Məhkəmə qərarları › İş №2(1-8)-954/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-954/2026

12.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-954/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı oğlunun cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2025 nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imahanından keçməmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən Ağsu rayonu, Arif Cəbiyev adına Bico kənd orta məktəbin direktoru arasında bağlanmış əmək müqaviləsi məktəb direktorunun ## #### 2025-ci il tarixli, 40 nömrəli əmri ilə ləğv edilmişdir.

2. Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) Aparat rəhbərinin # #### 2025-ci il tarixli 2-5/2-21362/2025 saylı Azərbaycan Respublikası elm və təhsil nazirliyinin müavininə və surətinin mənə ünvanlandırdığı məktubda göstərilmişdir: Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1 dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

3. Ağsu RIH-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlindən verilmiş 5- 34-22/2-3-99/2025 saylı 18072025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Ağsu rayon Bico kənd sakini İddiaçı hal-hazırda Ağsu rayonunun Bico kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibə ailə üzvləri var: 1) həyat yoldaşı X3; 2) oğlu-X16, 3) bacısı- X4(l qrup əlil).

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı abdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş onun işdən azad olunmağı barədə əmrinin ləğv edilərək onun işə bərpa olunmağını, ilkin mediasiyaya görə ödədiyi 60 manat məbləğində xərcin və iddia ərizəsinin verilməsinə görə ödədiyi 50 manatdan ibarət dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi belə əsaslandırılmışdır ki, o, 1994-cü ildən yaşadığı kənddəki Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbində 2025-ci ilədək ingilis dili müəllimi vəzifəsində işləmişdir. Işlədiyi müddətdə heç bir tənbeh almamışdır. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmada müvəffəqiyyət qazana bilməmişdir. Əslində bu həmin imtahan zamanı müəyyən problemlərin yaranmasından olmuşdur, bu başqa mübahisənin predmetidir. Lakin, həmin sertivkalaşdırmada müvəffəqiyyət qazana bilməmişdir. Bunu nəzərə alan həmin məktəbin direktoru Cavabdeh ##.##.2025-ci tarixli 40 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsini ləğv edərək onu işdən azad etmişdir. Əmrdən narazı qalaraq pozulmuş hüquqlarının bərpasına kömək edilməsi üçün Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) şikayət ərizəsi yazaraq göstərmişdir ki, işəgötürən direktor onunla bir kənddə yaşamaqla və ailə üzvlərindən birinin İ dərəcə əlilliyinin olmasını yaxşı bildiyi halda bunu nəzərə almamışdır.

6. Məhkəmə araşdıması zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də cavabdeh kimi mülki işə cəlb edilmişdir.

7. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, o, sertifikasiya imtahanı vermiş, lakin nəticəsi olmadığı üçün qanuna əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçının qəyyumluğunda əlil şəxsin olması ilə bağlı hər hansı sübut, sənəd məhkəmə iclasından əvvəl ona təqdim olunmamışdır. O, dəfələrlə iddiaçıya bununla bağlı sənəd təqdim etməsini xahiş etsə də, hər hansı sənəd təqdim edilməmişdir. Iddiaçının iddia etdiyi şəxsi kabinetinə 3 dəfə fərqli balın gəlməsi isə hər hansı bir müəllimin və direktorun müdaxilə edə biləcəyi bir hal deyildir. Şəxsi kabinet imtahan verənin özü tərəfindən yaradılmış, kabinetə girişi həmin şəxsin özündən başqa kimsə edə bilməz.

8. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X8 Şirvan Regional Təhsil Idarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, sertifikasiya imtahanı təhsilverənlərin hər birinə şamil olunur. Qanun əsasında hər il təhsilverənlərdən imtahan götürülür. Iddiaçı da təhsilverən olduğu üçün imtahana cəlb olunmuş, ilk imtahanı nəticəsiz olduğu üçün qanuna əsasən ona bir daha şans verilmişdir. Təkrar sertifikasiya imtahanından kəsildiyi üçün onun əmək müqaviləsinə xitam verilmiş və o işdən azad olunmuşdur. Bundan əlavə, himayəsində əlilliyi olan şəxsin olması ilə bağlı onlara heç bir sənəd təqdim etməmişdir. Ona sosial pedaqoq vəzifəsi təklif olunanda ərizə yazaraq təsdiq etmiş, lakin daha sonra lazım olan sənədləri onlara göndərməkdən imtina etmişdir. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunidir.

9. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 Dağlıq Şirvan regional şöbəsinin baş məsləhətçi-baş müfəttişi X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Dağlıq Şirvan Regional təhsil idarəsindən iddiaçı Göyçəyev Bədrəddin Əlişah oğlu barəsində olan sənədləri istəmişlər, lakin onlara heç bir məlumat təqdim olunmadığı üçün protokol tərtib olunmuş, cərimə yazılmışdır. Bu səbəbdən ki, vətəndaşın şikayəti əsasında araşdıraraq müəyyən olunmuşdur ki, sertifikasiya imtahanında iştirak edən şəxsin qəyyumluğunda əlil biri varsa, o sertifikasiya imtahanına cəlb edilməməlidir. Iddiaçının himayəsində əlil şəxsin olub-olmaması ilə bağlı sorğu verilmiş və iddiaçının onlara verdiyi arayışda onun qəyyumluğunda X4 olduğu müəyyən olunmuşdur.

10. Birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçının qəyyumluğunda və ya himayəsində X6 olub-olmaması barədə Ağsu Rayon Icra Hakimiyyətinə sorğu ünvanlanmış, verilmiş cavab əsasında müəyyən edilmişdir ki, X6, qardaşı İddiaçı qəyyumluğuna verilməsi ilə bağlı Ağsu Rayon Icra Hakimiyyəti tərəfindən Sərəncam verilməmişdir. İddiaçı bacısı X6 üzərində qəyyum təyin olunması üçün müraciət etmiş, lakin Ağsu Rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən məqsədəmüvafıq hesab edilməmişdir. İddiaçı bacısı X6 üzərində patronaj təyin olunması üçün müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi izah olunmuş, İddiaçı # ###### 2025-ci il tarixdə bacısı üzərində patronaj təyin olunması üçün müraciət etmişdir

11. Ağsu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, 2(016)-1158/2025 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı iclasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin video görüntüsünə baxılaraq müəyyən edilmişdir ki, İddiaçı ingilis dili fənni üzrə 23 düz, 37 səhv sualı cavablandırmaqla ümumilikdə 23 bal toplamışdır. Videogörüntüdə İddiaçı nəzarətçidən kömək istəmiş, ona vaxtının bitdiyini və 23 bal toplaması barədə bildirildikdə “keçən dəfə bundan çox yığmışdım” deyə cavab vermişdir.

13. Bundan başqa, iddiaçının qəyyumluğunda və ya himayəsində X6 olub-olmaması barədə Ağsu Rayon Icra Hakimiyyətinə sorğu ünvanlanmış, verilmiş cavab əsasında müəyyən edilmişdir ki, X6 qardaşı İddiaçı qəyyumluğuna verilməsi ilə bağlı Ağsu Rayon Icra Hakimiyyəti tərəfindən heç bir qərar (sərəncam) verilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, iddia rədd edilməlidir.

15. Məhkəmə gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, Əmək Məcəlləsinin 65.1, 66 və 79-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 76.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2024-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, dəlillərimiz məhkəmə tərəfindən qəbul edilməmiş, qəbul edilməməsinin səbəbləri qətnamədə göstərilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşıdırılmamış, qanunu səhv təfsir etmiş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd etmişdir ki, sertifikasiya imtahanı zamanı kompüter sönmüş, kompüter şifrələnmiş və topladığım ballar sıfırlanmışdır. Sertifikasiyanın cavabları barədə onun şəxsi kabinetinə 3 ədəd nəticə blankları göndərilmişdir ki, bu da kompüterin sonrakı şifrələnməsini bir daha sübut edir. Çünki sertifikasiyanın bir nəticəsi olur və şəxsi kabinetə bir dəfə göndərilir. ## ###### 2025-ci il tarixdə Elm və Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən məktəb direktoruna məktub göndərilmişdir ki, Nazirliyin məlumat bazası deyil, kompüter nəticəsi əsas götürülsün və bu hal baş verməsin, məzmun sınaq işlərinə baxılsın, əgər haqsızlıq baş verilibsə, aradan qaldırılsın. Nəticədə balı, 43 bal, 29 bal və 23 bal böyük haqsızlıqdan dolayı bəzi hallarda fərqli, imtahan nəticələrinin silinməsi və ya dəyişməsi ilə eyni şəxsi kabinetə gəlmişdir. Məhkəmə iclası zamanı məktəb direktoru ifadəsində müavinlə onun işinə xitam veriləcəyini bildiyini demişdir.

18. Bundan başqa etdiyi müraciətlərlə bağlı ətraflı araşdırma aparmış Ombudsman və Əmək Müfəttişliyi onun haqsız olaraq işinə xitam verilməsi barədə rəsmi cavab vermişlər. Lakin, bu qədər üstün arqumentlərə və iddianın əsaslı olmasına baxmayaraq məhkəmə tərəfindən iddiam təmin edilməmişdir. Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırkı mübahisədə sözügedən normaların tətbiq edilməsi üçün ilk növbədə onun sertifkasiya imtahanlarına cəlb edilməyinin zəruriliyi hər bir halda əsaslandırılmalıdır. Təhsilverənlərin 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulduğu halda onun 30 ildən artıq əmək fəaliyyətinə başladığından müvafiq icra hakimiyyəti orqanı onun beş illik sertifkasiya müddətinin hesablanması zamanı müddətin hansı dövrdən başlanılması və hansı meyarı əsas götürməsi qeyri müəyyəndir. Əlavə olaraq onu da bildirir ki, imtahana yaxşı hazırlaşdığı üçün ## #### 2025-ci ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar şəxsən onun üçün kifayət qədər asan idi. Kompüter vasitəsilə dəqiq bildiyi sualları cavablandırırdı. Bu zaman kompüter dəfələrlə nasazlıqlar olmuşdur. O, ilk əvvəl bunun adi hal olduğunu hesab etdi və bununla bağlı imtahan keçirilən otaqda olan nəzarətçilərə məlumat verməmişdir. Ardınca isə yenidən sualları cavabandırmağa davam etmişdir. Lakin, sonradan o, kompüterdə nasazlığın olduğuna əmin oldu. Bu səbəbdən imtahan zamanı sualları cavablandırmaq üçün qanunvericiliklə müəyyən edilmiş müddəti olmamış, həmçinin sualları cavablandırmağı üçün ona təqdim edilmiş kompüterin texniki imkanları məhdud olmuşdur. Əldə etdiyi məlumata görə X7 tərəfindən keçirilən imtahanlarda olan kompüterin baza məlumatlarında hər bir şəxsin hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək üçün texniki imkanlar vardır . Bu texniki imkanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda olan kompüterlərdə mövcud olub-olmamasını isə bilmir. Bu hal tək onun başına gəlməmişdir. Onunla yanaşı minlərlə şəxs eyni nasazlıqla qarşılaşmışdır. Təhsil Institutunun nəzdində X17 mətbuata verilmiş məlumata əsasən, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə kifayət qədər çox məzmun və texniki məsələ ilə bağlı apellyasiya müraciətləri daxil olmuşdur. Texniki məsələ ilə bağlı digər şəxslər tərəfindən edilmiş apellyasiya şikayəti həqiqətən də imtahan prosesi zamanı həm onun əyləşdiyi kompüterdə, həm də ümumilikdə digər müəllimlərin əyləşdikləri kompüterlərdə qeyd olunan nasazlığın yaranmasını təsdiq edir. Məhz qeyd etdiyi ondan asılı olmayan səbəblərdən sertifikatlaşdırmadan keçə bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları nəzərə alaraq, onun müraciətində qeyd etdiyi halları özünün və imtahanın təşkili prosesində iştirak edən Regional Təhsil Idarəsində nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla, imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış video müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi kompüterin məlumatlarını iştirakı ilə təhlil etməklə və digər zəruri olan prosedurlarla araşdıraraq və qüsursuz fəaliyyət göstərməyini müəyyən etmək olar. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunmuş hüquqları pozulmuşdur. Odur ki, haqlı olaraq bildirir ki, cavabdehlərə qarşı “Imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış video müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi kompüterin məlumatlarını iştirakı ilə təhlil etməklə (hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək məqsədilə) və digər zəruri olan prosedurlarla araşdıraraq imtahan üzrə nəticənin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən imtahanda iştirak etməyinin təmin edilməsi zəruridir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1192/2025 nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Elçin Hüseynov (məruzəçi), Əyyub Kərimov, Zülfüqar Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı şəxsi kabinetinə yüksək bal yığmaqla imtahanın uğurlu olması barədə bildiriş gəlməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Onun məhkəməyə təqdim etdiyi ancaq ballar göstərilən çıxarışların ona aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin balların onun şəxsi kabinetinə gəlməsinə dair hər hansı sübutu da iddiaçı təqdim etməmişdir. Əksinə müəyyən edilmişdir ki, iddiaçı ingilis dili fənni üzrə 23 düz, 37 səhv sualı cavablandırmaqla ümumilikdə 23 bal toplamışdır. Videogörüntüdə İddiaçı nəzarətçidən kömək istəmiş, ona vaxtının bitdiyini və 23 bal toplaması barədə bildirildikdə “keçən dəfə bundan çox yığmışdım” deyə cavab verməsi görünür.

21. Bundan başqa, iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması lazımi qaydada rəsmiləşdirilmədiyindən və bu barədə sübutlar işəgötürənə təqdim edilmədiyindən o, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin təsiri altına düşmür.

22. Məhkəmə kollegiyası iddiaçının yüksək bal yığmaqla imtahanın uğurlu olması barədə ona bildiriş gəlməsinə baxmayaraq sertifikatlaşdırmadan keçirilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırmadan keçməməsinə baxmayaraq onun nəticələrini nə apellyasiya, nə də məhkəmə qaydasında mübahisələndirmək imkanlarından istifadə etmişdir. Eyni zamanda, iddiaçı ##.##.2025-ci il tarixli ərizəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması imtahanından müvəffəqiyyət qazana bilməmişdir. Sosial həssas vəziyyətinin nəzərə alaraq onun sosial pedoqoq vəzifəsinə işə qəbul olmağına köməklik göstərilməsini xahiş etmişdir.

23. Iddiaçının barəsində təkrar sertifikatlaşdırmanın nəticəsi qüvvədə olduğundan hazırkı məhkəmə baxışının predmeti deyildir. Bu səbəbdən, apellyasiya şikayətinin imtahan üzrə nəticənin, qəbul edilmiş qərarın ləğv edilməsi və iddiaçının yenidən imtahanda iştirak etməyinin təmin edilməsi zəruriliyi barədəki dəlili də əsassızdır.

24. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından iddia tələbi əsassızdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işin halları hərtərəfli və tam araşdırılmamış, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 65. Işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri -işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

29. Maddə 66. Attestasiya olunmayan işçilər: - vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; - Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; - bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; - hamilə qadınlar; - uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); - yaşı 18-dən az olan işçilər; - bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; - eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; - kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; - Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

30. Maddə 70 “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə.

31. Maddə 71 (hissə 3) Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. Maddə 79. 1-ci bəndi. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

33. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. Iddiaçı Göyçəyev Bədrəddin Əlişah oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsində işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1192/2025 nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar