Məhkəmə qərarları › İş №2(1-8)-927/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-927/2026

26.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-927/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh DIN-nin Baş Mühafizə Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ##.##.2008-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Cavabdeh Yevlax RMŞ MMC üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir;

3. Yevlax rayon Mühafizə Şöbəsinin rəisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xidməti xasiyyətnaməyə görə o, xidmət apardığı müddət ərzində özünü müsbət tərəflərdən göstərmişdir. Idarənin əmr və göstərişlərini mütəmadi olaraq öyrənir, peşə hazırlığı dərslərində fəal iştirak edir, vaxtlı-vaxtında xidmətqabağı təlimatlarda və xidmətin yekun təhlilində iştirak edir. Lakin mühafizəçi İddiaçı xidmətdən kənar vaxtlarda taksi fəliyyəti ilə məşğul olmuşdur. DIN-in mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Qüvvədə intizam cəzası yoxdur;

4. Yevlax rayon Mühafizə Şöbəsinin ilk Həmkarlar Təşkilatının keçirdiyi iclasının ##.##.2025-ci il tarixli * №-li protokolunda göstərilmişdir ki, xidməti intizamı pozduğuna görə mühafizəçi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün BMI-nin rəhbərliyi qarşısında vəsatət qaldırılması qərara alınmışdır;

5. “Mühafizə hissələrinin bir qrup əməkdaşı və mülki mühafizəçisinin intizam məsuliyyətinə cəlb edilmələri barədə” Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Mühafizə Idarəsinin Xidməti yoxlamanın nəticəsinə dair TIŞ-in rəyinə əsasən ##.##.2025 ci il tarixli əmrində göstərilmişdir ki, “....Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarfnın 2.1.1 və 2.1.11-ci bəndlərinin tələblərini pozaraq xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi “VAZ 21070” markalı, Az **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olduğuna, bununla da DIN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi hissənin Həmkarlar təşkilatının yığıncağının qərarı da nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunsun...”;

6. Azərbaycan Respublikasının DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli *- **-**/Ə(ş/h)***/**** nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli *-**-**/Ə***/**** nömrəli əmrinin və ##.##.2025-ci il tarixli *-**-**/(ş/h)***/**** nömrəli əmrinin ləğv edilməsi və onun Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli 3-13 **/(ş/h)***/**** nömrəli əmrinə əsasən ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsindən azad edilməsi əmr edilmişdir. Əsas: DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/Ə***/** nömrəli əmridir. O, DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli 3- **/Ə***/**** nömrəli əmrini və Azərbaycan Respublikasının DIN-in Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli 3 **-**/(ş/h)***/**** nömrəli əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, o, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini həmişə layiqincə yerinə yetirmişdir. Heç bir pozuntuya və məsuliyyətsizliyə yol verməmişdir. O, yuxarıda qeyd etdiyi kimi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması ilə işdən çıxarılmışdır. Yuxarıda qeyd etdiyi kimi, onun işlədiyi müddətdə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmə halında heç bir nöqsanı olmamışdır. Eyni zamanda aşağıda göstərilən qanun normasında təsbit edilmiş yəni Əmək Məcəlləsinin 72- ci maddəsində göstərildiyi hallara (əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına) yol verməmişdir. O, tutduğu vəzifədən tamamilə səbəbsiz olaraq kənarlaşdırılmışdır.

9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Baş Mühafizə Idarəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi "Vaz 2107” markalı, Az **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyət göstərdiyinə, bununla da "Azərbaycan Respublikası Daxlli Işlər Nazirliyinin Baş Muhafizə Idarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 2.1.1 və 2.1.11-ci bəndlərinin tələblərini pozduğuna görə bağlanmış əmək müqaviləsi DIN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. İddiaçı xidmətdə yol verdiyi nöqsanlar həmin hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında geniş müzakirə edilmiş və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş Idarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Həmçinin, iddiaçı Yevlax Rayon Mühafizə Şöbəsi tərəfindən müxtəlif vaxtlarda yəni ##.##.2008-ci il tarixdə ** saylı əmrlə geyim forması qaydalarını pozduğuna görə “töhmət”, ##.##.2010-cu il tarixdə ** saylı əmrlə geyim forması qaydalarını pozduğuna görə “töhmət”, ##.##.2021-ci il tarixdə *** saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə "töhmət” və ##.##.2023-cü il tarixdə 3-13 **-**/Ə**/**** saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə "töhmət” verilmişdir. Göründüyü kimi, iddiaçı 4 dəfə intizam tənbehinə cəlb edilmiş, lakin bundan heç bir nəticə çıxarmamışdır.

10. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/Ə***/**** nömrəli əmrinin və Azərbaycan Respublikasının DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli 3-13 **/(ş/h)***/**** nömrəli əmrinin ləğv edilməsi və onun Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, ##.##.2008-ci il tarixdə ** saylı əmrlə geyim forması qaydalarını pozma səbəbilə verilmiş töhmətin ləğv edilməsi, ##.##.2010-cu il tarixdə ** saylı əmrlə geyim forması qaydalarını pozma səbəbilə verilmiş töhmətin ləğv edilməsi, ##.##.2021-ci il tarixdə *** saylı əmrlə xidməti postda sayıqlığın itirilməsi (yatdığına görə) verilmiş töhmətin ləğv edilməsi, ##.##.2023-cü il tarixdə *-**-**-**/Ə**/**** saylı əmrlə xidməti postda sayıqlığını itirərək yatdığına görə verilmiş töhmətin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(006) ****/**** nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının DIN-in Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli 3-13 **/Ə(ş/h)***/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Yevlax Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi (fəhlə) vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, işçinin taksi fəaliyyəti ilə məşğul olması işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması anlamına gəlmir. Işəgötürənin verdiyi əmr tam əsassız olmaqla ləğv edilməlidir.

15. “Azərbaycan Respublikası DIN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi”nin 13-cü bəndində mühafizə xidməti işçilərinin vəzifələri, hüquqları və məsuliyyəti müəyyən olunmuşdur. Bu bənddə iddiaçıya istinad olunan xəta– vəzifə pozuntusu və ya məsuliyyətə səbəb olan hal kimi nəzərdə tutulmamışdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70 “ç”, 72, 71.2-3, 84-cü maddələrinə, “Polis haqqında” Qanunun 1-ci maddəsinə, “Dövlət qulluğu haqqında”xxxx“Azərbaycan Respublikası DIN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi”nə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan nəticələr kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı müəssisə daxili inzitam qaydalarını tənzimləyən “Azərbaycan Respublikası Daxili Nazirliyinin Baş Mühafizə Idarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11 (xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir) və 2.1.1-ci (insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir) bəndlərinin tələblərini kobud surətdə pozaraq DIN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirə biləcək hərəkətə yol vermişdir. Yevlax Rayon Mühafizə Şöbəsinin sabiq mülki mühafizəçisi İddiaçın xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi "Vaz 2107” markalı, Az **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti göstərməsi DIN-nin Baş Mühafizə Idarəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərə yol verməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən işin araşdırılması zamanı həm qanunvericilik, həm də bu sahədə mövcud olan praktika nəzərə alınmamışdır. Bunun nəticəsində də işdəki halları və qanunvericiliyin mövqeyini özündə adekvat formada əks etdirməyən qətnamə qəbul olunmuşdur.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, 2 gün evdə olurdu, imkan yox idi deyə taksi fəaliyyəti ilə məşğul olurdu. Birinci instansiya məhkəməsində də bildirdi ki, cavabdehdən heç nə istəmir, sadəcə maddənin götürülməyini istəyir. Bir də 2008ci ilin töhmətlərini yazıblar, onun üstündən gör neçə il keçib. Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə xitam verilməsini istəmir, nə də ki, cavabdeh təşkillardan əmək haqqı tələbi var. Həmin vaxtı çağırıb ona desəydilər ki, ərizəni yaz, öz ərizəsi ilə işdən çıxardı. Maddənin dəyişdirilməsini əsas iş tapmaq üçün istəyir, çünki evdə işləyən təkcə odur. Özü də kirayədə qalır, heç olmasa Yevlaxda özünə bir iş tapsın. Maddə var deyə onu işə götürmürlər. Hələ ki, taksi fəaliyyəti ilə məşğuldur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Fərrux Qasımov və Günay Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, Yevlax Rayon Mühafizə Şöbəsində mülki mühafizəçisi vəzifəsində xidmət aparan iddiaçı xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olduğuna görə cavabdehin ##.##.2025-ci il tarixli, 3-13 **/Ə(ş/h)***/**** nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

22. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Işdən görünür ki, cavabdehin mübahisələndirilən ##.##.2025-ci il tarixli əmri həmin idarənin ##.##.2025-ci il tarixli əmrinə əsaslanır, sonuncu əmrdə isə iddiaçı tərəfindən “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.1 və 2.1.11-ci bəndlərinin pozulmasına istinad edilir.

24. Həmin bəndlərə əsasən iddiaçı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməli, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

25. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən belə hərəkətlərin edilməsi, yəni xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə taksi fəaliyyəti ilə məşğul olarkən hər hansı şəxsin hüquq və azadlıqlarını, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını pozması, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməsi müəyyən edilmir.

26. Yevlax rayon Mühafizə Şöbəsinin rəisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xidməti xasiyyətnamədə iddiaçı müsbət xarakterizə olunmuş, yalnız yekunda iddiaçının xidmətdən kənar vaxtlarda taksi fəaliyyəti ilə məşğul olduğu vurğulanmışdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək cavabdehdən məcburi iş buraxma üçün əmək haqqı tələbinin olmadığını bildirdiyindən birinci instansiya məhkəməsi əmək qanunvericiliyin tələblərini rəhbər tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli *-**-**/Ə(ş/h)***/**** nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə işə bərpa edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Məhkəmə mövqeyini Azərbaycan RespublikasınınƏmək Məcəlləsinin 11(b), 70(ç), 71.2, 71.3, 83.1, 186, 300.1-ci maddələrinə Daxili Işlər Nazirliyinin ##.##.2023-cü il tarixli, *- **/Q*/**** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız 72-ci maddədə göstərilən hallarla məhdudlaşmır. Bu norma iki müstəqil əsası nəzərdə tutur: əmək funksiyasının yerinə yetirilməməsi və əmək vəzifələrinin kobud pozulması. Buna görə də apellyasiya məhkəməsinin 70-ci maddənin “ç” bəndini yalnız 72-ci maddədə sadalanan hallarla eyniləşdirməsi normanın məzmununu əsassız şəkildə daraltmışdır.

32. İddiaçı xidmətdənkənar taksi fəaliyyəti ilə məşğul olması onun daxili işlər orqanı əməkdaşı statusu ilə uzlaşmır. Belə kommersiya fəaliyyəti xidmətin obyektivliyi, qərəzsizliyi və ictimai etimad baxımından şübhə yarada bilər. Qanun faktiki zərərin baş verməsini deyil, xidmətin nüfuzuna xələl gətirə biləcək davranış riskini əsas götürür.

33. Iddiaçının rəhbərliyə məlumat vermədən kommersiya fəaliyyəti ilə məşğul olması həm etik qaydaların, həm də əmək və intizam öhdəliklərinin pozulmasıdır. Daxili işlər orqanı əməkdaşının xüsusi hüquqi statusu ondan daha yüksək etik davranış və intizam tələb edir. Bu tələblərin pozulması intizam məsuliyyəti yaradır və tətbiq ediləcək tənbeh tədbirinin seçilməsi işəgötürənin səlahiyyətinə daxildir.

34. Beləliklə, İddiaçı xidməti statusla uyğun gəlməyən kommersiya fəaliyyəti əmək müqaviləsi üzrə öhdəliklərin pozulması kimi qiymətləndirilməli və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən çıxarılması qanuni və əsaslı hesab edilməlidir. Bu səbəbdən əmrin ləğvi barədə tələb əsassızdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti yalnız mülahizələrə əsaslanır və ehtimalla ola biləcəyi qeyd olunur. Lakin məhkəməyə və ya kasasiya şikayətinə iddiaçı tərəfindən etik qaydalarının və ya əmək funksiyalarımın pozulması barədə hər hansı sübut təqdim edilməmişdir. Belə bir sübutun təqdim edilməməsi də onu sübut edir ki, iddiaçı tərəfindən nə etik qaydaları, nə də əmək funsiyası pozulmamışdır. Əksinə cavabdeh mübahisələndirilən əmri verərkən qanunvericiliyin normalarını kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən kassasiya şikayətinin təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

36. Maddə 70, ç bəndi. Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

37. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

38. Maddə 71, 3-cü hissə. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

40. Maddə 186. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

41. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Daxili Işlər Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**/Q*/**** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”:

42. Bənd 2.1. Mülki mühafizəçi xidmət vaxtı aşağıdakılara riayət etməlidir: 2.1.1. Insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir; 2.1.11. Xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir; “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”

43. Bənd 10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə mübahisələndirdiyindən qətnamə MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh istinad etdiyi faktiki halları sübuta yetirə bilməmiş və cavabdehin mübahisə olunan əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Belə ki, iddiaçının xidmətdən kənar vaxtlarda taksi fəaliyyəti ilə məşğul olması onun “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış” Qaydalarının 2.1.1 və 2.1.11-ci bəndlərini pozması kimi qiymətləndirilə bilməz. Çünki bu fəaliyyət zamanı onun hər hansı şəxsin hüquqlarını pozması, etik və əxlaq normalarına zidd davranması və ya xidmətin nüfuzuna xələl gətirməsi sübuta yetirilməmişdir.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar