunmamasını və Qanunda nəzərdə tutulmuş şərtlərin (xüsusilə 34.1.1 üzrə 90 günlük gecikmə və 36.2 üzrə bildiriş) sənədlərlə təsdiqlənib-təsdiqlənməməsini yoxlamaqdır. İkincisi, nisyə satış münasibətlərində tərəflər təchizatları bir çərçivə müqaviləsi altında konsolidasiya edə, əvvəlki dövr təhvil-qəbul sənədlərini sonradan bağlanmış təminat (ipoteka) ilə təmin edə bilərlər; həlledici olan ipoteka müqaviləsinin təmin etdiyi öhdəliyin müqavilə ilə identifikasiyası və qeydiyyatıdır. Həm də işdə iki qaimə-fakturanın xx.xx.2022 və xx.xx.2022 tarixlərinə aid olması, eləcə də eyni tari xli ödəniş tapşırıqlarının (1399,87 manat və 2346,74 manat) mövcudluğu tərəflər arasında faktiki dövriyyənin olduğunu göstərir; bu isə “heç bir mal verilməyib” mülahizəsini özü-özlüyündə təkzib edir. Qanunvericiliyə, həmçinin müqaviləyə görə qismən ödənişin edilməsi gecikməni və akselerasiyanı avtomatik ləğv etmir; öhdəliklərin hansı hissəsinin ödənilməsi və qalıq məbləğin həcmi kimi məsələlər borc münasibətinin mahiyyəti üzrə ayrı iddianın predmetidir, notariat mərhələsində isə yalnız sənədli şərtlər qiymətləndirilir.
25. İddiaçı “borcun mübahisəli” olduğunu bildirməklə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tətbiqinə mane olan hal yarandığını iddia edir, lakin “mübahisəsiz” meyarı subyektiv etirazın mövcudluğu ilə deyil, təqdim edilmiş sənədlərin Siyahının tələblərinə uyğunluğu ilə müəyyənləşir. Əgər borclu ipoteka saxlayanın bildirişi əsasında tutmanın yönəldilməsi ilə razılaşmırsa, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə uyğun olaraq bildirişi aldığı andan (qanunda nəzərdə tutulan təqdim edilmiş sayılma müddətləri nəzərə alınmaqla) 21 gün ərzində məhkəməyə şikayət edə bilər; həmin mexanizm məhz maddi-hüquqi mübahisənin (mal təhvili, borcun həqiqi qalığı, qarşılıqlı üzləşmənin nəticələri və s.) məhkəmə qaydasında həllinə xidmət edir. İş materiallarından görünən odur ki, iddiaçı 37.1 əsasında müddətində belə şikayət verməmiş, sonradan icra qeydinin ləğvi tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmiş, lakin təqdim etdiyi sübutlar (iki ödəniş tapşırığı və ümumi izahatlar) notariat qaydasında icra qeydi aparılması üçün tələb olunan formal şərtlərin pozulduğu nu sübuta yetirmək gücündə deyil. Mülki prosessual hüququn sübutetmə qaydalarına görə (sübut yükü prinsipi) iddianın əsası olan halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir; notariat prosedurunun pozulduğunu, bildirişin göndərilmədiyini və ya 90 günlük gecikmə şərtinin sənədlə təsdiqlənmədiyini göstərən etibarlı sübut təqdim edilməmişdir.
26. Cavabdeh nümayəndəsinin məhkəmədə “qarşılıqlı üzləşmə aktında 29.408 ABŞ dolları məbləğində borc”un görünməsi barədə izahatı da icra qeydinə hüquqi təsir göstərə biləcək ziddiyyət yaratmır. Birincisi, ipoteka müqaviləsi və ipoteka təminatının limiti milli valyutada müəyyən edilir və notarius icra qeydində tələbi bu çərçivədə rəsmiləşdirə bilər; müqavilə üzrə akselerasiya nəticəsində tələb olunan məbləğin valyuta ekvivalentlərinin daxili uçot fə rqləri icra qeydi mexanizmini etibarsız etmir. İkincisi, tutmanın konkret hesablanması və artıq tutmanın yolverilməzliyi icra mərhələsinin (məhkəmə qətnamələrinin icrası haqqında qanunvericilik qaydaları və “Notariat haqqında” Qanunun 78-ci maddəsinə istinad edilən prosedurlar) predmeti olub, borclunun icra prosesində də tutmanın həcminə dair müdafiə vasitələri mövcuddur. Deməli, valyuta ifadələri və ya hesablaşma baxımından fərziyyələr icra qeydinin verilməsi üçün tələb olunan formal şərtlərin pozulduğunu göstərmir.
27. İddiaçı tərəfindən müxtəlif tarixli qaimə-fakturaların müqavilədən əvvəl tarixləri daşıması ilə bağlı irad da hüquqi baxımdan həlledici deyil. Tərəflərin təsərrüfat münasibətlərində əvvəlki təchizatların çərçivə müqaviləsi altında konsolidasiyası və həmin çərçivə üzrə öhdə liklərin ipoteka ilə təmin edilməsi kommersiya dövriyyəsində qəbul edilmiş praktika olub, həlledici meyar ipoteka müqaviləsinin hansı öhdəlikləri təmin etdiyinin mətni və dövlət qeydiyyatı faktıdır. Mövcud işdə ipoteka müqaviləsi konkret olaraq 05/21 saylı nisyə satış müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edir; bu müqavilənin ödənilmə müddətlərinin pozulması və ya 34.1.1 üzrə 90 günlük gecikmə sənədlə təsdiqləndikdə, notariusun icra qeydi aparması üçün normativ şərt yaranır. Əksini sübut etmək, yəni nə akselerasiya şərtinin, nə də 90 günlük gecikmənin mövcud olmadığını göstərmək iddiaçının sübutetmə yükündə idi; bu isə həyata keçirilməyib.
28. Beləliklə, birinci instansiya məhkəməsi “Notariat haqqında” Qanunun 76-cı maddəsi, “İpoteka haqqında” Qanunun 34.1.1, 36.1–36.2, 37.1 və 38.1- ci maddələri, habelə Nazirlər Kabinetinin 156 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 1.1-ci bəndinin tələblərini düzgün tətbiq etmiş, notariat qaydasında icra qeydi aparılması üçün zəruri sənədlərin mövcudluğunu və qanuni şərtlərin təmin olunduğunu faktiki sübutlarla müəyyən etmişdir.
29. İddiaçının dəlilləri notariat prosedurunun məzmununa aid olmayıb, borc münasibətinin mahiyyətinə dair etirazlar səviyyəsində qalmış, bu etirazlar isə ayrıca borcun həcmi və mövcudluğu barədə iddia ilə həllini tappa bilərdi. İcra qeydi prosedurunun özündə isə nə bildiriş mexanizminin pozulması, nə 90 günlük gecikmə şərtinin sənədlə təsdiqlənməməsi, nə də Siyahıda nəzərdə tutulan zəruri sənədlərin çatışmaması sübuta yetirilib. Qismən ödənişlərin mövcudluğu akselerasiyanı aradan qaldırmır və notariat icra sının dayandırılması üçün müstəqil əsas yaratmır.
30. Göstərilənlərə görə apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki hallarını və tətbiq olunan hüquq normalarını dəyişəcək mahiyyətdə deyil, notariusun səlahiyyətlərinin hüdudları və icra qeydi aparılmasının formal tələbləri haqqında yanlış hüquqi yanaşmaya söykənir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, ləğv edilməsi üçün Mülki Prosessual Məcəllə ilə tələb olunan əsaslar mövcud deyil.
31. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1, 34.1.1, 34.1.3, 34.1.4-cü, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlima tın 161, 162-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2025-ci il tarixli, 2(106)-941/2025 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76, 78-ci, MPM-in 88, 217-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanıb. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-f aktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaimə fakturaların bağlanmış müqaviləyə aidiyyəti yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həyata keçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Cavabdehin 60000 manat borc olması barədə sübutu yoxdur.
34. Lakin, buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldil məsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli, 8İ7414 nömrəli İcra qeydi vermişdir.
35. Qanunun mənasına görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu hallarda verilə bilər. Lakin icra qeydi vermiş notarius onun hazırda həqiqətən də Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcumun olub-olmamasını müəyyənləşdirmədən sözügedən icra qeydini vermişdir.
36. Lakin təssüflər olsun ki, işə baxmış birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, sonda qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, Cavabdeh1 MMC 60000 manat dəyə rində müxtəlif növ məişət avadanlıqlarını və mobil telefonları (əşyaları) ona təhvil verməsinə dair heç bir sübutu nə icra qeydini vermiş notariusa, nə də məhkəməyə təqdim edə bilməmişlər.
37. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, cavabdeh “BakuElectronics”-in nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, alınan malların qaiməsi və eyni zamanda qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Bu isə o deməkdir ki, cavabdehin nümayəndəsi özü də etiraf edir ki, İddiaçı cavabdehə 60000 manat məbləğində borcu yoxdur. Bir daha bildirmək istəyirlər ki, İddiaçı tərəfimdən Cavabdeh1-dən alınan malların dəyəri tam olaraq Cavabdeh1-ə ödənilmişdir. İddiaçı həmin quruma heç bir borcu yoxdur.
38. Birinci instansiy a məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də hazırki işə baxarkən işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamə əsaslandırılmamış və bu qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
40. Maddə 34.1.İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək h üququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüq uqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tu tmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
42. Maddə
78. İcra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
43. Bənd 161(1-4 və 10-cu abzaslar). Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əs asən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və bo rclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.... Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyə n edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
44. Bənd 162(1-3-cü abzaslar). İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” 1-1.İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipote ka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarı
46. Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instan siyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndir mək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Yuxarıda qeyd edilənlə rə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Zakı̇ r oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)941/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.