Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2894/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh X2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2025-ci il tari xdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-in Mərkəzi filialı tərəfindən Cavabdeh1 16 may 2013-cü il tarixli, 7066 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 12% hesablanmaq şərti ilə ******* manat; 16 may 2013-cü il tarixli, 7067 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 16 may 2013-cü il tarixli, 7068 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 16 may 2013-cü il tarixli, 7069 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 16 may 2013-cü il tarixli, 7070 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat məbləğində kredit verilmişdir.
2. Kreditin təminatı olaraq aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: 16 may 2013cü il tarixli ipoteka müqaviləsi ilə "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30.672 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (10.000.000 manat məbləğində qiymətləndirilmişdir); 16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən: ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (292 saylı mağaza), ümumi sahəsi 38.9 kv.m olan qeyri-yaşayış sahəsini (295 saylı mağaza), ümumi sahəsi 40.0 kv.m olan qeyri-yaşayış sahəsini (297 saylı mağaza), ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (271 saylı mağaza) (ümumilikdə 192000 manat məbləğində qiymətləndirilmişdir). 3. 16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 3cü mərtəbəsində yerləşən: ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m olan qeyriyaşayış sahəsini (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 13 saylı ofis) (560000 manat məbləğində qiymətləndirilmişdir). 4. 11 avqust 2015-ci il tarixli müqavilə ilə "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “X4 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 16 may 2013cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə 1496288,00 manat əsas borc, 111500,00 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957613,15 manat; 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 111500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957 613,15 manat; 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 87887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1934000,86 manat; 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 108500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1954613,15 manat; 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861298 manat əsas borc, 24384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201387,04 manat, cəmi 1087069,20 manat, ümumilikdə 8890909,51 manat məbləğində kred it borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ipoteka verən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m qeyriyaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis); Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m qeyriyaşayış sahəsinə (295 saylı mağa za), 40.0 kv.m qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m qeyri-yaşayış sahəsinə (271 saylı mağaza); "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m qeyri-yaşayış sahəsinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması; satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə əsas və kreditdən istifadəyə görə hesablan mış faiz borcunu vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı “X4 Edilməsi Agentliyi” MMC əsl İddiaçı QSC ilə əvəz olunmuşdur.
8. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 04 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetləri olan: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində Cavabdeh3 məxsus: 73.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis) 45000 manat, 142.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 9 saylı ofis) 72000 manat, 187.2 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 10 saylı ofis) 98000 manat, 107.4 kv.m qeyriyaşayış sahəsi (6Ə korpusunun 11 saylı ofis) 75000 manat, 188.9 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 13 saylı ofis) 130000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh2 məxsus: 39.9 kv.m qeyri-yaşayış sahəsi (292 saylı mağaza) 44000 manat, 38.9 kv.m qeyri-yaşayış sahəsi (295 saylı mağaza) 39000 manat, 40.0 kv.m qeyri-yaşayış sahəsi (297 saylı mağaza) 40000 manat, 39.9 kv.m qeyri-yaşayış sahəsi (271 saylı mağaza) 48000 manat; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində "xxxx" MMC-yə məxsus olan 30672.0 kv.m qeyri-yaşayış sahəsi 12500000 manat məbləğində qiymətləndirilmişdirlər.
9. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 fevral 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh1 "xxxx" ASC-yə: 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 627268,14 manat faiz borcu; 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; 16 may 2017ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə, ******* manat əsas borc, 627268,14 manat faiz borcu. 3) 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 290387,71 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 603655,85 manat faiz borcu. 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 311000 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 624268,14 manat faiz borcu; 5) 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 manat faiz borcu; 16 may 2017-ci il tarixə 865010 manat əsas borc, 141160,51 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 321693,69 manat faiz borcu müəyyən edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məh kəməsinin 2 aprel 2021-ci il tarixli, 2(011)-30/2021 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194, 307.4, 319.1, 319.6, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-ci, “İpoteka haqqında” Qanunun 34, 39.3.3-cümaddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarı ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə si və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia kredit verən Bank tərəfindən qaldırılmayıb. Onunla İddiaçı QSC arasında kredit müqaviləsi bağlanmayıb, aralarında öhdəlik yaranmayıb. Həmçinin, "xxxx" ASC ilə aralarında müqavilə olsa da, həmin məbləğlər onun tərəfindən götürülməyib.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş əlavə məhkəməmühasibatlıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış: 1) 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə 1496288,00 manat əsas borc, 456.771,77 manat faiz bor cu; 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 456771,77 manat faiz borcu; 3) 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 433159,48 manat faiz borcu; 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 453771,77 manat faiz borcu; 5) 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 man at faiz borcu; 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 223431,84 manat faiz borcu müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)284/2022 nömrəli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov sədrlik edən, məruzəçi, İlham Kərimli və Elşən Kazımov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, kredit borcunun tutulması ilə bağlı nəticə apellyasiya şikayətinin dəlilləri üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır.
18. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, apellyator kredit müqavilələrinin onunla bağlandığı mübahisələndirməmiş, lakin pulun ona verilmədiyini bildirmişdir. İş materiallarına pulun Cavabdeh1 tərəfindən qəbul edildiyini təsdiq edən kassa məxaric orderləri əlavə edilmişdir. Bundan əlavə, hesabdan çıxarış məlumatlarından və ekspert rəyindən də müəyyən olunmuşdur ki, apellyator kredit üzrə müxtəlif vaxtlarda ödənişlər etmişdir. Kredit borcu üzrə müəyyən məbləğlərdə ödənişlər apardığı halda, pulun ona verilmədiyini bildirən apellyator həmin arqumentini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.
19. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış "xxxx" ASC -nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirməmişlər. Belə olan halda, apellyasiya kollegiyası ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakların dəyəri öz dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Buna görə də, həmin əmlaklarına yenidən qiymətləndirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi xahiş olunsa da, apellyasiya instansiya məhkəməsi qeyd edilən ziddiyyətin aradan qaldırılması üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda, qətnaməsində qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirməmişlər. Digər analoji işlər üzrə ipoteka predmeti olan əmlaklar qiymətləndirilərkən, həmin obyektdə yerləşən mağaza və ofis binalarının hər kv.m 12001300 manat dəyərində qiymətləndirildiyi halda, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların hər kv.m 400-500 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmeti olan həmin əmlakların hazırki bazar dəyərinin və yaxud likvid qiymətinin müəyyən edilməsi üçün mütləq təkrar ekspertiza təyin edilməklə bu məsələnin düzgün həllinə nail olmaq olar. Bununla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsi pozulmuşdur. Bundan əlavə, tərəflər arasında kredit müqavilələri bağlanmış olsa da, həmin kredit müqavil ələri üzrə olan kreditlər Cavabdeh1 verilməmiş və həmin kreditlərin onun tərəfindən alınmasına dair iddiaçı Bank tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev, məruzəçi, E.Vəliyeva və A.Abbasov) cavabdehin kassasiya şikayəti təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqavilələri üzrə faiz borcunun, vurulmuş ziyanın hesablanması, habelə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
24. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
25. Belə ki, ilk olaraq kredit müqavilələri üzrə kredit məbləğinin cavabdehə verilməməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etməmiş və bu hissədə apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşmışdır.
26. Bununla belə, kredit müqaviləsi üzrə borcun hesablanmasına dair məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilk olaraq hazırkı iddia il ə məhkəməyə 05 mart 2019-cu il tarixdə müraciət etmiş və tələbində 5 müqavilə üzrə borcu ümumiləşdirərək, 7.491.935,63 manat əsas, 609.227,43 manat faiz, cəmi 8.101.163,06 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Həmin iddiasında iddiaçı müqavilənin müddəti başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış dəymiş zərər borcu tələbini irəli sürməmişdir. Lakin, sonradan iddiaçı iki dəfə MPM-in 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr vermiş və yekun olaraq 02 aprel 2021-ci il tarixdə verdiyi ərizədə cavabdehdən hazırki qərarın 4-cü bəndində qeyd olunmuş borcun tutulmasını xahiş etmişdir.
27. Həmin tələbdə əsas və faiz borcu ilə yanaşı, hər bir kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesabl anmış zərərin də tutulması xahiş olunmuşdur. Lakin iddiaçı tələbin həmin hissəsini əsaslandırmamış, zərərin nədən ibarət olması və hansı qaydada hesablanması iddia ərizəsində göstərilməmişdir. Qanunvericilik iddiaçıya onun pul vəsaitindən qanunsuz istifadəyə görə bank uçot dərəcəsi ilə faiz tələb etmək hüququnu tanısa da, bu zərərin əsaslandırılmasını tələb edir. Lakin iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələbini əsaslandırmamış, apellyasiya məhkəməsi isə həmin məsələyə hüquqi qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur.
28. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi qətnaməsini əsaslandırarkən iş üzrə keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Lakin həmin rəy nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, orada qeyd olunan faiz borcları ziddiyyətli olmaqla, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamışdır. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsindən görünür ki, 16 may 2013-cü il tarixli, 7066, 7067, 7068 və 7069 nömrəli müqavilələrlə verilmiş kreditin məbləği və sonrakı ödənişlər eyni olsa da, 01 aprel 2016-cı il tarixə hesablanmış faizin məbləği 7066, 7067 nömrəli müqavilələr üzrə 111500 manat, 7068 nömrəli müqavilə üzrə 87887,71 manat, 7069 nömrəli müqavilə üzrə isə 108500 manat olaraq göstərilmişdir. Göründüyü kimi, ekspert rəyində iddia ərizəsinə uyğun faiz borcunu göstərmiş, lakin bunun əsaslandırılması gətirilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyində kredit müqavilələri üzrə 12 aprel 2019-cu il tarixə faiz borcları hesablan sa da, həmin faizin hansı hissəsinin müqavilə müddəti üçün müqavilə faizi, hansı hissəsinin isə müqavilə müddətindən sonrakı dövr üçün zərər olması qeyd olunmamışdır.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun və vurulmuş zərərin müəyyən edilməsi zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.
30. İpoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı da kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirmədiyindən, bununla b ağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş və "xxxx" MMC-nin 04 iyul 2019-cu il tarixli qiymətləndirmə hesabatları alınmışdır. Birinci instansiya məhkəməsi həmin qiymətləri əsas götürməklə qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində digər məsələlərlə yanaşı, qiymətləndirmə ilə bağlı dəlillər gətirmiş və qiymətləndirmə hesabatlarının qanunvericiliyin tələblərinə zidd olmasını, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlil aparılmamasını, satış qiymətinin hansı kriteriya əsasında müəyyən edilməməsini və s. göstərmişdir.
31. İ ş materiallarından həmçinin müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ipoteka predmetlərini təşkil edən qeyri yaşayış sahələrinin likvid dəyərlərinin müəyyən edilməsi üçün 28 iyul 2021-ci il tarixli qərardadla Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini işə cəlb etmiş, lakin həmin qurumdan əmlaklara baxış keçirilməsi üçün şəraitin yaradılması barədə xahiş təmin olunmadığı üçün müvafiq rəyin təqdim olunmasından imtina olunmuşdur. İş materiallarından apellyasiya məhkəməsi tərəfindən mütəxəssisin vəsatətləri üzrə tərəflərə təkliflər göndərməsi və mütəxəssis rəyinin alınması üçün digər tədbirlər görməsi müəyyən olunmur.
32. Göründüyü kimi, cavabdeh iş üzrə alınan qiymətləndirmə hesabatlarını apellyasiya qaydasında mübahisələndirdiyi və apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yeni qiymətləndirmə təyin etdiyi halda, sonradan əmlakların ilkin satış qiymətinin mübahisələndirməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4 və 392.2-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-59/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski, sədrlik edən, məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti kredit borcu üzrə faiz borcu, vurulmuş zərərin ödənilməsi, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissədə qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-30/2021 saylı qətnaməsi (baxılan hissədə) dəyişdirilmiş, iddiaçının cavabdehlərə qarşı iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli, 7066, 7067, 7068, 7069 saylı kredit müqavilələri üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər hər bir müqavilə üzrə 313.268,14 manat; xx.xx.2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 180.533, 18 manat məbləğində müəyyən edilmiş, ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti aşağıdakı kimi müəyyən edilərək Cavabdeh3 məxsus, Ba kı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsindəki ofislər- 8 saylı 184.250 manat, 9 saylı 356.750 manat, 10 saylı 468.000 manat, 11 saylı 268.500 manat, 13 saylı 472.250 manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsindəki mağazalar: 292 saylı 139.650 manat, 295 saylı 136.150 manat, 297 saylı 140.000 manat, 271 saylı 139.650 manat, "xxxx" MMC-nə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində yerləşən 30.672 kv.m. qeyriyaşayış sahəsinə aid daşınmaz əmlak- 85.881.600 manat müəyyən edilmiş və qətnamə qalan (baxılan) hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. İşə tək rar apellyasiya qaydasında baxılarkən təkrar ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 17 iyul tarixli ekspert rəyi, daha sonra Məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 noyabr 2023-cü il tarixli ekspert rəyləri təqdim edilmişdir.
35. Məhkəmə kollegiyası işə əlavə edilmiş sübutları, habelə ekspert, mütəxəssis rəylərini araşdıraraq qeyd etmişdir ki, mübahisə edilən (baxılan) hissədə apellyasiya şikayətinin dəlillərinin qismən əsaslı olduğu öz təsdiqini tapır.
36. Belə ki, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə bir neçə dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmçinin cavabdeh X1 nümayəndəsi tərəfindən müstəqil qiymətləndiricilə rin hesabatları təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının bir neçəsinin aparılmasından imtina edilsə də, sonuncu olaraq rəy vermiş "xxxx" MMC-nin rəyini məhkəmə kollegiyası mötəbər sübut kimi qiymətləndirmişdir. Həmin rəyin mötəbər sübut kimi qəbul edilməsini istisna edən əsaslı dəlillər və onlara aid təkzibedici sübutlar təqdim edilməmiş, əlavə və ya təkrar ekspert rəylərinin alınmasına dair əsaslar müəyyən edilməmişdir.
37. Məhkəmə kollegiyası kredit borcu üzrə faiz borcunun və vurulmuş zərərin hesablanması ilə bağlı hissədə qeyd etmişdir ki, bunun müəyyən edilməsi üçün iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir, hətta iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında sonuncu rəylə razı olduğunu, c avabdeh X1 nümayəndəsi isə əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında mühasibatlıq ekspertizasının rəyi ilə qismən razı olduğunu bildirmiş və iddia tələbi üzrə faiz borcu hesablanarkən Azərbaycan Respublikası Prezidentinin 15 iyun 2015-ci il tarixli, 570 saylı Fərmanının nəzərə alınaraq 2015-ci ilə qədər faiz məbləğini hesablamalı olduğunu, lakin iddiaçının əsassız olaraq 2017-ci ilə qədər hesabladığını bildirmişdir.
38. Bundan əlavə, kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki göstərişlərinə müvafiq olaq zərərin müəyyən edilməsi sonuncu məhkəmə-mühasibatlıq ekspertizası ilə həyata keçirilmiş və ekspert rəyində qeyd edilmiş göstəriciləri istisna edən hallar müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb üzrə baxılan hissədə göstərişlərin faiz hissəsind ə fərqli hallar müəyyən edilsə də, müqavilələr üzrə faiz borcları tələbdən yuxarı olduğundan bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri üzrə hazırki işdə iddiaçının ümumiyyətlə qəbul edilən problemli kredit üzrə təhvil verilən borcdan əlavə tələb irəli sürmək hüquqlarının olmamasına, qeyd edilməlidir ki, bu hallara dair kassasiya instansiya məhkəməsi tərəfindən araşdırma göstərişi olmamışdır. Belə ki, iddiaçının problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-nə güzəşt edilməsinə dair müqavilənin 2.5.1-ci bəndinə əsasən: “Azərbaycan Beynəlxalq Bankı ASC” dən təhvil alınacaq aktivlər üzrə əsas borclar ( kreditlər) və faizlər, borcun təminatı olan girov ( ipoteka), zaminlik və sair müqavilələr üzrə tələb hüquqlarını əldə edir və həyata keçirir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" Xidməti MMC tərəfindən ipoteka predmetləri olan daşımnaz əmlaklara həddindən artıq şişirdirilmiş qiymət əsas götürülərək qətnamə qəbul edilmişdir. Kredit götürülən zamandan qətnamə qəbul edilən zamanadək respublika iqtisadiyyətında infly asiya dərəcəsi o qədər də böyük olmayıb ki, daşınmaz əmlak bazarına da məhkəmənin gəldiyi qənaət dərəcədə ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinə təsir göstərsin. Bundan başqa məhkəmə tərəfindən iş üzrə cavabdeh tərəfindən qətnamə üzrə borc məbləği mübahisələndirilmədiyi təqdirdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən borc məbləği əsassız olaraq azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən eyni ekspertiza mərkəzinə məhkəmə mühasibatlıq ekspetizası sifariş verilmiş və ekspert rəyi ilə iddia tələbində olan borc məbləği öz təsdiqini tapdığı halda, eyni ekspertiza mərkəzi tərəfindən borc məbləğinin dəymiş ziyan hissəsində azaldımış vəziyyətdə hesabat təqdim edilmişdir. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən ziddiyət təşkil edən rəylərə istinad edilərək qəbul edilmiş qətnamə həm məbləğ həm də ipoteka predmetinə qoyulmuş qiymət hissəsində ləğv edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Cavabdeh1 vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
45. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
48. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
49. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.
50. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
51. Maddə 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.
52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
53. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
54. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
55. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
56. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
57. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
58. Maddə 427.2. Əgər öhdəl iyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
59. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
60. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
61. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
62. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
63. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
64. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bil ər.
65. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
66. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
67. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
68. Maddə 1.0.9. İlkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməs i üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
69. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. İddiaçı kassasiya şikayətində qətnaməni vurulmuş ziyanın hesablanması (müqavilə müddəti bitdikdən sonra bank uçot faiz dərəcəsinin hesablanması) və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
78. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdi rilməsi üçün əsaslar yoxdur.
79. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.
80. Belə ki, apellyasiya instansiyası məhkəməsi, 16 may 2013-cü il tarixli, 7066, 7067, 7068, 7069 saylı kredit müqavilələri üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər hər bir müqavilə üzrə 313.268,14 manat, 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə isə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 180.533, 18 manat məbləğində müəyyən edərkən, işə əlavə edilmiş çoxsayl ı ekspert rəylərinə istinad etmişdir.
81. İddiaçı kassasiya şikayətində ekspertin rəyləri ilə razı olmadığını göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı başqa sübutlar təqdim etməmiş və ekspertin rəyi ilə nəyə görə razılaşmadığını kassasiya şikayətində əsaslandırmamışdır. İşdə isə ekspert rəylərini təkzib edən başqa mötəbər yazılı sübutlar yoxdur.
82. Daha sonra işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müvafiq ekspertizalar və qiymətləndirmələr keçirdikdən sonra ipoteka predmetləri olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində, 23 saylı binanın 3-cü mərtəbəsində yerləşən 8 saylı ofisin likvid qiymətini- 184.250 manat, 9 saylı ofisin likvid qiymətini- 356.750 manat, 10 saylı ofisin likvid qi ymətini- 468.000 manat, 11 saylı ofisin likvid qiymətini- 268.500 manat, 13 saylı ofisin likvid qiymətini- 472.250 manat; həmin binanın 1-ci mərtəbəsində yerləşən Cavabdeh2 məxsus 292 saylı mağazanın likvid qiymətini- 139.650 manat, 295 saylı mağazanın likvid qiymətini 136.150 manat, 297 saylı mağazanın likvid qiymətini- 140.000 manat, 271 saylı mağazanın likvid qiymətini- 139.650 manat, "xxxx" MMC-nə məxsus həmin binanın 8-ci mərtəbəsində yerləşən sahəsi 30.672 kv.m olan qeyri-yaşayış sahəsinin likvid qiymətini 85.881.600 manat məbləğdə müəyyən etmişdir. Başqa sözlə, qeyd olunan ünvanda ipoteka predmeti olan mağazaların təqribən 1 kv.metrinin qiyməti 3.500 manat, ofislərin 1 kv.metrinin qiyməti 2.500 manat, restoran və s. obyetlərin 1 kv.metrinin qiyməti isə 2.800 manat məbləğdə müəyyən e dilmişdir.
83. İddiaçı kassasiya şikayətində ipoteka predmetlərinin likvid qiymətləri ilə razı olmadığını və qiymətlərin şişirdildiyini göstərsə də, iddiaçının bu dəlili işə əlavə edilmiş qiymətləndiricilərin çoxsaylı rəyləri və hesabatları ilə təkzib olunur. Belə ki, işə əlavə edilmiş qiymətləndiricilərin hesabatları ilə müəyyən olunur ki, əslində qeyd olunan qiymətlər sözügedən obyektlərin real bazar qiymətlərinə tam uyğundur.
84. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 may 2025-ci il tarixli, 2(103)-59/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Q