Məhkəmə qərarları › İş №2(1-8)-874/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-874/2026

15.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-874/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Mil-Qarabağ və X11 Istismarı Idarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ucar rayon X9 Xidməti cəlb edilməklə) qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “əmrin ləğvi, işə bərpa, əməkhaqqı və digər ödənişlərin tutulması”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (Işə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh Mil-Qarabağ və X11 Istismarı Idarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, əməkhaqqı və digər ödənişlərin tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı nümayəndəsi və eyni zamanda vəkili nümayəndə1 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi (kontrakt)-na əsasən, Iddiaçı Mil Qarabağ və X12 Istismarı idarəsində baş mexanik vəzifəsinə təyin edilmişdir;

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X6 Xidməti Publik Hüquqi şəxsin X6 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə ##.##.2024-cü il tarixli, **-*/*-*-**- **/**** nömrəli əmrinə əsasən, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X6 Xidməti publik hüquqi şəxsi yaradılmışdır.

3. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxsinin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin ##.##.2024-cü il tarixli 0014nömrəli əmri ilə X6 Xidməti publik hüquqi şəxsin strukturu, Xidmətin aparatının strukturu və ştat cədvəli təsdiq edilmiş, Xidmətin işçilərinin ümumi say həddi, eyni zamanda Xidmətin Aparatının ştat vahidinin sayı müəyyən edilmişdir;

4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X6 Xidməti publik hüquqi şəxsin Mil Qarabağ və X12 istismarı idarəsinin ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlinə əsasən, 3 rəhbərlik vəzifəsi- idarə rəisi, baş mühəndis və baş mexanik vəzifələri vardır.

5. Əmək kitabçasının işə götürən tərəfindən işçiyə təhvil verilməsi haqqında olan sənədinə əsasən, ##.##.2024-cü il tarixdə Iddiaçı əmək kitabçası qohumu X5 təhvil verilmişdir.

6. ##.##.2024-cü il tarixli ** nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, "Mil Qarabağ və X12 Istismarı Idarəsi" bölməsində "MQ VƏ AŞK Istismar Idarəsində Baş Mexannik" vəzifəsində işləyən "Iddiaçı Cəbrayıl oğlu" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alaraq: işçi ixtisar edildikdə "Mil Qarabağ və X12 Istismarı Idarəsi" bölməsində "MQ VƏ Aşk Istismar Idarəsində Baş Mexannik" vəzifəsində işləyən Iddiaçı Cəbrayıl oğlu ilə bağlanılmış *******000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70."b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2024 tarixindən xitam verilmiş, işçinin ##.##.2012 tarixindən ##.##.2024 tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir.

7. Azərbaycan Dövlət Su X16 Su Meliorasiya Xidməti X1 Qarabağ və X11 Istismarı idarəsinin ** nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, Iddiaçı xxxx ASC-nin Cavabdeh (Baş mexanik) vəzifəsi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ##.##.2024 -cü il tarixdən ləğv edilmiş, Iddiaçı (bundan sonra mətndə -iddiaçı) Əmək Məcələsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqının 2 misli miqdarında işdən çıxarma müavinəti verilməsi, Mühasib və Insan resursları üzrə mütəxəssisin bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etməsi göstərilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı cavabdeh Idarəyə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X6 Xidmətinin Mil Qarabağ və X12 Istismarı Idarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, ##.##.2024-cü il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 1985-ci il tarixindən ## ####### 2024-cü il tarixədək fasiləsiz olaraq “xxxx” ASC-nin Mil Qarabağ və X12 Istismarı Idarəsində müxtəlif vəzifələrdə, o, cümlədən son dövrlərdə baş mexanik vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən "xxxx" ASC çevrilmə formasında yenidən təşkil edilərək "X6 Xidməti" publik hüquqi şəxsi yaradılmışdır. ## ####### 2024-cü il tarixdə guya işlədiyi ştatın ixtisar olunması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilsə də, faktiki olaraq həmin idarədə heç bir ştat ixtisarı baş verməmişdir. Bu yalnız formal əsasla onun işdən azad edilməsinə şərait yaratmışdır. Həmin tarixədək əmək intizamını pozmamış, heç bir intizam tənbehi almamışdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bu günədək ona təqdim olunmamışdır. Bu səbəbdən hesab edir ki, əmək münasibətlərinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Məcəllənin 72-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı zərurəti meydana çıxdıqda, işəgötürən müvafiq əsaslandırmanı təqdim etməli, işçiyə əvvəlcədən yazılı bildiriş verməlidir və mümkün olduqda başqa işlə təmin etməlidir. Əgər bu şərtlərə riayət olunmayıbsa, ixtisar hüquqi qüvvəyə malik deyildir.

10. Daha sonra, iddiaçının nümayəndəsi eyni zamanda vəkili nümayəndə1 bir neçə dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək son olaraq ərizəsində göstərmişdir ki, cavabdeh idarəsinin ##.##.2023-cü ildən qüvvəyə minən ştat cədvəlinə əsasən, baş mexanik vəzifəsi üçün 632 manat vəzifə maaşı müəyyən edilmişdir. ## ###### 2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlinə əsasən, 1400 manat aylıq vəzifə maaşı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, iddiaçıya ## ###### 2024-cü il tarixindən etibarən də ştat cədvəlindəki aylıq vəzifə maaşına dəyişikliyə baxmayaraq 632 manat əmək haqqı ödənmişdir. Yəni iddiaçının əməyin qarşılıqlığından irəli gələn öz fəaliyyətinə uyğun olaraq əmək haqqı almaq hüququ da pozulmuşdur. Belə ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin MiI Qarabağ və X12 Istismarı idarəsinin ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X6 Xidmətinin Mil Qarabağ və X12 Istismarı Idarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, ##.##.2024-cü il tarixdən başlayaraq iddiaçı Iddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün yeni ştat cədvəli əsasında (aylıq vəzifə maaşı 1400 manat olmaqla) əmək haqqı və ## ###### 2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verildiyi günədək olan əmək haqqı fərqi - yeni və əvvəlki ştat cədvəlləri arasındakı nəzərə alınmaqla fərqin ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat, mediasiya xərcinə görə 60 (altmış) manat və hüquqi yardım görə 300 (üç yüz) manat pulun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin MiI Qarabağ və X12 Istismarı idarəsindən iddiaçı Iddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh Idarə tərəfindən iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur.

12. Cavabdehin nümayəndəsi nümayəndə3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddiaya etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim R.B.Mehdiyev) iddia rədd edilmişdir.

14. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən olunan halları odur ki, iddiaçı Cavabdehndə müxtəlif vəzifələrdə işləməklə ## #### 1989-cu il tarixdən ## ####### 2024-cü il tarixədək “baş mexanik” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** saylı Fərmanı ilə "Su Ehtiyatları, Su Təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi" məqsədi ilə "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X6 Xidməti" publik hüquqi şəxs yaradılmışdır. xxxx ASCnin Mil-Qarabağ və X11 istismarı idarəsi üçün əvvəlki illərdə nəzərdə tutduğu ştat cədvəlində inzibati idarə heyəti 11 ştat vahidi (baş mexanik daxil olmaqla) olmasına baxmayaraq, X6 Xidməti publik hüquqi şəxsin MQ və AŞK istismarı idarəsi üçün rəhbər işçilər 3 nəfərdən ibarət- idarə rəisi, baş mühəndis, baş mexanik olmaqla müəyyən edilmişdir. Meliorasiya və su təsərrüfatı işçilərinin vəzifə təlimatının 8-ci maddəsinin 8.5-ci bəndinə əsasən baş mexanik vəzifəsinin görə ali texniki təhsil tələb edildiyindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə işçinin ixtisarının qanuna uyğun aparıldığını qəbul etsə də, işəgötürənin əmək müqaviləsini ləğv edərkən işçiyə ən azı 9 (doqquz) təqvim həftəsi əvvəlcədən xəbərdarlıq edilməli olduğunu nəzərə alaraq, bu tələbin pozulduğunu vurğulayır. Belə ki, iş materiallarından göründüyü kimi Iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbayca Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ya ştatı ixtisar edildikdə) əsasən ##.##.2024-cü il tarixli ** nömrəli əmrlə ##.##.2024-cü il tarixind xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə (işçilər sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfində həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir) əsasən Iddiaçı doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq edilməlidir. Lakin Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, Iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən 9 (doqquz) təqvim həftəsi nəzərə alınmamış, bununla da, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı (Işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmış, bu səbəbdən vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, ** nömrəli əmrin 30 (otuz) gün müddətində ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması ilə bağlı Cavabdeh rəhbərliyinə tərəflərindən ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli icrası məcburi göstəriş məktubu ünvanlanmış, X2 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar 30 (otuz) gün müddətində icra edilmədiyi üçün ##.##.2025- ci il tarixdən qüvvəyə minmişdir.

15. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən işə bərpa ilə bağlı iddia müddəti ötürülmüşdür.

16. Belə ki, iddiaçı vaxtında məhkəməyə müraciət etməməsini əmək kitabçasının ona gec təqdim edilməsi ilə əlaqələndirsə də, işin araşdırılmış hallarından məlum olur ki, o, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqla tanış olaraq imzalamış, məhkəmə iclasında verdiyi izahatında sonuncu dəfə işə 2024-cü ildə oktyabr ayının 15-i getdiyini, orda ona iş yerinin ixtisara düşdüyü, işinə xitam verildiyi, işdən çıxarıldığının deyildiyini, hüquqlarının müdafiəsi üçün müraciət etsə də ona işinə bərpa olunacağının bildirildiyini, işdən çıxarıldıqdan sonra oktyabr ayının sonunda və noyabr ayının əvvəlində ona işdənçıxma müavinəti köçürüldüyünü bildirmişdir.

17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra oktyabr ayının sonu və noyabr ayının əvvəlində ona əmək haqqı məbləğindən artıq məbləğdə vəsait köçürülmüşdür. Iddiaçı əmək münasibətlərində olduğu dövrdə hər ay 540 (beş yüz qırx) manat əmək haqqı aldığını bildirmişdir. Bu halda göstərilən dövrdə köçürülmüş məbləğin aylıq əmək haqqının miqdarından nəzərəçarpacaq dərəcədə artıq olması, həmin vəsaitin əmək münasibətlərinin başa çatması ilə bağlı son haqq-hesab xarakteri daşıdığını açıq şəkildə göstərir. Məhkəmə hesab edir ki, normal həyat təcrübəsinə və işin hallarına görə aylıq əmək haqqı sabit olan şəxsin ona əlavə köçürülən vəsaitin son haqq-hesab ödənişi olduğunu anlamaması mümkün deyildir. Buna görə də iddiaçının guya köçürülən məbləğin son haqqhesabla bağlı olmasından xəbərsiz olması barədə izahatı məhkəmə tərəfindən əsassız sayılır və işin faktiki hallarına uyğun hesab edilmir.

18. Göründüyü kimi iddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə məlumatlı olmuş, ##.##.2024-cü il tarixdə işdən çıxarılsa da qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına (arayışa əsasən “mediasiyanın tətbiqi barədə təklifin tarixi – ##.##.2025-ci il; IMS üçün ərizənin tarixi – ##.##.2025-ci il”), daha sonra ## ### 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddianın digər hissələrinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, həmin arqumentlərin əlavə araşdırılmasına lüzum görməyərək məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. 20.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti belə əsaslandırılmnışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə iddianı rədd etmişdir. Halbuki məhkəmə iddia tələbinin iki hissədən ibarət olduğunu düzgün qiymətləndirə bilməmişdir: 1. işə bərpa tələbi; 2. ödənilməmiş əmək haqqı və digər ödənişlərin cavabdehdən tutulması tələbi. Iddianın təmin olunub-olunmaması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulub-pozulmadığının müəyyən edilməsindən və bu halların sübut edilməsindən asılıdır. Iddia müddətinin tətbiqinə gəldikdə isə işə bərpa ilə bağlı tələblərə münasibətdə Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən 1 aylıq xüsusi iddia müddəti mövcuddur. Lakin ödənilməmiş əmək haqqı və digər ödənişlərin tutulması tələbləri müstəqil iddia predmeti olmaqla, həmin tələblərə Əmək Məcəlləsinin 294.4-cü maddəsinə əsasən 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddianı yalnız iddia müddətinin ötürülməsi əsası ilə tam şəkildə rədd etməsi qanunsuz və əsassız olmuşdur. Işin hallarından və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, faktiki olaraq “baş mexanik” vəzifəsi heç vaxt ixtisar edilməmişdir. Iddiaçının işlədiyi ştat faktiki ixtisar edilmədiyi halda, xəbərdarlıqda göstərilən vəzifə üzrə ixtisar həyata keçiriləcəyini bilməsi mümkün deyildir. Göründüyü kimi, bu xəbərdarlıq formal xarakter daşımış və müəssisənin bütün işçilərinə imzalatdırılmışdır. Belə bir xəbərdarlığın mövcud olması onun hüquqi nəticə doğurması mənasına gəlmir. Bundan əlavə, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdə göstərildiyi kimi, inzibati idarə heyətinin 11 ştat vahidindən 3 ştat vahidinə azaldılması faktı əslində “baş mexanik” vəzifəsinin ixtisarı demək deyildir. Çünki inzibati idarə heyətinin ştatlarının azaldılması həmin heyət daxilində konkret vəzifələrin ləğv olunmasını sübut etmir. Iş materialları göstərir ki, “baş mexanik” vəzifəsi ştat cədvəlində mövcud olmuş və faktiki olaraq ixtisar edilməmişdir. Belə olan halda, iddiaçının iş yerinin ixtisar olunduğunu bilməsi mümkün deyildi. Həmçinin “baş mexanik” vəzifəsi ixtisar olunmamışdır. Ümumilikdə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Digər tərəfdən, məhkəmə qətnaməsində iddiaçıya ödənilən məbləği “işdən çıxma son haqq-hesabı” kimi qiymətləndirmişdir. Lakin bu yanaşma da əsassızdır. Çünki həmin vəsait ##.##.2024-cü il tarixdə ödənilmişdir, halbuki Əmək Məcəlləsinə əsasən son haqq-hesab işçinin işdən azad olunduğu gün tam şəkildə ödənilməlidir. Bir mənalı olaraq iddiaçının bank hesabına ödənilən pul vəsaitin son haqq-hesab olması məlum deyildir. Iddiaçı həmin pul məbləğin 2024-cü ilin oktyabr ayı üçün əmək haqqı və ya ##.##.2024-cü ildən qüvvəyə minmiş “baş mexanik” vəzifəsinin yeni tarif maaşının (1400 manat) qalan hissəsində olması ehtimalı vardır. O halda karta köçürülən pul məbləğin son haqq-hesab olması mübahisəsiz olardı ki, məhkəmənin qeyd etdiyi kimi son iş günü ödənilərdi. Nəticə etibarilə işin hallarından görünür ki, “baş mexanik” vəzifəsi faktiki olaraq ixtisar edilməmişdir, inzibati idarə heyətinin sayının azaldılması həmin vəzifənin ixtisarı mənasına gəlmir və əmək haqqının bir ay gec ödənilməsi, yeni maaş tariflərinin tətbiqi və xəbərdarlıqların formal xarakter daşıması səbəbindən iddiaçının hüququnun hansı anda pozulduğunu müəyyən etməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 296.3-cü bəndində qeyd edilən sənədləşmə ayrı-ayrılıqda və ya bütövlükdə iddiaçıya təqdim edilməmişdir. Bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Əmək kitabçasının iddiaçıya hansı tarixdə verilməsinə dair də sübut təqdim edilməmişdir. Qeyd edilən hallara görə məhkəmənin iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnamədə göstərmişdir ki, guya “...Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar X7 Sistemlərinin Istismarı Idarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır...” və cavabdeh tərəfindən aparılmış ixtisar qanuna müvafiq hesab edilmişdir. Lakin bu nəticə əsassızdır və işin halları ilə ziddiyyət təşkil edir. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə istinadedilməsi cari mübahisəyə tətbiq oluna bilməz. Çünki həmin norma yalnız ştatların ixtisarı zamanı işdə saxlanmaya üstünlüyü olan işçilərin müəyyən edilməsi ilə bağlıdır. Bu isə yalnız eyni ştat vahidi üzrə iki və ya daha çoxişçi olduqda mümkündür. Halbuki iş materiallarından göründüyü kimi, iddiaçı işlədiyi ştat üzrə yeganə işçi olmuşdur və həmin ştat üzrə əlavə işçi mövcud olmamışdır. Belə olan halda, 78-ci maddənin tətbiqi hüquqi baxımdan əsassızdır. Bundan başqa, hazırkı mübahisədə ümumiyyətlə işçinin vəzifəsinin və ya ştatının ixtisarı aparılmamışdır. Əksinə, işdən çıxarılma prosesi formal xarakter daşımış, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçiyə təqdim edilməli olan sənədlər verilməmişdir. Nəticədə iddiaçı işdən azad edilmənin hansı hüquqi əsasla aparıldığını bilməmiş və onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə, həmçinin iddiaçının işdən çıxarılmasına əsas kimi cavabdeh tərəfindən təqdim edilmiş 2016-cı il tarixli “Meliorasiyavə Su təsərrüfatı işçilərin vəzifə təlimatı”na istinad etmişdir. Bu yanaşma da hüquqi cəhətdən səhvdir. Iddiaçı ##.##.2012-ci il tarixdən baş mexanik vəzifəsinə təyin olunmuşdur və onun əmək münasibətləri həmin tarixdən başlamışdır. Halbuki təqdim edilmiş vəzifə təlimatı yalnız 2016-cı ildən qüvvəyə minmişdir və geriyə şamil edilə bilməz.

23. Cavabdeh Idarənin nümayəndələri nümayəndə3 və nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- M.S.Sadıqov (sədrlik edən və məruzəçi), M.A.Əsədli, A.N.Novruzova) iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin qismən təmin edilməsi və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (Ucar rayon X9 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyrikommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.4-cü maddəsinə əsasən idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

28. Həmin Qərarda həmçinin qeyd olunur ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. Lakin əmək qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxsin təsdiq etdiyi əsasnamə, habelə verdiyi etibarnamə əsasında hüquqi şəxsin struktur bölmələrinin əmək hüquq münasibətlərinin tərəfi qismində çıxış etmək imkanının olduğu nəzərə alınaraq və belə hallarda əmək hüquq münasibətlərinin faktiki tərəfləri arasında yaranmış mübahisənin daha səmərəli həlli baxımından hüquqi şəxsin struktur bölməsinin təmsilçilik (hüquqi şəxsin təsdiqlədiyi əsasnamə, verdiyi etibarnamə) əsasında məhkəmədə hüquqi şəxsin adından çıxış etməsi məqsədə müvafiq olardı.

29. Mil-Qarabağ və X11 Istismarı Idarəsinin Əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin ## ### 2024-cü il tarixli, ***/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş, hüquqi şəxs olmayan Cavabdeh həmin struktura daxil edilmişdir.

30. Göründüyü kimi, Cavabdeh əmək münasibətlərinin tərəfi olsa da, onun mülki prosessual fəaliyyət qabiliyyəti yoxdur. Hazırkı iddia tələbi isə Azərbaycan Dövlət Su X16 Su Meliorasiya Xidməti X3rşı irəli sürülməli olduğu halda iddiaya cavab verməli olmayan Mil Qarabağ və X12 Istismarı Idarəsinə qarşı irəli sürülmüş, birinci instansiya məhkəməsi isə mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirib işə mahiyyəti üzrə baxmışdır.

31. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

32. Kollegiya onu da diqqətə çatdırmışdır ki, əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 54.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir.

33. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan səbəbdən ləğv edildiyindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq hüquqi qiymət verilməsinə lüzum yoxdur. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2ci maddəsinin

34. 3-cü hissəsinə, 70, 294-cü maddəsinin 1-ci hissəsinə , 296-cı maddənin 2-ci , 3-cü , 4-cü hissəsinə, “Konstitsuiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 46, 48, 49.1, 50.1, 50.4, 54.1, 54.2, 54.4, 76.1, 77.1, 217.1, 372.1, 372.6. 372.7, 385.1.1-385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri:

35.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hüquqi şəxsin struktur bölməsi olan idarə ilə eyni hüquqi statusa malik deyildir. Bu iki idarə anlayışları arasında kifayət qədər fərqlər mövcuddur. Əvvəla qeyd edilməlidir ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsi “X6 Xidməti” publik hüquqi şəxsinin tabeliyində olan idarə statusuna malik olsa da, həmin idarə sözügedən publik hüquqi şəxs təsis edilməzdən çox əvvəl yaradılmışdır. Digər tərəfdən, Mil- Qarabağ və X11 Istismarı Idarəsi bir hüquqi şəxsin malik ola biləcəyi bütün rekvizitlərə sahibdir. Belə ki, onu özünün balansı, VÖEN-i mövcuddur. Həmçinin, əmək münasibətlərində səlahiyyətli subyekt kimi çıxış edir. Son olaraq onu da qeyd edək ki, “X6 Xidməti” publik hüquqi şəxsinin tabeliyində olan digər idarələrdən fərqli olaraq özünün nizamnamə kapitalı mövcuddur. Bu fakt da özlüyündə həmin idarənin məhkəmədə müstəqil tərəf qismində çıxış etmək səlahiyyətinin olduğunu səciyyələndirir. Odur ki, yuxarıdakı xüsusatları rəhbər tutaraq qeyd edirlər ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsi Azərbaycan Respublikası Mülki Məcəlləsində hüquqi şəxsin struktur bölməsi kimi nəzərdə tutulmuş idarədən fərqli bir hüquq subyektdir. Bu baxımdan, onun müstəqil balansının olmasını, “X6 Xidməti” publik hüquqi şəxsinin tableyində olan digər idarələrdən fərqli olaraq nizamnamə kapitalının mövcud olduğunu nəzərə alsaq, sözügedən idarənin məhkəmədə tərəf kimi çıxış etmək səlahiyyəti vardır. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi bu xüsusatı nəzərə almadığı üçün onun müvafiq qərarı əsassız hesab edilməlidir.

37. “Su təchizatı və tulantı suları haqqında” qanunun 48-ci maddəsinin 2 (c) yarımbəndindən məlum olur ki, su təchizatı müəssisələrinin məhkəməyə müraciət etmək hüququ qanunla nəzərdə tutulmuşdur. Bu müddəadan çıxış edərək qeyd edilməlidir ki, Mil- Qarabağ və X11 Istismarı Idarəsi də su təchizatı müəssisəsi olduğundan onun da məhkəməyə müraciət etmək, məhkəmədə tərəf olmaq səlahiyyəti vardır. Mil-Qarabağ və X11 Istismarı Idarəsinin su təchizatı müəssisəsi olması isə “Su təchizatı və tulantı suları haqqında” qanununun müddəaları, habelə həmin idarənin əsasnaməsində müəyyən edilmiş fəaliyyət istiqamətləri əsasında müəyyən edilir. Belə ki, əsasnaməyə diqqət yetirdikdə məlum olur ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsi su təchizatı müəssisəsinin xarakteristikasının bütün cəhətlərinə malikdir. Bu baxımdan, xüsusilə qeyd edilməlidir ki, həmin idarə su təchizatı müəssisəsi olduğundan və “Su təchizatı və tullantı suları haqqında” qanunda nəzərdə tutulduğundan məhkəmə prosesində iştirak edə, iddiaçı və cavabdeh rolunda çıxış edə bilər. Bu müddəa ilə təsdiq olunur ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsinin məhkəmədə iştirak etmək səlahiyyəti müvafiq sahəvi qanunda nəzərdə tutulduğundan apellyasiya instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar əsassız hesab edilməlidir.

38. Cari iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında vurğulanmış prosesussual qənaət prinsipinin tələbləri nəzərə alınmamışdır. Belə ki, prosessual qənaət prinsipinin tələbidir ki, istənilən iş üzrə icraat ağlabatan müddətdə başa çatsın və ədalət mühakiməsinin səmərəliliyi təmin edilsin. Bu prinsip özlüyündə iki fərqli məqsəd - həm məhkəmələrdəki iş yükünün azaldılması, həm də məhkəmə prosesindəki tərəflərin hüquqlarının və qanuni maraqlarının müqqəddəratının mümkün qədər tez zamanda həll edilməsi məqsədlərini daşıyır. Daha aydın şəkildə qeyd etsək, məhkəmənin qərarı yekun akt olmaqla, həmin iş üzrə çıxarılacaq yekun qərarla həll edilməsi mümkün olan bütün mübahisəli halları aradan qaldırmalıdır ki, sonradan eyni və ya oxşar predmet üzrə məhkəməyə yenidən müraciətlər olmasın. Digər tərəfdən istənilən mübahisənin həlli ağlabatan müddət kəsiyində başa çatdırılmalıdır ki, şəxslərin işin məhkəmə yolu ilə çevik həllinə inamları qorunsun. Lakin cari iş üzrə apellyasiya instansiyası tərəfindən çıxarılmış qətnamə yuxarıda istinad edilən prosessual qənaət prinsipinin tələblərinə uyğun deyildir. Belə ki, həmin qətnamə qəbul edilərkən cari iş üzrə icraatın lüzumsuz yerə uzanacağı, iddiaçı tərəfindən yenidən iddia qaldırılmasının məhkəmə sistemi üçün əlavə yük ehtiva edəcəyi kimi xüsusatlar nəzərə alınmamışdır. Digər tərəfdən, cari iş üzrə iddiaçının (baş mexanik) əmək müqaviləsinə xitam verilməsi, eləcə də işə bərpa halında iddiaçı ilə yeni əmək müqaviləsi bağlayacaq subyekt də elə Mil-Qarabağ və X11 Istismarı Idarəsidir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mövqeyi, həmçinin, ona görə əsassızdır ki, “X6 Xidməti” publik hüquqi şəxsi işə maraqlı şəxs qismində cəlb edilməklə cari işə baxıla bilərdi ki, bununla da işin daha çevik və səmərəli həllinə nail olmaq olardı. Nəticə etibarilə, prosessual qənaət prinsipinin tələbləri nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Bu baxımdan, apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qətnamə prosessual qənaət prinsipinin tələblərinə uyğun deyildir.

39. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli qərarına istinad etmişdir. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı həmin mövqeyə əsas olan işlə cari iş arasında kifayət qədər fərqlər vardır. Belə ki, həmin qərarın çıxarıldığı iş üzrə işəgötürən qismində “xxxx” QSC-nin özü çıxış etmiş, həmçinin əmək müqaviləsinə də həmin subyekt xitam vermişdir. Lakin cari iş üzrə əmək münasibətlərinə xitam verən, eləcə də işəgötürən qismində fərqli subyekt, “X6 Xidməti” publik hüquqi şəxsinin Mil-Qarabağ və AşağıŞirvan Kollektorunun Istismarı Idarəsi çıxış edir. Bu baxımdan, həmin işlər eyniləşdirilməməlidir.

40. Son olaraq, tərəflərindən cavabdeh tərəfindən sübutların saxtalaşdırılması xüsusatı üzrə xüsusi qərardad çıxarılması barədə Şirvan Apellyasiya Məhkəməsinə vəsatət verilmişdir. Belə ki, cavabdehin birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə sübut qismində təqdim etdiyi ştat ixtisarı barədə xəbərdarlıqlar arasında əhəmiyyətli fərqlər mövcuddur və aşkar surətdə görünür ki, onlar saxtalaşdırılmışdır. Belə ki, həmin xəbərdarlıqların mətnində gözlə asanlıqla görünən fərqlər mövcuddur, həmçinin hər iki xəbərdarlıqda iddiaçının imzası saxtalaşdırılmışdır. Bu məqam cavabdehin əsl cavabdeh olubolmamasından asılı olmayaraq araşdırılmalı idi. Belə ki, sübutların saxtalaşdırılması kobud hüquq pozuntusu hesab edilməklə yanaşı, həm cinayət məsuliyyətinə səbəb olur, həm də məhkəməyə qarşı açıq-aşkar hörmətsizlik ifadə edir. Həmçinin, istənilən halda işin sonrakı həlli üçün verilmiş vəsatət üzrə məsələlərin həll edilməsi vacib əhəmiyyət kəsb edir. Lakin həmin vəsatətə ümumiyyətlə baxılmamış, təkidlərimizə baxmayaraq sözügedən xüsusat araşdırılmamışdır. Bu baxımdan, apellyasiya instansiya məhkəməsi tərəfindən iş düzgün şəkildə və lazımı qaydada araşdırılmamışdır.

41. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsi 43.1, 43.5-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” qanunun 48-ci maddəsinin 2-ci yarımbəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli iş üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 oktybar 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 265.4, 386, 394.1, 418.1-ci maddələrinə istinad edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Iş üzrə cavabdeh məhkəməyə müraciət edərək, iddiaçı Iddiaçı orta ixtisas təhsilli texnik istismarçı olduğunu, yeni yaranmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni strukturunda həmin vəzifəyə ali təhsilli mühəndis-mexanik tələb olunduğunu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən Iddiaçı işə bərpa tələbinə məhkəmədə baxıla bilinməməsi maddəsini əsas tutaraq onun Mil-Qarabağ və X11 istismarı idarəsində əvvəlki baş mexanik işinə bərpası, əmək haqqı və digər ödənişlərin ödənilməsi iddiasının əsasız olmasının nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

43. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a)müəssisə ləğv edildikdə; b)işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c)peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d)sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e)dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

44. Maddə 296.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 46.Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.

47. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

48. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

49. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

50. Maddə 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

51. Maddə 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

52. Maddə 54.2. Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.[9

53. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusauna yol verilməmişdir. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mil-Qarabağ və X11 Istismarı Idarəsinin Əsasnaməsindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin ## ### 2024-cü il tarixli, ***/f nömrəli əmri ilə Xidmətin strukturu təsdiq edilmiş, hüquqi şəxs olmayan Cavabdeh həmin struktura daxil edilmişdir. Göründüyü kimi, Cavabdeh əmək münasibətlərinin tərəfi olsa da, onun mülki prosessual fəaliyyət qabiliyyəti yoxdur. Hazırkı iddia tələbi isə Azərbaycan Dövlət Su X16 Su Meliorasiya Xidməti X3rşı irəli sürülməli olduğu halda iddiaya cavab verməli olmayan Mil Qarabağ və X12 Istismarı Idarəsinə qarşı irəli sürülmüş, birinci instansiya məhkəməsi isə mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirib işə mahiyyəti üzrə baxmışdır. Beləliklə, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi apellyasiya icraatı zamanı mümkün deyil. Belə ki, Mülki Prosessual Məcəllənin 54.4-cü maddəsinə görə əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmin Məcəllənin apellyasiya icraatına aid olan qaydalarından görünür ki, apellyasiya icraatı zamanı işə əvvəldən baxılmasına başlanması mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan səbəbdən ləğv edildiyindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq hüquqi qiymət verilməsinə lüzum yoxdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin, tərəflərindən cavabdeh tərəfindən sübutların saxtalaşdırılması xüsusatı üzrə xüsusi qərardad çıxarılması barədə Şirvan Apellyasiya Məhkəməsinə vəsatət verildiyi, ştat ixitisarı barədə xəbərdarlıqların xəbərdarlıqların mətnində gözlə asanlıqla görünən fərqlərin mövcud olduğu barədə vəsatətə ümumiyyətlə baxılmadığı, təkidlərimizə baxmayaraq sözügedən xüsusat araşdırılmadığı barədə dəlillərinə əsasən bildirir ki, Azərbaycan Respublikasının MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməli olduğundan apellyasiya şikayətinin dəlillərinin yoxlanılaraq hüquqi qiymət verilməsinə lüzum olmadığı qənaətinə gəlmişdir. Eləcə də, tərəfin vəsatət veribverməməsindən asılı olmayaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Apellyasiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul edilməsi əsaslarının müəyyən edilməsi iş materiallarından görünmür. Kassasiya kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə xüsusi qərardad çıxarılmaması qətnamənin qanuni və əsaslı olmaması demək deyil.

63. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən əsaslandırması prosessual hüquq normalarının tələbinə uyğundur, gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları pozulmamış və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar