Məhkəmə qərarları › İş №2(102)-100/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-100/2024

15.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-100/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Mingəçevir Şəhər TəbiətRiyaziyyat və X1rşı “əmrin ona aid hissədə ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mül ki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-910/2023 saylı iş üzrə, 3 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 19 oktyabr 2021-ci il tarixli 05-09-846/13 nömrəli məktubuna əsasən 2021/2022-ci tədris ili üçün “Rəqəmsal bacarıqlar” pilot layohəsi üzrə vakant yaranan yerə müddətli olaraq ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilmişdir. Dərs yükü 20 saat müəyyənləşdirilmişdir.

2. Sadıqova X3 Şəhər Təbiət-Riyaziyyat və X4 Liseyində müddətsiz müəllim vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi bağlanılmışdır.

3. Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X4 Liseyin direktorunun 66 №-li, 10 iyun 2022-ci il tarixli əmrinin çıxarışına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” hissəsinə uyğun (əmək müqaviləsinin bitməsi ilə bağlı) İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 08 may 2021-ci il tarixli, 483 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin işdə olan müddət ərzində hesablanıb ödənilməyən əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2014-cü ilin noyabr ayında işə qəbul olunub. 1 ay sonra müqav ilə bağlayıb. Lakin müqavilədə müddət göstərilməyib. 2015-ci ildə yenidən müqavilə bağlanılıb. Bundan sonra, o 12 iyun 2017-ci ildə qismən ödənişli, sosial məzuniyyətə buraxılmışdır. xx.xx.2019-cu ildə körpə uşağa qulluqda əlaqədar sosial məzuniyyət xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Daha sonra müəssisəsinin müdiri tərəfindən 5 ildən çox informatika müəllimi kimi informatika fənni üzrə dərs aparmağa icazə verilmiş, 15 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2021- ci ildə isə 20 saat dərs yükü müəyyənləşdirilmişdir. xx.xx.2022-ci ildə isə əmək müqaviləsinə əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barə də qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-591/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Elza Cəbrayılzadə)

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış ilk əmək müqaviləsi və sonuncu yəni, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsi də müddətli əmək müqaviləsi olmuşdur. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmə k müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, lakin qanunvericiliyin tələblərinə əsasən bu müqavilə münasibətləri fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən müddətli əmək müqaviləsi hesab edilə bilməz.

5. Bundan əlavə iş materiallarına əlavə edilmiş miq.edu.az elektron portalından çıxarışdan görünür ki, İddiaçı hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsi z əsaslarla müəllim vəzifəsində çalışdığı üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirakı imkan xaricindədir. Eyni zamanda xx.xx.2022-ci il tarixli əmrdən çıxarışda İddiaçı əmək müqaviləsinə 14 iyun 2022-ci il tarixdən xitam verilməsi əsası göstərilməsi, işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanması, müəssisənin möhürü ilə təsdiqlənməsi öz əksini tapsa da, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi məsələsi öz əksini tapmamışdır.

6. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab etmişdir ki, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat v ə X4 Liseyinin direktorunun xx.xx.2022-ci il tarixli əmri qeyri-qanunidir və iddiaçı ilə əmək müqaviləsinə qeyr-qanuni xitam vermişdir. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Cavabdeh tərəf bu hüququndan sui istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin (cavabde hin) əmrinin ləğv edilməsi üçün əsasdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14, 43.3, 45-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndləri, 47, 47.1, 45-ci maddəsinin 5-ci bəndi, 68.1, 68.2, 83.2 və 300-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 6 aprel 2023-cü il tarixli, 2(051)-591/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin ed ilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X4 Jseyin direktorunun xx.xx.2014-cü il tarixli 156 №-li əmri ilə liseyə informatika müəllimi təyin olunmuş və onunla işəgötürən liseyin direktoru arasında xx.xx.2014-cü il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin, müqavilədə müqavilənin hansı müddətə bağlanması göstərilməsə də, müddətli bağlanması qeyd olunmuşdur. liseyin direktorunun xx.xx.2015-ci il tarixli 65 №-li əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsində müddətli olduğuna görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-c i hissəsinin "b" bəndinə əsasən xitam verilmiş və yenidən o, xx.xx.2015-ci il tarixli 123 №-li əmrlə bir tədris ili müddətinə, yəni xx.xx.2016-cı tədris ili müddətinə informatika müəllimi təyin edilərək, İddiaçı ilə işəgötürən liseyin direktoru arasında xx.xx.2015-ci il tarixli yenə də müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı liseyin direktorunun xx.xx.2017-ci il tarixli 54 №-li əmri ilə İddiaçı körpə uşağına qulluqla əlaqədar qismən ödənişli sosial məzuniyyətə buraxılmış və bu sosial məzuniyyət xx.xx.2020-ci il tarixədək davam etmişdir. xx.xx.2020-ci il tarixli 80 №-li əmrə əsasən İddiaçı "Rəqəmsal bacarıqlar" pilot layihəsi çərçivəsində xx.xx.2020-ci il tarixdən təqvim ilinin sonunadək informatika fənni üzrə dərs aparmasına icazə verilmiş və 15 saat dərs yükü müəyyənləşmişdir. Bunu n davamı olaraq liseyin direktorunun xx.xx.2021-ci il tarixli 101 saylı əmri ilə İddiaçı Təhsil şöbəsinin xx.xx.2021-ci il tarixli 0509-846/13 №-li məktubuna əsasən 2021/2022 tədris ili üçün həmin pilot layihəsi üzrə vakant yaranan yerə müddətli olaraq informatika müəllimi vəzifəsinə qəbul edilmiş və dərs yükü 20 saat müəyyənləşdirilmişdir. Nəhayət, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə liseyin direktorunun xx.xx.2022-ci il tarixli 66 №-li əmri ilə xitam verilmiş və o, işdən azad edilmişdir. Lakin, məhkəmə işin bu hallarına, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqavilələrinin müddətli olmasını nəzərə almamış, sənədlərə düzgün qiymət verməmiş və iddiaçının iddia tələbini qanunsuz olaraq təmin etmişdir.

10. İddiaçı nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, qətnamədən verilmiş apellyasiya şikayəti əsassızdır, təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, iş hərtərəfli, tam və obyektiv araşdırılmış, sübutlara düzgün qiymət verilmiş və məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış faktiki və hüquqi halları ondan ibarətdir ki, iddiaçı 2012-ci ildə Gəncə Dövlət Universitetini bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona tətbiqi riyaziyyat, informatika ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Mingəçevir şəhər Təbiət Riyaziy yat və X5 Liseyin direktorunun xx.xx.2014-cü il tarixli 156 №-li əmri ilə liseyə informatika müəllimi təyin olunmuş və onunla işəgötürən Liseyin direktoru arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Lakin, Liseyin direktoru xx.xx.2015-ci il tarixli 65 №-li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “V” bəndinə əsasən əmək müqaviləsinə xitam vermiş və xx.xx.2015-ci il tarixli 123 №-li əmrlə 2015/2016-cı tədris ili müddətinə informatika müəllimi təyin etmişdir. Eləcə də, onunla işəgötürən Liseyin direktoru arasında xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Bundan sonra, Liseyin direktorunun 12 iyun 2017-ci il tarixli 54 №-li əmri ilə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək körpə uşağına qulluqla əlaqədar o, qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Bundan sonra. Liseyin direktorunun xx.xx.2019-cu il tarixli 21 №-li əmri ilə körpə uşağına qulluqla əlaqədar onun sosial məzuniyyəti 24 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Daha sonra. Liseyin direktorunun xx.xx.2020-ci il tarixli 80 №-li əmrinə əsasən “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində ona, 5 ildən çox pedaqoji iş stajına malik informatika müəllimi kimi informatika fənni üzrə dərs aparmağa icazə verilmiş və 15 saat dərs yükü müəyyənləşdirilmişdir. Daha sonra, Liseyin direktorunun xx.xx.2021-ci il tarixli 101 №-li əmri ilə həmin pilot layihəsi üzrə 20 saat dərs yükü müəyyənləşdirilmiş və iddiaçı həmin dərsləri aparmışdır. Lakin, Liseyin direktorunun xx.xx.2022-ci il tarixli 66 №-li əmri ilə Əmək Məcəlləsinin 68-ci maddə sinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o işə buraxılmamışdır. Qeyd edir ki, işəgötürənlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsində və sonuncu xx.xx.2015-ci il tarixli əmək müqaviləsində onun hansı müddətə bağlanması, yəni müddəti göstərilmədiyinə görə bu əmək müqavilələri Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq müddətsiz bağlanmış hesab edilir. Eyni zamanda İddiaçı ilə bağlanmış əmək müqaviləsi fasiləsiz olaraq 2014-cü ildən 10 iyun 2022-ci ilədək 5 ildən artıq (8 il) davam etdiyinə görə Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, yəni qanunun birbaşa göstərişinə əsasən müddətsiz əmək müqaviləsi hesab edilir. Onu da qeyd edir ki, o, müharibə veteranı və hərbçi a iləsidir. Həyat yoldaşı X2 44 günlük Vətən müharibəsində iştirak edib, xx.xx.2022-ci il tarixdən Prezident təqaüdçüsüdür, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 1720 №-li sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib, eləcə də, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 2505 nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunub. O, halhazırda N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. xx.xx. 2016-cı il təvəllüdlü övladı Sadıqzadə Murad isə altı aylığından xroniki xəstədir, müntəzəm müalicə olunur və müalicəsinə hər dəfə xeyli vəsait sərf olunur. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə tam təkzib olunur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)591/2023 saylı qətnaməsini dəyişdirmədən, cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X4 Liseyinin apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını məsini xahiş edir.

11. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-910/2023 nömrəli, 03 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi) Elçin Mehdiyev, R övşən Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış ilk və sonuncu müqavilə müddətli olsa da, bu müqavilə üzrə münasibətlər fasiləsiz olaraq 5 ildən artıq davam etdiyindən qanunvericiliyin tələblərinə görə müddətli əmək müqaviləsi hesab edilə bilməz. Belə ki, bağlanmış sonuncu müqavilədən müəyyən olunur ki, müqavilə müddətli bağlanmış, lakin müqavilədə onun bağlanma müddəti göstərilməmişdir. Halbuki yuxarıda qeyd olunan maddənin məzmununa görə əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış he sab edilməlidir. Eyni zamanda əmək müqaviləsi münasibətləri 5 ildən artıq davam etdiyindən, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir.

13. Apelyyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfin verilmiş 10 iyun 2022-ci il tarixli 66 saylı əmr imzalanarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, Əmək Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 1) müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; 2) işçinin adı, atasının adı və soyadı; 3) əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; 4) əmək müqaviləsin in ləğv edilməsinin əsası; 5) həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; 6) əmək müqaviləsi ləğv edilən gün, ay və il; 7) əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

14. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, işəgötürən iddiaçının 04 yanvar 2021-ci il tarixdən işə çıxmamasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş 28 yanvar 2021-ci il tarixli 83 nömrəli, 18 fevral 2021-ci il tarixli 156 nömrəli, 30 mart 2021- ci il tarixli 280 nömrəli və 30 aprel 2021-ci il tarixli 395 nömrəli əmrlərdə iddiaçının həmin günlər işə gəlməməsi qeyd olunmuş və həmin günlər üzrə əmək haqqının hesablanması dayandırılmışdır. Məhkəmənin iclasında isə cavabdehin nümayəndələri izahatlarında göstərmişlər ki, iddiaçı 4-5 ay işə gəlməmişdir. 08 may 2021-ci il tarixli 483 nömrəli əmrdə də işçinin 04 yanvar 2021-ci il tarixdən işə gəlməməsi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının ardıcıl olaraq 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə getməməsi iş materialları ilə sübut olunmur. İddiaçı özü də izahatında bildirmişdir ki, 2021ci ilin yanvar ayından əmr verilən günə kimi işə çıxsa da, lakin ərizə yazıb işdən çıxması təkidlə ona bildirilmiş və həmin aylar üzrə ona əmək haqqı ödə nilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən iddianı rədd etmişdir.

15. Məhkəmə şikayətin dəlilləri əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. c) Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və işin yeni apellasiya baxışına qay tarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutaraq, yalnız iddiaçının göstərdiklərini qəbul etmişdir. Cavabdehin izahatları və təqdim olunmuş sənədlər nəzərə alınmamışdır. Bununla da məhkəmə iddianı təmin etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

19. Maddə

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərin in subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

20. Maddə 43.3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

21. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli ba ğlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

22. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

23. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

24. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

25. Maddə

47. Aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti iti rməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi t ələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzə rdə tutulmuş digər hallarda.

26. Maddə 47.1. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

27. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

28. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmu ş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etm əlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur.

33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı YOXla nılmalı və qiymətləndirilməlidir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini YOXlayır. Kassasiya baxışının hədləri

38. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını YOXlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam YOXlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şi kayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas YOXdur.

41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məh kəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

42. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini YOXlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəl illəri qətnamənin ləğvinə əsas vermir.

44. Cavabdehin Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X4 Liseyi nümayəndəsinin kassasiya şikayətindən imtina etməsi barədə ərizəsinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Liseyin direktoru tərəfindən verilmiş etibarnamədə nümayəndəyə beoə bir səlahiyyət verilməmişdir. Ona görə nümayəndənin kassasiya şikayətindən imtinaya dair ərizəsi nəzərə alınmır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Mingəçevir Şəhər Təbiət-Riyaziyyat və X4 Liseyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-910/2023 saylı iş üzrə, 3 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar