Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-878/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 qarşı və Ağstafa Rayon Notariat Ofisi üçüncü şəxs qismində cəlb edilməklə iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, mirasda məcburi pay) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ##.##.2021-ci il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) və cavabdeh3 (torpaq sahəsi ümumi birgə) adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;
3. ##.##.2021-ci il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 117.4 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evi cavabdeh1 adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır;
4. Torpağın Mülkiyyətə verilməsinə dair JN-0187 Kod ******** saylı Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X3, X1, X4 və İddiaçı 1.38 ha torpaq sahəsi verilmişdir;
5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ## ###### 2009-cu il tarixdə ölmüşdür;
6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## ###### 2021-ci il tarixdə ölmüşdür;
7. Ağstafa rayonu Xılxına kənd icra nümayəndəliyi tərəfindən verilmiş ## #### 2022-ci il tarixli **/g saylı arayışdan görünür ki, Ağstafa rayonu Xılxına kənd sakini X3 ##.##.2021-ci il tarixdə Xılxına kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, qızı Hüseynova (Məmmədova) Sabirə Fərman qızı, oğlu cavabdeh1, qızı Hüseynova (Əliyeva) Çimnaz Fərman qızı, oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, oğlu İddiaçı adda ailə üzvləri qalmışdır. Həyat yoldaşı X8 ##.##.2009-cu ildə vəfat etmişdir;
8. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Hüseynova (Məmmədova) Sabirə Fərman qızı, cavabdeh1, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və İddiaçı ataları X3, anaları X8r;
9. ## ###### 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2009-ci ildə vəfat etmiş X7 vərəsəsi Ağstafa rayonu Xılxına kəndində qeydiyyatda olan qızı cavabdeh3 əmlakdan tam hissədə pay almışdır;
10. ## ###### 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 (fərdi yaşayış evi tam torpaq sahəsi ümumi birgə) və cavabdeh3 (torpaq sahəsi ümumi birgə) mülkiyyətində olan Ağstafa rayonu Xılxına kəndində yerləşən 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evini cavabdeh1 bağışlamışlar.
11. ##.##.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 117.4 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evi cavabdeh1 (tam) adına qeydiyyata alınmışdır;
12. Notariat qaydasında təsdiq olunmuş ##.##.2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 ölən günə ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını oğlu cavabdeh1 vəsiyyət edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı məhkəməyə müraciət edərək Ağstafa Rayon Notariat Ofisi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin, ##.##.2021-ci il tarixdə verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin ** saylı Tovuz ƏI tərəfindən ##.##.2021-ci il tarixdə mərhum X3 adına verilmiş çıxarışın, ##.##.2021-ci il tarixli cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddia onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Xılxına kəndində onun mərhum atası X3 məxsus yaşayış evi vardır. Bundan başqa mərhum atası X3, mərhum anası X1, X4 və ona Ağstafa rayonu Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə Ağstafa rayonu Xılxına kəndi ərazisindən 1,38 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN 187 Kod ******** saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətindən də göründüyü kimi mərhum valideynlərinin də torpaq sahəsində payları vardır. Lakın iş üzrə cavabdehlər nə onun öz mülkiyyətindən, nə də ata-anasından miras qalmış mülkiyyətdən istifadə etməyə imkan vermirlər və ona bildirirlər ki, ümumiyyətlə guya o, bütün paylardan məhrum olunmuşdur. Onun tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, iş üzrə cavabdehlər ona heç bir məlumatlar vermədən çıxarış əldə etmişlər. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra bağışlama müqaviləsi ilə miras əmlak iş üzrə cavabdeh qardaşı cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra onda olan məlumata görə çıxarış əldə edilmişdir. Qanun üzrə vərəsədir və həmin miras əmlak onun tərəfindən qəbul edilmiş və idarə edilərək şəksiz nümayiş etdirilir.
15. Ağstafa Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Z.Rəsulov).
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X7 ##.##.2009cu il tarixdə vəfat etmiş, miras ##.##.2009-cu il tarixində açılmış, mirasın qəbulu müddəti ##.##.2009-cu il tarixində bitmişdir. Iddiaçı isə onun həmin tarixədək miras əmlakı qəbul etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, X3 ##.##.2021-ci il tarixdə vəfat etmiş, miras ##.##.2021-ci il tarixində açılmış, mirasın qəbulu müddəti ##.##.2021-ci il tarixində bitmişdir. Iddiaçı yenə də onun ##.##.2021-ci il tarixinədək miras əmlakı qəbul etməsinin təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıların həmin evdə anadan olmaları faktı özözlüyündə
17. mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. Inkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız anadan olubsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1166, 1193, 1202.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1262, 1273-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2, 88, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağstafa rayon notariat ofisində mərhum anası Laləzər Hüseynovanın payı ## ###### 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə cavabdeh3 verilmiş və o mirasdan tam hissədə pay almışdır. Amma Ağstafa rayonu Xılxına kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışda isə 7 nəfər vərəsələr içində onun adı da göstərilməklə arayış təqdim edilmişdir. Bundan başqa notariat ofisində atasının payının olmasını başa düşür amma, anası Laləzərin payı ## ###### 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsələrin razılığı alınmadan, atası ilə anasının birgə nikah dövründə əldə etdiyi əmlak 1/2 hissə ilə müəyyən edildiyi halda, anasının payı tam hissədə cavabdeh3 adına keçirilir, sonradan isə tələmtələsik üstündən 1 gün müddət keçməmiş ##.##.2021-ci il tarixdə DƏDRX-nin 15-saylı Ərazi idarəsi tərəfindən tələm-tələsik 2621018689-saylı mərhum atası X3 adına çıxarış verilir, çıxarışda isə ən maraqlısı odur ki, fərdi yaşayış evi atasının tam, digərinə isə ümumi birgə torpaq sahəsi kimi göstərilməklə pozuntu edilir və daha sonra isə üstündən 2 gün sonra ## ###### 2021-ci il tarixdə isə atası Fərman Hüseynov tərəfindən hazırki cavabdeh cavabdeh1 bağışlanma müqaviləsi ilə verilir, ən dəhşətlisi isə odur ki, 5 gün sonra yəni ## ###### 2021-cı il tarixdə hazırki cavabdehə tələm-tələsik DƏDRX tərəfindən 2621019130saylı çıxarış verilərək, yəni saxtakarlıq edilərək ona və digər vərəsələrə analarından çatan paylar gizlədilmişdir və ya kənd icra nümayəndəliyinin arayışından da göründüyü kimi vərəsələrin siyahısı göstərilməsinə baxmayaraq, anasından qalan paylar, tək bacısı cavabdeh3 verilərək onların hüquqları pozulmuşdur. Bundan başqa ər-arvad arasında olan əmlak 1/2 hisssə ilə olmuşdursa, onda yaşayış evi necə olur ki, mərhum anasından qalan mülkiyyət bölüşdürülsə onda nə üçün atasının adına keçmişdir. O cümlədən bir də digər bacısının adına, onda elə çıxır ki, ümumiyyətlə anasının mülkiyyət hissəsi olmamışdır. Göründüyü kimi notariat ofisində və DƏDRX-də həmin sənədləşmələr, ard-arda olmaqla tələm-tələsik edilməklə ona və digər vərəsələrə çatası paylar ya açıq saxlanılmalı idi, ya da ki, paylara uyğun bölünməli idi. Hansı ki, bu hərəkətləri etməklə notariat ofisi notariat haqqında qanunun tələblərini pozmuşdur. Məhkəmə iclaslarında o, bu məsələnin araşdırılmasını və düzgün qiymətləndirilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, məhkəmə yenə də işə birtərəfli qaydada baxaraq sözü gedən qətnaməni çıxarmışdır. Ümumiyyətlə sözü gedən çıxarışların və bağışlama müqaviləsinin ard-arda aralarındakı məsafələrin belə gözlənilmədiyi hüquq pozuntularını belə araşdırmamışdır. Hansı ki, həmin pozuntular sənədlər üzərində göz qabağındadır. Məhkəmə araşdırması dürüst aparılmadığı üçün hazırda onun hüquqları kobud şəkildə pozulmuşdur.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab etmişdir ki, məhkəmə iddianı rədd edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
23. Belə ki, iddiaçının həm iddia ərizəsində, həm də iddia ərizəsinə əlavədə tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və verilmiş çıxarışların ləğvi ilə bağlı olmuşdur. Müqavilənin ləğvini tələb etmək hüququ isə qanunvericiliyə əsasən müqavilə tərəfinə aid olan hüquqdur. Iddiaçı isə müqavilə tərəfi deyildir.
24. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi və payların vərəsələr bölünməsini xahiş etmiş olsa da, mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 668.1, 668.1.1, 1145, 1159.1, 1243.1, 1243.2, 1246, 1256-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamış, təqdim olunan sübutları əlaqəli və hərtərəfli araşdırmamış, eləcə də qəbul etdiyi qətnaməni əsaslandırmamışdır.
28. Cavabdeh cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə, iddiaçı İddiaçı şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2023-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsi, işin yeni baxışa göndərilməsi qərara alınmışdır (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev).
30. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməməsi nəticəsinə gəlmişdir. Hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.
31. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə apellyasiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərarın məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, Mülki Məcəllənin 1159-cu maddələrinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
33. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı tələblərini (bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələblərə yenidən hüquqi qiymət verilməlidir.
34. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1159.1, 1243.1, 1243.2, 1256-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, o, miras əmlakdan pay istəyir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, ona atası tərəfindən bağışlanmış, miras əmlaka görə ##.##.2021-ci il tarixli çıxarış verilmişdir. Texniki pasport və çıxarışda miras əmlak Ağstafa rayonu Xılxına kəndində 117.4 kv.m ümumi sahəsi olan ev və 0.43 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Orada başqa ev yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) vəkil2 Müşafiq oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
38. Məhkəmənin qərardadı əsasında “xxxx” MMC tərəfindən tərtib edilmiş ## #### 2025-i il tarixli qiymətləndirmə rəyinə əsasən iş üzrə mübahisələndirilən 0,43 ha torpaq sahəsinin bazar qiyməti 43000 manat və 117.4 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti isə 27000 manat müəyyən edilmişdir.
39. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilərək Ağstafa rayon notariat kontorunda ##.##.2021-ci il tarixdə 2V-443 reyestr nömrəsi ilə qeydə alınmış, cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh3 adına Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinin ona aid hissəsinə dair aparılmış ********** nömrəli qeydin ləğv edilməsi, hədiyyə verən X3 və cavabdeh3 ilə hədiyyə alan cavabdeh1 arasında ## ###### 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi- ümumi birgə mülkiyyətdə olan Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinin cavabdeh3 aid hissəsinin cavabdeh1 bağışlaması- hissəsində etibarsız sayılması, həmin şəhadətnamə əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh1 adına Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair aparılmış ********** nömrəli qeydin ləğv edilməsi, X7 miras qalmış JN-122A Kod 50206038 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında verilmiş Ağstafa rayonu Xılxına kəndində olan 0.43 ha torpaq sahəsinin: ½ hissəsində vərəsələr (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Hüseynova (Məmmədova) Sabirə Fərman qızı, cavabdeh1, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və İddiaçı) hər birinin payı 1/7 olmaqla ümumi əmlakda payları- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 1/14; Hüseynova (Məmmədova) Sabirə Fərman qızının payı 1/14; cavabdeh1 payı 1/14; Hüseynova (Əliyeva) Çimnaz Fərman qızının payı 1/14; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı 1/14; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 payı 1/14; İddiaçı payı 1/14, X3 payı 7/14 müəyyən edilməsi, JN- 0187 Kod ******** saylı Dövlət aktına əsasən Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X3, X1, X4 və İddiaçı verilmiş 1.38 ha torpaq sahəsinə dair payların aşağıdakı qaydada müəyyən edilməsi: JN-0187 Kod ******** saylı Dövlət aktına əsasən Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə X3, X1, X4 və İddiaçı verilmiş və X1 qızından miras qalmış 1.38 ha torpaq sahəsinin ¼ hissəsində hər bir vərəsənin payı 1/7 olmaqla ümumi əmlakda X3 payı 7/28, cavabdeh1 payı 1/28, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızının payı 1/28, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı 1/28, X4 payı 8/28, İddiaçı payı 8/28, Hüseynova (Məmmədova) Sabirə Fərman qızının payı 1/28 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 1/28 müəyyən edilsin. JN-0187 Kod ******** saylı Dövlət aktına əsasən Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 1.38 ha torpaq sahəsinin X3 miras qalmış 7/28 hissəsində hər bir vərəsənin payı 1/7 olmaqla ümumi əmlakda- cavabdeh1 payı 2/28, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızının payı 2/28, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı 2/28, X4 payı 9/28, İddiaçı payı 9/28, Hüseynova (Məmmədova) Sabirə Fərman qızının payı 2/28 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 2/28 müəyyən edilməsi, Daşınmaz əmlakın Dövlət Reyestrində 502013093787-10301 reyestr nömrə, 26211018689 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə qeydə alınmış, X3 tərəfindən cavabdeh1 bağışlanmış Ağstafa rayonu Xılxına kəndində yerləşən ümumi sahəsi 117.4 kv.m olan fərdi yaşayış evi və 0.43 ha torpaq sahəsinin X3 aid hissəsində olan İddiaçı məcburi payının tamamlanması üçün fərdi yaşayış evindəki məcburi paya görə 1929 (min doqquz yüz iyirmi doqquz) manat, 0.43 ha torpaq sahəsindəki məcburi paya görə isə 1536 (min beş yüz otuz altı) manat cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və iş üzrə keçirilmiş qiymətləndirmənin haqqı olaraq ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pulun cavabdehlər cavabdeh1 və X5 aid edilməsi qət edilmişdir (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Tural Məmmədov və Günay Cavadova).
40. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mərhumlar X3 və X1 qalmış miras əmlak vərəsələr arasında bölünməlidir. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan halları araşdırmamış bu səbəbdən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsində iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və bağışlanma müqaviləsinin ləğvini xahiş etsə də, lakin iddia ərizəsinin məzmunundan görünür ki, əslində sonuncunun niyyəti bu iddianı qaldırmaqda vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlanma müqaviləsinin etibarsızlığına yönəlmişdir.
42. Bu istiqamətdə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, məcburi payın tamamlanmasına görə əldə edilmiş qiymətləndirmə rəyinə əsasən mübahisələndirilən 0,43 ha torpaq sahəsinin bazar qiyməti 43.000 manat və 117.4 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti isə 27.000 manat təşkil edir. Orada 0,43 ha torpaq sahəsində ümumi sahəsi (əvvəlki çıxarışlarda qeyd olunan) 234.40 kv.m olan fərdi yaşayış evi mövcud deyildir. Işdə olan texniki pasporta əsasən mübahisəli 0,43 ha ərazidə mövcud olan fərdi yaşayış evi 1962-ci ildə inşa edilmiş və ümumi sahəsi 117.4 kv.m təşkil edir. Orada başqa ev mövcud deyil, eyni zamanda tərəflər arasında bu barədə mübahisə yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq qeyd olunanları əhatəli şəkildə araşdıraraq hesab etmişdir ki, mirasın qəbul edilməsi ilə bağlı iddiaçı tərəf müddəti ötürməmişdir. Ona görə də, Ağstafa rayon notariat kontorunda ##.##.2021-ci il tarixdə 2V-443 reyestr nömrəsi ilə qeydə alınmış, cavabdeh3 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalı, həmin şəhadətnamə əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh3 adına Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinin ona aid hissəsinə dair aparılmış ********** nömrəli qeyd ləğv edilməli, həmçinin hədiyyə verən X3 və cavabdeh3 ilə hədiyyə alan cavabdeh1 arasında ## ###### 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi- ümumi birgə mülkiyyətdə olan Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinin cavabdeh3 aid hissəsinin cavabdeh1 bağışlaması- hissəsində etibarsız sayılmalı, həmin şəhadətnamə əsasında ##.##.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh1 adına Ağstafa rayonu Xılxına kəndində yerləşən 0.43 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair aparılmış ********** nömrəli qeyd ləğv edilməli və vərəsələrin payları müəyyən edilməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1159.2, 1200, 1243.1, 1243.2, 1174, 1191-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh (vəkil cavabdeh1) kassasiya şikayəti verərək Gəncə Apellyasiya məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi payla əlaqədar olaraq iddiaçı nə iddia ərizəsində, nə də ki, iddia ərizəsinə dəqiqləşmə ərizəsində qeyd etməmiş, məcburi payın artırılması halına toxunmamışdır. Iddia tələbinin həcmindən kənara çıxılması maddi hüquq normasının pozulması ilə nəticələnmişdir.
47. Hazırki iş üzrə mübahisə ölmüş şəxs X2 əmlakda olan payının qanun üzrə vərəsə X6 və həyat yoldaşı olmuş X3 halının baş verməsi, mülkin qalan hissəsi üzrə isə mülkiyyətçi olmuş X3 payını cavabdeh cavabdeh1 vəsiyyətnamə əsasında atası tərəfindən verilməklə, sonradan bağışlama müqaviləsinin bağlanması halının mövcudluğunda heç bir qanunsuzluq baş verməmişdir. Iddiaçı isə mübahisə etmiş olduğu iddia tələbini belə dəqiqliklə göstərməməklə qeyri dəqiq tələb irəli sürmüşdür.
48. Gəncə Apellyasiya Məhkəməsi iddiaçının qeyri-dəqiq iddia tələbi üzrə nə istədiyini aydınlaşdırmadan, onun vərəsəlik şəhadətnaməsinin ləğvini tələb etdiyini və bunun etibarsızlıq tələbi ilə eyni məna daşıdığını göstərmişdir. Halbuki iddiaçı vərəsəlik şəhadətnaməsinin ləğvi, etibarsız sayılması və ya bundan irəli gələn nəticələrin etibarsızlığı barədə konkret tələb irəli sürməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqdin etibarsız sayılmasını deyil, onun nəticələrinin tətbiqi barədə iddianın bir il ərzində verilməsini nəzərdə tutur. Əhəmiyyətsiz əqd isə bağlandığı andan etibarsızdır və bunun üçün ayrıca məhkəmə iddiasına ehtiyac yoxdur.
49. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 13 (1), 29 (1, 2, 3, 7), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200, 1133.1, 1133.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88-ci maddələrinə istinad olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ilə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsi apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
52. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
53. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
54. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
55. Maddə 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
56. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
57. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
58. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
59. Maddə 1200. Məcburi payın bağışlanmış əşya hesabına artırılması - Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
60. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.
61. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, iddianın JN-0187 Kod ******** saylı Dövlət aktına əsasən Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə Ağstafa rayonu Xılxına kənd sakinləri X3, X1, X4 və İddiaçı verilmiş, 1.38 ha torpaq sahəsinə aid hissəsi istisna olmaqla qalan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin tələbin xaricində qalan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə iddianın Ağstafa rayonu Xılxına kəndində yerləşən 1.38 ha torpaq sahəsi xaricində qalan hissəsində yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi qənaət əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin əsaslandırma və nəticə ilə razılaşır.
73. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
74. Bununla belə Kollegiya hesab edir ki, Ağstafa rayonu Xılxına kəndində yerləşən 1.38 ha torpaq sahəsinə aid tələb maddi və prosessual hüquq normalarına uyğun şəkildə həll edilməmişdir. 75. JN-0187 Kod ******** saylı Dövlət aktına əsasən Ağstafa rayon Aqrar Istehsalat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 1.38 ha torpaq sahəsinin miras qalmış 7/28 hissəsində hər bir vərəsənin payı 1/7 olmaqla ümumi əmlakda cavabdeh1 payı 2/28, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızının payı 2/28, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payı 2/28, X4 payı 9/28, İddiaçı payı 9/28, Hüseynova (Məmmədova) Sabirə Fərman qızının payı 2/28 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 2/28 müəyyən edilsin”.
76. Göründüyü kimi, həmin əşyaya münasibətdə 2009-cu ildə vəfat etmiş Laləzar Hüseynovadan miras qalmış ¼ hissəyə hər vərəsənin payı 1/7 olmaqla hesablanmışdır. Halbuki, Laləzar Hüseynovanın mirası açıldığı anda yeddi övladı ilə yanaşı əri Fərman Hüseynov da sağ olduğu üçün miras qoyanın 8 vərəsəsi olmuşdur. Buna baxmayaraq vərəsə Fərman Hüseynova həmin mirasdan pay hesablanmamışdır.
77. Bu səbəbdən eyni əşyaya münasibətdə 2021-ci ildə vəfat etmiş Fərman Hüseynovun miras kütləsi 7/28 olaraq nəzərə alınmışdır. Halbuki, arvadı Laləzar Hüseynovadan ona çatası miras payı və özünün mülkiyyət payı olan ¼ hissə birlikdə nəzərə alındıqda bu əşya üzərində Fərman Hüseynovun yekun payı 7/28-dən çox təşkil etməli idi.
78. Onu da nəzərə aldıqda ki, Fərman Hüseynov bütün əmlakını övladı cavabdeh1 vəsiyyət etmişdir, o zaman həmin şəxsdən qalmış miras kütləsinin düzgün müəyyənləşdirilməsi həm vəsiyyət alan vərəsənin, həm də məcburi pay alan vərəsələrin yekun paylarının həcminə təsir göstərir.
79. Qeyd edilənləri nəzərə alaraq, kassasiya məhkəməsi hesab edir ki, qətnamə qismən - Ağstafa rayonu Xılxına kəndində yerləşən 1.38 ha torpaq sahəsinə aid hissədə ləğv olunmalı, bu hissədə iş yeni apellyasiya baxışına qaytarılmalı, qalan hissədə isə qətnamə qüvvəsində saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qismən - Ağstafa rayonu Xılxına kəndində yerləşən 1.38 ha torpaq sahəsinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.