Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-885/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (negator tələb), sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaqubopviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətinə əsasən, Gədəbəy Rayon AIK-nın ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə 1.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Gədəbəy RIHB-nın Novosaratovka Kənd IƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən, cavabdeh3 Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayır.
3. ##.##.2022-ci il tarixli aktın surətinə əsasən, JN-*** saylı Dövlət Aktına əsasən Gədəbəy rayonu, Novosaratovka kənd ərazisində mülkiyyətində olan 0.77 ha torpaq sahəsinin elektron məlumatlarına əsasən döngə nöqtələri yerində ölçülərək iddiaçıya tanıdılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Gədəbəy Rayon AIK-nın ## #### 2001-ci il tarixli, ** saylı qərarı ilə verilmiş, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, JN-142 Kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 1.93 ha torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsinin ətrafına çəkdikləri metal torun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş iki ədəd fərdi yaşayış evinin və həmin evlərin hər birinin yardımçı sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, Gədəbəy rayon AIK-nin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi Idarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Eyni zamanda o, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi Idarəsinə müraciət etmiş və onun müraciəti əsasında ##.##.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Ona məlum olmuşdur ki, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etmiş və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikmişlər. Eyni zamanda cavabdehlərin hər üçü ona məxsus torpaq sahəsinin ətrafına metal tor çəkmişlər. O, cavabdehlərə müraciət edərək aralarında olan məsələnin məhkəmədən kənar qaydada həll olunmasını təklif etsə də, cavabdehlər etiraz etmiş və torpaq sahəsinin onlara məxsus olmasını bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər onun mülkiyyət hüquqlarını pozmuşlar.
6. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh3 məhkəmə iclasında iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o, uzun müddətdir ki, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir.
7. Cavabdeh cavabdeh2 da eyni məzmunlu izahat vermişdir.
8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş rəyə əsasən, iddiaçı İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur və cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə əsasən, iddiaçı İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən torpaq sahəsinin 0.34 hektaradək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur, cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.
10. Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın təmin edilməsi, cavabdeh3, cavabdeh2 və cavabdeh1 İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.93 ha torpaq sahəsinin zəbt etdikləri hissələrindən çıxarılması, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına çəkdikləri metal tor onların öz vəsaitləri hesabına sökülməsi, həmin torpaq sahəsində cavabdeh3 və cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evləri və digər tikililər onların öz vəsaitləri hesabına sökülməsi və torpaq sahəsi boşaldılaraq, İddiaçı təhvil verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.34 hektaradək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur və cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona görə də iddia tələbləri təmin edilməli, iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən 1.93 ha torpaq sahəsindən cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 çıxarılmalı, həmin torpaq sahəsinin zəbt etdikləri hissəsinin ətrafına çəkdikləri metal tor onların öz vəsaitləri hesabına sökülməli, həmin torpaq sahəsində cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evləri və digər tikililər onların öz vəsaitləri hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq, iddiaçıya təhvil verilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 216-227, 358-360 və 362-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, birincisi, iddiaçının mövcud iddia tələbini tək öz adından cavabdehlərə qarşı tam qaldırmaqda subyektiv hüququ yoxdur. Mülki iş materiallarından və iddiaçının izahatından da, görünür ki, Gədəbəy rayon AIK-nin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Bu fakt isə onun təsdiq edir ki, mövcud iddia tələbi digər mülkiyyətçilər tərəfindən də, qaldırılmalı idi. Çünki, daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olmaqla ehtimal edilir ki, 1.93 ha torpaq sahəsinin ¼ hissəsinə 0,4825 ha iddiaçının mülkiyyət hüququ vardır. Məhkəmə isə ümumilikdə 0,5402 ha torpaq sahəsindən-yəni mülkiyyətçinin ehtimal olunan payından artıq hissədə qətnamə qəbul etmişdir. Mülki iş materiallarından və iddiaçının izahatından açıq-aşkar görünür ki, iddiaçının payı- 0,4825 ha torpaq sahəsi naturada bölünməyibdir. Bu isə o deməkdir ki, iddiaçının torpaq sahəsindən çıxarmaq istədiyi şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olan 0,4825 ha sahəsi ilə üst-üstə düşə də bilər və ya əksinə düşməyə bilər. Ikincisi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini mövcud iddia tələbi üzrə sübut kimi qəbul etməkdə səhvə yol vermişdir. Çünki, iddiaçının torpaq sahəsi naturada bölünməyibdir və ona düşən torpaq sahəsi ehtimal edilir ki, 0,4825 ha-dır. Rəyisə 1.93 ha torpaq sahəsi ilə bağlı verilmişdir. Üçüncüsü, mülki iş materiallarından və iddiaçının izahatından görünür ki, iddiaçı məcburiyyət qarşısında qalaraq mövcud iddianı qaldırmışdır. Iddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında göstərir ki, torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 11 Saylı Şəmkir Ərazi Idarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirmişdilər ki, ona məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində başqa şəxslər fərdi yaşayış evləri inşa edilmiş və tikinti işləri aparılmışdır. Bu səbəbdən onun müraciəti icra edilməmişdir. Iddiaçının dediklərindən belə qənaətə gəlmək olur ki, əgər onun faktiki sahiblik və istifadəsində olan torpaq sahəsi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınsaydı, o heç vaxt bu iddianı qaldırmayacaqdır. Məhkəməyə yaxşı məlumdur ki, bu gün Aqrar Islahatla verilən torpaq sahələrinin böyük əksəriyyətinin faktiki istifadə ilə mövcud olan ölçüləri ilə sənəd üzrə ölçüləri arasında kəskin fərq vardır.
15. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edir ki, məhkəmə yalnız işdə olan ekspertiza rəyinə əsaslanaraq, cavabdehin evinin iddiaçıya aid kənd təsərrüfatlı torpaq sahəsində inşa edilməsinə əsaslanmışdır. Hesab edir ki, məhkəmənin yalnız ekspert rəyinə əsaslanaraq iddianı təmin etməsi düzgün deyildir. Belə ki, MPM-nin 107.1-ci maddəsində qeyd edilir ki, Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə onların ev hələ torpaq sahəsi iddiaçıya verilməmişdən, yəni 2001-ci ildən xeyli əvvəl 1992-ci ildə inşa edilməsini nəzərə almamışdır. Bunu təsərrüfatbaşı kitabından işə əlavə edilən çıxarış təsdiq edir. Bundan başqa 1992-ci ildən bəri cavabdeh həmin evə və istifadə etdiyi torpaq sahəsinə dair rüsumlar ödəmişdir. Həmin ev və istifadə etdiyi torpaq sahəsi hələ 1992-ci ildən çəpərlənmiş və iddiaçı bunu görüb bilmiş, lakin buna baxmayaraq bu müddət ərzində o nə buna etiraz etmiş, nə də ki, torpaq ayrılarkən münasibət bildirmişdir. Hazırda 31 il keçəndən sonra onun əziyyətlə tikdirdiyi və özü ilə ailəsinin yeganə yaşayış yeri olan evini sökdürmək istəyir. Bir məsələni də qeyd edir ki, həmin torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsidir və təyinatı üzrə istifadə olunmayıb. Lakin, məhkəmə işin bu hallarına düzgün qiymət verməmiş, bununla da adıçəkilən prosessual normalarının tələblərini pozmuşdur.
17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul *-**-**/*-**/****/**** nömrəli ekspert rəyinə əsasən, iddiaçı İddiaçı məxsus (Gədəbəy rayon AIK-nin ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə verilmis Torpağa mülkiyyət hüququna dair JN- 142 seriyalı, KOD ******** nömrəli dövlət aktı) 0.54 ha hissəsinin torpaq sahəsindən yerin qərb tərəfindən torpaq sahəsinin 0.34 ha-dək hissasi cavabdeh cavabdeh3, 0.1692 ha-dək hissəsi cavabdeh2 və 0.031 ha-dək hissəsi cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus (Gədəbəy rayon AiK-nin ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair " JN-142 seriyalı, KOD ******** nömrəli dövlət aktı) 0.54 ha hissəsinin torpaq sahəsinin qərb tərəfindən cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən yaşayış evi və yardımçı tikililər inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş tikillər İddiaçı məxsus torpaq sahəsinin sərhədləri xaricində olduğu müəyyən olunmuşdur.
18. Azərbaycan Respublikası Gədəbəy Rayon Icra Hakimiyyəti Başçısının Novosaratovka kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, Novosaratovka kənd sakini İddiaçı həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 33-cü səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 4 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 0.25 ha həyətyanı torpaq sahəsində 1968-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır və 1.93 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini cavabdeh3 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 28-ci səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 10 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 1992-ci ildə inşa edilmiş 80 kv.m olan fərdi yaşayış evi və 1.80 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini cavabdeh1 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 36-cı səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşamır. 3 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 2000-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayonu, Ələsgərli kəndində qeydə alınmış cavabdeh2 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində ailə üzvləri ilə birgə yaşayır. Özünün deməsinə görə 2018-ci ildə 0.17 ha torpaq sahəsində 1992-ci ildə inşa edilmiş 108 kv.m olan fərdi yaşayış evini Tovuz rayonu, Bayramlı kənd sakini X1 almışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehdiyev (sədrlik edən və məruzəçi), T.Məmmədov və G.Cavadova) cavabdehlər cavabdeh3 tərəfindən və cavabdeh2 nümayəndəsi (vəkil) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 100 (yüz) manatın iddiaçı İddiaçı tutulub SAP (XIIS), X6, kod210005, VÖEN1401555071, m/h Az41NABZ01360100000000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, AZ**CTRE******************** saylı hesaba keçirilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
21. Ilk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması zəruridir.
22. Araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin yeganə mülkiyyətçisidir və bu torpaqla bağlı iddia verməyə subyektiv hüququ vardır.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.34 hektaradək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur və cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona görə də məhkəmə iddia tələbini təmin etmişdir.
24. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
25. Iş materialları ilə müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsi tutulmamışdır. Aparılan araşdırma zamanı, ekspert rəyi ilə iddiaçı İddiaçı məxsus 0.54 ha hissəsinin torpaq sahəsindən yerin qərb tərəfindən torpaq sahəsinin 0.34 ha-dək hissəsi cavabdeh2 və 0.031 ha-dək hissəsi cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı məxsus 0.54 ha hissəsinin torpaq sahəsindən qərb tərəfindən cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən yaşayış evi və yardımçı tikililər inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 tərəfindən inşa edilmiş tikililər İddiaçı məxsus torpaq sahəsinin sərhədləri xaricində olduğu müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, ekspertin rəyi tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materitalları və elektron baza məlumatlarına istinad edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssis və ekspert tərəfindən rəylərdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin istifadə edilməsi müəyyən edilsə də, konkret olaraq hazırki iş üzrə cavabdehlər tərəfindən istifadə (zəbt) edilməsi müəyyən edilməmişdir. Həmin hallar isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
29. Lakin, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edildiyini bildirsə də, bu barədə mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür.
30. Işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
31. Işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
32. Belə ki, məhkəmə kollegiyasında işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı məxsus olan və onun yaşadığı fərdi yaşayış evi 1968-ci ildə inşa edilmişdir. Lakin, cavabdehlərin istifadəsində və mülkiyyətin olan evin tikintisi isə 1992-ci il kimi qeyd edilmişdir. Işin bu halı iş materialları və tərəflərin özlərinin izahatları ilə öz təsdiqini tapır. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı İddiaçı onun mülkiyyət hüquqlarının pozulması ilə cavabdehlər tərəfindən tikildiyini iddia etdiyi evin mövcudluğundan məlumatlı olmuş, uzun zaman kəsiyində bununla bağlı cavabdehlərə hər hansı irad bildirməmiş, xəbərdarlıq etməmişdir. Uzun müddətdən sonra iddiaçının hazırki iddianın qaldırılmasına münasibətdə məhkəmə cavabdehlərin 1992-ci ildən tikib yaşadıqları evin sökülməsini onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi qənaətinə gəlir.
33. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gədəbəy rayon AIK-nin ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Eyni zamanda iddiaçı, torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi ilə bağlı 11 Saylı Şəmkir Ərazi Idarəsinə müraciət etmiş və onun müraciəti əsasında ##.##.2022-ci il tarixdə torpaq sahəsinin 0.77 ha əkin üçün nəzərdə tutulmuş döngə nöqtələri yerində ölçülərək, ona tanıdılmış, bu barədə akt tərtib edilmişdir. Belə olan halda iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ona məxsus torpaq sahəsinin əkin üçün nəzərdə tutulmuş 0.77 ha hissəsini qanunsuz olaraq zəbt etdiklərini və ona məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına fərdi yaşayış evi və yardımçı sahələr tikdiklərini, torpaq sahəsinin ətrafına metal tor çəkdiklərini iddia etmişdir. Məhkəmə Kollegiyasına təqdim olunmuş, Azərbaycan Respublikası Gədəbəy Rayon Icra Hakimiyyəti Başçısının Novosaratovka kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Novosaratovka kənd sakini İddiaçı həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 33-cü səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 4 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 0.25 ha həyətyanı torpaq sahəsində 1968-ci ildə inşa edilmiş fərdi yaşayış evi vardır və 1.93 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini cavabdeh3 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 28-ci səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşayır. 10 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 1992-ci ildə inşa edilmiş 80 kv.m olan fərdi yaşayış evi və 1.80 ha pay torpaq sahəsi qeyd edilmişdir. Novosaratovka kənd sakini cavabdeh1 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatlarının uçot kitablarının 36-cı səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir, ərazidə yaşamır. 3 nəfər ailə üzvü vardır. Ailəsinin istifadəsində 2000-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Şəmkir rayonu, Ələsgərli kəndində qeydə alınmış cavabdeh2 həqiqətən RIH başçısının Novosaratovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində ailə üzvləri ilə birgə yaşayır. Özünün deməsinə görə 2018-ci ildə 0.17 ha torpaq sahəsində 1992-ci ildə inşa edilmiş 108 kv.m olan fərdi yaşayış evini Tovuz rayonu, Bayramlı kənd sakini X1 almışdır.
34. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır.
35. Cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evi, hələ Aqrar Islahat komissiyasi aparılmamışdan əvvəl 1992, 2000-ci illərdə inşa edilmişdir. Aqrar Islahat keçirilərkən sonuncuların inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi məhz iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi, həmin evlər inşa edilərkən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlər evləri inşa edərkən başqasının mülkiyyət hüquqlarına müdaxilə etməmişlər. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin 0.54 ha hissəsi sonradan, yəni Gədəbəy rayon AIK-nin ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə verilmis Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, KOD ******** nömrəli dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür. Həmçinin qeyd olunmalıdır ki, islahat keçirildikdən sonra iddiaçı tikilinin sökülməsinə dair hər hansı bir tələb irəli sürməmiş, yalnız cavabdehlər cavabdeh3 və cavabdeh2 münasibətdə 33 ildən və cavabdeh cavabdeh1 münasibətdə isə 25 il müddət keçdikdən sonra belə bir iddia qaldırmışdır. Iddiaçının bu cür davranışını kollegiya həmin illərə münasibətdə susmaqla razılıq kimi qiymətləndirir. Belə olan təqdirdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə sonradan verilmiş torpaqda inşa edilmiş tikililər özbaşına tikili hesab olunmur və iddiaçı İddiaçı yalnız cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 kompensasiya ödəməklə tikilinin sökülməsini tələb edə bilər.
36. Məhkəmə kollegiyası göstərmişdir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 100 manat ekspertiza xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 72ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsi, 111-ci maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 76.1, 77.1, 88, 97.1, 103.1, 217.3, 217.4, 218.1, 218.3, 384.0.2, 385 və 388-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 71-ci, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1, 14.1, 17.1, 152.1, 152.2, 152.5,157.1,157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə, 111-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, “Torpaq islahata haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 24.1, 77.1, 78.1, 88, 216.2, 217.3, 217.4, 385, 418.1, 418.2 və 418.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir maddi hüquq normasına istinad etməyib. Eyni zamanda qeyd etdiyi maddi hüquq normalarının tələblərinə əməl etməyib. Heç bir hüquqi əsas olmadan cavabdehlərin apellyasiya şikayətini təmin edib. Məhkəmə qətnaməsi formal mülahizələrə əsaslanıb. Bu isə maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.
40. Gədəbəy rayon Aqrar Islahat Komissiyasının ## #### 2001-ci il tarixli, ** saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Gədəbəy rayonu, Novosaratovka kəndində 1.93 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-142 KOD 50500038saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin 0.34 hektarədək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur və cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər mənim mülkiyyətimdə olan torpaq sahəsində yerləşir. Iş materiallarında olan ekspert rəyi də bu halı sübuta yetirir. Bu səbəbdən də hesab edir ki, məhkəmə cavabdehlərin apellyasiya şikayətini təmin etməməli idi. Sözü gedən məhkəmə qətnaməsi onun hüquq və qanuni mənafelərimi pozur. Iş materiallarında olan Gədəbəy rayon Novosaratovka kənd Inzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin arayışında qeyd olunmuşdur ki, cavabdeh3 2021-2025-ci illəri əhatə edən ** nömrəli ev təsərrüfatının uçotu kitabının 28-ci səhifəsinə *** nömrəli şəxsi hesaba əsasən qeyd edilmişdir. 10 nəfər ailə üzvləri var. Ailəsinin istifadəsində 1992-ci ildə inşa edilmiş fərdi yaşayış evi və 1.80 ha torpaq sahəsi qeyd edilmişdir.
41. Həmin arayışda daha sonra göstərilir ki, Şəmkir rayonu, Ələsgərli kəndində qeydə alınmış cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayır. Özünün deməsinə görə 2018-ci ildə 0.17 ha torpaq sahəsində inşa edilmiş 108 kv.m olan fərdi yaşayış evini Tovuz rayon sakini X1 almışdır. Gəncə Apellyasiya Məhkəməsi icraatında olan mülki işə baxarkən bu arayışı, orada yazılanları əsas kimi götürmüş və mötəbər sübut kimi qiymətləndirib həmin arayışa istinad edib, apellyasiya şikayətini təmin etmişdir. Lakin məhkəmə bu arayışı sübut qismində qiymətləndirərkən mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, arayışda göstərilmiş iki cavabdehlərin adına təsərrüfatbaşına kitabda fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Cavabdehlərin adına təsərrüfat və torpaq sahəsi olmasını mübahisələndirmir. Məhkəməyə təqdim etdiyi sübutlarla, müvafiq ekspert və mütəxəssis rəyi ilə sübut edir ki, cavabdehlər onun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin torpaq sahəsində qanunsuz tikinti inşa ediblər.
42. Cavabdehlərin məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməməklərinə və onun məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməyinə baxmayaraq məhkəmə onların şikayətini təmin etmişdir.
43. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən aydın olur ki, məhkəmə təqdim olunmuş şikayətlə bağlı heç bir araşdırma aparmamış, şikayətdə göstərilən halları müzakirə etməmişdir. Halbuki, həmin halların araşdırılması cavabdehlərin şikayətlərinin təmin olunmaması üçün əsas idi.
44. Ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin 0.34 hektarədək hissəsi cavabdeh cavabdeh3, 0.1692 hektaradək hissəsi cavabdeh cavabdeh2 və 0.031 hektaradək hissəsi cavabdeh1 tərəfindən istifadə olunur və cavabdehlər cavabdeh3 və cavabdeh2 məxsus tikililər onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bu səbəbdən də cavabdehlər zəbt etmiş olduqları torpaq sahəsini boşaltmalı və orada özbaşına tikililəri öz hesablarına sökməlidirlər.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
48. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
49. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
50. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
51. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
52. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
53. Maddə 111.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
59. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil üzrə kassasiya icraatında hüquqi dəyərləndimə aparıla bilməz. Çünki Azərbaycan Respublikasının MPM-in 407.2 və 416.1-ci maddələrinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evi, hələ Aqrar Islahat komissiyasi aparılmamışdan əvvəl 1992, 2000-ci illərdə inşa edilmişdir. Aqrar Islahat keçirilərkən sonuncuların inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi məhz iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi, həmin evlər inşa edilərkən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehlər evləri inşa edərkən başqasının mülkiyyət hüquqlarına müdaxilə etməmişlər. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin 0.54 ha hissəsi sonradan, yəni Gədəbəy rayon AIK-nin ## #### 2001-ci il tarixli ** saylı qərarı ilə verilmis Torpağa mülkiyyət hüququna dair JN-142 seriyalı, KOD ******** nömrəli dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür. Həmçinin qeyd olunmalıdır ki, islahat keçirildikdən sonra iddiaçı tikilinin sökülməsinə dair hər hansı bir tələb irəli sürməmiş, yalnız cavabdehlər cavabdeh3 və cavabdeh2 münasibətdə 33 ildən və cavabdeh cavabdeh1 münasibətdə isə 25 il müddət keçdikdən sonra belə bir iddia qaldırmışdır. Iddiaçının bu cür davranışını kollegiya həmin illərə münasibətdə susmaqla razılıq kimi qiymətləndirir. Belə olan təqdirdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətinə sonradan verilmiş torpaqda inşa edilmiş tikililər özbaşına tikili hesab olunmur və iddiaçı İddiaçı yalnız cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 kompensasiya ödəməklə tikilinin sökülməsini tələb edə bilər.
74. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
76. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.