Məhkəmə qərarları › İş №2(1-8)-990/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-990/2026

26.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-990/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2xxxx25-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2xxxx25-ci il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4xxxxxxxxxxxx manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir;

3. Cavabdeh MMC-nin Ümumi yığıncağının ##.##.2xxxx25-ci il tarixli qərarı ilə İddiaçı ##.##.2xxxx25-ci il tarixində HR xxxx1-xxxx4/2xxxx25 saylı əmrlə işdən azad olunmuşdur;

4. ##.##.2xxxx25-ci il tarixli HR xxxx1-xxxx4/2xxxx25 saylı əmrə əsasən əmək muqaviləsinin 1xxxx.4.4-cü maddəsi nəzərə alınmaqla, Cavabdeh MMC-i ilə İddiaçı arasında imzalanmış ## ###### 2xxxx25-cü il tarixli əmək müqaviləsinə ## ##### 2xxxx25-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 (e) maddəsinə əsasən xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı ##.##.2xxxx25-ci il tarixli, HR xxxx1-xxxx4/2xxxx25 saylı əmrin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə ##.##.2xxxx25-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi, 15xxxxxxxx (bir min beş yüz) manat vəkil xərci, 57.75 manat mediasiya ödənişinin Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Iddia onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MMC (bundan sonra MMC) arasında ##.##.2xxxx23-cü il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4xxxxxxxxxxxx (dörd min) manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. MMC-nin Ümumi yığıncağının ##.##.2xxxx25-ci il tarixli qərarı ilə o, ##.##.2xxxx25-ci il tarixdə HR xxxx1-xxxx4/2xxxx25 saylı əmrlə işdən azad olunmuşdur. Aşağıdakı əsaslara görə əmri qanunsuz hesab etmişdir: ##.##.2xxxx25-ci ildə təsisçilərin ümumi yığıncağı keçirilsə də, onun iştirakı təmin olunmamış və işdən çıxarılması barədə yalnız ##.##.2xxxx25-ci il tarixdə məlumatlandırılmışdır və həmin tarixdə əmrlə tanış edilmişdir. Halbuki MMC-nin Ümumi Yığıncağının ##.##.2xxxx25-ci il tarixli qərarında onun işdə olmasının sonuncu günü ##.##.2xxxx25-ci il göstərilsə də, həmin tarixdə o, öz vəzifələrini icra etmiş, işdən azad olunması barədə məlumatsız olmuşdur. ##.##.2xxxx25-ci il tarixdə də eyni ilə öz vəzifələrinin icrasını görmək üçün iş yerinə gəldikdə şifahi olaraq işdən azad olunması barədə ona məlumat verilmişdir. Onun son iş tarixi ##.##.2xxxx25-ci il tarixi olsaydi, ##.##.2xxxx25-ci il tarixdə işə gəlməzdi və əmr də ##.##.2xxxx25-ci il tarixində imzalanmalı idi. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi qərarda son iş günü ##.##.2xxxx25-ci il göstərilsə də, onun faktiki son iş günü ##.##.2xxxx25-ci il olmuşdur. Həmin Maddənin 2-ci və 3-cü bəndlərinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. MMC işdən azad olma ilə bağlı qərar verərkən ##.##.2xxxx25-ci il tarixli Əmək Müqaviləsinin 1xxxx.4.4-cü maddəsinə istinad etmişdir. Halbuki Əmək müqaviləsinin 1xxxx.4.4-cü maddəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması məsələsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki maddə bağlandığı tarixdən etibarsızdır. Bundan başqa, o, müəssisənin direktoru olduğuna görə əmri özü imzalamalı olduğu halda onun adından əmr hazırlansa da, əmr onun tərəfindən imzalanmamışdır. Onun işdən azad olunması barədə bildiriş də elektron sistemə mühasib tərəfindən asan imza ilə əlavə olunmuşdur. MMC-nin Ümumi Yığıncağının ##.##.2xxxx25-ci il tarixli qərarında onun işdən çıxarılma səbəbi kimi MMC-nin maliyyə vəziyyətinin pisləşməsi, mənfəətin olmaması göstərilsə də əmək müqaviləsində buna görə onun məsuliyyət daşımalı olması və yaxud da bu əsasla işdən azad oluna biləcəyi göstərilməmişdir. Həmçinin, o, direktor vəzifəsinə qəbul olunan zaman MMC-nin maliyyə vəziyyəti mənfidə olmuşdur. Onun direktor olduğu ildə isə MMC mənfidən çıxmışdır. Əmək müqaviləsinin 1xxxx.3-cü maddəsində bu müqavilənin AR Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq ləğv edilməsi nəzərdə də tutulsa da ona münasibətdə qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin hesab etmişdir ki, cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni ##.##.2xxxx25-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.

7. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı qeyd edir ki, Cəmiyyətin ##.##.2xxxx25-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağında onun iştirakı təmin edilməmişdir. Cəmiyyətin iştirakçılarının Ümumi Yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Hazırda ##.##.2xxxx25-ci il tarixli qərar Cavabdeh MMC-nin növbədənkənar Ümumi Yığıncağında, onun yeganə təsisçisi X2 tərəfindən qəbul edilmiş və o, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirmişdir. Iddiaçı həmçinin qeyd edir ki, Ümumi Yığıncağın qərarında iddiaçının son iş günü # ##### 2xxxx25-ci il göstərilsə də, o, # ##### 2xxxx25-ci il tarixində işdən azad edilmişdir. O, həmçinin # ##### 2xxxx25-ci il tarixdə öz əmək funksiyalarını icra etmiş və onun yalnız # ##### 2xxxx25-ci il tarixdə işdən çıxarıldığı barədə məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçı ilə əmək münasibətlərinə, Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin tələblərinə uyğun xitam verilmiş və onunla son haqq-hesab Əmək Məcəlləsinin normalarına uyğun aparılmışdır. Odur ki, iddiaçının bu arqumenti də əsassızdır. Iddiaçı daha sonra qeyd edir ki, Cəmiyyət işdən azad etmə qərarını əmək müqaviləsinin 1xxxx.4.4-cü maddəsinə əsasən əsaslandırsa da, həmin maddə qanunvericiliyə zidd olduğundan etibarsızdır, çünki Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması nəzərdə tutulmayıb. Ilk olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 1xxxx.4.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2 (d) maddəsini rəhbər tutaraq, işçi birmənalı olaraq razılaşır ki, Cavabdeh MMC-nin baş direktoru vəzifəsindən azad edilməsi barədə qərarı bu müqavilənin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 75.2 (d) maddəsinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Göründüyü kimi, tərəflər əmək müqaviləsinin ləğvi səbəblərindən biri kimi Cəmiyyətin Ümumi Yığıncağının direktorun səlahiyyətlərinə xitam verilməsinə dair qərarını göstərmişlər. Iddiaçı isə həmin əmək müqaviləsini imzalamaqla şərti qəbul etmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, hüquqi şəxslə hüquqi şəxsin icra orqanının arasında olan münasibət daha çox mülki xarakterlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. Həmçinin Mülki Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, hüquqi şəxs ilə onun icra orqanı (direktoru) arasında olan münasibət daha çox mülki xarakter daşıyır, cəmiyyətin direktorunun səlahiyyətlərinə də xitam verilməsi mülki qanunvericiliyə əsasən həll edilməlidir. Mülki Məcəlləyə görə isə direktorun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyəti olduğundan hazırkı halda da Cəmiyyətin təsisçisi iddiaçının səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etməkdə və həmin qərar əsasında da tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı qeyd edir ki, o, Cəmiyyətin direktoru olduğuna görə əmək müqaviləsinə xitam verilməsinə dair əmri də o, imzalamalı idi. Qeyd edilməlidir ki, KM Qərarında təsbit edilmiş mövqeyə uyğun olaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində Cəmiyyətin yeganə təsisçisi çıxış etmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hazırkı mübahisədə isə təsisçi işəgötürən qismində çıxış etdiyindən, əmr də onun tərəfindən qəbul edilmiş və müvafiq olaraq iddiaçıya təqdim edilmişdir. Iddiaçı son olaraq iddia ərizəsində göstərmişdir ki, Cəmiyyətin ümumi yığıncağının qərarına əsasən, iddiaçının işdən çıxarılma səbəbi kimi Cəmiyyətin maliyyə vəziyyətinin pisləşməsi göstərilmişdir. Halbuki, əmək müqaviləsində buna görə məsuliyyəti iddiaçının daşımalı olduğu və ya bu əsasla işdən azad oluna biləcəyi təsbit edilməmişdir.Halbuki, Cəmiyyətin ümumi yığıncağının ## #### 2xxxx25-cü il tarixli qərarında iddiaçının səlahiyyətlərinə xitam verilməsi səbəbi ümumiyyətlə göstərilməmişdir. Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir və belə xitam üçün hər hansı bir səbəb tələb olunmur. Lakin qeyd edilməlidir ki, ümumilikdə hüquqi şəxsin icra orqanı həmin hüquqi şəxsin maliyyə vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıya bilər. Belə ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmçinin, Əmək Məcəlləsinin 193-cü maddəsinə uyğun olaraq, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2xxxx19-cu il tarixli Qərarında qeyd edilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir." Iddiaçı isə iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, iddia tamamilə əsassızdır.

8. Birinci instansiyası məhkəməsinin ##.##.2xxxx25-ci il tarixli, 5-98/2-254 /**** nömrəli sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## #### 2xxxx25-ci il tarixli, 3-21-2-1/2 *****/**** saylı məktubuna əlavə edilmiş ASAN imzası ilə aparılan əməliyyatlara dair çıxarışdan görünür ki, ##.##.2xxxx25-ci il və ##.##.2xxxx25-ci il tarixləri aralığında İddiaçı ASAN imzası ilə əməliyyatların aparılması müəyyən edilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra– birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2xxxx25-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia rədd edilmişdir.

10. Birinci instansiyası məhkəməsinin ## ###### 2xxxx25-ci il tarixli əlavə qətnaməsi ilə 2xxxxxxxx manat məbləğində hüquqi xidmətin göstərilməsi ilə bağlı xərclər iddiaçı İddiaçı tutularaq cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cəmiyyətin icra orqanın rəhbərinin səlahiyyətinə ümumi yığıncağın qərarı ilə xitam verilməsi mümkündür və bu xitam məsələsi Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunduğu kimi, Mülki Məcəllə ilə tənzimlənir. Hazırkı işdə iddiaçının fəaliyyətinə xitam verilməsi ilə bağlı ümumi yığıncağın qərarı olduğundan əmrin verilmə tarixinin bir gün sonra olması iddiaçının yenidən işə bərpasına əsas verə bilməz. Həmcinin, iddiaçı öz iddia ərizəsində yalnız əmri mübahisələndirmiş, onun ləğv olunmasını tələb etmişdir, ümumi yığıncağın qərarını yox. Halbuki, mübahisələndirilən əmr məhz cəmiyyətin ümumi yığıncağının qərarı əsasında qəbul edilmişdir.

12. Əmək müqaviləsinin 1xxxx.4.4-cü maddəsinin etibarsızlığı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, icra orqanının rəhbəri ilə cəmiyyət arasında müqavilə bağlamış, iddiaçı müqavilə bağlayarkən həmin şərtlə tanış olmuş və iradə ifadəsi göstərərək müqaviləni imzalanmışdır. Iddiaçının həmin şərtin etibarsızlığı ilə bağlı yeganə dəlili Əmək Məcəlləsində əmək müqaviləsinə dərhal xitam verilməsi ilə bağlı müddəanın olmaması olmuşdur, həmin bəndin etibarsızlığına səbəb olan digər dəlilləri məhkəməyə təqdim etməmiş və bildirməmişdir.

13. Məhkəmə hesab etmişdir ki, tərəflər əmək müqaviləsində onun xitam olunması əsaslarını özlərinin qarşılıqlı razılığı əsasında müəyyən etmək səlahiyyətinə malikdirlər. Beləliklə, tərəflər arasındakı əmək müqaviləsinin 1xxxx.4.4-cü bəndi həm Mülki Məcəllə, həm Əmək Məcəlləsinin normalarına uyğundur.

14. Iddiaçı həmçinin direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan əmək müqaviləsinin və əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, əmək müqaviləsi işəgötürən kimi kim tərəfindən imzalanmışdırsa, əmr də həmin şəxs tərəfindən imzalanmışdır. Yəni, Cavabdeh MMC-nin yeganə iştirakçısı olan “xxxx” şirkətinin direktoru X1muşdur. Iddiaçı isə həmin şəxsin əmək müqaviləsini bağlamaq və xitam vermək səlahiyyətinin olub-olmamasını mübahisələndirmir, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bunu təsdiq etmişdir.

15. Iddiaçı ilə əmək münasibətlərinə ##.##.2xxxx25-ci ildə xitam verilsə də, onun elektron imzasından ##.##.2xxxx25-ci ilədək istifadə edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının, adına olan elektron imzadan istifadə edilməsini öz hüququnun pozuntusu kimi qiymətləndirməsi mümkündür və bunun üçün müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Lakin hazırkı işin əmək mübahisəsinin mahiyyəti üzrə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Elektron imzadan istifadə edilməsi faktı iddiaçının yenidən işə bərpa edilməsinə əsas verə bilməz. Işə bərpa üçün yalnız işdən azad etmənin qanunsuzluğu öz təsdiqini tapmalıdır.

16. Əlavə qətnaməyə münasibətdə məhkəmə hesab etmişdir ki, nümayəndəlik xərclərinin yalnız işin xarakteri və mürəkkəbliyinə adekvat hissəsinin qarşı tərəfin üzərinə qoyulması qəbul edilmişdir. Bu baxımdan, iddiaçının üzərinə yalnız 2xxxxxxxx (iki yüz) manat məbləğində nümayəndəlik xərci qoyulması ağlabatan və qanuna uyğun hesab edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 68, 75, 71.3, 3xxxxxxxx.1, Mülki 91.1, 91.1-1, 91.1-3, 91.1-7, 91.3.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 216-22xxxx və 36xxxx-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin və əlavə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, ##.##.2xxxx25-ci il tarixli təsisçilərin ümumi yığıncağında icra orqanına təyin olunmuş direktorun vəzifədən azad olunması və digər direktorun təyin olunması məsələsi müzakirə olunmuşdur. MM-nin 49.5-ci maddəsində hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Lakin İddiaçı MMC-yə hər hansı bir ziyan vurması ilə bağlı hallar mövcud deyildir. Əksinə, İddiaçı işlədiyi dövr ərzində MMC adından çıxış edərək və MMC-nin mənafeləri üçün vəzifələrini yerinə yetirərək vicdanla, peşəkar qaydada hərəkət etmiş, MMC-nin maraqlarını öz maraqlarından üstün tutmuş, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa çalışmışdır. Bunun əksini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir, əksinə MMC-nin zərərinin həcmi azaldılaraq “xxxx” çatdırılmışdır. Bu MMC-nin mənfəət və zərəri əks etdirən maliyyə hesabatlardan da müşahidə edilir. Buna görə də İddiaçı ilə ##.##.2xxxx24-cü il tarixində əmək müqaviləsinə əlavə olunaraq, əmək haqqı artırılmışdır. Qeyd olunan qərarda və əmrdə İddiaçı hansı əsaslarla işdən azad olunması faktı qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi isə MMC-nin ümumi yığıncağının heç bir əsas göstərmədən vəzifədən azad etmək səlahiyyətinin olduğunu bildirmişdir. MMC İddiaçıla əmək müqaviləsinin xitam edilməsi ilə bağlı ƏMR rəsmiləşdirilərkən ##.##.2xxxx23-cü il tarixli Əmək Müqaviləsinin 1xxxx.4.4-cü maddəsinə istinad etmişdir. Halbuki Əmək müqaviləsinin 1xxxx.4.4-cü maddəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsində Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları (maddə 7xxxx) müəyyən edilmişdir. ƏM-nin 71.3-cü maddəsində təsbit edilmişdir ki, işəgötürən bu Məcəllənin 7xxxx-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, burada işçinin “DƏRHAL” işdən azad olunması məsələsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki maddə bağlandığı tarixdən etibarsızdır. Bundan əlavə, İddiaçıla əmək müqaviləsinin xitamının əsası ƏM-nin 68.2 (e) qeyd edilmişdir. Halbuki, həmin maddə “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” məhz hər iki tərəfin iradə ifadəsi nəticəsində yaranan hallardır ki, bu hallar ƏM-nin 75-ci maddəsi ilə tənzimlənir və tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin Əmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli əlavə hallar nəzərdə tutula bilər və (və ya) həmin maddənin tələblərinə əməl edilməklə digər hallar müəyyən edə bilər. Göründüyü kimi, burada əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilməyib və xitam verilməsinin əsası məhz tərəflərdən birinin təşəbbüsüdür. ##.##.2xxxx25-ci il tarixində əmək münasibətlərinə xitam verilsə də İddiaçı adına olan ASAN Imza şirkət tərəfindən uzun müddət istifadə olunmuşdur. Cavabdeh tərəf bunu İddiaçı qanuni təmsilçi olması ilə əlaqələndirərək, Dövlət Vergi Xidmətində reyesterdəki dəyişikliyin ##.##.2xxxx25-ci il tarixində həyata keçirildiyini vurğulamışdır. Qanun reyesterdəki dəyişikliyin 4xxxx gün ərzində həyata keçirilməsinə icazə verir. Bu qanun pozuntusu deyil və 4xxxx gün ərzində dəyişikliyin həyata keçirilməməsi MMC-nin cərimə olunması əsaslarındandır. Iddiaçının mübahisələndirdiyi hal reyesterdəki dəyişikliyin hansı tarixdə həyata keçirilməsi deyil, İddiaçı adına olan ASAN Imzadan istifadə olunması, səlahiyyətlərinə xitam verildiyi halda adından sənədlərin imzalanmasıdır. Qanuni təmsilçi olaraq İddiaçı onun adından imza etmək səlahiyyətini heç kəsə etibar etməmişdir. ##.##.2xxxx25-ci il tarixindən isə səlahiyyətlərinə xitam verilmişdir. Bildirirlər ki, ##.##.2xxxx25-ci il tarixindən artıq qanuni təmsilçi və direktor X4 təyin olunmuş, təsisçilərin ##.##.2xxxx25-ci iltarixli yığıncağının 4-cü bəndi ilə MMC-nin adından forma və ərizələrin hazırlanması, imzalanması ona həvalə edilmişdir. ##.##.2xxxx25-ci il tarixindən MMC-nin qanuni təmsilçisi X4 olmuşdur. İddiaçı məxsus olan ASAN Imza isə ##.##.2xxxx25-ci il tarixinədək istifadə olunmuş, həmin imza ilə onun adından sənədlər imzalanmış və hesabatlar verilmişdir.

20. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2xxxx25-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2xxxx25-ci il tarixli qətnaməsi və ## ###### 2xxxx25-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Rəşid Səmədov və Xumar Mərdanova).

22. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Əmək münasibətlərinə xitam verilərkən əmək və mülki qanunvericiliyinin normaların tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

23. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 91.1-ci, Əmək Məcəlləsinin 3.3, 68.1, 68.2, 75-ci maddələri ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçı (vəkil: Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, hazırki mübahisəyə qiymət verən zaman ilk əvvəl direktorla şirkət arasındakı münasibətlərin əmək və ya mülki mübahisə olması məsələsi aydınlaşdırılmalıdır. Çünki hazırki münasibətlərə dair qanunvericilikdə kifayət qədər müddəalar nəzərdə tutulmamışdır. Bununla bağlı yalnız KM-si ##.##.2xxxx25-ci ildə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin ##.##.2xxxx25-ci il tarixli qərarında hesab olunmuşdur ki, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olmuş icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir. Qanunverici sırf işçinin əmək və sosial hüquqlarının qorunması üçün əmək müqaviləsinin bağlanmasını zəruri hesab etmişdir. Işçinin heç bir xəbərdarlıq edilmədən işdən azad olunması onun sosial hüquqlarının pozulmasıdır.

26. KM-nin 19.xxxx12.2xxxx25-ci il tarixli qərarında bildirilmişdir ki, qanunverici hüquqi şəxsin icra orqanının rəhbərinin təsisçilərin müvafiq qərarı ilə seçilməsini nəzərdə tutaraq onu digər işçilərdən ayırmışdır. Qanunvericinin belə mövqeyi hüquqi şəxsin yaradılma məqsədindən, icra orqanının həyata keçirdiyi funksiyadan irəli gəlir. Belə ki, hüquqi şəxs (kommersiya hüquqi şəxsi) təsisçilər (və ya tək təsisçi) tərəfindən gəlir əldə etmək məqsədilə yaradılmaqla fəaliyyəti şəxsi maraqların təmin olunmasına xidmət edir. Odur ki, hüquqi şəxsin təsisçiləri ilə onun idarəetmə orqanı arasındakı münasibətlər şəxsi etimada əsaslanan münasibətlərdir. Məhz bu səbəbdən Mülki Məcəllənin 49-cu maddəsi ilə müəyyən edilmişdir ki, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Göründüyü kimi, hüquqi şəxsin idarəetmə orqanlarında təmsil olunan hər hansı şəxsin ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad olunması üçün yalnız 1 hal nəzərdə tutulmuşdur-zərər vurma. Lakin hazırkı münasibətlərdə vurulmuş zərərlə bağlı heç bir məlumat yoxdur. Təyinatlı və müddətsiz olaraq vəzifəyə təyin olunmuş direktorun, şirkətə heç bir ziyan vurmadığı halda işdən azad olunması qanunvericiliyin tələblərinə ziddir.

b) Kassasiya şikayətinə qarşı etiraz

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

29. Maddə 68, 2-ci hissə. “e” bəndi. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

30. Maddə 75, 1-ci hissə. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

31. Maddə 75, 2-ci hissə, “d” bəndi. Bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutula bilər.

32. Maddə 75, 3-cü hissə. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

33. Maddə 75, 4-cü hissə. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

34. Maddə 75, 5-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 4xxxx7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, direktorun təyin edilməsi və onun səlahiyyətlərinə xitam verilməsi Mülki Məcəllə ilə tənzimlənən hüquq münasibətidir. Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Hazırkı işdə iddiaçının səlahiyyətlərinə xitam verilməsi barədə ümumi yığıncağın qərarı olmuşdur. Belə olan halda, onun əsasında verilmiş əmrin ləğvi və işə bərpa tələbi əsaslı sayıla bilməz.

44. Kassasiya şikayətinin tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1xxxx.4.4cü bəndinin etibarsızlığı barədə dəlili də əsassızdır. Belə ki, müqavilənin qeyd edilən bəndi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə uyğundur.

45. Əmrin ümumi yığıncağın qərarından bir gün sonra verilməsi, eləcə də elektron imzadan istifadə edilməsi faktı işdən azadetmənin qanunsuzluğu və iddiaçının işə bərpası üçün əsas yaratmır. Elektron imza ilə bağlı iddiaçı ayrıca hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Beləliklə, kassasiya şikayətində göstərilən hallar apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2xxxx25-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar