Məhkəmə qərarları › İş №2(102)-142/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-142/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-142/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), hüquqdan sui-istifadə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu məruzəçi, Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105 )-1195/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində sonradan, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməyən, hazırda mübahisələndirilən fərdi yaşayış evi inşa edilmişdir. 2. 24 avqust 2020-ci ildə “Azəriqaz” İB ilə, 9 sentyabr 2020-ci ildə isə "xxxx" ASC AlX7 arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr imzalanmış, "xxxx" ASC tərəfindən həmin ünvan üzrə Al-X3 iştirakı ilə sayğ ac quraşdırılmış və bu barədə protokol tərtib edilmiş, sonuncu istehlakçı kimi göstərilmişdir. 3. 3 iyul 2021-ci ildə "xxxx" MMC ilə Aynur İsmayılova arasında internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır.

4. Özbaşına tikili sonrada Aynur İsmayılova tərəfindən X8 rəsmiləşdirilmədən satılmış, sonuncu fərdi yaşayış evinə köçüb bir müddət orada yaşamış, 4 oktyabr 2021-ci ildə isə X12 “Azəriqaz” İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmış, işıqla bağlı kommunal xidmətlər üzrə abunəçi kimi X12 qeydiyyatdan keçmişdir.

5. X12 birinci instansiya məhkəməsində icraat vaxtı tikilini heç bir rəsmiləşdirmə aparmadan Cavabdeh2 satmışdır. Cavabdeh2 ailə üzvləri olan digər cavabdehlərlə birgə mübahisəli tikil iyə köçmüş və hazırda orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 3 il bundan öncə həyat yoldaşı Nümayəndə əvvəlcədən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. Torpaq sahələri çox olduğundan istəmişlər ki, həmin evlərdən birini övladları X5 üçün tiksinlər. Həyat yoldaşı öz tanışı Əvəz Əmiraslanovla görüşüb 17000 manat pul vermişdir ki, övladı üçün həmin evi tiksin. Həmin vaxt Əvəzin işləri çox olduğundan evin tikintisini şərik kimi işlədikləri Habil adlı şəxsə həvalə etmişdir. Ona 17000 manat pulu Habilə verdiyini demişdir. Qeyd edilən məbləğin verilməsini Habil şəxsən təsdiq etmişdir. Həmin vaxtlar 17000 manatdan əlavə yoldaşı ilə birgə gördükləri işə görə onlara çatası 18000 manat qazanc da olmuşdur. Onlar 35000 manat pulun evin inşası üçün kifayət edəcəyini düşünmüşlər. 18000 manat qazanc onlara verilməmişdir. Habil evi tikməyə başlamış, təxminən 4 aydan sonra ev hazır olmuşdur. Bir müddət keçəndən sonra, övladlarını bu evə köçürmək istəmişlər. Lakin aydın olmuşdur ki, gecə ilə tanımadıqları şəxslər oğlu üçün tikilən evə köçüblər. Evə köçən şəxslərdən bunun səbəbini soruşduqda, evi Habildən pul verərək aldıqlarını bildirmişlər. Habildən bu işə ayd ınlıq gətirməsini istəmişlər, o isə bəhanə gətirmişdir ki, həmin şəxslərə ev tikib verəcəkdir. Bir müddət keçəndən sonra, həmin şəxslər evdən köçmüşlər. Lakin sonradan başqa bir ailə mübahisəli evə köçmüşdür.

8. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi izahat verərək bildirmişdir ki, ona borclu olan şəxs borc müqabilində ona ev tikməli idi. Evin tikilməsinə baxmayaraq onun xəbəri və razılığı olmadan başqa şəxsə satıblar. Lakin torpaq onun mülkiyyətindədir. Dəfələrlə evdən çıxması üçün cavabdehi xəbərdar etmişlər, lakin heç bir nəticəsi olmayıb.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, evi Aynur adlı xanımdan dəllal vasitəsilə almışdır. Aynur ona demişdir ki, əgər çıxarış alsa, Xəlil adlı şəxsə 5000 manat pul ve rsin. Onun da imkanı olmamışdır. Dəllal ondan çıxarış düzəldilməsi üçün 4000 manat pul almışdır. 31000 manata evi almışdır. Sonra kürəkəni sənədlərə baxanda bilmişdir ki, yalnız qazın və işığın sənədləri onun adınadır. O, iddiaçını (ərini) qonşu kimi tanımışdır. Bir gecə qapını içkili vəziyyətdə döymüş, ondan evdən çıxmağı tələb etmişdir. Həmin vaxta kimi evin ona məxsus olduğunu bilməmişdir. Sonra yaranan problemlərə görə 2022-ci ilin noyabr ayında evi 32000 manata satmışdır. Evi satarkən məhkəmə çəkişməsindən xəbərsiz olmuşdur. Bildiriş gəlməsinə baxmayaraq hüquqi savadı olmadığından başa düşməmişdir. Evi dəllal vasitəsilə satmışdır.

10. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X6 artıq mübahisəli əmlakdan çıxdığı üçün onun əsl cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişlər. Onlar bildirmişlər ki, iddiaçının nümayəndəsi ev alqı-satqısı ilə məşğul olur. Həmin ərazidə şəriki ilə birlikdə 4 ev tikib satıb. O, evi Məhbubə adlı xanımdan alıb, evi o satıb, o da məhkəməyə verə bilərdi. O id diaçıdan ev almayıb ki, iddaçı da ondan ev istəsin. 32000 manat evə, əlavə təmirə pul xərcləmişlər. Ümumilikdə 40000 manat pul xərcləmişlər. O, iddiaçını evi alandan 1 ay sonra tanıyıb. Səhər saat 06:00 radələrində, ailə ilə birlikdə rayona yola düşərkən iddiaçı qapını döyüb ona bildirmişdir ki, bu evi alma. Evin yiyəsinin borcu var. Ondan kim olduğunu soruşduqda qonşu olduğunu bildirmişdir. Ona həmin vaxt evin ona məxsus olduğunu deməmişdir. Evi birinci dəfə Aytəkin adlı qadına satanda torpağın sənədlərini verməmişlər, sonra evi alan Məhbubə xanım da torpağın kimə məxsus olmasını bilməyib. Onlar alanda əgər iddiaçı razı deyildisə, evə köçəndə hansı səbəbdən etiraz etməməsi sual doğurur.

13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1143 nömrəli rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3 fevral 2023-cü il tarixli 321-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üstüstə düşdüyü, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çı xarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv metr hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv metr hissəsində digər şəxslərin faktiki istifadələrində olan eni 6 metr, uzunluğu isə 11 metr olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur.

14. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırla r. Cavabdehlər mübahisəli evi Məhbubə Əliyeva adlı şəxsdən dəyərini ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İşdəki hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60-cı maddələri, Mülki Məcəllənin 152.1, 157.1 və 157.4-cü maddələri, “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 217.3, 217.4 və 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilmədən əsassız qətnamə qəbul edilmişdir. Cavabdehlər yalnız qətnamənin qəbul edildiyi tarixə aid məhkəmə iclasından məlumatlı olmuşlar. xx.xx.2023cü il tarixdə məhkəmə iclasında iştirak etmişlər və məhkəmə heç bir araşdırma aparılmadan iddianı təmin etmişdir. Cavabdehlər hazırda yaşadıqları Abşeron rayon, Xırdalan şəhəri O.Sarıvəlli küçəsindəki 0,046 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini X12 və onun kürəkəni X13 32000 manata almışlar. Həmin əmlakın alqısatqısının rəsmiləşdirilməməsinə səbəb evi aldıqları şəxsin üzərinə düşən öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən qərəzli şəkildə boyun qaçırması olmuşdur. Əgər ədalətli məhkəmə araşdırması aparılsa, çəkişmə prinsipinə əməl edilməklə məhkəmə icraatı təmin edilsəydi bu hallar üzə çıxarılardı. Lakin işə baxan məhkəmə bu kimi diqqətə layiq halları nəzərə almamış, mübahisəyə tətbiq edilməməli maddi hüququ normalarını tətbiq etmiş və yalnız iddiaçının mövqeyinə uyğun qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilmə tarixi 22 iyun 2023-cü il olsa da, 23 iyul 2023-cü il tarixinədək elektron məhkəmə informasiya sisteminə qətnamə yüklənməmişdir. Bu da qətnamədən şikayət verilmə müddətinin süni şəkildə uzadılmasına, prosessual pozuntuya yol açmışdır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh X6 əsl cavabd ehlə əvəz edilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh X12 (kürəkəni, Cəlilabad rayonu Prişib, indiki Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə MAXE işləyən X19 ilə birlikdə) iş məhkəmənin icraatında olan zaman həmin evi satmışdır. Bununla belə, X6 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olsa da, məhkəmə bu barədə prosessual normalardan istifadə edərək məlum olan cinayət barədə müvafiq prokurorluq orqanına məlumat verməmişdir. İddiaçı da bu məlumatı gizlətməklə cavabdehlərlə işbirliyində olmuşdur. İşə baxan məhkəmə səthi araşdırma aparmaqla, iddia tələbinə uyğun formal əsaslandırılmış qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirilmədən qərar qəbul edilmiş, torpaq vergiləri, ödənişlər, torpağın faktiki istifadəçiləri barədə məlumat əldə edilmə mişdir. Mübahisəli fərdi yaşayış evinin kim tərəfindən kimə satılması, bu alqı-satqının neçə dəfə baş verməsi və s. kimi hallar dəqiqləşdirilməmişdir. O, həmin yaşayış evinin dəyərini ödəməklə əldə etdiyi kimi həm də, orada əlavə təmirtikinti işləri görmüş, müəyyən xərc çəkmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1910/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyinə dair qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan, həmin fərdi yaşayış evinə dair gələcək “qanuni gözlənti” hüququ da məhz iddiaçıya məxsusdur. Yəni, ilkin olaraq, iddiaçının gələcəkdə məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etməsi istisna olunmur. Məhz bu kontekstdən, yəni mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşıldıqda, cavabdehlərin hərəkəti iddiaçının mülkiyyət hüququnu pozulması kimi qiymətləndirilməlidir.

21. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, sonuncuların mübahisəli daşınmaz əmlaka dair heç bir mülkiyyət hüquqları olmadığı kimi hər hansı formada istifadə hüquqlarının olması da istisna edilir. Belə ki, cavabdehlər mübahisəli daşınmaz əmlakı hazırkı iş üzrə ilk cavabdeh Məhbubə Əliyevaya dəyərini ödəyərək əldə etdiklərini bildirsələr də, bu faktı təsdiq edəcək hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən, tərəflər arasında belə razılıq olsa belə, bunun Mülki Məcəllənin 139.1 və 144.1ci maddələrində müəyyən olunmuş qaydada rəsmiləşirilməsinə dair sübutlar işdə mövcud deyildir.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlak özlüyündə sənədsiz (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan) əmlak olduğundan onun notarial qaydada alqı-satqı müqaviləsinin obyekti olması mümkün deyildir. Həmin əmlakı cavabdehlərə satdığı deyilən Məhbubə Əl iyevanın belə qeyd edilən fərdi yaşayış evinə dair hər hansı hüququ mövcud olmadığından, sonuncu bu əmlak barəsində sərəncam vermək hüququna da malik olmamışdır.

23. Cavabdehlərin apellyasiya şikayətində istinad etdikləri əsas dəlilinə, yəni mübahisəli əmlakın X4 dəyəri ödənilməklə alınmasına dair məhkəmə qeyd etmişdir ki, bu hal cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinə yiyələnmələri üçün əsas deyildir.

24. Məhkəmə həmçinin cavabdeh tərəfə izah etmişdir ki, mübahisəli əmlak cavabdehlərə hər hansı hüququ olmayan şəxs tərəfindən satılmışsa, həmin əsasla dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdeh tərəf ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası olaraq Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 152.5, 152.6, 15 7.2, 164.1, 238.1 və 238.3, 239.2, 425.1, 560.1, 560.2 və 560.3.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya instansiya məhkəməsində birinci icraat

26. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, torpaq sahəsinə baxış keçirilməməsi, vergilər, faktiki istifadə və bu kimi real hallar araşdırılmadığı üçün nəticə də ədalətsiz olmuşdur. Məhkəmə bu hissədə münasibətləri tənzimləyən maddi hüquq normalarını deyil, sırf iddia ərizəsinin təmin edilməsi yönündə münasibətləri tənzimləyən qanunveric ilik aktlarını tətbiq etmişdir. Halbuki məhkəmə araşdırma nəticəsində vəziyyəti aşkara çıxara bilərdi. Torpaq sahiblərinin əqdin onların üzərinə düşən hissəsində öhdəliklərini icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən şüurlu şəkildə boyun qaçırmalarına əsasən torpaq sahəsinə dair sənədləşdirmə aparılmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1090/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova-sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-1910/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.

29. Məhkəmə kollegiyası q eyd etmişddir ki, hazırkı mübahisənin həllində ən həlledici məqam evin Məhbubə Əliyeva tərəfindən cavabdehlərə satılıb-satılmaması deyil, həmin evin ilkin satışı zamanı iddiaçının iradə ifadəsinin, satılma niyyətinin olub-olmaması olmuşdur. İşin hallarından müəyyən edilmişdir ki, ev tikildikdən sonra 2020-ci il ərzində Aytəkin Al-Makasseessi ilə qaz və işığın istehlakı ilə bağlı kommunal, 2021-ci il isə Aynur İsmayılova ilə internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Bu isə həmin evdə öncə Al-Makassesi Aytəkin Kamal qızının, sonra isə Aynur İsmayılovanın yaşaması, daha sonra sonuncu tərəfindən Məhbubə Əliyevaya satılması halı üzə çıxarır ki, bu da hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin, ev tikildikdən sonra orada iki ilə yaxın müddətdə Al-Makassesi Aytəkin Kamal qızının, sonra Aynur İsmayılovanın hansı əsasla yaşaması, ona evin kim tərəfindən təhvil verilməsi, evi inşa edərkən Habil ilə iddiaçı arasında hansı münasibətlərin (işgüzar-şəriklik, yoxsa podrat) olması, evin tikilmə məqsədi (satışdan əldə edilən vəsaitin bölünməsi, yoxsa iddiaçıya təhvil vermə), iddiaçı ilə eyni həyət olmasına baxmayaraq evə məhkəməyə məlum olan dörd müxtəlif şəxslərin (ailələrin) maneəsiz köçürülməsi halı, o cümlədən, iddiaçının onun evini satmasını iddia etdiyi Habil adlı şəxsdən hüquq mühafizə orqanlarına hansı səbəbdən şikayətçi olmaması, 2020-ci ildən sonra da Habillə işgüzar və ya dostluq münasibətində olub-olmaması kimi hallar araşdırılmamışdır.

30. İddiaçının nümayəndəsi apelyasiya instansiyası məhkəməsində izahat verərkən göstərmişdir ki, ev tiki lib hazır olduqdan sonra evi tikən şəxsin xahişi ilə bir müddət evdə onun qızının yaşamasına iddiaçı tərəf etiraz etməmişdir. Lakin bir müddət sonra onlara bəlli olmuşdur ki, sözügedən evdə Məhbubə Əliyeva adlı qadın yaşayır. Ondan evi tərk etməsi, evin iddiaçıya məxsus olması tələb ediləndə isə Məhbubə evi Habildən pulunu ödəməklə aldığını bildirmişdir. Lakin iddia ərizəsində bu hallar fərqli göstərilmiş, həmçinin işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, hətta Aynur İsmayılovadan əvvəl həmin ünvanda Al-Makassesi Aytəkin Kamal qızına kommunal xidmətlər göstərilmişdir. Halbuki, Al-Makassesi Aytəkin Kamal qızı evi tikən şəxsin qızı deyildir, evdə hansı əsasla yaşaması müəyyən olunmamışdır.

31. Birinci instansiya məhkəməsində iştirak edən Məhbubə Əliyeva isə Habili və iddiaçını ev alanadək ümumiyyətlə tanımadığını, evi Xəlil adlı dəllaldan aldığını və onun vasitəsilə də satdığını bildirmişdir. İddiaçının nümayəndəsi həmçinin apellyasiya instansiyası məhkəməsində izahat verərkən mübahisəli evin ona borc müqabilində tikilib verilməli olmasını göstərmişdir. Bundan başqa, iddiaçı tikilinin inşasına ümumilikdə 35000 manat vəsaitin qoyulmasını bildirsə də (17000 manatı verdiyini, 18000 manat alacağı pulu şəriklərinin qoyduğunu), iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Hesabat Cədvəlində həmin tikilinin dəyəri 31000 manat göstərilmiş, 32000 manata cavabdehlərə satılmışdır. Dəyəri 31000 manata qiymətləndirilə bilən bir əmlakın tikilməsinə sərf edilən vəsaitin 35000 manat olması inandırıcı olmamaqla araşdırılmalı hal hesab olunu r. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli məqamlara aydınlıq gətirməmiş, iddiaçı tərəfin iddiasında və izahatında səmimi olub-olmamasına, ev inşa edilərkən işgüzar, yoxsa podrat münasibətlərinin mövcudluğuna, hazırkı iddianın qaldırılmasının hüquqdan sui-istifadə olub-olmamasına qiymət verməmişdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, iddiaçının həmin sahədə yerləşən evə qanuni gözləntisi olmuşdur. Lakin buna baxmayaraq iddiaçı sözügedən əmlakı adına rəsmiləşdirməmiş, torpaq sahəsinin ona məxsus olmasını nə cavabdehlər, nə də ondan əvvəlki şəxslərə bildirməmiş (onlara belə bir məlumatın verilməsini təsdiq edən mötəbər sübut təqdim edil məmişdir), fərdi yaşayış evinin özbaşına tikili olduğunu güman edən şəxslər onu bir neçə dəfə satmışlar. İddiaçının hansı səbəbdən iki ilə yaxın müddətdə mənzildə yaşayan Al-Makassesi Aytəkin Kamal qızına və Aynur İsmayılovaya qarşı iddia qaldırmaması, mübahisəli tikilini xüsusi mülkiyyət kimi rəsmiləşdirməməsi məlum olmamış, məhkəmə mübahisəli fərdi yaşayış evi tikildikdən sonra ilk dəfə hansı əsasla satılması, iddiaçının nümayəndəsi ilə Habil adlı şəxsin arasında işgüzar münasibətlərin həmin dövrdə davam edib-etməməsi, hüquqdansui istifadə hallarının olub-olmaması halları müəyyən etməmiş, ev ilk dəfə Habil tərəfindən satılarkən iddiaçının iştirak edib-etməməsi, iradə ifadəsinin olub-olmamasını müəyyən etmək üçün Al-Makassesi Aytəkin Kamal qızı, Aynur İsmayılova və Habil adlı şəxsləri i şə cəlb etməmiş, iddiaçı tərəfin öz iddiasında və məhkəməyə verdiyi izahatında nə dərəcədə dürüst olmasını müəyyən etməmiş, işin halları natamam araşdırılmışdır.

33. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası olaraq Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 152.6, 157.2, 560.1, 560.2 və 560.3.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında, mülkiyyətində olan torpaq sahəsində iki fərdi yaşayış evinin olduğunu, mübahisə predmeti olan fərdi yaşayış evinin hər gün yanından keçdiyini, ilk dəfə Əliyeva Məbubəyə qarşı xx.xx.2022-ci il tarixdə iddia qaldırdığını, Məbubənin evi aldığı Aytəkin adlı şəxsi ümumiyyətlə tanımadığını, Habillə işgüz ar münasibətdə olduğunu və oğlu üçün ev tikdirdiyini, lakin oğlunun hələ evlənmədiyi üçün Habilin qızına yaşamaq üçün verdiyini bildirmişdir. Evdə onun xəbəri olmadan niyə təmir işlərinin aparılması və Əliyeva Məhbubədən əvvəl digər şəxslərə qarşı niyə iddia qaldırmadığına dair hər hansı məlumat verməmişdir.

35. Məhkəmə iclasında şahid kimi ifadə verən X20 iddiaçının həyat yoldaşı olan Nümayəndə ilə işgüzar münasibətlərdə olduğunu, mübahisəli evin yerləşdiyi torpaq sahəsini faktiki olaraq 10000 manata sonradan ödəmə şərti ilə Nümayəndə öz qızı üçün aldığını, evin yalnız onun vəsaiti ilə tikildiyini, lakin pula ehtiyacı olduğu üçün evi bir-biri ilə bacı olan Aytəkin və Aysel adlı şəxslərə satdığını, evin yerləşdiyi torpaq sahəsinin sənədləşməsi üçün 10000 manatı vermək məqsədi ilə Nümayəndə yanına getdiyini, lakin Nümayəndə digər şərikli fəaliyyətlərindən ona əlavə 23000 manat ziyan vurulduğunu bildirərək, ümumilikdə 33000 manat pulun ödənilməsini tələb etdiyini, 33000 manat pulun ödənilməsi ilə bağlı hazırki mübahisənin yarandığını, ona görə torpaqla əlaqədar razılaşdırılmış 10000 manat pulu almaqdan İbrahimxəlilin imtina etdiyini bildirmişdir. Həmçinin bununla əlaqədar başqa şəxsin adına olan evi müvəqqəti olaraq İbrahimxəlilin adına keçirdiyini, İbrahimxəlil isə onun xəbəri olmadan həmin evi tanışı Mübarizin adına keçirdiyini, buna görə məcbur olub 15000 manat verilməklə evin öz sahibinin adına geri rəsmiləşdirilməsini, hazırda İbrahimxəlilə 18000 manat borclu qaldığını bildirmişdir.

36. X1 göstərmişdir ki, 20 ildir ki, İbrahimxəlili tanıyır, ondan əvvəl 17000 manat pul a lmış, həmin pulun 14000 manat hissəsinin İbrahimxəlilə qaytarmaqla 3000 manat borclu qalmışdır. Şərikli işlərinin düzgün aparılmamasına görə İbrahimxəlil ondan 20000 manat vurulmuş ziyan kimi, torpağın Habilə satılmasına görə 10000 manat, ümumilikdə 33000 manat pulun qaytarılmasını tələb etmiş, bununla əlaqədar hazırki mübahisə yaranmışdır.

37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(105)-1195/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov-sədrlik edən və məruzəçi, Elman Rəhimov və Fuad Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd olunması qət edilmişdir.

38. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin torpaq sahəsində tikilmiş tikili o nun mülkiyyətində olmuş əmlak kimi müəyyən edilə bilər və mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etmək hüququ vardır ki, bu mülkiyyətçinin torpaq sahəsində tikilmiş tikiliyə münasibətdə ondan istifadə edilməsi mülkiyyət hüququna qanunsuz müdaxilə sayılır. Lakin həmin fərdi yaşayış evindən çıxarılma zamanı nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir.

39. Ali Məhkəmənin göstərişlərinə əsasən, iki ilə yaxın müddətdə Al-Makassesi Aytəkin Kamal qızının, sonra Aynur İsmayılovanın hansı əsasla yaşaması, iddiaçı ilə eyni həyət olmasına baxmayaraq evə məhkəməyə məlum olan dörd müxtəlif şəxslərin (a ilələrin) maneəsiz köçürülməsi halı, o cümlədən, iddiaçının onun evini satmasını iddia etdiyi Habil adlı şəxsdən hüquq mühafizə orqanlarına hansı səbəbdən şikayətçi olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Bununla da qeyd edilənlər onu göstərir ki, mübahisə predmeti olan fərdi yaşayış evində həmin ailələr yaşayarkən iddiaçı və onun həyat yoldaşı hər hansı bir etiraz bildirməməklə, susmaqla razılıqlarını bildirmişlər.

40. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt o laraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbləri nəz ərə alınmadan, tərəflərin izahatları, təqdim etdikləri sübutlar və işdəki digər məlumatlar əsasında həmin evə ailələr köçürülərkən iddiaçının və həyat yoldaşının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilmişdir. Həmçinin, iddiaçının ona və ailə üzvlərinə məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etmək hüququ mövcud olsa da, qanunvericilik onun bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır.

42. Məhkəmə göstərmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılmasını tələb etmək hüququ hüquqdan suiistifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Bu səbəbdən cavabdehlər tərəfindən mübahisələndirilən evin alınmasına şərait yaratdığına görə iddiaçı cavabdehlərə vurulmuş ziyan məbləğində kompensasiya verilməklə onların evdən çıxarılmasına, həmçinin digər şəxslərə qarşı borcun qaytarılmasına dair müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilər.

43. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 152.6, 157.2, 560.1, 560.2 və 560.3.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması və ya mülki işin yeni a pellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam və obyektiv araşdırma aparmamışdır. Həmçinin məhkəmə tərəflərin əşya üzərində olan hüquqlarını təsdiq edən sənədlərə hüquqi qiymət verməli idi. İş materiallarından da görünür ki, cavabdehin əmlak üzərində hüququnu təsdiq edən hər hansı sənədi olmamışdır. Lakin, iddiaçıya verilən sənəd torpağın məhz iddiaçının mülkiyyətində olduğunu təsdiq edir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin də tələblərini kobud surətdə pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilə n hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

47. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

48. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə i stənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

50. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

53. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

54. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi v ə güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

59. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəlləni n 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və aşağı insansiya məhkəmlərində işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 2(102)-1090/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarındakı göstərişlərə əməl olunmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1195/2024 nömrəli iş üzrə 22 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar