Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-940/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 qarşı ilk iddia tələbi, X2, cavabdeh1 və cavabdeh3 cavabdehlər iddiaçı2 və iddiaçı1 qarşı qarşılıqlı iddia tələbləri üzrə iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş tiklilərin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 qarşı “yolun zəbtdən azad edilməsi, tikintinin sökülməsi, maneələrin aradan qaldırılması” barədə ilk, X2, cavabdeh1 və cavabdeh3 cavabdehlər iddiaçı2 və iddiaçı1 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş tiklilərin bərpa edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. iddiaçı2 Balakışı oğlunun mülkiyyətinə Lerik rayonu, Hamarmeşə kəndində 0,035 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. iddiaçı1 mülkiyyətində Lerik rayonu, Hamarmeşə kəndində 0,065 ha həyətyanı torpaq sahəsi vardır.
3. Lerik Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, 2 (***)-**/**** nömrəli qətnaməsi ilə, iddiaçı iddiaçı1, cavabdeh cavabdeh2 qarşı evə gedən maşın yolunun zəbtdən azad edilməsi və yolun üstündə inşa edilmiş tiklilərin sökülməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməmişdir.
4. Lerik Rayon Məhkəməsinin # ###### 2021-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə, iddiaçı iddiaçı1, cavabdehlər X2, Lerik rayon Vizəzəmin Bələdiyyəsinə qarşı evə maşın yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Hamarmeşə kəndində yerləşən iddiaçı2 və iddiaçı1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil yolunun üzərində cavabdehlər tərəfindən inşa edilmiş tikilinin sökülməsi, Lerik-Lənkəran yolunun 30-cu km-dən keçən hissəsindən yeni elektrik Transformatorun yanından evlərinə qalxan yolda cavabdehlər tərəfindən yaradılmış və yaradılacaq maneələrin aradan qaldırlması və həmin yolun zəbtdən azad edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara geri verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Hamarmeşə kənd sakinləri ola cavabdehlər Lerik Rayon Hamarmeşə kəndində yerləşən şəxsi mülkiyyətlərində olan torpaq sahəsinə gedən avtomobil yolunu zəbt edərək yolun üzərində mişar daşından divar inşa etmişlər. Onlara yolu zəbt etmələrini bildirsələr də lakin buna heç bir məhəl qoymamış və yolun üzərindəki tikilini sökməmişlər. Sözügedən avtomobil yolu üzərində maneələr 2014 və 2023-cü il tarixli qətnamələr əsasında aradan qaldırılsa da, lakin hazırkı tələb üzrə cavabdehlər yuxarıda göstərilən qətnamələr üzrə cavabdehlərin yəni Muradov Ramil və Rahil Əliheydər oğlunun atası (cavabdeh3), əmisi (cavabdeh1) və əmisi arvadı (X2) dır. Mübahisəli avtomobil yolu qəbul olunmuş qətnamələr əsasında açılmış olan yol olsa da, cavabdehlər eyni yolda təkrar olaraq tikinti işləri apararaq onların həmin yoldan istifadə etmələrinə imkan vermirlər.
7. X2, cavabdeh1 və cavabdeh3 cavabdehlər iddiaçı2 və iddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, qarşılıqlı iddianın təmin edilməsi və Lerik rayonun Hamarmeşə kəndində yerləşən cavabdeh2 qanuni istifadəsində və sahibliyində olan həyətyanı torpaq sahəsinin eni 5 metr və uzunluğu 35 metr olan hissəsininin iddiaçı1 və iddiaçı2 qanunsuz zəbtindən azad edilməsi, sökülmüş təndirxananın və torpaq sahəsinin çəpərinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonun keçmiş Fridrix Engels adına sovxozun # #### 1990-cı il tarixli ** nömrəli əmri ilə sovxozun Lerik rayonun 30-cu kilometr kəndində yerləşən (hazırda Hamarmeşə kəndi adlanır) ehtiyat torpaq sahəsindən X1 həyətyanı torpaq sahəsi ilə bitişik olan ərazidə, aşağı tərəfdən avtomobil yolu, sağ tərəfdə elektrik cərəyanı transformatorun X1 evinə tərəf olan hissəsində eni 20 metr, uzunluğu 35 metr olmaqla cəmi 0,07 ha torpaq səhəsi yaşayış evi tikmək məqsədilə cavabdeh1 verilmişdir. Həyətyanı torpaq sahəsi onlar tərəfindən dəmir torla çəpərə alınmış və torpaq sahəsində bir mərtəbəli ev və təndirxana inşa edilmişdir. cavabdeh1 Xeybar oğlu 1995-ci ildə Rusiya Federasiyasına köçdüyündən həmin torpaq sahəsi Lerik rayon Icra Hakimiyyəti başçısının Vizəzəmin kənd Inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1995-ci ilin ** nömrəli təsərrüfat başına kitabın *** nömrəli şəxsi hesabda X2 adına keçirilmiş və hazırda X2 qanuni sahibliyində və istifadəsindədir. Ilkin torpaq ayırma sənədlərinə və Lerik rayon Icra Hakimiyyəti başçısının Vizəzəmin kənd Inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ## #### 2013-cü il tarixli *** nömrəli arayışına əsasən yaşayış evi tikmək məqsədilə cavabdeh1 verilmiş torpaq səhəsindən heç bir istiqamətə hər hansı bir qonşu üçün nə piyada, nə də maşın yolu nəzərdə tutulmamışdır. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı1 2006-cı ildə Lerik rayonun Hamarmeşə kənd bələdiyyəsindən yaşayış evi tikmək üçün alqı-satqı qaydasında 0,10 ha həyətyanı torpaq sahəsi almışdır. Ilkin torpaq ayırma sənədlərinə əsasən həmin torpaq sahəsindən kəndarası yola çıxış-giriş nəzərə alınmış və cavabdeh iddiaçı1 və onun ailə üzvləri həmin yoldan maneəsiz olaraq avtomobil və piyada yolu istifadə edərək torpaq sahəsində bir mərtəbəli ev də inşa etmişlər. Bir müddətdən sonra iddiaçı1 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinin kənd arası yola çıxışı olan hissəsindən 0,035 ha torpaq sahəsini Bakı şəhər sakini iddiaçı2 satmışdır. Həmin torpaq sahəsinin kənd arası yola girişi-çıxış olmuş və iddiaçı2 ailə üzvləri ilə birlikdə həmin yoldan maneəsiz olaraq piyada və avtomobil yolu kimi istifadə edərək torpaq sahəsində bir mərtəbəli ev də inşa etmişdir. Qeyd edilənlərə baxmayaraq iddiaçı1 və iddiaçı2 cavabdeh2 müvəqqəti olaraq Rusiya Federasiyasına getməsindən istifadə edərək onun qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxilə edərək torpaq sahəsinin X1 həyətyanı torpaq sahəsi ilə bitişik olan hissəsinin eni 5 metr və uzunluğu 35 metr olan, cəmi 0,02 ha hissəsinin çəpərinin dəmir torunu sökmüş və orada inşa etdiyimiz təndirxananı da sökərək zəbt etmiş və həmin hissədən ailə üzvləri ilə birlikdə avtomobil və piyada yolu kimi istifadə etməyə başlamışlar. Dəfələrlə müraciət etmələrinə baxmayaraq iddiaçı1 və iddiaçı2 qanunsuz hərəkətlərindən əl çəkməmiş və bu hərəkətlərinə haqq qazandırmaqla zəbt etdikləri torpaq sahəsini qanunsuz sahiblikdə saxlamaq mədsədilə bizə qarşı əsassız iddia tələbləri ilə məhkəməyə müraciət etməyə başlamışlar. iddiaçı1 2017-ci ildə Ilk dəfə cavabdeh2 qarşı "maşın yolunun zəbtdən azad edilməsi və yolun üstündə tikilmiş tikililərin sökülməsi tələbinə dair" iddia ərizəsi ilə Lerik rayon Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi icraata qəbul edildikdən sonra iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş və Məhkəmə Ekzpertiza Mərkəzinin ## ##### 2017-ci il tarixli və ## ####### 2017-ci il tarixli ekspert rəyləri ilə iddiaçı1 mülkiyyətinə verilmiş 0,065 ha həyətyanı torpaq sahəsinin onun göstərdiyi ərazidən, yəni qarşılıqlı iddia üzrə iddiaçıların torpaq sahəsinin yanından yolu DWG baza məlumatlarına əsasən nəzərdə tutulmadığı müəyyən edilmişdir. Həmçinin, # #### 2017-ci il tarixdə mübahisəli yerə baxış keçirilmiş və Daşınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin mütəxəssisi Etibar Həsənovun göstərdiklərinə əsasən cavabdeh iddiaçı1 mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması və həmin torpaq sahəsinin kəndarası yolun sol tərəfində yerləşməsi və iddiaçı1 həmin torpaq sahəsindən 0,035 ha sahəsini (yola çıxış hissəsini) iddiaçı2 satması və iddiaçı2 isə həmin sahədə özünə məxsus yaşayış evi tikməsi və maneəsiz yola çıxış-girişin olması və iddiaçı1 tələb etdiyi sahədən avtomobil yolunun DWG baza məlumatlarına əsasən nəzərdə tutulmaması müəyyən edilmişdir. Lerik rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı1 bizə qarşı maşın yolunun zəbtdən azad edilməsi və yolun üstündə tikilmiş tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən şikayət verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli torpaq sahəsini zəbtdən azad etməmiş və ## ### 2019-cu il tarixdə isə iddiaçı1 eyni iddia tələbi ilə bizə və Lerik rayon Vizəzəmin Bələdiyyəsinə qarşı Lerik Rayon Məhkəməsinə yenidən müraciət etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı1 eyni tələblə bizə qarşı 2-ci dəfə məhkəməyə müraciət edilməsi müəyyən edildiyindən Lerik rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd edilənlərə baxmayaraq iddiaçı1 və iddiaçı2 torpaq sahəmizin eni 5 metr və uzunluğu 35 metr olan, cəmi 0,02 ha hissəsini zəbtdən azad etməmiş və ##.##.2024-cü il tarixdə isə 3cü dəfə bizə qarşı eyni iddia tələbi ilə yenidən Lerik rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosessində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
9. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçı2 mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən araşdırma zamanı iddiaçı2 Balakişı oğlunun mülkiyyətində olan sözügedən 0,035 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) və şimal-şərq istiqamətlərindən mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçı1 mülkiyyətində olan 0,065 ha torpaq sahəsinə həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən araşdırma zamanı iddiaçı1 mülkiyyətində olan sözügedən 0,065 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) istiqamətindən mövcud olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən sözügedən 0,035 ha və 0,065 ha torpaq sahələrinə qərb istiqamətdən mövcüd olan məhkəmə predtmeti olan mübahisəli gediş-gəliş üçün avtomobil yolunun tədqiqatı zamanı iddiaçıların istifadəsi üçün açıq olması və gediş-gəliş üçün avtomobil yolunun cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmaması müşahidə olunmuşdur.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş # #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçı2 mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən araşdırma zamanı iddiaçı2 Balakişı oğlunun mülkiyyətində olan sözügedən 0,035 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) və şimal-şərq istiqamətlərindən mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən iddiaçı1 mülkiyyətində olan 0,065 ha torpaq sahəsinə həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən araşdırma zamanı iddiaçı1 mülkiyyətində olan sözügedən 0,065 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) istiqamətindən mövcud olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən sözügedən 0,035 ha və 0,065 ha torpaq sahələrinə qərb istiqamətdən mövcüd olan məhkəmə predtmeti olan mübahisəli gediş-gəliş üçün avtomobil yolunun tədqiqatı zamanı iddiaçıların istifadəsi üçün açıq olması və gediş gəliş üçün avtomobil yolunun cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmaması müşahidə olunmuşdur.
11. Lerik Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli, 2 (***)-**/**** nömrəli qərardadı ilə, iddiaçı iddiaçı1 cavabdeh X2 qarşı tələbi hissəsinə xitam verilmişdir.
12. Lerik Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçılar cavabdehlər iddiaçı2 və iddiaçı1 cavabdehlər X2, cavabdeh1 və cavabdeh3 qarşı “yolun zəbtdən azad edilməsi, tikintinin sökülməsi, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi, X2, cavabdeh1 və cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdehlər iddiaçı2 və iddiaçı1 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş tiklilərin bərpa edilməsi” qarşılıqlı tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi mütəxəssis və ekspert rəylərinə istinad edərək hesab etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən sözügedən 0,035 ha və 0,065 ha torpaq sahələrinə qərb istiqamətdən mövcüd olan məhkəmə predmeti olan mübahisəli gediş-gəliş üçün avtomobil yolunun tədqiqatı zamanı iddiaçıların istifadəsi üçün açıq olması və gediş-gəliş üçün avtomobil yolunun cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmaması müşahidə olunduğundan ilk iddia ərizəsi təmin edilə bilməz.
14. Həmçinin, X2 istinad etdiyi torpaq sahəsinin mülkiyyətində olması, iddiaçı1 və iddiaçı2 Balakışı oğlu tərəfindən həmin torpaq sahəsində təndirxananın və çəpərin qanunsuz sökülməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz.
15. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. X3 apellyasiya şikayəti verərək ilkin iddiaçı iddiaçı1 tələbinə dair hissədə dəyişdirilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı iddiaçı1 iddiası üzrə icraata xitam verilməsi, qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə aşağıda istinad edilmiş işin həqiqi halları və qanunvericiyin tələbləri ilə tam təkzib olunur. Belə ki, mübahisənin predmeti olan 0,07 ha torpaq sahəsinin fərdi yaşayış evinin inşa edilməsi üçün ilkin olaraq cavabdeh1 ayrılması, 1995-ci il tarixdən isə Muradova (əvvəllər Qürbətova) Firuzə Sahil qızının qanuni istifadəsində və sahibliyində olması faktı, məhkəməyə təqdim edilmiş Lerik rayonun keçmiş F.Engels sovxosun ##.##.1990-cı il tarixli ** saylı əmri və Lerik RIHB-nın Vizəzəmin kənd ərazi nümayəndəliyinin 1995-ci ilin təsərrufatbaşı kitabından verilmiş çıxarışla və qanuni qüvvəsini almış Lerik Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi və Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə təsdiq olunmuşdur. Istinad edilmiş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh2 o vaxtdan da həmin torpaq sahəsini ilkin dəmir torla, daha sonra daş hasara almaqla, içində yaşayış evi inşa etməklə və dəmir darvaza qoymaqla ##.##.2024-cü ilədək istifadə etmiş, ##.##.2024-cü il tarixdə isə hazırki mübahisə ilə bağlı mülki iş Lerik Rayon Məhkəməsinin icraatında olduğu müddətdə, Lerik Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, **/***)*/**** saylı qərardadı ilə iddiaçı1 ilə iddiaçı2 müvəqqəti təmin tədbiri haqqında ərizəsi təmin edilmiş, cavabdeh2 həyətyanı torpaq sahəsinin mişar daşından olan divarı sökülmüş, darvaza götürülərək qırağa atılmış, içindəki təndirxada dağıdılmış, bununla da ilkin iddiaçılar mübahisə ilə bağlı iş üzrə yekun qətnamə qəbul edilənədək cavabdeh2 həyətin daş divarını bir hissəsini sökülməsinə, darvazanı yerindən çıxarıb yerində eni 5 metr, uzunluğu 35 metr olan piyada və avtomobil yolu açılmasına məhkəmə qərardadı ilə nail olmuşlar. Birinci instansiya məhkəməsinə işin qeyd edilmiş halları bəlli olduğu halda, qətnamənin ilkin iddiaçıların xeyrinə həll edilməsində maraqlı olan məhkəmə həmin hallara əhəmiyyət və düzgün hüquqi qiymət verməmiş, həmin yolu məhz məhkəmə qərardadı əsasında müvvəqqəti təmin tədbiri olaraq açılmasına diqqət yetirməmiş, qətnamədə məqsədli şəkildə mübahisəli gediş-gəliş üçün avtomobil yolunun iddiaçıların istifadəsi üçün açıq olması və gediş-gəliş üçün avtomobil yolunun cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmamasının müşahidə olunması, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı X2 istifadə etdiyi torpaq sahəsində yerləşən təndirxananın və hasarın iddiaçı1 və iddiaçı2 Balakışı oğlu tərəfindən qanunsuz sökülməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiklərinə dair absurd və əsassız bir nəticəyə gəlmişdir. Belə ki, həmin yolun açıq olmasını səbəbi yolun məhz məhkəmə qərardadı əsasında müvəqqəti təmin tədbirinin tətbiq edilməsi nəticəsində Lerik Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, **/***)-*/**** saylı qərardadı əsasında Lerik rayon icra məmurları tərəfindən açılması, daş divarın, dəmir darvazanın, təndirxananın sökülməsi faktı bəlli olduğu halda, məhkəmə iş üzrə qətnamə çıxararkən ilkin iddianın təmin tədbiri olaraq sökülmüş daş divarın, dəmir darvazanın, təndirxananın cavabdehlərin vəsaiti hesabına bərpa edilməsi və zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsinə dair qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmamış, bununla da qarşılıqlı iddiaçıların qanunla qorunan torpağa sahiblik və istifadə hüquqlarını pozmuşdur. O ki, qaldı məhkəmənin iş üzrə subut növü olaraq əsas götürdüyü Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyi əsas götürülməklə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyinə, hesab edir ki, məhkəmə həmin rəylərin eyni mübahisə ilə bağlı daha öncə verilmiş Məhkəmə Ekspertiza Mərkəsinin ##.##.2017-ci il tarixli, **** saylı və ##.##.2017-ci il tarixli, ***** saylı mütəxəssis və ekspert rəyləri ilə tam ziddiyyət təşkil etməsinə diqqət yetirməmiş, həmin rəylər arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması üçün DƏDKR publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsindən 2017-ci və 2024-cü illər üzrə müvafiq mütəxəssis rəyləri verilərkən mübahisə edilən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə elektron kadastr uçotu informasiya sistemində mövcud olan DWG baza məlumatları tələb edib yoxlanılması, zərurət yarandığı halda iş üzrə təkrar məhkəmə-tikinti ekspertizasının təyin edilməsi haqda vəsatəti təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş eyni tələb və eyni mübahisə ilə bağlı verilmiş Məhkəmə Ekspertiza Mərkəsinin ##.##.2017-ci il tarixli, **** saylı və ##.##.2017-ci il tarixli,***** saylı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, “##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə iddiaçı1 mülkiyyətinə verilmiş 0,065 ha həyətyanı torpaq sahəsinə onun göstərdiyi ərazidən X2 torpaq sahəsinin yanından avtomobil yolu DWG baza məlumatlarına əsasən nəzərdə tutulmamışdır” və ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə iddiaçı1 mülkiyyətinə verilmiş 0,065 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu iddiaçının həyətyanı torpaq sahəsinin şimali-şərq hissəsindən keçir, ölcüzü 7x40 metr olmaqla 30 metr təşkil edir, nəzərdə tutulan avtomabil yolu şimal tərəfdə kəndarası yolla birləşir”. Eyni tələb və eyni mübahisə ilə bağlı verilmiş DƏDKR publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsindən ##.##.2025-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyi ilə Lerik rayonu, Hamarmeşə kəndi ərazisində yerləşən iddiaçı1 mülkiyyətində olan 0,065 ha torpaq sahəsinə və iddiaçı2 mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü sənədində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması və torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən araşdırma zamanı iddiaçı1 mülkiyyətində olan 0,065 ha və iddiaçı2 mülkiyyətində olan 0,035 ha torpaq sahələrinə gedişgəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) mövcud olması müəyyən olunmasına dair rəy verilmişdir. Belə bir rəy verərkən mütəxəssis məhkəmənin onun qarşısına qoyduğu 3-cü sualına cavab olaraq torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən sözügedən 0.035 ha və 0,065 ha torpaq sahələrinə qərb istiqamətdən mövcüd olan mübahisəli gedişgəliş üçün avtomobil yolunun tədqiqatı zamanı iddiaçıların istifadəsi üçün açıq olması və gediş gəliş üçün avtomobil yolunun cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmamasının müşahidə olunmasını əsas olaraq göstərmişdir. Işin ilkin iddiaçıların xeyrinə həll edilməsində maraqlı olan məhkəmə isə mübahisə edilən yolun məhz ilkin iddiaçıların müvvəqqəti təmin tədbiri olaraq verilmiş ərizə əsasında Lerik Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, **/***)*/**** saylı qərardadına uyğun olaraq Lerik rayon icra məmurları tərəfindən cavabdeh2 həyətinin daş divarın, dəmir darvazanın, təndirxananın sökülməsi nəticəsində açıq olmasına əhəmiyyət və düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırmalar nəticəsində və qanuni qüvvəsini almış Lerik Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ilkin iddiaçıların piyada və avtomobil yolun açılmasını tələb etdiyi torpaq sahəsinə dair hüquqlar dövlət reyestrində qeydə alınmasa da, həmin torpaq sahəsi Lerik rayonun keçmiş F.Engels sovxozun ##.##.1990-cı il tarixli ** saylı əmri ili ilə Lerik rayonun hazırda Hamarmeşə kəndində adlanan ərazidə ehtiyat torpaq sahəsindən X1 həyətyanı torpaq sahəsi ilə bitişik olan ərazidə, aşağı tərəfdən avtomobil yolu, sağ tərəfdən elektrik cərəyanı trasformatoru olan hissədə eni 20 metr, uzunluğu 35 metr, sahəsi 0,07 ha olmaqla ferdi yaşayış evin inşa edilməsi üçün qarşılıqlı iddiaçı cavabdeh1 ayrılmış, o vaxtdan da o, həmin torpaq sahəsini əvvəl dəmir torpa, sonra isə daş hasara almaqla içində də bir mərtəbəli yaşayış evi və təndirxana inşa etməklə istifadə etmiş, 1995-ci ildə isə cavabdeh1 Rusiya Federasiyyasına köçməsi səbəbindən həmin torpaq sahəsi Lerik RIHB-nın Vizəzəmin kənd ərazi nümayəndəliyinin 1995-ci ilin təsərrufat başı kitabında axırıncının həyat yoldaşı cavabdeh2 adına keçirilmiş, qeyd edilmiş torpaq sahəsindən heç bir istiqamətdə nə piyada, nədəki, avtomaşın yolu olmamışdır. Məhkəmə cavabdeh2 mübahisə edilən torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınmamasını əsas göstərərək qarşılıqlı iddianı təmin etməməklə MM-in 152.1, 157.2,157.4, 157.8, 164.1 və 164.2-157.8-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən işin həqiqi halların tam və obyektiv araşdırmamış, qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərardadı ilə müəyyən edilmiş halları yənidən araşdıraraq qiymət vermiş, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Hamarmeşə Bələdiyyəsi tərəfindən 2006-cı ildə tərtib edilmiş Hamarmeşə kəndin ümümi plansxemində iddiaçı1 mülkiyyətində olan 0,10 ha sahəli həyətyanı torpaq sahəsinə piyada və abtomobil yolun kəndin şimali-şərq hissəsindən keçməsi müşahidə olunmasına, Məhkəmə Ekspertiza Mərkəsinin ##.##.2017-ci il və ##.##.2017-ci il tarixli mütəxəssis və ekspert rəyləri, həmin kəndarası yolun ölcüzü 7x40 metr olmaqla 30 metr təşkil etməsinə, iddiaçı1 məxsus 0,065 ha, iddiaçı2aya satdığı 0,035 ha torpaq sahəsinə kəndarası yola çıxış-giriş nəzərdə tutulması məhkəməyə təqdim edilmiş həmin yolun fotoşəkilləri, video görüntüləri əks edilmiş disklə subuta yetirildiyi təqdirdə, məhkəmə həmin subutlara ümümiyyətlə diqqət yetirməmiş, bununla da MPM-nin 14.1, 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi mübahisə edilən qətnaməni çıxararkən qanuni qüvvəsini almış Lerik Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsi və Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə ilkin iddiaçı iddiaçı1 eyni cavabdehlərə qarşı eyni tələb əsasında çıxarılmış məhkəmə qərarları mövcud olduğu halda, bir tərəfdən ##.##.2025-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı1yva münasibətdə xitam edilməsi haqda qərardad qəbul edir, digər tərəfdən isə eyni tarixli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə həmin tələbin təmin edilməməsi haqda qətnamə qəbul edir. Bununla da məhkəmə MPM-in 82.3 və 217-218-ci maddələrinin tələblərini pozmuşdur.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Qasım Əliyev və Cahid Imanov) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
20. Məhkəmə apellyasiya şikayətinin dəlillərini ilk iddia üzrə işin icraatına xitam verilməsi hissədə tədqiq edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında formalaşan hüquqi mövqedən çıxış edərək hesab etmişdir ki, ilk iddia tələbi üzrə işin icraatına yalnız iddiaçı iddiaçı1 cavabdeh Muradova (Qüdrətova) Firuzə Sahil qızına qarşı “yolun zəbtdən azad edilməsi edilməsi, tikintinin sökülməsi, maneələrin aradan qaldırılması” tələbi hissədə xitam verməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, hazırkı mübahisə istisna olmaqla iş üzrə iddiaçı1 mübahisəli avtomobil yolu ilə bağlı iddiaçı qismində çıxış etdiyi 2 məhkəmə qətnaməsi və bir icraata xitam verilməsinə dair məhkəmə qərardadı mövcuddur. Yalnız, Lerik Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi və Lerik Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)- **/**** nömrəli xitam qərardadında subyekt tərkibinin (iddiaçı iddiaçı1, cavabdeh cavabdeh2) və hüquq münasibətinin eyniliyi müəyyən olunmuşdur. Digər hallarda isə iddiaçılar eyni olsa da, iddiaya cavab verməli olan şəxslər qismində başqa şəxslər cəlb edilmişlər. Odur ki, ilk iddia üzrə işin icraatına bütövlüklə xitam verilməsi üçün prosessual əsaslar işdə müəyyən olunmmamışdır.
21. Həmçinin, məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıların “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində gediş-gəliş üçün avtomobil yolunun hansı ərazidən olmasının öz əksini tapmaması müəyyən olunmuşdur. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən iddiaçı iddiaçı2 Balakişı oğlunun mülkiyyətində olan 0,035 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) və şimal-şərq istiqamətlərindən, iddiaçı iddiaçı1 mülkiyyətində olan 0,065 ha torpaq sahəsinə isə gediş-gəliş üçün avtomobil yolunun həmin torpaq sahəsinin qərb (mübahisəli ərazi istiqamətindən) istiqamətindən mövcud olması, həmin torpaq sahələrinə qərb istiqamətdən mövcüd məhkəmə predtmeti olan mübahisəli gediş-gəliş üçün avtomobil yolunun tədqiqat zamanı iddiaçıların istifadəsi üçün açıq olması, cavabdelər X2, cavabdeh1 və cavabdeh3 tərəfindən tutulmaması müəyyən olunmuşdur.
22. Məhkəmə ilkin torpaqayırma sənədlərində iddiaçıların torpaq sahələrinə avtomobil yolunun mübahisəli ərazidən nəzərdə tutulmamasına, həmin ərazinin qarşılıqlı iddia üzrə cavabdeh2 qanuni sahiblik və istifadəsində olan torpaq sahəsi olmasına dair apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, mübahisəni ekspert rəyini nəzərə alaraq torpaqların elektron kadastr uçotu informasiya sistemindəki mövcud baza məlumatları əsasında həll edən birinci instansiya məhkəməsi tam haqlı olmuşdur. Nə qədər ki, torpaqların elektron kadastr uçotu informasiya sistemindəki mövcud baza məlumatları qarşılıqlı iddiaçılar tərəfindən mübahisələndirilmir, əksi sübuta yetirilənədək reyestr məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ilk iddianın təmin olunması qarşılıqlı iddianı aradan qaldırır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. X3 (vəkil Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə kassasiya şikayətinin təmin edilməsi və mübahisənin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
26. Maddə 66.1. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər: Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
27. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
28. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
29. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
30. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
36. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
37. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
38. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
40. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
42. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
43. Maddə 170.1-170.4. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. Ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilk iddiaya etirazda, qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.