Məhkəmə qərarları › İş №2(102)-4053/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4053/2024

12.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4053/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarma, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi mübahisə pr edmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “torpaq sahəsinin boşaldılması və həmin sahədəki tikililərdən çıxarılmaları” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1035/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə1) və Cavabdeh1 (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətlərinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Sumqayıt şəhəri Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin sədri Tamara Məmmədova tərəfindən tarix göstərilmədən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 8 sot torpaq sahəsi ayr ılmış, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Komitə sədri həmin torpaq sahəsinə baxış keçirmiş və məlum olmuşdur ki, 2014-cü ilin mart ayından "xxxx" QSC tərəfindən İddiaçı əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır: Cavabdeh1 (ailə başçısı), Cavabdeh2 (həyat yoldaşı), X6 (qızı), X2 (qızı), X3 (qızı), X4 (oğlu), X10 (qızı), X8 (qızı). 2. "xxxx" QSC-nin infrastruktur departamentinin rəisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 198896 nömrəli məktubunda, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun PirşağıSumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 mdən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən dəmiryolunun sözügedən ərazisində təhk im zolağının eni 26 metr müəyyən olunmuşdur. Təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə ona ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı 21 iyun 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur.

4. İddiaçı ilə Sumqayıt QİS arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 497 nömrəli qaz paylayıcısı ilə məişət qaz qu rğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesab əsasən ödəyir.

5. Azərbaycan Dövlət Dəmir Yollarının “Yol xidmətinin rəisi” tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumatda qeyd olunmuşdiur ki, mövcud dövlət qanunları əsasında və yol rəisinin xx.xx.1979-cu il tarixli əmrin çərçivəsində 29 saylı dəmir yolunun altında dəmir yoluna məxsus torpaq sahəsini olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85 m kimi artımı istiqamətində yo lun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir.

6. İddiaçı, X11, X21, X26, X19 tərəfindən tərtib edilmiş 16 dekabr 2005-ci il tarixli aktdan görünür ki, X20, İddiaçı, 7 (yeddi) sot ona məxsus olan bağ sahəsindən satdı. 5.700 (beş min yeddi yüz) ABŞ dollara satmışdır. Akt həmin şəxslər tərəfindən imzalanmışdır.

7. Razılaşma adlandırılan xx.xx.2020-ci il tarixli sənədə əsasən, X18 (AZE********) özünə məxsus torpağı 8.000 (səkkiz min manat) məbləğində Cavabdeh1 (AZE********) satmışdır. X24, Cavabdeh1 və İlqar Şıxəliyev tərəfindən imzalanmışdır. 8. "xxxx" QSC-nin sədr müavini tərəfindən Sumqayıt regional Vəkil Bürosunun vəkili Nigar Hüseynovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-1/2-2017/2023 nömrəli sorğuya cavabda qe yd olunmuşdur ki, qeyd edilən məsələ ilə əlaqədar araşdırma aparılmış və İddiaçı ADY-də işləməsi, habelə ona torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd aşkar olunmamışdır. Qeyd edilmişdir ki, dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən bostan və tərəvəz becərilməsi, eləcə də örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərin qısamüddətli istifadəsinə verilə bilər. Sözügedən qərar qüvvəyə minənədək isə dəmir yolunun təhkim zolağı hüdudlarında torpaq sahələri dəmiryolçuların müddətsiz istifadəsinə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 270 nömrəli qərarına uyğun olaraq Azərbaycan Dəmir Yolunun xx.xx.1979-cu il tarixli 29 nömrəli əmri əsasında bostan və tərəvəz becərilməsi, örüş və ot çalını məqsədləri üçün verilirdi və bu barədə onlara məktublar göndərilməklə müvafiq rəsmiləşdirmə aparılırdı. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadları) qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və övladları X6, X2, X3, X4, X9, X5 "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmi şdir.

10. İddiaçı daha sonra iddia ərizəsinə dəyişiklik edərək "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ADDY tərəfindən xx.xx.1979-cu ildən ona torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində özünə məxsus fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə bir müddət ailəsi ilə birgə yaşasa da, daha sonra evi cavabdehlərə kirayə vermişdir. Lakin cavabdehlər uzun müddətdir ki, evin kirayə haqqını ona ödəməyiblər. Dəfələrlə kirayə haqqını ödəmədikləri üçün evdən çıxarılmalarını tələb etsə də, onlar bu tələbini yerinə yetirməyiblər. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə təqdim etdiyi Sumqayıt Şəhər Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin aktında "xxxx" QSC tərəfindən iddiaçıya 8 sot torpaq sahəsi ayrıldığı, hazırda həmin torpaq sahəsi Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində yerləşir. Həmin torpaq sahəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, 2014-cü ilin mart ayından "xxxx" QSC tərəfindən ona əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsində qanunsuz tikilmiş 571 nömrəli fərdi yaşayış evində aşağıda qeyd olunmuş şəxslər qeydiyyatsız yaşayır. Cavabdeh1 (ailə başçısı), Cavabdeh2 (həyat yoldaşı), X6 (qızı), X2 (qızı), X3 (qızı), X4 (oğlu), X10 (qızı), X8 (qızı) "xxxx" QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə aldığı imtin a məktubunda Azərbaycan Dövlət Dəmir Yolunun Yol Xidməti tərəfindən onlara ayrılmış torpaq sahəsinə aidiyyatı qurumlar tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, hazırda torpaq sahəsinin yerləşdiyi yer dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”-nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqqayırma normaları”-nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarına əsasən dəmir yolunun sözügedən ərazisində təhkim zolağının eni 26 metr müəyyən olunmuşdur. Qeyd edilmişdir ki, təhkim zolağına aid torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. Dəmir yolu tərəfindən vaxtı ilə sizə ayrılmış 8 sot torpaq sahəsindən təyinatı üzrə əkinçilik və bağçılıq üçün istifadə edilə bilər. Sözügedən qərara əsasən müəyyən olunmuş məsafə daxilində təhkim zolağına aid olan torpaq sahəsinin özəlləşdirilməsinə icazə verilmir. ADDY-nin xx.xx.2001-ci il tarixli, P8711 nömrəli sənədində mövcud dövlət qurumları əsasında və yol rəisinin xx.xx.1979-cu il əmrin çərçivəsində 29 saylı dəmir yolun altında dəmir yoluna məxsus torpaq sahəsi olan torpaq sahələrindən istifadə etmə qaydalarını əsas tutaraq ADDY Pirşağı-Sumqayıt mənzilinin 45 km pk 3+60 m-dən pk 3+85m kimi artımı istiqamə tində yolun sağ tərəfində 8 sot dəmir yoluna məxsus torpaq sahəsini bağ-bostan əkini üçün İddiaçı istifadəsinə verilmişdir.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddiaçının hüquq müəyyənedici sənədi var. İş materiallarına da əlavə edilmişdir. Belə ki, "xxxx" tərəfindən verilmiş sənədlərlə sübut olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikmiş, bir müddət həmin evdə yaşamadığına görə ev boş qalmasın deyə kirayə vermişdir. Lakin həmin evdə kirayə yaşayan cavabdehlər hazırda evdən çıxmırlar. Onlar evə dair çıxarış almaq üçün müraciət etmək istəyirlər. Qanuna görə iddiaçıya ADDY-dən verilmiş həmin sənədə əsasən çıxarış verilməsi mümkündür. Bununla əlaqədar onlar İnzibati Məhkəməyə müraciət etmək istəyirlər.

13. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, 2009-cu il tarixdə evi tikməyə başlamış və 2011-ci il tarixdə tikintini bitirmişdir. Lakin evdə yaşaya bilməmişdir. Onun böyük qızı vəfat etmiş, mərhum qızının uşaqlarına baxmağa başlamış, bu səbəbdən də evə gedib-gələ bilməmişdir. Ev boş qaldığına görə kirayəyə vermək istəmişdir. Əvvəl evi bir rus qadına kirayəyə vermiş, sonra o, evdən çıxmış, ev yiyəsiz qalmışdır. Daha sonra xəstə olmuş, evlə bağlı problemlər yaranmışdır. Ona görə maklerlərə müraciət etmiş, makler isə hal-hazırkı cavabdehləri gətirmişdir. O, evi öncə cavabdehlərə 120 manata kirayə vermiş, Əlqismət bir müddət kirayə haqqını ödəmişdir. Daha sonra isə sərf etmədiyi üçün 300 manat kirayə haqqını artırmışdır. Cavabdehlər 120 ma nat kirayə haqqını bir il müddətinə ödəmişlər. Daha sonra görmüşdür ki, cavabdehlər kirayə haqqını verə bilmirlər. O, da evi satmaq istəmişdir. Cavabdehlər evi almaq istəmişlər. Onlara görə 25.000 manata razılaşmışdır. Ona 10.000 manat vermişlər. Daha sonra isə nə pulun qalan hissəsini, nə də kirayə haqqını ödəməmişlər. Pulu istəyəndə də ona demişdir ki, “benzin ilə səni yandıracam.” Ondan sonra isə ünvana getməmiş, 10.000 manat onda qalmışdır. Həmin məsələdən sonra yeddi, səkkiz il keçmiş, heç bir ödəniş etməmişlər. Həmin torpağın ona aid olduğunu təsdiq edən sənədlər vardır. Ona 7 sot torpaq sahəsi verilmiş, lakin o, 4 sot yarım sahədə torpaq sahəsi tikdirmişdir. Torpaq sahəsi altı sotdur.

14. Daha əvvəlki məhkəmə iclaslarında iddiaçı izahat verərkən həmçinin göstərmişdir ki, o, torpağın mühafizə zolağında yerləşməsini və orada ev tikilə bilməyəcəyini bilməmişdir. (Cild 1, i.v. 36-37). Həmçinin iddiaçı digər izahatında göstərmişdir ki, 2005-ci ildə o, Paşayevdən 7 sot torpaq almışdır. 7 sotdan 1 sotu yola gedib. 6 sot onda olmalıdır. Amma əslində onun evi 4,5 sotun içindədir. Torpağı 5.700 dollar pul verib alıb. Əslində torpaq ona Dəmir Yolları İdarəsindən verilib. Qızı rəhmətə getmiş, başı qarışmış, dalınca düşməmişdir. Lakin belə olsa qalan torpağını, yəni 6 sotu da tələb edəcək. (Cild 1, i.v. 47).

15. Məhkəmə iclasında Cavabdeh1 vəkili X16 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, "xxxx" QSC-nin nümayəndəsi iştirak etməli və tərəflərindən verilmiş iki ziddiyyətli sənədə aydınlıq gətirməli idi. Məhkəməyə səs yazıları olan disk təqdim etmişlər. Orada iddiaçı bildir ir ki, hissə-hissə on min manat pul və bütövlükdə on min pul alınmışdır. 25.000 manata razılaşılmış, 20.000 manat pul vəsaiti ödənilmiş, 5.000 manat pul vəsaiti isə qalmışdır. Əgər o evi almasa idilər, evin üzərinə o qədər xərc qoyub evi təmir etməzdilər. 5.000 manat borcları qalmışdır. 5.000 manat məbləğə dair də razılaşma olmuşdur ki, hissə-hissə ödəniləcəkdir. Ödənilən vaxtda isə iddiaçı demişdir ki, evdən çıxsınlar. Evin iddiaçının olduğunu təsdiq edirlər. Belə ki, bu işin mübahisəsiz halıdır. Əgər on min məbləğində vəsait ona hissə-hissə verilməsəydi iddiaçı onları beş il həmin mənzildə yaşamağa icazə verməzdi. Pul məbləği ilə bağlı ayrıca icraat qaydasında müraciət edəcəkdirlər. Evin təmirinə on min manat xərc çəkmişlər. Torpaq bütünlüklə Camalın olmuş, daha sonra 7 sot torpaq sahə sini iddiaçıya satmış, evi də elə tikmişdir ki, onun bir hissəsi Camalın torpaq sahəsinə düşmüşdür. Mübahisəli torpaq sahəsini isə Əliqismət ona görə almışdır ki, evi Dilrubə xanımdan aldığı və həmin evin bir hissəsinin digər torpaq sahəsinə düşdüyü üçün həmin torpaq sahəsini də 2020-ci il tarixdə almışdır.

16. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, sonuncu 10.000 manatı, yəni bütövlükdə 20.000 manatı 2021-ci ilin mart ayının 18-i vermişlər. Üç və yaxud dörd ay sonra iddiaçı gəlmişdir ki, yerdə qalan 5.000 manat məbləği də versinlər. Onlar isə demişlər ki, hal-hazırda imkanları yoxdur. Bir müddət özlərini toparlamaq üçün vaxt istəmişlər. İddiaçı isə sonra demişdir ki, ona ümumiyyətlə heç bir vəsait verilməmişdir. Evin qiymətini 25.000 manata razılaşmışlar. 2014-2015-ci il tarixlərində il ərzində 120 manat ödəməklə kirayə yaşamışlar. 2015-ci ildən 2020-ci ilədək hissə-hissə 10.000 manatı, daha sonra isə bütöv olaraq 10.000 manatı ödəmişlər.

17. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X18 və Sumqayıt Şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camal Paşayev izahat verərək bildirmişdir ki, 2005-ci il tarixdə maklerlərin köməyi ilə evi Dilrubə xanıma satmışdır. Həmin torpaq sahəsi onun atasında qalmış və ümumillikdə 24 sot torpağı olmuş, lakin sənədləri olmamışdır. 7 sot torpağı iddiaçıya satmışdır. Alınan məbləğin 500 dollarını maklerlərə vermişdir. Dəfələrl ər gəlmişlər ki, torpaq sahəsi düz ölçülməmişdir. O, isə qalan torpaq sahəsini yəni, 4 sotu Əliqismət müəllimə satmışdır. Onun torpağının 40 kv.metri iddiaçının evinə düşür.

19. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, o, tərəflərin təqdim etdiyi “Azərbaycan Dəmir Yolları QSC” tərəfindən verilmiş hər iki məktubla tanışdır. Lakin işə gec qoşulduğuna görə münasibət bildirə bilməmişdir.

20. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, qərardadda qoyulan sualları cavablandıra bilən rəyin alınması mümkün olmamışdır.

21. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2023-cü il tarixli, 10/3810 nömrəli tik inti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd olunmuşdur ki, ekspert qarşısında qoyulmuş sualların həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə dair faktiki koordinatlar, baza məlumatları və mütəxəssis rəyi təqdim edilməli idi. Lakin, müvafiq rəy 1 aydan çox müddət keçməsinə baxmayaraq təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır.

22. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6827 nömrəli ekspert rəydə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsinə göstərilənləri, o cümlədən iddiaçıya ayrılmış torpaq sahəsinə dair sxem, çizgi, ay rı aktı və s. həmin sənədə əlavə edilmədiyini, həmçinin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmadığını nəzərə alaraq, qərardadda qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

23. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-275/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia təmin edilərək cavabdehlərin övladları ilə birlikdə dəmir yolunun PirşağıSumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 mdən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən çıxarılmaları qət edilmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiaçı nın mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə maneçilik törədilir.

26. Məhkəmə müəyyən etdiyini qeyd etmişdir ki, iddiaçı tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, dövlət mülkiyyətinə məxsus torpaqlar kateqoriyasına aiddir. İnşa olunmuş tikili iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, mü əyyən olunmuş məsafə daxilində təhkim zоlağında yerləşir.

27. Məhkəmə hesab etmişdir ki, ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə bu qənaətinin əsaslı olması ilə bağlı həmdə qeyd etmişdir ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş mənzildə tərəflərin bildirdiklərinə əsasən işin mübahisə edilməyən halı olaraq ödədiyi məbləğ və mənzildə yaşayarkən təmir və bərpa xərclərinin tələb etmək hüququ məhkəmə müdafiəsindən istifadə imkanından məhrum etməyərək, iddia tələbi ilə vurulmuş zərərin ödənilməsi ilə müraciət etmək imkanından məhrum etmir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasın ın Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

29. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə görə iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etmək üçün hər hansı bir hüququ olmadığı halda məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə müvafiq qərardad qəbul etməli idi. İşin hallarından da əsasən, iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması barədə həm Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, həm də bu torpaq sahəsinin Azərbaycan Dövlət Dəmir Yolları İdarəsinə müvafiq sorğular verilsə də hər iki dövlət qurumu tərəfindən bu torpaq sahəsinə dair İddiaçı adına hər hansı bir sənədin verilmədiyi barədə arayışlar məhkəməyə təqdim edilmişdir. Yəni məhkəm ə araşdırması zamanı iddiaçının bu torpaq sahəsinə dair hər hansı bir hüququnun olması ilə əlaqədar hüquqmüəyyənedici sənədinin olmaması öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə qəbul etdiyi qətnamənin nəticə hissəsində iddiaçı üçün ayrılmış 8 sot torpaq sahəsində və həmin sahədə tikilmiş tikililərdən çıxarılmağını göstərmişdir. Məhkəmənin qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində məhkəmə yalnız Sumqayıt Şəhər Bələdiyyəsi üzrə bir saylı məhəllə komitəsi tərəfindən tərtib edilmiş akta istinad etmişdir ki, bu aktla da iddiaçının adına hər hansı bir torpaq sahəsinin olmasını təsdiq edən hüquqisənəd kimi qəbul edilməsi yolverilməzdir. Çox qəribədir ki, "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda da İddiaçı heç vaxt bu təşkilatda işləmədiyi və ona hər hansı bir t orpaq sahəsinin ayrılmadığı açıqaydın göstərilmişdir. Amma iddiaçı özü iddia ərizəsində xx.xx.1979-cu il tarixindən ona ADDY tərəfindən 8 sot torpaq sahəsinin ayrıldığını bildirmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi X7 torpaq sahəsinin alınması barədə tərtib edilmiş aktın məhkəməyə təqdim edilməsi onun iddia ərizəsində göstərdiyi hal ilə, yəni güya ki, həmin torpaq sahəsinin ona ADDY tərəfindən 1979-cu il tarixində ayrılması ilə əlaqədar fikri ilə tamamilə ziddiyyət təşkil edir. Əgər bu torpaq sahəsi həqiqətən ona 1979-cu il tarixində ADDY tərəfindən ayrılmışdısa onda həmin torpaq sahəsinə görə 2005-ci ildə X12 pul ödəyərək həmin torpaq sahəsinin alınmasına nə zərurət var idi. Təkcə bu faktın özü iddiaçının işin halları ilə əlaqədar yalan ifadə verdiyini və öz mənafeyi namin ə məhkəməni də aldatdığını sübut edir. Ona görə də onun digər ifadələrinin də bu səpkidə, yəni öz mənafeyi naminə həm yalan ifadələr verərək, həm məhkəməni, həmdə proses iştirakçılarını aldatdığını sübut edir. Çox qəribədir ki, mülki işin materiallarında iddiaçının iddia ərizəsinə göstərilən halları təkzib edən yetəri qədər sübut olmasına baxmayaraq məhkəmə əsassız olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Həmçinin iddiaçı iddia ərizəsində yenə də məhkəməni aldadaraq guya ki, bu mənzili onlara kirayə verdiyini bildirmiş, lakin əslində həmin mənzili onlara nisyə şəklində satmışdır. Bununla əlaqədar iddiaçı ilə aralarında olan telefon danışıqlarının yazıldığı diski məhkəməyə təqdim etsələr də məhkəmə tərəfindən bu işin daha ədalətli və obyektiv baxılması üçün bu diskin açılaraq məh kəmədə dinlənilməsi üçün şərait yaradılmamış və müvəqqəti texniki nasazlığı aradan qaldıraraq həmin səs yazılarına qulaq asmaq imkanı olduğu halda məhkəmə buna şərait yaratmamışdır. Eyni zamanda işin hallarından xəbərdar olan şahidlər də məhkəmə zalında dindirilməmişlər. Bundan başqa məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməmişdir. Belə ki, iddiaçının özünün iddia ərizəsində göstərdiyinə görə onun iddiasının mahiyyəti kirayə müqaviləsindən irəli gələn öhdəliklərlə əlaqədar olduğu üçün və onlar arasında yaranan münasibətlər 2014-cü ildən, yəni bu iddianın məhkəməyə verilməsindən 8 il sonra, yəni iddia müddəti ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Mülki Məcəllənin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Qeyd ol unmalıdır ki, özü hüquqşünas olmadığı üçün iddia müddətinin nə olduğundan və onun tətbiqinin hansı hüquqi nəticələr gətirib çıxaracağından məlumatı olmadığı üçün birinci instansiya məhkəməsində proses gedən zaman həmin ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin onun hüquqlarını müdafiə edən vəkil də bununla əlaqədar ona heç bir məlumat vermədiyi üçün yalnız bu günlərdə başqa bir vəkilə müraciət etdikdə iddia müddətinin mahiyyəti ilə tanış olmuşdur. Ona görə də indi həmin ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə həmçinin iddiaçının əmlakdan istifadə hüququna da istinad edərək bu qətnaməni qəbul etmişdir. Lakin işin hallarından da görünür ki, iddiaçının həm torpaq sahəsinə, həm də bu torpaq sahəsində inşa edilmiş tikililərə mülkiyyət hüququ olmadığı kimi istifadə və sahiblik hüququ da yoxdur. Özünün də etiraf etdiyi kimi 2014-cü ildən bu günə kimi həm bu torpaq sahəsi, həm də bu torpaq sahəsində inşa edilmiş tikililər onların istifadəsində və sahibliyindədir. Həmçinin mülki işin sənədlərindən də görünür ki, məhkəmə tərəfində bir neçə dəfə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin iddiaçının bu torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün bütün məhkəmə qərardadları icra olunmamış geri qaytarılmışdır. İşin yuxarıda sadalanan hallarından açıq-aydın görünür ki, məhkəmənin bu qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Mülki işin sənədlərindən də görünür ki, o, faktiki olaraq bu fərdi yaşayış evini almış və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Yəni, faktiki olaraq həmin evdən istifadə edir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işə baxılarkən bu nəzərə alınmamış və bununla da məhkəmə tərəfindən Mülki Məcəllənin 158-ci maddəsinin tələbləri pozulmuşdur. İşin hallarından da görünür ki, mübahisə predmeti olan torpaq sahəsi "xxxx" QSC-nin ərazisinə aid olduğu üçün bu iddia ilə də yalnız həmin təşkilat məhkəməyə müraciət edə bilər. Yəni hal-hazırkı iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Lakin məhkəmə tərəfindən buna düzgün qiymət verilməmiş və bununla da Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşin hallarından da görünür ki, onlar arasındakı münasibətlər 2014-c ü ildə yaranmış, lakin iddiaçı 2023-cü ildə, yəni 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Təbii ki, kirayə haqqına görə borcun 8 ildən sonra tələb edilməsi də nə məntiqə, nə də işgüzar adətlərə uyğun deyildir. Buna görə də məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Lakin məhkəmə tərəfindən bu edilməmiş və bununla da Mülki Məcəllənin 373.3-cü maddəsinin tələbləri pozulmuşdur.

31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, 2014-cü ildən mübahisəli evdə yaşamış, həmin evi sənədsiz olaraq almışdır. Mübahisəli evi iddiaçıdan almış, iddiaçıya 20.000 manat pul vermişdir. Qalanı da hissə-hissə vermişdir. 10.000 manat məbl əğində pulu ilkin ödəniş etmiş, digər 10.000 manat məbləğində pulu isə hissə-hissə vermişdir. Evin qiymətini isə iddiaçı ilə 25.000 manata razılaşmışlar. 5.000 manat borcu qalmışdır. Dediklərini təsdiq edən iddiaçı ilə arasında olan telefon danışığını əks etdirən disk var. (Cild 2. i.v. 139)

32. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz etdiyini bildirmiş, izahatında qeyd etmişdir ki, cavabdehin ona 20.000 manat pul verməsi barədə heç bir sənəd yoxdur. Cavabdeh ona 10.000 manat pul verib. O, bunu inkar etmir. Bundan sonra cavabdeh qardaşının ölümü ilə əlaqədar çıxıb getmişdir. Cavabdehlər evdən çıxmamaq üçün hər il uşaq dünyaya gətirirdilər ki, o, evi onlara bağışlasın. Evin satış qiymətini 35.000 manata razılaşmışlar. Cavabdehdən 10.000 mana t məbləğində pulu ilkin ödəniş olaraq almışdır. 2021-ci ildə Cavabdeh1 ona demişdir ki, 2022-ci ilin mart ayının axırı onunla haqq-hesab edəcəklər. O, 35.000 manatdan güzəşt etməmişdir. Qalan pulu hissə-hissə ödəməyi güzəştə getmişdir. Bundan sonra o, müalicə olunmaq üçün Moskvaya getmişdir. Qızı orada yaşayır. Bundan sonra pulun tam ödənilməsi üçün getsələr də cavabdehlər qapını açmamışlar. O, mübahisəli evi cavabdehlərə kirayəyə verdiyinə görə cavabdehin ona verdiyi 10.000 manat pulu qaytarmayacaq. Çünki cavabdehlər cəmi 1 il kirayə haqqı ödəyiblər. 9 ildir ki, mübahisəli evdə kirayə pulu ödəmədən havayı yaşayırlar. Bunu ayrıca məhkəmə qaydasında mübahisələndirəcək. 2021-ci ildə o, cavabdehlərin barəsində polisə müraciət etmişdir. (Cild 2. i.v. 140)

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1035/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, cavabdehlərin övladları ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 m-dək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, iddiaçıdan 20.000 manat pul məbləğinin alınaraq Cavabdeh1 verilməsi, qətnamənin cavabdehlərin övladla rının çıxarılması və iddiaçıdan 20.000 manat pul məbləğinin Cavabdeh1 verilməsi hissəsində eyni vaxta icra edilməsi qət olunmuşdur.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları ilə bağlı xüsusatlar üzrə araşdırma aparılmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradılmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələbinə uyğun şəkildə əsaslandırılmamışdır. Belə ki, iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı torpağın və üzərindəki evin satışı ilə bağlı cavabdehlə razılığa gələrək əvvəlcə 10.000 manat aldığını, digər aldığı 10.000 manatın isə kirayə haqqı olduğunu bildirmişdir. Lakin buna etiraz edən Cavabdeh1 həmin evdə 2014-cü ildən hər ay 120 manat ödəməklə kirayə qaldığını, 2015-ci ildə razılaşmalarına əsasən ilkin 10.000 manat ödəniş etdiyini, sonra 10.000 manat pulu hissəhissə iddiaçıya ödədiyini, yerdə qalan 5.000 manatı isə ödəmədiyini bildirmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazıları dinlənilmiş, həmin səs yazısına əsasən Cavabdeh1 tərəfindən İddiaçı əvvəlcə nağd şəkildə 10.000 manat, daha sonra hissə-hissə 10.000 manat verilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi tərəflər arasındakı telefon danışığındakı səs yazısında mübahisəli daşınmaz əmlakın faktiki satışı ilə bağlı iddiaçının Cavabdeh1 ümumilikdə 20.000 manat məbləğində pul alması öz təsdiqini tapır.

36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar ilə bağlı müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin əmlak üzərində hüquqlar yaranır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili (fərdi yaşayış evi) iddiaçının mülkiyyətində olmadığından, həmin əmlak barəsində iddiaçının cavabdehlə alğısatqı müqaviləsi bağlamaq hüququ da olmamışdır. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair bağlanmış əqd qanunla müəyyən edilmiş forma təl əblərinə uyğun olmadığına görə əhəmiyyətsiz əqd olmuş və iddiaçının mövcud tələbi də əslində əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddiadır.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında şifahi qaydada evin satılması məqsədilə bağlanmış razılaşma əhəmiyyətsiz əqd olduğundan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları ilə birlikdə dəmir yolunun Pirşağı-Sumqayıt sərnişin mənzili 45 km pk 1+50 m-dən 2+15 mdək (keçmiş 45 km pk 3+60 m-dən pk 3+85 m-dək) yolun kilometr artımı istiqamətinin sağ tərəfində, iddiaçının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılmalıdırlar.

38. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında şifahi qaydada olan razılaşma əhəmiyyətsiz hesab edildiyindən, həmin razılaşma üzrə ca vabdeh tərəfindən ödənilmiş 20.000 manat pul məbləği iddiaçıdan alınaraq Cavabdeh1 qaytarılmalı və qətnamə onların çıxarılmaları ilə pulun verilməsi hissəsində eyni vaxta icra edilməlidir.

39. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iddiaçının iddia tələbini müddəti ötürməklə verməsi barədə dəlilinə gəldikdə isə qeyd etmişdir ki, cavabdehin həmin dəlili əsassız olduğundan, həmin hissədə apellyasiya şikayəti təmin edilməməlidir.

40. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 111, 144.1, 146.2, 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3, 180.4, 329.1, 337.5, 339.6, 346.1, 354, 372.1, 1179.2-ci maddələrinə, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

41. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) və Cavabdeh1 (vəkili Vəkil5) kassasiya şikayətləri vermişlər.

42. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnamənin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

43. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədaləts iz və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən qəbul edilən sübutların qanuni əsası yoxdur və tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Apellyasiya məhkəməsində təqdim olunan səs yazısının qanunsuz olaraq işə əlavə edilməsi, əvvəlki instansiya məhkəməsində bu sübutun təqdim edilməməsi və ya qeydə alınmaması məhkəmə prosedurlarına ziddir. Apellyasiya məhkəməsi bu sübutu düzgün qiymətləndirməmiş və birinci instansiya məhkəməsinin qərarına qarşı heç bir əsaslı dəyişiklik etməmişdir. Cavabdeh tərəfindən ona yalnız 10.000 manat beh verilmiş və bu məbləğdən başqa heç bir əlavə ödəniş edilməmişdir. O, cavabdehlə hər hansı alğı-satqı müqaviləsi bağlamayıb. Əgər cavabdehin pul tələbi var idisə cavabdeh gedib iddiaçıya qarşı pul tələbi ilə bağlı ayrıca iddia qaldıra bilərdi. İddi açı tərəf də həmin gizlin yazılmış və 80 yaşında qadına verilən dolaşdırıcı suallardan da məlum olur ki, onu cavabdeh tərəf yenə də aldatmaq istəmişdir. Məhkəmə iclasında dəfələrlə qulaq asılan diskdə danışıq aşağıdakı kimi olmuşdur. “Hansı 10.000 manat, mənə cəmi 10.000 manat vermisən.” Lakin hakim bu disqə dəfələrlə qulaq assa da qərəzli olaraq bildirmişdir ki, guya iddiaçı tərəf 10.000 manat alıb, qalan 10.000 manat pulu isə guya hissə-həssə alıb. Məhkəmə iclaslarında təqdim edilən sübutlar qanuni əsasa dayanmır və cavabdeh aldatma məqsədilə iddiaçını yanıltmağa çalışır.

44. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

45. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyas iya instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etməmiş və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ yalnız həmin əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra mümkündür. Bu isə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Bu halda, iddiaçının torpaq sahəsi üzərində sərəncam vermək hüququnun yaranma əsası olmadan faktiki olaraq həmin əmlaka dair sərəncam verə bilməz. İddiaçının torpaq sahəsi üzərində sərəncam vermək hüququnun yaranma əsası olmadan faktiki olaraq həmin əmlaka dair sərəncam verə bilməz. Məhkəmə tərəfindən qeyd olunmuşdur ki, 2014-cü ilin mart ayından Azərbaycan Dəmiryolları QSC tərəfindən iddiaçıya əkinçilik və bağçılıq üçün nəzərdə tutulmuş 8 sot torpaq sahəsi verilmişdir. Lakin iddiaçının həmin torpaq sahəsinin üzərində sərəncam vermək hüququ ümumiyyətlə dövlət qeydiyyatına alınmamışdır. Birinci İnstansiya məhkəməsində iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən tərtib olunmuş akta istinad olunaraq, Azərbaycan Dəmiryolları QSC tərəfindən iddiaçıya 8 sot torpaq sahəsi ayrılması qeyd olunmuşdur. Lakin QSC tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması barədə şifahi sözdən başqa hər hansı maddi sübuta rast gəlinmir. Əgər həqiqətən də Azərbaycan Dəmiryolları QSC tərəfindən iddiaçıya 8 sot torpaq sahəsi ayrılmışdırsa, bu hal hələ iddiaçının həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun müəyyən olunması anlamına gəlmir. Çünki QSC-nin iddiaçıya torpa q sahəsinin ayrılması barədə hər hansı sənəd hüquqmüəyyənedici sənəd kimi sayıla bilməz. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək yalnız dövlət qeydiyyatına alındıqdan sonra mümkün olur, bu isə apellyasiya instansiyasının qərarında nəzərə alınmamışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş sənədlər qeyri-dəqiq olmuş və bu da apellyasiya instansiyasının səhv nəticəyə gəlməsinə səbəb olmuşdur. Torpaq sahəsinin ayrılması ilə bağlı əlavə sənədlərin olmaması və müvafiq qeydiyyatların aparılmaması mübahisənin düzgün həllinə mane olmuşdur. İş materialına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tarixli, 3-1616/2-10/6827 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat Sumqayət şəhər ərazisində yerləşən t orpaq sahəsi üzrə mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır. O mütəxəssis rəyi ki, adında göründüyü kimi kifayət qədər ziddiyyətli və natamam olmaqla yanaşı, həmin rəy subyektiv amillər əsasında da alına bilər və sadə məntiqlə yanaşılsa həmin torpaq sahəsi üzərində növbəti müsbət ekspertiza rəyinin alınmasına yönəldilmişdir və dolayısı ilə məhkəmənin hüquqmüəyyən edici sənədlər baxımından diqqətini yayındırmağa xidmət göstərmişdir. ADY QSC tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nigar Hüseynova verilmiş xx.xx.2023-cü il tarixli,13-1/2-2017/2023 saylı cavab məktubundan görünür ki, İddiaçı ADY-də işləməsi, ona hər hansı torpaq ayrılması barədə ADY-da hər hansı məlumat mövcud deyildir və əgər ayrılmış olsa da belə 1979-cu il qaydalarına uyğun ola bilərdi. Həmin cavab mək tubundan da müəyyən olunur ki, hazırda istər faktiki, istərsə də iddia olunan ərazinin iddiaçıya ayrılması da hər iki məhkəmə instansiyası tərəfindən səthi araşdırıldığı üçün doğru olmayan nəticəyə gəlinmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

46. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

47. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

48. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

49. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

50. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

51. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

52. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

53. Maddə

160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

54. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

55. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

56. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bil ər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

57. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

58. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaş ayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

59. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

60. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

61. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tik inti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

62. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

63. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

64. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

65. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

66. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istif adə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

67. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

68. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

70. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

74. Maddə 95.1. E lektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.

75. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

76. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

79. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

82. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

83. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

84. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

85. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə ondan 20.000 manat məbləğində pulun cavabdehin xeyrinə tutulması hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

87. İddiaçı cavabdehlərə qarşı iddia tələbində "xxxx" QSC tərəfindən onun istifadəsi üçün ayrılmış 8 sot torpaq sahəsi və həmin sahədə tikdiyi tikililərdən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddia tələbinin əsası kimi "xxxx" QSC tərəfindən xx.xx.19 79-cu ildən ona 8 sot torpaq sahəsi verilməsini, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikməsini, evi 2014-cü ildə cavabdehlərə hər ay 120 manat ödəmək şərti ilə kirayəyə verdiyini, bir il ərzində cavabdehlərin kirayə haqqını ödədiklərini, daha sonra kirayə haqqını ödəmədiklərinə görə evi 25.000 manat məbləğinə cavabdehlərə satmağa razılaşdıqlarını, Cavabdeh1 ona ilkin ödəniş kimi 10.000 manat verməsini, daha sonra isə nə pulun qalan hissəsini, nə də kirayə haqqını ödəmədiklərini qeyd edərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə Azərbaycan Dövlət Dəmir Yollarının “Yol xidmətinin rəisi” tərəfindən ona ünvanlanmış xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumatı, Sumqayıt şəhəri Bələdiyyəsi üzrə 1 saylı Məhəllə Komitəsinin sədri Tamara Məmmədova tərəfindən tarix göstəril mədən tərtib olunmuş aktı, Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur departamentinin rəisi tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, 198896 nömrəli məktubu və onunla Sumqayıt QİS arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 497 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı müqaviləsini təqdim etmişdir.

88. Cavabdeh1 isə iddiaya etirazlarının əsası kimi, iddiaçıya məxsus olan evi onunla razılaşaraq 2014-cü ildə 25.000 manat məbləğinə aldığını, ilkin ödəniş kimi 10.000 manat ödədiyini, qalan məbləği isə hissə-hissə ödəmək barədə razılığa gələrək həmin borcdan 10.000 manat hissəsini də iddiaçıya hissə-hissə ödədiyini, iddiaçıya cəmi 5.000 manat borcunun qalmasını, qalan məbləği hissə-hissə ödəməklə bağlı iddiaçı ilə razılıqlarının olm asına baxmayaraq iddiaçının hazırkı iddianı qaldırdığını, evin təmirinə on min manat xərclədiklərini, iddiaçı ilə qalan borcun hissə-hissə ödənilməsi barədə razılıqları olmadığı halda evi təmir etdirmələrinin əhəmiyyətsiz olmasını, iddiaçıya ilk olaraq 10.000 manat ödəməsini onun qəbul etməsini, qalan 10.000 manat pulu ödəməsini iddiaçının qəbul etməsini isə iddiaçı ilə arasında olan telefon danışığını əks etdirən diskdəki danışığı ilə təsdiq olunduğunu, iddia predmeti olan daşınmaz əmlakın özbaşına tikili olmasını, iddiaçının ona məxsus torpaq sahəsindən onların məcburi qaydada çıxarılması tələbi ilə bağlı iddia irəli sürülməsi üçün ilk öncə mülkiyyətçisi olmalı olmasını, lakin iddiaçının nə qeyd olunan fərdi yaşayış evinə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmamas ını, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədinin olmamasını, bununlada onun həmin ev ilə bağlı belə bir iddia qaldırmağa subyektiv hüququnun olmamasını, əslində torpağın bütünlüklə üçüncü şəxs Camal Paşayevə məxsus olmasını, Camalın 7 sot torpaq sahəsini iddiaçıya satmasını, evin bir hissəsinin Camalın torpaq sahəsinə düşməsini, Camaldan onun da torpaq almasını, mübahisəli torpaq sahəsini də iddiaçıdan bu məqsədlə öz torpağı ilə birləşdirmək üçün aldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir.

89. Apellyasiya instansiyası məhkəməsi isə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etsə də, torpaq sahəsinin və onun üzərində olan evin iddiaçıya məxsus olması və cavabdehin övladları ilə birlkidə iddi açının istifadəsində olmuş 8 sot torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin hissədə birinci instansiya məhkəməsi ilə eyni nəticəyə gəlməklə yanaşı, iddiaçıdan 20.000 manat pul məbləğinin alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul etmişdir.

90. Apellyasiya instansiya məhkəməsi gəldiyi həmin nəticəni əsaslandırarkən qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar ilə bağlı müqavilə notariat qaydada təsdiq edildikdən sonra həmin əmlak üzərində hüquqlar yaranır. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikili (fərdi yaşayış e vi) iddiaçının mülkiyyətində olmadığından, həmin əmlak barəsində iddiaçının cavabdehlə alğı-satqı müqaviləsi bağlamaq hüququ da olmamışdır. Göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsi və üzərində özbaşına inşa edilmiş tikiliyə (fərdi yaşayış evinə) dair bağlanmış əqd qanunla müəyyən edilmiş forma tələblərinə uyğun olmadığına görə əhəmiyyətsiz əqd olmuş və iddiaçının mövcud tələbi də əslində əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddiadır.

91. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı torpağın və üzərindəki evin satışı ilə bağlı cavabdehlə razılığa gələrək əvvəlcə 10.000 manat aldığını, digər aldığı 10.000 manatın isə kirayə haqqı olduğunu bildirmişdir. Lakin buna eti raz edən Cavabdeh1 həmin evdə 2014-cü ildən hər ay 120 manat ödəməklə kirayə qaldığını, 2015-ci ildə razılaşmalarına əsasən ilkin 10.000 manat ödəniş etdiyini, sonra 10.000 manat pulu hissəhissə iddiaçıya ödədiyini, yerdə qalan 5.000 manatı isə ödəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazılarına istinad edərək qeyd etmişdir ki, danışıqlar dinlənilmiş, həmin səs yazısına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya əvvəlcə nağd şəkildə 10.000 manat, daha sonra hissə-hissə 10.000 manat verilməsi öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə tərəflər arasında şifahi qaydada olan razılaşma əhəmiyyətsiz hesab edildiyindən, həmin razılaşma üzrə cavabdeh tərəfindən ödənilmiş 20.000 manat pul məbləği iddiaç ıdan alınaraq Cavabdeh1 qaytarılmalı və qətnamə onların çıxarılmaları ilə pulun verilməsi hissəsində eyni vaxta icra edilməlidir.

92. Kassasiya instansiya məhkəməsi kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin əsası ilə bağlı təqdim etdiyi sübutlara, cavabdehin isə iddia tələbinə qarşı verdiyi etirazın əsası ilə bağlı təqdim etdiyi sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və obyektiv qiymət verilmədiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz.

93. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə, tərəflərin təqdim etdikləri sübutlara düzgün hüquqi qiymət verməmiş, bu zaman iddiaçının mübahisəli torpaq sahəsini və onun üzərində olan evi 2014-cü ildə nisyə olaraq pulunu hissə-hissə ödəmək şərti ilə cavabdehlərə satmasını, razılaşdıqları həmin vaxtdan torpaq sahəsini və evi cavabdehlərin faktiki sahibliyinə verməsini, evə görə razılaşdırılmış məbləğin bir hissəsinin Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli evdə uzun müddət cavabdehlərin övladları ilə birlikdə yaşayaraq evə və torpaq sahəsinə faktiki sahiblik etmələrini, iddiaçının isə qalan hissədə pulu cavabdehlərdən ala bilməməsi ilə bağlı onlarla münaqişəli vəziyyət yarandıqdan sonra hazırkı idd ia ilə məhkəməyə müraciət etməsini, yəni iddiaçının tələbinin əslində cavabdehin ona ödəməli olduğu pulun qalan hissəsinin alınmasına yönəlməsini nəzərə almamışdır.

94. Həmçinin, iddiaçı tələbinin əsası kimi 8 sot torpaq sahəsinin ona "xxxx" QSC tərəfindən xx.xx.1979-cu ildən ayrıldığını bildirərək bununla bağlı sübut kimi Azərbaycan Dövlət Dəmir Yollarının “Yol xidmətinin rəisi” tərəfindən ona ünvanlanmış xx.xx.2001-ci il tarixli, P-87/1 nömrəli məlumatı təqdim etsə də, apellyasiya instansiya məhkəməsi həmin məlumatın, iddiaçının ADY-də işləməsi, habelə ona torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənədin aşkar olunmaması ilə bağlı "xxxx" QSC-nin sədr müavini tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-1/2-2017/2023 nömrəli məktubda qeyd olunan işin halları ilə təkzib olunması na diqqət yetirməmiş, göstərilən ziddiyyətin aradan qaldırılması ilə bağlı hər hansı araşdırma aparmamış, qeyd olunan sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verilməmişdir.

95. Eyni zamanda, iş materiallarında 2005-ci ildə 7 sot torpaq sahəsinin iddiaçıya, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş X18 tərəfindən 5.700 ABŞ dolları məbləğinə satılması barədə aktın mövcud olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahəsinin iddiaçıya "xxxx" QSC tərəfindən verilmiş torpaq sahəsi, yaxud Camal Paşayev tərəfindən satılmış torpaq sahəsi olub-olmamasını araşdırmamış, bu məqsədlə tərəflərin, o cümlədən "xxxx" QSC-ni n nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirməmiş, işdə olan həmin sübutlara hər hansı hüquqi qiymət verməmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin ona "xxxx" QSC tərəfindən xx.xx.1979-cu ildə ayrılmışnı iddia edən iddiaçının 2005-ci ildə Camal Paşayevdən pul ödəyərək 7 sot torpağı nə məqsədlə alması aydınlaşdırılmamışdır.

96. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddiaçının sahibliyində olan torpaq sahəsi və fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmadığından, onun qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqısının notariat qaydasında rəsmiləşdirilməsinin Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən qeyri-mümkün olması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilməməsini və bu cür əmlak barəsində bağlanmış müqavilələrin etibarsız sayılması barədə qənaətə gəlsə də, iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına, iddiaçının da həmin tikiliyə dair hüququnu təsdiq edən hər hansı sübutun olmamasına baxmayaraq, hazırkı tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehlərin çıxarılmasını tələb etmək üçün subyektiv hüququnu tanımışdır.

97. Bununla da apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi mövqeyini ziddiyyətli şəkildə əsaslandırarkən tərəflərin iddiaçının sahibliyində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı üzə rlərinə qarşılıqlı öhdəliklər götürmələrini, iddiaçı tərəfindən torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərə təhvil verilməsinə baxmayaraq cavabdehlərin evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəmədiyini qeyd etmişdir.

98. Halbuki hazırkı mübahisəyə baxılarkən, məhz cavabdehlərin 2014-cü ildən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərcləri hansı qaydada və kimin adına ödəmələri də araşdırılaraq, mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin müəyyənləşdirilməsi cavabdehlərə münasibətdə tədqiq edilməli, cavabdehlərin mübahisəli tikilidən çıxarılması məsələsinə qiymət verilərkən onların həmin ünvandakı tikilidə illər ərzində fasiləsi z yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən tərəflər arasında telefon danışığını əks etdirən danışıqlara düzgün hüquqi qiymət verilməli, ümumiyyətlə işin yuxarıda qeyd olunan halları araşdırılaraq, hazırkı iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə düzgün hüquqi qiymət verilməlidir. 99. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü eht iva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

100. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etm işdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub- olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması m üəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

101. Bundan başqa məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı torpağın və üzərindəki evin satışı ilə bağlı cavabdehlə razılığa gələrək əvvəlcə 10.000 manat aldığını, digə r aldığı 10.000 manatın isə kirayə haqqı olduğunu bildirməsini qeyd etsə də, iddiaçının Cavabdeh1 yalnız ilkin ödəniş kimi 10.000 manat pul almasını qəbul etməsinə, digər 10.000 manatı alması barədə isə işdə hər hansı sübutun mövcud olmamasına düzgün hüquqi qiymət verməmişdir.

102. Apellyasiya məhkəməsinin, tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazılarını dinləyərək, həmin səs yazısına əsasən Cavabdeh1 tərəfindən iddiaçıya əvvəlcə nağd şəkildə 10.000 manat, daha sonra hissə-hissə 10.000 manat verilməsinin öz təsdiqini tapması barədə gəldiyi nəticə ilə bağlı isə qeyd olunmalıdır ki, həmin disk yazısı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə diqqətlə tədqiq edilməmiş, disk yazısında iddiaçıya 10.000 manat pulun hissə-hissə deyil bir dəfəyə verilməsindən danışılması diqqətdən kənarda qalmışdır. Halbuki Cavabdeh1 izahatlarında borcundan qalan ikinci 10.000 manat məbləğində pulu iddiaçıya hissə-hissə ödədiyini bildirmişdir. Bu halda apellyasiya instansiya məhkəməsi həmçinin Cavabdeh1 izahatı ilə, Cavabdeh2 iddiaçıya 2015-ci ildən 2020-ci ilədək hissə-hissə 10.000 manatı, daha sonra isə bütöv olaraq 10.000 manatı ödəmələrini bildirməsi barədə izahatı arasında olan ziddiyyətin mövcud olmasına hüquqi qiymət verməmişdir.

103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 birinci instansiya məhkəməsinin iclasında izahat verərkən iddiaçıya ADDYdən verilmiş sənədə əsasən çıxarış verilməsinin mümkün olmasını, bununla əlaqədar onlar İnzibati Məhkəməyə müraciət etmək istədiklərini qeyd etsə də, həmçinin iddiaçı apellyasiya şikayətinə qarşı etirazında cavabdehlərin cəmi 1 il kirayə haqqı ödəmələrini, 9 ildir ki, mübahisəli evdə kirayə pulu ödəmədən havayı yaşamalarını qeyd edərək bunu ayrıca məhkəmə qaydasında mübahisələndirəcəyini bildirsə də, iddiaçının qeyd olunan tələblərlə bağlı məhkəmələrə müraciətinin olub-olmaması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırlılmamışdır.

104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayətləri qismən təmin edilməlidir.

105. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının və Cavabdeh1 kass asiya şikayətlərində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

106. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

107. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

108. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respubl ikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

109. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

110. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1035/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar