Məhkəmə qərarları › İş №2(1-8)-978/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-978/2026

18.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-978/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızının cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı ## ###### 2011-ci il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən, ## ##### 2019-cu il tarixdə Cavabdeh ASC Mingəçevir filialına “kassa xidməti üzrə aparıcı mütəxəssis” vəzifəsinə, ## ### 2022-ci il tarixdə isə “baş mütəxəssis” vəzifəsinə keçirilib.

2. Cavabdeh ASC-nin ## ###### 2021-ci il tarixli əmri ilə qeyd edilib ki, Bankın ötən illərlə müqayisədə illik mənfəətində azalmanın müşahidə olunması, xərclərin optimallaşdırılması və struktur islahatlarının dərhal həyata keçirilməsini zəruri edir. Aparılmış ilkin təhlillər göstərir ki, kassa xidmətləri üzrə əməkdaşların sayı Bankın faktiki ehtiyacından yüksək olub və cari struktur büdcənin maksimal səmərəli idarə olunmasına mane olub. Eyni zamanda rəqəmsal Bank xidmətlərinə tələbatın artması ilə müştərilər tərəfindən kassa xidmətlərinə olan ehtiyac azalıb. Buna görə də ölkə üzrə bütün filiallarda kassa strukturunun yenidən qiymətləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və əməkdaş resurslarının əlverişli şəkildə bölüşdürülməsi məqsədilə kassa xidmətlərinin optimallaşdırılması işlərinə dərhal başlanıb və işçilərin sayı tələbata uyğunlaşdırılıb.

3. Cavabdeh ASC tərəfindən X7 ünvanlanmış ## ###### 2024-cü il (## ###### 2024-cü il) tarixli bildirişlərdə göstərilir ki, AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən, əməyin təşkilindəki dəyişikliklər zərurəti ilə əlaqədar əmək şəraiti dəyişdirilib və ## ###### 2024-cü il (##.##.2024-cü il) tarixdən əmək haqqı 400 manat təyin olunub, iş saatları isə saat 11:00-dan saat 16:00-dək, saat 13:00-dan saat 14:00-dək və bir saatlıq yemək fasiləsi ilə müəyyən edilib. Aktiv əmək müqaviləsi üzrə digər şərtlər olduğu kimi saxlanılıb. Bununla razılaşmadığı halda, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaq. Bu da mümkün olmadıqda, əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndinə əsasən xitam veriləcək.

4. Cavabdeh ASC tərəfindən ## ###### 2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, X7 ilə Bank arasında ## ##### 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında ## ###### 2024-cü il tarixdə bildiriş təqdim edilib, amma o, bildirişi qəbul etməkdən imtina edib. Həmin bildiriş onun ev ünvanına və mobil nömrəsinə göndərilib.

5. AR Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubda göstərilib ki, Cavabdeh ASC tərəfindən təqdim edilmiş məktub və sənədlərdən məlum olmuşdur ki, o, Mingəçevir filialında kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışıb, vəzifə maaşı 800 manat olub. Bankın əməyin təşkilindəki dəyişikliklər və kassa xidmətləri üzrə əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar müvafiq əmr verilib və ## ###### 2024-cü il tarixdən etibarən iş saatları dəyişdirilib və əmək haqqı 400 manat müəyyən edlilib. Eyni zamanda, işə getmədiyi və rəsmi məlumat vermədiyi qeyd edilib. May ayında əmək haqqından tutulma əmək qabiliyyətinin olmaması vərəqəsinin əslinin təqdim edilməməsi ilə əlaqədar olub və müvafiq sənəd təqdim edildikdən sonra iyun ayında müavinət hesablanaraq ödənilib.

6. Cavabdeh ASC-nin Mingəçevir filialının ## ###### 2025-ci il tarixli, ***-K/Ming saylı əmri ilə X7 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq xitam verilib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh ASC-nə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, əmək şəraitinin şərtlərinin qanunsuz dəyişdirilməsi hallarının etibarsız hesab edilməsi; onun əvvəlki əmək şəraitinin şərtlərinə və vəzifəsinə bərpa edilməsinin təmin olunması, dəyişikliklər nəticəsində əmək haqqında və digər hüquqlarında yaranmış fərqlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ## ######## 2011-ci ildən etibarən əmək müqaviləsi üzrə cavabdehdə mütəxəssis vəzifəsində işləyib. ## ##### 2019-cu ildən “kassa xidmətləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışıb, sonradan isə “baş mütəxəssis” vəzifəsinə keçirilib. İddiaçı tək ana olaraq 3 övladı vardır, onlardan biri sağlamlıq imkanları məhdud olan uşaqlar siyahısındadır. ## ###### 2024-cü ildə işəgötürən tərəfindən iddiaçının xəbəri və razılığı olmadan əmək funksiyası və əmək şəraiti dəyişdirilmiş, əvvəlki iş şəraitindən fərqli olaraq vəzifə əmək haqqı 50% azaldılmış, iş qrafiki əmək müqaviləsinə aid olmadan əsassız və razılığı olmadan dəyişdirilmiş, Banka aid olan işlərin ona verilməməsi, həmin vaxt boş vakansiyanın olmasına baxmayaraq həmin vəzifəyə onu təyin etməmişlər. Daha sonra, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin ## ###### 2025-ci il tarixli, ***-K/Ming saylı əmrinin ləğv edilməsi, onun cavabdehdə “kassa xidmətləri üzrə baş mütəxəssis” işinə bərpa edilməsi və ona ## ###### 2025-ci ildən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi həmçinin onunla əsaslandırılmışdır ki, ## ######## 2011-ci il tarixdən cavabdehin Mingəçevir filialı üzrə ilk olaraq ümumi işlər üzrə mütəxəssis, sonra əməliyyatçı, kredit mütəxəssisi və ən son olaraq kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışmış, işlədiyi müddətdə vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş və daim rəhbərliyin rəğbətini qazanmışdır. ## ##### 2019-cu il tarixdən etibarən aidiyyatı qurumda kassa xidmətləri üzrə Baş mütəxəssis vəzifəsinə keçirilmişdir. ## #### 2024-cü tarixdən etibarən iş yerinə buraxılmamış və haqqında kassadan kənarlaşdırılma qərarı verildiyi barədə cavabdehin Mingəçevir filialının müdiri X3 tərəfindən məlumatlandırılmışdır. Kassaya buraxılmaması barədə rəsmi kənarlaşdırma qərarının olmamasına baxmayaraq, əməliyyat şöbəsində boş masada əyləşib gözləməsi tələb olunmuşdur. Bu barədə rəhbərliyə yazılı məlumat vermiş və araşdırılmasını xahiş etmişdir. ## ##### 2024-cü il tarixdə Mingəçevir Şəhər Polis idarəsindən haqqında şikayət olması və araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndəriləcəyi barədə məlumatlandırılmışdır. Şikayət edən cavabdehin Mingəçevir filialının kassa üzrə supervayzeri vəzifəsində çalışan X2 olduğunu öyrənmişdir. Şikayət üzrə materiallar toplanmış və verilən şikayətin əsassız olması haqqında toplanmış materiallar üzrə cinayət işinin başlanmasına xitam verilmişdir. Haqqında əsassız şikayət verilməsi səbəbindən iş yerindən qanunsuz olaraq uzaqlaşdırılmış, şikayətə xitam verildiyi halda belə o, iş yerinə buraxılmamışdır. Əlavə olaraq filial müdiri X3 iş yerinə giriş üçün istifadə olunan giriş-çıxış kartını ondan almış və kassaya qeyd olunan tarixdən buraxılmamışdır. Qanunsuz uzaqlaşdırılma barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 yazılı müraciət etmiş, lakin aidiyyatı qurumdan araşdırma başlanmamışdır. Cavabdeh tərəfindən haqqında heç bir uzaqlaşdırma qərarı rəsmi olaraq təqdim olunmamışdır və o, qısnamalara məruz qalmışdır. ## ##### 2024-cü il tarixdə X13 şəhərində olan bölməsinə öz şikayətmüraciətini ünvanlamış və ## #### 2024-cü il tarixdə öz izahatını təqdim etmişdir. Bundan sonra digər qurumlara və müfəttişliyə çoxsaylı şikayətlər ünvanlamışdır. Təəssüf olsun ki, izahatında göstərilən nöqsanlar araşdırılmamışdır. ## ###### 2024-cü il tarixdən cavabdeh tərəfindən ona möhürsüz və bildiriş nömrəsi qeyd olunmamış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildiriş filial müdiri X3 tərəfindən ona verilmişdir. Ona həmçinin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qeyd edilmiş AR Əmək Məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz sənəd təqdim edilmişdir. Buna qədər isə AR Əmək Məcəlləsinin 79 maddəsinə əsaslanan əlavələr təqdim etsə də həmin sənədlər imzasız və möhürsüz olmuşdur. Əlavənin biri iş yerinin şərtləri aydın olmayan şəkildə evdə olacağı lakin birində isə müddətsiz müqavilə ilə işləməyinə baxmayaraq həmin müqaviləyə əlavə olaraq müddətli qeyd edilmişdir. Öhdəsində 3 övladı vardır və tək anadır. ## ##### 2020-ci il doğumlu oğlu X1 anadangəlmə qüsurludur və əlildir. Sonuncu əlavənin AR Əmək Məcəlləsinin 79-cu maddəsinə deyil, məhz 68-ci maddəsinə əsaslandırılması ona qarşı qərəzli düşünülmüş və bərabərlik hüququnun pozularaq verildyi sənəddir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz təqdim edilmiş sənəddə İdarə Heyətinin təsdiqlənmiş qərarı mövcud deyil. Ən vacib olanı odur ki, guya onun əmək şaraitinin şərtlərinin dəyişdirilməsi bildirilsə də, əslində onların etmək istədiyi ştatın ixtisarıdır. Ştatın ixtisarı ona münasibətdə mümkün olmadığı üçün, yəni ən azından AR ƏM-nin 79-cu maddəsi ilə digər işçilərdən üstün (müstəsna) hüquqlarım olduğu üçün onu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi səbəbindən işdən çıxarmışlar. Bu cür yanaşma nə qanuna, nə də vicdanlılıq prinsipinə uyğun deyil. Əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi və o dəyişikliyə nəyin əsas olduğu qeyd edilməmişdir. AR Əmək Məcəlləsinin 62-ci maddəsində 5-ci bəndində işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndində qeyd olunan əmək şəraitinin şərtlərinin dəyişdirilməsi nəticəsində müqaviləyə xitam verilməsinə AR Əmək Məcəlləsinin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Bildirişdə başqa vəzifəyə keçirilmə ilə bağlı qeyd olsa da, ona cavabdehin Mingəçevir filialında və ya Bankın digər 32 filialının hər birində vakansiya olmasına baxmayaraq, ona bu və ya digər bərabər vəzifəyə aid iş təklif edilməmişdir. Əvəzində imzalamasına razı olmaması kimi qiymətləndirilmiş bənd əlavə edilmiş, fikir və söz azadlığı məhdudlaşdırılmışdır. Həmçinin kassada digər işçilərə münasibətdə onun peşəkarlığı və iş səriştəsi daha üstündür. Kassada əmək şəraiti dəyişdirilərkən əmək yükü bölüşdürməsi nəzərə alınmamış və gender bərabərliyi pozulmuşdur. Kassir əməliyyatçı olaraq o, da inkassa prosesinə cəlb oluna bilərdi. Şəraitin dəyişdirilməsi bəndi ən son olaraq ona təhkim oluna bilər. Sənədin imzalı və möhürlü formasının ona vaxtında istər elektron, istərsə də poçt vasitəsi ilə və ya yerli icra nümayəndəliyi vasitəsilə çatdırılması təmin edilməmişdir. Bir ay müddət tələbi pozulmuşdur. Əmək müfəttişliyinə ünvanladığı ən son müraciətinə cavabda da eyni qaydada Bankın xeyrinə hesablanmış cavab verilmişdir. Əlavə olaraq, sözügedən əmrə diqqət edilsə görünər ki, onu işdən müəssisənin rəhbərliyi deyil, İnsan Kapitalının idarə edilməsi departamentinin direktoru çıxarmış və əmr vermişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Bankın “Mingəçevir” filialında kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışmış iddiaçı ## ######## 2011ci ildən etibarən Bankda çalışmağa başlamışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmiş və ölkə üzrə Bankın bütün filiallarında 2021-ci ildən etibarən başlamış və bu proses davam etməkdədir. Bu cür dəyişikliklər üçün zərurət ondan irəli gəlir ki, Bankın kassa xidməti üzrə mütəxəssislərə ehtiyacı azalmış və inkassator-kassir vəzifəsini həyata keçirən əməkdaşlar mütəxəssisin öhdəliklərini də yerinə yetirirlər. Belə ki, 2021-ci ildə Bankın bütün filialları üzrə kassa xidmətləri üzrə mütəxəssislərin sayı 42 nəfər təşkil etmiş, optimallaşdırmalar aparılaraq 2024-cü ilin sonuna qədər bütün filiallar üzrə yalnız 26 kassa xidmətləri üzrə mütəxəssis saxlanılmışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın Mingəçevir filialında da kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. Mingəçevir filialında Kassa xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışan digər əməkdaş inkassator-kassir vəzifəsinə keçirilmişdir. İddiaçı qadın əməkdaş olduğundan və inkassator-kassir vəzifəsinin fiziki güc tələb etdiyini və Bankın həmin filialda iki inkassator-kassir vəzifəsinə ehtiyacının olmadığını nəzərə alaraq, iddiaçı bu vəzifə təklif edilməmişdir. İnkassator briqadasında inkassator-kassir iştirak edir və Mərkəzi Bankın tələblərinə əsasən inkassator briqadasının hər bir üzvü zirehli gödəkçə (təxminən 15 kq təşkil edir) ilə təchiz olunmuşdur. Eyni zamanda Bankomatları nağd vəsaitlə yükləmək, boşaltmaq və çəkisi bir çox hallarda 25-40 kq artıq olan nağd pul vəsaitlərini filiallara çatdırmaq və təhvil vermək inkassator-kassirin əsas funksiyalarından biridir və fiziki güc tələb edir. Bundan əlavə, inkassator-kassir vəzifəsinin həyata keçirilməsi axşam saatlarında və ya həftə sonları baş verə bilərdi və üç uşağı olan iddiaçı bu öhdəlikləri həyata keçirə bilməzdi. Belə ki, AR Əmək Məcəlləsinin 242.1-ci maddəsinə uyğun olaraq, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilmişdir. Cavabdehin Mingəçevir filialının inkassator-kassir vəzifəsində çalışan şəxs nağd pul vəsaitlərinin digər rayonlara çatdırılmasında da (Bakı, Gəncə, İsmayıllı, Bərdə, Şəki) iştirak etməlidir, çünki regionlar üzrə yalnız Gəncə və Mingəçevir filialı inkassasiya əməliyyatını həyata keçirmişdir. İddiaçı il ərzində təqdim etdiyi çoxsaylı xəstəlik vərəqələrini nəzərə alaraq, inkassator-kassir vəzifəsinə o deyil, digər əməkdaş keçirilmişdir. Bu yenidən təşkilin nəticəsi olaraq, kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranmışdır. Nəzərə alınaraq ki, cavabdehin Mingəçevir filialında kassa xidmətləri üzrə mütəxəssis vəzifəsini yalnız iddiaçı icra edirdi, AR Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq əmək şəraitinin dəyişdirilməsi ilə bağlı ona müvafiq qərar tətbiq edilmişdir. Bu çərçivədə, ## ###### 2024-cü il tarixdə, 1 ay sonra müvafiq əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş iddiaçıya təqdim edilmişdir. İddiaçının bildirişi imzalanması ilə bağlı şifahi narazılığını nəzərə alaraq, ## ###### 2024-cü il tarixli Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış bildiriş, onun işdə iştirak etməməsi səbəbindən ev ünvanına göndərilmişdir. Göründüyü kimi, Bank AR Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin tələblərini gözləyərək əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı kağız daşıyıcı və sms vasitəsilə xəbərdar etmişdir. İddiaçı ## ###### 2024-cü ildən ## ###### 2024-cü il tarixədək işdə iştirak etməmiş və səbəbləri barədə Banka rəsmi hər hansı bir məlumat verməmişdir, həmin müddətdə onunla birbaşa əlaqə qurulması mümkün olmamışdır. Sonradan işdə iştirak etmədiyi dövrləri əhatə edən əmək qabiliyyətinin olmama vərəqələrini Banka təqdim etmiş və ## ###### 2025-ci il tarixdən etibarən valideyninin səhhətini əsas gətirərək təqdim etdiyi əmək məzuniyyəti ilə bağlı yazılı şəxsi ərizəsi Banka göndərilmişdir və həmin ərizəyə əsasən ## ###### 2025-ci ildən ## ###### 2025-ci il tarixədək əmək məzuniyyəti rəsmiləşdirilmişdir. İddiaçının bütün müvafiq əmək qabiliyyətinin olmaması vərəqələrinin (##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024, ##.##.2025-##.##.2025) əsli Banka təqdim ediləndə, ilk 14 təqvim günü üzrə Bankın vəsaiti, qalan günlər isə məcburi dövlət sosial sığorta haqları hesabına hesablanaraq ödənilmişdir. Bank tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi işdən kənarlaşdırılma halı baş verməmişdir və ona müvafiq əmək şəraiti təmin edilərək əmək müqaviləsi üzrə əmək haqqı hesablanmış və ödənilmişdir. Məlum olduğu kimi, AR Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilmir. Bonus ödənilməməsi və əmək haqqının artırılmaması ilə bağlı iddiaçının şikayəti ilə bağlı bildirilmişdir ki, bonus ödənilməsi və əmək haqqının artırılması ilə bağlı Bankın müvafiq öhdəliyi yoxdur. İddiaçının ərizəsində qeyd etdiyi may ayında əmək haqqından tutulma halı, əmək qabiliyyətinin olmaması vərəqəsinin əsli Banka təqdim edilmədiyinə görə, müvafiq sənəd Banka təqdim edildikdə - iyun ayında müavinət hesablanaraq ödənilmişdir. Beləliklə, əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Bank tərəfindən əmək müqaviləsinə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. İddiaçı ## ###### 2025-ci il tarixdə işə qayıtmış, iş gününün sonunadək onunla şifahi danışıqlar aparılmış və rəsmi olaraq bildirişdə qeyd edilən şərtlər barədə xəbərdarlıq edilmişdir. AR Əmək Məcəllənin 56.2-ci maddəsinə uyğun olaraq, əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. ## ###### 2024- ##.##.2025-ci il tarixlərini əhatə edən dövr ərzində cavabdehin Mingəçevir filialı üzrə vakansiya mövcud olmamışdır. İddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməyi ilə bağlı rəsmi razılığı daxil olmadığından və ona uyğun başqa vəzifə üzrə vakansiya mövcud olmadığından, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin müvafiq tələbləri qorunaraq ## ###### 2024-cü il tarixindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı bir ay əvvəldən göndərilmiş xəbərdarlıqda qeyd edilən tədbirin icrası olaraq tərəflər arasında bağlanmış ## ##### 2019-cu il tarixli, **/V/l saylı əmək müqaviləsinə ## ###### 2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Xitam verilməsi barədə əmr Bank tərəfindən elektron informasiya sisteminə daxil edilmiş və gücləndirilmiş elektron imza ilə imzalanaraq hüquqi qüvvəyə minmiş və iddiaçının informasiya sistemində yaradılan elektron kabinetinə göndərilmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Nail Abbasov) iddiaçının cavabdehə qarşı “işə bərpa və.s tələblərinə dair” iddiası təmin edilməmişdir.

11. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdehin ## ###### 2021-ci il tarixli, **** saylı əmri ilə xərclərin optimallaşdırılması və struktur islahatlarının həyata keçirilməsi nəzərdə tutulmuş, həmin islahatların nəticəsi olaraq cavabdehin Mingəçevir filialında da həmin islahatların davamı kimi iddiaçıya bu barədə yazılı bildirişlər göndərməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar başqa vəzifəyə keçməsi təklif edilmiş, lakin, o, bu təklifə razılıq verməmişdir. İşəgötürən də qanunveriliyin tələbi ilə əmək müqaviləsinə müvafiq maddə ilə xitam vermişdir.

12. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin əmri qanuni və əsaslı olduğundan, onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. Odur ki, iddia təmin edilməməlidir.

13. Məhkəmə öz hüquqi mövqeyini AR Əmək Məcəlləsinin 26.1, 35.2, 56-cı maddəsinin 1ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə, habelə AR MPM-nin 14.2, 77.1, 81, 89.1, 106.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilk əvvəl ## ###### 2024-cü il tarixdən cavabdeh tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, Bank tərəfindən iş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın “Mingəçevir” filialında kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edildiyi, nəticədə kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yarandığı, həmin vəzifəni yalnız o icra etdiyindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərarın barəsində tətbiq edildiyi, bu çərçivədə, ## ###### 2024-cü il tarixindən etibarən iş saatlarının 11:00-dan saat 16:00-dək, əmək haqqınının 400 manat müəyyən edilməsi qərara alınan bildiriş tərtib etmişdir. Bildirişdə qeyd edilmişdir ki, əgər tərəfindən həmin bildiriş imzalanmadıqda bu yeni əmək şəraiti ilə işə davam etdirməyə razılıq verməmək kimi qiymətləndiriləcəkdir. Bu bildirişlə bağlı bildirmək istəyir ki, ona rəsmi şəkildə ünvanına, ya da elektron poçtuna belə bildiriş gəlməmişdir. Yuxarıda qeyd etdiyi kimi, ## ###### 2024-cü il tarixdə cavabdeh tərəfindən möhürsüz, imzasız və nömrəsi qeyd olunmamış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildiriş filial müdiri X3 tərəfindən ona verilmişdir. İddiaçı həmin bildirişə şifahi olaraq öz narazılığını bildirmişdir. Etirazı ondan ibarət olmuşdur ki, imza, möhür yoxdur. Həqiqiliyi şübhə altındadır. Daha sonra ## ###### 2024-cü il tarixli imzalı bildiriş tərtib olunub. Bu bildiriş də ona çatdırılmayıb. Çünki işdən azad olunana kimi məzuniyyət hüququndan istifadə etmişdir. Eyni zamanda bülletində olmuşdur. Sonuncu bülletendən qayıtdıqdan sonra bildirişdən şifahi xəbərdar olub göstərilən şərtlərlə razı olduğunu bildirmişdir. Bu barədə Baş ofis əməkdaşı ilə danışmışdır. Onunla yazışmaları var. Dəvət olunmağını xahiş etmişdir. Şərtlərlə razı olduğunu bildirmişdir. Lakin, onu qəbul etməmiş və əksinə həmin günün sonu ##.##.2025-ci ildə işdən azad olunduğu bildirilmişdir. Bundan başqa əgər ona bildiriş çatmışdırsa və ya iddiaçı xəbərdar idisə, onun etirazı hansı formada olmuşdur. Əksinə o, bildirş tarixlərindən sonra işdən azad olunana kimi işdə sayılmışdır. Məhkəmə araşdırması zamanı bildirişn ona çatıb-çatmaması araşdırılmayıb. Bir növ onun çatmamasının sübut edilməsi iddiaçının üzərinə qoyulub. Qanunda bildirişin çatdırmasının iki növü - kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə çatdırılması nəzərdə tutulub. Lakin bank sms vasitəsilə çatdırdığını iddia etmişdir. Qanunda sms yoxdur. Bank qanunun bu normasını səhv təvsir etmişdir. SMS göndərilmişdirsə də onun həqiqətən çatması sübut olmalıdır. Beləliklə, əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. (AR Əmək Məcəlləsinin 56-cı maddəsi). Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, o yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmiş və başqa vəzifəyə keçirilmək üçün boş vakansiya olmadığında Bank əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə Bankın göstərdiyi kimi başqa vəzifəyə keçirilmək üçün boş vakansiya olmadığına əsaslanmış və bu barədə cavabdeh tərəfdən bir sıra lazımı sənədlər əldə etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmamış və bildirmişdir ki, boş vəzifə olmama barədə təqdim edilən sənədlərin hamısı cavabdehin özünün tərtib edərək təqdim etdiyi sübutlardır. Bank arayış vermişdi ki, ##.##.2024- ##.##.2025ci il tarixləri əhatə edən dövr ərzində Mingəçevir filialı üzrə vakansiya mövcud olmamışdır. Cavabdeh yalnız Mingəçevir filialından ibarət deyil. Onun 30-dan çox filialı mövcuddur, 1000dən çox əməkdaşı vardır. Hər filialda ən azı 30-dan çox işçi çalışırdı. Şikayətinə bankın rəsmi elektron ünvanında çıxarış təqdim etmişdir. Bu gün üçün Bankda olan vakansiyaların sayı 30 nəfərdən çox idi. Hətta kassa xidmətləri üzrə mütəxəssis də axtarılırdı. Bütün bunlar bir daha bankın təqdim etdiyi arayışların, məlumatların doğru olmasını şübhə altına almışdı. Unibank əməkdaşı kimi bildirmişdi ki, hər ay yeni işçilər götürülür və çıxarılır. Bu məsələni hesab etmişdi ki, işçilərin əmək müqaviləsinin bağlanmasını və xitamının qeydə alınması yeri olan Əmək Müfəttişliyindən sorğu verməklə götürülməsi mümkün olan haldır. Bildiriş tarixindən əmək müqaviləsinə xitam verilmə tarixinədək 3 ay vaxt keçmişdi. Bu vaxta kimi nə qədər işçi götürülməsi müəyyən olacaqdı. Əgər müəyyən olunurdusa, o zaman Bankı onları, məhkəməni aldatmağı sübut olunacaqdı. İş materiallarında olan Bankın təqdim etdiyi ## #### 2025-ci il tarixli arayışından göründüyü kimi, 2021-2024-cü illər üzrə kassa istiqaməti üzrə əməkdaşların sayı öz əksini tapmışdı. Son üç ildə əməkdaş sayında dəyişiklik olmamışdı. Halbu ki, bank etirazında bildirmişdi ki, kassa istiqamətində 2021-ci ildən dəyişikliklər başlamışdı və proses davam edirdi. Amma təqdim etdikləri arayış belə demirdi. 2021-ci ilə nisbətən işçi sayı 2022-ci ildə azalmışdı. 68 nəfərdən 56 nəfərə salınmışdı. 2023-cü ildə bu rəqəm 57 nəfər, daha sonra yenə 56 nəfər olmuşdu. Deməli, dəyişikliklər 2021-ci ildə olmuş və həmin ildə başa çatmışdı. Ondan sonrakı dövrlər sabit getmişdi. Hesab etmişdi ki, bu il üzrə də say eyni nəfər və daha çox olacaqdı. Belə olan halda hansı dəyişiklər baş vermişdi ki, iş şəraitinin dəyişdirilməsinə zərurət yaranmışdı. Bundan başqa həmin iş şərəti barədə bildirişdən üç ay sonra iddiaçını işdən azad etmişdilər. İşdən azad etmək üçün ilk növbədə başqa vəzifəyə keçirilməyi müzakirə olunmalıydı. Belə bir təklif olmuşdu? Əlbəttə, xeyr. Cavabdeh tərəf başqa vəzifəyə keçirilmə məsələsinin mümkün olmadığını öz vakansiyası ilə müəyyən edirdi. Onların hesabına görə vakasiya yoxdursa, başqa işə keçirmək mümkün deyildi və dərhal işdən azad olma üçün əsas idi. Çox təəssüf ki, birinci instansiya məhkəməsi də bu qənaətə gəlmişdi. Amma bu belə deyildi. Qanun bu formada təsvir olunmamışdı. Mütləq şəkildə işçinin başqa işə keçirilməsi təklif edilməliydi. Bu hansı formada olub-olmamasından asılı olmayaraq sübut olunmalıydı. Mövcud sənədlərdə ona yeni iş təklif olunması sübut olunmurdu. Bundan başqa bilindiyi kimi, əmək şəraitinin dəyişdirilməsi səbəbi məhkəmə tərəfindən ətraflı araşdırılmalıydı. Birinci instansiya məhkəməsi bu istiqamətdə heç araşdırma aparmamışdı. Bankın əsaslandırmasına görə 2021ci ildən iş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdi. İlk növbədə məhkəmə buna zərurətin hardan yaranmasını və səbəblərini araşdırmalıydı. Bu prosesdə pozuntu olmadıqda digər məsələlərə, yeni iş təklifi, razılıq məsələsinə və s. baxmaq lazımdır. Lakin birinci instansiya məhkəməsi əsas məslənin kökünü araşdırmadan bir başa vakansiya olmaması səbəbindən xitam verilməsi məsələsini araşdıraraq ona qiymət vermişdi. Bundan başqa AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir (AR Konstitusiya Məhkəməsinin Plenumunun # ###### 2024-cü il qərarı). İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, onun himayəsində əlil azyaşlı uşaq vardır. Bu hal AR Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşür. İşçilərin ixtisarı zamanı bu hal iddiaçının başqa işçilərə nisbətən üstünlüyünü saxladığı üçün işə götürən tərəf tam başqa bir variantla onu işdən azad etməyi düşünmüş və bu varianta əl atmışdır. Əgər iş şəraitin dəyişməsi baş vermişdirsə, o zaman cavabdeh bu barədə başqa işçilərə tətbiq edilən bildirişləri, yeni müqavilələri təqdim etməli idi. O zaman onların göstərdiyi hallar əsaslı sayılacaqdır. Lakin cavabdeh tərəf belə bir sübut təqdim etməmiş və verdikləri əmrin doğruluğunu sübut etməmişdir. Bununla da hesab etmişdi ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdi. İlk növbədə yuxarıda qeyd etdiyi kimi, məhkəmə qərar çıxararkən işə götürən tərəfindən müvafiq əmrin verilməsinə əsas olan səbəbləri, yəni əmək şəraitinin dəyişdirilməsi zərurətini, bunun nəticəsində ondan başqa kimlərə tətbiq edilməsini və s. araşdırmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakim Günay Axundova sədrlik edən, məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, işəgötürənin ## ###### 2025-ci il tarixli, ***- K/Ming saylı əmri ləğv edilmiş, iddiaçının əvvəlki vəzifəsinə, Cavabdeh ASC-nin Mingəçevir filialının kassa xidmətləri üzrə baş mütəxəssis vəsifəsinə bərpa edilməsi, cavabdeh Cavabdeh ASC tərəfindən iddiaçıya ## ###### 2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanmaqla ödənilməsi qət edilmişdir.

17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır.

18. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işəgötürən “X8” ASC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilərkən ona alternativ vəzifə təklif olunmamışdır.

19. Belə ki, iddiaçıya alternativ vəzifə təklif olunmasıyla bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmiş, əksinə iddia ərizəsinə qarşı etirazda cavabdeh tərəf alternativ iş təklif edilmədiyini etiraf edərək bunu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar Bankın Mingəçevir filialında Kassa xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışan digər əməkdaşın inkassator-kassir vəzifəsinə keçirilməsi, iddiaçının qadın əməkdaş olması və inkassator-kassir vəzifəsinin fiziki güc tələb etməsi və Bankın həmin filialda iki inkassator-kassir vəzifəsinə ehtiyacının olmaması ilə əsaslandırmışdır. Cavabdeh bu səbəbdən iddiaçıya bu vəzifənin təklif edilmədiyini qeyd etmişdir.

20. İddiaçı məhkəmə kollegiyasının iclaslarında bildirmişdir ki, ona inkassator-kassir vəzifəsi təklif edilsəydi qəbul edərdi, gecə növbəsində işləmək lazım gələrdisə işləməyə hazırdır. Çünki iddiaçının işə ehtiyacı vardır. Onun himayəsində üç övladı vardır və onlardan birinin sağlamlıq imkanları məhduddur.

21. Beləliklə, mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilərkən ona alternativ vəzifə təklif edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iddianın rədd edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmalı və iddiaçının işəgötürənin ## ###### 2025-ci il tarixli, ***-K/Ming saylı əmrinin ləğv edilməsi barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

23. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Konstitusiyasının 127, 129-cu maddələrinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 11-ci hissəsinə, 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə, 54-cü maddəsinin 1-ci bəndinə, 54-cü maddəsinin 2-ci bəndinə, 56-ci maddəsinin 1-ci bəndinə, 68, 300.1-ci maddələrinə, habelə AR MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildə Bankın filiallarında kassa xidmətləri üzrə mütəxəssislərin sayı 42 nəfər idi, amma optimallaşdırmalar nəticəsində 2024cü ilin sonuna qədər bu say 26-ya endirildi. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilindəki dəyişikliklər səbəbindən Bankın Mingəçevir filialında da kassa xidmətləri prosesində dəyişikliklər tətbiq olundu. Dəyişikliyin nəticəsi olaraq, kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraiti dəyişdirildi. Mingəçevir filialında bu vəzifəni yalnız iddiaçı icra etdiyi üçün, AR Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən ona müvafiq qərar verildi. ## ###### 2024-cü il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş təqdim olundu, lakin iddiaçı bildirişin imzalanması ilə bağlı şifahi narazılıq bildirdi. ## ###### 2024-cü ildə bu bildiriş işdə iştirak etmədiyi üçün ev ünvanına göndərildi. Bank, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçını bir ay əvvəl yazılı məlumatlandırmışdı. Daha sonra apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddiaçıya ziyanlı qərar verdi. Məhkəmə bu qərarı iki əsas dəlilə əsaslanaraq qəbul etdi: Əmək şəraitinin hüquqi məzmunu və dəyişdirilməsinin hüquqi prosedurunun pozulması. Apellyasiya məhkəməsi əmək şəraitinin dəyişdirilməsinə dair qanunvericilikdə göstərilməyən hallara istinad edərək normanı yanlış təfsir etmişdir. Həmçinin, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi yalnız müəyyən hüquqi şərtlər daxilində həyata keçirilə bilərdi. Bank, işçiyə bu dəyişikliklə bağlı əvvəlcədən yazılı məlumat verdiyi halda, apellyasiya məhkəməsi bu dəlilləri nəzərə almamışdır. Beləliklə, işəgötürən tərəfindən işçinin əmək münasibətinə dərhal xitam verilməsi məqsədilə deyil, əksinə, yeni əmək şəraitinin təklif edilməsi ilə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdu.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı İddiaçı vəkili vəkil2 İbad oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 3. bənd 11. Əmək şəraiti- işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusu.

29. Maddə 43. hissə 2. bənd “ə”. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: işçinin əmək şəraitinin şərtləri- iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması.

30. Maddə 54. bənd 1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; -işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri.

31. Maddə 54. bənd. 2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

32. Maddə 56. bənd.1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

33. Maddə 56. bənd 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

34. Maddə 56. bənd 3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.

35. Maddə 56. bənd 4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.

36. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

37. Maddə 68. hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

38. Maddə 68. hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

39. Maddə 300. hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.10 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını

49. yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

50. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında bütovlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya məhkəməsi hesab edir ki, maddi hüquq nomalarının təfsirində səhvə yol verdiyi üçün apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz.

52. Belə ki, işdən görünür ki, iddaçı, cavabdehin Mingəçevir filialında “kassa xidmətləri üzrə baş mütəxəssis” vəzifəsində işləyib və işəgötürənin ## ###### 2025-ci il tarixli, ***-K/Ming saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişməsi əsasına görə xitam verilib.

53. Hazırda iddiaçı, cavabdehin Mingəçevir filialında əməyin təşkilində dəyişiklik edilməsinə hər hansı zərurətin olmadığını, işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl ona yazılı məlumatı ilə xəbərdar etmədiyini, yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməsə də, mümkün olduğu halda işəgötürənin onu başqa vəzifəyə keçirməyidini və beləliklə də onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən xitam verilməsi üçün əsasların olmadığını göstərib, iddia tələblərinin təmin olunmasını iddia edir.

54. Cavabdeh isə Bankın Mingəçevir filialında da əməyin təşkilində dəyişikliklərin edilməsi zərurətinin yarandığını, işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl iddiaçını yazılı məlumatı ilə xəbərdar etdiyini, lakin iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermədiyini və mümkün olmadığı üçün iddiaçını başqa vəzifəyə keçirmədiyini və beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən düzgün olaraq xitam verildiyini göstərib, iddiaya etiraz edir.

55. Apellyasiya məhkəməsi, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verərkən ona alternativ vəzifə təklif etməyib. Belə ki, cavabdeh tərəfindən iddiaçıya alternativ vəzifə təklif edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmayıb, əksinə cavabdeh iddiaya qarşı etirazında iddiaçıya alternativ iş təklif etmədiyini etiraf edib və bunu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar Bankın Mingəçevir filialında kassa xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışan digər əməkdaşın inkassator-kassir vəzifəsinə keçirilməsi, iddiaçının qadın əməkdaş olmaqla fiziki güc tələb edən bu işin öhdəsindən gələ bilməməsi, Bankın Mingəçevir filialında iki inkassator-kassir vəzifəsinə ehtiyacın olmaması və bu səbəbdən də iddiaçıya həmin vəzifənin təklif olunmaması ilə əsaslandırıb.

56. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olaraq yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir və ya uzlaşmırsa rədd edilir. O, da nəzərə alınmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini

57. müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyildir. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə uyğun hüququ verim” (da mihi factum, dabo tibi ius) prinsipinə əsaslanır.

58. Bu baxımdan iddiaçının hazırkı tələblərinin qanuni əsas kimi AR Əmək Məcəlləsinin 56-cı maddəsi ilə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin c) bəndi qarşılıqlı şəkildə təhlil edilməli və işin faktiki hallarının həmin normaların dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığına hüquqi qiymət verilməlidir.

59. Məlum olduğu kimi, AR Əmək Məcəlləsinin 56-cı maddəsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsindən bəhs edir. Əmək müqaviləsi üzrə tərəflər müqavilənin məzmununu formalaşdırarkən işçinin əmək şəraitinin şərtləri barədə də razılığa gəlirlər. Əmək Məcəlləsində müəyyən olunmuş hallar istisna edilməklə, əmək şəraitinin şərtləri birtərəfli qadada dəyişdirilə bilməz. Yalnız, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Hər bir halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsi obyektiv əsasa söykənməlidir. Belə əsas kimi, istehsalın profilinin dəyişməsi, yeni texnologiyanın tətbiqi, bəzi istehsalatların dayandırılması (bağlanması), yaxud azaldılması və.s çıxış edə bilər.

60. Hazırkı halda, işəgötürənin ## ###### 2021-ci il tarixli, **** saylı əmrinə görə, sözügedən Bankın ötən illərlə müqayisədə illik mənfəətində azalmanın müşahidə olunması, xərclərin optimallaşdırılması və struktur islahatlarının dərhal həyata keçirilməsini zəruri edib.

61. Həmçinin, işdən görünür ki, cavabdeh tərəfindən aparılmış təhlillər nətcəsində müəyyən edilib ki, Bankın kassa xidmətləri üzrə əməkdaşlarının sayı Bankın faktiki ehtiyacından yüksək olub və cari struktur quruluşu büdcənin maksimal səmərəli idarə olunmasına mane olub. Eyni zamanda, rəqəmsal Bank xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq müştərilər tərəfindən kassa xidmətlərinə ehtiyac azalıb. Ona görə də Bankın bütün filiallarında kassa strukturunun yenidən qiymətləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və işçilərin əlverişli şəkildə bölüşdürülməsi məqsədi ilə kassa xidmətlərinin optimallaşdırılması işlərinə dərhal başlanılması və işçilərin sayının təlabata uyğunlaşdırılması nəzərdə tutulub. Əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti yarandığından Bankın filiallarında “inkassator-kassir” vəzifəsini həyata keçirən əməkdaşlar eyni zamanda “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsinin öhdəliklərini də yerinə yetirməyə cəlb edilmişlir.

62. Belə ki, işdən, cavabdehin iddiaya etiraz ərizəsindən, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, 2021-ci ildə Bankın bütün filialları üzrə “kassa xidmətləri üzrə” mütəxəssis vəzifəsinin sayı 42 nəfər olduğu halda, optimallaşdırma aparılaraq 2024-cü ilin sonuna qədər bütün filiallar üzrə cəmi 26 “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsi saxlanılıb.

63. Daha sonra, işdən görünür ki, iş prosesinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın Mingəçevir filialında da “kassa xidmətləri” prosesinə dəyişikliklər edilməsinə zərurət yaranıb və Bankın Mingəçevir filialında “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsinin icrası inkassator-kassir vəzifəsini icra edən işçiyə həvalə olunub.

64. Apellyasiya məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi qeyd olunan hallarla bağlı heç bir araşdırma aparmadan, habelə Bankın Mingəçevir filialında da əməyin təşkilində dəyişikliklərin edilməsinə zəruriyyətin yaranıb-yaranmadığını dəqiqləşdirmədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə kifayətlənərək Bankın Mingəçevir filialında əməyin təşkilində dəyişikliklər edilməsinə zərurətin yaranmadığı, habelə iddiaçının peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə əsasların olmadığı nəticəsinə gəlib. Halbuki iddiaçının əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, yəni ## ###### 2024-cü il tarixdən onun əmək haqqının azaldılaraq 400 manat həcmində, iş saatının- saat 11:000-dan, saat 16:000-dək, nahar fasiləsinin isə saat 13:00-dan, saat 14:00-dək müəyyən edlilməsi, əslində işəgötürənin subyektiv mülahizələrindən irəli gəlməyib və bu, bilavasitə əməyin təşkilində baş vermiş yuxarıda sadalanan obyektiv dəyişikliklərlə, habelə Bank sektorunda həyata keçirilən siyasətlə bağlı olub.

65. Digər tərəfdən, AR Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin mənasına görə, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.

66. İşdən görünür ki, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzən hələ 3 il əvvəl ## ###### 2021-ci il tarixli, **** saylı əmri ilə bütün Bank işçilərini bu barədə xəbərdar edib və həmin əmr bu gündə qüvvədədir.

67. Eyni zamanda, işəgötürən iddiaçıya ## ###### 2024-cü il tarixli bildiriş göndərib və həmin bildirişdə AR Əmək Məcəlləsinin 56-cı maddəsinə istinad etməklə əməyin təşkilində baş verən dəyişikliklər səbəbindən əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyini bildirib.

68. İddiaçı, özü də ## ### 2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə vəsatət təqdim edib və həmin vəsatətdə də iddiaçı ## ###### 2024-cü il tarixli bildirişin ona təqdim olunduğunu inkar etməyib.

69. Həmçinin işdən görünür ki, iddiaçının bildirişi imzalayıb qəbul etməməsi nəzərə alınaraq, Bankın səlahiyyətli nümayəndəsi tərəfindən ## ###### 2024-cü il tarixli bildiriş, onun işdə iştirak etməməsi səbəbindən ev ünvanına göndərilib. ## ###### 2024-cü ildən ## ###### 2024-cü il tarixədək iddiaçı işdə olmayıb və onun əmək qabiliyyətinin olmaması vərəqələrinin əsli Banka təqdim olunub.

70. Beləliklə, iddiaçı ## ###### 2025-ci il tarixdə işə qayıdıb və iş gününün sonunadək onunla şifahi danışıqlar aparılıb və rəsmi olaraq bildirişdə qeyd edilən şərtlər barədə xəbərdar edilib.

71. Apellyasiya məhkəməsi qeyd olunan hallara, habelə işəgötürənin əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl iddiaçını həm yazılı məlumatı, həm də sözügedən əmri ilə xəbərdar etməsinə əhəmiyyət verməyib.

72. Göstərilən hallar onu deməyə əsas verir ki, işəgötürən əslində iddiaçı ilə əmək münasibətinə dərhal xitam vermək məqsədi güdməyib, əksinə əməyin təşkilində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, onunla əmək münasibətinin davam etdirilməsi üçün yeni əmək şəraitinin şərtlərinin tətbiqi və alternativ iş imkanını nəzərdən keçirməyi ona təklif edib. Başqa sözlə, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası ilə xitam vermək niyyətində olmayıb.

73. Daha sonra, işin mübahisə olunmayan hallarına görə iddiaçı, yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyib, əksinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə etiraz edib. Bu hal iddiaçının izahatı, apellyasiya şikayətinin dəlilləri və.s ilə də inkar olunmur.

74. AR Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutlan əsasla xitam verilə bilər.

75. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində göstərilir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

76. Normanın mənasına görə, əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə o halda keçirilə bilər ki, bu mümkün olsun. Yəni, işçinin başqa vəzifəyə keçirilməsi mümkün olmadıqda, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

77. İşəgötürən, iddiaçının başqa vəzifəyə keçirilməsinin mümkünsüzlüyünü onunla əsaslandırıb ki, Bankın Mingəçevir filialında “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsi inkassator-kassir vəzifəsini icra edən digər kişi əməkdaşa həvalə olunub. İnkassator-kassir vəzifəsi fiziki güc tələb edir və Bankın Mingəçevir filialında bir inkassator-kassir vəzifəsi olub. Mərkəzi Bankın tələblərinə görə inkassator briqadasının hər bir üzvü zirehli gödəkçə (təxminən 15 kq təşkil edir) ilə təchiz olunur. Bankomatları nağd vəsaitlə yükləmək, boşaltmaq və çəkisi bir çox hallarda 25-40 kq artıq olan nağd pul vəsaitlərini filiallara çatdırmaq və təhvil vermək inkassator-kassirin əsas funksiyası hesab olunur. Bundan başqa, inkassator-kassir vəzifəsi axşam saatlarında və ya həftə sonlarında həyata keçirilir. Bu səbəbdən də üç uşağı olan iddiaçının inkassator-kassir vəzifəsinə keçirilməsi mümkün olmayıb.

78. Apellyasiya məhkəməsi, işəgötürənin iddiaçıya alternativ vəzifə, yəni Bankın Mingəçevir filalında olan inkassator-kassir vəzifəsini təklif etməməsini, iddiaçının həmin vəzifədə işləməyə razı olmasını əsas tutub iddianı təmin edərkən, həmin vəzifənin özünəməxsus xüsusiyyətlərini, habelə iddiaçının başqa vəzifəyə keçirilməsinin mümkünlüyünü müəyyən etmək hüququnun bilavasitə işəgötürənə aid olduğunu nəzərə almayıb. Halbuki, AR Əmək Məcəlləsinin 11-ci maddəsinin a), b), ə) bəndlərinin mənasına görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək və.s əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarıdır.

79. Qeyd olunduğu kimi, işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda ona başqa iş təklif edilir, lakin başqa iş onu təmin etmədiyi halda və yaxud başqa iş təklif edilməsi mümkün olmadıqda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin c) bəndində nəzərdə tutulan- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsasına görə xitam verə bilər.

80. Kassasiya məhkəməsi bu nəticəyə gələrkən həm də cavabdehin Mingəçevir filialında “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsinin artıq mövcud olmamasını da nəzərə alır.

81. Apellyasiya məhkəməsi iddiaçını cavabdehin Mingəçevir filialında olmayan “kassa xidmətləri üzrə mütəxəssis” vəzifəsinə bərpa etməklə, əslində yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozub.

82. Göstərilənlərə əsasən, apelyasiya məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin olunmalı, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyi müzakirə olunmalı və müəyyən edilən, eləcə də araşdırılan sübutlara AR MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar