Məhkəmə qərarları › İş №2(1-8)-898/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-898/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-898/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı İsayeva Fəridə Qəhrəman qızının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İsayeva Fəridə Qəhrəman qızının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, icarə haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı Fəridə İsayeva (vəkil vəkil4), cavabdeh Cavabdeh MTK (vəkil vəkil2), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətlərinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 008011000077-05101-****** reyestr nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 125,1 kv.m. olan qeyri-yaşayış sahəsi İsayeva Fəridə Qəhrəman qızının xüsusi mülkiyyətində olmuşdur. Qeyri-yaşayış sahəsi iddiaçı Fəridə İsayevanın adına ##.##.2018-ci il tarixli, 11171049 52 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh MMC ilə İsayeva Fəridə Qəhrəman qızı arasında notariat qaydasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən *** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,9 kv.m. olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 125,1 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və Fəridə İsayeva arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17-18-19-da yerləşən 250 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün “Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyriyaşayış sahəsini işə qəbul edəcəklər. “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyriyaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2.200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür. Yeni inşa edilən binanın tarix qeyd olunmamış eskiz layihədən görünür ki, A-B-C-D və 17-18-19-da yerləşən 250 kv.m. olan qeyri-yaşayış sahəsinin Fəridə İsayevaya verilməsi qeyd olunub.

3. ##.##.2018-ci il tarixli Aktdan görünür ki, İsayeva Fəridə Qəhrəman qızı həmin binanın yarımzirzəmisində A-B-C-D və 17-18-19-da yerləşən ticarət sahəsinin eskiz layihəsi ilə tanış olmuş, öz razılığı ilə ümumi ölçüsü 250 kv.m. təşkil edən həmin yerin ona məxsus olmasına razılıq verir.

4. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı ****** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən mənzil ##.##.2002-ci ildə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

5. Cavabdeh MTK ilə Maraqlı şəxs arasında notariat qaydasında bağlanmış ##.##.2018ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110,5 kv.m., yaşayış sahəsi 80 kv.m. olan 5 otaqlı, * saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125,92 kv.m.-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür.

6. Yeni inşa edilən binanın tarix qeyd olunmamış eskiz (işçi layihə) layihədən görünür ki, A-B-C-D və 17-18-19-da yerləşən 200 kv.m. olan qeyri-yaşayış sahəsinin İsayeva Fəridə Qəhrəman qızına verilməsi, 16, 17 oxlar aralığında yerləşən 72,70 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi qeyd olunub.

7. Cavabdeh MTK tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m olan qeyri-yaşayış sahəsinə görə Maraqlı şəxs heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İsayeva Fəridə Qəhrəman qızının (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdehlər, yaxud MTK) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, 33.000 manat icarə haqqının, 5.000 manat maddi zərər və 1.000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A- B-C-D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 176,1 kv.m. olan qeyri-yaşayış sahəsinin və həmin sahənin sol cinahında yerləşən AB-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m.-lik hissəsinin (250-242) maddi dəyəri olan 80.880 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında ##.##.2018-ci il tarixli notarial müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən faktiki sahələri 300 kv.m.dən artıq olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən *** nömrəli binanın, 1-ci mərtəbəsində yerləşən iki ədəd qeyri-yaşayış sahəsini cavabdeh ondan təhvil almışdır. Əvəzində isə həmin müqaviləyə əsasən tərtib olunmuş akta əsasən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17-18-19-da yerləşən 250 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini 24 ay müddətində ona tam təmirli formada təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin müqaviləyə əsasən aylıq 2.200 manat da icarə haqqının ona ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Nəzərə çatdırır ki, müqavilənin bağlanmasından 4 ilə yaxın müddət keçsə də, bugünkü günə kimi həmin qeyriyaşayış sahəsi ona təhvil verilməməkdədir. Yaxın vaxtlarda isə faktla bağlı haqlı iradını bildirdikdə ona artıq həmin sahənin başqa şəxslərə satıldığı və ona sökülən əmlakının qarşılığında heç bir əmlak verilməyəcəyi deyildi. Bundan əlavə, bağlanmış müqaviləyə əsasən MTK ona aylıq 2.200 manatlıq icarə haqqı da ödəməli idi. Lakin ilk başlarda kart hesabına bu pul köçürülsə də, son iki rüb, yəni 6 aylıq icarə haqqı ona ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən onun konstitusion hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 2.2.1-ci maddəsinə əsasən cavabdehin tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq mülkiyyətçiyə təhvil verilməsi öhdəliyi müəyyən edilmişdir. Bundan əlavə müqavilənin 2.2.2-ci maddəsində də ona ödənilməli olan icarə xərcinin məcburiliyi qeyd olunmuşdur. Həmçinin hazırkı müqavilənin 1.1-ci maddəsində ona təhvil verilməli olan əks olunduğu akt və eskiz layihəni də qoşma vasitəsi ilə təqdim edir. Həmin akt və eskizdə verilməli olan qeyri-yaşayış sahəsinin harada yerləşməsi açıq formada qeyd olunmuşdur. Lakin cavabdeh aldığı məlumata əsasən həmin sahəni artıq başqa şəxslər üçün satışa çıxarmışdır. Hazırda elə onu narahat edən əsas məsələ də bununla bağlıdır. Belə ki, cavabdeh tikinti şirkəti həmin sahəni istədiyi kənar bir şəxsə pul qarşılığında satacaqdır. Bu zaman isə artıq qanuni mülkiyyəti kənar şəxslər tərəfindən qəsb edilmiş olacaqdır. Hazırkı iddianı qaldırmaqda əsas məqsədi həm cavabdeh tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək, həm də qanuni mülkiyyətinin mühafizəsini həyata keçirməkdir. Nəzərə çatdırır ki, həmin ünvanda yerləşən və cavabdeh tərəfindən sökülmüş qeyri-yaşayış sahələri onun yeganə gəlir və qazanc mənbəyi idi. Həmin sahələri ictimai iaşə məntəqəsi kimi işlədir və ailəsinin gəlirlərini qarşılayırdı. Hazırda isə 4 il müddət keçməsinə baxmayaraq nə əmlakı ona təhvil verilir, nə də aylıq icarə haqqı ödənilir. Halbuki cavabdehin hər zaman istinad etdiyi Nəsimi rayon icra hakimiyyəti başçısının 263 və *** saylı ## ####### 2017-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli, ** nömrəli qərarı tamamilə vətəndaşların mənzil və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün qəbul edilmişdir. Qəbul edilmiş qərar və sərəncamlarda sakinlərin mülkiyyət hüquqlarına dair mənafeləri üstün tutmaqla yaşadıqları istismara yararsız binaların sökülərək inşa ediləcək müasir tələblərə cavab verən yeni yaşayış binalarında onlara tam təmirli və sahəsinə uyğun olaraq əvvəlkindən daha geniş yeni mənzillərin verilməsi və mənzillərin təhvil veriləcəyi müddətədək müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Lakin cavabdeh tərəf həmin bu qərar və sərəncamın hüquqi təbiətini dərk etməmiş və onu belə çıxılmaz bir vəziyyətə salmışdır. Bildirir ki, cavabdeh qurum tərəfindən sakinlərlə ilkin danışıq və razılaşma qaydaları da yuxarıda qeyd olunan hüquqi aktlara tamamilə zidd formada olmuşdur. Belə ki, təqdim olunan şərtlərlə razı olmayan sakinlərin işıq, su və qaz təminatları dayandırılır, əraziyə giriş-çıxışlarına maneçilik törədilirdi. O, da bu tip qanunsuz hərəkətlərə görə məcbur qalıb cavabdehin təqdim etdiyi şərtlərlə məcburi olaraq razılaşdı. Elə məhz həmin vaxt faktiki sahəsi 300 kv.m. olan qeyriyaşayış sahəsi 125,1 ə 39,9 kv.m. olaraq nəzərə alındı. Hazırda isə bu qədər əziyyətlərdən sonra da qanuni mülkiyyətləri cavabdeh tərəfindən onlara verilmir və satışa çıxarılır. Yuxarıda da qeyd etdiyi kimi həmin obyektlər onun yeganə gəlir mənbəyi idi. Cavabdeh qurum isə məcburi şəkildə onunla razılaşdıqdan sonra o, həmin qazancından da məhrum oldu. Uzun illərdir ki, mülkiyyətinin ona təhvil veriləcəyi günü ümidlə gözləyirdi. Lakin bir neçə gün əvvəl artıq həmin sahənin satışa çıxarıldığı məlumatını aldıqda bütün ümidləri puç oldu. Halbuki müqavilə 2 il bundan əvvəl tam icra olunmalı və sahə ona təhvil verilməli idi. Bu müddət ərzində o, obyektinin istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edə bilərdi. Bu maddi zərəri əldən çıxmış fayda qismində 5000 manat dəyərində qiymətləndirir. Bildirir ki, müqavilə bağlandığı gündən uzun illərdir ki, ona davamlı bir süründürməçilik kompaniyası aparılır. Hər müraciət etdikdə tikinti şirkətinin nümayəndələri müxtəlif bəhanələr gətirir, onunla mübahisə edir və özlərinin haqlı olduqlarını təkidlə müdafiə edirlər. O, isə 66 yaşında bir qadındır və bu mübahisələrə tab gətirə bilmir. Uzun müddətli bu mübahisələr onun ağır əsəb, stress keçirməyinə səbəb olur. Bunun nəticəsində isə ona ağır mənəvi zərər vurulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin də əvəzi ona ödənilməlidir. Əks halda pozulmuş hüquqlarının bərpasından söhbət belə gedə bilməz. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı ##.##.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi ona ağır mənəvi zərər vurulması öz təsdiqini tapır. Bu mənəvi zərəri isə 1.000 manat dəyərində qiymətləndirir. Həmçinin bildirir ki, qeyri-yaşayış sahəsinin ona faktiki olaraq təhvil verilməsindən əlavə gələcəkdə əmlakına rəsmi çıxarış almağında hər hansı bir problem yaranmaması səbəbi ilə yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi müəyyən edilməlidir.

10. Məhkəmənin iclasında cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil2 izahatında bildirmişdir ki, MTK tərəfindən Bakı şəhəri, Azadlıq prospekti ilə Süleyman Rəhimov və Ş.Əzizbəyov küçələrin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasında “D” blokunu qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi Maraqlı şəxs verilib. Belə ki, ilkin layihə təsdiq olunmadı, daha sonra təsdiq olunmuş layihədə isə şaxta əlavə olunduğundan iddiaçıya verilmiş sahə azaldı. MTK Fəridə xanıma başqa yerdən qeyri-yaşayış sahəsi təklif edir, lakin iddiaçı, razılaşmır.

11. Məhkəmə tərəfindən Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, o, da keçmiş sakindir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m. olan qeyri-yaşayış sahəsi ona verilmişdir.

13. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m. olan qeyri-yaşayış sahəsi Maraqlı şəxs verilmişdir. İddiaçının ümumiyyətlə 65 kv.m. olan qeyri-yaşayış sahəsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur.

14. Məhkəmənin tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/*** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 176,1 kv.metr, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D, 17-1819 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 1.780.000 manat (176,1 x 10.110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C, 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsinin isə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 666.000 manat (65,9 x 10.110) məbləğində olduğu müəyyən edilmişdir.

15. Məhkəmənin tərəfindən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyriyaşayış sahələrinin faktiki sahəsi təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, belə ki, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 17-18-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B- C-D və 17-18-19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16- 17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 171-ci vərəqində olan Maraqlı şəxs adına tərtib olunmuş ## ###### 2021-ci il tarixli 244 № li arayışda Cavabdeh MTK-nin sədri:” qrafasındakı imza - X1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 171-ci vərəqində olan Maraqlı şəxs adına tərtib olunmuş ## ###### 2021-ci il tarixli 244 № li arayışda Cavabdeh MTK-nin sədri:” qrafasındakı imza ilə mülki işin 22-ci vərəqində vəkil2 adına olan # ######## 2022-ci il tarixli 25/22 № li etibarnamədə Cavabdeh MTK-nin sədri:” qrafasındakı imza - Eyni Şəxs tərəfindən icra olunmuşdur.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**-*/** nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş ## ###### 2021-ci il tarixli, 244 N-li arayışın məzmunundakı yazıların şriftləri ilə arayışdakı Cavabdeh MTK-nin sədri: Ziya Hacıyev yazıların şriftləri eynilik təşkil etmirlər. - ## ####### 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MTK tərəfindən Fəridə İsayevaya 2.450 manat məbləğində pul köçürülmüşdür.

18. Məhkəmənin tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki və sənədlərin texniki ekspertizaları təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, **-****-*/****-*/**** nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş ## ###### 2021-ci il tarixli 244 N-li arayışın üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiq olunan möhür əksi təqdim edilmiş “## ####### 2021-ci il tarixli ** nömrəli Ödəniş tapşırığı”nın, “## ### 2023-cü il tarixli ** nömrəli Müqavilə”nin, “## #### 2021-ci il tarixli *** nömrəli müqavilə”nin, “## ###### 2023-cü il tarixli *** nömrəli müqavilə”nin, "## ###### 2023-cü il tarixli *** nömrəli arayış”ın, “## ###### 2022-ci il tarixli *** nömrəli müqavilə”nin üzərində olan “Azərbaycan Respublikası Cavabdeh eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqat zamanı tədqiq olunan və nümunə möhür əkslərində vurulduğu möhürün aşınmasını xarakterizə edən sabit əlamətlər müəyyən etmədi. Bu səbəbdən ## ###### 2021-ci il tarixli *** nömrəli arayışdakı möhür əksinin və Cavabdeh MTK-nın müvafiq dövrlərə (2021-ci ilə və 2023cü ilə) aid sənədlərdəki möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhür (klişe) ilə vurulub-vurulmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq edilmiş ## ###### 2021ci il tarixli 244 N-li arayışın blankı Cavabdeh MTK-nın sərbəst nümunə qismində təqdim etdiyi “## ###### 2023-cü il tarixli *** nömrəli arayış”ın blankı ilə eynilik təşkil etmir. Tədqiq edilmiş ## ###### 2021-ci il tarixli 244 N-li arayışın yuxarı hissəsində olan “№ *** ## ###### 2021-ci il X3” sözü ilə başlayıb “borcu yoxdu” sözü ilə bitən mətnindəki şriftlər sərbəst nümunə qismində təqdim edilmiş “## ####### 2021-ci il tarixli ** nömrəli Ödəniş tapşırığının, ## ### 2023-cü il tarixli ** nömrəli Müqavilə”nin, “## #### 2021-ci il tarixli *** nömrəli müqavilə”nin, ## ###### 2023-cü il tarixli *** nömrəli müqavilə”nin, ## ###### 2022-ci il tarixli *** nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil etmirlər. Tədqiq edilmiş ## ###### 2021-ci il tarixli *** №-li arayışın aşağı hissəsində olan Cavabdeh MTK-nin sədri: Z.E.Hacıyev” sözlərini təşkil edən şriftlər sərbəst nümunə qismində təqdim edilmiş “## ####### 2021-ci il tarixli ** nömrəli Ödəniş tapşırığı”nın, ## ### 2023-cü il tarixli ** nömrəli Müqavilə”nin, “## #### 2021-ci il tarixli *** nömrəli müqavilə”nin, ## ###### 2023-cü il tarixli *** nömrəli müqavilə”nin, ## ###### 2022-ci il tarixli *** nömrəli müqavilə”nin mətnlərinin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş ## ###### 2021-ci il tarixli *** №-li arayışın yuxarı hissəsində olan “№ *** ## ###### 2021-ci il X3” sözü ilə başlayıb “borcu yoxdu” sözü qurtaran mətnlərin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş ## ###### 2023-cü il tarixli arayış”da “№ *** 23 Fevral 2021-ci il X3”, “ona görə ki, həqiqətən də”, “inşa olunan yaşayış binasında E blok, yaşayış mərtəbələrin 8-ci mərtəbəsi, 155,29 kv.m., olan 3 otaqlı *** saylı mənzilin dəyərini bütünlükdə ödəmişdir, borc yoxdur. Mənzilə quraşdırılan sayğacların dəyəri, quraşdırma və qeydiyyat xərcləri mülkiyyətçinin özü tərəfindən ödəniləcəkdir” mətnlərin şriftləri ilə eynilik təşkil edirlər. Tədqiq edilmiş ## ###### 2021-ci il tarixli *** №-li arayışın yuxarı hissəsində olan “№ *** ## ###### 2021-ci il X3” sözü ilə başlayıb “borcu yoxdu” sözü ilə qurtaran mətnin şriftləri sərbəst nümunə qismində təqdim edilmiş ## ###### 2023-cü il tarixli 285 N-li arayışdakı “X2 (AzE 15785727)”, Cavabdeh MTKnın Bakı şəhəri, Azadlıq prospekti ilə S.Rəhimov, M.Qaşqay, Ş.Əzizbəyov küçələrinin kəsişməsində” sözlərdə olan şriftlər ilə eynilik təşkil etmir. Təqdim edilmiş ## ###### 2021-ci il tarixli *** №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş ## ###### 2023-cü il tarixli *** №-li arayışın aşağı hissələrində olan Cavabdeh MTK-nin sədri: Z.E.Hacıyev” sözlərin şriftləri öz aralarında eynilik təşkil edirlər. Tədqiq edilmiş ## ###### 2021-ci il tarixli *** №-li arayışın və sərbəst nümunə qismində təqdim edilmiş “## ####### 2021-ci il tarixli ** nömrəli Ödəniş tapşırığı”nın, ## ### 2023-cü il tarixli ** nömrəli Müqavilə”nin, “## #### 2021-ci il tarixli *** nömrəli müqavilə”nin, ## ###### 2023-cü il tarixli *** nömrəli müqavilə”nin, “## ###### 2023-cü il tarixli arayış”ın, ## ###### 2022-ci il tarixli *** nömrəli müqavilə”nin mətnləri lazer printerdə çap edilmişdirlər. Azərbaycan Respublikası Cavabdeh məzmunlu möhür əksinin, “## ####### 2021-ci il tarixli ** nömrəli Ödəniş tapşırığı”nın, “## ### 2023-cü il tarixli ** nömrəli Müqavilə”nin, “## #### 2021-ci il tarixli *** nömrəli müqavilə”nin ## ###### 2023-cü il tarixli *** nömrəli müqavilə”nin, “## ###### 2023-cü il tarixli *** nömrəli arayışın üzərlərində olan eyni məzmunlu möhürlərin rəngləyiciləri kimyəvi tərkibinə görə eynidirlər. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17, 18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-BC və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrində pilləkən və lift şaxtaları müəyyən edilməmişdir.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m. olan qeyri-yaşayış sahəsi və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə Fəridə İsayevaya təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması, cavabdeh MTK-dan qeyri-yaşayış sahəsinin 8 kv.m. əskik hissəsinin əvəzi olaraq 80.880 manat məbləğində pul və 147 manat dövlət rüsumunun tutularaq iddiaçı Fəridə İsayevaya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m. olan qeyri-yaşayış sahəsinin və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.metrlik hissəsinin (250-242) maddi dəyəri olan 80.880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, “Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17-18- 19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsi təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, mülki iş materiallarına əlavə edilmiş işçi layihəsinə əsasən, A-B-C-D hərf oxları ilə 17-18-19 rəqəm oxları arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 200,0 kv.metr, A-B-C hərf oxları ilə 16-17 rəqəm arasında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 72,70 kv.metr olduğu, A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin 176,1 kv.metr, A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyriyaşayış sahəsinin sol cinahında yerləşən A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 65,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17,18,19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin daxili ölçülərə münasibətdə A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 23,9 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 6,8 kv. metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən və həmin sahənin sol cinahında yerləşən A-BC və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahələrinin faktiki sahəsinin təqdim olunan “işçi layihə” ilə eynilik təşkil etmədiyi, fərqliliyin xarici ölçülərə (çöldən-çölə) münasibətdə A-B-C-D və 17- 18-19 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində 16,8 kv. metr, A-B-C və 16-17 oxlar aralığında yerləşən qeyri-yaşayış sahəsində isə 4,9 kv. metr olduğu müəyyən edilmişdir.” Göründüyü kimi Fəridə İsayevaya ##.##.2018-ci il tarixli müqavilə üzrə verilən A-B-C-D, 17- 18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 176,1 kv.metr təşkil edir. Mülki işin 125-ci səhifəsində olan eskiz layihədə Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin ölçüsü 72,70 kv.m. qeyd edilmişdir. Maraqlı şəxs ilə bağlanan müqavilədə ona veriləcək qeyri-yaşayış sahəsinin ölçüsü 65 kv.m. göstərilmişdir. Ekspert rəyi ilə A-B-C, 16- 17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin faktiki sahəsi isə 65,9 kv.m. müəyyən edilmişdir.

21. Göründüyü kimi müqavilədə, eskiz layihədə və maliyyə arayışı arasında ziddiyyətlər vardır. MTK ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110,5 kv.m., yaşayış sahəsi 80 kv.m. olan 5 otaqlı, * saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125,92 kv.m.-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Maraqlı şəxs məxsus sahənin konkret olaraq ünvanı göstərilməmişdir. Maliyyə arayışında isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs borcu olmadığı qeyd edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, beləliklə, ##.##.2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m. olan qeyri-yaşayış sahəsi qeyd edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəydən də göründüyü kimi A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin sol cinahında yerləşən A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin ümumi sahəsi 65,9 kv.metr təşkil edir.

23. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin 124-cü səhifəsində olan eskiz layihədə isə A-B-C 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsinin üzərinə Kənan yerinə ümumiyyətlə Qızbəs adı qeyd edilmişdir. Qeyd olunanlardan açıq-aydın görünür ki, MTK ilə Maraqlı şəxs arasında bağlanmış müqavilədə nəzərdə tutulan yer, A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi deyil. Həmçinin yerində müayinə zamanı məhkəmə müəyyən etdi ki, A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi, A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinə bitişikdir və həmin sahənin davamıdır. Ona görə A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi də Fəridə İsayevaya verilməlidir.

24. Bundan başqa MTK ilə Fəridə İsayeva arasında müqavilə ##.##.2018-ci il tarixdə, MTK ilə Maraqlı şəxs arasında isə müqavilə ##.##.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə müqavilə daha öncə bağlanmışdır.

25. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh MTK ilk növbədə iddiaçı Fəridə İsayeva ilə bağlanmış müqavilə üzrə öhdəlikləri tam icra etməlidir. Cavabdeh MTK tərəfindən Maraqlı şəxs verilməli olan qeyri-yaşayış sahəsinin ölçüsü müqaviləyə əsasən 65 kv.m.-dir və ünvan dəqiq göstərilməmişdir. Belə olan halda Maraqlı şəxs verilməsi nəzərdə tutulan qeyriyaşayış sahəsinin harada yerləşməsini müəyyən etmək cavabdehin üzərinə düşən öhdəlikdir. Həmçinin cavabdeh MTK ilə Fəridə İsayeva arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən *** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,9 kv.m. olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 125,1 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq MMC və Fəridə İsayeva arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17-18-19-da yerləşən 250 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi cavabdeh MTK iddiaçı Fəridə İsayevaya sahəsi 250 kv.m. dən ibarət qeyri-yaşayış sahəsini təmirsiz verməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir və müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilməmişdir. İddiaçıya A- B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsi və A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi verilsə belə, müqavilədə qeyd olunmuş 250 kv.m. sahə tamamlanmır. Qeyri-yaşayış sahələrinin ümumi ölçüsü 176,1+65,9=242 kv.m.-dir. Müqavilədə isə 250 kv.m. qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. İddiaçı həmçinin müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m.-lik hissəsinin (250-242) maddi dəyəri olan 80.880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, tələb bu hissədə də təmin edilməlidir.

27. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 1.780.000 manat (176,1 x 10.110) məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa edilmiş hündürmərtəbəli yaşayış binasının A-B-C, 16-17 oxlar aralığında yerləşən qeyriyaşayış sahəsinin isə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 666.000 manat (65,9 x 10.110) məbləğində olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 8 kv.m. əskik hissəsi ekspert rəyi ilə müəyyən olunmuş orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış 8x10.110=80.880 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsi və həmin sahəsinin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə və qeyri-yaşayış sahəsinin 8 kv.m. əskik hissəsinin əvəzi olaraq 80.880 manat məbləğində pul Fəridə İsayevaya təhvil verilməli və yekun təhviltəslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulmalıdır.

28. Məhkəmə iddia tələbinin cavabdeh MTK-dan 33.000 manat icarə haqqının tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, kirayə haqqının ödənilməməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “5.000 manat maddi zərərin və 1.000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu hissədə tələbini əsaslı edəcək sübut təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Göründüyü kimi, mənəvi zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Lakin iddiaçı onun fiziki və mənəvi sarsıntılar keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 176,1 kv.m. olan qeyri-yaşayış sahəsi və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə Fəridə İsayevaya təhvil verilməli və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulmalı, cavabdeh MTK-dan qeyriyaşayış sahəsinin 8 kv.m. əskik hissəsinin əvəzi olaraq 80.880 manat məbləğində pul və 147 manat dövlət rüsumu tutularaq iddiaçı Fəridə İsayevaya ödənilməlidir.

29. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2, 113.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * saylı Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

30. İddiaçının nümayəndəsi və vəkili vəkil5 İntiqam oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə iddia tələbinin təmin edilməyən hissəsinə dair qətnamənin 1-ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin təmirli, yoxsa təmirsiz təhvil verilməsi göstərilməmişdir. Lakin tərəflərin gerçək hüquqi niyyəti və iradə ifadəsi, cavabdehin praktikası, habelə tərəflərin sonrakı hərəkətləri ona işarə edir ki, cavabdeh müqavilədə qeyri-yaşayış sahəsinin təmirli şəkildə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə ##.##.2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi zəruridir. İddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilədən görünür ki, cavabdeh iddiaçının təmirli mənzilini sökülmək üçün təhvil almışdır. Bunun müqabilində isə qeyri-yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Təmirli mənzili söküntü üçün təhvil aldığı şəraitdə, onun müqabilində yalnız təmirli qeyri-yaşayış sahəsinin təhvil verilməli olması barədə ağlabatan mühakimə əsasında nəticəyə gəlmək mümkündür. Belə ki, ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemləri olmayan şəxsin), yaxud “ağlabatan insan”ın qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır ki, təmirli mənzili söküntü üçün təhvil alan şirkət əvəzində yalnız təmirsiz qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəsinə götürsün. Digər tərəfdən, cavabdehin formalaşmış praktikasıda ona dəlalət edir ki, söküntü üçün qəbul etdiyi yaşayış sahələri əvəzində təmirli sahə verməyi öhdəsinə götürür. Belə ki, cavabdehlə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018-ci il tarixli YZ/** nömrəli müqavilənin 1.1-ci bəndindən görünür ki, cavabdeh Maraqlı şəxs məxsus yaşayış sahəsini sökülmək üçün təhvil alıb, əvəzində həmin ərazidə inşa ediləcək binadan təmirli mənzili ona verməyi öhdəsinə götürmüşdür. Bu fakt ona işarə edir ki, cavabdehin praktikası söküntü üçün qəbul edilən yaşayış sahələri əvəzində təmirli sahə verməyi nəzərdə tutur. Məhkəmə isə hazırkı iş üzrə tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmiş, müqavilə şərti təfsir edilərkən, digər şərtlərlə müqayisə aparılmamış, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri (əsl məqsədi) müəyyən edilməmiş, praktikanı nəzərə almamış, nəticədə sübutları düzgün (ağlabatan mühakimə əsasında) qiymətləndirmədən qanunsuz və əsassız Qətnamə çıxarmışdır. Halbuki, Məhkəmə müqavilə hər bir şərtini digər şərtlərin işığında təfsir edib və cavabdehin praktikasını nəzərə alıb tərəflərin həqiqi hüquqi niyyətlərini müəyyən etsəydi, təbii ki, təmirli şəkildə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə nəticəyə gələrdi. Bunları etməməklə, Məhkəmə tətbiq edilməli olan qanunu tətbiq etmədən Qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən Qətnamə maddi hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Bundan başqa, Qətnamənin 2ci dəlilinə münasibətdə qeyd edilməlidir ki, icarə haqqının ödənilməməsinə dair iddiaçının sübut təqdim etməli olması barədə gəlinən nəticə səhvdir. Çünki hər hansı halın mövcud olmaması özü özünün (prima facie) sübutudur, həmin halın təkzib edilməsi qarşı tərəfin vəzifəsidir. Belə ki, Ali Məhkəmə Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2014-cü il tarixli */**** nömrəli qərarındakı hüquqi mövqeyə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Müəyyən halın mövcud olmaması da ağlabatan mühakiməyə əsasən faktiki prezumpsiyadır və əksi sübut edilənə kimi həmin prezumpsiya qüvvədə olur. Faktiki prezumpsiya mövcud olduğu şəraitdə, onun əksini iddia edən şəxsin üzərinə MPM-in 77.1-ci maddəsi tələb və etirazın əsası kimi istinad edilən halları sübut etmək vəzifəsini qoyur. Bu baxımdan 15 aylıq icarə haqqının ödənilməməsi faktiki prezumpsiyadır və həmin prezumpsiyanı aradan qaldıran hər hansı bir sübutu cavabdeh təqdim etməli olduğu halda, təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə isə sübutları ağlabatan mühakimə əsasında düzgün qiymətləndirməmiş, 15 aylıq icarə haqqının ödənilməməsinin faktiki prezumpsiya olmasını nəzərə almamış və həmin prezumpsiyanı təkzib edəcək hər hansı sübutun Cavabdeh tərəfindən təqdim edilməməsinə, bununla da icarə haqqının ödənilməməsi faktiki prezumpsiyanın təkzib edilməməsinə baxmayaraq, qanunsuz və əsassız olaraq həmin hissədə iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. MPM-in 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Habelə, MPM-in 385.1.4-cü maddəsinə əsasən 1-ci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Qətnamə prosessual normaların pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Nəhayət Qətnamənin 3-cü dəlilinə münasibətdə qeyd edilməlidir ki, fiziki və mənəvi sarsıntı keçirməsini və bu sarsıntıların Cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübut təqdim etməyə də ehtiyac yoxdur. Belə ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə ##.##.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə ##.##.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə ##.##.2014-cü il tarixli qərarlar). Hazırkı işin hallarından görünür ki, iddiaçıya qarşı cavabdehin hüquq pozuntusu törətməsi, bununla da iddiaçıya qarşı ədalətsizlik baş verməsi sübut edilmişdir. Ədalətsizlik halının baş verməsi isə iddiaçının ədalətsizliyə düçar olması hissi keçirməsini təsdiq edir və həmin hiss maddi deyil, iddiaçının mənəvi aləmində, şüurunda baş verən mənfi halı ifadə etdiyindən həmin halın sübutu üçün iddiaçının bunu məhkəməyə bəyan etməsi kifayətdir. İddiaçı da həm yazılı, həm də şifahi nitqlərində məhkəməyə dəfələrlə bildirmişdir ki, Cavabdeh tərəfindən onun hüququ pozulmuş və o, bundan sarsıntı keçirmişdir, yəni ədalətsizliyə düçar olmuşdur. Qeyd edilən fakt kifayətdir ki, cavabdehin hüquq pozuntusu nəticəsində iddiaçının mənəvi zərərə məruz qalmasını sübut etsin. Digər tərəfdən, 5 ilə yaxın müddətdə öz mülkiyyətindən məhrum olan yaşı yetmişə yaxın qadının mənəvi sarsıntı keçirməməsi ağlabatan mühakimə ilə, yaxud “ağlabatan insan”ın qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır. Buna baxmayaraq, Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, cavabdehin iddiaçıya qarşı hüquq pozuntusu törətməsini nəzərə almamış, iddiaçının məhkəməyə sarsıntı keçirməsini bildirməsinə, bununla da cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulmasının sübuta yetirilməsinə baxmayaraq, mənəvi zərərin guya sübuta yetirilməməsi barədə səhv nəticəyə gəlmişdir.

32. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, məhkəmə qeyd etmişdirdir ki, cavabdeh MTK ilə Fəridə İsayeva arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində *** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,9 kv.m. olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində 207 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 125,1 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq MMC və Fəridə İsayeva arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A-B-C-D və 17-18-19-da yerləşən 250 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m. qeyriyaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi cavabdeh MTK iddiaçı Fəridə İsayevaya sahəsi 250 kv.m.-dən ibarət qeyriyaşayış sahəsini təmirsiz verməyi öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir və müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsi iddiaçıya verilməmişdir. İddiaçıya AB-C-D, 17-18-19 oxları aralığında yerləşən qeyriyaşayış sahəsi və A-B-C, 16-17 oxları aralığında olan qeyri-yaşayış sahəsi verilsə belə, müqavilədə qeyd olunmuş 250 kv.m. sahə tamamlanmır. Qeyri-yaşayış sahələrinin ümumi ölçüsü 176,1+65,9=242 kv.m.-dir. Müqavilədə isə 250 kv.m. qeyri-yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MTK tərəfindən iddiaçı Fəridə İsayevaya verilmiş A-B-C-D, 17-18-19 oxları aralığında yerləşən və ekspert rəyinə əsasən faktiki içdən-içə 176.1 kv.m. qeyriyaşayış sahəsini bəyənib qəbul etmişdir. Həmin vaxtdan bu günə kimi oradan istifadə edərək qazanc əldə edir. Çatmayan hissə ilə bağlı ona artıqlaması ilə əlavə qeyri-yaşayış sahəsi təklif edilmişdir. Sadəcə iddiaçı ona aid olmayan, binanın digər sakini və mübahisə edilən yerdə qeyri-yaşayış sahəsi olmuş iş üzrə üçüncü şəxsə məxsus sahəni ələ keçirmək niyyətində olmuş və bunu məhkəmə vasitəsi ilə icra etməkdədir. Bu isə məhkəmə tərəfindən vətəndaşlar arasında ayrı-seçkilik edərək qərəzli olaraq iddiaçının maraqlarına xidmət etmək deməkdir. İkincisi, məhkəmənin mövqeyinə görə iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulmayan, üçüncü şəxsə məxsus olan (faktiki olaraq sahiblik və istifadəsində olan) qeyri-yaşayış sahəsi iddiaçı Fəridə İsayevaya təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulması qanuni və ədalətlidir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə bir çox halları nəzərə almamışdır. Belə ki, əvvəla bir şəxsin hüququ, digər şəxsin hüququnun astanasında bitir. Bundan başqa üçüncü şəxsə məxsus sahəyə müqavilə bağlanması vəzifə qoyulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Üçüncüsü, Maraqlı şəxs məxsus qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın D blokunda olması MTK ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilədə qeyd olunmuşdur. Bundan başqa iş materiallarına əlavə olunmuş və onun həqiqiliyin 2 (iki) dəfə keçirilmiş ekspertiza təsdiq olunmuş maliyyə arayışında qeyd olunub ki, verilir vətəndaş Maraqlı şəxs ondan ötəri ki, o MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyriyaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə görə heç bir borcu yoxdur. Dördüncüsü, MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 (faktiki 65,9) kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi Maraqlı şəxs məxsus olmasını iş üzrə cavabdeh məhkəmə iclasında təsdiq etmişdir, məhkəmə faktiki olaraq yerli baxış zamanı müəyyən etmişdir, digər tərəfdən isə iddiaçı bu halı inkar etmir. Beşincisi, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-**(***)-**/****-*** nömrəli, ##.##.2022-ci il tarixli qərardadı ilə MTK tərəfindən inşa edilmiş ##.##.2018-ci il tarixli müqavilə və aktda, eskiz layihədə göstərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə bitişik olan 50 kv.m.-lik qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh MTK tərəfindən inşa edilmiş ##.##.2018-ci il tarixli müqavilə və aktda, eskiz layihədə göstərilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A- B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyriyaşayış sahəsinə bitişik olan 50 kv.m.-lik qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(***)-**/**** nömrəli, ## ####### 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A-B-C-D və 17- 18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə bitişik olan 50 kv.m.-lik qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində A- B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinə bitişik olan 50 kv.m.-lik qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi, Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən 65,9 kv.m. olan qeyri-yaşayış sahəsində tikinti işləri aparılaraq qeyri-yaşayış sahəsinin arxa qapısı hörülmüşdür (şəkillər əlavə olunmuşdur). Beşincisi, xüsusi ilə qeyd edilməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən A-B- C və 16-17 oxlar aralığında yerləşən 65,9 kv.m. olan qeyri- yaşayış sahəsinin 1 (bir) çıxışı, A- B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinin 2 (iki) çıxışı vardır (şəkillər əlavə olunmuşdur). Altıncısı, MTK-nın # #### 2025-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: 1. Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən MTK tərəfindən inşa edilmiş çoxmənzilli binanın qeyri-yaşayış hissəsinə dair MTK ilə Maraqlı şəxs arasında bağlanmış 21 Fevral 2018ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Azadlıq prospekti ilə Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində inşa edilmiş 16 mərtəbəli yaşayış binasında, “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi hissəsində yerləşən sahəsi 65,9 kv.m. ibarət qeyriyaşayış sahəsini ## ###### 2021-ci il tarixli verilmiş Maliyyə arayışına əsasən Süleyman Rəhimov küçəsinə baxan tərəfdən Maraqlı şəxs verilmişdir. 2. Cavabdeh MTK-nın Maraqlı şəxs verdiyi ## ###### 2021-ci il tarixli Maliyyə arayışına əsasən Süleyman Rəhimov küçəsində yerləşən 65 kv.m. (faktiki 65,9) qeyri-yaşayış sahəsi binanın 16-17 oxları arasında yerləşir. 3. Bakı şəhəri Nəsimi rayonu Süleyman Rəhimov küçəsində yerləşən 65 kv.m. qeyri yaşayış sahəsinin 50 kv.m. hissəsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadı ilə həbs qoyulmuşdur. Həmin həbsin götürülməsi barədə Maraqlı şəxs ərizəsi üzrə Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə həbs götürülərək məhdudiyyət tətbiq edilmişdir. Qeyri-yaşayış sahəsinə qoyulan həbsin ləğv olunmasına görə hər hansı bir müdaxilənin olmaması ilə bağlı Nəsimi rayonu İcra şöbəsinə məlumat verilmişdir. Bu cavabdan da açıq aşkar görünür ki, cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilə üzrə Bakı şəhəri Süleyman Rəhimov küçəsində yerləşən 65 kv.m. (faktiki 65,9) qeyri-yaşayış sahəsi binanın 16-17 oxları arasında yerləşir (məktub əlavə olunmuşdur). Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Birincisi, işə baxan məhkəmə yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. İkincisi, məhkəmə təqdim olunmuş sübutlara deyil özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən iddiasına dair mötəbər sübutlar təqdim olunduğu halda hüquqi qiymət verilməmişdir. Üçüncüsü, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübut edə bilməmişdir. Belə ki, iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi üçüncü şəxsə məxsus olması işin mübahisəsiz halıdır. Dördüncüsü, məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

34. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C- D və 17-18-19 oxlar aralığında yerləşən faktiki sahəsi 176,1 kv.m. olan qeyri-yaşayış sahəsi və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin təmirsiz vəziyyətdə Fəridə İsayevaya təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

35. Apellyasiya şikayətini cavabdeh MTK-nın apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırmışdır.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) iddiaçı Fəridə İsayevanın apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin edilməyən “33.000 manat icarə haqqı” və “təmirsiz vəziyyətdə” hissələrində ləğv edilmiş, iddianın 33.000 manat icarə haqqı tutulması (təmin edilməyən) hissəsi (qismən) təmin edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh MTK-dan 33.000 manat icarə haqqının iddiaçı Fəridə İsayevanın xeyrinə tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC Fəridə İsayeva arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən *** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 39,9 kv.m. olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən 207 (yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 125,1 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası başa çatdıqdan sonra hər iki qeyri-yaşayış sahələrinin əvəzi olaraq Cavabdeh MMC və Fəridə İsayeva arasında tərtib edilmiş akta əsasən eskizdə göstərilən Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən A- B-C-D və 17-18-19-da yerləşən 250 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün “Tikinti şirkəti”nə təhvil verəcək, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binada yerləşən qeyri-yaşayış sahəsini işə qəbul edəcəklər. “Tikinti şirkəti” həmçinin öhdəsinə götürür ki, qeyri-yaşayış sahəsi söküntü üçün təhvil verildikdən sonra növbəti aydan başlayaraq 2.200 manat məbləğində icarə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə mülkiyyətçiyə ödəyəcəkdir. İcarə haqqı yeni qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilənədək ödəniləcəkdir. Müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m. qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürür.

38. Lakin hazırkı iş üzrə MTK müqavilə üzrə öz öhdəliyinin yerinə yetirməsini, o cümlədən icarə haqqının ödənilməsini sübuta yetirməmişdir. Belə olan halda, iddia tələbi “cavabdeh MTKdan 33.000 manat icarə haqqının tutulması” hissəsində təmin edilməlidir. Bundan əlavə, qeyriyaşayış sahəsinin təmirsiz verilməsi barədə tələb olmadığı halda məhkəmə münasibətlər üzrə dəyişə bilən, müqavilədən irəli gələn öhdəliklərə tələbdən kənar olaraq qiymət vermişdir. Belə ki, sahənin təmirli və ya təmirsiz təhvil verilməsi məsələsi müqavilə öhdəliklərindən və tərəflərin təhvil-təslim etdiyi zaman onların öz iradə ifadəsi ilə razılaşmasından irəli gələn hal olduğundan, məhkəmənin özü tərəfindən sahənin təmirsiz kimi təqdim edilməsi şərtinin qoyulması prosessual cəhətdən yolverilməzdir. Baxmayaraq ki, iddiaçı tələbdə müqavilə şərtləri ilə nəzərdə tutulmayan təmirli sahənin təhvil verilməsini istəmişdir.

39. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110,5, yaşayış sahəsi 80 kv.m. olan 5 otaqlı, * saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125,92 kv.m.-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış ##.##.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 110,5 yaşayış sahəsi 80 kv.m. olan 5 otaqlı, * saylı mənzili paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsus olan 6/7 hissəsinin sökülməsi üçün təhvil alıb, həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra 125,92 kv.m.-dən ibarət 3 otaqlı təmirli mənzili və 65 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Maraqlı şəxs məxsus sahənin konkret olaraq ünvanı göstərilməmişdir. Maliyyə arayışında isə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasında “D” blokunun qeyri-yaşayış sahəsinin yarımzirzəmi sahəsində yerləşən yer səviyyəsi ilə bərabər Süleyman Rəhimov küçəsinə baxan tərəfdə 65 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs borcu olmadığı qeyd edilmişdir.

40. Bundan başqa cavabdeh MTK ilə Fəridə İsayeva arasında müqavilə ##.##.2018-ci il tarixdə, MTK ilə Maraqlı şəxs arasında isə müqavilə ##.##.2018-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi iddiaçı ilə müqavilə daha öncə bağlanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh MTK ilk növbədə iddiaçı Fəridə İsayeva ilə bağlanmış müqavilə üzrə öhdəlikləri tam icra etməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24, 71, 80-ci, Mülki Məcəllənin 385.1, 425.1, 437.2, 442, 448, 450.1, 450.2, 450.3, 451, 452.1, 452.2, 567, 568.1, 568.2, 569.1, 575.1, 575.2, 752.1, 752.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

42. Qətnamədən iddiaçı Fəridə İsayeva (vəkil vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin gerçək hüquqi niyyəti və iradə ifadəsi, cavabdehin praktikası, habelə tərəflərin sonrakı hərəkətləri ona işarə edir ki, cavabdeh müqavilədə qeyri-yaşayış sahəsinin təmirli şəkildə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Apellyasiya məhkəməsi isə hazırkı iş üzrə tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmiş, müqavilə şərti təfsir edilərkən, digər şərtlərlə müqayisə aparılmamış, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri (əsl məqsədi) müəyyən edilməmiş, praktikanı nəzərə almamış, nəticədə sübutları düzgün (ağlabatan mühakimə əsasında) qiymətləndirmədən qanunsuz və əsassız qətnamə çıxarmışdır.

44. Halbuki, apellyasiya məhkəməsi müqavilənin hər bir şərtini digər şərtlərin işığında təfsir edib və cavabdehin praktikasını nəzərə alıb tərəflərin həqiqi hüquqi niyyətlərini müəyyən etsəydi, təbii ki, təmirli şəkildə qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə nəticəyə gələrdi. Bunları etməməklə, apellyasiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədən apellyasiya qətnaməsini çıxarmışdır.

45. Apellyasiya məhkəməsi qətnaməsini qəbul edərkən apellyasiya şikayətində mənəvi zərərin ödənilməsinə dair dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, Ali Məhkəmə Plenumunun ##.##.2005-ci il tarixli qərarındakı izahı və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini gözləmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə qiymət versəydi, təbii ki, həmin hissədə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edərdi. Çünki fiziki və mənəvi sarsıntı keçirməsini və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən sübut təqdim etməyə də ehtiyac yoxdur.

46. Qətnamədən üçüncü şəxs Maraqlı şəxs (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17,18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176,1 kv.m. olan qeyri-yaşayış sahəsi və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin təmirsiz vəziyyətdə Fəridə İsayevaya təhvil verilməsi və yekun təhviltəslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsi (rəd edilməsi) barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yanlış qiymətləndirmə apararaq müqavilə üzrə öhdəlikləri tam icra edilməlidir qənaətinə gəlsə də müqavilənin icra olunması deyil, yeni müqavilə bağlanması vəzifəsi qoyulması barədə qətnamə qəbul etmişdir. Bu isə absurddur. Belə ki, müqavilə öhdəliyində başqa sahəyə yeni müqavilə bağlanması nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə kollegiyası iddianı təmin edərkən qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən AB-C və 16-17 oxlar aralığında yerləşən 65,9 kv.m. olan qeyri-yaşayış sahəsi, A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinin davamı olduğundan həmin sahəyə iddiaçı Fəridə İsayeva ilə müqavilə bağlanmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, binada qeyri-yaşayış sahəsinin bölgüsü məhz oxlarla bölünür. Ümumiyyətlə bütün qeyri-yaşayış sahəsində oxlar bir birinin davamıdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən binanın sol cınağında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin 1 (bir) çıxışı, A-B-C-D və 17- 18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinin 2 (iki) çıxışı vardır (şəkillər əlavə sahəsinin 2 (iki) çıxışı vardır (şəkillər əlavə olunmuşdur). İddiaçıya məxsus A-B-C-D və 17-18-19 oxlar aralığında yerləşən sahəsi 200 kv.m. olan qeyri-yaşayış sahəsinin davamı olan E-F oxlar arasında 50 kv.m. sahə təklif olunmuşdur.

48. Qətnamədən cavabdeh MTK (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının mövqeyinə görə Azərbaycan Respublikasında qanun qarşısında bərabərlik yoxdur, fərdə görə qanun tətbiq olunur. Belə ki, iddiaçının hüquqları var, üçüncü şəxsin isə nədənsə yoxdur. O baxımdan ki, iddiaçı ilə bağlanmış müqavilədə nəzərdə tutulmayan, üçüncü şəxsə məxsus olan (mülkiyyət hüququnun gözləntisi, faktiki olaraq sahiblik və istifadəsində olan) qeyri-yaşayış sahəsi iddiaçı Fəridə İsayevaya təhvil verilməsi və yekun təhvil-təslim aktının müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulması nə qədər qanuni və ədalətlidir? Məhkəmə kollegiyası nəzərə almamışdır ki, bir şəxsin hüququ, digər şəxsin hüququnun astanasında bitir. Bundan başqa, üçüncü şəxsə məxsus və sahəyə müqaviləsi qüvvədə olduğu halda bağlanması vəzifəsinin qoyulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır.

50. Bundan başqa məhkəmə iclasında iddiaçı tərəfindən ona verilmiş və hazırda istifadəsində olan qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təmir edilərək başqa şəxslərə icarəyə verilməsi öz təsdiqini tapsa da, nədənsə Məhkəmə həmin halı eşitməməzlikdən gələrək iddiaçının əldən çıxmış fayda hissəsini də təmin etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

51. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

53. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

54. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 437.1. Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir.

56. Maddə 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır.

57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə 448. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

59. Maddə 450.1. Öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir.

60. Maddə 450.2. Öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir.

61. Maddə 450.3. Kreditorun gecikdirilmə nəticəsində marağını itirdiyi icranı qəbul etməkdən imtina etməsi, habelə peşman haqqı kimi müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi borclunu öhdəliyin naturada icrasından azad edir.

62. Maddə 451. Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər.

63. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

64. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

65. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

66. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

67. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

68. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı 69. müqaviləsinin icrasından imtina edə bilər.

70. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

71. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

72. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

78. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

79. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

83. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

84. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

86. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

87. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

89. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı Fəridə İsayeva tərəfindən iddianın təmin edilmədiyi hissəsində qismən, cavabdeh MTK və üçüncü şəxs Maraqlı şəxs tərəfindən iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “təmirsiz vəziyyətdə” hissəsində ləğv edərkən apellyasiya məhkəməsinin iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verilmədiyi müəyyən edilmişdir.

92. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdeh MTK-dan 33.000 manat icarə haqqının, 5.000 manat maddi zərər və 1.000 manat mənəvi zərərin, ödədiyi 147 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində, A-B-C-D və 17, 18, 19 oxlar aralığında yerləşən faktiki sahəsi 176.1 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin sahənin sol cinahında yerləşən A-B-C və 16-17 oxlar aralığında yerləşən faktiki sahəsi 65,9 kv.m. olan qeyri-yaşayış sahəsinin təmir edilərək ona təhvil verilməsi və yekun təhvil-təslim aktının da müqavilə qaydasında rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində itkiyə getmiş 8 kv.m-lik hissəsinin (250-242) maddi dəyəri olan 80.880 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

93. Kassasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qismən - iddianın təmin edilməyən “33.000 manat icarə haqqı” hissələrində ləğv etməsi, həmin hissədə yeni qətnamə qəbul edərək cavabdeh MTK-dan 33.000 manat icarə haqqının iddiaçı Fəridə İsayevanın xeyrinə tutulması, habelə “qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması” barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının, cavabdeh MTK və üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətlərinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə bağlı sübutetmə yükü düzgün bölüşdürmüş, həmin tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə, həmçinin bundan əvvəl işə baxmış kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilərək yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.

94. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddia tələbinin qismən təmin edilməsinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, yuxarıda qeyd olunan hissədə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

95. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı iddiaçının, cavabdeh MTK və üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətlərində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam təmin edilməsi, yaxud ləğv olunması və iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddia tələbinin qismən təmin olunması hissəsində iddiaçı, cavabdeh MTK və üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin sadalanan dəlilləri əsassızdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsi hissəsində kassasiya şikayətləri rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.

96. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – “təmirsiz vəziyyətdə” hissəsində ləğv etmək barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

97. Belə ki, Cavabdeh MMC ilə Fəridə İsayeva arasında notariat qaydasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin 1.4-cü bəndinə əsasən “Tikinti şirkəti” inşa ediləcək çoxmənzilli binanın yarımzirzəmi hissəsində yerləşən 250 kv.m qeyri-yaşayış sahəsini (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin həmin bəndindən aydın olur ki, müqavilədə tərəfləri qeyri-yaşayış sahəsinin iddiaçıya hansı qaydada təhvil verilməsinin icra qaydası müəyyən edilmiş, bununla bağlı tərəflərin öhdəlikləri yaranmışdır.

98. Odur ki, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, birinci instansiya məhkəməsi iddia tələbində qeyd olunmasından asılı olmayaraq qeyri-yaşayış sahəsinin iddiaçıya təmirsiz verilməsi ilə bağlı icra qaydasını qətnamənin nəticə hissəsində göstərməkdə haqlı olmuşdur.

99. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

100. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

101. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qeyri-yaşayış sahəsinin təmirsiz verilməsi barədə tələb olmadığı halda məhkəmənin münasibətlər üzrə dəyişə bilən, müqavilədən irəli gələn öhdəliklərə tələbdən kənar olaraq qiymət verməsi, sahənin təmirli və ya təmirsiz təhvil verilməsi məsələsinin müqavilə öhdəliklərindən və tərəflərin təhvil-təslim etdiyi zaman onların öz iradə ifadəsi ilə razılaşmasından irəli gələn hal olduğundan, məhkəmənin özü tərəfindən sahənin təmirsiz kimi təqdim edilməsi şərtinin qoyulmasının prosessual cəhətdən yolverilməz olması barədə mövqeyi düzgün olmamışdır.

102. .Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il ## ###### tarixli Qərarı).

103. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işdə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “təmirsiz vəziyyətdə” hissəsində ləğv edərkən yuxarıda göstərilənlər nəzərə alınmamış, işin müəyyən olunmuş faktiki hallarına sadalanan prosessual hüquq normalarının tətbiqindən irəli gələn hüquqi dəyərləndirmə aparılmamışdır. Bu hal isə qətnamənin həmin hissədə işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir.

104. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə, yaxud qismən ləğv edilməsi üçün əsasdır.

105. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətləri təmin edilməməli, cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – “təmirsiz vəziyyətdə” hissədə ləğv edilməsi hissəsində ləğv olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

106. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İsayeva Fəridə Qəhrəman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən – “təmirsiz vəziyyətdə” hissədə ləğv edilməsi hissəsində ləğv olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar