Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1253/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qazaxova Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələb, kompensasiya verilməklə cavabdehlərin torpaq sahəsindən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X8 qızına və Cavabdeh2 qarşı “kompensasiya verilməklə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-488/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qə tnaməsindən İddiaçı və cavabdeh X8 qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə 27 may 2025-ci il tarixdə Ali məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı və qızları X4 və X1 təsərrüfatı təyinatlı 1,14 ha torpaq sahəsi verilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışa əsasən, Balakən rayonu Meşəşambul kəndində, Bələdiyyə mülkiyyətində və istifadədədə olan 0,0207 ha torpaq sahəsində yerləşən 292,50 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-c i il tarixdə qeydə alınmışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-767/2019 nömrəli, 14 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-511/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır.
4. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi cavabdeh X8 qızının həyat yoldaşı olmuş, Cavabdeh2 atası və iddiaçının qaynı Ramazan Qazaxovun vəsaiti hesabına iddiaçıların razılığı ilə inşa edilmişdir. X8 qızı ilə Ramazan Qazaxov arasında nikah 2017-ci ildə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Biri nci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər X8 qızına (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) qarşı “pay torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 6.500 manat kompensasiya verilməklə cavabdehlərin Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Kənd daxilində olan 422 A planşetdə qeyd olunan 2762,90 kv.m. torpaq sahəsinin 0,12 ha həyətyanı sahə kimi nəzərdə tutulmuş, lakin AİK-nın Meşəşambul kənd İƏD-si ap arılan ölçü sənədlərində yol verdiyi texniki səhvlərə görə həmin həyətyanı sahə pay torpaq sahəsinin tərkibinə daxil edilməklə, “Torpağın mülkiyyət hüququna dair” JN-422, KOD 40109018 olan Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində onun əri və qayınları tərəfindən 2 mərtəbəli yaşayış evi tikilmiş, 11 dekabr 2017-ci il tarixdə həmin ev tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış, ona RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi və evdən uzun müddətdir ki, o, və ailə üzvləri təyinatı üzrə istifadə edə bilmirlər. Həmin evdə birinci cavabdeh Solmaz Qazaxova ilə birlikdə oğlu Cavabdeh2 də yaşayırlar. Onlar həyətə və torpaq sahəsinə g iriş qapısını bağlayaraq, nə onu, nə də onun ailə üzvlərini həyətə buraxmırlar. Nəticədə evin və torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüquqları pozulur. Ona görə də 6.500 manat kompensasiya verilməklə cavabdehlər Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(019)672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilərək İddiaçı tərəfindən 6.500 manat kompensasiya ödənilməklə cavabdehlər Solmaz Qazaxova və Cavabdeh2 iddiaçının mül kiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən İddiaçı, X3 və X7 qızınını ümumi birgə mülkiyyətinə verilmiş 2762,90 kv.m. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Gündüz Abbasov və Elçin Hüseynov) apell yasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı tərəfindən 6.500 manat kompensasiya ödənilməklə cavabdehlər Solmaz Qazaxova və Cavabdeh2 iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi” hissəsində dəyişdirilmiş, iddiaçı tərəfindən birinci cavabdeh Solmaz Qazaxovaya 3.500 manat və ikinci Cavabdeh2 3.500 manat olmaqla ümumilikdə 7.000 manat kompensasiya ödənməklə cavabdehlərin iddiaçının mülkiyyətində olan Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində yeni açılmış hal üzrə icraat.
10. Cavabdeh1 yeni açılmış hala dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək göstərmişdir ki, ona və oğlu Cavabdeh2 qarşı 6.500 manat kompensasiya ödənilmək şərti ilə Balakən rayonu, Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, 2762,90 kv.metr torpaq sahəsindən çıxarılması üçün əsas olmuş İddiaçı adına olan RX seriyalı, ******* saylı 11 dekabr 2017-ci il tarixdə çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə etibarsız hesab edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 13(102)496/2019 nömrəli, 11 fevral 2020-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızının ərizəsi iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-1/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 ərizəsi təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)-672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi və həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir.
13. Qərar onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 672/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsinin və həmin qətnamədən verilmiş apelyasiya şikayəti üzrə çıxarılmış Şəki Apellyasiya Məhkəməsinin 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qətnaməsinin qəbul edilməsinə əsas olan İddiaçı adına verilmiş 11 dekabr 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış etibarsız sayılmışdır. Bu hal isə özlüyündə məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici material olmaqla məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxmaq üçün əsasdır. d)Birinci instansiya məhkəməsində ikinci icraat
14. Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) İddiaçı Solmaz Qazaxovaya və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə Solmaz Qazaxova və Cava bdeh2 fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kvadratmetr olan fərdi yaşayış evi və 0,0207 ha torpaq sahəsi üzrə İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydiyyatına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilmiş və bununla da həmin hüquqla bağlı reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilmişdir və bu da həmin qey diyyatın ləğv üçün faktoloji və hüquqi əsasdır. Artıq həmin evə və torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları mövcud deyildir. Ona görə də İddiaçı həmin ev və torpaq sahəsi üzərində sərəncam vermək hüququ, hazırki halda 6.500 manat kompensasiya verilməklə cavabdehlər Solmaz Qazaxovanın və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən fərdi yaşayış evindən və 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması barədə iddia tələbi irəli sürmək barədə subyektiv hüququ mövcud deyildir. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1991/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.
19. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3406/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarı ilə (haki mlər Zaur Əliyev (məruzəçi), İlqar Xələfov və Abiddin Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli qətnaməsi torpaq sahəsindən çıxarılma tələbinə aid hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi iddiaçı evin mülkiyyətçisi olmadığı üçün onun kompensasiya verməklə cavabdehlərin evdən çıxarılması tələbinin rədd edilməsi hissəsində qətnaməni qanuni və əsaslı hesab etsə də, cavabdehlərin 2762.90 kv.m. pay torpaq sahəsindən çıxarılması hissəsində maddi və prosessual hüquq normalarının pozulduğunu müəyyən etmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehin əşyaya qanunsuz sahiblik etm əklə hüququna müdaxilə etdiyini bildirir. MM-in 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmələr bu tələbi rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmişlər və belə nəticəyə gəlmişlər ki, həmin norpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyil. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evinin qeydiyyatı barədə olmuşdur. Sözügedən torpaq sahəsinin də daxil olduğu 1.14 ha sahənin is ə iddiaçının ümumi mülkiyyətində olmasına dair JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı işə əlavə edilmişdir. Həmin aktın hansı səbəbdən nəzərə alınmaması məhkəmələr tərəfindən əsaslandırılmamış, torpağa dair iddianın həllində ona hüquqi qiymət verilməmişdir.
23. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı, evin ona mülkiyyət hüququ ilə məxsus olan 2762.90 kv.m. torpaq sahəsində yerləşdiyini bildirsə də, adı çəkilən çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.0207 ha, statusu Bələdiyyə mülkiyyəti, hüququn növü isə istifadə kimi qeyd edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyində isə cavabdeh Solmaz Qazaxovanın yaşadığı evin İddiaçı və digər ümumi mülkiyyətçilərə məxsus 2762.90 kv.m. kənd təsərrüfatı təyina tlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi qeyd olunmuşdur. Belə olan halda, iddiaçının mülkiyyət hüququna dair çıxarışın etibarsız sayıldığı fərdi yaşayış evinin bələdiyyə mülkiyyətində olan torpaqda, yoxsa qeyd olunan dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 2762.90 kv.m. torpaq sahəsində yerləşib-yerləşməməsi lazımi qaydada müəyyənləşdirilməmişdir. Halbuki, iddianın torpaq sahəsindən çıxarılma hissəsinin düzgün həlli üçün həmin xüsusatların tam və hərtərəfli araşdırılması üçün tərəflərə şərait yaradılmalı, evin iddiaçının ümumi mülkiyyətində olan torpaqda yerləşib-yerləşmədiyi aydınlaşdırılmalı, JN422 nömrəli, xx.xx.1999-cu il tarixli dövlət aktının hüquqi qüvvəsində olduğu halda iddiaçının torpaq sahəsindən çıxarılma tələbinə yuxarıda qeyd edilən maddi hüquq normaları əsasında qiymət verilməli, bu zaman cavabdehlərin həmin sahədən istifadə etməkdə əsaslı mənafelərinin olub-olmaması da yoxlanılmaqla nəticəsindən asılı olaraq tələb qanuni və ədalətli şəkildə həll olunmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki üçünçü icraat
24. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rövşən Rəfiyev (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Günay Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdehlər Solmaz Qazaxovanın və Cavabdeh2 iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılmasının təmin e dilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Solmaz Qazaxova və Cavabdeh2in iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m pay torpaq sahəsindən çıxarılmaları qət olunmuşdur.
25. Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti texniki ekspertizаsı təyin edilmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3986 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292.50 kv.m. olan fərdi yaşayış evi JN 422 kod 40109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyası nın xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762,90 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşir. JN 422 kod 40109018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən 2762,90 kv.m. torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı əkin sahəsidir.
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılmadan, iş üzrə Balakən rayonu Meşəşambul kəndində yerləşən ümumi sahəsi 292,50 kv.m. olan fərdi yaşayış evinin JN 422 kod 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı verilmiş 2762,90 kv.m. torpaq sahəsin in sərhədləri daxilində yerləşibyerləşməməsini araşdırmadan, iş üzrə ekspertiza təyin edilmədən iddia tələbinin cavabdehlərin 2762,90 kv.m. pay torpaq sahəsindən çıxarılması hissəsinin rədd edilməsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı həmin sahənin onun mülkiyyətində olduğunu və cavabdehlərin əşyaya qanunsuz sahiblik etməklə hüququna müdaxilə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən iddiaçının adına olan ******* nömrəli çıxarışın məhkəmə qərarı ilə etibarsız sayılması faktına istinad etmiş və belə nəticəyə gəlmişdir ki, həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları mövcud deyildir. Halbuki, etibarsız sayılan həmin çıxarış 2762.90 kv.m. pay torpaq sahəsinin deyil, fərdi yaşayış evin in qeydiyyatı barədə olmuşdur. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat.
27. İddiaçı və cavabdeh Solmaz (Qazaxova) Çerçiyeva tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli, 2(102)-97/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməs i işə baxmaq səlahiyyəti olmayan hakimin iştirakı ilə çıxarıldığı üçün ləğv edilərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə Apellyasiya İnstansiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-655/2018 nömrəli, 29 mart 2018-ci il tarixli, habelə 2(107)-100/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnamələrinin həm giriş və nəticə hissəsində işə hakim Rövşən Rəfiyevin sədrliyi və məruzəsi ilə baxıldığı qeyd olunduğu və qətnamələr sonuncu tərəfindən imzalandığı üçün, bu hal yekun məhkəmə aktı ləğv edilmədən aradan qaldırıla bilməz. Apellyasiya instansiyası məhkəməsindəki dördüncü icraat
31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-488/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (ha kimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və Hüseyn Rəşidzadə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)- 739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin torpaq sahəsindən çıxarılmanın rədd edilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilərək cavabdehlər Solmaz Qazaxova və Cavabdeh2in iddiaçının mülkiyyətinə verilmiş 2762,90 kv.m pay torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin altındakı 207 kv/m və həmin torpaq sahəsinin qarşısından keçən ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinədək məsafədə gediş-gəliş üçün zəruri olan 88 kv/m yol sahəsindən çıxarılmala rı hissələrində təmin edilməməsi, iddianın rədd edilmiş fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları
1. X 605039,7073 Y 4617059,0202,
2. X 605038,4780 Y 4617054,3806,
3. X 605036,1580 Y 4617054,9953,
4. X 605034,8292 Y 4617050,1748,
5. X. 605022,8428 Y 4617053,3507,
6. X 605024,1716 Y 4617058,1712,
7. X 605021,8517 Y 4617058,7858,
8. X 605023,0810 Y 4617063,4255,
9. X 605025,4009 Y 4617062,8108,
10. X 605026,6815 Y 4617067,6440,
11. X 605038,6679 Y 4617064,4681,
12. X 605037,3873 Y 4617059,6349; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 2,4 metr, 3-4 arası məsafə 5.0 metr, 4-5 arası məsafə 12.4 metr, 5-6 arası məsafə 5.0 metr, 6-7 arası məsafə 2.4 metr, 7-8 arası məsafə 4.8 metr, 8-9 arası məsafə 2.4 metr, 9-10 arası məsafə 5,0 metr, 10-11 arası məsafə 12.4 metr,11-12 arası məsafə 5.0 metr, 12-1 arası məsafə 2.4 metr müəyyən edilməli.İddianın rədd edilmiş ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri olan yolun ölçüləri və koordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqt ələrinin koordinatları
1. X 605039,7073 Y 4617059,0202,
2. X 605038,4780 Y 4617054,3806,
3. X 605056,2622 Y 4617049,6685,
4. X 605057,1413 Y 4617052,4950,
5. X. 605056,8224 Y 4617054,4854; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 18.4 metr, 34 arası məsafə 3.0 metr, 4-5 arası məsafə 2.0 metr, 5-1 arası məsafə 17.7 metr müəyyən edilmişdir. Torpaq sahəsinin ölçülməsi ilə bağlı İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat xidmət haqqının 47,50 manatı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət olunmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilmiş torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
33. Məhkəmə kollegiyası baxış predmeti olan hissə ilə bağlı hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd etdiyi- cavabdehlər X8 qızının və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2762.90 kv/m pay torpaq sahəsindən çıxarılmalarına dair hissədə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırı lması prinsiplərinə cavab verməmişdir.
34. Birinci instansiya məhkəməsi iddia tələbini torpaq sahəsindən çıxarılma hissəsində rədd edərkən mövqeyini İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi ilə əsaslandırsa da, etibarsız hesab edilən həmin çıxarışın 2762.90 kv/m. pay torpaq sahəsinə münasibətdə deyil, fərdi yaşayış evinə münasibətdə verilməsini diqqətə almamışdır.
35. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
36. Məhkəmə kollegiyası fərdi yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək) məsafədə torpaq sahəsindən bütünlükdə deyil, fərdi yaşayış evindən ümumi istidadədə olan yoladək (küçə yolunadək ) hissədə ekspertiza tədqiqatı, həmin tədqiqatın aparılmasında istinad edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə olan yerquruluşu planında nəzərdə tutulmuş zəruri yol sahəsi həddində əsaslı mənafelərinin olması qənaətinə gəlmişdir.
37. Belə ki, məhkəmə kollegiyası işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş 2 saylı yerquruluşu planına əsasən müəyyən etmişdir ki, 2762.90 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin ölçüləri 0.0207 ha və həmin evə ümumi istifad ədə olan yoldan küçə yolundan gediş-gəliş üçün zəruri olan yol sahəsinin ölçüləri isə 0.0088 hektardır. Beləliklə 2762.90 kv.m torpaq sahəsindən fərdi yaşayış evinin altında yerləşən 0.207 və həmin evə ümumi istifadədə olan yoldan (küçə yolundan) gediş-gəliş üçün zəruri olan 0.0088 hektar yol sahəsi çıxıldıqda yerdə qalan torpaq sahəsinin ölçüləri 2467,9 kv/m təşkil etmişdir ki, 2467,9 kv/m torpaq sahəsindən istifadədə cavabdeh tərəfin əsaslı mənafeyinin olması iş materiallarından müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 2(019)-739/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddianın “torpaq sahəsindən çıxarılmanın rədd edilməsi” hissəsində ləğv e dilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızına və Cavabdeh2 qarşı iddia tələbi pay torpaq sahəsindən çıxarılma hissəsində qismən təmin edilməli, cavabdehlər Çerçiyeva (Qazaxova) Solmaz Məhəmməd qızı və Cavabdeh2 Balakən rayonu Meşəşambul kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-422 nömrəli, 40109018 kodlu 25 may 1999-cu il tarixli dövlət aktının 422A planşeti üzrə İddiaçı, Malalova (Qazaxova) Hürü Nürəddin qızının və Qurdayeva (Qazaxova) Pitimat Nürəddin qızının ümumibirgə mülkiyyətlərində olan 2762,90 kv/m torpaq sahəsinin 2467,9 kv/m hissəsindən çıxarılmalıdırlar.
39. İddianın rədd edilmiş ümumi istifadədə olan yoldan (küçə yolundan) fərdi yaşayış evinə gediş-gəliş üçün zəruri olan yolun ölçüləri və k oordinatları Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 18 saylı Zaqatala LTİ-nin mütəxəssisi P.İsmayılovun tərtib etdiyi 30 aprel 2024-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 2 saylı yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:1000 olmaqla döngə nöqtələrinin koordinatları
1. X 605039,7073 Y 4617059,0202,
2. X 605038,4780 Y 4617054,3806,
3. X 605056,2622 Y 4617049,6685,
4. X 605057,1413 Y 4617052,4950,
5. X. 605056,8224 Y 4617054,4854; döngə nöqtələri 1-2 arası məsafə 4.8 metr, 2-3 arası məsafə 18.4 metr, 34 arası məsafə 3.0 metr, 4-5 arası məsafə 2.0 metr, 5-1 arası məsafə 17.7 metr müəyyən edilməlidir.
40. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 13.1, 29.1-ci və 29.2-ci maddəsi, Azərbaycan Respublikasısın Mülki Məcəlləsi 152.1, 152.5, 157.4-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 84-cü maddələrinə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 488/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, AR Mülki Məcəlləsinin 152, 157 və 158-ci, AzTorpaq Məcəlləsinin 84-cü maddələrinin istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının mövqeyinə görə fərdi yaşayış evində yaşamaq hüququ olan şəxsin hüquqları, mülkiyyət hüquqlarından daha üstün hüququqa malikdir. Bu isə nə daxili, nə də ki, beynəlxalq qanunvericiliyə uyğun deyil. Məhkəmə kollegiyasının mövqeyinə görə İddiaçı adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarış etibarsız hesab edildiyindən həmin hissədə yerləşən torpaq sahəsindən cavabdehlərin çıxarılması təmin edilə bilməz. Bununla bağlı qeyd edilmişdir ki, çıxarışın ləğv edilməsi ona dəlalət etməmiş digər hüquq müəyyənedici sənədlərin etibarsız və ya ləğv edilməsi qənaətinə gəlinmir. Bundan başqa tərəflər arasında servitut münasibətləri də olmamışdır. Məhkəmə kollegiyası bu aspektdən yanaşma belə etməmişdir. Cavabdehlərin mübahisə edilən torpaq sahəsinə heç bir hüquqları olmamış, qeyd olunan torpağa dair mülkiyyət hüququnun olması və fərdi yaşayış evinə dair sahiblik və istifadə hüququ olması məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı lmadığından düzgün hüquqi qiymət verilməmişdir.
43. Şikayətçinin adına işlənmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi aparılan ölçü sənədlərində yol verildiyi texniki səhvlərə görə olmuşdur. Bu isə iddiaçının qeyd olunan torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqlarının olmaması anlamına gəlmir. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir kimi qeyd olunsa da müəyyən edilmiş hansı faktların və bu faktların mövcud iddia tələbinə hansı formada əlaqəli olmasına dair hüquqi mövqe bildirməmişdir.
44. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa m əhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir kimi qeyd olunsa da müəyyən edilmiş hansı faktların və bu faktların mövcud iddia tələbinə hansı formada əlaqəli olmasına dair hüquqi mövqe bildirməmişdir.
45. Cavabdeh X8 qızı kassasiya şikayəti və şikayətə əlavə verərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024 saylı, 2(107)-488/2024 il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qərar qəbul edilərək iddianın tam rədd edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarı ilə sübuta yetirilmişdir ki, mübahisəli evə dair İddiaçı verilmiş xx.xx.2017-ci il tarixli çıxarış saxtadır. İş materialları ilə bir daha sübut olunmuşdur ki, fərdi yaşayış evinin tikintisini məhz Cavabdeh1 aparmışdır, bununla bağlı Gülnazın dəlilləri həqiqət i əks etdirməmiş, onun evə və torpaq sahəsinə hər hansı aidiyyatı olmamışdır. Lakin Şəki Apelyasiya Məhkəməsi əvvəlki icraatda hər hansı araşdırma aparmamışdır. xx.xx.2023 tarixli mütəxəssis rəyi verən 18 saylı Zaqatala Ərazi İdarəsi mübahisəli evə dair İddiaçı verdiyi xx.xx.2017-ci il tarixli çıxarışda torpağın mülkiyyətçisinin Bələdiyyə olduğunu göstərir, lakin 11 may 2023cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq İddiaçı məxsusdur. Şəki Apelyasiya Məhkəməsi əvvəlki icraatda 18 saylı Zaqatala Ərazi İdarəsinin 11 may 2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin hansı sənədlərin əsasında verilməsini tələb etməmiş və idarədən almamışdır. Başqa tərəfdən isə 18 saylı Zaqatala Ərazi İdarəsi hazırkı iş üzrə maraqlı şəxsdir, o cavabdeh ol muş və çıxarışı məhkəmə tərəfindən ləğv edilmişdir, həmin idarə tərəfindən verilmiş rəy şübhəlidir, rəyin verilməsi başqa idarəyə həvalə edilməli idi. Hazırda məhkəmədə 2 bir-birinə zidd sübut vardır. Apelyasiya Məhkəməsi cavabdehi evdə saxlasa da, həyətdəki tikililərdən çıxarılmasını qət etmişdir. Həmin tikililər olmadan (ayaqyolu, hamam, anbar və s.) iddiaçı evdə necə yaşaya bilər. Həmin tikililər həyətin tərkib hissəsidir. Əgər iddiaçı torpağın mülkiyyətçisidirsə, ev-həyət inşa ediləndə niyə buna imkan verirdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
48. Maddə 13. 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorun ur.
49. Maddə 29. 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
54. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
55. Maddə
84. Torpaq mü lkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kas sasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
63. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
64. Cavabdeh X8 qızının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 3406/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçının torpaq üzərində mülkiyyət hüququna dair “Torpağa mülkiyyət hüququna dair” JN-422 nömrəli, 40109018 kodlu xx.xx.1999-cu il tarixli dövlət aktı qüvvədə olduğundan cavabdehləri torpaq sahəsindən çıxarmağa subyektiv hüququ olmadığına dair məhkəmənin mövqeyi əsassız olmuş, işə sonuncu dəfə baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun istiqamətdə iddia tələbinə hüquqi qiymət verərək MM-nin 157.2-ci maddəsinin tələbini rəhbər tutaraq iddiaçının mülkiyyət hüququnun bərpasını təmin etmək məqsədi ilə hazırda yaşadığı fərdi yaşayış evinin yerləşdiyi və zəruri gediş-gəliş yolu istisna olmaqla qalan hissədən cavabdehlərin çıxarılması barədə nəticəyə gəlmişdir. Bu hissədə qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmiş, göstərişlər icra edilmişdir.
65. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, apelyasiya məhkəməsi cavabdehi e vdə saxlasa da, həyətdəki tikililərdən çıxarılmasını qət etmiş, həmin tikililərin (ayaqyolu, hamam, anbar və s.) evin tərkib hissəsi olduğu nəzərə alınmamış, sübutların qiymətləndirilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələbi pozulmuşdur. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə yardımçı sahələrin mövcudluğu nə texniki pasportda, nə mütəxəssis, nə də ekspert rəylərində öz əksini tapmadığından və cavabdeh tərəfindən bu barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmənin sübutlara hüquqi qiymət verilməsi zamanı MPM-nin 88-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmir.
66. Kollegiya torpaq sahəsi üzərində iddiaçının və qızlarının mülkiyyət hüququnun dövlət torpaq kadastrında qeydə alındığını təsdiq edən dövlət aktının qüvvədə olduğunu nə zərə alaraq həmin torpağın bələdiyyə mülkiyyətində olduğuna dair cavabdehin kassasiya şikayətinin dəlilini əsassız hesab edir.
67. Məhkəmə eyni zamanda iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 12 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbinin rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmış və qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir.
68. MM-nin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır. Belə olan halda hazırkı halda cavabdehlərin fərdi yaşayış evindən çıx arılmasına dair tələb təmin edilmədiyi halda, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalarına dair hissədə iddianın təmin edilməsi fiziki və hüquqi cəhətdən qeyri-mümkündür.
69. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, sözügedən fərdi yaşayış evi iddiaçının qaynı, cavabdeh X8 qızının həyat yoldaşı olmuş Ramazan Qazaxovun vəsaiti hesabına iddiaçının razılığı ilə inşa edilmiş və uzun illər ərzində cavabdehlərin həmin evdə yaşamasına iddiaçı tərəfindən hər hansı etiraz bildirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə sahiblik və istifadə etməsinə iddiaçının razılığı olduğundan sahiblik qanunsuz olmamış və Cavabdeh2 atası tərəfindən mübahisəli fərdi yaşayış evinin tik intisinə sərf edilmiş vəsait hesabına torpaq sahəsinin əmlak dəyəri artmışdır. Mülki Məcəllənin 157.7-ci maddəsi vicdanlı sahibin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb etmək hüququnu tanıdığından iddiaçının fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərci Ramazan Qazaxova və ya onun ailə üzvlərinə ödəmədən evdən və torpaqdan çıxmağı tələb etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
70. Lakin məhkəmə izah edir ki, iddiaçı gələcəkdə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş vəsait ödədiyi halda həm fərdi yaşayış evindən, həm də evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları üçün yeni iddia qaldırmaq hüququna malikdir.
71. Kollegiya qeyd edilənlərə əsasən belə n əticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-488/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.