Məhkəmə qərarları › İş №2(1-8)-965/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-965/2026

25.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-965/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemindən çıxarışa əsasən müəyyən edilir ki, X5”xxxx” MMC-də icraçı direktor vəzifəsində işləmişdir.

2. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə **/** nömrəli, ##.##.2025-ci il tarixli əmrə əsasən müəyyən edilir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti bölməsində icraçı direktor vəzifəsində işləyən İddiaçı Əbülfəz oğlu ilə bağlanılmış *******000400 nömrəli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə ## ###### 2025 tarixindən xitam verilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddiaçı İddiaçı cavabdehlər “X1” MMC-yə və nümayəndə3 qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məlumatı olmadan onun ## ###### 2023-cü il tarixdə Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmçinin saxtakarlığa yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMCin direktoru nümayəndə3la 2021-ci ilin yanvar ayında tanış olmuş, aralarında münasibət yaranmışdır. Həmin vaxtdan birlikdə işləmiş, Cavabdeh MMC-in direktoru nümayəndə3 İddiaçı 2022-ci ilin ## ######a hesablanmış 110000 manat borcu yaranmışdır. 2022-ci ilin yanvar ayında Cavabdeh MMC-in direktoru nümayəndə3 İddiaçı biznes qurmaq şərikliyi təklif etmiş, İddiaçı bu təklifə razı olaraq 2022-ci ilin yanvar ayından başlayaraq istehsal avadanlıqlarının alğı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların və qəliblərin istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olmaq qərarına gəlmişlər. Birgə biznes fəaliyyəti üçün iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-in bütün xərclərini qarşılamağa başlamış, istehsal avadanlıqlarından anlayışı olduğundan özü xarici ölkələrə gedərək əcnəbi satıcılarla danışıb avadanlıqları alaraq Azərbaycan Respublikasına gətirmişdir. Iddiaçı İddiaçı istehsal avadanlıqlarının xarici ölkələrdən alınaraq Azərbaycan Respublikasına gətirməsinə, gömrük və digər xərclərin ödənilməsinə ümumilikdə 650000 manat pul xərcləmişdir. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-in direktoru nümayəndə3la birlikdə şirkəti idarə edir, həm avadanlıqların alğı-satqısını həyata keçirir, həm də sözügedən avadanlıqlarla istehsal aparmışdır. Təxminən bir neçə ay öncə iddiaçı İddiaçı məlum olmuşdur ki, cavabdeh Cavabdeh MMCin direktoru nümayəndə3 biznes şərikliyi barədə razılıqlarını pozaraq ondan xəbərsiz bir sıra avadanlıqları sataraq pulunu özünə götürmüş, işi düzgün yerinə yetirmədiyinə görə istehsal prosesi dayanmış, hətta icarə əsasında istehsal prosesini həyata keçirdikləri obyektin sahibi onu həmin ərazidən kənarlaşdırmışdır. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-in direktoru nümayəndə3la şərikliyə son qoymuşdur. İddiaçı cavabdeh Cavabdeh MMC-in direktoru nümayəndə3 tərəfindən aldadılıb külli miqdarda zərərə düçar olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında Sabunçu RPI-də araşdırma aparılmış, məsələ mülki xarakterli olduğu üçün İddiaçı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma çərçivəsində izahatı alınmış cavabdeh Cavabdeh MMC-in direktoru nümayəndə3 iddiaçı İddiaçı ilə istehsal avadanlıqlarının alğı-satqısı, eyni zamanda bəzi istehsal avadanlıqları ilə müxtəlif məhsulların istehsalı və satışı ilə bağlı sahədə biznes qurmaq barədə şərik olduqlarını etiraf etmişdir. Bundan sonra iddiaçı İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və nümayəndə3 qarşı “avadanlıqların bölünməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa bildirir ki, cavabdeh Cavabdeh MMCin direktoru nümayəndə3 hüquq mühafizə orqanlarında və məhkəmə mübahisələrində iddiacı İddiaçı bütün şəriklikdə gördüyü işləri icracı direktor olaraq etdiyi bildirmişdir. Bundan sonra İddiaçı məsələni dəqiqləşdirmək üçün ## #### 2025-ci il tarixdə DOST mərkəzinə getmiş və məsələ araşdırılaraq İddiaçı onunla Cavabdeh MMC-nin arasında ##.##.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbulla bağlı əmək müqavilə bağlandığı və həmin müqaviləyə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2 “a” bəndi ilə xitam verildiyi bildirilmişdir. Bundan sonra Cavabdeh MMC-nin direktoru nümayəndə3 niyyəti artıq İddiaçı məlum olmuşdur. Belə ki, İddiaçı Cavabdeh MMC-nin direktoru nümayəndə3la birlikdə biznes şərikliyi dövründə əldə etdikləri əmlakı və vəsaiti Cavabdeh MMC-nin direktoru nümayəndə3 öz əmlakı və vəsaiti kimi qələmə vermiş, həmçinin İddiaçı məlumatı olmadan onun adına işə qəbulla bağlı əmək müqaviləsi bağlayaraq İddiaçı icraçı direktor olaraq işə qəbul etmiş, niyyəti isə sonda İddiaçı gördüyü işləri icraçı direktor olaraq etdiyini bildirmək, həmçinin Cavabdeh MMC-nin qanunvericiliyin tələblərinə əməl etmədən gördüyü bütün qanunsuz işləri İddiaçı üstünə atmaqdan ibarət olmuşdur. Bütün bunlar İddiaçı məlum olduqdan sonra onun tərəfindən mediasiya prosesinin başladılması üçün Cavabdeh MMCyə təklif göndərilmiş və ##.##.2025-ci ildə keçirilmiş ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı məlumatı olmadan onun ##.##.2023-cü il tarixdə icraçı direktor vəzifəsinə işə qəbul edilməsi və buna dair Cavabdeh MMC tərəfindən ## ###### 2023-cü il tarixli əmək müqaviləsinin tərtib edilməsi tam qanunsuzdur. Bu səbəbdən həmin əmək müqaviləsi etibarsız hesab olunmalıdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında İddiaçı nümayəndə3 vasitəsilə tanıdığını, İddiaçı özünü mütəxəssis kimi tanıtdığını və onu mühəndis kimi tanıdığını, öz obyektini İddiaçı icarəyə verdiyini, Ismayıl Abbasovun hər zaman Samiri şəriki qismində tanıtdığını, həm Samirdən, həm də Ismayıldan onların şərik olması barədə eşitdiyini bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 əvvəlcə nümayəndə3 tanıdığını, onunla birlikdə iş gördüyünü, həmin vaxt Ismayıl ona İddiaçı nömrəsini verdiyini və onu şəriki kimi tanıtdığını, 2024-cü ilin dekabr ayının sonlarında İddiaçıla birlikdə şirkət açmaq üçün Asan Xidmət mərkəzinə getdiklərini və orada İddiaçı “X1” MMC-də direktor vəzifəsində olduğunu öyrəndiklərini bildirmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-2(004)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Ü.Xəlil).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onunla əmək müqaviləsinin bağlanmasından məlumatı olmadığını bildirsə də, həmin halı sübut edə bilməmişdir. Iddiaçının müqavilənin etibarsız hesab olunması barədə iddiası yalnız şəxsi mülahizələrlə əsaslandırılmış, lakin əmək müqaviləsinin etibarsızlığına dair hüquqi əsaslar və sübutlar təqdim olunmamışdır. Iş materialları ilə müqavilənin etibarsızlığına səbəb ola biləcək hallar (aldatma, məcburiyyət, hüquq qabiliyyəti olmayan şəxslə bağlanması. Qanunla qadağan edilmiş şərtlərin daxil edilməsi) aşkar edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 43, 44, 46, 49-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmadan qərar vermişdir. Belə ki, şahid ifadələri nəzərə alınmadan qərar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələbləri, yəni işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında İddiaçı nümayəndə3 vasitəsilə tanıdığını, İddiaçı özünü mütəxəssis kimi tanıtdığını və onu mühəndis kimi tanıdığını, öz obyektini İddiaçı icarəyə verdiyini, Ismayıl Abbasovun hər zaman Samiri şəriki qismində tanıtdığını, həm Samirdən, həm də Ismayıldan onların şərik olması barədə eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 əvvəlcə nümayəndə3 tanıdığını, onunla birlikdə iş gördüyünü, həmin vaxt Ismayıl ona İddiaçı nömrəsini verdiyini və onu şəriki kimi tanıtdığını, 2024-cü ilin dekabr ayının sonlarında İddiaçıla birlikdə şirkət açmaq üçün Asan Xidmət Mərkəzinə getdiklərini və orada İddiaçı “X1” MMC-də direktor vəzifəsində olduğunu öyrəndiklərini bildirmişdir. Şahid izahatları məhkəmə tərəfindən nəzərə alınmalı və sübut qismində qiymətləndirilməlidir.

14. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli sorğuya cavab məktubuna əsasən dövlət reyestrində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2008-ci il tarixdə dövlət qeydiyyatından keçməsi, ##.##.2009-cu il tarixdə hüquqi ünvanının, ##.##.2017-ci il və ##.##.2023-cü il tarixlərdə təsisçilərinin dəyişdirilməsi ilə əlaqədar nizamnaməsinə dəyişikliklərin edilməsi barədə məlumat mövcud olduğu, reyestrdə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri olması barədə məlumatın olmadığı qeyd olunmuşdur.

15. “xxxx” X3 tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2025-ci il tarixli **-*/*- ***/**** nömrəli sorğuya cavab məktubuna əsasən İddiaçı adına elektron imza sertifikatın mövcud olmadığı qeyd olunmuşdur.

16. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri nümayəndə1 və nümayəndə3 iştirak etdikləri məhkəmə iclaslarında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli e-2(004) ****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, İddiaçı məlumatı olmadan onun ## ###### 2023-cü il tarixdə Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli əmək müqaviləsi etibarsız hesab edilmişdir (hakimlər – F.Qasımov (məruzəçi), G.Axundova və L.Əliyeva).

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “xxxx” X3 məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına elektron imza sertifikatı mövcud olmamışdır. Yəni, iddiaçının adına elektron imza sertifikatı mövcud olmadığı təqdirdə müqavilənin onun tərəfindən elektron qaydada imzalanması mümkün deyildir. Həmçinin, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin bir təsisçisi olduğundan və mübahisələndirilən əmək müqaviləsinə əsasən iddiaçının icraçı direktor vəzifəsinə təyinatı təsisçinin qərarı ilə rəsmiləşdirilməli idi. Lakin belə bir qərarın mövcudluğu da işin halları ilə təsdiqini tapmır.

19. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı sübutun təqdim olunması cavabdehin nümayəndəsinə təklif olunaraq bu barədə sual ünvanlansa da, cavabdehin nümayəndəsi bildirmişdir ki, İddiaçı hesablanmış əmək haqqından müvafiq vergilər və tutmalar aparılsa da, onun özünə rəsmi olaraq əmək haqqı ödənilməmişdir, lakin qeyri-rəsmi olaraq müqavilədə nəzərdə tutulduğu məbləğdən artıq əmək haqqı verilmişdir. Məhkəmə kollegiyası qeyd olunan arqumenti inandırıcı hesab etməyərək qeyd etmişdir ki, bu halın özü də onu təsdiq edir ki, iddiaçı ümumiyyətlə belə bir müqavilənin mövcudluğundan məlumatsız olmuşdur.

20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 324, 329, 331, 337, 389-cu maddələrinə, Əmək Məcəlləsinin 3, 7, 11, 12, 42, 43, 44, 49, 81-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2025-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə elektron imza anlayışını formal sertifikat mövcudluğu ilə eyniləşdirmiş, lakin elektron sistemdə qeydiyyat faktının hüquqi nəticəsini qiymətləndirməmişdir. Məhkəmə forma pozuntusunu əqdin etibarsızlığı ilə eyniləşdirmişdir ki, bu da Əmək Məcəlləsinin 43.2-ci maddəsinin səhv tətbiqidir. Apellyasiya instansiyası məhkəməsi faktiki olaraq müqavilənin mövcudluğunu və imzalanmasını cavabdehin üzərinə qoymuşdur. Halbuki, iddiaçı müqavilənin etibarsızlığını tələb etdiyindən, etibarsızlığın əsaslarını sübut etməli idi. Sübut yükü düzgün tətbiq olunmamışdır. Məhkəmə elektron sistemin texniki mexanizmini araşdırmamış, elektron imza prosedurunu ekspertiza ilə yoxlamamış, müqavilənin necə qeydiyyata alındığını müəyyən etməmişdir. Sübutların tam araşdırılmaması baş vermişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı (vəkil nümayəndə4) kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

28. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 7.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.

32. Maddə 7.2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.

33. Maddə 7.2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.

34. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq.

35. Maddə 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək.

36. Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək; k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək.

37. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

38. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

39. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

40. Maddə 43.2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası.

41. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. (## #### 2024-cü il tarixə kimi olan redaksiyada)

42. Maddə 44.1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. (hazırkı redaksiyada)

43. Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. (## #### 2024cü il tarixə kimi olan redaksiyada)

44. Maddə 49.1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. (## #### 2024-cü il tarixə kimi olan redaksiyada)

45. Maddə 49.1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. (hazırkı redaksiyada)

46. Maddə 81.1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

47. Maddə 81.2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2025-ci il tarixli qərarı

48. “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir.

49. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir.

50. Müraciətdə qeyd olunan hüquqi şəxsin tək təsisçisi ilə onun icra orqanının rəhbərinin eyni şəxs olması halında hüquq tətbiqetmə təcrübəsində yaranan çətinliklərlə bağlı ilk növbədə göstərilməlidir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

51. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

52. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istər hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə müqavilə iki tərəfin qarşılıqlı iradə ifadəsi olaraq müəyyən edildiyindən bir şəxsin müqavilənin hər iki tərəfi kimi çıxış etməsi müqavilənin anlayışı və təbiəti ilə uyğunsuzluq təşkil edir. Məhz bu səbəbdən hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbərinin eyni şəxs olması halında onlar arasında hər hansı müqavilənin bağlanması hüquqi məntiqə zidd olmaqla yanaşı heç bir məqsədə xidmət etmir.

53. Bununla belə hüquqi şəxsin yeganə təsisçisinin həm də onun icra orqanının rəhbəri (direktoru) olması qanunvericiliklə qadağan edilməmişdir. Lakin belə halın rəsmiləşdirilməsi, qeydiyyatının həyata keçirilməsi ictimai (ümumi) maraqlar baxımından zəruri olduğundan hüquqi şəxsin təsisçisinin həm də onun icra orqanının rəhbəri vəzifəsinə müvafiq əmr və ya qərar ilə təyin edilərək rəsmiləşdirilməsi vacibdir.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

62. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

65. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMnin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar