Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığının əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)6016/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə: 1.1.29 mart 2013-cü il tarixli KBO13-1507 nömrəli kredit müqaviləsi ilə 720 gün müddətinə illik 5,25% olmaqla ******* manat məbləğində kredit verilmiş, həmin müqaviləyə 19 mart 2015-ci il, 12 may 2016-cı il və 16 yanvar 2019-cu il tarixli əlavələrlə kreditin üzrə əsas və faiz borcunun 29 mart 2019-cu il tarixədək tam ödənilməsi razılaşdırılmışdır. 1.2.17 aprel 2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqaviləsi ilə 360 gün müdd ətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kredit verilmiş, həmin müqaviləyə əlavə ilə borcun 28 dekabr 2018-ci il tarixinədək ödənilməsi razılaşdırılmışdır. 2. 10 iyun 2016-cı il tarixli İBQ15-1678/11 saylı sonrakı ipoteka müqaviləsi və ona əlavə ilə X1 (14/20 hissə), Cavabdeh1 (5/20 hissə) və Cavabdeh2 (1/20 hissə) mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m olan 13 mərtəbəli qeyri-yaşayış binası 29 mart 2013-cü il tarixli KBO131507 nömrəli və 17 aprel 2015-ci il tarixli KBQ15-1678 nömrəli kredit müqavilələrinin təminatı olaraq ipotekaya qoyulmuşdur. İpoteka predmetinin ümumi dəyəri tərəflər arasında 80000000 manat məbləğində qiymətləndirilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 may 20 20-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, "xxxx" ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 cavabdehlər Ləğv prosesinlə "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1, Cavabdeh2 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" ASC, Cavabdeh1, X2 və Cavabdeh2 arasında bağlanmış 10 iyun 2016-cı il tarixli İBQ15-1678/11 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırmışdır ki, Mərkəzi Bankla "xxxx" ASC arasında bağlanmış 29 mart 2013-cü il tarixli və 17 aprel 2015-ci il tarixli kredit müqavilələrinin 1.1-ci bəndində verilən kreditlərin “banklar arası kredit” olduğu qeyd edilir. Halbuki, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzi Bank yalnız iki növ kredit verə bilər: 1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə); 2) sonuncu instansiya kreditləri (49-cu maddə). Hər iki növdən olan kreditlərin verilməsi qaydası 18 may 2016-cı il tarixindən qüvvədə olan “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin veri lməsi Qaydaları” ilə tənzimlənir. Sözügedən kreditlər veriləndə həmin Qaydalar mövcud deyildi. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 1.3-cü maddəsinə əsasən Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, cavabdehlər arasında bağlanmış 29 mart 2013-cü il tarixli və 17 aprel 2015-ci il tarixli kredit müqavilələri əhəmiyyətsizdir. Beləliklə, ünvan 1 ünvanında yerləşən 0,30405 ha torpaq sahəsi və ümumi sahəsi 23109 kv.m. olan qeyri-yaşayış binası barəsində bağlanmış 10 iyun 2016-cı il tarixli sonrakı ipoteka müqaviləsi də etibarsızdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)61/2023 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka və kredit müqavilələri bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Qeyd: Hazırki iddiaya iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Ləğv prosesində olan "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi üçün tutmanın təminatlara yönəldilməsi” tələbinə dair iddiası birləşdirilmişdir. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, e-2(006)-1110/2022 nömrəli qərardadı ilə həmin tələb üzrə icraata xitam verildiyindən və bu qərardad mübahisələndirilmədiyindən, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiasının tələbi və əsaslandırılması hazırki qərarda öz əksini tapmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(006)-61/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı n təmin olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-6016/2023 nömrəli qətnaməsi ilə (hakim S.X.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və X.A.Mərdanovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e2(006)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilə "xxxx" ASC və Cavabdeh1 iradə ifadələrini tam əks etdirməklə, onların hüquq və mənafeyinə uyğun olduğuna görə iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əqdlərin etibarsızlığı üçün əsaslar mövcud olmamışdır.
12. Apellyasiya məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar olmadığına görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1-ci, Mülki Pros essual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
14. İddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-6016/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti iddianın məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmı şdır.
17. Üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı prosessual hüququndan sui-istifadə edərək, hazırki iddianı Mərkəzi Bankın hazırki kredit müqavilələri üzrə iddiaçı qismində iştirak etdiyi digər məhkəmə işinin icraatını dayandırmaq, həmin iş üzrə yekun qərarın qəbul edilməsinə mane olmaq məqsədi ilə vermişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 22. “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən pul siyasətinin həyata keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. 33.2-ci maddəsinə əsasən yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini X4 Heyəti müəyyən edir. 33.3-cü maddəsinə əsasən kreditlər kredit təşkilatlarının baş i darələrinə verilir. 49-cu maddəsinə (mübahisəli kredit müqavilələri bağlanılan dövrdə qüvvədə olan redaksiyada) əsasən bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilər. 49-cu maddəsinə əsasən (04 mart 2016-cı il tarixli Qanunla qüvvəyə minmiş və mübahisəli ipoteka müqaviləsi bağlanan dövrdə qüvvədə olan redaksiyada) bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mər kəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilibverilməməsi barədə müvafiq qərar qəbul etməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin iz ahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, mübahisəli müqavilənin etibarsız əqd kimi təsbit edilməsi üçün əsaslar mövcud deyildir.
26. İzah olunmalıdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadə si.
27. Hazırki işdə iddiaçı özünün də tərəfi olduğu ipoteka müqaviləsinin əhəmiyyətsiz olduğunu iddia edir. İddiaçının mövqeyinə görə, ipoteka ilə təmin olunan kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə “banklararası” kreditin verilməsi həmin zaman qüvvədə olmuş normativ hüquqi aktlara uyğun olmadığından, kredit və müvafiq ipoteka müqavilələri etibarsız olmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır.
29. İzah olunmalıdır ki, mülki qanunvericiliyinin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız ol an, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Həmçinin əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün deyildir.
30. Hazırda mübahisələndirilən kredit və ipoteka müqavilələri “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunun müvafiq maddələrinə uyğun bağlanmışdır (bax bənd 22). Mərkəzi Bankın kredit təşkilatlarını maliyyələşdirmə, bu məqsədlə kredit müqavilələri bağlama səlahiyyəti qeyd olunan Qanunun məzmunundan irəli gəlir.
31. Göründüyü kimi, hazırki tələbin əsasını təşkil edən kredit müqaviləsi əhəmiyyətsiz olmamış, tərəflərlə icra olunmaqla Mərkəzi Bank tərəfindən müvafiq kredit "xxxx" ASC-yə verilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Həmin kredit müqaviləsi etibarsız olmadığı halda, iddiaçının dəlillərinə uyğun ipot eka müqaviləsinin də etibarsız hesab olunması istisna olunur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 okt yabr 2023-cü il tarixli, 2(103)-6016/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.