Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-926/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun itirlməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlakda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı ilə cavabdeh X1 faktiki ailə münasibətlərində olmuşlar, onların rəsmi nikahı olmamışdır. Tərəflərin ailə münasibətlərindən digər cavabdeh olan cavabdeh1 doğulmuşdur.
2. Mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, *** nömrəli otaq ##.##.1988-ci il tarixli ** nömrəli order əsasında iddiaçının və onun ailə üzvləri olan arvadı Tükəzban Cəlalova və övladları Tofiq Şahbazov, qızı Arzu Şahbazovanın istifadəsinə verilmişdir. Həmin mübahisəli əmlak xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmişdir və hazırda Bakı Şəhər Icra Hakimiyyətinin balansındadır.
3. Hazırda mübahisəli yaşayış sahəsində cavabdehlər X1 və cavabdeh1 yaşayırlar.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2003-cü il tarixli, *-**/**** nömrəli qətnaməsi ilə, cavabdeh2 İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsinə dair iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsindəki (keçmiş 1723-cü keçid) * saylı evdə yerləşən yataqxananın 702-ci otağından istifadə hüququ tanınıb və azyaşlı oğlu Cəlillə birlikdə həmin otağa köçürülməsi qət olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana */*** nömrəli otaqda payların müəyyən olunması, pay bölgüsünün aparılması və mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 iddiaçının doğma oğludur, cavabdeh2 iddiaçının keçmiş həyat yoldaşıdır. 1998-ci ildə cavabdeh1 Qusar rayonunda doğularaq iddiaçının ata yurdunda təxminən 7-8 yaşlarına kimi yaşamışdır. cavabdeh2 iddiaçı ilə Xaçmaz rayonu, Xanoba kəndində yaşamadığını deyərək iddiaçının evindən cavabdeh1 da götürərək getmişdir. Bir müddət sonra Cəlilin anası cavabdeh2 iddiaçını məhkəməyə verərək Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana 4, otaq 702-yə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə onlara həmin 18 kv metr otaqda yaşamaq hüququ vermişdir, halbuki, sözügedən yataqxananı dövlət iddiaçıya verəndə ora birinci həyat yoldaşı və uşaqları qeydiyyata düşmüşdür. 2008-ci ildən, yəni qətnamə qəbul olunandan sonra iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana 4, *** nömrəli otaqda yaşamışlar. Əvvəllər iddiaçı ara-sıra gedib cavabdeh1 dəyirmş və arada gecə də orada qalırdı. Hazırda iddiaçı Xaçmaz rayonu, Xanoba kəndində yaşayır, kənd dəniz kənarında yerləşdiyi üçün çox rütubətlidir, iddiaçı uzun illərdir ki ll qrup əlildir, bronxial astma və ürək çatışmamazlığından əziyyət çəkir. Iddiaçı cavabdehlərə dəfələrlə şifahi olaraq bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana */*** nömrəli otaq dövlət tərəfindən ona verilib, veriləndə də cavabdehlər ailə üzvü olmamışdır. Ən azından ara-sıra öz evinə getmək, istədiyi kimi o otaqdan istifadə etmək istəyir. Iddiaçıda olan sənəd köhnə order olduğundan iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən çıxarış almaq və kiçik oğlu Cəmil Şahbazovu da Bakı şəhərinə qeydiyyata salmaq istəyir. Lakin cavabdehlər etiraz edərək onu evə buraxmayacaqlarını bildirirlər. Bu barədə Xətai rayon Polis Şöbəsinə də müraciət etmiş və ona mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir.
7. Cavabdeh cavabdeh1 vəkili və nümayəndəsi vəkil2 iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı məhkəməyə mənzilə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hətta iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, onun mülkiyyət hüququnun tanınması üçün tərəfindən Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət olunacaqdır. Belə olan halda, iddiaçının onun mülkiyyətində olmayan əmlakdan pay tələb etməsi və payının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tam əsassızdır. Iddiaçının qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Nağıyev) iddia tələbinin qismən təmin edilərək iddiaçı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana */*** nömrəli otaqda yaşamasına maneələrin yaradılmasının cavabdehlər cavabdeh1 və cavabdeh2 qadağan olunması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 faktiki nikah münasibətlərində olmuşlar, onların rəsmi nikahı olmamışdır. Onların faktiki nikahından digər cavabdeh olan cavabdeh1 anadan olmuşdur. Mübahisəli yaşayış sahəsi ##.##.1988-ci il tarixli ** nömrəli order əsasında iddiaçının və onun ailə üzvləri olan arvadı Tükəzban Cəlalova və övladları Tofiq Şahbazov, qızı Arzu Şahbazovanın istifadəsinə verilmişdir və mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin mənzil hazırda Bakı Şəhər Icra Hakimiyyətinin balansındadır. Hal-hazırda mübahisəli yaşayış sahəsində cavabdehlər X1 və cavabdeh1 yaşayırlar. Cavabdehlər iddiaçını həmin mənzilə buraxmır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: birincisi, mübahisə predmeti yaşayış sahəsi üzərində payların müəyyən olunması, pay bölgüsünün aparılması, ikincisi, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi.
11. Məhkəmə ilk olaraq Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana */*** nömrəli otağa (mənzilə) payların müəyyən olunması və pay bölgüsünün aparılması məsələsi ilə bağlı qeyd etmişdir ki, Daşınmaz əmlakda pay bölgüsünün aparıla bilməsi üçün ilk növbədə tələb edən tərəf xüsusi mülkiyyətçi olmalı, həmin əmlaka mülkiyyət hüququ tərəflərin ümumi mənada birgə fəaliyyəti nəticəsində yaranmalı və əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Daşınmaz əmlak barəsində mülkiyyət hüququ dövlət reyestrində qeydə alındıqdan sonra mülkiyyətçi həmin əmlak barəsində sərəncam vermək hüququna malik olur.
12. Hazırkı iddia tələbi ilə mübahisələndirilən mənzil həm iddiaçının xüsusi mülkiyyətində deyil, həm dövlət reyestrində qeydə alınmamış, həm də tərəflər mənzilə dair birgə mülkiyyətin əmələ gəlməsi üçün ümumiliyin iştirakçıları olmamışlar.
13. Həmçinin, iddiaçının mübahisələndirilən mənzilə dair sərəncam hüquqları dövlət reyestrində qeydiyyata alınmadığından, başqa sözlə mənzil özəlləşdirilmədiyindən, iddiaçının həmin mənzilə dair payların müəyyən olunması və pay bölgüsünün aparılması tələbini irəli sürmək üçün subyektiv hüququ əmələ gəlməmişdir. Eyni zamanda iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 rəsmi nikahda olmadıqlarından onların mənzilə dair birgə mülkiyyət hüquqlarının əsasları yaranmış sayıla bilməz.
14. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi yataqxana */*** nömrəli otağa (mənzilə) dair payların müəyyən olunması və pay bölgüsünün aparılması tələbi əsassız olduğundan rədd edilməlidir.
15. Məhkəmə iddia tələbinin ikinci hissəsi olan mənzilə köçürülmə tələbi ilə bağlı qeyd etmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı mənzil order əsasında iddiaçının sahbliyinə və istifadəsinə verildiyindən onun mənzildə yaşamaqla bağlı mülkiyyət hüquqları qanun əsasında yaranır və qanunla qorunur.
16. Belə ki, iddiaçının mübahisəli mənzilə dair sahiblik və istifadə hüququ artıq ##.##.1988-ci il tarixli, ** nömrəli order əsasında yaranmışdır. Iddiaçının mənzilə dair sərəncam hüququnda qanun əsasında məhdudiyyətlər olsa da, o, mənzildən sərbəst surətdə istifadə və ona sahiblik edə bilər. Iddiaçının sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılmasına isə yol verilmir. Bununla bağlı, iddiaçının artıq mövcud olan sahiblik və istifadə hüququnu nəzərə alaraq, yenidən onun mənzilə dair sahiblik və istifadə hüquqlarının təsbit olunması üçün ayrıca məhkəmə aktına ehtiyac yoxdur. Çünki iddiaçının qeyd olunan hüquqları mülkiyyət hüququnun elementləri kimi order əsasında yaranmışdır. Mövcud olan hüququn yenidən məhkəmə aktı ilə təsbit olunmasına prosessual olaraq zərurət qalmır.
17. Hazırkı mülki işdə isə iddiaçı Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, yataqxana */*** nömrəli otağın qanuni sahibi və istifadəçisidir. Iddiaçının mülkiyyətçi kimi qanunla tanınmış istifadə hüququ mövcuddur. Ona görə iddiaçıya yenidən məhkəmə aktı ilə mənzilə köçürülmək hüququnun verilməsinə ehtiyac yoxdur. Çünki iddiaçı qanuna uyğun sərbəst şəkildə özünə yaşayış yeri seçə və öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilər. Digər şəxslərin hərəkətləri nəticəsində iddiaçın həmin mənzildən məhrum edilməsi, yəni orada yaşamasına mane olunması isə ümumiyyətlə yolverilməzdir.
18. Məhkəmə qeyd qeyd etmişdir ki, mənzilə köçürülmə tələbinə formal deyil, iddiaçının hüquqi arzusuna uyğun qiymət verilməlidir. Iddiaçının hüquqi arzusu isə mübahisəli mənzildə yaşamasına imkan yaradılması ilə bağlıdır. Iddiaçının mənzildə yaşaması ilə bağlı qanunla tanınan və qorunun hüququ mövcuddur. Cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçının mənzildə yaşamasına göstərilən maneələr isə qanunsuz və əsassızdır. Ona görə iddiaçının qanuni sahib kimi mənzillə bağlı hüquqlarının həyata keçirilməsinə mane olan hallar aradan qaldırılmalıdır. Həmin məsələ də hazırkı mübahisə çərçivəsində həll olunmalıdır. Beləliklə, iddiaçının mülkiyyətçi kimi hüquqlarının bərpa olunması və onun iddia ilə bağlı hüquqi arzusuna çatması üçün iddiaçının mənzildə yaşamasına göstərilən manelər cavabdehlər cavabdeh1 və cavabdeh2 qadağan edilməlidir.
19. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.2, 152.1, 152.5, 157.4, 157.8, 213.1, 215.1, 220.1, 220.2, 222.1, 225.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərar cavabdehlərin konstitusiya ilə qorunan hüququnu pozur. Belə ki, cavabdehlər iddiaçının keçmiş ailə üzvləri olmaqla artıq 25 ilə yaxındır həmin mənzildə yaşayır. Iddiaçıya keçmiş ailə üzvü kimi həmin mənzildə yaşamağa icazə verilməsi cavabdehlərin birbaşa şəxsi və ailə həyatının sirrinin pozulması deməkdir. Konstitusyanın 33-cü maddəsindən də görünür ki, Azərbaycan Respublikası Konstitusyası mənzildə yaşayanların hüquqlarını xüsusi ilə müdafiə edir. Hazırki iş üzrə də məhkəmənin qanunsuz qərarı cavabdehlərin yuxarıda qeyd olunan hüquqlarını birbaşa pozur. Belə ki, cavabdehlərlə iddiaçı arasında artıq uzun zamandır mübahisə mövcuddur. Iddiaçı müxtəlif yollarla cavabdehlərin 25 ildir qoruyub saxladıqları, müxtəlif vaxtlarda öz hesablarına təmir etdirdiyi evlərində rahat yaşamasına maneələr törətməyə çalışır. Bundan başqa, tərəflər arasında olan mübahisə onların bir otaqlı evdə birgə yaşamasını mümkünsüz edir. Lakin məhkəmə bütün bu faktlara nəzər yetirmədən, iddia tələbindən kənar qərar qəbul etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Elşan Kazımov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi28. rədd edilmişdir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisəli yataqxana otağında 2003-cü ilədək həqiqətən yaşaması belə ##.##.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Yəni, iddiaçının cavabdehin atası olması və 2003-cü ilədək birgə yaşaması da iddianı əsaslı etmir. Çünki yaşayış sahəsindən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik deyildir. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinin tələblərini nəzərə almalı və onlara riayət edilməli idi. Üstəlik cavabdehin hazırki iddiaya etiraz etmək üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması da mütləq şərt deyildir. Yetər ki, həmin mənzildə yaşasın və istifadə hüququ yaranmış olsun. Ən azından cavabdehlərin mübahisəli 1 otaqda yaşadığını və istifadə hüququnun olduğunu iddiaçı da inkar etmir.
24. Həmçinin, iddiaçı mübahisəli yataqxana otağında yaşamaq üçün ehtiyacının olduğunu göstərsə də, bu dəlillər həm həqiqi, inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onun həqiqiliyini təsdiq etmir. Belə ki, o, 20 ildən artıq bir müddətdə həmin otağı tərk etmədiyinə və orada yaşamağa ehtiyacının olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ən azından ötən həmin müddətdə cavabdehlərin ona qarşı bu yataqxana otağı ilə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir.
25. Başadüşülən ola bilər ki, iddiaçı növbəti dəfə rəsmi nikaha girdikdən, yaxud qeyrirəsmi nikah münasibətlərinə daxil olduqdan sonra mübahisəli otaqda cavabdeh olan oğlu cavabdeh1 və faktiki nikah münasibətlərində olduğu cavabdeh2 ilə birlikdə yaşamaq istəməyib və yaşamaq üçün yeni arvadı, yaxud faktiki nikahda olduğu qadınla birgə yaşadığı başqa evə köçə bilər. Amma bu hallar hazırkı iddianın əsaslılığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçməmişdirsə, müvəqqəti, özü də məcburiyyət qarşısında getmişdirsə, buna dair istənilən bir sübutu təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.
26. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı da iddiaçının mövqeyindən bəlli oldu ki, əslində onun həqiqi niyyəti heç də 20 il əvvəl tərk etdiyi yataqxana otağında yaşamaq ehtiyacı deyil, özəlləşdirilməsinə nail olmaq və bundan sonra digər nikah münasibətlərindən olan oğluna da hüquq tanıtmaq istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki, bu işləri görmək istədiyini bəyan etmək, məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan cavabdehlərlə ya məhkəmədən kənar həll edə bilərdi yaxud da indiyədək həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət etməli idi.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Qətnamədən iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi və ya işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının qanuni orderli mənzilinə daxil olmasını qadağan etməklə onun konstitusion hüququnu birbaşa pozmuşdur. Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Apellyasiya məhkəməsi öz qərarını mənzilin sahəsinin kiçik olması (18 kv.m) və tərəflər arasında münasibətlərin kəskinliyi fonunda "birgə yaşayışın qeyrimümkünlüyü" və "cavabdehlərin şəxsi həyatına müdaxilə" arqumentləri ilə əsaslandırmışdır. Lakin bu yanaşma Azərbaycan Respublikasının qüvvədə olan maddi hüquq normaları ilə ziddiyyət təşkil edir. Qanunvericilikdə yaşayış sahəsinin darısqal olması, qanuni istifadə hüququnu təsdiq edən sənədi (orderi) olan şəxsin öz mənzilinə buraxılmaması üçün bir əsas kimi nəzərdə tutulmayıb. Məhkəmənin bu mövqeyi "rahatlığı" fundamental "yaşamaq və mənzil hüququndan" üstün tutmaq deməkdir ki, bu da hüququn mahiyyətinə ziddir. Iddiaçının II qrup əlil olması, ağır xəstəliklərdən (bronxial asma və ürək çatışmazlığı) əziyyət çəkməsi və cavabdehlər tərəfindən yaradılan fiziki/psixoloji təzyiqlər onun mənzildə yaşamamasını üzürlü edir. Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına əsasən, şəxsin iradəsindən kənar və üzürlü səbəbdən mənzildə müvəqqəti yaşamaması onun mənzilə olan istifadə hüququnun itirilməsinə gətirib çıxara bilməz. Mülki Məcəllənin 157.1 və 157.9-cu maddələrinin məzmunundan belə aydın olur ki, qanuni istifadəçi öz əmlakına sahiblik və ondan istifadə hüququna malikdir. Cavabdehlərin iddiaçını mənzilə buraxmaması qanunsuz müdaxilədir. Ali Məhkəmənin analoji işlər üzrə (məs. ##.##.2025-ci il tarixli qərar) oturuşmuş təcrübəsi təsdiq edir ki, mənzil-istifadə hüququ olan şəxsin köçürülmə tələbi mütləqdir və digər şəxslərin "şəxsi həyat" bəhanəsi ilə bu hüququ bloklaması yolverilməzdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 29.
Tətbiq edilən hüquq ##.##.1982-ci il # #### tarixli (yəni ##.##.2009-ci il tarixədək qüvvədə olan) Mənzil Məcəlləsi:
30. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
31. Maddə 53. Icarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
32. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
33. Maddə 60.Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
34. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
35. Maddə 123.Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarı:
36. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarı:
37. # ######## 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli Plenumunun Qərarı:
38. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. Iddiaçı İddiaçı Isaməddi oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
54. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.