Məhkəmə qərarları › İş №2(102)-100/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-100/2020

23.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-100/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili X5 oğlunun, cavabdehlərin vəkili X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı və vəkili X5 oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli, 2(103)-11233/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qə tnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(011)-1680/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə köçürülmə və qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı 09.04.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli, 2(103)-11233/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1680/2019 saylı iş üzrə 05 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır. İşin halları: İddiaçı, azyaşlı qızı 09.04.2018-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22V ünvanındakı fərdi yaşayış evinə köçürülməsi, ona və qızına bağışlanmış qiyməti 6.000 manat olan üzərində 26 brilyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd boyunbağının və üzərində 26 brilyant qaşı olan ağ qızıldan ibarət 1 ədəd qolbağın, qiyməti 1.300 manat olan ağ qızıldan ibarət brilyant qaşlı üzüyün və salxım formalı brilyant qaşlı sırğanın, həyat yoldaşının əmisi Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 600 manat olan 750 əyarlı, kvadrat formalı, silikon qaşlı üzüyün, 24 noyabr 2017-ci il tarixdə ad günündə həyat yoldaşı tərəfindən bağışlanmış dəyəri 800 manat olan 750 əyarlı, damla formasında, klonlu, xırda güllü qızıl sepin və yenə Süleyman Süleymanov tərəfindən bağışlanmış, dəyəri 150 manat olan 583 əyarlı uşaq sırğasının və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qızıl-zinyət əşyalarının və ya onların dəyərinin cavabdehdən tələb edilməsinin təmin edilməməsi hissəsində ləğv edilib həmin hissədə işin yenidən araşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili X5 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, 12 mart 2019-cu il tarixində məhkəmə iclasında ifadə verən dayısı-Babaşov Tahir Allahverdi oğlu ifadəsində bildirmişdir ki; «cehiz əşyaları çıxarılarkən bacım qızı Süleymanova Zümrüd qaynatası Cavabdeh1 bu mücrünün içindəki zinyət əşyaları hardadı deyə müraciət edərkən Yusif belə bir cavab vermişdir ki, bu zinyət əşyaları Dürdanənin xoşuna gəlmirdi və ona görə dəyişdirmək üçün götürmüşük». İddia ərizəsində də qeyd edildiyi kimi, qayınatası Cavabdeh1 cehiz əşyalarının götürülməsində iştirak edən bütün şəxslərin, həmçinin əşyaların götürülməsində hər-hansı insidentin baş verməməsi və təhlükəsizliyin təmin edilməsi üçün Xətai rayon 36-cı Polis Bölməsinə vermiş olduqları ərizə əsasında orada iştirak edən polis baş-leytenantı Səttar Məhərrəmzadənin yanında, «bu zinyət əşyaları gəlinim İddiaçı tərəfindən bəyənilmədiyindən onları dəyişdirmək üçün götürmüşəm» fikrini bildirdiyindən və bu halı iş üçün mötəbər sübut əhəmiyyətini nəzərə alaraq vəkili və nümayəndəsi tərəfindən Xətai rayon 36-cı Polis Bölməsinin polis baş-leytenantı Səttar Məhərrəmzadənin məhkəmə icl asında şahid qismində dindirilməsi üçün çağırılması barədə verilmiş vəsatətə heç bir qiymət verilməmişdir. Digər tərəfdən baldızı zinyət əşyalarının cehiz əşyaları götürülərkən deyil, əvvəllər özü ilə apardığını bildirmişdir. Bu isə bir daha cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatları ilə ziddiyət təşkil edir və bir evin içərisində yaşayan bu şəxslərin zinyət əşyalarına münasibətdə fərqli fikirləri onların yalan danışdıqlarını bir daha təsdiq edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X5 oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili X3 və Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası i clasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən İddiaçı və Cavabdeh1 XXX heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə kassasiya şika yəti ilə mübahisələndirilən hissədə, yəni qızıl-zinyət əşyalarına dair hissədə ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. İddiaçının apellyasiya şikayətində apellyasiya şikayətinin əsas dəlillərindən biri kimi aşağıdakılar qeyd olunmuşdur: “...İddia ərizəsində də qeyd etdiyim kimi, qaynatam Cavabdeh1 cehiz əşyalarının götürülməsində iştirak edən bütün şəxslərin, həmçinin əşyaların götürülməsində hər-hansı insidentin baş verməməsi və təhlükəsizliyin təmin edilməsi üçün Xətai rayon 36-cı Polis Bölməsinə vermiş olduğumuz ərizə əsasında orada iştirak edən polis baş-leytenantı Səttar Məhərrəmzadənin yanında, «bu zinyət əşyaları gəlinim İddiaçı tərəfindən bəyənilmədiyindən onları dəyişdirmək üçün götürmüşəm» fikrini bildirdiyindən və bu halı iş üçün mötəbər sübu t əhəmiyyətini nəzərə alaraq vəkilim və nümayəndəm tərəfindən Xətai rayon 36-cı Polis Bölməsinin polis baş-leytenantı Səttar Məhərrəmzadənin məhkəmə iclasında şahid qismində dindirilməsi üçün çağırılması barədə verilmiş vəsatətə heç bir qiymət verilməmişdir. Bu isə ilkin olaraq şahidin yaşayış ünvanın vəsatətdə göstərilməməsi ilə əlaqələndirilsədə sonradan 05 aprel 2019-cu il tarixində dəftərxana vasitəsi ilə belə təqdim edilmiş vəsatətdə çətinliklə olsada yaşayış ünvanını (baxmayaraq ki, biz Xətai rayon 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək məhz hər hansı bir insidentin baş verməməsi üçün polis nəfərinin iştirakının təmin edilməsini xahiş etmişdik və Səttar Məhərrəmzadə də ora öz yaşayış yerindən çıxaraq deyil, məhz təhlükəsizliyin təmin edilməsi üçün ərizə əsasında Xətai rayon 36-cı Polis Bölməsindən gəlmişdir) taparaq məhkəməyə təqdim etmiş olduğumuz vəsatətə heç bir münasibət bildirilməyərək hakim müşavirəyə getmişdir”. Apellyasiya şikayətinin dəlili ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aşağıdakı məzmunda məktub göndərilmişdir. “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və qızılzinyət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması 11 sentyabr 2019-cu il tarixə saat 15:45-ə təxirə salınmışdır. Zərurət yarandığından 04.11.2018-ci il tarixdə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu V2/2 ünvanın dakı evdən əşyalarını apararkən orada iştirak etdiyi bildirilən Xətai RPİnin 36-cı Polis Bölməsinin əməkdaşı, polis baş-leytenantı Səttar Məhərrəmzadənin faktı sənədləşdirib-sənədləşdirmədiyi, həmin vaxtı tərəflərdən birinin hansısa əşyanın evdə qalması və götürə bilməməsinə dair şikayət edib-etməməsi, əgər edilmişsə bu şikayətin hansı formada sənədləşdirilməsi və nəticəsi barədə məhkəməyə ətraflı məlumat verilməsi və ya Səttar Məhərrəmzadənin şahid qismində dinlənilməsi üçün məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunur”. Lakin iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin məktuba hər hansı cavab verilmədən, apellyasiya şikayətinin qeyd olunan dəlilinə hüquqi qiymət verilmədən qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2019-cu il tarixli, 2(103)-11233/2019 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələn dirilən hissədə, yəni qızıl-zinyət əşyalarına dair hissədə ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar