Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-90/2026 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayəti müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1858/2024 nömrəli, 18 dekabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.925 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı X9 cavabdehlər “X14 Azerbaijan” QSC və X7 qarşı qarşılıqlı iddia verərək, onunla “X14 Azərbaycan” QSC arasında Bakı şəhəri 46 saylı Notariat Kontorunda bağlanmış, reyestrdə 3M-1135 nömrə ilə qeyd edilmiş, 12 oktyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə ipoteka qoyulmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 6, 33 nömrəli mənzilin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Laç ın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-255/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 29.925 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir (hakim C.İbrahimov).
3. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)255/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər - M. Əsədli (sədrlik edən və məruzəçi), T. Heydərov və A. Novruzova).
5. Cavabdeh vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1858/2024 saylı qərardadı ilə Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən imzalandığından, habelə onun belə bir hüquqa malik olmasını təsdiq edən müvafiq sənədlər şikayətə əlavə edilmədiyindən geri qaytarılmışdır.
7. Bakı İstintaq Təcridxanasında cəza çəkən Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və bundan 1 ay 24 gün sonra - xx.xx.2025-ci il tarixdə məhkəməyə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1858/2024 saylı qərardadı ilə Cavab deh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddərin bərpa olunması barədə ərizə verisə də, kassasiya şikayəti əlavə olunmamışdır. 9. 05.12.2025-ci il tarixdə cavabdeh Ağayev X8 Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin sonradan ərizə verərək, prosessual müddətin bərpa olunması barədə ərizəsinə baxılmamasını xahiş etmişdir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1858/2024 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunmasından imtina qəbul edilmiş və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
11. Daha sonra Cavabdeh yenidən kassasiya şikayəti (həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə) ilə müraciət etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-1858/2024 saylı qərardadı ilə vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Geri qaytarılmanın səbəbi kimi də onun yerinə etibarnamə ilə oğlunun kassasiya şikayətini imzalaması olmuşdur. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı İstin taq Təcridxanasında cəza çəkmişdir və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə zalında azad olunmuşdur. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-17/40/1-A-13-6/2025 nömrəli arayışda qeyd etdiyi əsaslar öz təsdiqini tapmışdır. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş vaxtda o, Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir və kassasiya şikayəti verməyə, onu imzalamağa imkanı olmamışdır. Hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün hüququ bərpa olunamalı və ötürülmüş prosessual müddət bərpa edilməlidir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1858/2024 nömrəli, 18 dekabr 2025-ci il tarixli qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)-1858/2024 saylı qətnaməsi Cavabdeh təqdim edilməsi üçün 04 dekabr 2024-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş, 11 dekabr 2025-ci ildə həmin məktub həmin təcridxanaya təhvil verilmişdir. Cavabdehin vəkili Vəkil həmin qətnamədən kasassiya şikayətini 13 fevral 2025-ci il tarixdə vermiş və kassasiya şikayəti vermə müddəti ötürülməmişdir. Lakin həmin kassasiya şikayəti kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən imzalandığından, habelə onun belə bir hüquqa malik olmasını təsdiq edən müvafiq sənədlər şikayətə əlavə edilmədiyindən geri qaytarılmışdır. 15. 13.02.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)- 1858/2024 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1858/2024 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)1858/2024 saylı qətnaməsindən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
16. Belə ki, həmin kassasiya şikayəti yalnız cavabdehin vəkili Vəkil tərəfindən imzalanmış, lakin onun şikayəti imzalamaq səlahiyyətini təsdiq edən müvafiq etibarnamə kassasiya şikayətinə əlavə edilməmişdir. Digər tərəfdən, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmiş və elektron qaydada tərtib edilmiş kassasiya şikayətinə əlavə edilmiş digər qaydada verilmiş kassasiya şikayətini cavabdehin nümayəndəsi X4 və cavabdehin vəkili Vəkil imzalaması müəyyən edilsə də, bu hal həmin kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə cavab verməsini təsdiq etmiş olmur. Eyni zamanda məhkəmə tərkibi qe yd edir ki, kassasiya şikayətinə əlavə edilmiş və cavabdehin nümayəndəsi X6 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən edilmişdir ki, həmin etibarnamədə X1 olaraq “məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması)” səlahiyyətinin olması öz əksini tapmamışdır.
17. X5 Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmış, tərəfə 10 günlük müddət ərzində kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin cavabdeh tərəfindən göstərilən müddət ərzində yenidən kassasiya şikayəti təqdim edilməmiş, sonrakı mərhələdə isə icra vərəqəsi üzrə icra tədbirləri davam etdirilmişdir. Təxminən 9 ay sonra, xx.xx.2025-ci il tarixdə cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli, 2(106)- 1858/2024 saylı qətnaməsindən yenidən kassasiya şikayəti (ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə) vermişdir.
18. Cavabdeh kassasiya şikayəti vermək hüququndan faktiki olaraq məhrum edilməmişdir, çünki həmin mərhələdə onun vəkili mövcud olmuş və prosessual hərəkət etmək imkanı real şəkildə təmin edilmişdir. MPM-in 407.3-cü maddəsi əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Göründüyü kimi bu norma kassasiya şikayətinin müvafiq səlahiyyətlə təmin edilmiş nümayəndə (vəkil) tərəfindən imzalanmasını tələb edir. Konkret halda kassasiya şikayəti vəkil tərəfindən imzalanmış olsa da, bu imzanı legitim edən etibarnamə əlavə edilməmiş, cavabdehin oğluna verilmiş etibarnamədə isə “məhkəmə aktlarından şikayətlərin verilməsi və imzalanması” səlahiyyəti açıq şəkildə göstərilməmişdir. Bu isə MPM-in 408.1.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətinin geri qaytarılmasını əsas olmuşdur.
19. Burada diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, prosessual müddətin ötürülməsi obyektiv maneə ilə deyil, nümayəndəlik institutunun düzgün formalaşdırılmaması ilə bağlıdır. Həbsdə olma faktı (əgər tərəfin adından çıxış edə biləcək səlahiyyətli nümayəndə və vəkil mövcuddursa) özü-özlüyündə müddətin bərpası üçün yetərli əsas sayıla bilməz. Cavabdeh ya vəkilinə kassasiya şikayətini imzala maq səlahiyyəti verən etibarnamə təqdim etməli, ya da nümayəndəsi olan oğluna verilən etibarnamədə bu səlahiyyəti açıq göstərməli idi.
20. Beləliklə, cavabdehin qarşısında kassasiya qaydasında qətnaməni vaxtında mübahisələndirməsinə mane olan əsaslı və obyektiv hüquqi səbəblər mövcud olmamışdır. Belə ki, cavabdeh nümayəndəsi olan oğluna məhkəmə aktlarından şikayətlərin verilməsi və imzalanması səlahiyyətini açıq şəkildə nəzərdə tutan etibarnamə verməklə onun vəkillə birlikdə kassasiya şikayəti təqdim etməsini təmin edə bilərdi. Alternativ olaraq, o, birbaşa vəkilinə kassasiya şikayətini onun adından imzalamaq səlahiyyəti verən etibarnamə təqdim etməklə prosessual hüquqlarının vaxtında və düzgün həyata keçirilməsini təmin etmək imkanına malik olmuşdur. Lakin bu imkanlardan istifadə edilməmi ş, nəticədə prosessual müddətin ötürülməsi cavabdehin öz üzərinə düşən prosessual vəzifələri lazımi qaydada yerinə yetirməməsi ilə bağlı olmuşdur.
21. Vurğulanmalıdır ki, cavabdeh tərəf olduğu mülki işdə maraqlı olmalı idi. İşdə maraqlı olmaq o deməkdir ki, məhkəmənin qəbul edəcəyi qətnamə və ya qərardad həmin şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Yəni tərəf məhkəmə işində iştirak etməklə öz subyektiv hüququnu müdafiə etməkdə maraqlıdır. Hazırkı halda cavabdeh işdə maraqlı olmalı, yəni öz hüquqlarını qorumaq üçün prosesi diqqətlə izləməli, prosessual müddətləri qaçırmamalı, zamanında şikayətlə müraciət etməli idi.
22. Cavabdeh isə ərizəsində qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ər izəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Prosessual müddətlərin buraxılması üzrlü səbəblərlə əsaslandırılmalıdır. Üzrlü səbəblərə xəstəlik, təbii fəlakət, şəxsin iradəsindən asılı olmayan hallar aiddir. Şəxsin öz səhlənkarlığı, hüquqi savadsızlığı və ya texniki imkanlardan istifadə etməməsi hallar üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
23. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə, MPM-in 128.3, 130.1, 133, 402.2, 402.3, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 6)-1858/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə verilmiş ərizənin təmin olunması və kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında qeyd etdiyi bütün əsaslandırmalar yanlışdır. Belə ki, kassatorun verdiyi etibarnamə əsasında oğlunun onun yerinə imzalayıb göndərilmiş kassasiya şikayətini elə hakim Mahir Əsədli özü geri qaytardığı və səbəbini də onun yerinə oğlunun imzaladığını bildirdiyi halda, bu qərardadda da əksini bildirməsi heç başa düşülən deyil. Həmçinin verdiyi etibarnamə əsasında oğlu onun yerinə kassasiya şikayətini imzalayıb məhkəməyə göndərmiş, hakim isə onu geri qaytarmış, lakin bu qərardadda oğlunun onun yerinə kassasiya şikayəti vermədiyini bildirmişdir.
26. Bundan başqa, qərardadda deyilir ki, “cavabdeh isə ərizəsində qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Prosessual müddətlərin buraxılması üzrlü səbəblərlə əsaslandırılmalıdır. Üzrlü səbəblərə xəstəlik, təbii fəlakət, şəxsin iradəsindən asılı olmayan hallar aiddir. Şəxsin öz səhlənkarlığı, hüquqi savadsızlığı və ya texniki imkanlardan istifadə etməməsi hallar üzrlü səbəb kimi qiymətləndirilə bilməz.”
27. Halbuki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı İstintaq Təcridxanasında cəza çəkmiş v ə xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl məhkəmə zalından azad olunmuşdur. Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-17/40/1-A-13-6/2025 nömrəli arayışda qeyd etdiyi əsaslar öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş vaxtda o Bakı İstintaq Təcridxanasında cəza çəkmiş və kassasiya şikayəti verməyə, onu imzalamağa imkanı olmamışdır. Yəni onun vəziyyəti şəxsin iradəsindən asılı olmayan hallar kateqoriyasına aid olduğu və bununla bağlı sənədləri də ərizə ilə birlikdə məhkəməyə təqdim etdiyi halda, məhkəmənin belə bir əsaslandırma ilə çıxış etməsi absurddur. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilməd iyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
33. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
34. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
35. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
36. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
37. Maddə 135.5. Bu Məcəllənin 13 5.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
38. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
39. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, X3 şikayəti ilə əlaqədar qəbul etdiyi 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində day anan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın... 45. “X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402- 421-ci maddələ ri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir... Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpa olunması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbu l etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
51. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında (bu qərarın 44-cü paraqrafı) ifadə olunmuş hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticəl ənmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
52. Baxılan iş üzrə cavabdeh tərəfindən kassasiya şikayəti verilməsinə mane olan bu cür hallar müəyyən edilməmişdir.
53. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1858/2024 nömrəli, 18 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.