Məhkəmə qərarları › İş №2(1-8)-962/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-962/2026

19.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-962/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və xxxx” ASC cəlb edilməklə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, cavabdeh2, "xxxx" Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tapşırıq müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və xxxxasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və “xxxx” ASC cəlb edilməklə cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, cavabdeh2, "xxxx" Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. “xxxx” MMC ilə İddiaçı arasında bağlanılmış ##.##.2014-cü il tarixli, “torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında” xxxx/228 nömrəli müqaviləsinə əsasən, satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki ** saylı küçəsində inşa edilən * saylı, 6 mərtəbəli, yaşayış binasında ümumi sahəsi 49,3 kv metr olan 1 otaqdan ibarət ** saylı mənzili xxxx İddiaçı satmağı, xxxx isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür..

2. “xxxx” MMC ilə X19 arasında bağlanılmış ##.##.2022-ci il tarixli, **** nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən, MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçədə inşa edilmiş bina 2, mərtəbə 5, ümumi sahəsi 49,3 kv metr ibarət 1 otaqlı ** nömrəli mənzili xxxxya təhvil verməyi, xxxx isə bunun qarşılığında MMC ilə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

3. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçədə inşa edilmiş bina 2, dəyəri 32045 manat məbləği təşkil edən, ümumi sahəsi 49,3 kv metr 1 otaqlı ** saylı mənzil “xxxx” ASC-nin vasitəsi ilə 120 ay müddətinə ödənilməklə xxxx İddiaçı tərəfindən ##.##.2014-cü il tarixində xxxx/228 nömrəli mənzlin alqı-satqı müqaviləsi əsasında alınmışdır. Sonradan həmin mənzil satıcı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notarial razılıq ərizələri əsasında ##.##.2022-ci il tarixində xxxx X19.

4. İddiaçı ilə X10 arasında bağlanılmış ##.##.2022-ci il tarixli, “beh haqqında razılaşma müqaviləsi”nə əsasən, beh alan mülkiyyət hüququ ilə ona məxsus olan Özbəkistan küçəsi, (Kristal Abşeron, xxxx) ünvanında yerləşən 16 mərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 72 kv metr olan 2 otaqlı daşınmaz əmlakı 64500 manata behverənə satmağı, beh verən isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür.

5. “xxxx” QSC ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli *************** nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, ** №-li, 2 otaqlı mənzili tikib və xxxxnın mülkiyyətinə verməyi, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, ** №-li, 2 otaqlı mənzil üzrə ********* nömrəli müqaviləyə əsasən X4 məxsus mənzilin hüquq və öhdəliklərinin yeni “xxxx” cavabdeh2 ötürülməsi, xxxx bu müqaviləyə əsasən 1.1-ci bəndində göstərilən ünvanda 5- ci bina, 1 blok blok, 4-cü mərtəbə, ** №-li, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “Satıcıya” ödənilməsini və həmçinin “xxxx” QSC-nin yaşayış kompelskində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 108324 manat təşkil edir.

6. ##.##.2022-ci il tarixli, “Təmir işlərinə dair protokol”una əsasən, “xxxx” QSC ilə cavabdeh2 protokolda göstərilən təmir işlərinin görülməsi barədə razılığa gəlmişlər.

7. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli *-**-**- ****-COQQ nömrəli təminat kredit müqaviləsindən görünür ki, borcverən borcalana borcalan ilə “xxxx” QSC arasında imzalanmış ##.##.2022-ci il tarixli, *************** nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 80870 manat məbləğində pul kreditinin verilməsini öhdəsinə götürmüşdür

8. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2022-ci il tarixli *-**-**- ****-COQQ nömrəli təminat kredit müqaviləsinə 1№-li Əlavədən görünür ki, cavabdeh2 tərəfindən ##.##.2022-ci il tarixindən ##.##.2023-ci il tarixədək hər ay 835,45 manat olmaqla, 80870 manat əsas, 49459.47 manat faiz borcu olmaqla, cəmi 130329,47 manat ödəniş edilməlidir.

9. İddiaçı məxsus “xxxx” ASC-də olan hesaba dair çıxarışdan görünür ki, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2024-cü il tarixlərdə hesabdan 836 manat məxaric edilmişdir.

10. İddiaçı məxsus “xxxx” ASC-də olan hesabdan çıxarışdan görünür ki, ##.##.2023, ##.##.2024, ##.##.2024, ##.##.2024-cü il tarixlərdə hesabdan 836 manat məxaric edilmişdir.

11. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 5, mənzil 30: (Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 5, M4, m6) xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 məxsusdur.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə cavabdeh İddiaçı arasında ##.##.2017-ci il tarixdə * saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində **** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş ##.##.2018-ci il təvəllüdlü X5 və ##.##.2016-cı il təvəllüdlü X6 anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 yanında saxlanılması, İddiaçıdan ##.##.2023-cü il tarixdən başlayaraq ##.##.2018-ci il təvəllüdlü X5 və ##.##.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi, cavabdeh2, "xxxx" Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanda inşa edilmiş 5ci bina, 1-ci blok, 4-cü mərtəbədə yerləşən ** saylı, iki otaqlı mənzil üzərində mülkiyyət hüququ tanınaraq mənzilin mülkiyyətinə verilməsi, kredit öhdəliyinin tam icra edilməsindən sonra mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, cavabdeh cavabdeh2 və onunla bərabər həmin mənzildə olan şəxslərin mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməsi, bunlar mümkün olmadıqda isə əmlakın alınması ilə bağlı tərəfindən çəkilmiş xərclərin əvəzinin, ilkin ödəniş qismində verilmiş 64500 manat məbləğində pulun, rieltora ödənilmiş (vasitəçi) 800 manat məbləğində ödənişin, ##.##.2022-ci il tarixli müqavilənin 2.3-cü bəndinə qalıq məbləğin 5 faizi məbləğində 4559 manat ödənişin, alqı-satqı müqaviləsində göstərilən məbləğin 1 faizlik komissiyası qismində ödənilmiş 808 manat məbləğində ödənişin, kartlardan edilmiş ödənişlər üzrə (16 ay * 836 manat) 13376 manat məbləğində pul vəsaitinin, həmçinin əldən çıxmış fayda qismində mənzilin alınması ilə bağlı tərəfindən ödənilmiş 84043 manat məbləğində pulun mənzilin ümumi dəyərinin (150729 manat) 55,76 %-ni təşkil etdiyini həmçinin mənzilin dəyərinin 15 faiz (23593 manat) artığını (mənzilin hazırkı dəyəri 173338) nəzərə alaraq həmin itirilən məbləğin 55,76 %-nin yəni 13155 manat məbləğində vəsaitin, mənzildə qalmış ona məxsus 3517 manat dəyərində olan eyforiyya yataq dəstinin, 279 manat məbləğində olan sobanın, 129 manat məbləğində olan aspiratorun, 860 manat məbləğində olan TCL televizorun, 829 manat məbləğində olan paltaryuyanın, 1200 manat məbləğində olan soyuducunun, 1500 manat məbləğində olan divan kreslo dəstinin, 200 manat məbləğində olan qaz peçinin və hədiyyə olaraq verilmiş 2000 manat məbləğində üzüyün cavabdehdən alınaraq ona verilməsi, bunlar mümkün olmadıqda isə həmin əşyaların ümumi dəyəri olan 10514 manat məbləğində pul vəsaitinin cavabehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddia tələbi onunla əsaslandırılmışdır Xırdalan şəhərində yerləşən evi 59000 manata satmış, həmin evin satışından əldə edilən vəsait ilə evin qalıq borcunu, alqı-satqı ilə bağlı xərcləri ödədikdən sonra 50000 manat pul qalmışdır. Həmin pul vəsaitini saxlamaq üçün bibisi oğluna vermişdir. Daha sonra o, Qara Qarayevdə ev axtarmağa başlamışdır. Evlərin şəkillərini çəkib Məlahət xanıma göndərmiş, o isə bəyənmirdi ki, bizə yaxın olsun, uşaq məktəbə gedəcək. Həmin vaxt işə yeni başladığı üçün iş yerindən arayış ala bilmədiyi və qaynanasına etibar etdiyi üçün evi qaynanasının adına almışdır. Keçmiş arvadının kredit götürülən zaman əmək haqqısı 550 manat olmuş, həmçinin birkart götürmək istədyi üçün onun adına kredit götürülməsinə razı olmamışdır. Qaynanası isə qızı ilə eyni blokda qalacağı üçün evin alınmasında maraqlı olmuşdur. O, satıcı ilə özü danışıb razılaşmış, beh müqaviləsini özü bağlamışdır. Lakin “xxxx” MMC ilə danışıqları qaynanası aparmışdır. Həm onun işi ilə əlaqədar vaxtı olmamış, həm də artıq qaynanasının orada evi olduğu üçün komendatı tanıdığı üçün o danışıqları aparmışdır. Beh müqaviləsi bağlanılan zaman həftə sonu olduğundan özü iştirak edə bilmiş, lakin alqı-satqı müqaviləsi bağlanılan zaman isə işdə olduğu üçün iştirak edə bilməmişdir. Evin alındığı gün qaynanası gəlib evin sənədlərinin əslini ona vermiş və təbrik etmişdir ki, axırki sizdə şəhərə köçdünüz. Həmçinin bildirmişdir ki, qaynatası ilə qaynanası arasında münasibətlər yaxşı olmamışdır. O, qaynatasını onu evdən çıxardıqları gün görmüşdür. Məlahət xanım onu evdən çıxarmamışdan öncə pul təklif etmişdir ki, evi neçəyə satırsansa mən özüm alacam. Evin qiymətini 165000 manata dəyərləndirmişlər və 165000 manatdan kredit məbləğini çıxıb 92000 manatını ona təklif etmişlər. O, həmin məbləğ ilə razı olmuşdir. Həmçinin cavabdeh ilə aparılan yazışmalarda olan dollar ilə bağlı yazışma evdə olan pulun içərisində olan pul vəsaiti ilə bağlı olmuşdur. Yazışmada cavabdeh satan şəxs dollar istəmidiyinə görə verilən pulun içərisində nə qədər dollar olduğunu və həmin dolların neçə manat etdiyini hesablayıb ona göndərmişdir ki, düzgündürmü. Həmçinin evə aldığı mebellərin şəkillərini həm qaynanası, həm də keçmiş yoldaşına göndərmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, qızı Arzu iddiaçı Elgizlə 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Qızı ailə qurarkən atası ilə o, tam evə nə lazımdırsa ən bahalı əşyalardan cehiz vermişlər. Xırdalandakı ev satılarkən isə həmin əşyalardan heç birini götürməmişlər. Evi bütün əşyalar ilə birlikdə satmışlar. Ev satılarkən tam təmirli və əşyalı olmuşdur. Ev əşyalı vəziyyətdə 59000 manata satılmışdır. Əgər əşyasız satılsa idi, təxminən 42000 manata satılardı. Pandemiya başladıqdan sonra qızı ailəsi ilə birlikdə 2-3 ilə yaxın Binədə olan evdə qalmışdır. Həmin müddətdə də həyat yoldaşı onunla birlikdə qalmışdır. 2022-ci ilin yayında yoldaşı Binədəki evə getmək istədiyini bildirdikdən sonra o qızına başlarına çarə qılmasını bildirmişdir. Qızıgil evi satdıqdan sonra atası Binədə qaldığı üçün oraya gedə bilmədiklərindən onlarda qalırdılar. Həmin dövrdə də o ev axtarırdığı üçün qızıgilə təklif etmişdir ki, gəlib qalsınlar. Alqı-satqı müqaviləsində atası, o və ev sahibi iştirak etmişdir. Təxminən 60000 manat pul verilmişdir. Yoldaşına etibar etmədiyi, atasının da ipoteka müqaviləsindən başı çıxmadığı üçün beh müqaviləsini Elgiz bağlamış və o Elgizə etibar etmişdir. Iş materiallarında yazışmalara münasibətdə bildirmişdir ki, əlində olan 65000 manat pul vəsaiti evin ilkin ödənişinə bəs etmədiyi üçün Elgiz ona 7500 dollar və 250 manat borc pul vermişdir. O, Elvini tanımadığı, Fəridin ona 7500 dollar və 250 manat gətirib verdiyini bildirmişdir. Həmin pul vəsaitini qaytarmadığını, cehizlərə saydığını bildirmişdir. O, Elgizdən borc pul istəmədiyini, pulu Elgizin ona əvəzsiz verdiyini bildirmişdir. Fikirləşmişdir ki, Elgiz evi satıbsa, əlində pul var, ona dəstək olmasını istəmişdir. Elgiz evi satıb pulunu bibisioğlu Ilqara verdiyini bildirmişdi və o da elə bilmişdir ki, evin alqı-satqısından qalan puldur. Həmin pulu kimdənsə borc aldığını bilməmişdir. Onun xxxx kartından pul çıxılanda o, Elgizə “Sizin evinizə görə”, yəni sizin yaşadığı evə görə pul çıxılmasını bildirmişdir. Onda aylıq ödəniş 497 manat, onlarınki isə təqribən 800 manat olmuşdur. Gecikmə olanda hansı hesabda pul varsa oradan çıxılır. Gecikmə olduğuna görə hesabından pul çıxılmışdır. “Sizin ev” dedikdə həm onların yaşadığı evi, həm də onların ayrı hesabının olmasını nəzərdə tutmuşdur. Həmin ev alınarkən Arzu ilə onun əmək haqqısı arasında çox fərq olmamış, sadəcə o evi alandan sonra işini dəyişmiş və ikiqat əmək haqqı almışdır. Bildirmişdir ki, ərizə verəndən sonra Arzu yuxarı qalxmışdır ki, söz-söhbət olmasın. O, ilk öncə Elgizin yuxarı qalxıb həyat yoldaşı ilə barışacağını düşündüyü üçün Elgizi evdən çıxartmamışdır. Artıq rəsmi boşanma olduqdan sonra ilk öncə pul təklif etmişdir. Ona görə pul təklif etmişdir ki, evdə qalan əşyaların qırx faizini alıb. O, “kamot, qabyuyan, pisminni stol, ayaqqabı şkafı, pərdə, listura” almışdır. Yazışmada halallıq ifadəsini ona görə işlətmişdir ki, ev üçün bir neçə aylıq ödənişi Elgiz etmişdir. O da Elgizə halallıq dedikdə, həmin ödənişləri hətta əlavə olaraq kommunal, hətta cehizin əvəzini də hesablayıb deməsini bildirmişdir. Həmin evdə uşaqların yaşayacağı üçün halallıq olmasını istəmişdir. Yazışmalarda qeyd edilən 50 min nə qədər olan onun öz pulu, 13000 isə borc olan puldur. Elgizə pulu evi olmadığı və bayırda qalmaması üçün təklif etmişdir. Başqası olsaydı belə halallıq verməzdi. Sadəcə, o nəvələrinin atasıdır. Evi isə güçü çatmadığı üçün kirayəyə vermişdir. Maşına görə çox danışırdı, ev üçün halallıq olmasını istəmişdir. Puldan ödədiyi üçün gözünün qalacağını düşünmüşdür. Pulu olmadığı üçün maklerin evi gəlib dəyərləndirməsini, Elgizin qoyduğu xərci qiymətləndirməsini, evi satdıqdan sonra Elgizin pulunu və ipotekanı bağladıqdan sonra ona nə qədər pul qalmasını hesablamaq istəmişdir. Elgiz yazışmaların bütün hissələrini məhkəməyə təqdim etməmişdir. Elgiz həmin yazışmada qeyd etmişdir ki, “pulumu verin, evdən çıxım”. Onun hissəsi dedikdə onun ödədiyi və borcunu nəzərdə tutur. Evdən çıxmadığı üçün evi uşaqlara istədiyini yazmışdır. Yazışmalarda olan “evi keçirəcəm Arzunun adına öz aranızda razbirat edərsiniz” mətnini ona görə yazmışdır ki, Arzu ondan fərqli olaraq Elgizdən evdən çıxmasını tələb edəcəkdi. “evi Arzunun adına keçirəcəm mənim üstümdən o boyda yük qalxsın” mətninə münasibətdə qeyd etmişdir ki, yük qalxırda da, az pul deyil axı, öz evi də var. Ev onun adından çıxdıqda, pul ödəmək ilə bağlı yükdə qalxacaqdı. Atası ona görə evi Elgizin almasını deyib ki, atası qızı boşandığı üçün onu qaralamışdır. Onlar Elgizi atasının gözündə yaxşı etmək üçün pulun Elgizə məxsus olmasın deyiblər. O, evi Elgizə kirayəyə verəndə evlərin qiyməti hardasa 1000-1100 manat idi. Elgizə müxtəlif şəkillər atıb, fikrini ona görə soruşmuşdur ki, Elgiz həmin vaxt Xırdalandakı evi satdığı üçün, əlində pul var idi, bəlkə tərpənib özünə ev alar. Alqı-satqı sənədlərinin iddiaçıya verilməsinin heç bir əhəmiyyəti yoxdur. Sənədləri vermişdir ki, sənədlər məxsus olduğu evin içində olsun. Elgizin yazdığı “Ilkin ödənişə görə maşını satım” mətni onun evinə görə deyil, digər evlərə görədir. Evin ödənişi ilə bağlı bildirmişdir ki, qaynanası 37800 manat pul vermiş, pulun üstü düzəlmədiyi üçün yoldaşı da 2022-ci ilin iyun ayında 5000 manat kredit götürülüb vermişdir. Evin ilkin ödənişinin qalan məbləğinin üzərinə özündə olan 5000 dolları da qoymuş və atasından 4500 manat almışdır. Qeyd etmişdir ki, Binədəki ev paylı ev olmuşdur. Evi yoldaşı ilə arasında bölmək üçün çoxdan satmağa qoymuşdur. O, həmin evi satmaq üçün getdikdə, əmisi evi satmaq üçün yox, yaşamaq üçün verdiklərini demişdir. Satmaq üçün onların icazəsi tələb olunurdu. Ona görə də qaynanası demişdir ki, halallıq üçün təxminən qiyməti 80000 manat olan evin yarısını uşağın adına nəsə almaq üçün vermişlər. Onlar fikirləşmişlər ki, buranın kvadratı balacadır və 13-cü mərtəbədir. Uşaq divanda yatmasın, biraz daha geniş ev alsınlar. Həmin dövrdə evlərin qiymətinin qalxacağını dedikləri üçün yatırım məqsədi ilə ikinci ev almışlar. Yoldaşı biraz “macəralı” biri olduğu üçün pulu tez nəyəsə yatırım etmişdir. Belə ki, yoldaşı gəlib, pul lazımdır, deyə bilərdi. Daha böyük sahəyə malik ev almaq üçün gərək buradakı evi də satardı. Əlindəki pul ancaq ilkin ödəniş edib və evi kirayə vermək üçün bəs edirdi. Evin danışığını atası aparmışdır. Birinci evi alanda o, 1 həftə sonra getmişdir. Hardasa 65000 manata yaxın ilkin ödəniş edilmişdir. Özündə təxminən 4800 dollar olmuşdur. Həmin dolları xırdalamışlar. Biraz da atasından borc almışdır. O 69000 pulu sayıb şirkətə vermişdir. Həmin puldan təxminən 23000 şirkətə verilməli idi. Ev sahibinə nə qədər pul verildiyin bilmir. Evə baxmağa gedəndə Ismayıl adlı şəxsə evin ona məxsus olmasını və evə qısa müddət ərzində köçmək istədiyini bildirmişdir. Alqı-satqıda Ismayıl adlı şəxs orda olsa da, oğlan özü olmamışdır. Ismayıl adlı kişi dollar istəmədiyi üçün onlar dolları gedib manata çevirmişlər. Makler ona 800 manat ödənildiyini bildirmişdir və ev yiyəsi olaraq makler bütün xərcləri ona yazmışdır. Alqı-satqı olan zaman o həmin gün pulları çantadan çıxarıb, sayıb atasına vermiş, atası da həmin pulları evi satan şəxsə vermişdir. Həmin vaxt orada makler olmamış, üçü olmuşdur. Maklerlər ofislə əlaqədardılar. Ona görə bütün xərcləri ofisə ödəniş eləmişlər. Bank xərcləri 4 min manatdan çox idi. Səhv etmirsə, ofisin haqqı da 1 faiz idi və maklerin də pulu olmuşdur. Belə ki, bankın pulu 4559 manat, ofisin 1 faiz komissiyası 808 manat və maklerin xidmət haqqısı isə 800 manat təşkil etmişdir. Ümumilikdə hamısını ofisə ödəmişdir. Ofisə təxminən 70 minə yaxın pul vermişdir.

16. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, 8 illik ailə həyatı dövründə həm Binədə, yəni atasıgildə, həm də Xırdalanda qalmışlar. 2022-ci ildə anasının ev almaq istəyini bildikdən sonra, anası ilə atasının nikahı rəsmi şəkildə pozulduqdan sonra atası Binəyə köçmək istədiyini və onlar da atası ilə bir yerdə yaşamaq istəmədikləri üçün rəsmi şəkildə ev axtarmağa başlamışlar. Ev axtararkən evlərin qiyməti çox baha olmuş, onların maaşları isə buna kifayət etməmişdir. Belə ki, o, həmin vaxt təxminən 500 manata yaxın maaş alırmışdır. Iddiaçı da işə təzə düzəldiyi, o vaxt pulları çatmadığı və şəhərdəki evlər baha olduğu üçün ilkin ödənişi vermək üçün maşınını satmaq istədiyini demişdir. Həmin ərəfədə də anası ev almaq istədiyini demişdir. Onlar da həmin vaxt Binədəki evdən çıxmağa məcbur olmuşlar. Anası onlara özü üçün ev almasını, həmin evdə onların yaşamasını, sadəcə evin pulunu kirayə şəklində verə bilmələri ilə bağlı təklif irəli sürmüşdür. Həmin dövrdə şəhərdə evlərin qiyməti və ilkin ödəniş çox baha idi. Həmin müddətdən ayrılan vaxtadək ev axtarmamış, kirayə qalmışlar. Xırdalandakı evi 59000 manata satmışlar. Ilk əvvəl əşyasız satmaq istəsələr də, ancaq əşyasız 49000-50000 manata satmaq mümkün olduğundan və bu məbləğ isə onlara sərf etmədiyi üçün daha sonra evi əşyalarla satmağa qərar vermiş və evi onun cehizləri ilə birlikdə 59000 manata satmışlar. Həmin pulu o görməmişdir. Iddiaçı ona əllərində pul olmadığını, həmin pulla borclarının yarısını ödəyəcəyini, onun istədiyi evi almaq üçün maşınını satıb ilkin ödəniş etməli olduğunu bildirmişdir. Belə ki, iddiaçı təzə işə düzəldiyi üçün maddi imkanının olmamasını bildirmişdir. O, isə həmin vaxt 500 manat əmək haqqı aldığı və 500 manatla ipoteka vermədikləri üçün daxili ipoteka istəmişlər. O özü şəxsən ipoteka üçün müraciət etməmişdir. Çünki əllərində olan pulun miqdarı az idi. Anası həmin vaxt belə bir təklif irəli sürəndə sərf edəcəyin düşünmüşdür. Bu müddət ərzində iddiaçıdan evin satış pulunu soruşduqda o, hər dəfə ona borcu, buna borcu var demişdir. Onlar evlənəndən Xırdalandakı evdə qalmışlar. Onlar evlənəndə artıq həmin ev ipoteka ilə alınmış idi. Evi satarkən ipotekası tam qutarmamış, 5-6 min manat borcları qalmışdır. Həmin evin ipotekası üçün aylıq ödəniş 360 manat olmuşdur. 59000 manatın içərisindən həmin qalıq borcu da ödəmişlər. Iddiaçının iddia etdiyi əşyalar ilə bağlı isə bildirir ki, Xırdalanda ev satılanda o, cehizlərinin satılmasını istəmədiyi, lakin iddiaçı əşyasız satıldığı halda daha az məbləğ ödəniləcəyini bildirdiyi və ev alanda ona o cehizlərdən daha yaxşısını alacağını dediyi üçün anasının evinə köçəndə xırda-xırda bəzi əşyalar almışdır. Iddia ərizəsində sadalanan əşyalar həmin mənzildədir. Həmin mənzildə uşaqlarla onlar yaşayırlar. O, mənzildən çıxdıqdan sonra anasıgildə qalmış, bu müddət ərzində iddiaçı mənzildə yaşamışdır. O, boşanmaq üçün rəsmi şəkildə ərizə ilə müraciət etdikdən sonra iddiaçıya bildirmişdir ki, ev onun anasının evidir. Bundan sonra iddiaçını evdən çıxardıb, mənzildə özləri yaşamağa başlamışlar. Həmin mənzildə hazırda anası yaşamır. Iddiaçının dediyi üzüyü görməmişdir. Eyforiya yataq dəstinin alınmasında şəxsən iştirak etsə də, qiymət dəqiq yadında deyil, ancaq qiymət o civarlarda idi. Iddia ərizəsində göstərilən əşyaların dəyərinin bəziləri çoxdur. Babası onun boşanmasına qarşı çıxdığı üçün boşandıqdan sonra babası ilə münasibəti yaxşı deyil. Alqı-satqı ilə bağlı prosedurlardan onun xəbəri yoxdur. O, işdə olmuşdur. Qiymətlə də maraqlanmamışdır. Ipoteka başladığı vaxtdan Elgiz ödəmişdir. Həmin hadisələr hamısı ardıcıl baş vermişdir. Təklif yaxşı olduğu üçün ev satılmışdır. O, Binədən Qarayevə gəlmişdir. Belə ki, binədə 3- 4 ay qalmışlar. Qarayevdə 2022-ci ilin dekabr ayından yaşamağa başlamışlar. Xırdalandakı evi sentyabr ayında satıb çıxmışlar. Ancaq satanadək bir il Xırdalanda qalmışlar. Ev satıldığı üçün Binədə qalmışlar. Anası ilə atası rəsmi şəkildə 3-4 il əvvəl boşansa da, bir yerdə Qarayevdə yaşamağa davam etmişlər. Anası ilə atası arasında mübahisələr həmin vaxt başlamış və anası atasının onların qaldığı evə qayıtmaq istədiyini, buna görə də onları evdən çıxmağa tələsdirməyə başlamışdır. Həmin vaxt onsuzda ev axtarsalar da, olanlardan sonra biraz daha tezləşdirmişlər. Fürsət düşdüyü üçün dəyərləndirmək istəmişlər. O işdə olanda uşaqlarına anası baxmışdır. O da işi ilə əlaqədar evdə çox olmamışdır. Elgiz igər işlərlə də məşğul olurdu. Məsələn, telefonların alqısatqısı. Baha olsa da, anasının yanında qalmaq ona sərf edirdi. Belə ki, anası uşaqlarla məşğul olurdu. Həmçinin şəhərdə kirayə qiymətləri 1000-1200 manatdan başladığı üçün 840 manat dafa sərfəli idi. Onların maşın və kredit borcları barəsində digər məhkəmə prosesləri var. O, maşın ilə bağlı həbs qoydurandan sonra, iddiaçı da ev ilə bağlı müraciət edəcəyini, evin onun haqqı olmasını və kirayəsini ödədiyini demişdir. Evin ilkin ödənişini bildiyi qədəri ilə anası ilə atası təzə boşandığı ərəfədə nənəsi ilə atası Binədəki evin halallığı üçün bir miqdar pul təklif etmişlər. O, 59000 manatı görməmişdir və evdə qalmamışdır. O, maşın barəsində birinci iddia irəli sürmüş, qarşı tərəfdə kredit barəsində iddia irəli sürmüşdür. 59000 manata qarşı iddia irəli ona görə sürməmişdir ki, sübutu yoxdur. Bundan sonra iddia ilə məhkəməyə müraciət edəcəkdir. Hazırda babasının yanında işləyir və münasibətləri yaxşıdır. Babasının məhkəmədə verdiyi ifadədən xəbəri var. Babası onlara bir neçə dəfə barışmaları ilə bağlı təklif irəli sürmüş, lakin onlar bu təklifi qəbul etmədiyi üçün babası elə düşünür ki, o saymamazlıq etmişdir. Babasının yalan ifadə verməyəcəyini, onun kişi xarakterli biri olduğunu bildirmişdir. Özbəkistandakı mənzil iki otaqlıdır. Hazırda anasına kirayə haqqı ödəmədiyini və daha sonra isə özünün ödədiyini bildirdi. Elgizdən ayrılandan sonra anasına ödənişlərdə yardım edir. Kirayə haqqı isə ödəmir. Anasının yazışmaları olduğu dövrdə mübahisələr davam edirdi, anasının məqsədi isə halallıq olmuşdur. Yazışmalarda da qeyd edildiyi kimi, halallıq iki uşaq üçün olmuşdur. Yəqin ki, ata uşaqlara görə ev üçün hallalıq vermədiyi üçün anası qarşı tərəfdən hallalıq istəmişdir. Yazışmalarda olan Ilqar və Fəridin pul çatdırması ilə bağlı danışıqlardan məlumatı yoxduri. Qeyd etmişdir ki, Ilqar Elgizin bibisioğlu, Fərid isə gediş-gəlişi olan dostudur. Elvini görməmiş və tanımamışdır, buna görə də Elvinlə olan dostluq münasibətlərindən xəbəri yoxdur. Elgiz həmişə kimdənsə borc aldığını bildirmişdir. Elvindən və digər dostlarından borc almasından klassik olaraq xəbəri olsa da, maraqlanmamışdır. Evdəki əşyalar onun istifadəsindədir. O, iddia ərizəsi ilə məhkəməyə müraciət emtiş 59 min manatın yarısını və cehizlərini istəmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Elgiz 1ci sinifdən 11 il məktəb müddətində və universitetdə təhsil aldığı zaman bir müddət onlarla qalmışdır. Xırdalandakı evi 2022-ci ildə satmışdır. Xırdalandakı evi satanda 50000 manat məbləğində pulu saxlaması üçün ona vermişdir. Növbəti dəfə ev almaq istəyəndə pulu çatmadığı üçün o, ona saxlamaq üçün verdiyi pulun üzərinə borc pul qoymuşdur. Qarayevdəki evi alan vaxt ilkin ödəniş etməsi üçün Elgizə 7500 ABŞ dolları və 250 manat pul vermişdir. Elgizlə yaxın olduğu üçün pulu verəndə Elgizə həmin pulu qaytarması üçün müddət qoymamışdır. Elgizə ilkin ödəniş üçün 70000 manat pul lazım idi. Pulu nə vaxt verdiyini tam xatırlamır. Pulun üstünü düzəldib 7500 dollar və 250 manat pulun hamısını bir yerdə vermişdir. O, pulu birbaşa Elgizə verməmiş, pulun çatdırılmasına Fərid adında dostu iştirak etmiş və pulu çatdırması üçün ona vermişdir. O, Elgizə pulu qaytaranda içərisində 50000 manat, 7500 ABŞ dolları və 250 manat vermişdir. Həmçinin o, Elgizə pulu verərkən mənzili Elgizin öz adına ala bilməməsindən məlumatlı olmuşdur. Işə yeni başladığı üçün evi öz adına ala bilməmişdir. Elgiz AR Prezidenti yanında Təhlükəsizlik Xidmətində, ondan əvvəl isə Rabitə Nazirliyində marketing şöbəsinin sektor rəisi vəzifəsində onunla birlikdə çalışmışdır. Elgiz Qarayevdeki evin ilkin ödənişi etməsi üçün ondan daha yüksək məbləğdə pul istəsə də, onda artıq pul olmadığı üçün o, Elgizin istədiyi məbləğin hamısını verə bilməmişdir. Elgiz pulun çatmayan hissəsini digər dostlarından borc götürmüşdür.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, təxminən 2-3 il bundan qabaq Elgizin ondan işdən çıxa bilmədiyi və onun şəhərə yaxın olduğu üçün Ilqardan pulu götürüb qaynanasına verməsini xahiş etmişdir. Pul paketdə olmuşdur. Paketin üstündə 7500 dollar və 250 manat qeyd olunmuşdur. Pulu Ilqar bəyin iş yerindən götürüb Puşkin küçəsində Məlahət xanıma vermişdir. Məlahət xanım obyekt işlətdiyi üçün başı qarışıq idi. Pulu şəxsən Məlahət xanıma təhvil versə də, o, pulu saymamışdır. O, özü Xırdalanda yaşadığı üçün Elgizə də onun tövsiyəsi ilə 3-4 ay sonra “AAAF Parka” gəlmiş, evə baxmış, bəyənmiş və Xırdalandan ev almışdır. Daha sonra ailə qurmuş və şəhərə köçmək istəmişdir. Elgiz təzə işlədiyi üçün öz adına ev ala bilməmiş, evi nə üçün yoldaşının adına almamasının səbəbini bilməmişdir. Elgizin həyat yoldaşı ilə onun atası eyni yerdə çalışmışlar və həmin müəssisədə əmək haqqı 500 manata yaxın idi. Evin alqı-satqısı zamanı kimlərin iştirak etdiyini bilməmişdir. Elgiz Ilqardan 7500 dollar və 250 manat borc almışdır.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, Elgizin Xırdalanda evi olsa da, şəhərdən uzaq olduğu üçün evi satmış və o, pulla ev almışdır. Xırdalandakı evi 50000 manata satmışdır. Xırdalandakı evi satandan xeyli sonra digər evi almışdır. Xırdalandakı evin satışından əldə edilmiş pul yeni evin ilkin ödənişi üçün kifayət etməmiş, buna görə də Elgiz geri qalan hissəni dostlarından və qohumlarından tapıb tamamlamışdır. Elgizin pulu konkret olaraq kimdən aldığını bilmir. Evi alanda onu pulu sayması üçün çağırmışlar. Həmin vaxt Elgiz təzə işə düzəldiyi üçün ona arayış verilməmiş və buna görə də o, evi qızı Məlahətin adına almışdır. Elgiz ondan işdə olduğunu və buna görə də pulu onun sayıb verməsini xahiş etmişdir. O, 70000 manat pulu sayıb şəxsən vermişdir. Danışıqlarda o, evin sahibi və Elgiz iştirak etmişdir. O, yalnız pulu sayanda orda olmuşdur. Pulu sayanda qızı Məlahət də yanında olmuşdur. Pulu saydıqdan sonra mühasibatlığa vermişdir. Həmin puldan şirkətə nə qədər çatdığın bilmir. Digər ödənişlərdə iştirak etməmişdir. Evi Elgiz özü bəyənib tapmışdır. Ilk dəfə evi bəyəndə orada o, Elgiz və makler olmuşdur. Elgizin nəvəsi ilə arası dəymişdir. O, qızına zəng edib nə üçün iddiaçını çölə atdığını soruşmuşdur.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Elgiz 2022-ci ildə evi alanda ondan 7000 manat borc almışdır. O, pulu şəxsən Qarayevdə gətirib Elgizə vermişdir. O, Elgiz borc olaraq pul alanda ev üçün aldığını bilmişdir. Evi satıb, üstü düzəlmədiyi üçün ondan borc almışdır. Dəfələrlə bir-birilərinə borc alıb vermişlər. Elgizin evi qaynanasının adına alması barədə söz-söhbət yaranan zaman məlumatı olmuşdur. Elgiz bibisi oğlundan borc almışdır. Odan 7000 manat istəmişdir. Başqa kimdənsə borc alması barədə məlumatı yoxdur. Pul vəsaitini manatla vermişdir.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, Elgizlə araları əvvəl normal olsa da, amma nikah pozulduqdan sonra pisləşmişdir. O, cavabdeh ilə 1998-ci ildə evlənmiş, 4-5 il bundan əvvəl isə boşanmışlar. 1998-ci ildə evlənəndə Neftçilərdə yaşamış, daha sonra Qarayevə köçmüş və boşanana qədər də elə Qarayevdə yaşamışlar. Özbəkistandakı evin 13-cü mərtəbəsində yaşamışlar. Həmin vaxt Məlahət xanımla ayrılsalar da, birgə yaşamışlar. Qızıgil gələndən Binəyə köçmüşdür. Ilkin ödənişin yarısından çoxunu o, ödəmişdir. Anası hədiyyə kimi 37000 manat pul vermişdi. Onun üstünü düzəldib ev almışlar. Qarayevdəki evi alanda nikahları rəsmi şəkildə pozulsa da, faktiki olaraq birgə yaşamışlar. Qarayevdəki evlə bağlı ödənişləri Məlahət xanım etmişdir. O, hazırda Binədəki evdə yaşayır. Faktiki olaraq qızı evə köçdükdən sonra o da ayrılmış və Binəyə köçmüşdür. Onun kənddə evi olmuşdur. Həmin evi anası satmış və pulunu Məlahət xanıma övlad payı hədiyyəsi kimi vermişdir. Onlarda övlad payı hədiyyəsi vermək kimi adət mövcüddur. 5000 manat kredit götürüb anası verdiyi pulla birləşdirərək 42000 manatı Məlahətə ilkin ödənişi etməsi üçün vermişdir. Qalan məbləği Məlahət özü düzəltmişdir. Arzu Elgizlə evlənəndə qızına cehiz vermişlər. Ev satılanda cehizlə birgə satılmışdır, çünki əşyasız ev çox ucuz olacaqdı. Məlahət xanım deyəsən evi ipoteka ilə almışdır. 4-cü mərtəbədəki evi alanda o orada yaşamamışdır.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, həmin evi satması ilə bağlı hər yerə elan vermişdir. Ev təxminən 2-3 il bundan öncə satılmışdır, tarixi dəqiq xatırlamır. Birinci dəfə maklerlə Elgiz ev almaq istədiklərini bildirmiş, evlə maraqlanmış, qiyməti soruşmuşlar. O isə gələnlərə beh verilməli olduğunu demişdir. Onlar pulu tamamlayıb gələcəklərin bildirmişlər. Evə ikinci dəfə baxmağa ağsaqqal kişi, Elgiz və xanımlar gəlmişdi. Danışıqlardan sonra ofisin binasında ağsaqqal kişi və xanımlardan birinin iştirakı ilə alqı-satqı olmuşdur. Evin qiymətin ilk öncə 65000 manata razılaşsalar da, sonra o, 500 manata güzəştə getmiş və nəticə olaraq 64500 manata razılaşmışlar. O, ancaq özünə aid olan məbləği götürmüş, digər məbləğlərdən xəbəri olmamışdır. Alqı-satqıdan sonra evi tərk etmələri üçün onlara 1 ay vaxt verilmişdir. Birinci dəfə Elgiz gələndə özü üçün ev almağa gəldiyini bildirmişdir. Səhv etmirsə, evə baxmağa gələn zaman xanım özünə məxsus evinin olduğunu və bu evi Elgiz üçün aldığını bildirmişdir. Danışıqları əsas makler idarə edirdi. Ofisdə pulu ona Yusif kişi versə də, kimin adından verməsini bilmir. Evin Elgizdən başqa şəxsə alınması ilə bağlı söhbət olmamışdır. Elgiz evi alarkən həmin evi ailəsi üçün, özü üçün aldığını bildirmişdir. Pul birbaşa olaraq ona verilmişdir.

23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat, kreditin ilkin ödənişi olaraq ödənilmiş 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq ödənilmiş 808 manat, vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişi olaraq ödənilmiş 13376 manat olmaqla, cəmi 83943 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 341,83 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

24. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin mənzilə mülkiyyət hüququnun tanınması hissəsini Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, ** №-li, 2 otaqlı mənzilin onun vəsaiti hesabına cavabdeh cavabdeh2 adına alınması ilə əsaslandırmışdır. Iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, ipoteka ilə ev axtaran zaman o, yeni iş yerində 6 aydan az müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu üçün ona kredit verilə bilmədiyindən evi öz adına ala bilməmiş, qaynanasına etibar etdiyi üçün evi qaynanasının adına almışdır. Cavabdeh cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən evin kredit ödənişi tam şəkildə ödənilib qurtardıqdan sonra həmin mənzil onun adına rəsmiləşdirilməli idi. Lakin keçmiş arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə aralarında olan nikah münasibətinə xitam verildikdən sonra cavabdeh cavabdeh2 onu həmin mənzildən çıxararaq evə buraxmamışdır. Iddiaçının məhkəməyə bildirdiyi iddia tələbinin faktiki hallarına əsasən ilk növbədə tərəflər arasında cavabdehin əldə etdiyi daşınmaz əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyinə dair tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətinin olub-olmaması müəyyən edilməlidir.

25. Məhkəmə Mülki Məcəllənin 144.1-ci maddəsinə isinad edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 5-ci bina, 1-ci blok, 4-cu mərtəbə, ** №-li, 2 otaqlı mənzilə dair iddiaçının mülkiyyət hüququnun tanınması üçün iddiaçı tərəfindən cavabdeh ilə arasında daşınmaz əmlakın onun adına alınması və kredit öhdəliyi tam şəkildə icra edildikdən sonra mənzilə mülkiyyət hüququnu ona keçirəcəyinə dair tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətinin mövcudluğuna dair məhkəməyə notarial qaydada təsdiq edilmiş yazılı müqavilə təqdim edilməli idi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında qeyd edilən məzmunda notarial qaydada təsdiq edilmiş yazılı müqavilə bağlanılmamışdır.

26. Məhkəmə əlavə etmişdir ki, mülki qanunvericiliyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbi təmin edilə bilməz.

28. Məhkəmə iddia tələbinin “cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçı tərəfindən onun mübahisə obyekti olan mənzilin mülkiyyət hüququ sübuta yetirilmədiyindən və məhkəmə tərəfindən müəyyən edilmədiyindən onun mənzildən çıxarılmaya dair iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin iddiaçının mübahisə obyekti olan mənzilə köçürülməsi üçün qanuni əsaslar (məsələn mülkiyyət hüququ, istifadə hüququ, cavabdeh ilə arasında razılaşma vəs.) müəyyən edilmədiyindən onun həmin mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilə bilməz.

29. Iddia tələbinin “mənzilin alınması ilə bağlı çəkilmiş xərclərin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 tərəfindən qeyd edilən vəsaitlərin özündə mövcudluğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 ilə keçmiş əri X7 arasında olan nikaha 2019-cu il tarixdə xitam verilmişdir. Yəni belə olan halda birgə nikah dövründə əldə edilmiş əmlakın əvəzinin iddiaçı tərəfindən evin satılması ilə eyni vaxtda ödənilməsi məhkəmədə sual yaradır. Həmçinin cavabdeh bildirir ki, birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri təxmini 80000 manat məbləğində olduğundan qaynanası tərəfindən ödənilmiş vəsaitin tamamlanması üçün keçmiş əri tərəfindən kredit götürülərək ona 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Bunu təsdiq etmək üçün kredit müqaviləsi təqdim edilmişdir. Belə olan halda sual yaradan məqam odur ki, həmin kredit cavabdehin keçmiş əri tərəfindən iyun ayında götürülmüş, mübahisə obyekti olan mənzil isə noyabr ayında satın alınmışdır.

30. Həmçinin vəsaitin tamamlanması üçün atasından borc aldığını bildirsə də, qeyd edilən hal öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin atası X1 məhkəmə iclasında şahid qismində dindirilən zaman məhkəməyə qeyd edilən hal ilə bağlı hər hansı bir məlumat verməmişdir. Əksinə izahatında bildirmişdir ki, mübahisə obyekti olan mənzil iddiaçı İddiaçı tərəfindən alınmışdır. Nəzərə alınmalı məqam odur ki, cavabdehin atası X1 iddiaçı tərəfindən məhkəməyə şahid qismində təqdim edilmiş, cavabdeh tərəf isə şahidlə aralarında münaqişəli vəziyyət olduğunu, yəni qərəzli olaraq qızı və nəvəsinin əleyhinə ifadə verəcəyi bir vəziyyət olduğunu bildirməmişlər.

31. Məhkəmənin mövqeyinə görə qeyd edilən izahatlar işin bütün müəyyən edilmiş faktiki halları ilə birlikdə qiymətləndirildikdə onu deməyə əsas verir ki, evin satın alınması zaman iddiaçı tərəfindən dostlarından borc olaraq pul vəsaiti alınması ilə bağlı verilən şahid ifadələri mötəbər sübut olaraq qiymətləndirilməlidir.

32. Həmçinin, evin satın alınması zamanı ilkin ödəniş də daxil olmaqla ödənilən vəsaitin 70000 manatdan çox olması işin mübasisəsiz halı olsa da, cavabdeh tərəfindən həmin məbləğin onun tərəfindən ödənilməsini təsdiq etmək üçün, ümumiyyətlə cavabdehdə həmin məbləğin mövcudluğunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edilməmiş, iddiaçı tərəfindən isə qeyd edilən halları təsdiq edəcək və məhkəmədə həmin evin satın alınması zamanı ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsinə dair daxili inamı formalaşdıracaq kifayət qədər sübutlar təqdim edilmişdir. Həmin sübutlar işin bütün faktiki halları ilə birlikdə qiymətləndirilərək evin satın alınması ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən çəkilməsi nəticəsinə gəlinmişdir.

33. Bundan başqa, Məmmədov Ilqardan borc olaraq götürülmüş vəsaitə dair cavabdeh tərəfindən verilən izahat (həmin borc məbləğini onun alması) işin faktiki halları barədə verilən digər izahatlarda olduğu kimi öz təsdiqini tapmamış, həmin borc məbləği ilə bağlı bir-birinə zidd izahat vermiş, məhkəmə tərəfindən səmimi verilən izahat olaraq qiymətləndirilməmişdir.

34. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, mübahisə obyekti olan mənzilin satın alınması üçün bütün xərclər iddiaçı tərəfindən ödənilmişdir. Həmin mənzil iddiaçı tərəfindən cavabdeh cavabdeh2 adına alınmışdır. Beləliklə tərəflər arasında bağışlama müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmamışdır.

35. Belə ki, ağlabatan deyildir ki, iddiaçı tərəfindən tək yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçədə inşa edilmiş bina 2, ** saylı mənzili satıb, həmin satışdan əldə edilmiş vəsaitin üzərini borc olaraq götürdüyü pul vəsaiti ilə tamamladığı mənzili qaynanası olan cavabdehə hədiyyə olaraq alsın.

36. Məhkəmə qeyd etmişdir ki, işin bütün müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Tapşırığın məzmunu ondan ibarət olmuşdur ki, “mənə ipoteka krediti verilmədiyi üçün ipoteka krediti ilə daşınmaz əmlakı öz adına al, həmin əmlakın ipoteka kreditinin ödənişləri qurtardıqdan sonra evi mənim adıma rəsmiləşdir”.

37. Mülki qanunvericiliyə əsasən tapşırıq müqaviləsinə görə vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Lakin hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığı üçün tapşırıq müqaviləsinə dair mülki qanunvericiliklə müəyən edilmiş qaydaların hazırki mülki işə tətbiqi mümkün deyildir. Hazırda tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanılmış müqavilə üzrə forma tələblərinə riayət edilmədiyindən etibarsız əqddir. Belə olan halda Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı geri qaytarılmalıdır.

38. Pul vəsaitinin miqdarı ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, mübahisəli mənzilin ilkin alış qiyməti olaraq əvvəlki mülkiyyətçiyə 64500 manat, kreditin ilkin ödənişi olaraq 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq 808.7 manat (iddiaçı tərəfindən 808 manat tələb irəli sürülməsi nəzərə alınmaqla), o cümlədən vasitəçiyə 700 manat, həmçinin mənzilin 16 aylıq ipoteka ödənişi olaraq 13376 manat məbləğində pul vəsaiti ödənilmişdir. Işin müəyyən edilmiş halıdır ki, mənzilin alqı-satqısı zamanı 70000 manatdan çox pul vəsaiti xərclənmişdir. Qeyd edilən hal həm şahid X1 izahatı, həmçinin cavabdehin öz izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh izahatında bildirmişdir ki, ofisdə ödəniş həyata keçirilən zaman danışıqları, ödənişləri atası həyata keçirmişdir.

39. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat məbləğində pul vəsaiti, kreditin ilkin ödənişi olaraq 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq 808 manat (iddiaçı 808 manat tələb etdiyi üçün), o cümlədən vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişləri qismində 13376 manat məbləğində vəsait cavabdeh cavabdeh2 iddiaçının xeyrində tutulmalıdır.

40. Məhkəmə nəzərə almışdır ki, vasitəçiyə pul vəsaiti ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilməmiş, həmçinin tərəflər arasında aparılmış yazışmalardan da aydın olur ki, vasitəçinin ödənişi nəzərdə tutulmuşdur. Cavabdeh də izahatında bildirmişdir ki, vasitəçi ofis ilə əlaqədar olmuş və həmin xərclər ofisə ödənilmişdir. Məhkəmə vasitəçiyə ödənilmiş pul vəsaiti ilə bağlı əlavə etmişdir ki, iddiaçı tərəfindən 800 manat tələb irəli sürülsə də, iddiaçının izahatına əsasən müəyyən edilmişdir ki, daha sonra vasitəçi tərəfindən endirim edildiyi çün 700 manat ödəniş edilmişdir. Odur ki, vasitəçiyə ödənilmiş vəsaitə görə 700 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. Məhkəmə iddiaçının çəkdiyi bütün xərclərin ona ödənilməli olması ilə bağlı qeyd etmişdir ki, ilk növbədə cavabdehdən iddiaçının xeyrinə tutulan pul vəsaiti mübahisə obyekti olan mənzilin satın alınması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclərdir. Nəzərə alınmalıdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin ** saylı küçədə inşa edilmiş bina 2, ** saylı mənzili ipoteka krediti ilə almış, həmin mənzilin ipoteka kreditinin bitməsinə az məbləğ qalmış həmin evi sataraq həmin evin satışından əldə edilən vəsaitin üzərini borc olaraq aldığı pul vəsaiti ilə tamamlayaraq yenidən ipoteka krediti ilə 2035-ci ilədək aylıq ödəniş edilməsi şərti ilə mənzil almışdır. Iş üzrə məhkəmə iclası zamanı tərəflərin izahatı, o cümlədən yazışmalara əsasən müəyyən edilir ki, əvvəlki mənzilin satılaraq, yeni mənzil alınmasında məqsəd mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, uşaqların cavabdeh cavabdeh2 daha yaxın məsafədə yaşaması olmuşdur. Həmçinin müəyyən edilir ki, yeni evin satın alınması zamanı iddiaçı tərəfindən borc olaraq alınmış pul vəsaiti qaytarılmamış (əksi müəyyən edilməyib), həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən iddiaçıya qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair iddia tələbi irəli sürülmüşdür.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 337.5, 777.1, 782.1, 225.1,144.1, 157.1 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 218.3, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

43. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiaçı İddiaçılə 2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki uşaqları var. Ailə qurduqdan sonra onlar Masazır qəsəbəsində yerləşən “AAAF Park” yaşayış kompleksinə köçmüş və müddət orada yaşamışlar. Daha sonra qızıgil iş yerlərinə yaxın olduğu üçün yoldaşı ilə onların (cavabdehin) Binə qəsəbəsində yerləşən bağ evinə müvəqqəti köçmüşlər. 2022-ci ilin oktyabr ayında onlar Masazır qəsəbəsindəki evi satıb şəhərə daha yaxın yerdən ev almaq qərarına gəldilər. Həmin zaman o evi əşyasız heç 50000 manata satmaq olmurdu. Ona görə də, qızı ona verdiyi cehiz əşyalarla birlikdə evin satılmasına razılıq verdi, əvəzində isə Elgiz söz verdi ki, yeni alınacaq evə ondan da gözəl əşyalar alacaqdır. Bundan sonra həmin ev 59000 (əlli doqquz min) manata satıldı. Onu da qeyd edir ki, həmin mənzil ipoteka ilə alınmışdı və o mənzilə görə ipoteka ödənişlərinin böyük əksəriyyəti birgə nikah dövründə edilmişdir. Ev satıldıqdan sonra Elgiz bildirdi ki, həmin məbləğdən borclarını qaytarıb, qalan məbləği isə saxlaması üçün qohumu Ilqar Məmmədova vermişdir. Bundan sonra onlar ev axtarmağa başladılar. Lakin evlərin qiymətləri ilə yaxından maraqlandıqda aydın oldu ki, şəhərə yaxın olan ərazilərdə ev almaq üçün tələb olunan ilkin ödəniş məbləği yüksəkdir və onların o qədər imkanları yoxdur. Paralel olaraq 2022-ci ildə cavabdeh yoldaşı Taleh Əkbərovla boşanmışdır. Boşandıqdan sonra belə qərara gəldilər ki, Binə qəsəbəsindəki bağ evləri Talehə qalacaq, əvəzində isə cavabdeh cavabdeh2yva 37800 manat pul verildi. Özündə də bir miqdar pul olduğundan o, yaşadığı ünvan 1 ünvanında “xxxx-XXI Əsr” MTK tərəfindən inşa edilmiş binalarda mənzil axtarmağa başladı. Təxminən 2022-ci ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin satıldığını öyrəndilər. Mənzilin ilkin ödəniş edilərək alınması üçün təxminən 70000 (yetmiş min) manat pul lazım idi (bank rüsumları və digər xərclər daxil). 37800 manat cavabdehə qaynanası tərəfindən verilmişdi, 5000 manat keçmiş yoldaşı Taleh bankdan kredit götürüb verdi, özündə isə təxminən 6-7 min ABŞ dolları var idi. Mənzilin alınması üçün ilkin ödəniş etməyə 13000 (on üç min) manat çatışmırdı. Kürəkəni Elgiz bildirdi ki, Masazırdakı evin satışından əldə olunmuş pulun qalanı bibisi oğlu Ilqardadır. Onsuz da onlar hazırda ev almaq iqtidarında deyillər və həmin puldan ona köməklik edə bilər. Cavabdeh də onun təklifi ilə razılaşdı. Səhərisi gün Elgizin dostu Fərid gətirib cavabdehə üstündə 7500 ABŞ dolları və 250 manat yazısı olan pul bağlaması verdi. Bundan sonra ##.##.2022-ci il tarixdə həmin mənzilin ilkin ödənişi edilərək aldı. Mənzil xxxxndan götürülmüş ipoteka ilə alınmışdır. Alqı-satqı zamanı cavabdehlə birlikdə atası da iştirak edirdi. Lakin cavabdeh ondan mənzilin özünün aldığını gizlədirdi. Belə ki, cavabdehin digər mənzili də ipoteka ilə alındığından atası daha bir maddi yükün altına girməyinə qətiyyən razı deyildi. Ona görə də cavabdeh ona bildirdi ki, guya mənzili Elgizlə Arzu alır. Mənzili aldıqdan sonra cavabdeh onun aylıq ipoteka ödənişini etmək üçün kirayə verilməsini nəzərdə tuturdu. Qızıgil cavabdehə yaxın olmaq üçün (onlar işdə olanda üşaqları tez-tez cavabdehin yanında saxlayırdılar) həmin mənzili elə onlara kirayə verməyi təklif etdilər. Kirayə haqqının əvəzində isə mənzil üçün ödənilməli olan aylıq ipoteka ödənişini öz üzərlərinə götürdülər. Təxminən 2023-cü sonlarında qızı ilə kürəkəni arasında münasibətlər kəskin olaraq pisləşdi. Qızı uşaqları ilə birlikdə cavabdeh yaşadığı evə gəldi. Bundan sonra cavabdeh Elgizdən onun evindən çıxmağı tələb etdi. Hesab edir ki, məhkəmə iddianın qismən təmin edilməsi ilə yalnış qərara gəlmişdir. Ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs olan qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 verdiyi izahatın bir hissəsini təhrif edilmiş formada əks etdirmişdir. Belə ki, qətnamənin 103cü bəndində məhkəmə Arzunun izahatını “...iddiaçı bildirdi ki, əlimizdə pul yoxdur, borclarımın yarısını ödəyəcəm, sənin istədiyin evi almaq üçün maşınımı satmalıyam ki, ilkin ödənişi verim. Hal-hazırda isə işə təzə düzəldiyim üçün buna maddi imkanım əl vermir. Mənə də 500 manatla ipoteka vermədikləri üçün, biz daxili ipoteka istəyirdik bizə ipoteka vermədikləri üçün...”. həmin iclasda cavabdeh də iştirak etmişdir. Arzu “mənə də 500 manatla ipoteka vermədikləri üçün...” ifadəsi işlətməmişdir. O yalnız bildirmişdir ki, ipoteka ilə ev almaq üçün ilkin ödəniş etməyə əllərində kifayət qədər məvacib olmamışdır. Bunu təsdiq edən edən daha bir hal isə tərəfindən məhkəməyə təqdim edilmiş arayış olmuşdur. Həmin arayışda göstərilir ki, Arzu 2021-ci ilin əvvəllərindən “xxxx” QSC-də çalışmışdır və aylıq maaşı 900 manat təşkil etmişdir. Məhkəmə iddiaçının bildirdiyi kimi mənzili niyə həyat yoldaşının adına yox, qaynanasının adına almasını yalnız bir uydurma cümlə ilə qiymətləndirmişdir. Halbu ki, onların maaşları təxminən eyni miqdarda olmaqla yanaşı, cavabdeh2 adına daha bir ipoteka var idi. Belə olan halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müraciət edəcəyi halda daha asanlıqla ipoteka verilə bilərdi. Ikincisi, məhkəmənin həm hazırlıq, həm də baxış iclaslarında iştirak etmiş və izahat vermiş cavabdeh “xxxx” MTK-nın nümayəndəsi Salman (soyadını xatırlamır) bəyin dediklərlərinə nəinki qətnamədə qiymət verilməmiş, həmin izahat heç ümumiyyətlə qeyd edilməmişdir. Halbuki, cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında “xxxx-XXI Əsr” MTK tərəfindən inşa edilmiş bina 5, mənzil 30 cavabdeh2 satılmışdır, mənzilin sahibi kimi yalnız onu tanıyırlar, kommunal ödənişlər onun tərəfindən ödənilib. Iş üçün böyük əhəmiyyət kəsb edən bu halın hansı məqsədlə məhkəmə tərəfindən gizlədildiyi böyük sual yaradır. Bundan başqa, məhkəmə iddiaçı tərəfdən dəvət edilmiş şahidlərin verdikləri ifadələrdə ciddi ziddiyətin olmasına da qiymət verməmişdir. Belə ki, şahid X2 izahatında bildirmişdir ki, Elgizin ona saxlamaq üçün verdiyi 50.000 manat pul ilə birlikdə 7.500 dollar və 250 manat pulu Elgizə çatdırması üçün onun dostu Fəridə vermişdir. Öz növbəsində X8 isə verdiyi izahatında bildirmişdir ki, Ilqar Məmmədovdan yalnız 7.500 ABŞ dolları və 250 manat pulu alıb çatdırıb Elgizin qaynanası cavabdeh2. Bu isə bir daha onu göstərir ki, cavabdeh2 İddiaçı tərəfindən yalnız 7.500 ABŞ dolları və 250 manat pul verilib. 50.000 manat verilməsi isə tamamilə uydurmadır.

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh2 mənzilin əvvəlki mülkiyyətçisinə ödənilmiş 64500 manat, kreditin ilkin ödənişi olaraq ödənilmiş 4559 manat, kredit müqaviləsi üzrə 1 faiz komissiya olaraq ödənilmiş 808 manat, vasitəçiyə ödənilmiş 700 manat, 16 aylıq ipoteka ödənişi olaraq ödənilmiş 13376 manat olmaqla, cəmi 83943 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə işin faktiki hallarını düzgün müəyyən etsə də müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə mübahisənin qanuni əsasını düzgün müəyyən etməmiş, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

47. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında “WhatsApp” yazışmaları tədqiq edildikdə müəyyən edilmişdir ki, mənzilin satın alınmasına dair ilkin ödənişin toplanması iddiaçı tərəfindən həyata keçirilmiş, məişət əşyalarının alınması, uşaqlar üçün otağın hazırlanması və digər məzmunlu mesajlar iddiaçının həmin mənzili ailəsi üçün almasının planlaşdırıldığını göstərir. Yazışmaların davamı göstərir ki, iddiaçı mənzilin alınması üçün tələb olunan məbləği dəqiq hesablamış, ilkin ödəniş, makler pulu və digər xərclər barədə cavabdehi məlumatlandırmışdır. Həmçinin Ilqar tərəfindən 7500 ABŞ dolları və 250 manat göndərilməsi ilə bağlı müzakirələr aparılmış, iddiaçı “hə, azdı” kimi reaksiyalar bildirmişdir ki, bu da ilkin ödənişin yetərsiz olduğunu göstərir. Yazışmalar, şahid ifadələri və tərəflərin izahatı ilə birlikdə qiymətləndirildikdə müəyyən edilir ki, mənzilin alınması üçün tələb olunan ilkin ödənişin əsas hissəsi iddiaçı tərəfindən təmin edilmiş, çatışmayan hissə isə dostlarından borc alınmaqla tamamlanmışdır.

48. Beləliklə, tərəflərin izahatları, şahid ifadələri və yazışmalar birlikdə qiymətləndirildikdə, iddiaçının mənzilin alınması üçün mənzilini satması, öz dostlarından borc alması və həmin borc vəsaitlərinin mənzilə yönəldilməsi sübuta yetirilmiş hesab edilməlidir.

49. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilin alınması zamanı ödənilən məbləğin 70.000 manatdan artıq olması tərəflər arasında mübahisə doğurmayan hal olsa da, cavabdeh həmin məbləği ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Iddiaçı isə ödənişlərin şəxsən onun tərəfindən həyata keçirildiyini göstərən çoxsaylı sübutlar təqdim etmişdir.

50. Bundan başqa, tərəflərin münasibətlərinin pozulmasından sonra aparılmış danışıqlarda cavabdehin iddiaçıya ünvanladığı “evin qiymətini de, mən uşaqlara alıram”, “yazıqlar divanda yatmaqdan beziblər” kimi ifadələri, cavabdeh tərəfindən iddiaçıya “Sizin evinizə görə məndən pul çıxılır” məzmunlu səs yazısı göndərildiyi müəyyən edilmişdir ki, bu ifadə belə mənzilin iddiaçıya aid olduğunun cavabdeh tərəfindən etirafı kimi qiymətləndirilir.

51. Mənzilin alınması ilə əlaqədar vəsaitin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan və cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmənin diqqət etdiyi digər mühüm məqam cavabdehin sərbəst şəkildə verdiyi izahatda “öz evim” və “Elgizin evi” ifadələrini fərqləndirməsidir ki, bu da onun əvvəlki mövqeyini təkzib edir.

52. Beləliklə faktiki hallar birlikdə qiymətləndirildikdə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan mübahisəli mənzil cavabdehin adına rəsmiləşdirilsə də, mənzilin alınması üçün tələb olunan bütün xərclər iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin, iddiaçı mübahisələndirilən mənzilə görə ilkin ödənişi və sonrakı aylıq ipoteka ödənişlərini ona görə ödəmişdir ki, əslində həmin mənzilin iddiaçı özü və ailəsi üçün almaq niyyətində olmuş, lakin onunla ipoteka müqaviləsinin bağlanılması üçün iddiaçının iş təcrübəsindən dolayı iş yerindən zəruri arayışın verilməməsilə sənədləşdirmənin aparılmasının qeyri mümkünlüyü nəticəsində mənzilə dair cavabdehlə müqavilələr bağlanılmışdır.

53. Bundan başqa tərəflərin münasibətlərinin pozulmasından sonra aparılmış danışıqlarda cavabdehin iddiaçıya ünvanladığı “evin qiymətini de, mən uşaqlara alıram” deməsindən də aydın olur ki, cavabdehin qeyd edilən mənzili iddiaçıya qaytarmaq öhdəliyi olmuşdur. Sadəcə cavabdehin övladının ailə münasibətləri pozulduğundan o, tapşırıq müqaviləsini icra etməkdən, yəni mənzili iddiaçının adına rəsmiləşdirəcəyindən imtina edərək həmin mənzilin nəvələrinə qalması, nəvələrinin yaşaması üçün əvəzini ödəmək istədiyini bildirmişdir. Lakin hazırda aralarında öhdəlik münasibətlərinin olmasını ümumiyyətlə inkar edir.

54. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mənzil alınan dövrdə iddiaçı cavabdehin qızı ilə birgə nikah münasibətlərində olduğundan, mehriban ailə münasibətlərinə əsaslanaraq qohumu olan cavabdehlə razılaşdığı tapşırığın məzmunu ondan ibarət olmuşdur ki, “mənə ipoteka krediti verilmədiyi üçün ipoteka krediti ilə daşınmaz əmlakı öz adına al, həmin əmlakın ipoteka kreditinin ödənişləri qurtardıqdan sonra evi mənim adıma rəsmiləşdir”. Hazırda mənzil alınan zaman mövcud olan etibarlı ailə münasibətləri dağılmış, iddiaçı ilə cavabdehin qızı arasında nikah pozulmuş, onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi ilə əlaqədar başqa məhkəmə mübahisəsi də mövcuddur. Cavabdeh isə hazırda iddiaya etiraz edərək mənzili özü aldığını iddia etməklə təbii olaraq mənzilin iddiaçıya aid olmasını inkar edir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

55. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul etməyinizi və ya göstərilən faktların yenidən araşdırılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qənaətinə görə belə bir tapşırıq müqaviləsinin mütləq notariat qaydada bağlanmalı olması üçün qanundan irəli gələn bir məhdudlaşdırıcı zəruri şərt olmamışdır. Tərəflər arasında tapşırıq müqaviləsini mövcudluğundan o halda bəhs etmək olardı ki, cavabdeh cavabdeh2 və iddiaçı İddiaçı sözügedən mənzilin alınması prosesində tapşırıq müqaviləsinin elementlərini özündə ehtiva edən hər hansı bir danışığın aparılması barədə şifahi razılaşma və ya notarial qaydada bağlanmış müqavilə olmalı idi, hazırki vəziyyədə tapşırıq müqaviləsinin bağlanmasını təstiq edən hər hansı mötəbər sübut mövcud deyil. Bundan başqa, iddiaçı tərəfin tələbi sadəcə məhkəmənin sübutlara qərəzli, qeyri-obyektiv yanaşması nəticəsində sübut edilmişdir.

57. Eləcə də, “WhatsApp” yazışmaları və irəli sürülən fərziyyələr heç bir halda həmin məbləğin iddiaçı tərəfindən ödənildiyini təsdiq etmir. Məhkəmə cavabdehin izahatları arasında ziddiyətlərin olduğunu bildirərək qeyd etmişdir ki, mənzilin alınma səbəbi barədə verdiyi məlumatların da bir-birini inkar etdiyi müəyyən edilmişdir. Bir tərəfdən daha geniş evə ehtiyac olduğunu, digər tərəfdən isə mənzilin investisiya məqsədilə alındığını bildirməsi, eləcə də geniş evə ehtiyac olduğu halda ikinci mənzil alınması v ə bu mənzildə özlərinin yox iddiaçının yaşaması ağlabatan olmamaqla cavabdehin iddiaları ilə uzlaşmır. Cavabdehin qeyd edilən izahatı məhkəmə tərəfində obyektiv qiymətləndirilmiş olsa idi, məlum olardı ki, həqiqətəndə geniş evə ehtiyac olduğundan sözügedən mənzilin investisya məqsədləri üçün alındığını, sadəcə həmin vaxt evləri olmayan qızının qalması üçün onların müvəqqəti istifadəsinə verildiyi, gələcəkdə onlar ev aldıqdan sonra isə investisya məqsədləri üçün istifadə edəcəyi qənaətinə gəlmiş olardı.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

59. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

60. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

61. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

62. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

63. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

70. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

78. Cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

79. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMnin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

80. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar