Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-999/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi, hesablanması və ya ödənilməsi, əmək haqqının gecikdirilməsi işəgötürənin təqsiri ucbatından gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hır gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) əmrin ləğv edilməsi, ##.##.2023-cü il tarixdən əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsinə əsasən işləmiş və onunla bağlanmış əmək müqaviləsinə ## ####### 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
2. İddiaçı ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, işlədiyi “xxxx” MMC-dən 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyini, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini bildirmiş və bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir.
3. İddiaçı ## ######## 2023-cü il tarixdə təkrarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir.
4. İddiaçı tərəfindən Xətai Rayon Prokurorluğuna ünvanlanmış şikayətdən görünür ki, o, ## ##### 2022-ci il tarixdə Cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində işə başladığını, işlədiyi Cavabdeh MMC-də mütəmadi olaraq son 3 ayın əmək haqqını ala bilmədiyini, əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müəssisəyə yazılı ərizə ilə müraciət etsə də, əmək müqaviləmə xitam verilmədiyini, ## ###### 2023-cü ildə yenidən yazılı ərizə ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməyinə baxmayaraq heç bir nəticə olmadığını, əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə yazılı müraciət etdiyi gündən işə giriş kartı ondan alındığı üçün iş yerinə daxil ola bilmədiyini, işlədiyi Cavabdeh MMC əmək müqaviləsinə rəsmi qaydada xitam vermədiyi üçün yeni işə başlamağının da hal-hazırda mümkün olmadığını, ## ###### 2023-cü il tarixdə və ## ######## 2023-cü il tarixdə X2 əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi üçün müraciət etsə də, ünvanladığı hər iki müraciətin cavablandırılmadığını göstərərək, Cavabdeh MMC-nin qanunsuz əməllərinə son qoyulmasını, əmək müqaviləsinə xitam verilməsinə və son haqq-hesabın ona (iddiaçıya) ödənilməsinə köməklik edilməsini xahiş etmişdir.
5. MMC-nin direktoru X1 tərəfindən İddiaçı ünvanlanmış ## ####### 2023-cü il tarixli teleqramla, əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiyinə görə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq İddiaçı işdən azad edilməsi və şirkətə vurduğu zərərin (370 saat) onun hesabından tutulacağı barədə xəbərdarlıq edilmişdir.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti Bakı şəhər Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ## ####### 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X2 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətin araşdırılması ilə əlaqədar ətraflı məlumat verilməsi məqsədilə iddiaçının ünvanına (ünvan 1) 3-17- 5/233417- *****/**** nömrəli, ## ######## 2023-cü il tarixli məktub göndərilmiş və müvafiq qaydada * saylı Bakı DOST Mərkəzində izahat və ödəniş kartı üzrə çıxarış təqdim edilmişdir. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 54) *-**-*/*-*****/**** nömrəli, ## ######## 2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən ## ######## 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmadığından müraciətin araşdırılması mümkün olmamışdır. Ərizəçiyə aid tələb olunan müvafiq sənədlər Cavabdeh MMC tərəfindən təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Həmçinin, araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Informasiya Sisteminin “Əmək və Məşğulluq “ altsisteminə baxış keçirilərkən, İddiaçı ilə Cavabdeh MMC arasında ## ### 2022-ci il tarixdən ## ###### 2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən ## ####### 2023-cü il tarixdə xitam verildiyinə dair bildirişin mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı İddiaçı əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilməsi barədə ərizənin “xxxx” MMC-nin rəhbərliyinə təqdim edilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən müraciətdə qeyd olunan məsələlərə münasibət bildirmək mümkün olmadığı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların| dayandırılması haqqında” 2015-ci il ## ####### tarixli ****-lVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların # ###### 2024-cü il tarixədək dayandırıldığından göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan ## ####### 2023-cü tarixli əmrin ləğv edilməsi, əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçının öz xahişi ilə xitam verilməsi, iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının ödənilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunanadək işləmədiyi günlərə görə aylıq əmək haqqının, son haqqhesabın hesablanıb ödənilməsi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mediasiya xərci üçün ödədiyi 50 manat, nümayəndəyə etibarnamə verilməsi üçün 17,25 manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2022-ci il tarixdən cavabdeh MMC-də sənədlər üzrə mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, işlədiyi müəssisədə son aylar əmək haqları gecikdirilməyə başlanmış və buna görə işçilər ilə müdiriyyət arasında haqlı narazılıqlar başlamışdır. Müdiriyyət narazılıq edən şəxsləri çağıraraq, işçilərə öz xahişləri ilə ərizə yazıb işdən çıxmalı olduqlarını bildirmişdir. Iddiaçı da ## ###### 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoru X1 şəxsən təqdim etmişdir. Direktor iddiaçıya şirkətdən heç bir tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd etməsini demişdir. Iddiaçı direktorla razılaşmamış, işə giriş-çıxış kartı iddiaçıdan alınmış və bundan sonra iş yerinə daxil ola bilməmişdir. Lakin əmr, son haqq-hesab və əmək kitabçası ona verilməmişdir. Bundan dərhal sonra, ## ###### 2023-cü il və ## ######## 2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 şikayət ərizəsi (3 aylıq əmək haqqını ala bilməməsi, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi, müraciət etdiyi gündən işə giriş kartının ondan alındığı üçün iş yerinə daxil ola bilməməməsi və s.) ilə müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən araşdırma başlandıqdan sonra qeydiyyatda olduğu ünvana ## ######## 2023-cü il tarixdə cavabdeh şirkətin direktoru X1 teleqram gəlmişdir. Teleqramın mətnində qeyd edilmişdir ki, “Hörmətli Nərmin xanım, özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcək”. Bundan sonra ünvanına (iddiaçının) ikinci teleqramı gəlmişdir. Həmin teleqramın mətnində qeyd edilir ki, “Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasının Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaq”. Sonradan əmək müfəttişliyi tərəfindən iddiaçıya şifahi bildirilmişdir ki, əmək müqaviləsinə ## ####### 2023-cü il tarixdən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. ## ###### 2023-cü il tarixdən öz xahişi ilə işdən azad olma barədə ərizə ilə müraciət etməyinə baxmayaraq, təxminən 45 gün sonra əmək müqaviləsinə qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
9. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə cavabdeh Cavabdeh MMC-nin ## ####### 2023-cü tarixli əmrinin ləğv edilməsi; həmin əmək müqaviləsinə ## ###### 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən iddiaçı İddiaçı ərizəsinə əsasən xitam verilmiş hesab olunması; cavabdeh “xxxx” MMC tərəfindən iyun, iyul, avqust ayları üzrə ödənilməmiş əmək haqlarının, son haqq-hesabın, məhkəmə qətnaməsi icra olunanadək işləmədiyi günlərə görə əmək haqqının və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc məbləğinin hesablanaraq iddiaçı İddiaçı ödənilməsi, notariat xidməti üçün ödənilmiş 17,25 manat pul və 50 manat mediasiya xərcinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2 və 3-cü hissələrinə, 76-cı maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, 172-ci maddəsinə, 292-ci maddəsinin 1-ci hissəsinə, 294-cü maddəsinin 1ci hissəsinə, 300-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində birinci icraat
11. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı yanvar ayından əmək müqaviləsi ləğv edilənə qədər, yəni ## ####### 2023-cü il tarixədək işə vaxtında gəlməmiş, işdən üzrsüz səbəblərdən erkən ayrılmışdır. Həmçinin 2023-cü ilin fevral ayının 9-dan 19na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Əgər bu hallar davam edərsə, işdən azad olunacağı barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin, iddiaçı üzrsüz səbəblərdən işə gəlməməyə davam etdiyi üçün iddiaçıya ikinci xəbərdarlıq da edilərək işdən azad olunmağı barədə ona məlumat verilmişdir. Qanunvericiliyə əsasən işçinin üzrlü səbəbi olmadan bütün günü işdə olmaması əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. Iddiaçı təxminən 10 ay ərzində bir dəfə də olsun işə vaxtında gəlib-getməmişdir. Beləliklə, iddiaçı əmək müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Işçinin səhlənkarlığı nəticəsində vəzifə borcunu yerinə yetirmədiyinə görə həm əmək intizamının normal ahəngi pozulmuş, həm də işəgötürənin və əmək kollektivinin hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəymişdir. Iddiaçı üzrsüz səbəbdən işə gəlməyərək, həmçinin bu barədə heç bir məlumat verməyərək və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmiş, beləliklə də müəssisədaxili intizam qaydalarına bilərəkdən tabe olmamış və əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən, məhkəmə mübahisəyə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə istinad edərək işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyini və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyini göstərilmişdir. Halbuki, məhkəmənin ## #### 2024-cü il tarixli məktubu ilə məhkəmə qətnaməsi təkrarən cavabdehə göndərilmiş, həmin məktubda da göstərilmişdir ki, iddia ərizəsində iddiaçının göstərdiyi ünvan düzgün qeyd olunmadığı üçün məhkəmə qətnaməsinin göndərildiyi zərf ## ##### 2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu isə o deməkdir ki, iddia ərizəsi və məhkəmə bildirişləri də cavabdehə çatdırılmamış və verilməmişdir. Bu halda məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlumatı ola bilməzdi.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim C.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Əliyev və T.Kərimov) cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə iddiaçının öz xahişi ilə xitam verilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır:
15. 15. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Müəssisəyə giriş-çıxış məlumatı”ndan məlum olur ki, iddiaçı 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-a, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla, qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamış, əmək müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir.
16. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş “Müəssisəyə girişçıxış məlumatı”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də daxil olmaqla qeyd edilən tarixlərdə ümumiyyətlə işdə olmamışdır.
17. Iddia ərizəsindən müəyyən edilir ki, iddiaçı ## ###### 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq şirkətin direktoruna təqdim etdiyini bildirir. Bu isə o deməkdir ki, iddiaçı ## ###### 2023-cü ilədək qanuna müvafiq olaraq işdə olmalı idi. Lakin “Müəssisəyə giriş-çıxış məlumatları”ndan məlum olur ki, iddiaçı həqiqətən də 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də işdə olmamışdır. Göründüyü kimi cavabdeh qeyd edilən tarixlərdə iddiaçının işdə olmadığına dair müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, lakin iddiaçı bunlara dair hər hansı təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, qeyd edilən tarixlər iddiaçının işdə olmalı olduğu dövrlərə düşən tarixlərdir. Çünki iddiaçı qeyd edir ki, o, öz xahişi ilə məhz ## ###### 2023cü ildə ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı ## ###### 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazaraq, şirkətin direktoru X1 şəxsən təqdim etməsini bildirsə də, qeyd edilənlərə dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.
18. Həmçinin iş materialları ilə müəyyən edilir ki, ## ######## 2023-cü il tarixdə cavabdeh şirkətin direktoru T.Ismayılov iddiaçıya teleqram vurmuş və həmin teleqramın mətnində qeyd edilmişdir ki, “Hörmətli Nərmin xanım özbaşına 6 ay ərzində 370 iş saatı işdə olmadığınıza, şirkətə ziyan vurduğunuza görə və dəfələrlə sizə xəbərdarlıq olmağına baxmayaraq hazırda özbaşına iş yerinə gəlmədiyinizə və sizdən xəbər olmadığına görə qanunvericiliyin tələblərinə uyğun olaraq haqqınızda tədbir görüləcəkdir”.
19. Eyni zamanda ## ####### 2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçının ünvanına ikinci teleqram vurulmuş və həmin teleqramın mətnində qeyd edilmişdir ki, “Əvvəlki xəbərdarlığa və töhmətə baxmayaraq yazılan rəsmi məktubdan sonra iş yerinə gəlmədiniz, siz Azərbaycan Respublikasının Qanunlarına uyğun işdən azad edilirsiz, şirkətə vurduğunuz zərər (370 saat) sizin hesabınızdan tutulacaqdır”.
20. Göründüyü kimi, əgər iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehdə ## ###### 2023-cü il tarixli ərizə mövcud olsa idi, cavabdeh həmin ərizə üzrə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə xitam vermiş olardı, əksinə iddiaçıya ## ######## 2023-cü və ## ####### 2023-cü il tarixlərində yuxarıda bəhs edilən teleqramları vurmazdı.
21. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127, 129-cu maddələri, Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi, 10-cu maddəsi, 68-ci maddəsi, 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsi, 76-cü maddəsinin 1 və 2-ci hissələri, 80-ci maddəsinin 1 və 2-ci hissələri, 83, 84-cü maddələri, 296-cı maddəsinin 2-ci hissəsi, 300-cü maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndi, 70-ci maddəsi, 83cü maddəsinin 1 və 2-ci hissələri, 154, 172 və 300-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələri pozulmuşdur.
24. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçı İddiaçı cavabdeh tərəfindən iyun, iyul, avqust ayları üzrə əmək haqqı ödənilmədiyinə (Kapital bankdan əmək haqqından çıxarışa əsasən) görə narazılıq yaranmış və buna görə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmişdir. Iddiaçı tərəfindən bu məzmunlu ərizənin verilməsi cavabdehin səlahiyyətli şəxsi direktor X1 ilə iddiaçı arasında aparılan “xxxx” yazışmalarının mətni açıq-aydın sübut edir. Bundan əlavə, əgər iddiaçı “öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə” ərizə verməyibsə, o zaman niyə görə bu barədə 2 dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidmətinə və Xətai Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edirdi? Iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr nə iddiaçının özünə, nə də məhkəməyə təqdim edilməmişdir. Işəgötürən müəssisə tərəfindən iddiaçının əmək kitabçası ona verilməmiş və ya ünvanına rəsmi poçt vasitəsilə göndərilməmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər - Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Əhliman Xıdırov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Ali Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməmiş, qətnamədə cavabdehin apellyasiya məhkəməsində təqdim etdiyi sübutları sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş və bunun nəticəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir.
27. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının işdən azad olunması ilə bağlı işəgötürənə ərizə ilə müraciət etdiyi halda, həmin ərizənin sübut kimi ondan tələb edilməsi məntiqə uyğun deyildir. Onun bu dəlili dolayı sübutlarla təsdiq oluna bilər.
28. Iddiaçı belə sübutlar qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlərə dair ## ###### 2023-cü il və ## ######## 2023-cü il tarixli Müraciət vərəqələrini təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı işlədiyi müəssisədə, son 3 ayın əmək haqqını ala bilmədiyini, işdən çıxma ilə bağlı ərizə ilə müraciət etdiyi gündən işə giriş kartının alındığı üçün iş yerinə daxil ola bilmədiyi, əmək müqaviləsinə xitam verilmədiyini və son haqq-hesabının ödənilmədiyini bildirmişdir.
29. Oxşar məzmunlu şikayətlə iddiaçı həmçinin Xətai Rayon Prokurorluğuna ## ######## 2023-cü il tarixdə müraciət etmişdir.
30. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin rəisinin iddiaçıya ünvanladığı ## ####### 2023-cü il tarixli məktubun məzmunundan müəyyən olunur ki, həmin idarə cavabdehə ## ######## 2023-cü il tarixdə sorğu verərək, iddiaçıya aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuş, lakin məktub poçt xidməti tərəfindən ## ######## 2023-cü il tarixdə çatdırılsa da, tələb olunan sənədlər təqdim olunmamışdır.
31. Göründüyü kimi, cavabdeh MMC azı ## ######## 2023-cü il tarixdən iddiaçının şikayətlərinin məzmunundan məlumatlı olmuş, lakin göstərilənlərə heç bir etiraz etməmiş, əksinə həmin tarixdə iddiaçıya işə gəlməməsi barədə xəbərdarlıq xarakterli birinci teleqramı ünvanlamış və yalnız ## ####### 2023-cü il tarixdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam vermişdir.
32. Nəzərə alınmalıdır ki, iddianın mahiyyətinə görə iddiaçı ödənilməyən əmək haqqını cavabdehdən tələb etdiyi üçün sonuncu əmək müqaviləsinə Əmək Məcəlləsinin 69cu deyil, qərəzli olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir.
33. Göründüyü kimi, cavabdehin hərəkətləri iddiaçının onun barəsində səlahiyyətli dövlət orqanlarına şikayət verilməsi barədə məlumat alan kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncu üçün mənfi nəticələrə səbəb olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsas yaradan, yəni qərəzli hərəkətlər kimi qiymətləndirilə bilər.
34. Digər tərəfdən, iddiaçının dəlillərinin əsaslılığı ona ərizənin verdiyi iddia olunan tarixdən əvvəlki 3 ayın əmək haqqısının ödənilib-ödənilməməsinin yoxlanılması ilə müəyyən oluna bilərdi.
35. Lakin iddia ərizəsində bununla bağlı ayrıca tələb olsa da, apellyasiya instansiyası məhkəməsi bu tələbi ümumiyyətlə araşdırmamış və ona hüquqi qiymət verməmişdir.
36. Bundan əlavə qeyd olunmalıdır ki, hazırkı iddia Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsin rəsmi ünvanının olduğu yer üzrə Cəlilabad Rayon Məhkəməsinə verilmişdir. Belə ki, cavabdeh işə aidiyyət qaydalarının pozulması ilə baxılmasını iddia etməmiş və apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etməmişdir.
37. Birinci instansiya məhkəməsi də məhkəmə bildirişlərini cavabdehin yerləşdiyi yer üzrə Cəlilabad rayonunun Məmmədrzalı kəndinə göndərmişdir. Iş materiallarında məhkəmə bildirişlərinin cavabdehə poçt orqanı tərəfindən rəsmi verilib-verilməməsi barədə sənəd əlavə olunmasa da, müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin ünvanının tam olmaması qeydi ilə məhkəməyə qaytarılmışdır.
38. Apellyasiya şikayəti verən cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmamasını göstərməklə, iddianın əsassız olduğu üçün apellyasiya qaydasında ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətində irəli sürdüyü dəlilin sübutu kimi yalnız “Müəssisəyə giriş-çıxış məlumatı” adlı sənədi əlavə etmişdir. Apellyasiya məhkəməsi də, həmin sənədə istinad etməklə, iddiaçının 2023-cü ilin fevral, mart, aprel, iyul aylarında bir neçə gün işdə olmamasını müəyyən etmiş və onun barəsində verilmiş əmrin qanuni olması qənaətinə gəlmişdir.
39. Lakin apellyasiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən əmrin iş materiallarına əlavə olunmamasını nəzərə almamış, həmin əmri və onun əsaslandıran sənədləri cavabdehdən tələb etməmiş (iddiaçı əmrin ona verilməməsini həm məhkəməyə ünvanladığı iddiada, həm də digər dövlət orqanlarına etdiyi şikayətlərdə dəfələrlə qeyd etmişdir), bu əsasların həqiqiliyini, o cümlədən iddiaçının həqiqətən qeyd olunan tarixlərdə iş yerində olmaması müəyyən olunsa belə, bunun üzrlü səbəblərdən baş verib-verməməsini araşdırmamış, faktiki olaraq cavabdehin apellyasiya şikayətində göstərilənləri həqiqət kimi qəbul edərək, sonuncunun yerinə əmək müqaviləsinə xitam verilməsi barədə əmri əsaslandırmışdır.
40. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsinin bu qaydada əsaslandırılmış qətnaməsi Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 218.1, 372.2, 392.1.5-ci maddələrinin tələblərinə uyğun olmamışdır.
41. Nəhayət, Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsinin göstərdiyi hallar, yəni iddiaçının 2023-cü ilin fevral ayının 9-dan 19-na, mart ayının 7-dən 19-na, aprel ayının 7-i, 14-ü, iyulun 13-ü və 21-də işdə üzrsüz səbəbdən olmaması müəyyən olunarsa belə, işəgötürənin mübahisələndirilən əmrinin qəbulu zamanı (## ####### 2023-cü il tarixdə) Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbləri pozulubpozulmaması məsələsinə hüquqi qiymət verilməmişdir.
42. Belə ki, iddiaçının sonuncu dəfə üzrsüz səbəbdən işdə olmaması ## #### 2023- cü il tarixə təsadüf etdiyi halda, onun barəsində intizam tənbehlərindən biri hesab olunan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi, ## ###### 2023-cü il tarixdən sonra maddi hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilər.
43. Nəzərə alınmalıdır ki, iddiaya görə iddiaçı ## ###### 2023-cü il tarixdə işdən azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və bu halın həqiqətə uyğunluğu yuxarıda qeyd olunan göstərişlərin icrası nəticəsində sübut olunduğu halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə görə həmin gündən bir təqvim ayı bitdikdən sonra iddiaçının işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququ, cavabdehin isə iddiaçının bu tələblərini yerinə yetirmək vəzifəsi yaranmışdır.
44. Beləliklə, Ali Məhkəmənin qənaətinə görə, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
45. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Pərviz Əhmədov) cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin # #### 2024-cü il tarixli, e- *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmuş, cavabdeh “xxxx" MMC-nin iddiaçı İddiaçı barəsində vermiş olduğu ##.##.2023-cü il tarixli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında əmək münasibətlərinin ## ###### 2023-cü il tarixdən etibarən iddiaçının öz xahişi ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş hesab edilməsi, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə 2023-cü ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqları və son haqq-hesabının tutularaq ödənilməsi, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla ödəncin iddia ərizəsinin verildiyi ##.##.2023-cü il tarixədək hesablanmaqla ödənilməsi, cavabdeh “xxxx” MMC-dən iddiaçının xeyrinə mediasiya xərci kimi 50 manat və nümayəndəyə etibarnamə verilməsi üçün çəkilmiş 17,25 manat məbləğində xərclərin tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
46. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, hər bir tələb üzrə əsaslandırma aparmamış, sübutları qarşılıqlı tədqiq etməmiş, bəzi sübutlar iş materiallarına əlavə edilsə də, həmin sübutlara münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
47. Əmək mübahisələrinin spesifikası ondan ibarətdir ki, tərəflər hüquqi və faktiki baxımdan bərabər mövqedə deyillər. Işəgötürən təşkilati-sərəncamverici səlahiyyətlərə, sənədlərə çıxış imkanına və idarəetmə üstünlüyünə malik olduğu halda, işçi bu imkanlardan məhrumdur. Bu səbəbdən əmək hüququnda sübutetmə yükünün avtomatik şəkildə işçinin üzərinə qoyulması nə qanunun ruhuna, nə də əmək hüququnun qoruyucu funksiyasına uyğun gəlir.
48. Iddiaçının ## ###### 2023 və ## ######## 2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətləri, ## ######## 2023-cü il tarixli Xətai Rayon Prokurorluğuna şikayəti, həmin müraciətlərdə ardıcıl şəkildə eyni halların göstərilməsi əmək haqqının ödənilməməsi, işdən çıxma barədə müraciət edildikdən sonra giriş kartının alınması, iş yerinə buraxılmama, əmək müqaviləsinə xitam verilməməsi və son haqqhesabın aparılmaması iddiaçının iradəsinin real, davamlı və ziddiyyətsiz olduğunu göstərir. Bu sübutların heç biri təkbaşına qiymətləndirilməmiş, əksinə, onların qarşılıqlı əlaqəsi və məntiqi ardıcıllığı nəzərə alınmışdır.
49. Məhkəmə tərəflər arasında mövcud olan yazışmalara xüsusi sübut əhəmiyyəti verilməsini zəruri hesab etmişdir. Çünki həmin yazışmalar təkcə faktiki məlumat xarakteri daşımır, eyni zamanda tərəflərin real iradəsini, davranış motivlərini və əmək münasibətlərinin faktiki gedişatını əks etdirir. Iş materiallarında olan yazışmalardan müəyyən olunur ki, iddiaçı İddiaçı işəgötürənə müraciətlərində əmək haqqının ödənilməsi, şirkətə göndərilmiş məktubların taleyi, müfəttişlik orqanlarının prosesə cəlb edilməsi və əmək münasibətlərinin necə başa çatdırılacağı ilə bağlı suallar ünvanlamışdır. Bu yazışmaların məzmunu və ardıcıllığı iddiaçının əmək münasibətlərindən yayınmaq niyyətində olmadığını, əksinə, mövcud vəziyyətə hüquqi aydınlıq gətirilməsini və əmək münasibətlərinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsini tələb etdiyini göstərir.
50. “xxxx” ani mesajlaşma tətbiqində olan yazışmalarda cavabdeh müəssisənin direktoru X1 tərəfindən verilmiş cavablar isə xüsusi diqqətə alınmalıdır. Həmin cavablardan görünür ki, əmək münasibətlərinin faktiki idarə olunması birbaşa direktor tərəfindən deyil, digər şəxslərin – mühasibin və “Samir müəllim” kimi qeyd edilən şəxsin göstərişi ilə həyata keçirildiyi etiraf olunur. Bu hal cavabdehin öz mövqeyinin qeyri-müəyyənliyini və əmək münasibətlərinə dair qərarların sistemli və şəffaf qaydada qəbul edilmədiyini göstərir.
51. Məhkəmə hesab etmişdir ki, bu yazışmalar cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “iddiaçının işə gəlməməsi” və “intizam pozuntuları” barədə arqumentlərlə ziddiyyət təşkil edir. Əgər iddiaçı həqiqətən uzun müddət üzrsüz səbəbdən işə gəlməyən, əmək intizamını kobud şəkildə pozan işçi olmuş olsaydı, tərəflər arasında aparılan yazışmalarda əmək haqqının hesablanması, məktubların göndərilməsi və müfəttişliklə bağlı gözləmələr deyil, intizam tədbirləri və rəsmi prosedurlar müzakirə edilməli idi. Halbuki yazışmaların məzmunu iddiaçının əmək münasibətlərinin davam etməsi və ya qanuni qaydada başa çatdırılması ilə bağlı qeyri-müəyyənlik içində saxlanıldığını göstərir.
52. Xüsusilə ## ####### 2023-cü il tarixli yazışma diqqətəlayiqdir. Həmin yazışmada iddiaçı ödənilməyən əmək haqqını, gecikmə faizlərini və məzuniyyət haqqını hesabladığını bildirərək, ödəniş edilmədiyi halda hər gün məbləğin artacağını qeyd etmişdir. Cavabdeh isə bu müraciətə cavab olaraq əmək münasibətlərini mübahisə yolu ilə deyil, “qanunvericiliyə uyğun olaraq” xitam verəcəyini bildirmişdir. Bu ardıcıllıq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin səbəbinin intizam pozuntuları deyil, iddiaçının əmək haqqı tələbi ilə əlaqəli olduğunu və qərəzli olmasını açıq şəkildə üzə çıxarır.
53. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı yazışmalar cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin hüquqi əsaslarını sarsıdır. Çünki həmin yazışmalar əmək müqaviləsinə xitam verilməsinin əvvəlcədən müəyyən edilmiş, ardıcıl və qanunvericiliyin tələblərinə uyğun şəkildə tətbiq edilmiş intizam tədbiri olmadığını, əksinə, iddiaçının əmək hüquqlarını, xüsusilə ödənilməmiş əmək haqqını və son haqq-hesabını tələb etməsinə cavab olaraq formalaşdığını açıq şəkildə göstərir. Bu cür davranış əmək hüququnun qoruyucu mahiyyəti, habelə işçinin hüquqlarını müdafiə etməyə yönəlmiş mexanizmlərlə uzlaşmır.
54. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız o hallarda tətbiq oluna bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsin, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozsun.
55. Halbuki iş üzrə müəyyən edilmiş faktiki hallar əksini göstərir. Belə ki, iddiaçı əmək funksiyasını yerinə yetirməkdən qəsdən yayınmamış, əksinə, əmək münasibətlərinə qanunvericiliyə uyğun şəkildə xitam verilməsi barədə öz iradəsini açıq şəkildə ifadə etmişdir. Iddiaçının işdən çıxmaq istəyi ilə bağlı müraciətlərindən dərhal sonra işə giriş-çıxış kartının ondan alınması, iş yerinə buraxılmaması və əmək münasibətlərinin qeyri-müəyyən vəziyyətdə saxlanılması cavabdehin iddiaçının əmək funksiyasını yerinə yetirməsinə faktiki olaraq imkan vermədiyini göstərir.
56. Bu baxımdan, iddiaçının davranışını əmək funksiyasının yerinə yetirilməməsi və ya əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirmək mümkün deyildir. Əksinə, cavabdehin iddiaçının öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə iradəsini reallaşdırmaması, prosesi süründürməsi və sonradan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə əmək müqaviləsinə xitam verməsi həmin normanın məqsədinə və tətbiq şərtlərinə ziddir.
57. Beləliklə məhkəmə hesab etmişdir ki, mübahisələndirilən xitam əmri nə faktiki, nə də hüquqi baxımdan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi üçün zəruri olan şərtlərə cavab verir və tərəflər arasındakı yazışmalar bu əmrin qərəzli və əsassız xarakter daşıdığını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir.
58. Kassasiya instansiyasının diqqətə çatdırdığı digər mühüm məqam cavabdehin iddiaçının şikayətlərindən vaxtında xəbərdar olduğu halda bu şikayətlərə münasibət bildirməməsidir. X2 Xidmətinin ## ####### 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdeh MMC-yə # ######## 2023-cü il tarixdə rəsmi sorğu göndərilmiş, bu sorğu ## ######## 2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Bu tarixdən etibarən cavabdeh iddiaçının tələblərindən və iradəsindən xəbərdar olmuşdur. Lakin cavabdeh bu mərhələdə əmək münasibətlərinə hüquqi aydınlıq gətirməmiş, nə əmək müqaviləsinə xitam vermiş, nə də son haqq-hesabı aparmışdır.
59. Əksinə, cavabdehin sonrakı davranışı ziddiyyətli və qeyri-ardıcıl olmuşdur. Belə ki, cavabdeh iddiaçının işdən azad olunması barədə ərizə ilə müraciət etməsindən (ərizənin mövcudluğu cavabdeh tərəfindən inkar edilsə belə, iddiaçının iradə ifadəsindən, ardıcıl davranışından və tərəflər arasında aparılmış yazışmalardan cavabdeh tərəfin bu ərizədən məlumatlı olduğu aydın şəkildə müəyyən olunur), habelə iddiaçının dövlət orqanlarına ünvanladığı şikayətlərdən xəbərdar olduğu halda, həmin tarixdə iddiaçıya işə gəlməməsi barədə xəbərdarlıq xarakterli teleqram göndərmiş, daha sonra isə ## ####### 2023-cü il tarixdə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam vermişdir.
60. Göstərilən ardıcıllıq bir daha təsdiq edir ki, əmək müqaviləsinə xitam verilməsi iddiaçının əmək intizamını pozması ilə deyil, məhz onun ödənilməmiş əmək haqqını tələb etməsi və bu məqsədlə səlahiyyətli dövlət orqanlarına müraciət etməsi ilə səbəb-nəticə əlaqəsində olmuşdur.
61. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddianın mahiyyətinə görə iddiaçı ödənilməmiş əmək haqqını tələb etdiyi halda, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsi ilə deyil, işçi üçün daha ağır hüquqi nəticələr doğuran 70-ci maddənin “ç” bəndi ilə xitam vermişdir. Bu seçim hüquqi baxımdan neytral deyil və əmək münasibətlərinin obyektiv tənzimlənməsindən daha çox, iddiaçının hüquqlarını müdafiə etməsinə cavab reaksiyası kimi qiymətləndirilir.
62. Kassasiya instansiyasının növbəti mühüm göstərişi ondan ibarət olmuşdur ki, əvvəlki apellyasiya baxışı zamanı mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə əmr və onu əsaslandıran sənədlər iş materiallarına əlavə edilməmiş, habelə həmin sənədlər cavabdehdən tələb olunmamışdır. Kassasiya instansiyasının bu göstərişinin icrası məqsədilə yeni apellyasiya baxışı zamanı müvafiq sorğular verilmiş, əmrin verilməsi üçün əsas olmuş sənədlər, eləcə də, əmək haqqının ödənilməsi barədə sübutların təmin olunması barədə qərardad çıxarılmaqla məcburi icraya göndərilmişdir.
63. Həmin sorğulara cavab olaraq Dövlət Məşğulluq Xidməti tərəfindən ##.##.2025-ci il tarixli məktub təqdim edilmiş, məktuba iddiaçı İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə cavabdeh “xxxx” MMC (VÖEN: **********) tərəfindən daxil edilmiş əmək müqaviləsinin bağlanması və xitam verilməsi barədə bildirişlər əlavə edilmişdir (əmək müqaviləsinin və ##.##.2023-cü il tarixli xitam əmrinin surətləri əlavə edilməsi göstərilsə də, bu sənədlər məktuba əlavə edilməmişdir). Bununla yanaşı, təqdim edilmiş cavabdan açıq şəkildə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olan ilkin sənədlər, o cümlədən intizam pozuntularını təsdiq edən aktlar, xəbərdarlıqlar və digər əsaslandırıcı materiallar Dövlət Məşğulluq Xidmətinin məlumat bazasında mövcud deyildir.
64. Digər tərəfdən, cavabdeh tərəfindən tələb olunan sənədlər natamam təqdim olunmuş, işçiyə əmək haqqı və son haqq-hesabın ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmamışdır.
65. Göstərilən hal, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün göstərilən əsasların real və qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşdirilmədiyini, habelə mübahisələndirilən xitam əmrinın sübut bazasının olmadığını təsdiq edir.
66. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər məhkəmə kollegiyası tərəfindən tənqidi qiymətləndirilmiş və inandırıcı hesab edilməmişdir. Belə ki, cavabdeh iddiaçının 2023-cü ilin yanvar ayından etibarən mütəmadi olaraq işə gec gəlməsi, erkən ayrılması və fevral, mart, aprel və iyul aylarında bir sıra tarixlərdə ümumiyyətlə işdə olmaması hallarına istinad edir. Lakin bu iddialar ilə əmək müqaviləsinə xitam verilməsi arasında olan vaxt fərqi və cavabdehin sonrakı davranışı həmin arqumentlərin etibarlılığını ciddi şəkildə şübhə altına alır.
67. Əvvəla, cavabdehin öz mövqeyinə əsasən iddia edilən pozuntuların böyük əksəriyyəti 2023-cü ilin fevral-iyul aylarına təsadüf edir. Buna baxmayaraq, əmək müqaviləsinə xitam yalnız ## ####### 2023-cü il tarixdə verilmişdir. Bu isə göstərir ki, iddia edilən hallar işəgötürən tərəfindən vaxtında və ciddi intizam pozuntuları kimi qiymətləndirilməmiş, uzun müddət əmək münasibətləri davam etdirilmişdir. Əgər göstərilən hallar doğrudan da əmək vəzifələrinin kobud şəkildə pozulması xarakteri daşısaydı, işəgötürənin aylarla gözləməsi və yalnız sonradan xitam tətbiq etməsi hüquqi baxımdan ağlabatan və izaholunan deyildir.
68. Bundan əlavə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ## ###### 2023-cü il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə iradə ifadə etmişdir. Bu iradənin mövcudluğu cavabdeh tərəfindən formal olaraq inkar edilsə də, iddiaçının ardıcıl müraciətləri, dövlət orqanlarına etdiyi şikayətlər və tərəflər arasında aparılmış yazışmalar cavabdehin bu iradədən məlumatlı olduğunu təsdiq edir. Belə bir şəraitdə, iddiaçının öz xahişi ilə əmək münasibətlərini başa çatdırmaq istədiyi bir dövrdə, aylar əvvəl baş verdiyi iddia olunan hallara istinad etməklə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi inandırıcı hesab edilə bilməz.
69. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqdim etdiyi arqumentlər faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin real səbəblərini gizlətməyə yönəlmişdir. Belə ki, xitamın iddiaçının əmək haqqının ödənilməsini tələb etməsindən və səlahiyyətli dövlət orqanlarına müraciətlərindən sonra verilməsi, habelə cavabdehin iddia edilən pozuntulara uzun müddət dözümlü yanaşması göstərir ki, əmək müqaviləsinə xitam verilməsi iddia edilən intizam pozuntularının nəticəsi deyil, iddiaçının qanuni tələblərinə cavab olaraq sonradan seçilmiş vasitə olmuşdur.
70. Iş materiallarından görünür ki, cavabdehin iddia etdiyi sonuncu üzrsüz işə çıxmama halı ## #### 2023-cü il tarixə təsadüf edir. Bu halda, əmək müqaviləsinə ## ####### 2023-cü il tarixdə xitam verilməsi, intizam tənbehi üçün nəzərdə tutulmuş bir aylıq müddətin aşılması deməkdir. Bu isə artıq sübutların qiymətləndirilməsi deyil, maddi hüquq normasının birbaşa pozulmasıdır və belə bir şəraitdə intizam tənbehi hüquqi qüvvə doğura bilməz.
71. Nəhayət kassasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, iddiaçının ## ###### 2023-cü il tarixdə işdən azad olunması barədə müraciət etdiyi hal sübuta yetirildiyi halda, əmək qanunvericiliyinə əsasən bir təqvim ayı bitdikdən sonra iddiaçının işə çıxmamaq və son haqqhesabın aparılmasını tələb etmək hüququ, cavabdehin isə bu tələbləri yerinə yetirmək vəzifəsi yaranmışdır. Yeni apellyasiya baxışı zamanı toplanmış sübutların məcmusu bu halın reallığını təsdiq etdiyindən, cavabdehin sonrakı davranışı əmək hüququnun qoruyucu mahiyyəti ilə uzlaşmır. Iddiaçı İddiaçı əmək münasibətlərindən yayınmamış, əksinə, əmək müqaviləsinə qanunvericiliyə uyğun şəkildə öz xahişi ilə xitam verilməsi barədə açıq şəkildə iradəsini ifadə etmişdir. Cavabdeh isə bu iradənin reallaşdırılmasına imkan verməmiş, prosesi əsassız olaraq süründürmüş, iddiaçının ödənilməmiş əmək haqqını və son haqq-hesabını tələb etməsindən sonra əmək müqaviləsinə işçi üçün mənfi hüquqi nəticələr doğuran Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir.
72. Iş üzrə müəyyən edilmiş faktiki hallar, xüsusilə tərəflər arasındakı yazışmalar, iddiaçının dövlət orqanlarına müraciətləri, cavabdehin bu müraciətlərdən vaxtında məlumatlı olduğu halda adekvat hüquqi addımlar atmaması, habelə əmək müqaviləsinə xitam verilməsinə əsas olan intizam pozuntularının mövcudluğunu, qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini və iddiaçıya bildirilməsini təsdiq edən sübutların olmaması göstərir ki, mübahisələndirilən xitam əmri qanuni əsaslara söykənmir.
73. Bununla yanaşı, iddia edilən intizam pozuntularının mövcudluğu qəbul edilsə belə, əmək müqaviləsinə xitam verilməsi zamanı intizam tənbehinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlərin aşılması faktı müəyyən edilmişdir ki, bu da Əmək Məcəlləsinin müvafiq normalarının pozulması kimi qiymətləndirilməlidir. Belə bir şəraitdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi mümkün deyildir. Belə ki, cavabdehin davranışı əmək hüququnun qoruyucu mahiyyətinə, işçinin hüquqlarını müdafiə mexanizmlərinə, habelə dürüstlük və vicdanlılıq prinsiplərinə zidd olmuş, əmək müqaviləsinə xitam verilməsi institutu intizam tədbiri kimi deyil, iddiaçının qanuni tələblərinə cavab olaraq represiv vasitə kimi istifadə edilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etsə də, mübahisələndirilən əmrin ləğv olunması üçün əsasları qiymətləndirməmiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Iddiaçı (vəkil vəkil1 oğlu) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-*(***)-****/**** saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin cavabdeh “xxxx” MMC-dən əmək haqqı ödənilən günədək tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
75. Kassasiya şikayəti iddia ərizəsi və əvvəlki kassasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
76. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
77. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
78. Maddə 2 (3-cü bənd). Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
79. Maddə 12 (c bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verməkdir.
80. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
81. Maddə 68 (2-ci hissənin a bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır.
82. Maddə 69 (1-ci hissə) (Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada). Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
83. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
84. Maddə 70 (ç bəndi). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
85. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
86. Maddə 71 (3-cü hissə). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
87. Maddə 72 (a bəndi). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
88. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
89. Maddə 187 (2-ci hissə). Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Işçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
90. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli qərarı
91. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
95. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
98. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
99. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
100. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
101. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
102. Məhkəmə kollegiyası iş materiallarını, kassasiya şikayətlərinin dəlillərini və tətbiq edilməli hüquq normalarını araşdırıb hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə ödəncin hesablanmasına dair hissədə ləğv edilməklə həmin htissədə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır.
103. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı əmək münasibətlərinə öz təşəbbüsü ilə xitam verilməsi barədə iradəsini hələ 2023-cü ilin avqust ayında ifadə etmiş, bununla bağlı ardıcıl olaraq X2 Xidmətinə və digər dövlət orqanlarına müraciətlər etmiş, əmək müqaviləsinə xitam verilməsini və son haqq-hesabın aparılmasını tələb etmişdir. Iş materiallarında olan həmin müraciətlər, habelə tərəflər arasında aparılmış yazışmalar iddiaçının əmək münasibətlərinə öz arzusu ilə xitam vermək niyyətinin real və ardıcıl xarakter daşıdığını təsdiq edir.
104. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının müraciətlərindən və tələblərindən xəbərdar olmuş, lakin əmək münasibətlərinə qanunvericiliyin tələblərinə uyğun qaydada işçinin təşəbbüsü ilə xitam verməmiş, son haqqhesabı aparmamışdır. Sonradan isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bununla belə, cavabdeh həmin xitamın qanuni əsaslarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
105. Belə ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmrin özü, intizam pozuntularını təsdiq edən aktlar, işçidən alınmış izahatlar, tətbiq edilmiş intizam tənbehləri və digər əsaslandırıcı sənədlər iş materiallarına təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı da həmin sənədlərin əldə olunması istiqamətində tədbirlər görülsə də, cavabdeh tərəfindən xitamın qanuniliyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.
106. Digər tərəfdən, cavabdeh kassasiya şikayətində iddiaçının işə davamiyyət qaydalarını pozduğunu və əmək vəzifələrini yerinə yetirmədiyini göstərsə də, həmin hallar müəyyən edilmiş hesab olunsa belə, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ## ####### 2023-cü il tarixdə verilmişdir. Cavabdehin istinad etdiyi sonuncu pozuntu halı isə 2023-cü ilin iyul ayına aid edilmişdir. Bu halda, əmək qanunvericiliyində intizam tənbehinin tətbiqi üçün nəzərdə tutulmuş müddətlər baxımından da xitamın qanuniliyi şübhə altına düşür. Belə ki Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmin halları düzgün qiymətləndirərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün zəruri hüquqi əsasların mövcud olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır.
107. Buna görə də, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas vermir.
108. Iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən əmək haqqının və son haqq-hesabın vaxtında ödənilmədiyini müəyyən etsə də, əmək haqqının gecikdirilməsinə görə hesablanan ödəncin yalnız iddia ərizəsinin məhkəməyə təqdim edildiyi ## ###### 2023-cü il tarixədək hesablanmasını qət etmişdir.
109. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin mənasına görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə işçiyə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin normada ödəncin hesablanmasının məhkəməyə müraciət tarixi ilə məhdudlaşdırılması nəzərdə tutulmamışdır. Əksinə, ödəncin məqsədi işçinin əmək haqqından istifadə imkanından məhrum edilməsinin kompensasiyası olduğundan, onun hesablanması gecikmənin davam etdiyi bütün müddət ərzində həyata keçirilməlidir.
110. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmək haqqının gecikdirilməsinə görə ödəncin hesablanması hissəsində maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmək müqaviləsinə xitamın qanunsuz hesab edilməsi, əmək münasibətlərinin iddiaçının öz təşəbbüsü ilə başa çatmış hesab olunması, ödənilməmiş əmək haqlarının və son haqqhesabın111.tutulması hissələrində qanuni və əsaslıdır. Lakin əmək haqqının gecikdirilməsinə görə ödəncin yalnız ## ###### 2023-cü il tarixədək hesablanması hissəsində qətnamə ləğv edilməli, həmin ödəncin əmək haqqı və son haqq-hesabın faktiki ödənildiyi günədək hesablanması müəyyən edilməlidir.
112. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla ödəncin iddia ərizəsinin verildiyi tarix – ## ###### 2023-cü il tarixədək hesablanmaqla ödənilməsi hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödəncin hesablanması gecikdirilmiş əmək haqqı ödənilən tarixədək müəyyən edilsin və ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.