Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-921/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı3 Səttar qızının və iddiaçı2 cavabdehlər cavabdeh1, X7 və cavabdeh3 (DƏDRX–nin ** saylı Şəmkir Ərazi Idarəsi, Şəmkir rayon * saylı Notariat Ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı3 Səttar qızının və iddiaçı2 cavabdehlər cavabdeh1, X7 və cavabdeh3 qarşı miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Hazırkı iş üzrə tərəflər yaxın qohumdurlar. X2 ##.##.1997–ci ildə, X11 isə ##.##.2001-ci ildə vəfat etmişdir.
2. X11 ölən günədək Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatında ailə üzvləri– gəlini cavabdeh1 Mehti qızı, nəvəsi X3, nəvəsi X12, nəticəsi X1, nəticəsi X4, nəticəsi X9 qalmışdır. Mərhumun hal-hazırda yaşayan övladları aşağıdakılardır: 1. Qızı– iddiaçı1 (Sumqayıt şəhər qeydiyyatı), 2.Qızı– iddiaçı3 Səttar qızı (Gəncə şəhər qeydiyyatı), 3. Qızı– X10 (Gəncə şəhər qeydiyyatı), 4. Oğlu– Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (Qazaxıstan Respublikası qeydiyyatı), 5. Oğlu– iddiaçı4 (Şəmkir rayonu Çinarlı qəsəbə qeydiyyatı).
3. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X2 adına ## ###### 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı ** saylı Şəmkir Ərazi Idarəsində məlumat yoxdur.
4. ********** qeydiyyat nömrəli, ##.##.2023–cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” ilə, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi cavabdeh1, X7 və X5 ümumi birgə payı olaraq xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. A seriyalı ****** nömrəli ##.##.2023–cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN–222F, ##.##.2006–cı il tarixli şəhadətnamə ilə cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
6. Torpağın mülkiyyətə verilməsinə dair JN–222F, KOD 50402016 olan şəhadətnamə ilə, Şəmkir rayonu AIK–nın ##.##.1999–cu il tarixli qərarına əsasən 0.06 ha torpaq sahəsi X5, cavabdeh1 və X7 mülkiyyətinə verilmişdir.
7. X7 adına verilmiş, ************ reyestr nömrəli, qeydiyyat tarixi ##.##.2025–ci il, qeydiyyat nömrəsi 3125005182 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” ilə, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 4/9 hissəsi cavabdeh1, 4/9 hissəsi X7, 1/9 hissəsi cavabdeh3 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
8. ##.##.2025–ci il tarixdə tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ##.##.2025–ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 və başqalarının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
9. “xxxx” MMC–nin təqdim etdiyi arxiv sənədlərinin təqdim edilməsi barədə arayışa əsasən, Şəmkir rayonu, Çinarlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə 222–ci sıra nömrəsi ilə 0.06 ha həyətyanı torpaq sahəsi X5, cavabdeh1, X7 mülkiyyətinə verilmişdir.
10. ünvan 1 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi ##.##.2023–cü il qeydiyyat tarixli ************ reyestr nömrəli çıxarış əsasında cavabdeh1 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Qeyd olunan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi faktiki olaraq cavabdeh1 istifadəsindədir.
11. X7 adına verilmiş, ************– ***** reyestr nömrəli, qeydiyyat tarixi ##.##.2025–ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən, Şəmkir rayonu, Çinarlı qəsəbəsi, yeni qaydalarla: AZ5713, ünvan 3 156 ünvanında yerləşən ümumi sahəsi 179.60 kv.m olan fərdi yaşayış evi X7 qızının adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
12. Torpağın mülkiyyətə verilməsinə dair JN–388E, KOD 50402016 olan şəhadətnamə ilə, Şəmkir rayonu AIK–nın ##.##.1999–cu il tarixli qərarına əsasən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi iddiaçı4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
13. X5 ##.##.2012-ci ildə ölmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. Iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı3 Səttar qızı və iddiaçı2 cavabdehlər cavabdeh1, X7 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşları X6 miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən, ##.##.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X8 və mərhum anaları X11 miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum X8 ilə anaları X11 1953–cü ildə faktiki ailə qurmuşlar. ##.##.1961-ci ildə aralarındakı nikah Çinarlı qəsəbə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Onların nikahından 6 uşaq doğulmuşdur: Kifayət Səttar qızı–##.##.1954, Dilarə Səttar qızı–##.##.1956, Sənubər Səttar qızı–##.##.1959, Ilqar Səttar oğlu–##.##.1961, Şahlar Səttar oğlu–##.##.1965, Qoşqar Səttar oğlu–##.##.1967. X8 ##.##.1997–ci ildə, anaları X11 ##.##.2001–ci ildə vəfat etmişdir. Onlardan Şəmkir rayonu, Çinarlı qəsəbəsində fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. X13 ##.##.2012–ci ildə vəfat etmişdir. Cavabdehlər Ilhamə, onun həyat yoldaşı, Jalə və Zərqələm qızlarıdır. Valideynlərinin və qardaşlarının vəfatından sonra onlar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərindən və qardaşlarından qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişlər. Onlar da, mərhum valideynlərindən qalan miras əmlakı həm faktiki, həm də, rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışlar. Mərhum qardaşlarından ünvan * saylı ünvanda həyətyanı torpaq sahəsi, mərhum ata və analarından isə həm ev, həm də evin yerləşdiyi həyətyanı torpaq sahəsi qalmışdır. Bu səbəbdən onlar mərhum valideynlərindən qalan miras əmlakla bağlı mülkiyyət hüququna dair çıxarış əldə etmək istəyirlər, lakin üçüncü şəxs DƏDRX–nin ** saylı Şəmkir Ərazi Idarəsi miras əmlakla bağlı mərhum valideynlərinin adına çıxarış verməkdən imtina edir. Əsas olaraq göstərir ki, təqdim etdikləri 468 inventar nömrəli texniki pasportda qeyd edilən fərdi yaşayış evinin bir hissəsinin də yerləşdiyi 0.06 ha torpaq sahəsi cavabdehlərin və məhrum qardaşları Qoşqarın mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan torpaq sahəsinin giriş və çıxışı cavabdeh1 məxsus çıxışa aid hissədədir. Onlar hesab edirlər ki, cavabdehlərin qanunsuz və əsassız hərəkətlərinə görə mərhum valideynlərindən və qardaşlarından miras qalmış əmlakla bağlı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırıb həmin əmlakla bağlı sərəncam verə bilmirlər. Belə ki, valideynləri birgə nikah müddətində Şəmkir rayonunda fəaliyyət göstərmiş sabiq Həzi Aslanov adına sovxoz tərəfindən ayrılmış 0.15 ha həyətyanı torpaq sahəsində 1959–cu ildə fərdi yaşayış evi inşa etmişlər. Texniki pasportda evin yerləşdiyi həyətyanı torpaq sahəsi faktiki olaraq 2280 ha göstərilmişdir. DƏDRX–nin ** saylı Şəmkir Ərazi Idarəsinin arayışına əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 119.7 kv.m, 3 yaşayış otağından ibarət, 1959–cu ildə inşa edilmiş fərdi yaşayış evinə dair X2 adına ## ###### 1987–ci il tarixli 468 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Dəfələrlə DƏDRX–nin ** saylı Şəmkir Ərazi Idarəsinə müraciət edib mərhum valideynlərindən qalan miras əmlakın dövlət qeydiyyatına alınmasını xahiş etmişlər, lakin DƏDRX–nin ** saylı Şəmkir Ərazi Idarəsi bir neçə dəfə miras mülkdə ölçmə işləri aparsa da, həmin ölçmə işlərinin nəticəsi barədə onlara məlumat verməkdən imtina etmişdir. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinə müraciət etmişlər və məhkəmə vasitəsilə müvafiq ekspertiza təyin olunmuş, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, iddiaçının (yəni iddiaçı4) X2 miras qaldığını iddia etdiyi ünvan 1 ünvanında yerləşən 151.81 kv.m–dək fərdi yaşayış evinin 50.42 kv.m–dək hissəsi ##.##.2023–cü il qeydiyyat tarixli ************ reyestr nömrəli çıxarışla cavabdeh1, X5 və X7 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin hüdudları daxilindədir. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, öz aralarında razılaşsınlar və notariat kontoruna birlikdə ərizə verərək qanun üzrə vərəsəlik hüquqlarını dövlət qeydiyyatına aldırsınlar. Lakin cavabdehlər razılıq verməmişlər. Bu səbəbdən də məcbur olub hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Istəyirlər ki, məhkəmə onları mərhum qardaşları Qoşqardan qalan miras əmlaka – ünvan 4 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsinə görə mərhum valideynlərinə düşən paya və mərhum valideynlərindən miras qalan, həmin ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşən miras payına qanun üzrə miras paylarını müəyyən etsin. Valideynləri sağ olmadığı üçün hesab edirlər ki, mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə mərhum valideynlərinə düşəcək mirasdan pay almalıdırlar. Cavabdehlərlə aralarında belə bir razılıq olmadığı üçün məhkəməyə müraciət etmişlər. Odur ki, mərhum qardaşları X6 miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən, ##.##.2023–cü ildə qeydə alınmış ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunması, mərhum X8 və mərhum anaları X11 miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Zaur Allahyarov).
17. Məhkəmə ilk öncə qeyd etmişdir ki, hazırkı mübahisədə evə münasibətdə miras qoyan valideynlər 1997-ci ildə və 2001-ci ildə vəfat etmişlər. Bununla da miras həmin tarixlərdən açılmış hesab olunur. Iddiaçıların valideynləri 1997 və 2001–ci illərdə vəfat etdiyindən qətnamə Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Iddiaçıların ataları vəfat edən dövrdə Azərbaycan SSR–in 1964–cü ildə qəbul edilmiş Mülki Məcəlləsi qüvvədə olmuşdur. Iddiaçılar iddia ərizəsində göstərmişlər ki, “valideynlərimizin və qardaşımızın vəfatından sonra biz iddiaçılar miras mülkdə yaşamaqla, miras mülki idarə etməklə mərhum valideynlərimizdən və qardaşımızdan qalan mirası cavabdehlərlə birlikdə qəbul etmişik. Biz də mərhum valideynlərimizdən qalan miras əmlakı həm faktiki, həm də rəsmi qaydada qəbul etməklə miras əmlaka qanun üzrə vərəsə tanınmışıq”.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mirasın açıldığı gündən ən gec 6 ay ərzində müvafiq notariat ofisinə miras əmlakı qəbul etməsi barədə ərizə ünvanlamalı idi (formal üsul) və ya miras əmlaka faktiki sahiblik edərək onu idarə etməli idi (qeyri–formal üsul). Işin mübahisəsiz halı odur ki, mirasın açıldığı tarixdən 6 aylıq müddət ərzində iddiaçılar tərəfindən miras əmlakı qəbul etməsinə dair hər hansı bir ərizə müvafiq notariat ofisinə ünvanlanmamışdır, yəni mirası qəbul etmək üçün müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfdən formal üsulla miras qəbul edilməmişdir. Qeyri–formal üsula nəzər saldıqda isə, iddiaçı tərəf hər nə qədər iddia ərizəsində faktiki olaraq miras əmlakları qəbul etdiklərini, idarə etdiklərini iddia etsə də, faktiki olaraq miras əmlakı qəbul etdiklərinə dair və ümumiyyətlə, öz iddialarını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
19. Göründüyü kimi, hər iki Mülki Məcəllənin və qeyd olunan Təlimatın tələbinə görə iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi hər hansı bir sübutla təsdiq edilmir. Baxmayaraq ki, bu halları sübut etmək yükü iddiaçıların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
20. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, iddiaçılardan iddiaçı1 daimi olaraq Sumqayıt şəhərində, iddiaçı3 Səttar qızı və X10 şəhərində, üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qazaxıstan Respublikasında daimi qeydiyyatda olmaqla, yaşayırlar. iddiaçı4 isə Şəmkir rayonu Çinarlı qəsəbəsində qeydiyyatda olsa da, Şəmkir rayonu AIK–nın ##.##.1999–cu il tarixli qərarına əsasən onun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsindəki evində yaşayır. Cavabdehlər isə mirası qəbul etmişlər. Iddiaçılar və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ailə qurduqları üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, notariat orqanına ərizə verməmişlər. Bununla da, öz subyektiv vərəsəlik hüquqlarını həyata keçirməmişlər.
21. Məhkəmə hesab etmişdir ki, iddiaçıların 28 ildən artıq bir müddətdə susmaları, yəni miras əmlakların cavabdehlərin və onların mərhum atasının mülkiyyətində olmasını bildikləri halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmamaları da, hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir. Belə ki, iddiaçılar valideynlərinin, onlarla bir evdə yaşamış mərhum qardaşları Qoşqarın vəfat etdiyi tarixləri (mirasın açılmasını) bilmiş, lakin həmin vaxtdan sonra da miras əmlaka dair iddiaları olmamışdır.
22. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1160, 1243.2, 1243.2, 1243.3, 1246, 1255, 1272, maddələrinə, 1964cü ildə qəbul edilmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 552-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Iddiaçılar aplleyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin sözü gedən qətnaməsi onları hüquqlarından məhrum etmişdir. Eyni zamanda mərhum atalarının adına tərtib olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evi heç bir hüquqi əsas olmadan, tam olaraq cavabdeh X7 adına qeydə alınmışdır. Halbuki, həmin ev onların iddiaçıların valideynləri tərəfindən 1953-cü ildə inşa olunmuşdur. Həmin vaxt Qoşqar heç doğulmamışdır. Belə olan halda, Səttar Qarayevin adına olan ev, Səttar Qarayevin birinci növbə vərəsələri olduğu halda necə Jalə Səttarzadənin adına qeydə alına bilərdi? Qeyd oluan ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış cavabdehlərin adına necə tərtib oluna bilərdi? Onlar iddia tələbində - Gəncə Inzibati Məhkəmədə və Şəmkir rayon Məhkəməsində olan iddia tələblərində ** saylı Şəmkir Ərazi Idarəsi həmişə tərəf olmuş və cavabdehlərlə aralarında olan mübahisədən məlumatlı olmuşdur. Eyni zamanda dəfələrlə onlar ** saylı Şəmkir Ərazi Idarəsinə müraciət etmiş və mərhum valideylərindən qalmış miras mülkün hüquqi qeydiyyata alınmasını xahiş etmişlər. Onlar da hər dəfə rəsmi məktubla cavab vermişdilər ki, əmlakla bağlı mübahisə var. Buna görə də hüquqi qeydiyyata ala bilmirlər. Cavabdehlərin adına tərtib olunmuş Çıxarış məhkəmə iclasından bir neçə saat sistemə vurulduğundan, təbii ki, onlar məlumatlı olmamışlar. Bu səbəbdən də, iddiaçılar məhkəmədən xahiş etmişlər ki, hazırkı məhkəmə prosesini təxirə salsın və onlar cavabdelər tərəfindən təqdim olunmuş çıxarışa münasibət bildirsinlər. Lakin, məhkəmə onların haqlı vəsatətlərini təmin etməmişdir. Odur ki, məhkəmə qətnaməsindən narazıdırlar. Qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2 və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Jalə Səttarzadənin adına olan çıxarışa istinad etmişdir. Əvvəlcə torpaq sahəsinə dair çıxarışı olmuşdur, daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri fərdi yaşayış evinə dair cavabdeh2 çıxarış vermişdir. Fərdi yaşayış evi 1987-ci ildə texniki pasport əsasında Səttar Qarayevə verilmişdir. Həmin dövrdə torpaq islahatı gedən vaxt torpaq şəhadətnaməsi cavabdehlərin ailəsinə verilmişdir. Həmin torpaq şəhadətnaməsində torpağın üzərində ev qeyd olunmamışdır. Daha sonra həmin şəhadətnamə əsasında çıxarış alınmışdır. Qoşqarın ailəsi vərəsəlik yolu ilə onun payını ələ keçirmişdir və 2023-cü ildə 6 sot torpaq sahəsinə dair çıxarış verilmişdir. 2025-ci ildə, məhkəmə icraatı zamanı artıq fərdi yaşayış evinə də cavabdehlər üçün çıxarış verilmişdir. Hansı ki, o fərdi yaşayış evi texniki pasportla Səttar Qarayevə məxsusdur. Onlar torpaq sahəsini deyil, cavabdeh Jalə Səttarzadənin adına olan çıxarışı mübahisələndirmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vergisi iddiaçı4in öhdəliyində olmuşdur. Çünki həmin torpaq sahəsini iddiaçı4 idarə etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmiş, bildirmişdir ki, bibiləri, xüsusilə də Kifayət bibisi onlarla daimi yaşamamışdır. Bibiləri sadəcə onlara gəlib getmişlər. Nənəsinin xəstə olduğu zamanlarda Kifayət bibisi bir müddət onlarla yaşayaraq, anası ilə bərabər nənəsinə baxmışdır. Sonra Kifayət bibisi öz evində yaşamışdır. Kifayət bibisinin nənəsinin xəstə olduğu vaxtlarda onlarda olması yadındadır. Kifayət bibisinin təxminən 1 il onlarla yaşamışdır. Babası öldükdən dərhal sonra nənəsi xəstələnməmişdir. Nənəsi həm şəkər xəstəsi idi, həm də mədəsində problem olmuşdur. Nənəsi ölməmişdən əvvəl 6-7 ay xəstə olaraq yatmışdır. Kifayət bibisi həmin ərəfədə gəlib nənəsinin yanında qalmışdır.
27. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı1 izahat verib bildirmişdir ki, atası Səttar rəhmətə getdikdən sonra ondan fərdi yaşayış evi qalmışdır. iddiaçı4 1965-ci ildə anadan olmuşdur. Ilqar 1963-cü il, Kifayət 1953-cü il, Sənubər 1959-cu il, Dilarə 1956-cı il, Qoşqar isə 1967-ci il təvəllüddür. 1997-ci ildə, yəni atası rəhmətə getdikdən sonra həmin evdə balaca qardaşı Qoşqar ailəsi ilə birgə yaşayırdı. O isə anası xəstə olduğu üçün yanında qalmışdır. O, 1974-cü ildə ailə həyatı qurmuş, ailə qurduqdan sonra Sumqayıt şəhərinə köçmüşdür. Amma anası xəstə olduğu üçün daimi onun evində yaşamışdır. Şahlar Çinarlı qəsəbəsində özünə məxsus evdə yaşamışdır. Ilqar Gəncə şəhərində öz evində yaşamışdır. Sənubər və Dilarə də, Gəncədə yaşamışdır. O, mübahisəli fərdi yaşayış evində 1997-ci ildən uzun müddət yaşamışdır. 1975-ci ildən Sumqayıt şəhərində fabrikdə işləmişdir. Işdən nə vaxt çıxmasını dəqiq xatırlamır, lakin, atası ölməmişdən əvvəl işdən çıxmışdır. Qızı Könül 1975-ci ildə, oğulları Musa 1978-ci ildə, Anar isə 1981-ci ildə anadan olmuşdur. Atası öləndə o, öz evində deyil, mübahisəli fərdi yaşayış evində olmuşdur. Həmin vaxt qardaşının uşağı hələ anadan olmamışdır. O, atası ölməmişdən əvvəl orada olmuşdur. Qardaşı 1992-ci ildə evlənmişdir. Qayınanası və baldızı Sumqayıtda onlarla qalmışdır. Ona görə də uşaqlarını onların yanında qoyub, 1992-ci ildə ata evinə gəlmişdir. Şəmkirdə xəstəxanada o, yalnız müalicə olunmuşdur. O, 2009-cu ilə qədər mübahisəli fərdi yaşayış evində yaşamışdır. Bəzən isə qızının evində də qalmışdır. Qızı 1995ci ildə evlənib, Çinarlı kəndinin yaxınlığında yerləşən kəndə köçmüşdür. O, həyat yoldaşı ilə ayrılmamışdır. O, 1995-ci ildə qızı ilə bərabər Şəmkirə, ata evinə gəlmişdir. O, dəqiq olaraq 1997-ci ilin may ayında qayıdıb ata evinə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı2 izahat verib bildirmişdir ki, onlar ailə siyahısına yalnız qardaşının ailəsinin daxil edildiyi barədə məlumat alandan sonra məhkəməyə müraciət etmişlər. O, Gəncə şəhərində yaşayır. Onlar dəfələrlə ata evlərinə gedib gəlmişlər. Qarşı tərəf saxta sənədlər tərtib edərək, öz adlarına çıxarış almışlar. O, təxminən 40 ildir ki, Gəncə şəhərində yaşayır. Ata evlərinə öz evləri kimi gedib-gəlmişlər. Ona görə, həmin vaxt iddia qaldırmamışlar. Qardaşının bütün yas mərasimlərində iştirak etmişdir. Qardaşı öldükdən sonra da, həmin evə gedib gəlmişlər. Daha sonra onların saxta sənəd hazırladıqlarını biləndə narazlıqları olmuşdur. Mübahisəli evə tez-tez, ildə təxminən 5-6 dəfə gedib gəlirmişlər. Təxminən son 5-6 ildir ki, o, artıq həmin evə getmir. Həmin evdə hazırda qardaşının həyat yoldaşı və qızı yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 noyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Mustafa Mustafayev-sədrlik edən və məruzəçi, Əkrəm Qəhrəmanov və Rəhman Muradov).
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların tələbi iki hisəsədən ibarətdir. Birincisi mərhum valideynləri X2 və X11 miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması, ikincisi mərhum qardaşları X2 miras qalmış ünvan * saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin 1/3 hissəsinə onların mərhum valideynlərinə düşəcək paylarının müəyyən olunmasından.
31. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan X2 ##.##.1997–ci ildə, X11 ##.##.2001–ci ildə vəfat etmişdir. Buna görə də, X2 miras qalmış əmlaka münasibətdə 2000ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları, X11 və X5 miras qalmış əmlaka münasibətdə isə ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
32. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçıların mərhum valideynlərindən miras qalmış ünvan 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onlara düşəcək miras paylarının müəyyən olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiaçı2 məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında 40 ildir Gəncə şəhərində yaşadığını, ildə təxmini 5-6 dəfə mübahisəli evə gedib gəldiyini bildirmişdir. iddiaçı1 isə atası ölməmişdən əvvəl mübahisəli 2009-cu ilə qədər mübahisəli fərdi yaşayış evində yaşadığını bildirmişdir. iddiaçı4 qardaşı Qoşqarın imkanı olmadığını, onun, həmçinin atasından və anasından miras qalmış evlə və həyatyanı torpaq sahəsi ilə bağlı bütün xərcləri onun çəkdiyini bildirmişdir.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin, iş materialları ilə iddiaçı iddiaçı2 valideynlərindən miras əmlakı nə formal üsulla, nə də faktiki olaraq qəbul etməsi öz təsdiqini tapmamışdır.
34. Məhkəmə qeyd etmişdir ki, bir il ərzində 5-6 dəfə mübahisəli evə gedib gəlmək miras əmlakın faktiki qəbulu kimi qiymətləndirilə bilməz. iddiaçı4 qardaşı Qoşqarın imkanı olmadığını, onun, həmçinin atasından və anasından miras qalmış evlə və həyatyanı torpaq sahəsi ilə bağlı bütün xərcləri onun çəkdiyini, iddiaçı1 isə atası ölməmişdən əvvəl mübahisəli fərdi yaşayış evə qayıtdığını və 2009-cu ilə qədər yaşadığını, bununla da, mirası qəbul etdiyini bildirsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əgər iddiaçıların mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib olmuşdur. Lakin, işdən göründüyü kimi iddiaçılar bu hərəkəti də yerinə yetirməmişlər. Həmçinin, iddiaçıların vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəblərdən müraciət edə bilməməsi müəyyən edilmir.
37. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçıların miras qoyan Səttar Qarayev və Zərqələm Hacıyevanın vəfatından sonra onların qanun üzrə vərəsəsi miras əmlaka sahiblənməklə və notariat orqanına müraciət etməklə həmin qanuni, həm də faktiki yolla qəbul etmişdir. Iddiaçıları isə miras əmlakı nə qanuni əsaslarla, nə də faktiki sahiblik etməklə qəbul etmələri müəyyən olunmamışdır.
38. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunmuşdur ki, miras qoyan X2 və X11 qanun üzrə birinci növbəli vərəsəsi Qoşqar Qarayev mərhum valideynlərinin ölümündən sonra mirasa həm faktiki sahiblik edib idarə etməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir.
39. Məhkəmə kollegiyası iddiaçıların mərhum qardaşları Qoşqardan qalan miras əmlaka görə onlar mərhum valideynlərinə düşəcək mirasdan pay almalı olmaları ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 ##.##.1997–ci ildə, X11 ##.##.2001–ci ildə, Qoşqar Qaryev isə ##.##.2012-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki, qanunverici 1159.1.3-cü maddədə “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki, mirasqoyanın arvadının (ərinin) başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına - valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.
40. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, 1159.1.3-cü maddədə “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutduğundan X5 miras qalmış əmlaka münasibətdə iddiaçılar miras açılan vaxt ölmüş olan valideynlərinin yerinə mirasa dəvət edilə bilməzlər və bu baxımdan iddia tələbinin həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir.
41. Digər tərəfdən iddiaçılar apellyasiya şikayətində həmçinin mərhum qardaşları Qoşqar Qarayevdən miras qalmış əmlaka faktiki sahiblik etməklə miras əmlaka vərəsə kimi tanındıqlarını bildirsələr də, bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərar). Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir.
42. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə mərhum Qoşqar Qarayevin birinci növbə vərəsələri, yəni övladları Jalə Qarayeva, cavabdeh3 və arvadı cavabdeh1 olmuşdur ki, bununla da sonrakı növbənin vərəsəliyi istisna edilmişdir.
43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 530, 532, 552, 553-cü, Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1159.1, 1159.1.2, 1159.1.3, 1162, 1243.2, 1243.3, 1256-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Iddiaçılar (vəkil vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməklə mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə əsassız olaraq razılaşaraq iddiaçıların ölmüş valideynlərindən miras qalmış əmlaklara faktiki sahiblik etməmələrini bildirərək, həmçinin birinci növbə vərəsələrə “susmuş vərəsə” kimi qiymətləndirmişdir. Halbuki, MM-nin 1159.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bundan başqa, MM-nin 1196-cı maddəsində ehtiva olunmuşdur ki, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Burada xüsusilə vurğulanmalıdır ki, “susmuş vərəsə” anlayışı və onun tətbiqi icra mexanizmi mülki qanunvercilikdə göstərilməklə, məhz vərəsəlik işini açmış aidiyyatı notariusun birbaşa üzərinə vəzifə qoyularaq qanun üzrə vərəsələrdən miras əmlakına onlara çatası paydan imtina və yaxud qəbulu üçün zəruri olan sənədləşməni aparsın ki (yəni, ölmüş şəxsin birinci növbə vərəsələrini məlumatlandırmaq üçün onların qeydiyyat ünvanına müvafiq məktub ünvanlayaraq), nəticədə həmin vərəsələrin hər hansı münasibət bildirməməsinə əsaslanaraq vərəsəliyə müraciət etmiş tək vərəsəyə müvafiq şəhadətnamə vermiş olsun. Ciddi maddi hüquq pozuntusu həm də ondan ibarətdir ki (bunu birinci instansiya məhkəməsi özü müəyyən edərək qətnaməyə əlavə edib), Qarayev Səttar Cabbar oğlunun ##.##.1997–ci ildə, Hacıyeva Zərqələm Teymur qızının ##.##.2001–ci ildə vəfat etməsindən sonra onların birinci növbə, sağ qalan övladları, vərəsələri, qızı – iddiaçı1 qızı, qızı – iddiaçı3 Səttar qızı, qız– Qarayeva Sənubər Səttar qızı, oğlu – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, oğlu – iddiaçı4 və oğlu - ##.##.2012-ci ildə ölmüş X5 vardı. Hazırki halda, maddi hüquq pozuntusu həm də ondan ibarətdir ki, vərəsəliyin açıldığı dövrə Şəmkir rayon Notariat Ofisi qanunsuzluq edərək mərhumların sağ qalan və hazırkı iş üzrə iddiaçılar (miras əmlaklarına məcburi payları) olan birinci növbə vərəsələrini miras əmlaklarını qəbul etmələri və yaxud ondan imtina etmələri barədə hər hansı rəsmiləşmə aparmadan, onları qanunsuz və əsassız olaraq “susmuş vərəsə” kimi adlandıraraq qanunla qorunan konstitusion hüquqlarını kobud şəkildə pozaraq miras əmlaklarından məhrum edərək vərəsəliyə müraciət etmiş ikinci növbə vərəsələrə pay hüququ tanımışdır. Bu hal isə yolverilməz olmaqla Şəmkir rayon Notariat Ofisinin hərəkətlərində Cinayət Məcəlləsinin 308 və 320-ci maddələrinin tələbləri baxımından cinayət əməlinin tərkibinin olmasının bariz nümunəsi ola bilər.
46. Hazırki işin hallarından da göründüyü kimi, növbəti maddi hüquq pozuntusu olaraq miras qoyanların birinci növbə vərəsələrindən (iddiaçılardan) heç birinin məcburi payı müəyyənləşdirilməsi üçün miras almağa çağrılmamışdır. Birinci növbə vərəsələrini miras əmlaklarını qəbul etmələri və yaxud ondan imtina etmələri barədə hər hansı rəsmiləşmə aparılmamış, onlara açılmış vərəsəliklə bağlı hər hansı məlumat verilməmişdir.
47. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellyasiya şikayətindəki dəlillərə təhrifedici münasibət bildirilməklə hüquqi qiymət verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə (iddiaçıların birinci növbə vərəsələri olmaqla mirasdan məcburi paylarına) uyğun əsaslandırılmadığından, MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının ##.##.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi:
49. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
50. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
51. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
52. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
53. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Bundan başqa, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
54. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
55. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
56. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
57. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
58. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
59. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
60. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar
61. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
62. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
63. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
64. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
75. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddiaçıların apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
76. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində şərh olunmuş məsələləri irəli sürülmüş dəlillər baxımından qiymətləndirərkən müəyyən olunmuşdurr ki, iddiaçılar valideynlərindən miaras qalmış əmlakı nə rəsmi, nə də qeyri-rəsmi qaydada qəbul etməmişlər. Miras açılan zamandan etibarən faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşamışlar. Miras əmlaka daimi bağlılıqları olmamış, sahibliklərinə alınmamışdır. Onların miras əmlakı qəbul etmələrini təsdiq edən hər hansı bir sübut olmamışdır. Qardaşları olan Qoşqar Qarayevin miras əmlakına münasibətdə isə haqlı olaraq qeyd edilmişdir ki, iddiaçılar cavabdehlərə münasibətdə sonrakı növbə vərəsə hesab olunurlar, onların vərəsə ola biləcək valideynləri isə miras qoyandan daha əvvəl vəfat etmişdir.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçıların dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.