Məhkəmə qərarları › İş №2(1-8)-920/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-920/2026

19.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-920/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Nəcəfova Ramil Ramiz oğluna və X15rşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, vahid mülkiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X15rşı “evdən çıxarılma" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərtər rayonu Aqrar Islahat Komissiyasının ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən Tərtər şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün X1, X6, X4 və İddiaçı mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə 125.2 kv.m olan yaşayış evinin olduğu qeyd olunmuşdur.

2. Tərtər şəhər IƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən verilmiş *** saylı, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, T.Rəhimov küçəsində yaşamış mərhum X1 məxsus olan fərdi yaşayış evi 1961-ci ildə tikilmişdir.

3. Tərtər şəhər IƏD üzrə nümayəndəsi S.Həsənov tərəfindən İddiaçı adına verilmiş *** saylı, ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Rəhimov küçəsində yaşamış atası X6 ##.##.2010-cu ildə, anası X1 ##.##.1994-cü ildə vəfat etmişdir. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən 2006-2010-cu illərdə həmin ünvanda ailə üzvləri İddiaçı və X4 yaşamışdır.

4. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş təsərrüfatbaşına kitabın 155-ci səhifəsinin 58-ci şəxsi hesabında ailə üzvləri kimi İddiaçı (hazırkı iddiaçı) və X4 (hazırkı iddiaçının bacısı) yazılmışdır.

5. Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Tərtər şəhəri, Ədalət Paşayev küçəsi üzrə tərtib edilmiş 3№-li təsərrüfatbaşına kitabın 4-cü səhifəsində ailə başçısı Nəcəfov Ramiz Məhəmməd oğlu, onun ailə üzvləri kimi X8 (həyat yoldaşı), cavabdeh2 (oğlu) və cavabdeh2 (oğlu) yazılmışdır.

6. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin yerli qurumları tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X1 adına müxtəlif texniki sənədlər (texniki inventarlaşdırma, ev dəftəri və s.) tərtib edilmişdir.

7. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərarının surətindən görünür ki, cavabdeh2 ##.##.2024-cü il tarixdə yaşadıqları fərdi yaşayış evində bibisi İddiaçı ilə aralarında sonuncunun adına götürdüyü kredit borcu ilə bağlı şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı İddiaçı sinə nahiyəsinə qəsdən yumruqla vurub yerə yıxaraq sonuncuya sağ süd vəzi nahiyəsinin qançırları, kəllə beyin travması, baş beyin silkələnməsi, alt dodağın sol yarısının, sağ təpə nahiyəsinin kiçik ölçülü şişkinliyi xəsarətləri ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bu əməlinə görə ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham verilərək, cinayət işi məhkəməyə göndərilmiş və məhkəmə prosesinin gedişində İddiaçı barışıq ərizəsi verdiyi üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir.

8. Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** saylı qərarının surətindən görünür ki, tərəflər (Yekaterina Drojjina ilə İddiaçı) arasında sonradan da dava-dalaş olmuş, şikayət əsasında Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmış, toplanmış materialda cinayət tərkibi olmadığı və İddiaçı hərəkətlərində Azərbaycan Respublikası IXM-nin 157 və 564-cü maddələrinin, X7 (İddiaçı bacısı) hərəkətlərində isə Azərbaycan Respublikası IXM-nin 157-ci maddəsinin tərkibi olması qənaətinə gələrək onların barələrində inzibati xətaya dair tədbir görülməsini qərara almışdır. Həmin qərardan verilən şikayətə əsasən məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 onun qardaşı oğlu, digər cavabdeh Yekaterina Drojjina isə Ramilin arvadıdır. Haqqında mübahisə qaldırılan ev 1961-ci ildə tikilməklə onun X2ya məxsus olmuşdur. X2 1994-cü ildə, atası Məmməd Nəcəfov 2010-cu ildə vəfat etmişdir. Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş “Təsərrüfatbaşına kitab”da ailə üzvləri kimi yalnız İddiaçı (hazırkı iddiaçı) və X4 (hazırkı iddiaçının bacısı) yazılmış, cavabdehlərin adları isə yazılmamışdır. Əslində, cavabdeh cavabdeh2 atası Ramiz Nəcəfovun Tərtər şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardır və cavabdeh2 həmin evə dair “Təsərrüfatbaşına kitab”da ailə üzvü kimi yazılmışdır. cavabdeh2 sonradan atası ilə münasibətləri pozulduğu üçün ona hazırda sözügedən evdə müvəqqəti yaşamasına icazə vermiş və cavabdeh2 2012-ci ildən ailəsi ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. Sonradan, daha doğrusu 2024-cü ilin avqust ayından Ramil ona qarşı kobudluq etməyə başlamış, hətta onu döymüşdür. Bu əməlinə görə cavabdeh2 Azərbaycan Respublikasının 128-ci maddəsi ilə ittiham verilmiş və məhkəmə prosesinin gedişində o, barışıq ərizəsi verdiyi üçün Tərtər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən cinayət işin icraatına xitam verilmişdir. Hazırda tərəflər münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşdür. Cavabdehlər dözülməz şərait yaratdıqlarından o, evdən çıxmağa məcbur olmuşdur. O, evinə baş çəkməyə gedəndə isə hər dəfə cavabdehlər müxtəlif bəhanələrlə onu şərləyib, dava-dalaş yaratmışlar. O, doğulduğu, uşaqlıqdan böyüyüb boya-başa çatdığı və son vaxtlara kim yaşadığı sözügedən evdə rahat yaşaya bilmir. Ona görə də onun cavabdehləri evdən çıxartmaqdan başqa yolu qalmamışdır. Bu məqsədlə o, mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədikləri üçün məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsə də, ev fiziki olaraq, həm də onun və digər ailə üzvləri üçün ayrılmış həyətyanı torpaq sahəsində tikilməklə və Tərtər şəhəri, T.Rəhimov küçəsi üzrə tərtib edilmiş “Təsərrüfatbaşına kitab”da qeydiyyatdan keçirilməklə mövcud olduğundan özbaşına tikili deyildir. Onun həmin evdən istifadə hüququ yaranmış və gələcəkdə mülkiyyət hüququna gözləntisi olduğundan onun həmin hüququna dövlət tərəfindən təminat verilməlidir.

11. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun bibisi, digər cavabdeh Drojjina Yekaterina isə arvadıdır. Haqqında mübahisə qaldırılan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X3ya məxsus olmuşdur. X3 1994-cü ildə, babası Məmməd Nəcəfov isə 2010-cu ildə vəfat etmişdir. Özü həmin evdə doğulmuş və yaşamış, sonra 2009-2010-cu illərdə Moskva şəhərində, 2010-2012-ci illərdə Qazaxıstan Respublikasında yaşamış, 2012-ci ildən isə arvadı Yekaterina ilə birlikdə sözügedən evdə yaşayır, orda uşağı dünyaya gəlmişdir. Doğrudur atası Ramiz Nəcəfovun Tərtər şəhəri, Ədalət Paşayev küçəsində özünə məxsus evi vardır və o, özü də həmin evə dair “Təsərrüfatbaşına kitab”da ailə üzvü kimi yazılmışdır. Lakin bunun səbəbini bilmir. Bu barədə müvafiq qaydada şikayət edəcəkdir. 2024-cü ilin avqust ayından İddiaçı ilə aralarındakı münasibətləri pozulmuş və İddiaçı evdən çıxaraq digər bacısı gilə getmişdir. Hazırda münaqişəli ailə kimi Tərtər rayon Polis Şöbəsində qeydiyyata götürülmüşlər. Hesab edir ki, onun da sözügedən evə hüququ vardır. Getməyə başqa yeri yoxdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında digər cavabdeh X15 cavabdeh cavabdeh2 izahatı ilə razı olduğunu bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2 və X15 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uşaqları və əşyaları ilə birlikdə çıxarılmaları, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim - T.Qubadov).

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı sözügedən evdə 1963-cü ildə doğulmaqla və fasiləsiz olaraq 2024-cü ilin avqust ayına kimi həmin evdə yaşamaqla (o, evdən cavabdehlərlə olan münaqişə səbəbindən məcbur olub 08.2024-cü ildə evdən çıxmışdır) həmin evdən şübhəsiz şəkildə istifadə hüququ əldə etmişdir. Bununla yanaşı, onun həmin evə “gözlənilən mülkiyyət” hüququ vardır. Cavabdehlərin 2012-ci ildən iddiaçının (və bacısının) razılığı ilə müvəqqəti olaraq köçüb yaşamaları onların həmin evdən istifadə hüququ əldə etmələri üçün faktor ola bilməz.

15. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflərin bir-birinə hörmət etməmələri ilə bağlı olan qarşılıqlı münasibətini, aralarında olan hörmətin aradan götürülməsi, cavabdeh cavabdeh2 sözügedən evdə yaşayarkən İddiaçı döyməsi, eləcə də cavabdeh2 arvadı olan digər cavabdeh X12 Nəcəfova ilə münaqişəli münasibətdə olması, tərəflərin özlərinin bildirməsinə görə artıq Tərtər rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata götürülməsi kimi diqqətəlayiq halları, tərəflərin bir-birinə qarşı olan barışmaz münasibətini nəzərə alaraq, qeyd olunan hallara əsasən bundan sonra tərəflərin bir evdə yaşaması qeyri-mümkündür.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 152.2, 152.3, 157.8, 158.1, 158.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4, 218.3, 216-220-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisəli ünvanda yerləşən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Orada yaşadığı müddətdə də, həmin evdə dəfələrlə təmir işləri və 2 otaq tikməklə xeyli tikinti işləri aparmaqla evdə artırmalar etmişdir. X3 1994-cü ildə, babası Məmməd Nəcəfov isə 2010-cu ildə vəfat etməklə onların mübahisəli evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsində olan paylarına və evə miras açılmışdır. Atası Nəcəfov Ramiz də babasının və nənəsinin qanun üzrə birinci növbə vərəsəsi olmaqla, həmin torpaq sahəsindən və evdən vərəsə kimi pay almaq hüququ olmaqla həmin torpaq sahəsinin və evin paylı mülkiyyətçisidir. Bundan əlavə mübahisəli evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin (JN1631A, kod: ******** saylı Şəhadətnamə üzrə) paylı mülkiyyətçilərindən X4 torpaq sahəsində olan öz payını və mübahisəli evdən gələcəkdə ona düşən payını notarial qaydada ona vəsiyyət etməklə vəsiyyətnamə vermişdir. X4 ##.##.2025-ci ildə vəfat etmiş və onun payına miras açılmışdır. O, vəsiyyətnamə üzrə vərəsə kimi artıq vərəsəlik Şəhadətnaməsi almaq üçün Tərtər rayon Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmiş və ərizəsi vərəsəlik Şəhadətnaməsi almaq üçün qeydiyyata alınmışdır. Göründüyü kimi, istər onun atası Nəcəfov Ramizin, istərsə də, onun mübahisəli 0.06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə gözlənilən mülkiyyət hüququ vardır və doğulan bir gündən hal-hazıra kimi həmin evdə yaşamaqla evdən istifadə hüququ da əldə etmişdir. Ancaq, Tərtər Rayon Məhkəməsi işin bu həqiqi və faktiki hallarını araşdırmamış və nəzərə almamışdır ki, o, iddiaçının dediyinə əsasən orada 2012-ci ildən yox, 1986-cı ildən anadan olduğu bir gündən yaşamaqla, həmin evdən bağçaya, orta məktəbə və hərbi xidmətə getmiş, həmin evə və torpaq sahəsinə sahiblik edib, istifadə etmiş və hazırda da istifadə etməklə istifadə hüququ əldə etmişdir. Hətta həmin mübahisəli evi bir neçə dəfə təmir etməklə, evə bitişik əlavə 2 otaq tikdirməklə, artırmalar etməklə, orada onun əmlak hüquqları da vardır. Bundan əlavə həmin həyətyanı torpaq sahəsinə və evə vəsiyyətnamə üzrə vərəsə kimi gözlənilən mülkiyyət hüququ vardır.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Tərtər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakimlər – F.Mehtiyev (məruzəçi), G.Cavadova və T.Məmmədov).

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli ev həmin torpaq sahəsinin üzərində yerləşməklə bölünməz əmlakdır. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. X5 ##.##.2025-ci il tarixdə vəfat etmiş, bu halda cavabdeh cavabdeh2 onun vəfatından sonra ondan miras qalmış əmlakı faktiki sahiblik və faktiki idarə etmək üsulu ilə qəbul etmişdir. Həmçinin, X4 tərəfindən cavabdeh2 mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilmişdir.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əmlakdan çıxarıla bilməz. Əks yanaşma iddiaçının mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 139, 152, 157, 1133, 1151, 1159, 1168, 1179, 1243-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar, bu mümkün olmadıqda isə işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum bacısı X4 cavabdeh cavabdeh2 vəsiyyətnamə qoyması ona üstünlük hüququnun verilməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa, digər cavabdeh, yəni cavabdeh2 həyat yoldaşının mübahisəli evə heç bir hüququ yoxdur. Mübahisəli əmlak eyni zamanda miras əmlak kimi də qiymətləndirilməlidir ki, bu da mərhum atası və anasının paylarına münasibətdə (miras əmlaka) onun tərəfindən faktiki qəbul edilməklə əksinə onun payının çox olması deməkdir. Həmçinin, vəsiyyətnamənin mövcud olması onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Hesab edir ki, vəsiyyətnamə olsa da, cavabdeh nə qədər ki, notariat orqanına müraciət edib mirasdan ona çatası payı müəyyənləşdirməyib, belə olan halda ona məxsus olan evdən çıxarılmalı idi.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. III. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

38. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.

39. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

40. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı və cavabdeh torpağın mülkiyyətçiləri olduğundan, həmin torpaq sahəsinin üzərində yerləşən mübahisəli daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasa belə, həmin əmlaka onların gözlənilən mülkiyyət hüquqları mövcuddur. Belə olan halda isə bir mülkiyyətçi digər mülkiyyətçinin tələbi ilə əmlakdan çıxarıla bilməz.

54. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmaqla yanaşı, kassasiya şikayətinin digər dəlillərinə münasibət bildirməyi zəruri hesab edir.

55. Belə ki, hazırkı mübahisə “evdən çıxarılma” tələbi ilə bağlıdır və “əmlak üzərində iddiaçının daha çox payının olması” barədə şikayətin dəlilinin hazırkı mübahisəyə hər hansı aidiyyatı olmadığından mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil etmir.

56. Kassasiya şikayətinin digər dəlili – cavabdeh Drojjina Yekaterinanın əmlaka hər hansı hüququnun olmaması ilə bağlı qeyd edilir ki, cavabdehlərin sözügedən evə 2012-ci ildə köçməsi işin mübahisəsiz halıdır. Bu hal nəzərə alındıqda işə 2009-cu il #######ın #-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin normaya görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, kassasiya şikayətinin bu dəlili də əsassız olmaqla, gəlinən nəticə hüquq normalarına uyğun olmuşdur.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar