Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-949/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və X3 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2*26-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Iddiaçı orta ixtisas təhsilli, peşəsi pedaqoqdur, *1 sentyabr 199*-cı il tarixdən S.Rüstəmov adına uşaq musiqi məktəbində nəzəriyyə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.
2. ## #### 2*25-ci il tarixdə Attestasiya keçirilən zaman Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Iddiaçı ümumi 27 sual verilmiş, onlardan 1* suala cavab verilmişdir. Attestasiyası komissiyasının üzvlərinin səslərin 2 lehinə, 3 əleyhinə olmaqla, o, tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
3. Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinin # ##### 2*25-ci il tarixli, ** nömrəli əmrə əsasən həmin Məktəbin nəzəriyyə müəllimi Iddiaçı *# ##### 2*25-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *# ##### 2*25-ci il tarixli ** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməyi və *# ##### 2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı *1 sentyabr 199*-cu il tarixdə 3 nömrəli Musiqi Məktəbində musiqi nəzəriyyə müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. *# ##### 2*25-ci ilə kimi həmin məktəbdə fasiləsiz işləmişdir. 2*12-ci ildən işdən azad olunana kimi *# ##### 2*25-ci ilə kimi məktəbin nəzəriyyə şöbəsinin müdiri 2*16-cı ildən 2*2*-ci ilə kimi ödənişli şöbənin müdiri vəzifəsində işləmişdir. Işlədiyi dövrdə heç bir töhmət almamış, müəllim kollektivi, şagird və valideynlərlə arasında heç bir narazılıq olmamışdır. Həmişə işinə məsuliyyətlə yanaşmış, daim ixtisası üzrə öz üzərində işləmişdir. 2*15-ci ilin mart ayında keçirilən attestasiyada ən yüksək qiymət almışdır. Işlədiyi dövrdə fəxri fərmanlarla təltif olunmuş, 2*18-ci ildə isə Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsi tərəfindən “X1 Müəllimi” fəxri adına layiq görülmüşdür. Bundan əlavə, 2**8-ci ildən hazırkı günə kimi ** saylı Sumqayıt 3-cü Seçki dairəsinin ** saylı seçki məntəqəsində katib və məktəbin ictimai işlərində fəal iştirak etmişdir. ## #### 2*25-ci il tarixdə keçirilən attestasiyanın nəticəsi ilə razı deyildir. Verilən sualları düzgün cavablandırmışdır. Həmin qərarla onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Halbuki, o, öz ixtisasını, proqramını gözəl bilir və tutduğu vəzifəni həmişə layiqincə yerinə yetirmişdir. Attestasiya keçirilməsi barədə onlara xəbərdarlıq edilərkən rəhbərlik və Mədəniyyət nazirinin müşaviri XXX onları əmin etmişdir ki, attestasiyanın nəticəsi işdən azad edilməyə səbəb olmayacaq və bu yalnız müəllimlərin savadını yoxlamaq məqsədi daşıyır. Attestasiya zamanı iddiaçı 26 sualdan 23-ü musiqi ədəbiyyatı fənnindən, 3 sual isə solfecio fənindən olmuşdur. Iradını bildirmişdir ki, ona solfeciodan sual verilsin. Onlar isə iddiaçıya bildirdilər ki, sizi heç kim işdən çıxartmayacaq, təkmilləşdirmə kursuna yazılırsınız. Sonradan onun işdən azad olunmağı barədə əmr vermişlər və yenə də onu kursdan sonra işinə bərpa edəcəklərinə əmin etmişlər. Hazırda isə ona verilən sözdən yayınmışlar.
6. Cavabdeh tərəf iddiaya etiraz verərək göstərmişdir ki. iddiaçının məhkəməyə şahid qismində gətirdiyi şəxslərin iddiaçının əmrlə tanış olması barədə ifadələri ziddiyyətlidir. Belə ki, biri bu barədə ona zəng gələndə yanında olduğunu, digəri əmək kitabçasını götürərkən maşında olduğunu bildirir. Iddiaçı isə qeyd edir ki, bu barədə onun telefonunda mesajlar var. Hətta ifadələr üst-üstə düşmüş olsaydı belə, iddiaçı ## #### 2*25-ci il tarixdə əmrlə tanış olubsa, necə olur ki, barəsində məlumatlı olmadığı əmr barəsində 1 ay əvvəlcədən mediasiya təşkilatına müraciət edir? Attestasiyanın birinci mərhələsində 52 müəllim işdən azad edilmişdir. Təhvil-təslim jurnalına baxanda görünür ki, *# ##### 2*25-ci il tarixdə artıq iddiaçı bütün sənədləri almış və prosesdən məlumatlı olmuşdur. Iddiaçı əmrlə jurnalda göstərilən tarixdə (*# ##### 2*25-ci il) tanış olması barədə həmin vaxt məktəbin direktoru vəzifəsini icra edən X2 ilə yazışmaları da mövcuddur. Iddiaçının özünün bildirdiyi kimi, o, ixtisasartırma kursuna cəlb olunmuş, oktyabr ayında nazirlik tərəfindən keçirilməsi nəzərdə tutulmuş imtahandan müvəffəqiyyət əldə edərsə, işə bərpa olunmağa haqq qazanacaqdır. Iddiaçı işdən çıxarılması barədə əmri mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
7. Cavabdeh həmçinin ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırkı tələblə bağlı iddia müddəti ötürülmüşdür. Bu səbəbdən məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Iddiaçı *1 sentyabr 199* – *# ##### 2*25-ci illərdə Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbində Musiqi nəzəriyyəsi müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilmədiyi üçün, *# ##### 2*25-ci il tarixli, ** saylı əmrlə həmin tarixdən ƏM-in 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilmişdir.
10. Məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyindən daxil olmuş diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirərkən iddiaçıya qarşı qərəz münasibət müşahidə edilmiş, verilmiş sualların 1*-u iddiaçı tərəfindən cavablandırılmışdır. 23 sual musiqi ədəbiyyatından olmuş, həmin sualların 16-17 sual cavablandırılmışdır. Buna baxmayaraq, komissiya üzvləri tərəfindən iddiaçıya qərəz nümayiş etdirilərək lehinə səslərin sayı 2, əlehinə səslərin sayı 3 olmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı sualları yetəri qədər cavablandırmış, lakin qiymətləndirilmənin keçirilməsi və bunun nəticəsində qəbul edilmiş əmrin əsassız olmaqla, ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Cavabdeh tərəfindən müddətin tətbiq olunması ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddiaçının əmrin surətinin nə vaxt alınması işin araşdırılan halları ilə müəyyən edilməmiş, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında izahatında “özünün may ayının 26-da təyin olunmasını, aprel ayında işinə xitam verilmiş iddiaçıya münasibətdə əmək münasibətinə xitam verildiyini, 1 aydan artıq işə gəlməməsini, maaş almadığını görüb işdən çıxarılmasını başa düşməsini bildirmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən işdən çıxarılmağı ilə bağlı əmrin mübahisələndirilməsi ilə bağlı mediasiya müraciəti üçün müddətin ötürülməsi barədə ərizə əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi işdən çıxarılması barədə əmrin surətinin iddiaçının nə vaxt alınması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, əksinə 26 may tarixində direktor vəzifəsinə təyin olunduqdan sonra iddiaçının məlumatlandırılması ilə tapşırığın verilməsi barədə özü izahat vermişdir. Iş materiallarına əlavə olunmuş ## #### 2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Iddiaçı əmrin surətini imza edib götürməsinə baxmayaraq, nə vaxt imza etməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin əsassız olması yuxarıda qeyd olunan, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 11, 46.1, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 79-1, 83.1, 3**.1, 296, 375, 377.1-ci, “Mediasiya haqqında” Qanunun 36.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2*26-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimli və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə istinad edərək qeyd etmişdir ki, iş materiallarında olan *# ##### 2*25-ci il tarixli Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinin ** nömrəli, Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinin nəzəriyyə müəllimi Iddiaçı *# ##### 2*25-ci il tarixindən AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq Iddiaçı son haqq-hesabının ödənilməsi əmr edilmişdir.
16. Nəzərə alınmalıdır ki, bu qəbildən olan mübahisələrin həlli zamanı qarşı tərəf iddia müddətini mübahisələndirdikdə, ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirilməlidir.
17. Apellyasiya kollegiyası iddiaçının sözügedən maddənin tələblərinə əsasən əmri, əmək kitabçasını və son haqq-hesab barədə məlumatların 2*25-ci ilin iyun ayında alması halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması, hətta bundan məlumatlı olması belə yetərli hesab olunmuşdur. Çünki, həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir.
18. Əlavə olaraq apellyasiya araşdırması zamanı iddiaçı *# ##### 2*25-ci il tarixdə işdən azad olunması barədə məlumatının olmadığını bildirsə də, izahatında bunun əksinə olaraq, həm həmin tarixdən sonra ona son haqq-hesab ödənildiyini, bundan sonra əmək haqqı almadığını, hətta yenidən imtahan verib işə qəbul olunmaq üçün 2 aylıq təlim kursuna cəlb olunduğunu bildirmişdir.
19. Bundan əlavə, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, sonuncu *2 iyun 2*25-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, ## #### 2*25-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı arayış almışdır.
20. Bu isə o deməkdir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan *# ##### 2*25-ci il tarixdən (əmrin verildiyi vaxtdan) hesablandıqda, artıq mediasiya təklifi göndərilərkən müddət ötürülmüşdür.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi haqqında ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin qeyd edilən tarixdən başlamasını əsas götürərək sonrakı dövrdə mediasiya prosesinin tətbiqi ilə bağlı aparılmış icraatları da müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlmişdir ki, iddiaçının hüquqlarının pozuntusunu aşkar etdiyi real vaxt olan *# ##### 2*25-ci il tarixdən hesablandıqda artıq mediasiya təklifi göndərilərkən müddət keçmişdir. Bu da o deməkdir ki, istər iddia müddətini başlanması, istərsə də məhkəməyə müraciət edilmə ilə bağlı iddiaçının arqumentləri əsaslı hesab olunsa idi belə, yuxarıda qeyd edilənlər onun iddiasının müddətin ötürülməsi və eyni zamanda cavabdeh tərəfindən də bu barədə ərizənin məhkəməyə təqdim edilməsi səbəbindən rədd olunmasına əsas verir.
22. Həmin müddətin ötürülməsinə dair üzrlü səbəblərin olub-olmamasına münasibətdə isə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırkı iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, beləliklə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.
23. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə iddiaçı hüququnun müdafiəsi ilə bağlı qanunvericiliklə ona verilmiş 1 aylıq müddəti ötürmüş, bu ötürmənin üzrlü səbəblərdən irəli gəldiyini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
24. Apellyasiya kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 11, 64-cü maddənin 1 və 2-ci hissəsinə, 65-ci maddənin 1-ci hissəsinə, 68-ci maddənin 1-ci hissəsinə, 7*, 294-cü maddənin 1-ci hissəsinə, 296-cı maddəsinin 2 və 3-cü hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 372.2, 372.6, 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinin tələbləri pozulmuşdur.
27. Belə ki, cavabdeh tərəf əsassız olaraq iddiaçını işdən kənarlaşdıraraq onun konstitusion hüququ olan əmək hüququnu pozmuşdur. Iddiaçı artıq uzun müddətdir ki işsizdir. Iddiaçı ## #### 2*25-ci il tarixdə keçirilən attestasiyanın nəticəsi ilə razı deyildir, verilən sualları düzgün cavablandırmış, bunu imtahanın həyata keçirilməsi zamanı qeydə alınan video görüntülər də sübut edir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verilməsinə baxmayaraq, iddiaçının əmrin surətinin nə vaxt alınması işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Belə ki, *# ##### 2*25-ci il tarixli, ** saylı əmrin surətinin iddiaçı tərəfindən imza edilərək götürülməsinə baxmayaraq, nə vaxt imza etməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Lakin, iddiaçıda olan səs yazısı və yazışmalara dair sübutlarda həmin məktəbdə katibə vəzifəsində işləyən xanımla iddiaçı arasında keçən söhbətlər, əmrin *# ##### 2*25-ci il tarixə aid olması, lakin iddiaçı tərəfindən ## #### 2*25-ci il tarixində götürülməsi öz əksini tapmışdır. Iddiaçıya əmrin surətinin əmrin verilmə tarixindən 1 ay müddət keçdikdən sonra təqdim olunması özü də sırf iddia müddətinin ötürülməsi görüntüsü yaratmaq niyyəti ilə həyata keçirilmişdir. Bu isə cavabdeh orqanın öz hüquqlarından sui-istifadə etməsi və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin, iddiaçı attestasiya keçirildikdən sonra öz iş yerinin təşəbbüsü ilə bir neçə aylıq təlim kursuna cəlb edilmiş, təlim kursu bitdikdən sonra işə qayıdacağına güman etmişdir. Təlim kursu dövründə isə ona işdən çıxarılma əmri barədə məlumat verilməmişdir, əmrin verilmə tarixindən 1 aylıq iddia müddəti ötürüldükdən sonra bu barədə iddiaçıya məlumat verilmiş və iddiaçı əmri əldə etmişdir. Yəni cavabdeh iddiaçının həmin əmri mübahisələndirmək hüququna süni şəkildə maneə yaratmış, həmin hüququnu pozmuş, daha sonra isə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim etmişdir. Iddiaçının əmrin ona gec verilməsinə dair sübut təqdim edə bilməsinə baxmayaraq, cavabdeh isə bunun əksi barədə heç bir sübut təqdim edə bilməmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Cavabdeh Abşeron-Xızı Regional Mədəniyyət Idarəsi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin əsassızlığı barədə heç bir tutarlı dəlil yoxdur. Şikayət yalnız prosessual gedişi uzatmaq məqsədilə verilmişdir.
Kassasiya baxışının hədləri
31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
32. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 7*-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2**1-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı araşdırma aparılmış və işdə olan sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
39. Iddiaçının kassasiya şikayətinin əsas dəlili mübahisələndirilən əmrin ona vaxtında verməməsi səbəbindən iddia müddətinin keçməməsidir.
40. Lakin, apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçı *# ##### 2*25-ci il tarixdə işdən azad olunması barədə məlumatının olmadığını bildirsə də, həmin tarixdə sonra ona son haqq-hesab ödənildiyini, bundan sonra əmək haqqı almadığını, yenidən imtahan verib işə qəbul olunmaq üçün 2 aylıq təlim kursuna cəlb olunduğunu apellyasiya instansiyası məhkəməsinə bildirmişdir. Bu isə ona dəlalət edir ki, onun barəsində qəbul edilmiş əmrin mövcudluğundan xəbəri olmuş, mediasiya təşkilatına *2 iyun 2*25-ci il tarixdə müraciət edərkən isə artıq iddia müddətini ötürmüşdür.
41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.