Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-974/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə əmlakdan istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qanuni qüvvədə olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004- cü il tarixli, *-****/**** saylı qətnaməsi ilə Məmmədov Elman Telman oğlu və X2 Məmmədov Telman Zeynalabdin oğlu və X3 qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddiası qismən təmin edilərək, Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Novruzov qardaşları küçəsi *** saylı evə köçürülmələri, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 kv.metr olan yaşayış otağından Məmmədov Elman Telman oğlu və X2, sahələri 10,0 kv.metr və 16,0 kv.metr yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabənd sahələrindən Məmmədov Telman Zeynalabdin oğlu və X4 istifadə qaydasının, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmişdir.
2. Bakı şəhəri, Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinin böyük məhkəmə icraçısı, məhkəmə nəzarətçisi, hal şahidləri və tərəflərin iştirakı ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004-cü il tarixli, *-****/**** saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icra edilməsini təmin etmiş, bu barədə müvafiq akt tərtib edilərək, akt iştirakçıları tərəfindən imzalanaraq təsdiq olunmuşdur.
3. Mübahisəli ünvanda təbii qaz, su və elektrik enerjisindən istifadə edilməsi ilə bağlı müqavilələr Cavabdeh ilə bağlanmış və onun adına müvafiq abunə kodları verilmişdir.
4. Bakı şəhəri, Nəsimi rayon ** saylı MKİS tərəfindən təsdiq olunmuş, qonşular tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, Cavabdeh və X1 ## #### 2005-ci il tarixdən mübahisəli ünvana qeydiyyata düşmələrinə baxmayaraq, sonuncuları həmin ünvanda görməmişlər. Hətta daim valideynlərindən eşitmişlər ki, Cavabdeh ev almışlar və ayrı yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı ilk iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi *** saylı mübahisəli ev özbaşına tikili olmaqla tərəflər həmin evə qeydiyyatdadırlar. İddiaçı həmin evdə anası, qardaşı və yeni ailə qurmuş arvadı ilə bir yerdə yaşayır. Mübahisəli ev 10 və 16 kv.metr sahəsi olan girişli-çıxışlı yaşayış otaqlarından, 19,9 kv.metr sahəsi olan aynabənddən, 7,8 kv.metr mətbəxtdən, anbar tikilisindən və bir də həyətdə sahəsi 12,8 kv.metr olan ayrıca yaşayış otağından və sahəsi 5,7 kv.metr olan hamam tikilisindən ibarətdir. Fərdi yaşayış evində tərəflərin qeydiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən onlara müxtəlif maneələr yaradılmış, mülkiyyətçisi kimi yaşadığı mənzildə hüququnun həyata keçirilməsinə şərait yaradılmamışdır. Mütəmadi aralarında söz-söhbət olduğu üçün münaqişəli ailə kimi qeydiyyatdan keçmişlər və birgə yaşamaları mümkün deyil. Göründüyü kimi, yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh isə ilk iddia ərizəsi ilə birlikdə baxılması üçün iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçı və digər şəxslər tərəfindən ona qarşı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş aynabənddən ibarət olan otaqdan və yaşayış otağından istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması, onun Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş aynabənddən ibarət olan otaq və yaşayış otaqlarından ibarət mənzilə köçürülməsi, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş aynabənddən ibarət olan otağı, yaşayış otağının boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evdə qeydiyyatdadır. Əvvəllər valideynləri Məmmədov Telman Zeynalabdin oğlu və X5 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahələri 19,9 kv.metr olan aynabənddən ibarət olan otaq, sahəsi 10,0 kv.metr və sahəsi 16,0 kv.metr olan yaşayış otaqlarında yaşamışlar. Hal-hazırda cavabdehə aid olan əmlaklar Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 kv.metr olan aynabənddən ibarət olan otaqda, sahəsi 10,0 kv.metr və sahəsi 16,0 kv.metr olan yaşayış otaqlarında yerləşir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004-cü il tarixli, *-****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evə köçürülmələri, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 kv.metr olan yaşayış otağından Məmmədov Elman Telman oğlu və X2, sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabəndən Məmmədov Telman Zeynalabdin oğlu və X4 istifadə qaydası, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda Bakı şəhəri, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin kommunal xidmətlərinə dair müqavilələr cavabdehin adındadır. Lakin iddiaçı, cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 kv.metr olan aynabənddən ibarət olan otaqdan, sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarında yaşamasaına maneələr yaradır. Bununla bağlı cavabdeh dəfələrlə AR DİN 102 xidmətinə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
9. İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə edərək, kompensasiya qismində 50.000 manatı ödəməyə hazır olduğunu bildirərək, qarşılıqlı iddianı qəbul etməmiş, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh isə məhkəmə iclasında ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə tərəfindən mübahisəli sahəyə yerində baxış keçirilmiş və ## ##### 2025-ci il tarixdə bu barədə protokol tərtib edilmişdir. Yerində baxış zamanı fərdi yaşayış evinin və tikililərin fotoşəkilləri və video görüntüləri çəkilmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddiaçının cavabdehə qarşı “kompensasiya ödənilməklə tikilidən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, cavabdehin iddiaçıya qarşı “maneələrin aradan qaldırılması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahələri 19,9 kv.metr olan aynabənddən ibarət otaqdan, habelə sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarından istifadə üçün yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahələri 19,9 kv.metr olan aynabəndə, sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarından ibarət mənzilə köçürülməsi və qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan əmlak paylı mülkiyyətdə olan əmlak hüquqi statusuna malik deyil. Başqa sözlə ifadə etdikdə, ilk iddia üzrə iddiaçı paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi deyil. Eləcə də, həmin əmlak paylı mülkiyyətdə olan əmlak olsaydı belə, ilk iddia üzrə iddiaçının bu qəbildən olan iddia tələbi irəli sürməyə müvafiq subyektiv hüququ olmayacaqdı.
14. Belə ki, paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması tələbini irəli sürmək hüququ payını ayırmaq istəyən tərəfə məxsusdur, payçı, yaxud payçılar hər hansı digər payçını payından bu və ya digər şəkildə məhrum edilməsinə təhrik və məcbur edə bilməzlər.
15. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin mübahisəli əmlakdan istifadə hüququ vardır və o, atası Məmmədov Telman Zeynalabdin oğlu və anası X3 ilə birlikdə həmin evdə yaşamışdır. Evin kommunal xidmətlərlərinə dair müqavilələr onunla bağlanmışdır. İddiaçı cavabdehin sahələri 19,9 kv.metr olan aynabənddən, 10 kv.metr və 16 kv.metr olan yaşayış otaqlarından istifadə etməyə qoymur, buna maneələr yaradır və bununla da cavabdehin qanunla qorunan hüquqlarını pozur. Belə olan halda İddiaçı Cavabdeh yaşadığı mənzilə buraxmaması qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də Cavabdeh pozulmuş hüquqları bərpa edilməlidir.
16. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 43, 60, 72-ci, Mülki Məcəllənin 220ci, Mülki Prosessual Məcəllənin 4.1, 4.2, 14.2, 217.4-cü maddəsinə, “AR Mülki Məcəlləsinin 228.5-ci və AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli və “AR Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı İddiaçı apellyasiya şikayətini ilk iddia tələbində göstrəilənlərə uyğun əsaslandırmış, həmçinin şikayətdə qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Cavabdeh mübahisəli ünvanda yaşamadığı, bu halın işdə olan sübutlarla və şahidlərin ifadələri ilə təsdiq olunması, kommunal xidmətlərə dair müqavilələrin Cavabdeh adına olmasının hər hansı hüquqi əhəmiyyətinin olmaması, onun və ailə üzvlərinin uzun illərdir daimi olaraq həmin ünvanda yaşaması və oradan istifadə etməsi, Cavabdeh mübahisəli ünvanda yerləşən tikilidən şəxsi istifadə hüququ olsa belə, həmin istifadənin şəxsi servitut olduğundan və ondan uzunmüddətli könüllü istifadə olunmadığından və başqa ünvanda mənzili olduğundan, istifadə hüququna xitam verilməsi və s. göstərilmişdir.
19. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh Cavabdeh apellyasiya şikayətini qarşılıqlı iddiada göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin şikayətdə qətnamənin qarşılıqlı iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qüvvədə olan məhkəmə aktına əhəmiyyət verilməməsi, mübahisəli ünvanda yerləşən tikililərə aid kommunal xidmətlərin onun adına olması, İddiaçı onun qeyd olunan ünvana köçüb yaşamasına maneə yaratması, qarşılıqlı iddianın tam təmin olunmalı olması və mübahisəli tikililiərin boşaldılaraq ona təhvil verilməli olması və s. göstərilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən, məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) tərəflərin apellyasiya şikayətləri qarşılıqlı iddiaya aid hissədə qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qarşılıqlı iddia ilə bağlı hissədə ləğv olunmuş, qarşılıqlı iddia qismən təmin olunaraq İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahəsi 19,9 kv.metr olan aynabənddən, habelə sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarından istifadə üçün yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh həmin tikililərə köçürülməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması, qətnamənin ilk iddiaya dair hissədə dəyişdirilmədən saxlanılması, həmin hissədə ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə tam və hərtərəfli hüquqi qiymət verilməsi üçün ilkin olaraq qarşılıqlı iddianın əsaslarını, yəni cavabdehin köçürülməsini tələb etdiyi mübahisəli tikililər üzərində əmlak hüquqlarına malik olub-olmamasını, bu hüquqların hansı əsasla yaranmasını və hazırki vəziyyətdə mövcud olmasını, əgər qeyd edilən hallar müəyyən olunarsa, o zaman ilk iddianın qanuniliyinə (yəni, hazırki vəziyyətdə cavabdehin müəyyən olunan həmin hüquqlarına xitam verilməsinə əsasların mövcudluğu) hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmişdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sübutlarla (tərəflərin izahatları, şahidlərin ifadələri, akt və s.) cavabdehin ən azı 20 il əvvəldən həmin ünvandan çıxması və ailə quraraq daimi başqa ünvanlarda yaşaması açıq-aşkar müəyyən edilir. Cavabdeh özü də bu halı inkar etmir və izahatında bildirir ki, hələ 2000-ci ilin əvvəlləri qardaşı ilə mübahisələr fonunda həmin ünvandan çıxmış, ailə quraraq başqa ünvanlarda yaşamışdır.
24. Eyni zamanda, çoxsaylı şahid ifadələrindən (əsasən qonşular) görünür ki, cavabdeh mübahisəli ünvanda daimi yaşamamış, son 3-4 il ərzində valideynlərinə baş çəkmiş, qonaq kimi gəlib-getmişdir.
25. Göründüyü kimi, cavabdehin uzun müddət əvvəldən mübahisəli ünvandan daimi əsaslarda başqa yaşayış məntəqəsinə köçməsi müəyyən edilir. Belə olan halda isə, cavabdehin mübahisəli ünvanda yaşaması, məhz bu əsasla istifadə hüquqlarının olması barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq olunmamaqla, ziddiyyətlidir, eyni zamanda maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Bu səbəbdən də qətnamə qarşılıqlı iddiaya dair hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə qismən əsaslıdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qarşılıqlı tələbi vərəsəlik hüququna əsasən qismən əsasladır.
27. Belə ki, mübahisəli ev statusuna görə özbaşına tikili olsa da, müəyyən iqtisadi dəyərə malik olmaqla uzun müddət ərzində cavabdehin valideynlərinə məxsus olmuş, onlar həmin tikililər üzərində sahibliyi həyata keçirməklə, oradan yaşayış məqsədləri üçün istifadə etmişlər. Bu hal hər hansı digər şəxs tərəfindən mübahisələndirilməmiş və etirazla qarşılanmamışdır (işdə bu istiqamətdə hər hansı sübut mövcud deyil). Əksinə səlahiyyətli dövlət orqanları tərəfindən evə müvafiq ünvan verilməklə, kommunal xidmətlərlə təmin olunmuş, şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Bununla yanaşı, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qüvvədə olan ## ####### 2004-cü il tarixli qətnaməsindən göründüyü kimi, mübahisəli ünvanda uzun illərdən bəri inşa edilmiş yaşayış və köməkçi sahələr mövcud olmuş, iddiaçının valideynləri olan Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə evin həyətində ayrıca tikilmiş, sahəsi 12,8 kv.metr olan yaşayış otağından, cavabdehin valideynlərinin isə sahələri 10,0 kv.metr, 16,0 kv.metr yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabənddən istifadə qaydası müəyyən edilmiş, köməkçi sahələr tərəflərin ümumi istifadəsində saxlanılmışdır. Həmin vaxtdan sonra cavabdehin valideynləri qeyd edilən tikililərdə yaşamaqla, hər hansı etiraz və mübahisə olmadan ora qanuni sahibliyi həyata keçirmiş, atası 2020-ci ildə, anası isə 2024-cü ildə vəfat etmişdir.
28. Göründüyü kimi, cavabdehin atası Məmmədov Telman Zeynalabdin oğlu AR Konstitusiya Məhkəməsi Plenumunun 26 dekbar 2023-cü il tarixli qərarından daha əvvəl dünyasını dəyişsə də, anası X6 həmin qərarın qüvvədə olduğu zaman ölmüşdür. Bu zaman qanun üzrə vərəsə yalnız vərəsəlikdən imtina etdiyi halda, miras kütləsindən məhrum ola bilər.
29. Digər tərəfdən, Cavabdeh əlavə prosedur şərtlərə tabe olmadan miras qoyan X6 vərəsəsi hesab olunur (cavabdehin vərəsəlikdən imtina etməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır). Belə olan halda cavabdeh valideynlərinin miras aktivini qəbul etməklə analoji hüquqlara malik olmuşdur.
30. Məhkəmə kollegiyası hazırki vəziyyətdə miras aktivin nədən ibarət olması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, mübahisəli tikililər üzərində sağlığında cavabdehin valideynlərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, onların uzun illərdən bəri inşa etdikləri və qanuni sahiblik, istifadə (bu şəxsi istifadə yox, əmlak üzəridən mübahisəsiz və tanınmış faktiki sahiblik, ondan irəli gələn istifadədir) hüquqlarını həyata keçirdikləri iqtisadi dəyərə malik həmin tikililər üzərində əmlak maraqları, həmçinin hüquqi taleyi həll olunmamış əmlakla bağlı tələb hüquqları (gözlənti hüquqları) mövcud olmuşdur. Yəni, valideynlər sağlığında tikililər üzərində qeyd edilən əmlak hüquqlarına malik olmaqla pozuçulara qarşı sahibliyin müdafiəsindən irəli gələn müvafiq tələb hüquqlarını həyata keçirmək, həmçinin həmin tikililərin müqəddaratını həll etmək istiqamətində qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə etmək hüququna malik olmuşlar. (bildiyimiz kimi, AR Mülki Məcəlləsinin 180.3-cü maddəsi özbaşına tikililər üzərində mülkiyyət hüququnun yaranması halını istisna etməmişdir və s.).
31. Bununla yanaşı, hazırda geniş təşəkkül tapmış təcrübəyə əsasən, mənzil tikintisi sahəsində fəaliyyət göstərən müvafiq hüquqi şəxslər (MTK, MMC) tərəfindən özbaşına tikililərə görə onların qanuni sahiblərinə yüksək məbləğdə pul kompensasiyası və ya həmin tikililərin yerində inşa ediləcək yüksək mərtəbəli yaşayış binalarından mənzillər təklif olunmaqdadır.
32. Məhz qeyd edilən bu və digər əmlak hüquqlarının miras aktiv sayılması və vərəsələrə keçməsi mülki qanunvericiliklə istisna edilməmiş, əksinə vərəsəlikdə bağlı normalar, Konstitusiya Məhkəməsinin qərarlarında olan mövqelər bunu tam dəsdəkləmişdir.
33. Sözügedən tikililərin sadəcə özbaşına tikili olması (əşya hüquqlarının dövlət qeydiyyatına alınmaması) əsası ilə vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə isə qeyri müəyyənliyə, üçüncü şəxslərin qəsdinə (özbaşınalıq) və iqtisadi dəyərə malik olan həmin tikililərin taleyinin həll olunma imkanlarının tamamilə aradan qalxmasına səbəb olmaqla, demokratik cəmiyyətdə zəruri sayıla bilməz.
34. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki mövqeyi mübahisəli özbaşına tikililər üzərində vərəsələrin mülkiyyət hüququnun tanınması və ya mövcudluğu anlamına gəlməməklə, məhz valideynlərinin malik olduğu müvafiq əmlak hüquqları və maraqları həddində məhdudlaşır. Yəni, analoji tikililərlə bağlı miras aktivi- daşınmaz əmlakın özü deyil, özbaşına inşa edilmiş həmin yaşayış sahəsi ilə bağlı mərhumlara məxsus olmuş müvafiq əmlak hüquqları və tələb hüquqlarıdır. Bu hal həmçinin miras passivini də əhatə edir. Yəni, üçüncü şəxslərin miras qoyanlara qarşı həyata keçirilə bilən istənilər tələbləri (hətta əmlakın sökülməsi barədə maraqlı şəxslərin tələbləri) qüvvədə qalmaqla vərəsələrə qarşı irəli sürülə bilər.
35. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, valideynlərin vəfatı ilə onların mübahisəli əmlakla bağlı malik olduqları hüquqi vəziyyət, yəni faktiki sahiblik, əmlak marağı və həmin əmlakın hüquqi taleyinin müəyyən edilməsini tələb etmək imkanları (gözlənti və s.) miras hüququnun predmeti kimi vərəsələrə keçmişdir. Bu hüquqlar daşınmaz əmlaka mülkiyyət hüququnun mövcudluğu anlamına gəlməsə də, vərəsələr üçün mübahisəli əmlakla bağlı hüquqi maraq və iddia imkanları yaradır.
36. Eyni zamanda iddiaçının da mövqeyindən görünür ki, o, cavabdehin mübahisəli tikililər üzərində hüquqlarının mövcudluğunu təsdiq edir və bunun əvəzi kimi müvafiq kompensasiya təklif edir.
37. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərinə əsasən cavabdehin tələbi “valideynlərinə məxsus müvafiq tikililərə köçürülməsi və buna yaradılan maneələrin aradan qaldırılması” hissədə əsaslıdır.
38. Bununla yanaşı, cavabdeh uzun müddət ərzində həmin ünvanda daimi yaşamaması halı hazırkı vəziyyətdə vərəsəlik hüquqlarının həyata keçirilməsi istiqamətində müvafiq tələb hüquqlarını istisna edə bilməz. Əks hal, müvafiq hüquqların həyata keçirilməsi sahəsində qeyribərabərliyə, ədalətsiz şəraitin yaranmasına səbəb olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır.
39. Lakin, məhkəmə kollegiyası qarşılıqlı iddianı- həmin tikililərin boşaldılaraq cavabdehə təhvil verilməsi hissədə əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdehin mərhum qardaşının övladı kim “təmsil üzrə” vərəsə qismində çıxış edir və mübahisəli əmlakla bağlı vərəsəlik hüquq münasibətlərinin subyekti hesab olunur.
40. İşin mübahisə olunmayan hallarına görə, iddiaçının atası valideynindən daha əvvəl vəfat etmişdir, bu səbəbdən də iddiaçı vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras almalıdır. Yəni, hazırkı vəziyyətdə mübahisəli tikililərin boşaldılaraq məhz cavabdehə təhvil verilməsi iddiaçının vərəsəlikdən irəli gələn hüquqlarının pozulmasına səbəb ola bilər.
41. Bundan başqa, cavabdeh qarşılıqlı iddiada tikililərdən istifadəyə başqa şəxslər tərəfindən yaradılmaş maneələrin aradan qaldırılmasını tələb etsə də, digər şəxslərin kimlər olmasını konkretləşdirməmiş, həmin hissədə qeyri-müəyyən tələb irəli sürmüşdür. Halbuki, mülki prosessual qanunvericliyin tələbinə əsasən, iddiaçı tələbə cavab verməli olan şəxslərin dairəsini konkret müəyyən etməli, onlara dair məlumatları iddia ərizəsində konkret göstərməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası qarşılıqlı iddianın həmin hissədə də təmin olunmaması nəticəsinə gəlmişdir.
42. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya hüquqi qiymət verdikdən sonra ilk iddianın yenə əsassız olması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Çünki, hazırkı vəziyyətdə iddiaçı cavabdehə birtərəfli qaydada kompensasiya ödəməklə onun hüququna xitam verilməsini tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyil.
43. Tərəflər bərabər hüquqlu vərəsələr kimi miras aktiv üzərində yuxarıda qeyd edilən hüquqlara malikdirlər və iddiaçı mülkiyyətçi statusuna malik deyil. Yəni, iddiaçı mübahisəli yaşayış sahəsi üzərində nə mülkiyyətçi, nə də müəyyən edilərək ayrılmış pay sahibi olmadığı halda, cavabdehə (digər vərəsəyə) məcburi kompensasiynın ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Təbii ki, gələcəkdə tərəflər miras üzərində əmlak hüquqlarından istifadə nəticəsində müvafiq daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının tanınmasına nail olarlarsa, o zaman əmlakın bölünməsi (payın ayrılması və s.) barədə tələblər irəli sürməklə birgəliyə son qoymaq hüquqlarına da malik olacaqlar.
44. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 135.2, 136.1, 158.4, 180.3, 1133.1, 1133.2, 1134.1, 1151.1, 1157, 1157-1.1, 1159.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 81, 385.1.1-ci madələrinə, habelə AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin AR Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi sözügedən qətnaməni qəbul etməklə iddiaçının öz mülkündən istifadə etməsini məhdudlaşdırmışdır. Məhkəmənin qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququnun olması ilə bağlı mövqeyi əsassızdır. Belə ki, cavabdeh heç vaxt mübahisə predimeti olan evdə yaşamamışdır. Bunu məhkəmə iclasında ifadə vermiş ilki iddia üzrə iddiaçı və şahidlər də təsdiq etmişlər. Lakin, bütün bunlara baxmayaraq apellyasiya məhkəməsi tərəfindən işə qərəzli yanaşılmaqla iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Mübahisə predimeti olan mənzilin cavadehin valideyinlərə məxsus olmasına dair mülki iş materiallarında heç bir sənəd yoxdur. Belə olan halda həmin mənzilin cavabdehin valideyinlərinə məxsus miras aktivi kimi nəzərə alınması qanunsuz və əsassızdır. Cavabdeh mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə ilə müraciət etməmişdir. Həmçinin o, heç vaxt mübahisə predimeti olan evdə yaşamamışdır. Bunu məhkəmə iclasında ifadə vermiş iddiaçı və şahidlər də təsdiq etmişlər. Belə olan halda mübahisə predimeti olan mənzilin faktiki olaraq cavabdeh tərəfindən qəbul edilməməsi faktı sübut olunur. Mülki iş materiallarında cavabdehin valideyinlərinin vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi yoxdur. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi apellyasiya məhkəməsi AR MPM-in 88-ci maddəsinin tələblərini də pozmuşdur. Qətnamədə qeyd edilmişdir işdə olan sübutlarla (tərəflərinizahatları, şahidlərin ifadələri, akt və s.) cavabdehin ən azı 20 il əvvəldən həmin ünvandan çıxması və ailə quraraq daimi başqa ünvanlarda yaşaması açıq-aşkar müəyyən edilir. Cavabdeh özü də bu halı inkar etmir və izahatında bildirir ki, hələ 2000-ci ilin əvvəllərində qardaşı ilə mübahisələr fonunda həmin ünvandan çıxmış, ailə quraraq başqa ünvanlarda yaşamışdır. Eyni zamanda, çoxsaylı şahid ifadələrindən (əsasən qonşular) görünür ki, cavabdeh mübahisəli ünvanda daimi yaşamamış, son 3-4 il ərzində valideynlərinə baş çəkmiş, qonaq kimi gəlib-getmişdir. Göründüyü kimi, cavabdehin uzun müddət əvvəldən mübahisəli ünvandan daimi əsaslarda başqa yaşayış məntəqəsinə köçməsi müəyyən edilir. Belə olan halda mübahisəli mənzilin cavabdeh tərəfindən miras kimi faktiki qəbul edilməsi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
49. Maddə 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.
50. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
51. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1157 Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
57. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
58. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. İddiaçının kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçının kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
69. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
71. Belə ki, qanuni qüvvədə olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Məmmədov Elman Telman oğlu və X2 Məmmədov Telman Zeynalabdin oğlu və X3 qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən olunması” tələbinə dair iddiası qismən təmin edilərək, Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evə köçürülmələri, evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 kv.metr olan yaşayış otağından Məmmədov Elman Telman oğlu və X2, sahələri 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabənddən Məmmədov Telman Zeynalabdin oğlu və X4 istifadə qaydasının, köməkçi sahələrdən isə tərəflərin ümumi istifadə qaydasının müəyyən edilməsi qət edilmişdir.
72. Həmçinin ilk və qarşılıqlı iddia ərizələrinin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin mübahisəli ünvana (tikililərə) münasibətdə hüquqlarının mövcudluğunu (iddiaçı əsasən mülkiyyətçi hüquqlarından çıxış edir) qəbul edərək, birgə yaşayışın mümkün olmaması və s. bu kimi səbəblərdən ona kompensasiya ödənilməklə həmin hüquqlarına xitam verilməsini tələb edir, cavabdeh isə məhkəmə qərarına əsasən valideynlərinin qanuni sahibliyinə və istifadəsinə verilmiş müvafiq tikililirə (sahələri 10,0 kv.metr və 16,0 kv.metr yaşayış otaqları, sahəsi 19,9 kv.metr olan aynabəndə) köçürülməsini, həmin tikililərin boşaldılaraq ona təhvil verilməsini və maneələrin aradan qaldırılmasını tələb edir.
73. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikili olmaqla tərəflərin paylı mülkiyyətində deyildir və bu səbəbdən də iddiaçının müvafiq tələbləri irəli sürməyə müvafiq subyektiv hüququ olmamışdır.
74. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edirkən göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququ vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh atası Məmmədov Telman Zeynalabdin oğlu və anası X3 ilə birlikdə həmin evdə yaşamışdır. Evin kommunal xidmətlərinə dair müqavilələr onunla bağlanmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçını sahələri 19,9 kv.metr olan aynabənddən, sahələri 10 kv.metr və 16 kv.metr olan yaşayış otaqlarından istifadə etməyə qoymur, buna maneələr yaradır və qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını pozur.
75. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma dispozisiya şərtlərinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir.
76. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
77. Həmçinin bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur.
78. Beləliklə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçını yaşadığı mənzilə buraxmaması qanuni və əsaslı olmamışdır. Bu səbəbdən, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahələri 19,9 kv.metr olan aynabənddən ibarət otaqdan, 10,0 kv.metr və 16,0 kv.metr olan yaşayış otağından istifadəsi üçün yaradılmış maneələr aradan qaldırılmalı, iddia tələbinin bu hissədə lakin “digər şəxslərə” münasibətdə digər şəxslər dedikdə kimlərin nəzərdə tutulduğu və həmin şəxslərin cavabdeh qismində cəlb edilmədiyi və tələb qeyri-müəyyən olduğu üçün təmin edilməməli, Cavabdeh ünvan 1 ünvanda yerləşən evin həyətində ayrıca tikilmiş sahələri 19,9 m2 olan aynabənddən ibarət otaq, 10,0 m2 və 16,0 m2 yaşayış otaqlarından ibarət mənzilə köçürülməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır.
79. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinə tam və hərtərəfli hüquqi qiymət verilməsi üçün ilkin olaraq qarşılıqlı iddianın əsaslarını, yəni cavabdehin köçürülməsini tələb etdiyi mübahisəli tikililər üzərində əmlak hüquqlarına malik olub-olmamasını, bu hüquqların hansı əsasla yaranmasını və hazırki vəziyyətdə mövcud olmasını, əgər qeyd edilən hallar müəyyən olunarsa, o zaman ilk iddianın qanuniliyinə (yəni, hazırki vəziyyətdə cavabdehin müəyyən olunan həmin hüquqlarına xitam verilməsinə əsasların mövcudluğu) hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmişdir.
80. Apellyasiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, tərəflərin yaxın qohum olması, yəni iddiaçı İddiaçı cavabdeh Cavabdeh qardaşı oğlu olması, iddiaçının valideynləri ilə uşaqlıqdan mübahisəli ünvanda nəvə və babası ilə birlikdə yaşaması, iddiaçının valideynləri ilə nəvə və babası arasında həmin ünvandan istifadə ilə bağlı məhkəmə çəkişməsinin yaranması və nəticədə qanuni qüvvədə olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004-cü il tarixli qətnaməsi ilə- iddiaçının valideynləri olan Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Novruzov qardaşları küçəsində yerləşən *** saylı evin həyətində ayrıca tikilmiş sahəsi 12,8 kv.metr olan yaşayış otağından, cavabdehin valideynləri- Məmmədov Telman Zeynalabdin oğlu və X4 isə (iddiaçının nənə və babası) sahələri 10,0 kv.metr, 16,0 kv.metr yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabənddən istifadə qaydasının müəyyən edilməsi, köməkçi sahələrin isə tərəflərin ümumi istifadəsində saxlanılması, qətnamənin icra olunması, bu vəziyyətin uzun müddət saxlanılması, iddiaçının atasının, habelə cavabdehin valideynlərinin vəfat etməsi (tərəflərin izahatlarına və işdə olan arayışa görə 2020-ci ildə iddiaçının atası, həmin ilin sonunda babası, ## ####### 2024-cü il tarixdə isə nənəsi vəfat etmişdir) işin mübahisə olunmayan hallarıdır.
81. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli əmlakdan istifadə hüququnun olmasına, sonuncunun valideynləri (atası Məmmədov Telman Zeynalabdin oğlu və anası X3) ilə birlikdə həmin evdə yaşamasına, orada qeydiyyatda olmasına və kommunal xidmətlərlə bağlı müqavilələrin onunla bağlanmasına, cavabdehin sahələri 19,9 kv.metr olan aynabənddən, 10 kv.metr və 16 kv.metr sahələri olan yaşayış otaqlarından istifadəsinə maneə yaratmasına əsaslanmışdır.
82. Apellyasiya məhkəməsi işdə olan sübutlara, o cümlədən tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, işə əlavə edilmiş akta və s. sübutlara əsaslanaraq qeyd etmişdir ki, cavabdehin ən azı 20 il bundan əvvəl həmin ünvandan çıxması və ailə quraraq daimi başqa ünvanlarda yaşaması açıq-aşkar müəyyən edilir. Cavabdeh özü də bu halı inkar etmir və izahatında bildirmişdir ki, hələ 2000-ci ilin əvvəlləri qardaşı ilə mübahisələr fonunda həmin ünvandan çıxmış, ailə quraraq başqa ünvanlarda yaşamışdır. Eyni zamanda, çoxsaylı şahid ifadələrindən (əsasən qonşular) görünür ki, cavabdeh mübahisəli ünvanda daimi yaşamamış, son 3-4 il ərzində valideynlərinə baş çəkmiş, qonaq kimi gəlib-getmişdir.
83. Göründüyü kimi, cavabdehin uzun müddət əvvəldən mübahisəli ünvandan daimi əsaslarla başqa yaşayış məntəqəsinə köçməsi müəyyən edilir.
84. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin mübahisəli ünvanda yaşaması, məhz bu əsasla istifadə hüquqlarının olması barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq olunmamaqla, ziddiyyətlidir, eyni zamanda maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddiaya dair hissədə qanuni və əsaslı sayıla bilməz və apellyasiya şikayətlərinin dəlilləri həmin hissədə qismən əsaslıdır.
85. Lakin, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi aşağıda göstərilən əsaslara görə qismən təmin olunmalıdır.
86. Apellyasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının göstərdiyi faktlar əsasında ilk növbədə ilk və qarşılıqlı iddia tələblərinin qanuni əsasları müəyyən edilməlidir. Yəni, mülki prosesdə məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən tərəflərin irəli sürdüyü faktiki hallarla məhdudlaşmalı, lakin həmin faktlara uyğun qanuni əsası özü müəyyən etməlidir. İddiaçının hüquq normasını düzgün göstərməməsi və ya ümumiyyətlə göstərməməsi tələbin rədd edilməsi üçün əsas ola bilməz. Əksinə, məhkəmə sübut edilmiş faktlar əsasında tətbiq edilməli hüquq normasını müəyyən etməli, iddianın predmetini və həddini dəyişmədən müvafiq hüquqi institutu seçməlidir. Bu yanaşma tərəflərin dispozitiv hüquqlarını pozmadan “məhkəmə hüququ bilir” prinsipi əsasında ədalətli və qanuna uyğun qətnamənin qəbulunu təmin edir.
87. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbi vərəsəlik hüququna əsasən qismən əsaslıdır.
88. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli ünvan statusuna görə özbaşına tikili olsa da, müəyyən iqtisadi dəyərə malik olmaqla uzun müddət ərzində cavabdehin valideynlərinə məxsus olmuş, onlar həmin tikililər üzərində faktiki sahibliyi həyata keçirməklə oradan yaşayış məqsədləri üçün istifadə etmişlər. Bu hal hər hansı digər şəxs tərəfindən mübahisələndirilməmiş və etirazla qarşılanmamışdır (işdə bu barədə hər hansı mötəbər sübutlar mövcud deyildir).
89. Əksinə, səlahiyyətli dövlət orqanları tərəfindən evə müvafiq ünvan verilməklə, kommunal xidmətlərlə təmin olunmuş, tərəflər yaşayış yeri üzrə qeydiyyata alınmış və onlarla kommunal xidmətlərə dair müvafiq müqavilələr bağlanmışdır.
90. Bununla yanaşı, qanuni qüvvədə olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ####### 2004-cü il tarixli qətnaməsindən görünür ki, mübahisəli ünvanda uzun illərdən bəri inşa edilmiş yaşayış və köməkçi sahələr mövcud olmuş, iddiaçının valideynləri olan Məmmədov Elman Telman oğlu və X2 azyaşlı uşaqları ilə birlikdə evin həyətində ayrıca tikilmiş, sahəsi 12,8 kv.metr olan yaşayış otağından, cavabdehin valideynləri Məmmədov Telman Zeynalabdin oğlu və anası X3 isə sahələri 10,0 kv.metr, 16,0 kv.metr yaşayış otaqlarından və sahəsi 19,9 kv.metr olan aynabənddən istifadə qaydaları müəyyən edilmiş və köməkçi sahələr tərəflərin ümumi istifadəsində saxlanılmışdır.
91. Həmin vaxtdan sonra cavabdehin valideynləri Məmmədov Telman Zeynalabdin oğlu və anası X3 fasiləsiz və etirazsız olaraq qeyd edilən tikililərdə yaşamaqla, hər hansı mübahisə olmadan həmin evdə qanuni sahibliyi həyata keçirmiş, atası 2020-ci ildə, anası isə 2024-cü ildə vəfat etmişlər.
92. Qeyd edilməlidir ki, Konstitusiyanın preambulasında xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyəti ifadə edilmiş, həmçinin 7ci maddəsinin İ hissəsi ilə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmişdir.
93. Hüquqi dövlətin əsas vəzifəsi insan hüquqlarına əsaslanmaq, bu hüquq və azadlıqları qorumaq və möhkəmləndirmək, hərəkət və davranışların qanuna uyğun olmasını, hər bir sahədə ədalətli hüquq qaydasının qurulmasını və inkişaf etdirilməsini təmin etməkdir.
94. Hüququn ümumbəşəri prinsiplərinə hörmət etmək hüquq dövləti olmağın tələbidir. Əldə edilmiş hüquqlara hörmət prinsipi də hüququn ümumi prinsiplərinə və qanunun aliliyi anlayışına daxildir. Bu prinsipin əsas məqsədi şəxsin hüquqi təhlükəsizliyini təmin etməkdir.
95. İnsanların maddi və mənəvi sərvətlərini çəkinmədən inkişaf etdirməsi, fundamental hüquq və azadlıqlardan istifadə edə bilməsi yalnız hüquqi təhlükəsizliyin və qanunun aliliyinin təmin olunduğu cəmiyyətdə mümkündür.
96. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
97. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
98. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
99. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
100. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə # ####### 2012-ci il tarixli Qərarları).
101. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
102. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il ## ##### tarixli Qərarı).
103. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər.
104. Bununla belə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarda göstərmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə və 71-ci maddəsinin II hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
105. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekbar 2023-cü il tarixli qeyd olunan qərarı ilə bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun.
106. Apellyasiya məhkəməsi yuxarıda sadalanan normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib və Konstitusiya Məhkəməsinin sözügedən qərarlarındakı hüquqi mövqeyə əsaslanaraq qeyd etmişdir ki, cavabdehin atası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekbar 2023-cü il tarixli qərarından daha əvvəl dünyasını dəyişsə də, anası həmin qərarın qüvvədə olduğu zaman ölmüşdür. Bu zaman isə, qanun üzrə vərəsə yalnız vərəsəlikdən imtina etdiyi halda miras kütləsindən məhrum ola bilər. Digər halda, o əlavə prosedur şərtlərə tabe olmadan miras qoyanın vərəsəsi hesab olunur (cavabdehin vərəsəlikdən imtina etməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır).
107. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh valideynlərinin miras aktivini qəbul etməklə analoji hüquqlara malik olmuşdur.
108. Apellyasiya məhkəməsi həmçinin hazırkı vəziyyətdə miras aktivin nədən ibarət olması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etməklə qeyd etmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (Mülki Məcəllənin 1151.1-ci maddəsi).
109. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur.
110. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.
111. Göründüyü kimi, əmlak hüquqları şəxsin maddi dəyərə malik olan hüquq və vəzifələrinin məcmusudur. Bura həm əşyalar üzərində hüquqlar, həm də əmlak xarakterli tələblər daxildir (məsələn, daşınmaz əmlak, daşınar əmlak, tələb hüquqları, müqavilədən irəli gələn hüquqlar, miras hüquqları və s.). Yəni, əmlak hüquqları geniş anlayış olmaqla, yalnız əşyalarla məhdudlaşmır.
112. Əşya hüquqları isə şəxsin konkret bir əşya üzərində birbaşa hakimiyyətini ifadə edən hüquqlardır (məsələn, mülkiyyət hüququ, istifadə hüququ, sahiblik hüququ, servitut, ipoteka və s.).
113. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
114. Apellyasiya məhkəməsi işin hallarından müəyyən etmişdir ki, mübahisəli tikililər üzərində sağlığında cavabdehin valideynlərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, onların uzun illərdən bəri inşa etdikləri və qanuni sahiblik, istifadə (bu şəxsi istifadə yox, əmlak üzərində mübahisəsiz və tanınmış faktiki sahiblik, ondan irəli gələn istifadədir) hüquqlarını həyata keçirdikləri iqtisadi dəyərə malik həmin tikililər üzərində əmlak maraqları, həmçinin hüquqi taleyi həll olunmamış əmlakla bağlı tələb hüquqları (gözlənti hüquqları) mövcud olmuşdur. Yəni, valideynlər sağlığında tikililər üzərində qeyd edilən əmlak hüquqlarına malik olmaqla pozuçulara qarşı sahibliyin müdafiəsindən irəli gələn müvafiq tələb hüquqlarını həyata keçirmək, həmçinin həmin tikililərin müqəddaratını həll etmək istiqamətində qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə etmək hüququna malik olmuşlar (Mülki Məcəllənin 180.3cü 115. maddəsi də özbaşına tikililər üzərində mülkiyyət hüquqlarının yaranması halını istisna etməmişdir və s.).
116. Bununla yanaşı, hazırda geniş təşəkkül tapmış təcrübəyə əsasən, mənzil tikintisi sahəsində fəaliyyət göstərən müvafiq hüquqi şəxslər (MTK, MMC) tərəfindən özbaşına tikililərə görə onların qanuni sahiblərinə yüksək məbləğlərdə pul kompensasiyası və ya həmin tikililərin yerində inşa ediləcək yüksək mərtəbəli yaşayış binalarından mənzillər təklif olunmaqdadır.
117. Məhz qeyd edilən bu və digər əmlak hüquqlarının miras aktiv sayılması və vərəsələrə keçməsi mülki qanunvericiliklə istisna edilməmiş, əksinə vərəsəlikdə bağlı yuxarıda qeyd edilən normalar, Konstitusiya Məhkəməsinin qərarlarında olan mövqelər bunu tam dəsdəkləmişdir.
118. Əmlakın sadəcə özbaşına tikili olması (əşya hüquqlarının dövlət qeydiyyatına alınmaması) əsası ilə vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə isə qeyri müəyyənliyə, üçüncü şəxslərin qəsdinə (özbaşınalıq) və iqtisadi dəyərə malik olan həmin tikililərin taleyinin həll olunma imkanlarının tamamilə aradan qalxmasına səbəb olmaqla, demokratik cəmiyyətdə zəruri sayıla bilməz.
119. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı hüquqi mövqe mübahisəli özbaşına tikililər üzərində vərəsələrin mülkiyyət hüququnun tanınması və ya mövcudluğu anlamına gəlməməklə, məhz valideynlərinin malik olduğu müvafiq əmlak hüquqları və maraqları həddində məhdudlaşır. Yəni, analoji tikililərlə bağlı miras aktivi – daşınmaz əmlakın özü deyil, özbaşına inşa edilmiş həmin yaşayış sahəsi ilə bağlı mərhumlara məxsus olmuş müvafiq əmlak və tələb hüquqlarıdır.
120. Bu hal həmçinin miras passivini də əhatə edir. Yəni, üçüncü şəxslərin miras qoyanlara qarşı həyata keçirilə bilən istənilər tələbləri (hətta əmlakın sökülməsi barədə maraqlı şəxslərin tələbləri) qüvvədə qalmaqla vərəsələrə qarşı irəli sürülə bilər.
121. Beləliklə, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, valideynlərin vəfatı ilə onların mübahisəli əmlakla bağlı malik olduqları hüquqi vəziyyət, yəni faktiki sahiblik, əmlak marağı və həmin əmlakın hüquqi taleyinin müəyyən edilməsini tələb etmək imkanları (gözlənti və s.) miras hüququnun predmeti kimi vərəsələrə, yəni tərəflərə keçmişdir.
122. Bu hüquqlar daşınmaz əmlaka mülkiyyət hüququnun mövcudluğu anlamına gəlməsə də, vərəsələr üçün mübahisəli əmlakla bağlı hüquqi maraq və iddia imkanları yaradır.
123. Eyni zamanda iddiaçının da mövqeyindən görünür ki, o, cavabdehin mübahisəli tikililər üzərində hüquqlarının mövcudluğunu təsdiq edir və bunun əvəzi kimi ona müvafiq kompensasiya təklif edir.
124. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsi sonda bu qənaətə gəlmişdir ki, vərəsəlik hüquq münasibətlərinə əsasən cavabdehin tələbi “valideynlərinə məxsus müvafiq tikililərə köçürülməsi və buna yaradılan maneələrin aradan qaldırılması” hissələrində əsaslıdır. Bununla yanaşı, cavabdeh uzun müddət ərzində həmin ünvanda daimi yaşamaması halı hazırki vəziyyətdə vərəsəlik hüquqlarının həyata keçirilməsi istiqamətində müvafiq tələb hüquqlarını istisna edə bilməz. Əks hal, müvafiq hüquqların həyata keçirilməsi sahəsində qeyribərabərliyə, ədalətsiz şəraitin yaranmasına səbəb olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır.
125. Lakin, apellyasiya məhkəməs qarşılıqlı iddianı- həmin tikililərin boşaldılaraq cavabdehə təhvil verilməsi hissədə əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Çünki, iddiaçı cavabdehin mərhum qardaşının övladı kim “təmsil üzrə” vərəsə qismində çıxış edir və mübahisəli əmlakla bağlı vərəsəlik hüquq münasibətlərinin subyekti hesab olunur.
126. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsində göstərilir ki, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
127. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
128. İşin mübahisə olunmayan hallarına əsasən iddiaçının atası valideynindən daha əvvəl vəfat etmişdir, bu səbəbdən də iddiaçı vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alır. Yəni, hazırkı vəziyyətdə mübahisəli tikililərin boşaldılaraq məhz cavabdehə təhvil verilməsi iddiaçının vərəsəlikdən irəli gələn hüquqlarının pozulmasına səbəb ola bilər. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur.
129. Həmin Məcəllənin 1157-1.1-ci maddəsinin tələbinə görə isə, miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
130. Beləliklə, apellyasiya məhkəməsi qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verdikdən sonra haqlı olaraq ilk iddianın əsassız olması nəticəsinə gələrək, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Çünki, hazırkı vəziyyətdə iddiaçı cavabdehə birtərəfli qaydada kompensasiya ödəməklə onun hüquqlarına xitam verilməsini tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Tərəflər bərabər hüquqlu vərəsələr kimi miras aktiv üzərində yuxarıda qeyd edilən hüquqlara malikdirlər və iddiaçı mülkiyyətçi statusuna malik deyildir. Yəni, iddiaçı mübahisəli yaşayış sahəsi üzərində nə mülkiyyətçi, nə də müəyyən edilərək ayrılmış pay sahibi olmadığı halda cavabdehə (digər vərəsəyə) məcburi kompensasiynın ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz. Təbii ki, gələcəkdə tərəflər miras üzərində əmlak hüquqlarından istifadə nəticəsində müvafiq daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının tanınmasına nail olarlarsa, o zaman əmlakın bölünməsi (payın ayrılması və s.) barədə tələblər irəli sürməklə birgəliyə son qoymaq hüquqlarına da malik olacaqlar.
131. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
132. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.