Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2021 26.01.2021 ALİ MƏHKƏMƏ zərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)****/2020 nömrəli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kasasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) xx.xx.2020-ci il tarixli, 2(102)-****/2020 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, məh kəmə iclası xx.xx.2020-ci il tarixə, saat xx:xx-ə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədovun xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciətində göstərilmişdir ki, iddiaçı X1 tərəfindən verilmiş kasasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən şikayətin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin uyğunluğunun yoxlanılması məqsədilə mülki işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olun muş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020ci il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilməli və iş kasasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1000/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1000/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver