Məhkəmə qərarları › İş №2(1-8)-987/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-987/2026

07.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-987/2026 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi) qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayəti vermək hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Iddiaçı Iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Bakı şəhər Təhsil Idarəsi * nömrəli xüsusi təhsil məktəbinə “ev təhsili müəllimi” vəzifəsi üzrə işinə bərpa edilməsi, əmək müqaviləsinə xitam verildiyi tarixdən öz işinə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə iddiaçıya əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi ziyan əvəzi olaraq 10000 manat, həmçinin ilkin mediasiya sessiyasında iştiraka görə ödənilən 60 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 manat, ümumilikdə 10410 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/****2.nömrəli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddianın qismən təmin edilməsi, Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) ## #### 2025-ci il tarixli, OU**********/e nömrəli əmrinin ləğv edilməsi, iddiaçı Iddiaçı Bakı şəhəri üzrə Təhsil Idarəsi * nömrəli xüsusi təhsil (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) məktəbində əvvəlki vəzifəsinə bərpa olunması, işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqının Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mümkün hesab edilərək, baxılması üçün təyin edilmişdir.

5. Sonradan, həmin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) birinci instansiya məhkəməsinin qətnaməsindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ləğv edilməklə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə mübahisə iddiaçı Iddiaçı ilə cavabdeh Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) arasındadır. Iddiaçıya münasibətdə işəgötürən məhz * nömrəli xüsusi təhsil məktəbidir.

7. Hazırda, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və o, qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır.

8. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin tərəfindən qəbul edilmiş qətnamə cavabdeh Cavabdeh (Bakı şəhəri * nömrəli xüsusi ümumtəhsil məktəbi) maraqlarına toxunduğundan, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilə bilərdi.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 357.2, 364.1, 366.2, 384.0.6-cı maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

10. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71-ci, Əmək Məcəlləsinin 11-ci, Mülki Prosessual Məcəllənin 57.2, 357.1, 366.1-ci maddəsinin tələbləri pozulmuşdur.

12. Belə ki, apellyasiya instansiyası məhkəməsi formal əsaslarla işi geri qaytarmaqla işin uzanmasına və dövlət orqanının süründürməçiliyə məruz qalmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayət cavabdeh tərəfindən verilə bilərdi. Bakı şəhərində yerli dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri Bakı şəhəri üzrə Təhsil Idarəsinin tabeliyindədir. Təhsil müəssisələri dövlət qeydiyyatına alınmamışdır. Onlara vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməmiş, bu səbəbdən məktəb hüquqi şəxs kimi VOEN-ni olmadığına görə elektron qaydada şikayət verə bilməmişdir. Məktəblərdə hüquqşünas ştatı olmadığından, onlara xidmət göstərmək üçün vəkil ilə müqavilə bağlamaq əlavə dövlət xərclərinə gətirib çıxarır. Məktəblərin müstəqil balansı yoxdur, müəllimlərin əməkhaqqının ödənilməsi Bakı şəhəri üzrə Təhsil Idarəsinin səlahiyyətindədir. Bakı şəhəri üzrə Təhsil Idarəsinin fəaliyyət istiqamətlərindən bir neçəsi vətəndaşların təhsil almaları ilə konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq üçün tədbirlər görmək, təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində tədbirlər görmək, təhsil müəssisələrində təlim-tədris prosesinin keyfiyyətinə nəzarət etmək, təhsilverənlərin peşəkar səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görmək və təhsilverənlərin fəaliyyətini monitorinq etməkdir, sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir göstərən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir. Yəni Bakı şəhəri üzrə Təhsil Idarəsinin hüquq və vəzifələrinə toxunması tək maliyyə tərəfindən ibarət deyil, həmçinin təhsilalanların hüquqlarının pozulmasıdır. Əgər bilik səviyyəsi aşağı olan sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqla – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur. Burada artıq iki münasibət arası müqayisə aparmaq zərurəti meydana gəlir. Nəzərə alsaq ki, bir müəllim tədris ilində ən azı 50-60 şagirdə təhsil verir, belə olan halda, çoxsaylı təhsilalanların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs də bilavasitə sertifikatlaşdırmadan keçməmiş hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericiliklə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyət yönümlü məqsədlərinə tam uyğundur.

13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Iddiaçı Iddiaçı kassasiya şikayətinə etiraz verərək, kassasiya şikayətinin qeyrimümkün 14. hesab edilməsi və kassasiya icraatına xitam verilməsi, ya da ki, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Etiraz belə əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad ## ###### 2026-cı il tarixdə kassatora çatdırılmış, sonuncu isə kassasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddəti 4 gün ötürməklə vermişdir. apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kassator mübahisəli hüquq münasibətinin tərəfi deyil, işəgötürən deyil, məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunmamışdır. Prosessual subyekt olmayan şəxsin kassasiya şikayəti verməsi qanunun hüdudlarını aşır, hüquqi müəyyənlik prinsipini pozur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

18. Ilk olaraq hazırkı kassasiya şikayətinin prosessual müddət pozulmaqla verilməsinə dair iddiaçının etirazının dəlilini məhkəmə kollegiyası əsassız hesab edir.

19. Bu səbəbdən ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı ## ###### 2026-cı il tarixdə kassatorun “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddətinin axımı Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinə uyğun ## ###### 2026-cı il tarixdə başlanmaqla, sonuncu gün ## #### 2026-cı il tarixə təsadüf etmişdir. Lakin, həmin tarix və sonrakı gün qeyri-iş günləri olduğundan, Mülki Prosessual Məcəllənin 129.2 və 129.3-cü maddələrinə əsasən müvafiq prosessual müddətin sonuncu günü ## #### 2026-cı il olmuşdur ki, hazırkı kassasiya şikayəti də məhz tarixdə verilmişdir.

20. Kassasiya şikayətinin mahiyyəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorun (hazırda kassatorun) hüquq və vəzifələrinə toxunmadığından, onun apellyasiya şikayəti vermək hüququ olmamışdır.

21. Lakin, nəzərə alınmalıdır ki, kassasiya şikayəti vermək hüququnu təsbit edən Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin dispozisiya şərtlərindən fərqli olaraq (həmin maddədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yalnız tələbləri təmin olunmayan şəxsə verilmişdir), apellyasiya şikayəti vermək hüququnu müəyyən edən Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq verilmişdir.

22. Göründüyü kimi, qanunverici məqsədli olaraq, apellyasiya və kassasiya vermək hüququnu müəyyən edən normaları fərqli tənzimləmişdir.

23. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, üçüncü şəxsin heç bir halda məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmamalıdır. Bu səbəbdən ki, üçüncü şəxsin prosessual statusuna görə, onun üzərinə hər hansı vəzifə qoyula bilməz, hüquqları məhdudlaşdırıla bilməz. Lakin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin məhkəmə aktından şikayət vermək hüququ bilavasitə Mülki Prosessual Məcəllənin 47.2 və 57.2-ci maddələri ilə təsbit olunmuşdur.

24. Həmçinin, qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən işdə iştirak edən şəxslərdən fərqli olaraq, Mülki Prosessual Məcəllənin 357.2 və 364.2-ci maddələrinə əsasən işdə iştirak etməyən şəxslər tərəfindən apellyasiya şikayəti verildikdə, birinci instansiya məhkəməsi qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlamalıdır. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, apellyasiya şikayəti vermək üçün şəxsin işdə iştirak etməsi (iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində) kifayət edir və əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinin toxunması, tələblərinin olubolmaması25. və həmin tələblərinin təmin edilməsi şərtindən asılı etmir.

26. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi işəgötürənin əmrinin qəbulu üçün əsas kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ## #### 2025-ci il tarixli əmri göstərilmişdir. Belə olan halda, işəgötürənin əmrinin ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin üçüncü şəxsin hüquq və vəzifələrinə toxunmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi özü özlüyündə əsaslı hesab oluna bilməz.

27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003-cü il ## ###### və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ### tarixli Qərarları).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinin şikayəti üzrə” ## ##### 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.

30. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxsin apellyasiya şikayətinin mümkünlüyü müəyyən edilərkən, qətnamənin onun hüquq və maraqlarına toxunmasının müəyyən olunması qanunla təsbit olunmamışdır.

31. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan əsasa görə apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina etməklə, qanunla müəyyən olunmayan əsasla apellyatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır.

32. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” ## #### 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ləğv edilsin və iş materialları üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsi göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar