Məhkəmə qərarları › İş №2(102)-292/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-292/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-292/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasında dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1451/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 18 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə İddiaçı adına dövlət qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsindən və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsasla ndırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsində ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən 0,0069 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Eyni zamanda həmin torpaq sahəsində inşa edilmiş ev də ona məxsusdur. Belə ki, həmin torpaq sahəsində ev inşa etmiş, qardaşı X7 xx.xx.2016-cı ildə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Həmin vaxtdan qardaşı ilə Cavabdeh yaşayış yerləri olmadığı üçün o, müvəqqəti olaraq mülkiyyətində olan evi onların istifadəsinə vermişdir. Hal-hazırda cavabdeh ilə qardaşının ailə münasibətlərinə xitam verilmiş, lakin cavabdehə dəfələrlə deyilməsinə baxmayaraq onun mülkiyyətində olan mənzildən çıxmaq istəmir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh qar şılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 8300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ilkin iddianı qəbul etmir. Belə ki, xx.xx.2016-cı il tarixdə el adəti ilə iddiaçının qardaşı X7 ilə evlənmiş və Bakı şəhəri, 9cu mikrorayonda yerləşən 2 otaqlı mənzilə gəlin köçmüşdür. Şəxsiyyət vəsiqəsində yaranmış problemlə əlaqədar onların aralarında bağlanmış nikahı rəsmiləşdirə bilməmişdirlər. Onların faktiki nikahdan xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuşdur. Ailə böyüdüyü üçün həyat yoldaşının valideynləri 2 otaqlı mənzili sataraq Abşeron rayonu, Masazır kəndində 2 ədəd ev almışdır. Evin biri özlərinin yaşaması üçün qayınatasının adına, digər təxminən 1 sota yaxın torpaqda tikilmiş evi onunla iddiaçının qardaşı üçün almışdırlar. Torpaq xüsusi mülkiyyətdə, onun üzərində yerləşən ev isə sənədsiz olmuşdur. Onun həyat yoldaşı X7 pis vərdişlərə sahib olduğundan onlara alınan evin altında yerləşən torpaq sahəsi qayınanasının adına rəsmiləşdirilmişdir. Ev faktiki onlar üçün alındığından alınan ilk gündən əri X7 və azyaşlı qızı ilə köçüb həmin evdə yaşamışlar. Ev onlar üçün alındığından və tam onların istifadəsinə verildiyindən, tavanı, dam örtüyünü, döşəməsini dəyişmiş, evi təmir etdirmiş və evin qarşısından bir otaq artırmışlar. Ustalara verilən əmək haqqından əlavə tikinti materiallarına 10000 manatdan artıq pul xərcləmişdir. Həmin pulun bir hissəsini anasından almış və övladını tək böyüdən ana kimi dövlətin ona ayırdığı sosi al yardım hesabına həll etmişdir. İddiaçının qardaşı - həyat yoldaşı X7 ailəyə yardım etmədiyi, pis vərdişlərlə məşğul olduğu və ona başqa qadınla xəyanət etdiyi üçün həyat yoldaşını məhkəməyə verərək aliment tələb etmiş, alimenti ödəmədiyi üçün haqqında axtarış elan olunmuş və hətta 8 gün inzibati qaydada həbs edilmişdir. Əvvəl qayınatası, ondan sonra qayınanası X4 xx.xx.2019-cu ildə qəfildən vəfat etmişdir. Yaşadığı evin altında olan torpağın analarının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmasından istifadə edərək iddiaçı mirası qəbul etmiş, övladının atası X7 isə ona düşən paydan qəsdən iddiaçının xeyrinə imtina etmişdir. Ona təzyiq, pislik olaraq əsas iddia tələbi üzrə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, o nun evin təmirinə və bir otağın tikilməsinə sərf etdiyi pullar əsas iddia tələbi üzrə iddiaçı tərəfindən ona ödənilməlidir. Sözügedən evə çəkdiyi xərclər iddiaçı tərəfindən ödəniləcəyi halda o, mənzildən çıxacaqdır.

6. İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz vermiş və qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddiası əsassızdır. Çünki Abşeron rayonu, Masazır kəndində yerləşən və onun mülkiyyətində olan torpaq sahəsi ona anasından miras əmlak kimi keçmişdir. Belə ki, həmin əmlak əvvəlcə onun mərhum anasının mülkiyyətində olmuşdur, hazırda isə onun mülkiyyətindədir. Cavabdeh onun ailə üzvü deyildir, qardaşı X3 qeyri-rəsmi münasibətlərdə olduğu qadındır. Yaşamağa yerləri olmadığı üçün 2019-cu ildə qardaşına və cavabdehə həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamalarına icazə verilm işdir. Qeyd etmişdir ki, onun anası vaxtilə evi hazır vəziyyətdə torpaq ilə birlikdə almışdır. Hazırda cavabdehin qardaşı ilə faktiki nikah münasibətləri də pozulmuşdur, yəni aralarında heç bir qohumluq əlaqəsi yoxdur. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsindəki evə gəlin köçməmişdir. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsində və həmin torpaq sahəsində inşa edilmiş evdə qalması onun mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Qarşılıqlı iddiasında göstərdiklərinə gəldikdə isə onun tərəfindən həmin torpaq sahəsində heç bir tikili inşa edilməmiş və əsaslı təmir işləri aparılmamışdır. O, cavabdehin təqsirindən öz əmlakına daxil ola və mülkiyyətində olan əmlaka sahiblik edə bilmir. İş o yerə çatmışdır ki, o və qardaşı Anar Məmmədov həmin evə onun tapşırığı əsasında evdə hansısa işləri görməyə gedəndə cavabdeh qardaşı Anar Məmmədova şər və böhtan atır, polis çağırır, problem yaradır. Cavabdehin məqsədi onu öz əmlakından məhrum etməkdir. Torpaq sahəsini mərhum anası özü öz adına almışdır, ona da həmin torpaq sahəsi miras əmlak kimi keçmişdir. Həmin əmlak cavabdehin qardaşı ilə birlikdə yaşaması üçün alınmamışdır. Əgər onların yaşamaları üçün alınsa idi elə qardaşının adına alınmış olardı. Torpaq sahəsi alınan zaman torpaq sahəsində inşa edilmiş ev də mövcud olmuşdur və həmin evin layihəsi də mövcuddur. Həmin ev 2017-ci ildə təsdiq edilmiş layihə əsasında (ilkin mülkiyyətçinin adına tərtib edilmişdir) tikilmişdir və bu gün də layihədə olduğu vəziyyətdədir. Bundan başqa cavabdehə yaşayış evində artırma işlərinin aparması, nə də başqa bir işlərin aparılmasına icazə və razılıq verməmişdir. Habelə cavabdeh tərəfindən torpaq sahəsində heç bir tikinti, artırma və torpaq sahəsində yerləşən evdə heç bir əsaslı təmir işləri aparılmamışdır. Hətta aparılsa da belə onun buna razılığı olmadığı üçün cavabdeh hər hansı bir məbləği ondan tələb edə bilməz. Cavabdehin qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi qaimə-fakturalara gəldikdə isə həmin qaimə fakturalarda nə alan, nə də satan adamların adları qeyd edilməmişdir, eyni zamanda qaimə fakturalarda möhür də yoxdur. Həmin qaimə fakturalar hər hansı bir halı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Cavabdeh o zaman ondan 8300 manat məbləğini tələb edə bilərdi ki, onunla cavabdeh arasında cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi işlərin görülməsinə yazılı razılığı olardı və həqiqətən, həmin işlər in görülmüş olması ilə bağlı mötəbər sübutlar - tikinti-təmir işlərinin aparılmasına dair podratçılarla bağlanmış müqavilələr, kassa çekləri, smeta sənədləri və s. mövcud olardı, heç olmasa orada mövcud olan kombinin, su qızdırıcısının cavabdehin adına tərtib edilmiş zəmanət talonu mövcud olardı. Hazırda qeyd edilən hallara dair heç bir sübut qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda torpaq alınan zaman üzərində mövcud olmuş ev ilə bağlı tərtib edilmiş layihə də mövcuddur ki, həmin sənəddə torpaq sahəsi alınan zaman onun üzərində olan evin hansı vəziyyətdə olması öz əksini tapmışdır. Qeyd edir ki, cavabdehin qarşılıqlı iddiasının əsasını təşkil edən heç bir normativ-hüquqi akt qarşılıqlı iddiada göstərilməmişdir. Halbuki hər bir tələbin əsasında qanun dayanır, hazırda cav abdehin tələb etdiyi məbləği hansı qanun normalarına əsasən tələb etdiyi də aydın deyildir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1890/2024 nömrəli qətnaməsi ilə (hakim E. Məmmədov) ilk iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən Cavabdeh çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi ilk iddiaya dair nəticəsi ilə bağlı qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0069 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş fərd i yaşayış evini tərk etməməsi ilk iddiaçının mülkiyyət hüququnun pozulması ilə bərabər, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququnun da pozulması ilə nəticələnmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə və onun üzərindən inşa edilmiş fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmamışdır və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir.

9. Məhkəmə fərdi yaşayış evinə çəkilmiş xərclərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi nəticəsində gələrkən hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunmuş 8300 manat vəsaitin iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi barədə qarş ılıqlı iddia üzrə tərəf sübut kimi müxtəlif tarixlərdə verilmiş qaimə-fakturalara və fotoşəkillərə istinad etmiş, yalnız həmin qaimə-fakturaları və fotoşəkillər ilə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etmək mümkün deyildir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələblərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh (vəkili Vəkil) apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onu nla əsaslandırmışdır ki, ev faktiki onlara məxsus olsa da, iddiaçı bir gün belə həmin evdə yaşamasa da, varis kimi evi ələ keçirmiş, evin yerləşdiyi torpaq sahəsi onun adına dövlət qeydiyyatına alınmışdır. Ona görə də, onun evin təmirinə və bir otağın tikilməsinə sərf etdiyi pullar əsas iddia tələbi üzrə iddiaçı tərəfindən ona ödənilməlidir. Evin təmirində, tikintisində iştirak etmiş ustalar X8 və X5 şahid qismində ifadə vermək üçün məhkəmə iclasına gəlmiş, şahid dindirilməsinə ehtiyac yoxdur deyən işə baxan hakim şahidləri dindirməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməsinin şikayət verən şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıran dəlillər qeyd edilməlidir. Evin təmirində, tikintisində iştirak etmiş ustalar X8 və X1 şahid qismində məhkəm ə iclasında dindirilməsini xahiş edir. Həmin şahidləri dindirilməsi üçün məhkəməyə dəvət etsə də, məhkəmə həmin şahidləri dindirməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1451/2024 saylı, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Rəhimli və A.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı tələbinin əsası kimi müxtəlif tarixlərdə verilmiş, təsdiq olunmamış qaimə-fakturalara və fotoşəkillərə istinad etmişdir. Məhkəməyə təqdim edilmiş imzasız və möhürsüz qaiməfakturaları isə məhkəmə sübut növü kimi qəbul etmir. Belə ki, qanunvericiliyin tələbin ə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Odur ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, təqdim edilmiş fotoşəkillər (səh. 70-75) iş üçün əhəmiyyət daşıyan faktiki halları - evin məhz qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) tərəfindən təmir edilməsini təsdiq etməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə çəkilmiş 8300 manat vəsaitin sərf olunması işin halları ilə müəyyən olunmamış, belə olan halda, tikiliyə çəkilmiş xərcin tutulmasından imtina barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 152, 157.4, 157.5, 734, 1091, 1092.1, 1092.2, 1093.1, 1093.2, 1093.2.1 və 1093.2.2, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 217.1, 217.2, 372.6, 372.7, 384.0.1 və 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, yaşadığı evin altında olan torpağın analarının adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatı na alınmasından istifadə edən iddiaçı mirası qəbul etmiş, övladının atası X7 isə ona düşən paydan qəsdən iddiaçıya xeyrinə imtina etmişdir. Ona təzyiq etmiş, pislik olaraq, torpaqdan və evdən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Evin sənədsiz olduğunu, evi onun ev etdiyini, evin onun olduğunu bilir. O tək qız uşağı böyütmüşdür. Bu gün uşağının atası qəsəbədə bir qadının yanında yaşayır. Gec-tez narkoman qapıya dayanıb məndən ev istəyəcək. Ona görə də o özünə, qızına ev qurmaq üçün çəkdiyi xərcin bir hissəsini iddiaçıdan tələb edir.

19. Cavabdeh həmçinin qeyd etmişdir ki, Mülki Məcəlləsinin 159 və 160-cı maddələrinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 2017-ci ildən mən faktiki mübahisəli evdə yaşayır, ev onundur. Evi bərpa etmək, orada yaşamağa cavabdehə razılığı qaynanası vermişdir.

20. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamədə maddi və prosessual hüquq normalarını sadalamış, lakin gəldiyi nəticə ilə qanunu səhv təfsir etmişdir. Məhkəmə faktiki hallara düzgün qiymət vermədən, faktlara deyil formal mülahizələrə əsaslanmışdır. Qətnamədə qarşılıqlı iddia üzrə iddiaçı müxtəlif tarixlərdə verilmiş təsdiq edilməmiş qaimə-fakturalara və fotoşəkillərə istinad etmişdir. Məhkəməyə təqdim edilmiş imzasız və möhürsüz qaimə-fakturaları isə məhkəməsübut növü kimi qəbul etməmişdir. Məhkəmə evini tikmiş, material almış ustalar olan şahidləri X8 və X2 dindirməkdən imtina etmişdir. Məhkəmə iclası 10 dəqiqə çəkdiyindən sübut kimi istədiyi sənədləri təqdim etməyə imkanı olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə et mək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

30. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

31. Maddə

734. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir.

32. Mad də 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

34. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdeh və qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsində, apellyasiya şikayətində və məhkəmə iclaslarında irəli sürdüyü dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kol legiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, ka ssasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1451/2024 nömrəli iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar